Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Güclü Və Zəif Insan .

Recommended Posts

silnui-pool.jpg  

    Könülün qonşu mövzudakı  və aşağıda yerləşdirəcəyim postundan sonra daha geniş  olan "güclü və zəif insan"  mövzusu ətrafında  müzakirə  haqqında  düşündüm. 

  Həvəsi olanların  fikrini bilmək maraqlıdır .  

Link to comment
Share on other sites

İntihar etmək zəiflikdir.Zəif insanı yetişdirib cəmiyyətə normal insan kimi sırımaq özü bir zəiflikdir.

Mübariz ruhlu insan ruhu sağlamdır.Zəiflər getməlidir ki güclülər qalıb mübarizə apara bilsin.Mübarizə etməyən,istəyi uğrunda savaşmağı bacaran,savaşıbda məğlubiyyətini və ya qalibiyyətini qəbul edən insan  cəmiyyətin bir üzvü olmağa layiqdir.

Qorxaq,aciz,yaltaq,ayağ altında sürünənlər nə qədər az olsa o qədər yaxşıdır.

Bu fikirlərlə razılaşmadığımı  dedim və  bu mülahizələrdən 3 punkt ayırdım : 

1. İntiharın zəiflik əlaməti olması ?

2. Zəif və güclü insan nədir ?

3. Zəif və güclülüklə - sağlam və qeyri sağlam ruh arasında əlaqə  ?

Elə  bu  punktlara münasibətimizi bildirsək ,  az   - çox mövzunu  əhatə etmiş edərik .     Həm də  bu barədə danışmaq üçün fəlsəfi məlumat  belə tələb olunmur .  Sadəcə  hərə  öz düşündüyünü yazmaqla artıq fəlsəfə  "generasiya"  etmiş  oluruq )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

İntiharla bağlı çox yazmışam.Təkrar olmasın deyə indi yazmıram.Mövzunun gedişatında fikrimi bildirərəm.

Zəif  və güclü insan.Mənim üçün bunların fərqi?

Zəif insan.Həyatda hər qarşılaşdığı çətinlikdən ruhdan düşər.Problemlərində kimisə günahkar görər.Birini tapmasa mütləq Allahın əmri olduğunu deyib boyun əyər.Zamanəni pisləyər.Özündən başqa günahı hamıda və ətraf aləmdə görər.

Güclü insan.Bütün çətinliklərə mərdliklə dözər.Heç kimdə günah görməz.Son anına qədər mübarizə edər .Ruhdan düşməz.

Sağlam mübarizə aparar.Məğlubiyyətini qəbul edər.

Hələlik bu qədər.

P.S.Bir postumla bu boyda mövzuya səbəb olduğumu bilsəydim Fəlsəfə bölməsində tez-tez yazardım))

Edited by Kenul2012
Link to comment
Share on other sites

Güclü insan.Bütün çətinliklərə mərdliklə dözər.Heç kimdə günah görməz.Son anına qədər mübarizə edər .Ruhdan düşməz.

Sağlam mübarizə aparar.Məğlubiyyətini qəbul edər.

qaraladığım yerlərlə bağli- həmin insanı mənən sindırmaq olarmı?,ümumiyyətlə elə bir insan varmi ki, onu müəyyən şərtlər daxilində"sındırmaq" mümkün olmasın?

Son an deyərkən nəyi nəzərdə tutursan? son anı kim təyin edir, insan?

Link to comment
Share on other sites

İntiharla bağlı çox yazmışam.Təkrar olmasın deyə indi yazmıram.Mövzunun gedişatında fikrimi bildirərəm.

Zəif  və güclü insan.Mənim üçün bunların fərqi?

Zəif insan.Həyatda hər qarşılaşdığı çətinlikdən ruhdan düşər.Problemlərində kimisə günahkar görər.Birini tapmasa mütləq Allahın əmri olduğunu deyib boyun əyər.Zamanəni pisləyər.Özündən başqa günahı hamıda və ətraf aləmdə görər.

Güclü insan.Bütün çətinliklərə mərdliklə dözər.Heç kimdə günah görməz.Son anına qədər mübarizə edər .Ruhdan düşməz.

Sağlam mübarizə aparar.Məğlubiyyətini qəbul edər.

Hələlik bu qədər.

