Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Türkiyədə “Twitter” Yasaq Edildi


Recommended Posts

Türkiyədə “Twitter” sosial şəbəkəsi bağlanıb. Yerli media xəbər verir ki, axtarış sistemində sorğu verildikdə “Twitter”in bağlanmasına dair məhkəmə qərarları və "TİB (Telekomünikasyon İletişim Başkanlığı) tarafından koruma tedbiri uygulanmaktadır" xəbərdarlığı görünür.
Maraqlıdır ki, bu sosial şəbəkə saytı qapadılmadan öncə Nazirlər Kabinetinin mətbuat müşavirliyi “bu gecə Twitter qapadıla bilər” deyə məlumat yayıb.
Türkiyədə belə hesab edirlər ki, bu, baş nazir Ərdoğanın Bursa mitinqində səsləndirdiyi “Twitter-mivıttterin kökünü qazıyacağıq” bəyanatının əks-sədasıdır.

 

Link to comment
Share on other sites

Посмотрим, как сейчас Западные СМИ отреагируют !!!

У них то там ущемление прав СМИ, то ещё где-то, даже в Киеве доказано (сънято было), как заставляли подать в отставку директора телевидения, и ни словечка, только тогда начинают разрывать свою глотку, когда им выгодно. Кстати в Турции через неделю Выборы парламентские. 
Link to comment
Share on other sites

ABŞ Dövlət epartamenti Türkiyədə “Twitter”in bağlanmasına münasibəti

“Demokratiya ictimaiyyətdən yüksələn fərqli səslərlə güc qazanır. Müstəqil və məhdudiyyətlərdən uzaq mətbuat demokratik, açıq cəmiyyətlərin təməl ünsürüdür və eyni zamanda rəsmi səviyyədə şəffaflığı və nəzarətə açıq olmağı təminat altına alır”. 

Link to comment
Share on other sites

Посмотрим, как сейчас Западные СМИ отреагируют !!!

У них то там ущемление прав СМИ, то ещё где-то, даже в Киеве доказано (сънято было), как заставляли подать в отставку директора телевидения, и ни словечка, только тогда начинают разрывать свою глотку, когда им выгодно. Кстати в Турции через неделю Выборы парламентские.

Эрдоган сделал бесценный подарок перед выборами Мустафе Сарыгюл..и через 10 дней мы наверно увидим новых лиц в политической сцене Турции..и ему придется ответить на многие нелицеприятные вопросы..

Link to comment
Share on other sites

Xoruz yox idi səhər açılmırdı? Twitter olmasa da fikrini bildirmək istəyən onsuz da bir çarə tapacaqdı. Bir tərəfdən də bəlkə bu qərar türklərin öz sosial şəbəkələrini yaratmağa səbəb olar.

Link to comment
Share on other sites

Türkiyə prezidenti Abdullah Gül "Twitter" qadağasını tənqid edib. Prezident sosial şəbəkənin tamamilə bağlanılmasının təqdirə layiq olmadığını söyləyib:

"Daha əvvəl dəfələrlə qeyd etdiyim kimi kommunikasiya texnologiyalarının bu gün çatdığı nöqtədə "Twitter" kimi bütün dünyada istifadə edilən şəbəkəyə bütünlüklə maneə törədilməsi texniki olaraq onsuz da mümkün deyil. Kəslərin şəxsi həyatının gizliliyini pozmaq kimi cinayət meydana gətirən xüsuslar varsa, ancaq məhkəmə qərarı ilə yalnız əlaqədar səhifələr bağlanıla bilər. Ümid edirəm "Twitter"lə əlaqədar tətbiq edilən qadağa uzunmüddətli olmayacaq"

Link to comment
Share on other sites

"Twitter baglandi" deyilen andan etibaren atilan tvitlerin sayi ondan evvelki eyni muddetde atilan tvitlerden daha cox olub. Tv'lerde Erdogani "yixib suruyurler" indi smile.png

 

Buna deyirlər  -  əllaməlik edib özünə iş açmaq ))   (  rusca  peremudrit`  )

 

Hakimiyyətin ,  virtual  aləmin həm  plyuslarına  , həm də "minuslarına"   öyrəşməkdən başqa çarəsi yoxdur !  Yasaq / qadağa ilə istədiyinə çatmaq meyli müasir dövrdə  ən primitiv seçimdir.    

Edited by Sunyata
Link to comment
Share on other sites

GünAz TV: “Bundan sonra “Türkcə Olimpiada” keçirə bilməyəcəklər. O iş artıq bitdi. Bizdən zal istəyəcəklər. Keçin artıq o işləri. O dəftər bağlandı”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ötən gün Ərzurum şəhərində mitinq keçirən baş nazir Fəthullah Gülənin lideri olduğu “Xidmət” (“Hizmet”) hərəkatının hər il təşkil etdiyi “Türkcə Olimpiada”nın keçirilməsinə icazə verməyəcəyini deyib. 

