Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Insanlar Neye Gore Yasayirlar?

Recommended Posts

Билмирем бурда беле мовзу ачылыб йа йох.Бу мовзуну ачмагла сизлерин фикрини билмек истердим.егер беле мовзу варса,гой модер багласын.

Инсанлар нийе догулур?

Безилериниз фикирлеширсиз Аллах ярадыб имтаханды,Безилериниз дейирсиз пул,карьера,аиле,ушаглар,ве саире.

Меним фикримче инсан хейаты бир ройады.Йухуду.Бир гюн анадан гелирик ве бир гюн йох олачагыг.Хейатын менасы меним учюн инсанлара,яхынлара,узаглара хетта танымадыгын бирине яхшылыг етмекди.Бу яхшылыг етмек учюн хеч бир дин,хеч бир Аллах лазым дейил.Инсанлар ики йере болунурлер,яхшылар ве пислер.Гелин яхшылардан олаг.

Link to comment
Share on other sites

Sənə görə insanlar üçün Allahın,dinin olması pislikdir, kimlərə görə isə yaxşılıqdır...Əvvəl universal pisi və yaxşını subut elə sonra insanları iki yerə böl...

Yuxarıda subyektiv fikirlərini yazmısansa hörmətlə yanaşıram...İddialısansa bu forumda yaxşldan,pisdən danışmaq üçün deməli hələ təcrübəsizsən...

Link to comment
Share on other sites

  • 3 weeks later...

Məncə həyatda məna axtarmaq lazım deyil. Prosesdi gedir, biz də onun kiçik bir hissəsiyik, təbiətin bir parçasıyıq. Təbiətdə isə yaxşı, pis, ədalət kimi anlayışlara yer yoxdu. Ona görə ən yaxşısı başını saxlayıb, təhlükələrdən uzaq durub sağ salamat qocalıb ölməkdi. Yaxşılıq eləmək də mümkündürsə lap gözəl :)

Link to comment
Share on other sites

Biri var idi, biri yox idi

Heyatda bir dogush var idi, bir de xoshqedem. insan dogulanda qedemleri ya xosh olur, ya da ki bed. Xos olanda sevinir, dunya menimdir deyib heyata ne ucun geldiyini unudur. Bed olanda ise bashqalarinin sevinci baxib qusselenir; oz heyatina nifret edir ve neidi gunahim, ve ben nerde yanlis yapdim deyir

Link to comment
Share on other sites

Həyatın mənası yaxşılıq pislik kimi nisbi anlayışlar və ya o biri dünyada qurularla görüşmək üçün hazırlıq deyil.

İnsan digər canlılarla eynidir, təbiətdən yaranan və onun qanunları çərçivəsində yaşayan orqanizmdir. İnsanın hissləri də digər canlılar kimidir, qorxu sevinc ehtiras özünüqoruma instinkti və.s bunlar hamısı heyvanlarda da var. Tək yüksək şüur və ondan irəli gələn yaradıcılıqdan başqa, mənim fikrimcə, insanın tək bu nüansda həyatdakı rolu heyvanlardan fərqlənir. Yəni insan üçün həyatın mənası həm də yaşayıb yaratmaq, öyrənmək, bəşəriyyətin gələcəyinə və elminə öz töhvəsini verməkdir. 

Link to comment
Share on other sites

Biri var idi, biri yox idi

Heyatda bir dogush var idi, bir de xoshqedem.

Heç onlari bir - birinə yaraşdirmadim amma Allah xoşbəxt eləsin.)

Allah insani yaratdi çünki ürəyi belə istədi , yaratmasaydida onsuz da bir bəhanə olacaqdi niyə yaratmadin deyə.

Edited by azda
Link to comment
Share on other sites

Əgər insan inanarsa onda o həmin suali verə bilər , inanmadiği halda yox  , belə bir inanca sahib deyilsənsə bu sualların artıq bir mənası qalmır.

