Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xocalı soyqırımı


Kenul2012

Recommended Posts

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

 

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular…

 

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

 

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

 

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

 

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

 

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Link to comment
Share on other sites

6 minutes ago, Kenul2012 said:

 

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Bu cümlə ilə razıyam, hər ilin bu günü gəlib şatanda hamı dilə gəlir. 1 gün keçən kimi sanki belə bir şey olmayıbmış, hərə öz işində.. Nə günahkar var, nə də hakim. Ölən öldü, qanını su yudu apardı getdi..

Allah rəhmət eləsin.

Link to comment
Share on other sites

12 минуты назад, gapgara сказал:

Bu cümlə ilə razıyam, hər ilin bu günü gəlib şatanda hamı dilə gəlir. 1 gün keçən kimi sanki belə bir şey olmayıbmış, hərə öz işində.. Nə günahkar var, nə də hakim. Ölən öldü, qanını su yudu apardı getdi..

Allah rəhmət eləsin.

Əzizin öləndə ,üstündən illər keçir ,yada xüsusi və anım günlərində düşür.Bunu sənin,mənim xatırlayıb ,xatırlamağımızın bir əhəmiyyəti yoxdur.Onlar haqq dünyadadır,biz nahaq..Adamı yandıran odur ki,uğrunda bu qədər qan tökülən torpağın geri alınması üçün heç bir güc sərf olunmur.İnandırılırıq ki,"lazım gəlsə torpaqlarımızı geri alacayıq"   Nə vaxt?  

Link to comment
Share on other sites

5 minutes ago, Kenul2012 said:

Əzizin öləndə ,üstündən illər keçir ,yada xüsusi və anım günlərində düşür.Bunu sənin,mənim xatırlayıb ,xatırlamağımızın bir əhəmiyyəti yoxdur.Onlar haqq dünyadadır,biz nahaq..Adamı yandıran odur ki,uğrunda bu qədər qan tökülən torpağın geri alınması üçün heç bir güc sərf olunmur.İnandırılırıq ki,"lazım gəlsə torpaqlarımızı geri alacayıq"   Nə vaxt?  

Mən də elə lazımdan danışıram.

Link to comment
Share on other sites

Son nfəslərinə qədər vuruşan qəhrəmanlar 
Əlif Hacıyev http://www.anl.az/down/meqale/merkez/2011/fevral/159178.htm

 

O vaxtar Xocalı əhalisi yalnız Tofiq Hüseynovun komandirlik etdiyi dəstənin ümidinə yaşayırdı. Amma dəstə üzvləri silah-sursat sarıdan çox çətinlik çəkirdi. Nəhayət, 1991-ci ilin noyabrında Aqil Quliyevin başçılığı altında Xocalıya kiçik bir dəstə göndərildi. Çox təəssüf ki, bu dəstə də xocalıları real təhlükədən xilas edə bilmədi. Əlif hər gün döyüşçülərlə görüşür, öz təcrübəsindən yararlanaraq onlara məsləhətlərini verirdi. Qarabağ cəngavərinin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı.

Bu, düşmən üçün ağır zərbə olsa da, onlar öz iyrənc planlarını həyata keçirməkdə davam edirdilər. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Bu təhlükəni Əlif çoxdan duymuşdu. O, hər gün vəziyyətlə bağlı paytaxta məlumat verir, təcili tədbir görülməsini tələb edirdi. Kömək isə gəlmirdi.....
Əlif Hacıyev düşmənin nə qədər güclü olmasına baxmayaraq təslim olmur, onlarla cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərirdi. 
 

