Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dövlətin Verdiyi Evlər Niyə Uçur?


Recommended Posts

Kəlbəcər qəsəbəsində 21, ümumi Ağdam rayonu üzrə  100-dən artıq ev qəzalı vəziyyətdədir

“Bakıdan gələn nümayəndə bizə deyir ki, bu evdə niyə oturursunuz? Sözü deyirlər, ancaq bizi heç çadırla da təmin etmirlər. Bizə deyirlər ki, Bakıya ziyandır bu məsələni açmaq. Yəni deyəcəklər ki, prezidentin verdiyi ev keyfiyyətsiz tikilib, uçub. İki gündən bir gəlib dedilər ki, narahat olma, narahat olma heç nə də dəyişmədi” – deyir Məhəbbət Həsənova.

Ağdam rayonunda Kəlbəcərdən olan məcburi köçkünlər üçün - Kəlbəcər qəsəbəsi salınıb. M.Həsənova həmin qəsəbədə 5 nəfər ailə üzvü ilə birgə dövlətin verdiyi 3 otaqlı evdə yaşayır. 2014-cü il martın 9-da evinin bir divarı M.Həsənovanın üstünə uçub. Uçqun altında qalan qadın Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb. Öz hesabına müalicə olunub. Ancaq bu hadisə belə onun evinin vəziyyətini yaxşılaşdırmağa vəsilə olmayıb.

“Heç kimə rüşvət belə verəcək pulum da yoxdu. Qızlarımla günü 5-6 manata alaq təmizləməyə gedirik. Pulumuz olsa tarlada işləməyə getmərik ki. Evin içi, çölü hər yeri çat-çatdır. Yayda dam düzəltdik. Orda yaşadıq. Ancaq indi qışdı. Nə qədər damda yaşaya bilərik? İki dəfə icranın qəbulunda olmuşam. Divar uçanda kürəyim əzilib. Mənə deyirlər ki, heç hara demə. Bizə təhqir hesab olunur” – söylədi evin sahibəsi.

Ağdam rayon İcra Hakimiyyətinin nümayəndəsi Valeh Abdullayevin sözlərinə görə, bu məlumatları bütün respublika bilir: “O evlərin şəkili də çəkilib və Fövqəladə Hallar Nazirliyinə də verilib. Bizim qəsəbədə 21, ümumi rayon üzrə isə 100-dən artıq ev qəzalı vəziyyətdədir. Qaçqnkomun sədri Əli Həsənova da məktub yazılıb. Ən acınacaqlı vəziyyətdə olan 3-4 ev daxili imkanlar hesabına təmir olunub. Amma rayon üzrə bu cür evlərin sayı çoxdur deyə gərək Qaçqınkomdan ona vəsait ayrılsın”.

M.Həsənovanın evinin döşəməsi də yeridikcə batıb-qalxırdı. Pəncərələrin altı tökülüb, otaqlarda divarlar aralanıb. Evin çatlarından həyəti görmək mümkündü.

M.Həsənova həyat yoldaşının ayda 250 manat məvacib aldığını, dövlətin isə onlara 80 manat çörək pulu verdiyini bildirdi: “Bizimkilərin hamısı Bakıda yaşayır. Burda qohum-əqrəbamız da yoxdu ki, gedib onların evinə yığılaq. Çıxmağa yerimiz də yoxdu. Hara çıxaq? Qızımın biri nişanlıdır. Onu necə yad qapıya aparım? İcra başçısı da hər dəfə söz verir ki, evin düzələcək, ancaq bir şey hasil olmur”.

“Bax, bu otağın divarı da partlayb çölə çıxıb. O uçan divar da elə olmuşdu. Partlayıb əyilmişdi. Bu da uçsa hara gedəcəyik?” – sual verir M.Həsənova.

“Bünövrəyə beton tökülməyib. Karkas yoxdur. Eləcə daşla hörüblər. Ona görə ev çökür. Elə olub ki, İcra Hakimiyyətində Valeh Abdullayevin yanına gedib dərdimizi demişik. O da deyir ki, əliniz hara çatır ora da qoyun” – söylədi ev sahibi Sabir Həsənov.

S.Həsənovun evinin sökülüb yenidən tikilməli olduğunu deyən icra nümayəndəsi 2006-cı ildə istismara verilən evin o vaxtkı dəyərinin 35 000 manat olduğunu bildirdi: "Fövqəladə Hallar Nazirliyi də rəy verməlidir ki, ev bünövrədən sökülsün başqa yerdə tikilsin. Bunun üçün də dövlət işləyir".

"O evləri şirkətlər tikib. Mən 1994-2007-ci ilə qədər Bərdədə işləmişəm. Evləri tikən şirkətlərdən xəbərim yoxdu. Qanuna qalanda həmin şirkət rəhbərləri evləri 8 illiyinə sığortalayır. Səkkiz illik istismar müddəti var. Şirkətlərin rəhbərləri də gəlib. Onlar da deyir ki, bu, bizim büdcəmizə uyğun gəlmir. Məsələ Əli müəllim səviyyəsinə, respublika səviyyəsinə qalxıb. Hamının bu işdən məlumatı var. Rəsmi məlumatı Qaçqınkoma göndərmişik. Qaçqınkom indi pul ayıranda həmin evlər təmir olunacaq" - deyən icra nümayəndəsi gözləməyi məsləhət görür.

