Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qəbirsevənlər


Recommended Posts

Seymur Baycan

QƏDİMLİK YARIŞMASI

Kafedə oturub yemək yediyim zaman televizorda gördüyüm kadrlar diqqətimi cəlb etdi. Zurna çalan, nağara çalan, saz çalan, kabab çəkən, kabab yeyən...

Üç -dörd nəfər taxta gəmi maketinin içinə girib yolla gedir, qıraqda da mavi parça dalğalandırırlar, guya bu da dənizdir. Qədim qılınc-qalxanlı döyüşçülər, motosikletçilər, hava şarı, Məşədi İbadın və Salyan ərazisində yaşayan heyvanların müqəvvası ...

Bütün bu mənzərələrin hamısı bir-birinə qarışmışdı. Dəhşətli kadrlar idi.

Dünyanın ən cəsarətli və ən dəlisov rejissoru bu kadrlara memnuniyyətlə həsəd aparardı. Görəsən yenə nə olub? Bu nə bayramdı? Kim ölkəyə qayıdıb, kim ölkədən gedib? Harda yenə qaz yatağı tapıblar? Harda neft yatağı aşkarlanıb? Yenə görəsən hansı uğura imza atmışıq? Ölkəmiz və xalqımız yenə hansı anaoloqu olmayan nailiyyət əldə edibdir?

Bu həngamənin səbəbini öyrənmək uzun çəkmədi. Məlum oldu ki, 2011-ci ildə Ələt-Masallı yolunun Salyandan keçən hissəsinin çəkilişində qazıntı zamanı Babacanlı adlı yerdə iyirmiyə yaxın küp qəbir tapılıb.

Alimlərimiz bu qəbirlərin 2800 il əvvələ aid olduğunu müəyyən ediblər. Demə bütün bu həngamənin səbəbi bu imiş.

Salyan rayonunun 2800 illiyi qeyd olunurmuş. Bu həngamənin, kabab tüstüsünün içində bir rumın qadını danışdırdılar. Qadın dedi ki, bizim ölkədə belə qədim yer yoxdu, öz ölkəmizə gedəndə adamlara bu yer haqqında danışacam.

Bu sözləri eşidəndə bir azərbaycanlı kimi xəcalətimdən necə sürətlə tərlədimsə tər damcılarından biri alnımdan qopub qarşımdakı kasanın içinə düşdü. Gör nə gündəyiksə, necə gülməli vəziyyətdəyiksə, rumın bizi dolayır.

Bəli, yəqin ki, bir xeyli adam bu rumın qadının sözlərini eşidəndə şiddətlə sevinib. Sevinib ki, görün bizim necə qədim tariximiz var. O qədər qədim tarixdir ki, hətta əcnəbiləri də heyrətləndirməkdədi.

Əslində isə rumın qadına o sözləri dedizdirən “altda qalanın canı çıxsın” fəlsəfəsidi. Nə vecinə, gəlib gəzirlər. Yeyib içirlər. Arada beşdən-üçdən alıb ciblərinə qoyurlar. Bir-iki kəlmə yalandan tərifli söz deyirlər. Camaatımız da bu sözləri eşidib feyziyab olur.

Elə bilirlər ki, əcnəbilərin dediyi sözlər doğrudur. Fürsətcil, yaltaq, pul qazanmaq üçün hər vasitəyə əl atan adamlar savadsız adamlarla belə davranarlar. Orta əsr tarix kitabında bir rəsm vardı. Avropalılar yerli xalqların əlinə zınqırov, güzgü verib var-dövlətlərini əllərindən alırdılar. Yerli xalqlar da bu zınqırovu oynadıb özlərini xoşbəxt hiss edirdilər.

İndi o vaxtın zınqırovlarını, o vaxtın güzgülərini yalançı təriflər əvəz edir. Hər dəfə belə mənzərələrlə qarşılaşanda, hansısa əcnəbinin bizim mətbəxi, təbiətimizi, mentalitetimizi, tariximizi təriflədiyini eşitdikdə orta əsr tarix kitabında gördüyüm o rəsmi xatırlayıram...