P.S.Bir postumla bu boyda mövzuya səbəb olduğumu bilsəydim Fəlsəfə bölməsində tez-tez yazardım))

Bu postdakı  fikirlrərinlə qismən razıyam.   Ona görə də  razılaşmadığm yerlərindən danışım.   Deyirsən li,  güclü  insan çətinliklərə   mərdliklə  dözər.  Məgər istənilən çətinliyə  dözmək mərdlik və  güclülük  əlamətidir ?  Məsələn ,  indiyədək    kons.  düşərgələrdə  "çətinliklərə"  və  işgəncələrə  dözən  "güclü insanları"    başa düşmürəm.  Həmin situasiyada güclü insan bu  vəziyyəti  özünə rəva bilməyib , tezliklə   hansı yollasa buna son qoymalı idi.  İntihar da daxil olmaqla.  Yəni sən deyənin tam əksi.  

Güclü adam mübarizə ruhlu  olmalıdır  -  deyirsən.   Həmişəmi ?  Yalnız həyatımızı  bir  - neçə il də uzatmaq üçün dəyərmi ? 

Yaxud başqa bir sual.  Məsələn , diktator və tiranlar da mübariz ruhlu  insanlar və liderlər olublar.  Bunların hamısınınmı  ruhən sağlam olmasını deyə bilərik ?  Yoxsa mübarizənin sağlam ruha dəxli  yoxdur ?   Sağlam ruh  yalnız özünüqoruma instinkdindənmi  ibarətdir ?  Yoxsa sağlam ruh , lazım bilinəndə  öz vücudunun da artıq yük olduğunu  dərk etmək   iqdirında olan ruhdur ?

P.S.  Hələlik  bu bir sürü suala cavab ver )) Sonra davam edərik ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Maraqli movzudur...Mende oz fikrimi yazim...

Bizi guclu ve zeif eden irademizdir...İradenin ozu ise musbet ve menfi keyfiyyetli ola biler...Esirlikde ezab cheken insan  ne vaxtsa qurtulacagina umid ederek iradesi ile butun  maneleri (ishgenceler,shexsiyyetinin alcaldilmasi) def etmek qerarina gelerek her sheye dozur...Kimsede bu ishgencelerden, alcalmalardan sonra 10-15 il artiq yashamaqin bir menasi olmadiqini dusunerek intihar edir...

Her ikiside iradelidir..Amma kim musbet kim menfi allah bilir...Her kesin secimine hormetle yanashmaq lazimdir...

Link to comment
Share on other sites

Bu postdakı  fikirlrərinlə qismən razıyam.   Ona görə də  razılaşmadığm yerlərindən danışım.   Deyirsən li,  güclü  insan çətinliklərə   mərdliklə  dözər.  Məgər istənilən çətinliyə  dözmək mərdlik və  güclülük  əlamətidir ?  Məsələn ,  indiyədək    kons.  düşərgələrdə  "çətinliklərə"  və  işgəncələrə  dözən  "güclü insanları"    başa düşmürəm.  Həmin situasiyada güclü insan bu  vəziyyəti  özünə rəva bilməyib , tezliklə   hansı yollasa buna son qoymalı idi.  İntihar da daxil olmaqla.  Yəni sən deyənin tam əksi.  

Sənin bu postundakı suallarına hissə-hissə cavab verəcəyəm.Əslində mən güclü və zəif insan haqqında yazanda bu tip versiyaları nəzərdə tutub yazmamışdım.Amma bunları nəzərə alıb fikrimi bildirməyə çalışaram.

Bu yazdığın variantda mən milyon faiz ölümü seçərəm.İlk fürsətdə heç mücadilə etmədən ölümə təslim olardım.Çünkü fiziki ağrıya heç dözümüm yoxdur.Hətta yanımda övladım olsa onuda özümlə məhv edərəm.Neçə il əvvəl yoldaşlarımla belə bir söhbət olmuşdu.Əgər ermənilər bütün ölkəni tutsa(Arzuları ürəklərində qalsın)kim nə edərdi?Mən ələ keçməmək üçün özümü dənizə boğardım demişdim.Övladlarımıda özümlə götürərdim.Mən göz görə-görə onların işgəncə çəkmələrinə,zorlanmalarına dözə bilmərəm..Bir az qəddar fikir olsa da .O cür yaşamalarındansa ,bir dəfəlik məhv olsunlar.