Link to comment
Share on other sites

 Heç olmasa ildə 1 dəfə də olsa yad edək , amma insanlari elə soyutdularki öz başimizi özümüzə qarişdirdilar . Gah gül bayrami . gah atəşfəşanliq ..gündəlik həyatda maraq və qayğıya ehtiyacı olan əlilləri buslakda körpülərin altinda iş üçün , bir tikə çörək üçün bürünüb yatdiqlarini görmək ağrilidi . Gündə mətbuatda , ictimai medyada əsgərlərin şəhid olduğunu görürük , hami bir nəfər kimi virtualni baş sağliği verir , vəssəlam , İctimai şüuru oyandirmağimiz lazım olan bir dövrdən keçsək də   bu olur bizim insanliq , vətəndaşliq borcumuz . ( 

Bu  problemin də nəzərə alınacağına və həll çıxarılacağını könüldən inanırıq deyib keçirik yenə də . Allah bütün şəhid ailələrinə səbr versin . 

Link to comment
Share on other sites

Xocalı Soyqırımı ilə bağlı tarixi faktlardan danışan həmin dəhşətli günün canlı şahidi olan əslən erməni yazıçı-jurnalist Daud Xeyriyandır. O, erməni vəhşiliyini gözü ilə görən və bununla bağlı tarixi kitab yazan yazıçıdır. 

Femida.az erməni cinayətlərini özündə əks etdirən Xocalı Soyqırımı dəhşətlərinin qeyd olunduğu, ən əsası müəllifi erməni olan "Во имя Креста” kitabından faktları təqdim edir.

 

Həmin kitabın 19-cu səhifəsindən 76-cı səhifəsinə kimi ermənilərin Qarabağ müharibəsi illərində törətdiyi vəhşiliklərdən bəhs edilir. Kitabın daha çox əhəmiyyət kəsb edən, hissəsindən biri də, 62-ci və 63-cü səhifələrdə qeyd olunan Xocalı Soyqırımının törədilməsi və ermənilərin bir azyaşlı uşağı necə yandırmasından bəhs edən hissəsidir.
Erməni müəllif kitabında yazır: “ Biz Xaçaturyanla gəlirdik. Birdən pəncərədən zirzəmiyə baxanda gördük ki, bizim əsgərlər dirsəklərindən qan axan uşağı oraya gətirir. Uşaq səs-küy salmırdı. Sakit dayanmışdı. Xaçaturyan onun ölmüş anasının döşünü kəsib, uşağın ağzına soxdu və dedi ki, türklərin əcdadları illər öncə bizim uşaqlarımıza belə əzab verib. Daha sonra, mən onun sinə hissəsindən dərisini və qarnını soydum. O, 7 dəqiqədən sonra, qan itirmədən öldü. Mən bu hərəkəti edən zaman həzz alırdıq. Baxmayaraq ki, bizim qarşımızda balaca uşaq idi. Bütün bu olanlar onun gözünün qarşısında olurdu. Buna baxmayaraq, mən peşman deyildim. Ona görə ki, öz xalqımın ( red-erməniləri nəzərdə tutur) qisasını almış oldum.”
Daha sonra erməni müəllif daha dəhşətli cinayət faktlarını etiraf edir:
“Xaçaturyan daha sonra, həmin uşağın bədənini hissələrə bölüb, itlərə atdı. Həmin gecə daha 3 türkü (red- ermənilər türk deyəndə azərbaycanlıları nəzərdə tuturlar) biz bu yolla cəzalandırdıq. Mən və Xaçaturyan bir erməni vətəndaşı olaraq, öz borcumuzu yerinə yetiridik. Bu hadisədən sonra Xaçaturyanın gözlərinə diqqətlə baxdım. Onun gözlərində qələbənin və sevincin qığılcımları saçırdı.”

Erməni müəllif hadisənin davamını belə qələmə alır...

“Daha sonra, mənim uşaqlıq dostum olan mayor Suren ora gəldi və bizə dedi:
“ Biz vəhşi deyilik, amma biz ürəyimizi buz kimi saxlamalıyıq və soyuqqanlı olmalıyıq.Türklərin əlində ölən ermənilərin ruhları bu gün sakit olmalıdır. Çünki, biz qisasımızı almışıq”.