Bir televizorun ekranında gördüyüm həngamənin davamını başqa məkanda, başqa televizorun ekranında seyr etməli oldum. Televizorun markası dəyişmişdi, həngamənin səbəbi, daha dəqiqi həngamənin markası isə dəyişməz qalmışdı. Necə deyərlər, toplananların yerini nə qədər dəyişsən də cəm dəyişmir. Yəni televizorun markasını, kanalları dəyişə bilərsən, amma bu, görüntünü dəyişməyəcək.

Bu sözün söhbətimizə o qədər də dəxli yoxdu. Sadəcə yazının maraqlı olmasını və savadımı göstərmək üçün elə-belə yazdım.

Aradan neçə saat vaxt keçmişdi. Növbəti dəfə acmışdım. Yenə kafedə oturub yemək yeyirdim. Televizorda isə tədbirin bədii hissəsi davam edirdi. Bu dəfə müğənnilər səhnəyə çıxıb fonoqramla adama bir-iki ağız mahnı oxuyurdular, arada fırlanıb özlərini camaata göstərirdilər. Hərdənbir vətənə aid şeirlər deyirdilər. Ölkəmizin uğurlarından danışırdılar. Ön sırada əyləşmiş qalstuklu, kostyumlu, bazbrutlu əmilər və dayılar oxuyanları çoxmənalı baxışlarla süzürdülər.

Müğənnilər, bazbrutlu dayılar və əmilər dövlət atributlarının əhatəsində adama çox qəribə təsir bağışlayırdı. Bütün bu kadrların üst qatını deyil, alt qatını təsvir etmək üçün bir anlıq V.Sorokin olmaq istərdim. Etiraf edirəm, gücüm çatmır. Mən girən kol deyil.

Ermənilərin qədimlik mərəzi bizə də keçməkdədi. Çox yanlış, yanlışlıq bir tərəfə, biabırçı bir yoldayıq. Ermənilərin səhvini təkrar etməkdəyik. Ermənilər bu qədimlik söhbətləri ilə hamını bezdiriblər. Özlərini gülüş hədəfinə çeviriblər. Hətta bu qədimlik xəstəliyi nəticəsində tarixlərində baş vermiş real hadisələri də şübhə altına salıblar. Elə isə bəs biz niyə qədim olmaq istəyirik? Bu suala cavab tapa bilmirəm. Hər il hardasa nəsə qəbir tapırlar. Hər il hardasa qədim yaşayış məskəni tapılır. Qədimləşdirə-qədimləşdirə gedirik. Gəncənin yaşı az qala hər il beş yüz il artırılır. Vasif müəllim Naxçıvanı sürətlə qədimləşdirməkdədi. Bu sürətlə biz hara gedirik? Axırda gedib çatacağıq mağaraya. Bəs mağaraya çatandan sonra ordan hara gedəcəyik?

Bir insan idman edir. Müxtəlif üsullardan istifadə edib cavan görünməyə, cavan qalmağa çalışır. Pul xərcləyir, tər tökür. Bir adama deyəndə ki, yaşından az görünürsən, sevinir. Bu sözü kompliment kimi qəbul edir. Elə isə bir xalq niyə özünü qədimləşdirməkdən həzz almalıdı. Bir xalq niyə yaşının az olmasından qorxmalıdı. Bəyəm amerikalılar qədim xalqdı? Xeyr, qədim xalq-filan deyillər. Cavan xalqdırlar və cavan xalq olmaları onların dünyaya yiyəlik etmələrinə maneçilik törətmir.

Elə isə bu balaca-balaca xalqların qədimlik yarışına girməsini, qədim xalq olmaları haqqında gülməli əfsanələr, ağlamalı nağıllar uydurmasını necə başa düşmək olar. Bu movzuda “Bu günü olmayan keçmiş” adında yazı yazmışam. Ürəyi istəyən axtarıb tapıb oxuya bilər. Sən tarixini ürəyin istəyən qədər saxtalaşdıra, qədimləşdirə bilərsən. Xoşbəxtlikdən və ya bədbəxtlikdən (baxır hansı bucaqdan yanaşırsan) bu, reallığa əsla təsir göstərmir. Reallıq isə ondan ibarətdir ki, qədimləşmək yarışına girmiş, keçmişlə fəxr edən xeyli xalqın bu günü yoxdur. Hər il (öz qədimliyi ilə fəxr edən) əlli min erməni Ermənistanı tərk edib rahatlıq və çörək axtarışında dünyanın müxtəlif məkanlarına üz tutur. Buyur, bu da sənə qədimlik. Get yağ əvəzinə çək cörəyin üstünə, ye.