 Varlığın məqsədini sorğulamaq   əvvəl Allahın varlığına inanmaqdan başlayır ...

Yaradan bir varliq yaratdi və aləm bir biriə qarişdi.

Link to comment
Share on other sites

Heç onlari bir - birinə yaraşdirmadim amma Allah xoşbəxt eləsin.)

Allah insani yaratdi çünki ürəyi belə istədi , yaratmasaydida onsuz da bir bəhanə olacaqdi niyə yaratmadin deyə.

Ureyi bele istedi .. bu soz shirkdir.

Link to comment
Share on other sites

Bu sualin cavabi cox sadedir. Eger bizi Allah yaradibsa, yeqin ki, sebebini de hamidan yaxsi O biler. Allah Oz gonderdiyi Quraninin 51-ci suresinin 56-ci ayesinde bele deyir: "Men cinleri ve insanlari yalniz mene ibadet etmekleri ucun yaratmisam."

'ibadet' sozunun de menasi- qulluq demekdir. Bunnan da bele neticeye gelmek olar ki, biz heyatda yasaya-yasaya Allahin dediklerine qulaq asib, emel edib, heyatimizi onun nesihet etdiyi kimi quraraq davam etmeliyik.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Biz insanlar öz yaradılışımızın seçimində iştirak etmirik. bizlər sonumuzun mütləq ölümlə bitəcəyini dərk edirik.

sonuncu insanı heyvandan fərqləndirən özünüdərk xüsusiyətinə aiddir. bu səbəbə, həyat haqda düşünməyə bilmərik )

fikirimi bitirə bilmədim ...

Edited by NOIR
Link to comment
Share on other sites

Bu cür suallarıma cavabı quranda tapdım... Lap uşaqlıqdan verdiyim ve cavab tapa bilmediyim suallar ıdı.. Anam çaresiz qalardı bu sualların qarşılıgında. O sadece yaşayanlardan idi, ona bu suallar maraqlı deyildi.. Amma men cavabsız yaşamagı menasız görürdüm..

Haqsızlıq ıdı bu ! Bu cür yaşamaq.!

11 cı sinifde elime ilk defe islamı tebliğ eden kitab düşdü... Sinif yoldaşım dedi ki , kitabı ver , vaxtım yoxdur.. Senlik deyil onsuz ... Heyatımda heç vaxt bir kitabı- susuz suyu içen adam kimi oxumamışdım.. 5 deq! Var idi... Qaytarmalı idim... Neise o günden çox kitab oxudum.. İslam , budizmdan bir az, bibliya .. Sufilik ve s.... Düşünürem ki ne üçün yaşadığımı bilirem.. Artıq yaşamaq üçün sebeblerim var..

Link to comment
Share on other sites

Sual düzgün qoyulmayıb.

1. İnsanlar nəyə görə yaşayırlar? Mən nə bilim пустота nikli user nəyə görə yaşayır. Və sənin kimi milyardlarnan insanın yerinə, bu qəliz cavabı verə bilmərəm və heç kim verə bilməz.

2. Nəyə görə deyəndə konkret bir şeydən, söhbət gedir. Nəylərə görə yaşayır, daha məntiqli olar. 

İnsan əsasən, öz prinsiplərinə görə yaşayır. Bunu dəqiq bilirəm)

Edited by Simruq
Link to comment
Share on other sites

Biz insanlar öz yaradılışımızın seçimində iştirak etmirik. bizlər sonumuzun mütləq ölümlə bitəcəyini dərk edirik.

sonuncu insanı heyvandan fərqləndirən özünüdərk xüsusiyətinə aiddir. bu səbəbə, həyat haqda düşünməyə bilmərik )

fikirimi bitirə bilmədim ...

İştirak edirik ya etmirik, bu dəqiq məlum deyil. Bunu nə təsdiq nə inkar etməy olar.

