Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Forumçuların yaradıcılığı


^^Paradise_Bird^^

Recommended Posts

Görürəm heç kim addım atmaq istəmir ,qoy ilk mən olum.

Əslində bu yazımı başqa mövzuda qoymuşdum bəlkə də aranızda oxuyan olub amma bu mövzuda yerləşdirmək daha uyğundur..Nəzərə alın ki, professional işi deyil..sadəcə yaşadığım hissləri kağız üzərinə köçürmüşəm..

QƏFİL ZƏNG...

Adi günlərimdən birini yaşayırdım. Yenə həmişəki kimi səhər durub işə gəlmişdim, qızğın iş gedirdi, işin sonuna yaxın işlərimi yekunlaşdırırdım...Nədənsə birdən oturub telefonumda xarici bir melodiyaya qulaq asmaq istədim.. məhz həmin melodiya ki, mənə əziz adamın zəngində bu melodiya səslənirdi..axıra qədər həmin melodiyaya qulaq asdım...ozumdə bilmirdim ki, bu melodiya bir də heç vaxt mənim telefonumda səslənməyəcək...O adam birdə mənə zəng etməyəcək..İşin sonuna yaxın hamı kimi məndə tez saatın 6 olmasını gözləyirdim.. nəbiləydimki keçən hər saniyə mənə əziz bir adamımı həmişəlik mənim əlimdən almağa doğru iti addımlarla addımlayır..Əgər bilsəydim vaxtın dayanmasını və birdə getməməsini Allahdan diləyərdim...Bəli, iş vaxti bitdi, hamı kimi məndə evə yollandım...Qış ayı olduğundan hava artıq qaralmışdı...maşının pəncərəsindən bayıra baxıb xəyala dalmışdım. Mənə elə gəlirdiki, yenə evə gedəcəm, adi hərgünki axşamlardan birini yaşayacağam ailəmlə birgə.Lakin qəfil gələn zəng...həyatımı alt-üst etdi..Kaş ki, qulaqlarım kar olaydı o zəngi eşitməyəydim, kaş ki, dilim lal olaydı o zəngə cavab verə bilməyəydim..

Bu zəngə qədər mən dünyanın ən xoşbəxt bir insanı idim, heç bir qəm-kədərim, heç bir problemim yox idi və mənə elə gəlirdiki bu həmişə belə olacaq. Lakin həyatın sərt üzü də var imiş..

Mənə elə gəlirdiki, həmişə o mənim yanımda olacaq, həmişə səslənsəm mənə cavab berəcək, həmişə bir çətinlikyə düşsəm mənə köməyə gələcək. Həmişə onun şən, zarafatcıl, qayğıkeş üzünü görəcəm. Amma belə deyilmiş.. O insanı itirəndən sonra ancaq “kaşki”, “gərək”, “bilsəydim” kəlmələri beynimdə elə hey dolanır. İndiyə kimi elə bilirəmki, hələ də yuxudayam, nəvaxtsa oyanacam və bu qorxunc yuxu sona yetəcək. Hələdə gözləyirəmki, nəvaxtsa yenə işdən evə gələndə o insanın stol arxasında oturub televizor izləyəcəyini və məni gülərüzlə qarşılayacağını görəcəm..bilmirəm bəlkə də doğurdan da mən yuxudayam, bəlkə elə yaşadığımız bu həyat özü bir yuxudur...o isə gerçəklərə qovuşub..

Bircə onu bilirəmki, hər zaman Allahın verdiyi yaşadığım ömür boyunca istər yaxşı günümdə, istər pis günümdə gözüm ancaq onu axtaracaq...

Ağ gəlinlik donunda vağzalı sədası altında ATA evini tərk edərkən..ilk analıq hissini yaşayarkən..ilk ana kəlməsini eşidərkən..övladımı ilk məktəbə yola salarkən..övladıma toy edərkən..nəvəmi qucağıma alarkən...gözlərimi əbədi yumarkən belə yenə də gözlərim onu axtaracaq..