Allah heç kmi belə bir vəziyyətə salmasın.Əsirlikdə olan insanlara tezliklə azad olmalarına imkan yaransın.Çox çəin vəziyyətdir.Düşmənimə belə arzulamıram.

Link to comment
Share on other sites

Esirlikden soz dushmushken dostlarimdan biri bir il sekkiz ay ermenilerin elinde Shusha turmesinde esir olub...Esirlik heyatindan bir cox epizodlari mene danishib...Adam dehshete gelir...Amma dostumun bir qeder bexti getirib o Shusha turmesine getirilenden bir nece ay sonra krastniy krestin numayendeleri turmeni nezarete goturubler...

Onun danishdiqi bir epizodu sizlere danishim...

Ermenilerin vehshi bir avcarkasi var idi...Deyir ermeni herbicileri esirlerden birini turmenin heyetine dushurub iti ustune kiskirdirdilar...Eli,ayaqi,bedeni zedelenmish,qopmush,dishlenmish esirlerin coxusu intihar edirdi...Hetta hadise yerinde olenlerde olurdu...Bir gun novbe menede catdi...Eynimde bushilat var idi...It ustume cumanda qolumu verdim aqzina o biri yumruqumla var quvvemle itin bashina-bashina vurdum...It zingildeyib menu buraxdi...Meni doyub kameraya yolladilar...Seheri gunu melum oldu ki, it olub...Meni tezeden heyete dushurub olumune doyduler...Ozumden getdim...Gozumu xestexanada acdim...Bashimin ustunde krastni krestin numayendesini gordum...Dediyine gore diyesen ingilis idi...Adida Pyer...Dostum Deyir ki, hemin o Pyer meni axira qeder goz bebeyi kimi qoruyurdu...Meni esirlikdende qurtaran o oldu..Meni Azerbaycana duz evimizecen getirib...Dostum hemin o Pyernen indiyecen meltublashir...

Link to comment
Share on other sites

Bəzən mənəvi işgəncə fiziki işgəncələrdən qat-qat daha ağir olur. Amma bu barədə heç yazan yoxdur.

Misal üçün əgər bir insanin günahı ucbatından onun ən yaxın insanları həyatını itiribsə bu zaman onun özünə sui-qəsd etməsi məncə heçdə zəiflik əlaməti deyil. Çox vaxt  günahın başqasında yox məhz özündə olduğunu bilən insanlar intihar edər. (Adətən intihar edənlərin əksəriyyəti qoyduqları mesajlarda heç kəsin onların ölümündə günahkar olmadığın yazarlar)

Ümumiyyətlə sui-qəsd bəzən qacılmaz reallıqdan (безысходность), sonsuz mənəvi ağrılardan bir qaçış yoludur. Kimisi ağlını itirir, kimisi ickiyə qurşanır, bir başqasıda bu yolu secər

Link to comment
Share on other sites

1. İntiharın zəiflik əlamətidirmi?

Cavabım birmənalı deyil. Amma əksər hallarda bəli.həyatdan zövq alan, düz yaşayan, xoşbəxt olan öz xoşu ilə həyatdan niyə getsin ki? Görünür elə həyati vəziyyətlər yaranır, səhvlər və ya sənə qarşı edilən səhvlər olur  ki, geniş dünya 4 kvadrat metr sahədən dar görünür və canını qurtarmaq fikrinə düşürsən. 

Lakin elə anlar da ola bilər ki, özünü digərinə görə qurban verirsən (məsələn, Su və Atəş filminin sonluğu kimi). Bəzən isə girovun işgəncə  almadan intihar etməsi düşməni sarsıda bilər. Çətin məsələdir. cavabı da birmənalı deyil. amma əmin amanlıq dövründə gərək bu vəziyyətə düşməyəsən.

2. Zəif və güclü insan nədir ?

əlbəttə ki, insanın gücü onun iradəsində, iradədən gələn biliyində, zəhmətində, sevgi, hörmətlə qarşıladığı əhatəsi. Zəif isə öz fikri olmayan, yuxusuna haram qatmayıb sübh səhərin qüdrətini bilməyən, asılı, ruhən düşkün və s. insandır .