Dünyada milyardlarnan müxtəlif inanclı insanlar var və bu insanlar ölümə yox, həyatın dəyişməsinə inanırlar)

Özünü dərk məsələsinə gəldikdə, deyə bilərəm ki, bu böyük mübahisəli məsələdi. Bir dəfə yazmışdım, Sunyata pozdu)) Bir daha yazıram. Misal üçün, İt itliyinən başqa nə edə bilər? Mən özümü bu heyvan kimi təsəvvür etməyə çalışacam. Mən nə edə bilərəm. Maşın sürmək, yazı yazmaq, insan elədiylərinnən eləmək? Bu mümkün deyil. Fiziki halı yol vermir. Lap məndə supper ağıl olsun nə edə bilərəm. Mən bu ağılnan it cismində, heç nə edə bilmərəm, yalnız əsəbdən hürərəm)))

Tutalım Sokratın ağılı eşşəydə ola, eşşəy nə biləcəy, uzağı biləcəy ki zəfəran nədi)

Link to comment
Share on other sites

İştirak edirik ya etmirik, bu dəqiq məlum deyil. Bunu nə təsdiq nə inkar etməy olar.

şəxsən mən, öz yaradılışımın seçimində iştirak etdiyimi xatırlamıram (məndən rəy almayıblar) .

bəs siz necə ?

Link to comment
Share on other sites

Dünyada milyardlarnan müxtəlif inanclı insanlar var və bu insanlar ölümə yox, həyatın dəyişməsinə inanırlar)

Bəli , var belə insanlar... reinkarnasiyaya inanmaq təkrar yaradılış seçimində iştirak hüququ bəxş etmir.

P.S. olur ki, həcmli bir postu redaktə edəndən sonra, yükləyərkən silinir. indi fikirlərimi mətndə yığıb, copy edəcəm.

Link to comment
Share on other sites

....reinkarnasiyaya inanmaq , təkrar yaradılış seçimdə iştirak hüququ bəxş etmir.

Lap ehtimal etsək ki, bu kimi inanclı insanın hər bir növbəti dəfə seçim imkanı ola bilər :

1. O hazırki həyatında artıq bu keçidi planlaşdırmalıdır.

2. Hazırki həyatında bunu (yəni, növbəti yaradılış seçimində iştirak hüququnu) proqramlaşdırmalıdır.

3. Proqramlaşdırılmış Ruh yeni fiziki bədənini hazır genetik kodla əldə edəcək.

4. Ruh sadəcə proqramdır, məsələn, onu müəyyən tezlikdə mövcud olan dalğa kimi də təsəvvür edə bilərsiz. 

Ruh sakininə çevriləcəyi bədəni, genetik komplektini , məkanı, ailəni, bir sözlə bütün maddiyatı olduğu kimi , öz müvəqqəti "istifadəsi" üçün qəbul edir. bir sözlə proqram öncədən qəti və müəyyən ola bilər, resurs, imkan və şərtlər isə öncədən qeyri-müəyyəndir.

bütün bunlar, Ruhun təkrar yaradılışda iştirak etməsi ehtimalı deməkdir, Ruhun təkrar yaradılış şərtlərinin seçimində iştirak etməməsi ehtimalı deməkdir.

İMHO

Link to comment
Share on other sites

Özünü dərk məsələsinə gəldikdə, deyə bilərəm ki, bu böyük mübahisəli məsələdi. Bir dəfə yazmışdım, Sunyata pozdu)) Bir daha yazıram. Misal üçün, İt itliyinən başqa nə edə bilər? Mən özümü bu heyvan kimi təsəvvür etməyə çalışacam. Mən nə edə bilərəm. Maşın sürmək, yazı yazmaq, insan elədiylərinnən eləmək? Bu mümkün deyil. Fiziki halı yol vermir. Lap məndə supper ağıl olsun nə edə bilərəm. Mən bu ağılnan it cismində, heç nə edə bilmərəm, yalnız əsəbdən hürərəm)))