Necə indi hər yerdə onu görürəm, onu axtarıram..küçədə gedərkən çal saçlı birini gördükdə özümü itirirəm, dünya başıma fırlanır..addımlarımı tezləşdirirəmki, tez həmin adama çatıb boynuna sarılım...amma hər dəfə xəyallarım puça çıxır..məyus şəkildə yolumu davam edirəm.Hər dəfə evə eyni yolla qayıdıram.Həmin yolda maşın dayanacağında maşınlara baxan çalsaçlı kişini görəcəyim dəqiqəni səbirsizliklə gözləyirəm..aman Allah insan necə də bir-birinə oxşayarmış! Yox, amma bu o deyil..bu çalsaçlı adam o ola bilməz. Çünki ondan bir dənə idi, və heç vaxtda olmayacaq..

Ona görə yox ki, o mənim ATAMDIR..həqiqətəndə yaşadığı qısa ömründə bir dəfədə olsun valideyninin üzünə ağ olmadı bu adam..bir dəfə olsun kiminsə qəlbinə dəymədi bu adam..kefinin yaxşı vaxtında da əhvalının yaxşı olmayan vaxtında da heç kimi diqqətindən kənarda qoymazdı..heç bir qohumunun ad gününü yadından çıxarmazdı.. adicə bir zənglə insanlara göstərdiyi qayğı ilə onların ani də olsa sevincinə səbəb olurdu..bəlkə də ona görə Tanrı ona məhz bu cür övladlar bəxş etmişdi..daim onun başını ucalara qaldıran oğul və heç vaxt, yoxluğundan sonra belə onun adına ləkə gətirməyən iki qız.

Arzuları yarımçıq qaldı..ən böyük arzusu oğul toyu görmək idi.amma qismət olmadı..bir azca möhlət verilmədi,yəqin qismət deyilmiş..

Oğlun sənin arzuladığın kimi toy etdi özünə..hər şey öz yerli-yerində idi..bütün sənin dostların, iş yoldaşların, bütün qohumlar səbirsizliklə gözlənilən toyda necə lazımdı iştirak etdilər..bircə sən yox idin..amma sən cismən yox idin.. ruhən sən ordaydın çünki bu əziz gündə öz ailəni tək buraxa bilməzdin..sən bizimlə idin..mən buna əminəm.

Bəlkə də həyatından çox istədiyin ilk nəvən sənin yoxluğundan sora ilk dəfə evə gələndə bu danışmağı belə sərbəst bacarmayan balaca qızcığaz bütün otaqları gəzib baba-baba deyə səslənirdi..babanın o şən səsi isə evdə lal bir sükutla əvəz olunmuşdu..Həmin səs-küylü ev deyildi artıq o ev..və heç vaxtda əvvəlki kimi olmayacaqdı..Dostları başına yığıb deyib gülən, nərd oynayan, yeyib-içən səs-küylü insan cismən yoxdu o evdə..səssizlik..........əvəz edib bütün o günləri...lal sükut...............var indi o evdə..

Bundan sonrakı həyatımız öz axarı ilə davam edir.. edəcəkdə..biz istəsəkdə istəməsəkdə..bircə onu bilirəmki,daha ürəkdən gülə bilməyəcəm, daha ürəkdən sevinə bilməyəcəyəm..daha tam xoşbəx olmayacağam..amma onunla təsəlli tapıramki, sənin adını fəxrlə, sənin özünə layiq daşıyıram və daşıyacağam..bircə buna sevinirəm.

Üç ilə yaxın içimdə yığılıb qalanları nəhayət ki, kağız üzərinə köçürməyə qüvvə tapdım özümdə..Bu ürəyimdəkiləri bölüşdüyüm insanlara demək istəyirəmki, ey naşükür insan bəndələri valideynlərinizin qədrini sağlığında bilin..çünki onları itirəndən sonra artıq əliniz heç nəyə çatmayacaq..ancaq yuxularda onları qucaqlayıb oxşaya biləcəksiniz.Sağlığında onların qəlbini incitməyinki, onları itirəndən sonra sizin qəlbiniz inciməsin...

Ardı olacaq...