“Əslimiz Kəlbəcərlidir. Yevax yolunda "Türk Kızıl-ay" çadırında yaşayırdıq. Burda da 8 ildir yaşayırıq. Səkkiz ildə də evimiz bu vəziyyətə düşüb. İş yoxdur ki, qazanıb özün düzəltdirəsən. Özümüzün pulumuz da yoxdur. Harada yazıb veririk, baxan yoxdu”, – bunu isə qəsəbənin digər sakini Tamara Seyidova deyir.

56 yaşlı T.Seyidova 5 nəfərlik ailə üzvü ilə birgə 3 otaqlı evdə yaşayır. Evin divarları dərin çatlarla əhatələnib. Sakinlər evlərinin uçacağı məqamı gözləyirlər: “Vəziyyəti hər yerə demişik. Heç nəyə baxan yoxdu. İki dəfə çağırmışıq gəlin, evlərə baxın. Deyirlər sökülməlidir, ancaq heç birindən xəbər çıxmır...”

Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun münasibətini dəfələrlə öyrənməyə çalışsaq da buna müvəffəq ola bilmədik. Sonda problem haqda E.Qədimova ismarıc yazdıq. Ancaq ona da münasibət bildirən olmadı.

1000-dən çox evi olan qəsəbədə məskunlaşma sakinlərin sözlərinə görə 2008-ci ildə olub. Qəsəbə haqda QMKİDK-dən məlumat əldə edə bilmədiyimizə görə internetdə axtarış verdik. Azərbaycan Televiziyasının rəsmi veb-səhifəsindən öyrəndik ki, 2003-cü ildən başlayaraq çadır düşərgələrində məskunlaşan məcburi köçkünlərin evlərlə təmin olunmasına başlanılıb. Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgə də məhz İlham Əliyevin göstərişi ilə 2003-cü ilin iyun ayında ləğv edilib. Münaqişə başlanandan ölkəmizdə mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2003-cü il Prezident seçkiləri öncəsi “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” vədini verən İlham Əliyev bu vədi hətta 4 ildə yerinə yetirib. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşüb.

Elə saytın məlumatına görə dövlət indiyədək məcburi köçkünlərə, ümumilikdə 4,5 milyard dollarlıq vəsait xərcləyib. Bunun 2,6 milyardı dövlət büdcəsi, 1 milyardı Neft Fondunun vəsaiti, 900 milyonu beynəlxalq humanitar təşkilatların payına düşür. Dövlət Neft Fondunun hesabından ilk köçürmələr də, məhz qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bu vəsaitlə 67 qəsəbə salınıb, 100 min qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb.

Müstəqil ekspertlər isə bildirir ki, Neft Fondundan bu istiqamətdə daha çox vəsait ayrılıb. Belə ki, 2002-2014-cü illər üzrə 1 miyard 757 milyon manat xərclənib. Bu vəsaitlərin 522 milyon manatı 2002-2009-cu illərdə, 1 milyard 235 milyon manatı isə 2009-2014-cu illəri əhatə edir.

 

 

 

get_img?ImageWidth=600&ImageHeight=400&I

 

 

Görünən odur ki, milyardlar bahasına başa gələn evlər Kəlbəcər köçkünlərinə ocaq ola bilməyib.

“Çox adamın evi pis vəziyyətdədir. Cahangirgilin, Sabigilin, Tahirgilin – hamısının evi dağıla-dağıla gedir. Buranı özümüz 2 dəfə təmir elədik, ancaq bu bünövrədən baş verir. Bünövrə düzgün qurulmayıb. Hər yerə yazıb veririk. Ancaq faydasızdı. Qaçqınkomun qaynar xəttinə də zəng vurmuşuq. Bizim evimiz 2 ildir belədi, eləsi var 2 il, 3 ildi uçuri. Bir dənə də ev oldu, gəldilər tamam sökdülər ki, bünövrədən tikələr, ancaq eləcə də qaldı. Heç yiyəsi də istəmədi. Evlərin qumuna da sement qatmayıblar. Əlimizi çəkirik tökülür. Evimizə ilan girir, zəhərli həşaratlar girir. Biz  o tərəfə, uşaqlar üçün qorxuruq” – deyir T.Seyidova.

Qəsəbədə uşaq baxçası, məktəb, xəstəxana da yoxdu. Məktəbəqədər və məktəbyaşlı uşaqlar  əsasən Ağdamdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə gedirlər.

“Bir tərəfdən atışma düşür, səs-küydən yata bilmrik, iş-güc də yoxdu, verilən ev də başımıza uçur”- deyir, Tamara Seyidova.

1000-dən çox evi olan qəsəbədə yollar palçıqlı, evlər qəzalı vəziyyətdədir. Nəticə isə odur ki, bu gün yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Kəlbəcər qəsəbəsinin sakinləri uçmaq təhlükəsi altında olan evlərində dirigözlü qeyd edirlər. Bayram günündə evlərinin qəfildən uçmayıb bərpa olunacağı diləyi ilə.

 

 

get_img?ImageWidth=600&ImageHeight=400&I

 

 

 

 

get_img?ImageWidth=600&ImageHeight=400&I

 

 

 

 

get_img?ImageWidth=600&ImageHeight=400&I

 

 

 

 

get_img?ImageWidth=600&ImageHeight=400&I

 

 

 

 

get_img?ImageWidth=400&ImageHeight=600&I

 

http://www.meydan.tv/az/site/opinion/4253/D%C3%B6vl%C9%99tin-verdiyi-evl%C9%99r-niy%C9%99-u%C3%A7ur.htm

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Haha
      • 105 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Haha
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
      • 98 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Milli
        • Upvote
        • Like
      • 137 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
        • Haha
        • Like
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Haha
        • Like
      • 54 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...