3. Zəif və güclülüklə - sağlam və qeyri sağlam ruh arasında əlaqə.

Sağlam və qeyri-sağlam ruh anlayışı mənim üçün qəbuledilən deyildir. bu əlamətləri düşüncə tərzinə aid edirəm. İnsan dərk etməlidir ki, bu həyat ona verilib ki, yaşasın. bu vəzifənin öhdəsindən necə gələ bilmə hər bir fərdin özündən, mühitdən və yaranan saysız hesabsız vəziyyətlərdən asılıdır.

Mən həmişə yeni doğulmuş uşağı ilbəil rəfləri artan kitab şkafına oxşadıram. hansı rəfdə hansı kitabı, hansı ardıcıllıqla yerləşdirmək-ən mühüm vəzifədir. Dəyərlər iyerarxiyası formalaşdırmaq lazımdır. Düzgün tərbiyə, dünyagörüşü-əsl sağlamlıq budur.

Səndən asılı olanını elə, qalanını Allah bilir.

Sağlam ruh  qəbuledilməzdirsə , olsun sağlam psixika )) 

Sağlam psixikalı  insanla xəstə və ya tam sağlam olmayan psixikaya malik  insanların -  güclü və zəif  olmasına  bir təsiri var  ya yox ?    Həmişəmi  sağlam psixikalı  , sağlam düşüncəli  insanlar güclü insan  (  və ya güclü iradəyə malik insan ) hesab edilə bilərmi ?  Və  əksini də  iddia etmək  olarmı ?  Mənim cavabım   -  yox ! 

Uşaqlar və  kitab rəfi  barədə  metaforanız  təəssüf ki və  ya xoşbəxtlikdənmi  həmişə  düzgün deyil.   Məsələn , bir ailədə  böyüyən , eyni tərbiyəni almış ( "eyni rəfdən və eyni ardıcıllıqla  yerləşdirilmiş kitab şkaflarıi" )   uşaqlar   özlərini tam bir  birinin  əksi  kimi də apara bilər , əks düşüncəyə sahib ola bilər.   Nəticə  etibarılə  yenə də  kimin güclü və  kimin zəif insan olması əvvəlcədən  məyyənləşə bilməz. 

Edited by Sunyata
Link to comment
Share on other sites

1.  Həmişəmi  sağlam psixikalı  , sağlam düşüncəli  insanlar güclü insan  (  və ya güclü iradəyə malik insan ) hesab edilə bilərmi ?  Və  əksini də  iddia etmək  olarmı ?  Mənim cavabım   -  yox ! 

2. Uşaqlar və  kitab rəfi  barədə  metaforanız  təəssüf ki və  ya xoşbəxtlikdənmi  həmişə  düzgün deyil.  

3. a) Məsələn , bir ailədə  böyüyən , eyni tərbiyəni almış ( "eyni rəfdən və eyni ardıcıllıqla  yerləşdirilmiş kitab şkaflarıi" )   uşaqlar   özlərini tam bir  birinin  əksi  kimi də apara bilər , əks düşüncəyə sahib ola bilər.  

b)Nəticə  etibarılə  yenə də  kimin güclü və  kimin zəif insan olması əvvəlcədən  məyyənləşə bilməz. 

1-ci bənd üzrə:güclü insanın əlamətləri yalnız sağlam psixika və düşüncə ilə ölçülmür. qeydiniz mənim qeydlərimin (verdiyim siyahının) hamısını əhatə etmir.

2-ci bənd üzrə: fikirin düz və ya səhv olması nəticəsinə gəlin əvvəlcə arqumentləri verdikdən sonra gələk

3-cü bənd üzrə: 

a) ola bilər...olmaya da bilər...pedaqogika və yaş psixologiyasını vərəqləmisinizsə, tərbiyənin prinsiplərini yəqin oxumuş olardınız. yada salsanız, bilərsiniz nəyə işarə edirəm.

b) kimi nəyi əvvəlcədən müəyyənləşdirir ki? təxmini proqnozlar vermək olar. vəssalam. yazdığım kimi, Səndən asılı olanını elə, qalanını Allah bilir.

Link to comment
Share on other sites

1-ci bənd üzrə:güclü insanın əlamətləri yalnız sağlam psixika və düşüncə ilə ölçülmür. qeydiniz mənim qeydlərimin (verdiyim siyahının) hamısını əhatə etmir.