Edited by Pari***
Link to comment
Share on other sites

İcazənizlə, forumçuların rəyini öyrənmək üçün öz şeirlərimi və rus klassiklərindən tərcümələri təqdim edirəm:

ELVİDA

“Elvida!” Bir quş tek qoparaq bu söz

Senin dodağından qelbime qondu...

Üzüme baxarken bir cüt qara göz,

Titrek kirpiklere göz yaşı doldu...

“Elvida!” dediyin o günden beri

Senin xatirenle qoşa düşmüşem...

Yadıma salaraq öten günleri

Acı heqiqeti başa düşmüşem:

Başa düşmüşem ki, bu neçe vaxtı

Qelbimde yaşayan tek sen olmusan...

Gedişinle sınıb ömrümün taxtı,

Getmisen, ele o geden olmusan...

Elvida! İncime, gözelim menim,

Bizim de baxtımız bele getirdi...

Seni tapmışdısa sağ elim menim,

İndi de sol elim seni itirdi...

“Elvida! Get artıq, unutma meni!”

“Yox, yox, unutmaram – ne danışırsan?

Daim yaşadacam qelbimde seni...”

Bu sözler doğruymuş, yoxsa ki, yalan?!

Bilmirem, heç bir şey bilmirem indi...

Cavabsız suallar gör ne qederdi!

Bir şeyi bilirem – yaman çetindi

Senden ayrı olmaq, sensizlik derdi!

“Elvida!” Ağırdır bu sözü demek...

Bu sözde cüt könül vidası durur...

Qarşıda hesretle dolu gelecek,

Arxada ayrılıq nidası durur.

____________________

SEVGİNİN ÜNVANI ÜREKDİR

Keçir aylar, iller, ötür qerine,

Deyişir kainat, deyişir zaman...

Ne vaxtsa terk edib gedecek yene,

Bir defe doğulur dünyada insan.

Hele de doymamış genclik çağından,

Bir de görürsen ki, saça den düşür...

Ayrılıb zamanın varaqlarından,

Qopub düşen her gün ömürden düşür!

İnsan axarıyla gedir zamanın,

Sema üfüqü tek görünmür sonu...

Üreyi sevgiyle vurur insanın,

Yalnız mehebbetdir yaşadan onu.

Kimisi "mehebbet heyatdır" deye

Semender quşu tek odlara yanır...

Kimisi inanmır eşqe, sevgiye,

Kimse mehebbeti efsane sanır.

Kimisi alışır her zaman, her gün

Mehebbet şamında bir pervane tek.

Ünvanı yuvası olsa bülbülün,

Sevginin ünvanı ürekdir, ürek!

Ne qeder heyat var, ötüşür zaman,

Zamanla birlikde yaşayır her kes...

Zamanı susdura bilmeyen insan,

Vuran üreyi de susdura bilmez!

_______________________

ÖZ DÜNYAMA...

Yene öz dünyama qapılıram men,

Göylere atıram xeyal oxumu...

Öz fikir dünyama çekilib bezen

Sanki unuduram mövcudluğumu.

Yene öz dünyama qapılıram men,

Bir an unuduram doğmanı, yadı...

Men özüm burdayam, üreyim burda,

Xeyalım hardasa uzaqlardadı.

Sanki döyüşerek öz varlığımla,

Gah sükut içinde coşuram herden.

Hemsöhbet oluram tenhalığımla...

Yene öz dünyama qapılıram men.

Yene de qelbimde ürek döyünür,

Özüme qaytarır meni tezeden...

Heyat bu dörd bendlik şeire dönür

Öz xeyal dünyama qapılanda men.

_________________________

TENHALIQDAN TENHALIĞA

Yene gece düşür... Yene küçeden

Qapımı kimse yox, külekler döyür...

Tenha penceremi gece zülmeti,

Tenha üreyimi keder bürüyür.

Yene de küçeden hemen ses gelir -

Titrek yarpaqların xışıltı sesi...

Qefil qaraltıtek çökür üstüme

Bir tenha ağacın tutqun kölgesi.

Tamaşa edirem tenha küçeye

Tenha otağımın penceresinden.

Ay da buludlarda gizlenib artıq,

O da tenhalığı duyub deyesen...

Eyvana çıxıram... Qaranlıq, sükut...