Tutalım Sokratın ağılı eşşəydə ola, eşşəy nə biləcəy, uzağı biləcəy ki zəfəran nədi)

Çalışıram ki, sizi anlayım )

müqayisə kimi gətirdiyiniz misalı düzmü anlayıram ? : insan hansı məkanda, şəraitdə doğulacağını öncədən bilmir və seçə də bilməz. və artıq doğuluşdan (yaradılışdan) hər bir insan konkret şərtlərlə müəyyən olunur . kiməsə məhdud, kiməsə geniş imkanlar... dərketməyə gedən istiqamətlər də çox zaman həmin şərtlərdən qaynaqlanır.

Sizin misaldakı it isə şərait (şərt və imkanlardan) asılı olmayaraq, dərketmə aspektlərində dəyişməyəcək, inkişaf etməyəcək

Link to comment
Share on other sites

şəxsən mən, öz yaradılışımın seçimində iştirak etdiyimi xatırlamıram (məndən rəy almayıblar) .

bəs siz necə ?

Мелум олмайан шейлере, гети джаваб йохду!

Иштирак етмедийивизи хатырлайырсыз)?

Link to comment
Share on other sites

....reinkarnasiyaya inanmaq , təkrar yaradılış seçimdə iştirak hüququ bəxş etmir.

Lap ehtimal etsək ki, bu kimi inanclı insanın hər bir növbəti dəfə seçim imkanı ola bilər :

1. O hazırki həyatında artıq bu keçidi planlaşdırmalıdır.

2. Hazırki həyatında bunu (yəni, növbəti yaradılış seçimində iştirak hüququnu) proqramlaşdırmalıdır.

3. Proqramlaşdırılmış Ruh yeni fiziki bədənini hazır genetik kodla əldə edəcək.

4. Ruh sadəcə proqramdır, məsələn, onu müəyyən tezlikdə mövcud olan dalğa kimi də təsəvvür edə bilərsiz.

Ruh sakininə çevriləcəyi bədəni, genetik komplektini , məkanı, ailəni, bir sözlə bütün maddiyatı olduğu kimi , öz müvəqqəti "istifadəsi" üçün qəbul edir. bir sözlə proqram öncədən qəti və müəyyən ola bilər, resurs, imkan və şərtlər isə öncədən qeyri-müəyyəndir.

bütün bunlar, Ruhun təkrar yaradılışda iştirak etməsi ehtimalı deməkdir, Ruhun təkrar yaradılış şərtlərinin seçimində iştirak etməməsi ehtimalı deməkdir.

İMHO

Фикирлер сизе аитди?

Харадан мелуматланмысыз?

Link to comment
Share on other sites

Çalışıram ki, sizi anlayım )

müqayisə kimi gətirdiyiniz misalı düzmü anlayıram ? : insan hansı məkanda, şəraitdə doğulacağını öncədən bilmir və seçə də bilməz. və artıq doğuluşdan (yaradılışdan) hər bir insan konkret şərtlərlə müəyyən olunur . kiməsə məhdud, kiməsə geniş imkanlar... dərketməyə gedən istiqamətlər də çox zaman həmin şərtlərdən qaynaqlanır.

Sizin misaldakı it isə şərait (şərt və imkanlardan) asılı olmayaraq, dərketmə aspektlərində dəyişməyəcək, inkişaf etməyəcək

Башга формалары анламысыз. Даха етрафлы йазарам. Инди вахт имкан вермир.

Link to comment
Share on other sites

Мелум олмайан шейлере, гети джаваб йохду!

Иштирак етмедийивизи хатырлайырсыз)?

Məlum olanlar və olmayanlar haqda şübhə fəlsəfəsindən araşdırsaq qəti cavab tapmarıq, güman ki ... )

Mötərizə içində yazdıqlarım əsasdır, çünki şeçim iştirakımı inkar edirəm.