2-ci bənd üzrə: fikirin düz və ya səhv olması nəticəsinə gəlin əvvəlcə arqumentləri verdikdən sonra gələk

3-cü bənd üzrə: 

a) ola bilər...olmaya da bilər...pedaqogika və yaş psixologiyasını vərəqləmisinizsə, tərbiyənin prinsiplərini yəqin oxumuş olardınız. yada salsanız, bilərsiniz nəyə işarə edirəm.

cool.png kimi nəyi əvvəlcədən müəyyənləşdirir ki? təxmini proqnozlar vermək olar. vəssalam. yazdığım kimi, Səndən asılı olanını elə, qalanını Allah bilir.

Ok. Maestro , deməli , yalnız 2 -ci bənd barədə   fikir müxtəlifliyimiz var ))   Ona görə də   2- cinin üzərində  "işləyək"  ))  Fikrinizi  olduğu kimi  bura copy  edirəm :

"Mən həmişə yeni doğulmuş uşağı ilbəil rəfləri artan kitab şkafına oxşadıram. hansı rəfdə hansı kitabı, hansı ardıcıllıqla yerləşdirmək-ən mühüm vəzifədir."

 Arqumentlərlə  bu fikri təkzib etməyə  çalışaram  ))

1. Şkafın ölçüsü hamıda eyni deyil  . Bir şkafa 100  kitab yerləşdirmək olar. Digərinə 300 .  Rəflərin sayı hətta dinamik  olaraq  artdığı  vəziyyətdə  belə , hər insanın potensial  qəbul edə biləcəyi  kitab sayının  limiti var. 

2. Hansı kitabların oraya yerləşdirilməsi  nəticəyə təsir edəcək.  Yəni , hətta "düzgün insan"  formalaşdıranın özünün "düzgün"  olması  şübhə altındadır. 

3. Bu kitabların yerləşdirilmə qaydasından asılı  olaraq bu da nəticəyə təsir edəcək .  Məsələn , subyektiv olarq uşağa  "əsas və ikinci dərəcəli kitablar"   haqqında "düzgün"  məlumat verməklə , onu bu və ya digər istiqamətə yönəltmək olar.  

4. Uşaq şkafı  darmadağın edib ,  kitabları zibilə ata bilər ))

Gördüyünüz kimi  heç bir uşaqı  proqramlaşdırmaq mümkün deyil .  Hətta siz dediyiniz kimi "əlimizdən gələni etməklə"  belə ...   Uşaqlarin "kitab və rəflərinin kəmiyyət və keyfiyyəti" eyni olanda eyni nəticə əldə etmək haqqında qanun mövcud olsaydı onda  sizin metaforanız da   həmişə  düzgün  olardı.  Məsələn , kulinariyada olan reseptlər kimi .  1 qaşıq şəkər ,  100 qr. yağ , bir dəstə keşniş və  200 qr.  un qatmaqla  həmişə   "bla- bla"  adlı  keks düzəltmək olar ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Ok. Maestro , deməli , yalnız 2 -ci bənd barədə   fikir müxtəlifliyimiz var ))   Ona görə də   2- cinin üzərində  "işləyək"  ))  Fikrinizi  olduğu kimi  bura copy  edirəm :

 Arqumentlərlə  bu fikri təkzib etməyə  çalışaram  ))

1. Şkafın ölçüsü hamıda eyni deyil  . Bir şkafa 100  kitab yerləşdirmək olar. Digərinə 300 .  Rəflərin sayı hətta dinamik  olaraq  artdığı  vəziyyətdə  belə , hər insanın potensial  qəbul edə biləcəyi  kitab sayının  limiti var. 

2. Hansı kitabların oraya yerləşdirilməsi  nəticəyə təsir edəcək.  Yəni , hətta "düzgün insan"  formalaşdıranın özünün "düzgün"  olması  şübhə altındadır. 

3. Bu kitabların yerləşdirilmə qaydasından asılı  olaraq bu da nəticəyə təsir edəcək .  Məsələn , subyektiv olarq uşağa  "əsas və ikinci dərəcəli kitablar"   haqqında "düzgün"  məlumat verməklə , onu bu və ya digər istiqamətə yönəltmək olar.  