Birce bu küleyin avazı gelir.

Örtüb ulduzları tenha bir bulud,

Torpağa tenhalıq örtüyü serir.

Evin qapısı da tenha qalıbdır,

Onu da bu gece külekler döyür.

Tenha penceremi gece zülmeti,

Tenha üreyimi keder bürüyür.

________________________

ÇOX QALIB

İnsanın ömründen qopsa da iller,

Ömre nöqte qoyan ile çox qalıb!

Deyirler, aparıb Saranı seller,

Senise aparan sele çox qalıb!

Ötüb-keçmiş güne "gel" demerem men,

Heyat bir deryadır, göl demerem men.

Sene al leçekli gül demerem men,

Sene layiq olan güle çox qalıb!

Yene üreyime qem düşüb menim,

Güneşli ömrüme çen düşüb menim...

Görsen saçlarıma den düşüb menim,

Deyerem: "O güne hele çox qalıb!"

_________________________

UNUDA BİLMİREM

Unutmaq isterem olub-keçeni...

Söyle, niye geldin heyatıma sen?

Bir vaxt men unuda bilerdim seni,

İndise unuda bilmirem, neden?

Men ele bilirdim, sevgi çiçektek

Ne vaxtsa açılıb, solacaq yene...

Deyirdim, heç zaman sevmez bu ürek,

Sen niye sevdirdin özünü mene?

Axı nece oldu, rast geldim sene?

Bilmezdim, sevmeye qadirmiş ürek...

Seni mavi deniz bexş etdi mene,

Büllur lepelerde su perisi tek.

Dalğalar qoynunda sığındın mene,

"Üşüyürem" dedin, köksüme sıxdım...

Qarışıb mirvari lepelerine,

Sanki bir dalğa tek sahile axdım.

Baxışın dikilib baxışlarıma

Yandırdı ruhumu bir ateş kimi...

"Gözel gözlerin var!" söyledin, amma

Gözümden duymadın mehebbetimi.

Sulardan ayrılıb sahile çıxcaq

İslaq saçlarımda dolaşdı elin...

"Sen yaxşı oğlansan!" söyledin ancaq,

"Sevirem!" demeye gelmedi dilin.

Ani bir tebessüm aldı üzünü,

Köks ötürmeyime gülümsedin sen.

"Zeng ele, unutma meni" sözünü

Söyle, niye dedin, niye dedin sen?

İndi hemsöhbetim xatirelerdir,

Yalnız xatireler yaşadır meni.

Adınsa hele de üreyimdedir,

Hele de unuda bilmirem seni!

__________________________

NECE DEYİM?

Payız yarpağı tek titreyir ürek,

Şeve saçlarını esdirir külek..

Yanıram oduna bir pervane tek!

Dil deye bilmeyir ürek deyeni,

Axı nece deyim, sevirem seni?

Dikirem gözünü o gül üzüne,

Görürem, şeh qonub qara gözüne.

Dayanıb xeyala dalıram yene...

Elime alıram ince elini.

Axı nece deyim, sevirem seni?

Titredi gülüşün, qaçdı dodağın,

Meni bihuş etdi o al yanağın.

Daim üreyimde soraqladığın

Mehebbet ebedi, arzular yeni...

Axı nece deyim, sevirem seni?

"Gedirem" söyledin sen mene, gülüm,

Ele bil od düşdü, alışdı könlüm..

Qoy tekce seninle sevinim, gülüm,

Getme heyatımdan, terk etme meni!

Axı nece deyim, sevirem seni?

_________________________

BİR TEK SÖZÜNLE

Dedim: "Gözle meni, qayıdacağam

Yarpaqlar saralıb sepelenerken..."

Yene baxacağıq üfüqlere biz,

Deniz hezin-hezin lepelenerken.

Yene qarşımızda hemin küçeler

Serilecek uzun bir xalı kimi...

Tükenmek bilmeyen tenha geceler

Bitecek, keçmişin xeyalı kimi.

Sevinc yaşlarını payız buludu

Tökecek yollara izinle senin.

Sönecek uzun bir hesretin odu

Bir tek "Gözleyirem!" sözünle senin!