Müəllif daha sonra növbəti günlərdə azərbaycanlıların başına açılan dəhşətli cinayətlərdən Allahdan bağışlanmaları üçün etdikləri duadan yazır: 

“ Növbəti gün biz kilsəyə getdik və 1915- ci ildə həlak olmuş ermənilərin ruhları üçün dualar etdik. Orada Allahdan dünənki, etdiyimiz və gördüyümüz dəhşətlərə görə, bağışlanmağımızı istədik”
Kitabın müəllifi daha sonra 1992- ci ilin 26 fevral tarixində ermənilər tərəfindən törədilən dəhşətli Xocalı Soyqırımı barədə yazır. O, özü də, nümayəndəsi olduğu ermənilərin necə vəhşilik törətmələrinin şahidi olduğunu yazır.

9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim...

Həmin kitabın 26-cı səhifəsində ermənilərin daha bir vəhşiliyini əks etdirən tarixi bir məqamdan bəhs edilir.

“Şaxtalı səhər idi. Hava həddindən artıq soyuq idi. Bizə göstəriş gəldi ki, Daşbulağa getmək lazımdır. Amma yol palçıqlı olduğu üçün keçmək mümkün deyildi. Komandir göstəriş verdi ki, öldürülən türklərin (red- azərbaycanlıların) meyidlərindən körpü düzəldin və bataqlıq hissəni o cür keçin. Mən meyidləri daşımaq istəmirdim. Çünki, içimdə bir qorxu yaranmışdı. Onda polkovnik-leytenant Aqanyan mənə bir işarə verdi ki, mən qorxmayam. O deyirdi ki, bu müharibənin qanunlarından biridir. Ondan sonra mən təxminən 9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim. O, təzə öldüyü üçün başından və qarnından qan axırdı. Biz meyidləri daşıyıb, palçıqlı yola tökürdük ki, oradan keçə bilək. Ona görə, mənim bütün paltarım, çəkmələrim və saçım belə qana bulaşmışdı. O,zaman 1200 meyiddən körpü kimi istifadə edildi. Mən təxminən o qədər meyid gördüm.

Daha sonra erməni yazar Daud kitabın 63- cü səhifəsində yazır:

“…Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu ( onlar meyitlərin yandırılması ilə məşğul idi) alçaq monqollardan ( red- türkləri nəzərdə tutub) təxminən 2000-ə qədər meyit yığdı və onları ayrılıqda Xocalıdan bir neçə kilometr qərbdə yandırdı.”
Kitabın ən dəhşətli və qandonduran hissələrindən biri də, 10 yaşlı bir qızın başına gətirilən dəhşətli bir cinayətlə bağlı olan bölümdür.
Səhifə 63- də müəllif yazır: “ Sonuncu yük maşınında təxminən 10 yaşlarında olan qız var idi. O, boynundan və əlindən yaralanmışdı. Yarası çox ağır idi. Amma o yavaş-yavaş nəfəs alırdı. Hava çox soyuq idi. Güclü şaxta var idi. Bu qədər yarasına baxmayaraq uşaq hələ də yaşayırdı . Həyatımda heç vaxt unutmayacağım bir hadisə ilə rastlaşdım. Heç vaxt o uşağın ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Bir az keçdikdən sonra, Tiqranyan adlı əsgər onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Orada bir nəfər qışqıraraq, kömək istəyirdi, yalvarırdı. O, qədər həyəcan keçirmişdim ki, yeriyə bilmirdim.
Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə ” yürüşlərini davam etdirdilər”. 

Erməni müəllifin yazdığı tarixi fatlardan da məlum olduğu kimi, Xocalıda Azərbaycan türklərinə qarşı misli görünməyən bir soyqırım törədilib. Dünyada baş verən müharibələrin heç birində görülməyən vəhşilik məhz Xocalıda, ermənilər tərəfindən törədilib. Xocalı Soyqırımı zamanı 613 insan həlak olub, onlardan 63ü– uşaq; 106- sı - qadın; 70-i – qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülən insanların sayı – 1275 , İtkin düşənlərin sayı – 150 nəfərdir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
      • 5 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
      • 74 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 39 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Like
      • 30 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
        • Sad
      • 52 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Haha
        • Like
      • 44 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Upvote
        • Thanks
        • Like
      • 444 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...