4. Uşaq şkafı  darmadağın edib ,  kitabları zibilə ata bilər ))

Gördüyünüz kimi  heç bir uşaqı  proqramlaşdırmaq mümkün deyil .  Hətta siz dediyiniz kimi "əlimizdən gələni etməklə"  belə ...   Uşaqlarin "kitab və rəflərinin kəmiyyət və keyfiyyəti" eyni olanda eyni nəticə əldə etmək haqqında qanun mövcud olsaydı onda  sizin metaforanız da   həmişə  düzgün  olardı.  Məsələn , kulinariyada olan reseptlər kimi .  1 qaşıq şəkər ,  100 qr. yağ , bir dəstə keşniş və  200 qr.  un qatmaqla  həmişə   "bla- bla"  adlı  keks düzəltmək olar ))

biz inkubator insan yetişdirmirik ki, nə də bunu etmək imkanındayıq.

razıyam ki, kitabları düzən insanın özündə ardıcıllıq və mərtəbələrdə problemlər ola bilər.

İstəyimiz odur ki, heç olmasa yaxşı kitablar övladın şkafında olsun.

tərbiyən prosesinin 1 nömrəli məqsədi insanı bu prosesin son mərhələsi olan "özünütərbiyə" vərdişinə alışdırmaqdır.

ən ümumi halda, bu temada iştirak edib fikrini yazan insanların yuxarı rəflərindəki kitablar eynidir. Hamı bilir ki, aldatmaq olmaz, oğurlamaq olmaz, valideynə və böyüyə qarşı hörmət, yaxınına kömək və s.

Dəyərlərin mərtəbələri var. kimsə pula, kimsə münasibətə, kimsə səhhətinə önəm verir.

o ki, qaldı uşağın (nəinki uşağın, elə yetkin insanın da) şkafdakı rəfləri dağıtmağına-buna tərbiyə prosesində "yenidən tərbiyəyə ehtiyacı var" deyilir. onun islah olunmasına zərurət yaranır. əvvəllər "islah-əmək müəssisələri" adlandırılan yerlər indi "Cəzaçəkmə müəssisələri adlanır". insanı formalaşdırmaq üçün o zəhmətə qatlanmalıdır. Göründüyü kimi, əvvəlki dönəmdə insanı islah etmək üçün əməyə cəlb edirdilər, amma indi anaq cəza verirlər. doğrudur, adı dəyişən həmin müəssisədə tərbiyə işi aparılsa da əvvəlki effekti vermir. çünki bayırda olan o qədər işsizlər var ki...

Qaraladığım yerlə   100 % razıyam.  Çox gözəl  ifadə etdiniz !    Amma ...  Yuxarı rəflərdəki kitablar  hamıda eyni deyil .  Sizin sadaladığınız  "aldatma,  valideynə hörmət və s."  üçün uzun uzadı kitablar lazım deyil , Bibliyada "10 ehkam" adalnan dini  ehkamları bilmək kifayət edər ))

"Yenidən tərbiyə" haqqında lap polis rəisi kimi danışdınız ))   Mən şkafı  dağıdan deyəndə  Nitsşe kimi  "dəyərlərin yenidən dəyərləndilməsi"  prosesini ,  müəyyən mənada nonkonformizmi  və  bunun nəticəsi olaraq insanda individualizmin yaranmasını  nəzəərdə tutmuşdum.  Kriminalsız ))  

Edited by Sunyata
Link to comment
Share on other sites

Həyat eşqi sönmüş insan intihar edə bilmir. Şəxsiyyəti özünəhörməti itirmiş, mənəvi və fiziki işgəncədən iradəsi sınmış insan zülmə tabedir və qətli qəbul edir. Şəxsiyyət kimi artıq mövcud olmayan birisi , ölümü qəbul etməsi ilə intihar arasında bir fərq qoymur. o əsirlərin hamısı (öz gözlərində) intihar edib əslində.