____________________

ALDADA BİLMİREM

Son defe görüşdük belke de bu gün,

Küsüşmek asandır, barışmaq çetin...

Qelbimde ümidler söndü büsbütün,

Sen özün onların hökmünü verdin!

Üreyimden qopan bu duyğulara

Sende bir heraret. hürmet görmedim...

Bu gün söylediyin o sözden sonra

Sene inanımmı? Ya nifret edim?

Men öz heyatıma qayıtmalıyam,

Her şey deyişecek, keçdikce zaman.

Bilirem, men seni unutmalıyam,

Amma ki, unuda bilmirem, inan!

O son sözlerini salsam da yada,

Sene olan sevgim yumur gözümü.

Men sene bir defe aldandımsa da,

Aldada bilmirem özüm-özümü!

________________________

YENE DE GÖRÜREM

Yene de qarşımda görürem seni,

Ele bil bir anlıq dayanır ürek...

Dinleyib qelbimin düşüncesini,

Üzüne baxıram bir serseri tek.

Dikirem gözümü gözlerine men,

"Bele olmayaydı gerek!" - deyirsen.

Ellerim eline toxunur birden,

"Bağışla!" - deyirem, gülümseyirsen.

Men senden uzağam, bir addım qeder,

Sen mene yaxınsan, ulduzlar kimi...

Yaxınlıq - hesretdir, uzaqlıq - keder,

Bu yaxın uzaqlıq sıxır qelbimi.

Yene de qarşımda görürem seni,

Ele bil bir anlıq dayanır ürek...

Dinleyib qelbimin düşüncesini,

Üzüne baxıram bir serseri tek.

Link to comment
Share on other sites

А.С.ПУШКИН

Я вас любил...

Я вас любил: любовь еще, быть может,

В душе моей угасла не совсем;

Но пусть она вас больше не тревожит;

Я не хочу печалить вас ничем.

Я вас любил безмолвно, безнадежно,

То робостью, то ревностью томим;

Я вас любил так искренно, так нежно,

Как дай вам бог любимой быть другим.

_____________

A.S.PUŞKİN

Mən Sizi sevirdim...

Mən Sizi sevirdim: Bəlkə də hələ

Bu sevgi qəlbimdə sönməyib tamam;

Qoy bu Sizi məyus etməsin belə,

Mən Sizə məyusluq arzulamıram.

Mən Sizi sevirdim, pünhan, gizlicə,

Sıxsa da qəlbimi qısqanclıq, təlaş...

Sizə olan sevgim səmimi, incə,

Beləcə sevəydi Sizi sevən kaş!

Link to comment
Share on other sites

В.М.КИРШОН

Я спросил у ясеня...

Я спросил у ясеня,

Где моя любимая.

Ясень не ответил мне,

Качая головой.

Я спросил у тополя,

Где моя любимая.

Тополь забросал меня

Осеннею листвой.

Я спросил у осени,

Где моя любимая.

Осень мне ответила

Проливным дождем.

У дождя я спрашивал,

Где моя любимая.

Долго дождик слезы лил

За моим окном.

Я спросил у месяца,

Где моя любимая.

Месяц скрылся в облаке,

Не ответил мне.

Я спросил у облака,

Где моя любимая.

Облако растаяло

В небесной синеве.

— Друг ты мой единственный,

Где моя любимая?

Ты скажи, где скрылася,

Знаешь, где она?

Друг ответил преданный,

Друг ответил искренний:

— Была тебе любимая, —

А стала мне жена.

__________________

V.M.KIRŞON

Mən soruşdum göyrüşdən...

Mən soruşdum göyrüşdən:

”Hanı mənim sevgilim?”

Göyrüş cavab vermədi,

Yelləyərək əlini.

Mən soruşdum qovaqdan:

”Hanı mənim sevgilim?”

Qovaq başıma səpdi

Payızın xəzəlini.

Mən soruşdum payızdan:

”Hanı mənim sevgilim?”

Payız öz cavabında

Tökdü leysan yağışı.

Mən yağışdan soruşdum:

”Hanı mənim sevgilim?”