"xatırlamağı" zarafatyana yazmışam, ciddilik cansıxıcı olmasın deyə )

Link to comment
Share on other sites

Фикирлер сизе аитди?

Харадан мелуматланмысыз?

Sondakı imzamla bir daha təsdiq edirəm ki, fikirlər mənə aiddir. Müxtəlif şifahi və yazılı mənbələrə istinad edirəm.

Ümumiyyətlə, mülahizə nəticələri : bilik + təcrübə + daxili araşdırmanın (внутренняя работа) məcmusudur. mən də, sizin tək bu sistemdə istisna deyiləm.  İstənilən fikirimi müdafiə etməyə hazıram, amma bu artıq mübahisə olacaq. mənsə dialoqa üstünlük verirəm, arqumentlərim zəif olarsa etiraf etməyi bacarıram. çalışıram ki, müzakirə həmsöhbətlərin fikirlərini az da olsa əks etdirsin. Əks təqdirdə, bunun heç bir tərəf üçün faydası olmayacaq.

НОИР дерин душунджел инсанды. Сизинле музакире апараджам. Хеле ки душунурем))

Link to comment
Share on other sites

Çox "güclü" cavab oldu. Ölmək üçün yaşayan insan ölməyə tələsirmi?? Şəxsən siz?

senin cixardigin netice budursa men buna hec ne deye bilmerem 

qaldi verdiyin suala bu menim telesib telesmemeyimden asili deiyil

Link to comment
Share on other sites

Hər bir insanın öz missiyası var, onun üçün də yaşayır. İnsan bir alqoritmdir, mühəndis onu müəyyən məqsəd üçün yaradıb və ümumi serverə daxil edib, indi qalır o alqoritmin fərasətinə, əgər o missiyasının öhdəsindən gəlsə, server üçün müəyyən, öncədən planlaşdırılmış işi görəcək və sonra da işini təhvil verib gedəcək, xeyr, öhdəsindən gəlməsə, mühənds tərəfindən silinəcək və yeni bir alqoritmlə əvəz olunacaq. Kiminsə missiyası böyük, serverin işinə önəmli dərəcədə müdaxilə edən, başqa alqoritmləri idarə edib, onların yerinə də qərar verən missiyadır, kiminki isə o qədər sadədir ki, necə gəlib, necə getdiyini heç kim hiss eləmir belə.

Maraqlı yazmısınız...Bir plyus məndən..)

Sulaım var ?İnsanı yalnız alqoritm yığını hesab edirsinizsə  bəs onda fərasət nədir?

Link to comment
Share on other sites

Maraqlı yazmısınız...Bir plyus məndən..)

Sulaım var ?İnsanı yalnız alqoritm yığını hesab edirsinizsə  bəs onda fərasət nədir?

Buyurun.

Insan məncə düşünə bilən və seçim etməyi bacaran bir alqoritmdir, yəni onun yazılışında ona bir sıra bacarıqlar əlavə olunub, məsələn, şüur, instinkt, xasiyyət. Bunlar, onun sonrakı yaşamına müəyyən qədər təsiredici qüvvəyə malikdirlər. Ona görə də, fərasət mənim fikrimcə bu alqoritmin, ona verilən bacarıqlardan necə istifadə etməsidir. Bunların köməyi ilə öz missiyasını asanlaşdırmaq və öz yolu ilə getmək və yaxud da, bu missiyanın onun üçün lazımsız olduğunu zənn edib mühəndisinə qarşı çıxmaq.

Səni təkrar burada görmək çox xoşdur.

Bu gün belə bir yazı gördüm. Bu düşüncənlə əlaqəli maraqlı gələcəyini düşündüm.