Link to comment
Share on other sites

Qaraladığım yerlə   100 % razıyam.  Çox gözəl  ifadə etdiniz !    Amma ...  Yuxarı rəflərdəki kitablar  hamıda eyni deyil .  Sizin sadaladığınız  "aldatma,  valideynə hörmət və s."  üçün uzun uzadı kitablar lazım deyil , Bibliyada "10 ehkam" adalnan dini  ehkamları bilmək kifayət edər ))

"Yenidən tərbiyə" haqqında lap polis rəisi kimi danışdınız ))   Mən şkafı  dağıdan deyəndə  Nitsşe kimi  "dəyərlərin yenidən dəyərləndilməsi"  prosesini ,  müəyyən mənada nonkonformizmi  və  bunun nəticəsi olaraq insanda individualizmin yaranmasını  nəzəərdə tutmuşdum.  Kriminalsız ))

Nonkonformizm, Nitse sozunu ifade etmekcun evvelce a, sonra b,sonra c, daha sonra d...herflerini oyrenmek lazimdir ki, lap sonra neyise dagidib yeniden qurasan
Link to comment
Share on other sites

Nonkonformizm, Nitse sozunu ifade etmekcun evvelce a, sonra b,sonra c, daha sonra d...herflerini oyrenmek lazimdir ki, lap sonra neyise dagidib yeniden qurasan

Təklifinizi  nəzərə alıb , əlifbanı  mütləq yenidən  öyrənərəm.  Məsləhətinizə görə təşəkkür edirəm !

Edited by Sunyata
Link to comment
Share on other sites

Güclü - gücsüz insan yoxdurKamil insan var, bir de cahil. Cahilin həyat tərzi heyvanatın həyat tərzinə oxşayır.

"Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq" - çoxmu görmüsünüz belə kamil insanları? Kamil insan ideyadır , güclü və gücsüz insan konkret və real insanlardır. Bəlkə də birinin digərinə keçidi mümkündür... Deyə bilmərəm.

Edited by Sunyata
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
      • 9 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Like
      • 63 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       
      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
        • Like
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Milli
        • Facepalm
      • 357 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Like
      • 287 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
  • Posts

    • Вечером услышала разговор, что собираются лечение по направлению- через ОМС  отменять скоро. Такое возможно у нас? Некоторые больницы отказываются работать по ОМС.
    • Не только снижение качества. Повсеместное упрощение технологий. Платья, блузки, рубашки, верхняя одежда шьется не по выкройкам, где есть понимания фигуры, а чисто вырезанием прямоугольников. Платье - вырезали 2 прямоугольника - сверху присборили  типа воротника. Ни тебе выточек, посадки проймы. Спущенный рукав и еще два прямоугольника как рукав. Резинка внизу. И если присмотреться ...все вещи так сшиты...
    • Во время полнолуния и  сильных магнитах  бурь, на  форуме  наблюдается повышенная раздражительность и соответственно,   очень сильно повышается  шанс возникновения  грача..... Так что будьте сдержаннее, на неадекватные посты, отвечайте учтиво и деликатно , на  посты с ПНЛ,  отвечайте уважительно, тактично и вежливо... Модераторам повышенная  готовность.... 
    • А он вроде не касался... Очень милый парень был.
    • Готовились к 3-5 дневной войне- захват Киева и “возвращению” Януковича, а к затяжной войне на тот момент Россия была абсолютно не подготовлена. И тут самое главное, что Зеленский не испугался и не убежал. А теперь “или с нами, или половину заберем в виде буфера”. А изучал я не только тот период, но и раньше, и позже тоже. И сделал для себя интересные выводы. И самый главный из них- правитель на Руси автоматически становится самым мудрым, и даже если он, пардон, алкоголик, или очень больной физически и еле ходит, да и рейтинг не больше 3%- это не имеет никого значения. Мудрые имеют право передавать власть по наследству, а вместе с властью передается и мудрость. Другой вывод, что в России восстановили сословия- высшее, среднее и т.д., нет там классов как таковых вообще. И когда говорят, что там есть коррупция, я удивляюсь – откуда? Но почему иногда принимают антикоррупционные законы? Видимо потому, что в связи с какими-то событиями, как санкции, или падение цен на что-то общая сумма для дележа уменьшается, и тогда приходится какую-то группу людей оставить без дополнительного дохода, исключить из списка, и вот тогда и появляются антикоррупционные законы. А коррупции там нет и быть не может, все под бдительным контролем. Хотя, возможно, что я ошибаюсь, и это показалось со стороны.  
    • Он укусил... мне не верил.
×
×
  • Create New...