Pəncərəmə yağışın

Səpələndi göz yaşı.

Aya tutub üzümü,

Sevgilimi soruşdum.

Ay gizləndi buludda,

Cavab vermədi mənə.

Mən soruşdum buluddan:

”Hanı mənim sevgilim?”

Bulud əriyib hopdu

Göy səmanın köksünə.

- Mənim bircəcik dostum,

Gördünmü sevgilimi?

Onu haradan tapım,

Haradan soraqlaşım?

Mənim vəfalı dostum

Cavab verdi səmimi:

“Sənin sevgilin olub

Mənim həyat yoldaşım!”

Link to comment
Share on other sites

М.ЦВЕТАЕВА

Мне нравится...

Мне нравится, что вы больны не мной,

Мне нравится, что я больна не вами,

Что никогда тяжелый шар земной

Не уплывет под нашими ногами.

Мне нравится, что можно быть смешной -

Распущенной - и не играть словами,

И не краснеть удушливой волной,

Слегка соприкоснувшись рукавами.

Спасибо вам и сердцем и рукой

За то, что вы меня - не зная сами! -

Так любите: за мой ночной покой,

За редкость встреч закатными часами,

За наши не-гулянья под луной,

За солнце, не у нас над головами,-

За то, что вы больны - увы! - не мной,

За то, что я больна - увы! - не вами!

________________

M.TSVETAYEVA

Nə yaxşı ki...

Nə yaxşı ki, kədərimin səbəbi siz deyilsiniz,

Nə yaxşı ki, mən deyiləm dərdinizə səbəb olan.

İndi bu Yer Kürəsində dayanmışıq hər ikimiz,

Yer Kürəsi bizi heç vaxt atmayacaq öz qoynundan!

Nə yaxşı ki, bu həyatda boş sözlərlə oynamadan,

Lap gülməli görünsək də, şıltaqlıqar etmək olur,

Nə yaxşı ki, əllərimiz bir-birinə toxunan an

Utanmadan, qızarmadan gülümsünüb, ötmək olur.

Minnətdaram sizə... Çünki məni belə sevirsiniz,

Mənə bunca məftunsunuz, məni bilib-tanımadan...

Çünki aylı gecələrdə gəzməmişik hələ də biz,

Çünki günəş bərq vurmayıb bizim üçün göy səmadan.

Nə yaxşı ki, rahat-rahat uyuyurduq gecələr biz,

Seyrə çıxmaq istəmirdik, günəş qürub edən zaman.

Nə yaxşı ki, kədərimin səbəbi siz deyilsiniz,

Nə yaxşı ki, mən deyiləm dərdinizə səbəb olan.

Link to comment
Share on other sites

Bu yazım isə birincidən fərqli olaraq yaşanmayan hisslərdir. Tam təxəyyülümdür. Nəzərə alın ki, cızma-qaradır)))qüsurlar varsa da üzürlü hesab edin))))

Mən səni sevirəm...

Mən səni sevirəm...Bu sözü səndən eşitmək necə də xoşdur. Qaranlıq gecə, narın yağış yağır, həzin musiqi səslənir..və sənin pıçıltın: mən səni sevirəm!!!