Qeyd edək ki, “Türkcə Olimpiada” 2003-cü ildən bəri “Xidmət” hərəkatının təşkilatçılığı ilə hər dünyanın müxtəlif ölkələrindən gələn şagirdlərin iştirakı ilə keçirilirdi. Bu olimpiadada Azərbaycan da təmsil olunub və azərbaycanlı şagirdlər bir neçə dəfə yaxşı dərəcələr əldə ediblər.

 

GünAz TV: “Bundan sonra “Türkcə Olimpiada” keçirə bilməyəcəklər. O iş artıq bitdi. Bizdən zal istəyəcəklər. Keçin artıq o işləri. O dəftər bağlandı”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ötən gün Ərzurum şəhərində mitinq keçirən baş nazir Fəthullah Gülənin lideri olduğu “Xidmət” (“Hizmet”) hərəkatının hər il təşkil etdiyi “Türkcə Olimpiada”nın keçirilməsinə icazə verməyəcəyini deyib. 

Qeyd edək ki, “Türkcə Olimpiada” 2003-cü ildən bəri “Xidmət” hərəkatının təşkilatçılığı ilə hər dünyanın müxtəlif ölkələrindən gələn şagirdlərin iştirakı ilə keçirilirdi. Bu olimpiadada Azərbaycan da təmsil olunub və azərbaycanlı şagirdlər bir neçə dəfə yaxşı dərəcələr əldə ediblər.

Link to comment
Share on other sites

Bilmir, Gulen'e qarshi nece direshsin. Onun oldugu her sheye etirazini bildirir.

Gulene qarshi direshsin e amma ki Turkiye uchun bu qeder onemli olan olimpiadani legv etmek eqoistlikden bashqa bir shey deyil. Bu insan uchun artiq hakimiyyet milli maraqlardan da ustun olmaga bashlayir.

Link to comment
Share on other sites

 


Bugun.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 martda keçiriləcək  seçki marafonun ilə əlaqədar Türkiyənin bölgələrində təbliğat mitinqləri keçirən Ərdoğan, bu dəfəki çıxışı gözlənilən kimi qarşılanmayıb.


Fətullah Gülənin məmləkəti olan Ərzurumda mitinq zamanı Gülən haqqında pis ifadələr işlətməsi yerli əhalinin xoşuna gəlməyib. Ərzurumlular Ərdoğan çıxış edərkən toplu halda mitinqi tərk etməyə başlayıblar.


Bu vaxt etirazçıları lentə alan media mənsubları bəzi partiya üzvləri tərəfindən təhqir olunaraq ərazidən uzaqlaşdırılmağa çalışılıb.


Ərzurumlular belə deyiblər: "Hoca əfəndinin məmləkətində Hoca əfəndimizə söz dedizdirmərik"!


http://www.youtube.com/watch?v=Odl6JU1MRfM


Link to comment
Share on other sites

Türkiyədə twitterin bağladılmasına məhşurların rekasiyası belə olub:

Cem Yılmaz: "Ən son çıxan bağlasın, bəylər! Gecəniz xeyrə"...

Hakan Yılmaz: "Twitter-da tanış olan sevgililər, artıq əlaqəniz qanuni deyil".

 

 

Oktay Kaynarca: "Twitter-i bağla, Facebook-u məhv et, internetə qadağa qoy. Ağlımızı, vicdanımızı, ürəyimizi hara basdıraq?"

Atilla Taş: "Baxdılar, ortalıq qarışmadı, Twitter-i bağlayıb məni musiqiyə gətirərək xalqın səbri ilə oynamağa çalışacaqlar. Amma alınmaz, bunu etməyəcəm, rahat olun".

Melike Demirağ: "Utancverici bir vəziyyətdir. Sosial şəbəkə qadağan edilməz".

Bərna Laçın: "Twitter qalan son damla demokratiya ilə birlikdə uçub getdi. Inana bilmirəm. Biz nə hala gəldik!"

Özge Özder: "Xəyal idi, gerçək oldu.. "

 

Link to comment
Share on other sites

Bugun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 martda keçiriləcək seçki marafonun ilə əlaqədar Türkiyənin bölgələrində təbliğat mitinqləri keçirən Ərdoğan, bu dəfəki çıxışı gözlənilən kimi qarşılanmayıb.

Fətullah Gülənin məmləkəti olan Ərzurumda mitinq zamanı Gülən haqqında pis ifadələr işlətməsi yerli əhalinin xoşuna gəlməyib. Ərzurumlular Ərdoğan çıxış edərkən toplu halda mitinqi tərk etməyə başlayıblar.