Bugüne kadar yapılan akademik araştırmalar ve yazılan makaleler, insanlar da dahil olmak üzere hiçbir canlıda "özgür irade" bulunmadığını düşündürüyor. Bu kışkırtıcı iddia ilk etapta kabul edilemez gelse de, kuantum fiziği de dahil olmak üzere, sinirbilim veya biyolojinin tek başına sınırlarını aşarak, disiplinler arası verileri incelediğimizde, beynin tekil nöronlarının bütünleşik (kolektif) ve sinerjik sonuçlarının, "benlik" olarak algıladığımız bizim kontrolümüzde olmadığını görüyoruz. Tabii ki kesin bir yargıya varmak için çok erken, ancak her geçen gün özgür iradenin varlığına dair görüşlerimiz derinden sarsılıyor.
 
Bilinç, beyni olan her canlıda bulunsa da, insanların bilinç ile özgür iradeyi eş anlamlı olarak kullanması hatalı bir algıya neden oluyor. Canlıların içgüdüsel ve algısal (bilinçli) iki tip davranışının olduğunu biliyoruz. İkinci grup davranışta canlılar yaptıkları hareketleri bilinçli/farkında olarak yaparlar. Ancak bir hareketin farkında olmak, o hareketin yapımının ön basamaklarının farkındalıkla yapıldığı anlamına gelmiyor. 
 
Yapılan araştırmalar, davranışlarımızın ve karar vererek, özgür biçimde attığımızı düşündüğümüz adımların beynimizin bilinçle alakasız, derin bölgelerinde, üst bilincin tercihlerinden tamamen bağımsız olarak, çoktan kararlaştırıldığını gösteriyor. Yani bilinçli yaptığımız hareketlerimiz de aslında beynimizin kontrolü bilinçli üst bölgelerin elinde olmayan kısımları tarafından belirleniyor olabilir. 
 
Bu durumda, hem Brian Greene'in anlattığı fizik yasaları çerçevesinde, hem de bugün giderek daha derin olarak anlamaya başladığımız kimya ve biyoloji yasaları ve bu durumda sinirbilim gerçekleri dahilinde özgür irade diye bir olgunun var olmadığını düşünmek için giderek artan sayıda nedenimiz olduğunu söyleyebiliriz. 
 
Ancak elbette, nihai yargılara varabilmek için halen araştırmamız ve anlamamız gereken çok şey var.
 
http://www.evrimagaci.org/video/16/182

Çox sağ ol!

Əfsuslar olsun ki, bu antipatiya bəslədiyim xalqın dilini başa düşmürəm, öyrənmək istəyim də olmayıb heç vaxt. İmkanın və vaxtın olsa, qısaca məğzinin tərcüməsini başa salarsan.

Link to comment
Share on other sites

Müseyib, Google Translate - nin səhv-süf tərcüməsindən belə başa düşdüm ki, alim deyir ki, insanın etdikləri seçim, heç də onların seçimi yox, əvvəlcədən proqramlaşdırılmış seçimdir, yəni, insan bir növ kukladır, eləmi?

Hardasa, bu formadadır. Amma burada deyilən hələ ki 100 % sübut olunmuş bir şey deyil. Aparılan araşdırmalar və ortaya çıxan mənzərə bu yöndədir burada yazıldığına görə.

Link to comment
Share on other sites

Buyurun.

Insan məncə düşünə bilən və seçim etməyi bacaran bir alqoritmdir, yəni onun yazılışında ona bir sıra bacarıqlar əlavə olunub, məsələn, şüur, instinkt, xasiyyət. Bunlar, onun sonrakı yaşamına müəyyən qədər təsiredici qüvvəyə malikdirlər. Ona görə də, fərasət mənim fikrimcə bu alqoritmin, ona verilən bacarıqlardan necə istifadə etməsidir. Bunların köməyi ilə öz missiyasını asanlaşdırmaq və öz yolu ilə getmək və yaxud da, bu missiyanın onun üçün lazımsız olduğunu zənn edib mühəndisinə qarşı çıxmaq.