O gecənin üstündən illər keçib, yenə həmin məkan, yenə həmin qaranlıq gecə, yenə yağış, yenə həminki həzin musiqi...heç nə dəyişməyib o gecədən..bircə sən yoxsan..indi mən dayanıb bu mənzərəni seyr edirəm..sənin pıçıltınsa qulaqımda səslənir..Xəyalın məni lap uzaqlara aparır. Səninlə ilk görüşümüz, səninlə getdiyimiz küçələr, səninlə keçirdiyim hər dəqiqə bir kino kimi gözümdə canlanır..Yanağıma axan göz yaşları fikrimdə canlandırdığım xəyallarımı qarışdırmaq istəyir..tez-tez göz yaşlarımı silirəm ki mənə mane olmasınlar..Əsən sərin meh üzümə toxunduqca sənin əllərinin üzümə toxunduqunu hiss edirəm..Sənin ruhunu hiss edirəm, sənin nəfəsini hiss edirəm..Səni hiss edirəm.Sanki hər tərəfdən əhatəyə alıb məni nədənsə qorumaq istəyirsən..Sənsiz nəfəs ala bilmərəm deyirdin mənə..necə də qəribədir..indi biz ikimizdə eyni şəhərdə nəfəs alırıq..nəfəslərimiz bir-birinə qovuşurmu görəsən? Səni çox özləyirəm..İndi hardasan .. kiminləsən..məni heç yadına salırsanmı? Yoxsa artıq həmin səhifəni birdəfəlik çevirmisən? Bilmirəm artıq heç nə bilmirəm..Suallar elə hey dolanır başımda..Niyə? Nə üçün? Səbəbi nə idi səssiz gedişin? Bəlkə də heç vaxt bilməyəcəyəm ömürlük qaranlıq qalacaq mənə..amma bircə onu bilirəm ki, sən məni sevirdin..o baxışlar, o hisslər, o sözlər, o yuxusuz gecələr yalan ola bilməzdi..Bəlkə də səni günahsız yerə mühakimə edirəm..bəlkə də elə bir səbəbin var idi ki mən özüm sənə get deyəcəkdim..amma məni şübhələrlə baş-başa qoyub getməyini bağışlaya bilmirəm..Necə də qəribədir... “bağışlaya bilmirəm”...elə indicə qarşıma çıxıb mənə “bağışla” desən hər şeyi unudub səni bağışlayaram..

Xəyallarımla baş-başa qaldığım zaman bir səs məni real həyata qaytardı.. xəyal dünyamdan yenidən gerçək həyata qovuşdum..Bu səs körpəmin səsi idi..Həmin görüş yerimizə indi körpəmlə gəlirəm..Sənin adını daşıyan körpəmlə!

Link to comment
Share on other sites

Əla mövzudur, yazılarınız, tərcümələriniz də yaxşıdır. Bu da mənim kiçik cızma-qaram.

"Ruh satılır"

Fərqli məkanda fərqli zamanda olardım kaş... İsti külək saçlarımı oynadardı, bütün ruhumla hiss edərdim küləyi... Belimi qucaqlayardı ilıq dalğalar, ruhumu oxşayardı ruhumdan uzaqlarda qalan ləpələr. Gözümü dəniz kənarında açıb, isti qumu hiss edərdim, balaca uşaq kimi sevinib, bəzən də nəyisə yada salıb, elə yenə də balaca uşaq kimi ağlayardım... Qaçardım sahil boyu, qorxmadan, üşümədən, ağlamadan, düşünmədən... Qaçardım o sahildən də uzaq sahillərə... Başqa dalğalara, başqa küləklərə. Qaçardım...

Amma qaçmaq olmur.

Ruh satılır, cavandır, amma çox köhnəlib. Ruh satılır, heç nə etməyib ki, yorulsun amma yorublar onu. Kim istəsə, ruh satılır...

Link to comment
Share on other sites

Белла Ахмадулина

По улице моей который год

звучат шаги - мои друзья уходят.

Друзей моих медлительный уход

той темноте за окнами угоден.

Запущены моих друзей дела,

нет в их домах ни музыки, ни пенья,

и лишь, как прежде, девочки Дега

голубенькие оправляют перья.

Ну что ж, ну что ж, да не разбудит страх

вас, беззащитных, среди этой ночи.

К предательству таинственная страсть,

друзья мои, туманит ваши очи.

О одиночество, как твой характер крут!

Посверкивая циркулем железным,

как холодно ты замыкаешь круг,

не внемля увереньям бесполезным.

Так призови меня и награди!

Твой баловень, обласканный тобою,

утешусь, прислонясь к твоей груди,

умоюсь твоей стужей голубою.

Дай стать на цыпочки в твоем лесу,

на том конце замедленного жеста

найти листву, и поднести к лицу,

и ощутить сиротство, как блаженство.

Даруй мне тишь твоих библиотек,

твоих концертов строгие мотивы,

и - мудрая - я позабуду тех,

кто умерли или доселе живы.

И я познаю мудрость и печаль,

свой тайный смысл доверят мне предметы.