Qələm əlimizdədi, gəlin Salyanın iki min səkkiz yüz yox, lap iyirmi səkkiz min yaşını qeyd edək. Bu nəyi dəyişəcək? Nəyisə dəyişəcəksə, gəlin Gəncənin yüz min illiyini keçirək. Yaxşı, Naxçıvanın da olsun bir milyon yaşı. Dəyişəcək bu nəyisə? Qoy Salyanın olsun on yaşı, Gəncənin on beş, Naxçıvanın da iyirmi, amma adamlar uşaqlarını göndərməyə normal bağça, normal məktəb tapsınlar. İşləməyə yer olsun. Qoy Azərbaycanın sıfır yaşı olsun, amma adamlar normal pensiya alsınlar, qorxu içində yaşamasınlar, övladlarını qorxa-qorxa orduya göndərməsinlər, səhiyyəyə, təhsilə inansınlar...

Bir dəfə Elmir Mirzoyevlə bulvarda gəzirdik. Gördük bir adam nağıllar kitabı satır. Sevindik. Sevindik ki, bulvarda nağıllar kitabı satırlar. Bəlkə adamlar görərlər, maraqlanarlar, uşaqlarına kitab alarlar. Nağıllar kitabından birini götürüb vərəqlədim. Adamın üstündə Allah var, nəfis nəşr olunmuşdu. Kitabın içində də yaxşı rəsmlər vardı. Amma mətn... Bəli mətn...Nağılın mövzusu Naxçıvanda Nuhun qəbrinin tapılması haqqında idi. Bildiyiniz söhbət. Daha sujeti yazıb vaxtınızı almıram. Vasif müəllimin alimləri, tarxiçiləri bu haqda çox danışıblar, çox yazıblar. Sevincimiz çox qısa çəkdi.

Biz əlimizdə nağıl kitabı bu haqda söhbət edən (sözün açığı iki boş-bekar adam danışmaq üçün mövzu tapmışdı ) zaman satıcı şedevr bir cümlə dedi. Dedi ki, müəllim, bunlar təzə nağıllardı. Satıcının səmimiyyətinə və müdrikliyinə mat qaldıq. Bu cür səmimi və müdrik sözdən sonra nəsə demək artıq olardı...

http://www.azadliq.mobi/a/26669813.html

Link to comment
Share on other sites

Tarix də bir elmdir,öyrənilməlidir.Hər bir xalq öz tarixini bilməlidir.Heç olmasa,ən azından,arxivimiz zəngin olmalıdır(təbii ki,saxtalaşdırılma ilə yox,real tədqiqatlarla).Bu yazının müəllifi,əsas problemlərə diqqəti çəkməyə çalışıb.Amma eyni zamanda,özü də nadanlığa yol verib.Çünki söhbət "qədimləşməkdə" deyil.Tarix onsuz da araşdırılmalıdır.Söhbət,bizim millətin yersiz göstərişliliyindədir.Məsrəfsiz yerlərə xərclənən pullar,pis gündə yaşayan xalq və bərbad bir quruculuq.Düzdür,son vaxtlar bəzi islahatlar aparılır,amma yenə də,"boşluqlar" çoxdur.Qaldı ki,Avropadan gələnlərin bizim qanı qaynayan Qaf"qazlı"ları otarmasına,bununla 100% razıyam.

Link to comment
Share on other sites

Aci hegigetler bal dadir indi,

Arisi olmayan bal satir indi.

Saclilar keceli aldadir indi

Daha nagillara inanmiram men...

Biz insanlar kecmisheden danishmagi cox sevirik.Geleceye ne geder gulmeli olsa da min cur plan cizirig,amma yashadigimiz indimizin gedrini bilmirik.((((((((

Edited by Konfutsi
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
      • 0 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Haha
      • 30 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
      • 43 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
        • Upvote
        • Like
      • 126 replies
    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
        • Haha
        • Like
      • 29 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Haha
        • Like
      • 24 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
        • Like
      • 8 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...