Bu vaxt etirazçıları lentə alan media mənsubları bəzi partiya üzvləri tərəfindən təhqir olunaraq ərazidən uzaqlaşdırılmağa çalışılıb.

Ərzurumlular belə deyiblər: "Hoca əfəndinin məmləkətində Hoca əfəndimizə söz dedizdirmərik"!

Erdogan hiss edir ki, son gunleridir, ureyinden ne gelir onu da edir. Islanmisin yagisdan ne qorxusu.

Link to comment
Share on other sites

AKP-dən ayrılan Tükiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtuğrul Günay keçən həftə mesajını verdiyi siyasi partiya üçün hazırlıqlara başlayıb. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, AKP-dən ayrılan millət vəkilləri yeni bir partiya qurmaq üçün hərəkətə keçəcək. Ə.Günay AKP-dən ayrılan müstəqil millət vəkilləri Erdal Kalkan və İlhan İşbilen ilə birlikdə keçirdiyi toplantıda deyib ki, Türkiyə toplumu ədalət istəyir, partiyalar bu ədaləti təmin edə bilməzsə, toplum yeni siyasi hərəkatları bağrından çıxaracaq. Kütahya müstəqil millət vəkili İdris Bal da bu barədə danışarkən bildirib ki, ehtiyac yavaş-yavaş ortaya çıxmağa başlayıb: ''Türkiyə siyasətinin partiyadaxili demokratiya və plüralizmə ehtiyacı var”.


17 dekabr “rüşvət əməliyyatı”ndan sonra AKP-dən ayrılan 9 millət vəkili MHP əsilli müstəqil millət vəkili İhsan Barutçunu da yanlarına alaraq yeni bir partiya yaratmaq üçün təşkilati işlərə başlamağı hədəf seçiblər. Partiya yaratmaq üçün yol xəritəsinin martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra cızılacağı və yerli seçkilərdə siyasi partiyaların alacağı səslərə uyğun hərəkət ediləcəyi bildirilib.  Yerli seçkilərdən sonra siyasi partiyalarda yeni dalğanın olacağı proqnozlaşırılır. Yeni qurulacaq partiyada AKP-dən istefa edən millət vəkiləri Ərtuğrul Gunay, İdris Naim Şahin, Hami Yıldırım, Haluk Özdalga, Muhammed Çetin, Hakan Şükür, İlhan İşbilen, Erdal Kalkan, İdris Bal və İhsan Barutçunun olması və TBMM-də ilk mərhələdə 10 millət vəkili ilə təmsil olunmaq hədəflənir.


 


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, burada söhbət yeni siyasi qüvvənin yaranmasından deyil, AKP-dən ayrılan Gülən tərəfdarlarının partiya yaartmasından gedir. Hazırda baş verənləri əvvəlcədən proqnozlaşdırmağın mümkün olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, əslində Gülənlə savaş başlayandan sonra AKP-dən qopmalar başlayacaq: «Amma AKP-dən doqquz millət vəkilinin ayrılması və yeni partiya quracaqlarını bəyan etməsi Ərdoğan üçün elə böyük prorblem olmayacaq. Çünki parlamentdə nəzarət hələ də AKP-nin əlindədir. Yeni partiyanın yaradılması daha çox Gülən hərəkatının həmin qruplaşmaya dəstəyinin artmasına hesablanıb. Bu dəstək nəticəsində AKP-dən yeni qopmalara ümid bəslənə bilər».


Türkiyədə hər seçkidən sonra hakimiyyətin rəqiblərinə qarşı bir yumuşalma siyasəti yürütdüyünü deyən E.Şahinoğlunun sözlərinə görə, budəfə AKP seçkidən qalib ayrılarsa, müxalifətlə münasibətləri müəyyən dərəcədə normalaşdırarsa belə, Gülən hərəkatına qarşı apardığı mübarizəni davam etdirəcək: «Ərdoğan gözəl bilir ki, Gülən hərəkatının AKP-yə qarşı yeni planları var. Və o planlar sırasında AKP-ni parçalamaq ideyası da var. Bu baxımdan Ərdoğan seçkidən sonra müxalifətə qarşı siyasətini yumuşaltsa da, Gülən hərəkatının təmsilçilərinə cinayət işlərinin açılması da mümkündür».

Link to comment
Share on other sites

  • 2 weeks later...

Türkiyə Konstitusiya Məhkəməsi “Twitter” qadağasının dərhal aradan qaldırılması barədə qərar qəbul edib

 

Bu gün Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

 

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

 

Qeyd edək ki, AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb. 

 

http://az.apa.az/news/337259

Link to comment
Share on other sites

  • 5 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...