Məncə fərasət ona verilən bacarıqdan yox ona verilməyən bacarıqdan istifadə etməsidir...Mühəndis özüdə məəttəl qalır ki, mən buna yalnız toplama və çıxma əməllərini yerinə yetirən alqoritmlər daxil etmişdim,bu  isə bölmə və vurma əmməllərinidə yerinə yetirdi...(Və yaxud mühəndis üçün bu süni intelektdir, subyektin özü üçünsə azad iradə və düşüncə)

Fikirləriniz çox maraqlıdır...Dərin fəlsəfə var...

Link to comment
Share on other sites

Hardasa, bu formadadır. Amma burada deyilən hələ ki 100 % sübut olunmuş bir şey deyil. Aparılan araşdırmalar və ortaya çıxan mənzərə bu yöndədir burada yazıldığına görə.

Hm.....hardasa razılaşa bilərəm, düzdür, Matrisada Neonun dediyi kimi, özünü marionet hesab etmək bir qədər çətindir, amma, həqiqət var burda. Dədə baba dövründə buna alın yazısı deyirdilər, indi elm inkişaf edib və daha da geniş araşdırmalara ehtiyyac yaranıb. İstənilən qərarı qəbul etmək üçün beynimizi işə salmalıyıq, neyronlar hərəkətə gəlməli, hər hansı bir seçimi etməlidir. Ehtimal var ki, o neyronları bizdən başqası idarə edir və alqoritmimizi qabaqcadan yazır. Hətta deyərdim ki, bu seçimə bizi yönləndirən əlavə vasitələr də var, məsələn, vicdan, yuxu, dejavu anlayışı. Bütün bunlar köməkçi vasitələrdir məncə, insanı seçimə yönləndirən. Amma yenə də, son sözü, vahid bir fikri formalaşdıran bir kəs var, bu şübhəsizdir, qalır araşdırmaq, bu biz özümüzük, yoxsa başqası.

Link to comment
Share on other sites

Məncə fərasət ona verilən bacarıqdan yox ona verilməyən bacarıqdan istifadə etməsidir...Mühəndis özüdə məəttəl qalır ki, mən buna yalnız toplama və çıxma əməllərini yerinə yetirən alqoritmlər daxil etmişdim,bu  isə bölmə və vurma əmməllərinidə yerinə yetirdi...(Və yaxud mühəndis üçün bu süni intelektdir, subyektin özü üçünsə azad iradə və düşüncə)

Fikirləriniz çox maraqlıdır...Dərin fəlsəfə var...

))) Maraqlı teoriyadır.....onda bu artıq fərasət yox, yekəbaşlıq olar, yox? Mühəndis qalır məəttəl ki, ə, bu qurumsağa bax e, məndən ağıllı hesab edib özünü....)))

Yenə də düşünürəm ki, insan azad iradəyə, seçim hüququna malikdir. Daha dəqiq desəm, bunun əksinə inanmaq istəmirəm, çünki, bu halda həyatımızın mənasını itirmiş oluruq.....

Əla....)))))))))

İndi çalışacam ki, qurumsağın itelektinin necə işləməsinin teoriyasını izah edim...))))(obrazlı formada)

Mühəndis təkdir və bütün imkanlara malikdir...Bir gün mühəndis özü ilə oyun qurmaq fikrinə gəlir...Çoxlu qurumsax )) yaradır və onlara müəyyən imkanlar,qabiliyyətlər verir...Sonra isə ozünü  yaratdıxı qurumsaxlardan  xəbərsiz edir...Bu xəbərsiz vəziyyət elə bir haldır ki, qurumsaxların imkanları və qabiliyyəti həmin vaxtı mühəndisin imkanlarından üstün olur...Belə olanda  bu oyuna tamaşa etmək mühəndisə maraqlı olur və onları azad varlıq kimi qavradığı üçün  fərasətlərinə məəttəl qalır...)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Like
      • 68 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Red Heart
        • Like
      • 110 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...