Природа, прислонясь к моим плечам,

объявит свои детские секреты.

И вот тогда - из слез, из темноты,

из бедного невежества былого

друзей моих прекрасные черты

появятся и растворятся снова.

_____________

Bella Axmadulina

Artıq neçə ildir, bizim küçədən

Addım səsi gəlir – dostlarım gedir.

Ahəstə addımlar zülmət gecədən

Qopub, pəncərəmə əlvida edir.

Sükut içindədır dostların evi...

Orada nə çalğı, nə oxuyan var.

Yalnız bəzənirlər, geyinib mavi,

Rəssamın çəkdiyi rəqqasə qızlar.

Nə olar... Təki siz oyanmayasız

Bu gecəyarısı, qorxu içində.

Xəyanətə olan ehtirasınız

Çəkib gözünüzə dumandan pərdə.

Tənhalığın üzü sərt imiş yaman,

Qəfil hərlədərək dəmir pərgarı

Qapayır çevrəni, qulaq asmadan,

Eşitmədən acı yalvarışları.

Al məni qoynuna, ey tənhalığım,

Sıx məni köksünə, oxşa, əzizlə...

Qoy səninlə olum, sənə sığınım,

Sənlə nəfəs alım mən bundan belə.

Tək-tənha gəzişib sənin meşəndə

Dinləyim xəzəlin şaqraq səsini.

Qaldırım, yarpağın yerə düşəndə,

Duyum tənhalığın buz nəfəsini.

Sən mənə bəxş elə sonsuz sükutu,

Ulu müdrikliyi, səssiz fəryadı...

İmkan ver, əbədi dönüm, unudum

Öləni, qalanı, doğmanı, yadı...

Duyub müdrikliyi, qoy batım qəmə,

Dərk edim həyatın mahiyyətini.

Təbiət əlini qoyub çiynimə

Qoy açsın mənə öz təbiətini.

Qovub göz yaşını, yarıb kədəri,

Keçmiş xatirələr dönəcək mənə.

Gözəl dostlarımın üz cizgiləri

Bir anlıq görünüb, itəcək yenə.

Edited by Abbasov J.
Link to comment
Share on other sites

  • 5 weeks later...

Xalqim qalibdi dovrana heyran aglayir

Tapilmir derde care edir efgan agliyir

Ummet toredir fitneyi fesad deyerek

Fexri-kainat nebiyyi sultan agliyir

Defteri dunyavu emel gelibdi soldan

Qalibdi cashbash biiman insan agliyir

Bisheref usanmayib etdiklerinden

Gelerek zare bicare noqsan aglayir

Nesimin ezdiler ozunu kesdiler sozunu

Ol sebebden icin-icin punhan aglayir

Link to comment
Share on other sites

Lutfu ilahidir ki, bize dunya dolanir

Arif ol. Ederek zikrini icra dolanir

Fehm ele,kimdir ariflerin arifi

Cemi adlar icinde xatemul enbiya dolanir

Qelbimi saxlamisam izzet ile yanimda

Cun onun koshesinde rehmeti imza dolanir ( menbeyi var)

Gulden eziz gulumuz esqinin qurbani oldu

Gor ki cennet meleyi aleme rusva dolanir

Ey Nesim, coxlari secmis adina sair leqebin

Sanmasinlar sende de bir bele sevda dolanir

Link to comment
Share on other sites

Eshqimi fash etdi qubarim dile geldi

Dozmedi giryanima yarim dile geldi

Yoxluqdan umma meded sonu hecdir

Yoxsa da varsa da var mendedi varim dile geldi

Sendeki oda yanmagin sebebi men olsaydim ger

Eshqine diz cokerdim egyarim dile geldi

Goster mene eshqin sedasin dediler

Bayatim,shurum, qatarim dile geldi

Sordum insanliga varmi Nesimin hesretin ceken?

Dord gozle gozlerem seni mezarim dile geldi

Link to comment
Share on other sites

Məşhur şeirdən daha bir tərcümə:

М.МАТУСОВСКИЙ

Старый клён

Старый клён, старый клён, старый клён стучит в стекло,

Приглашая нас с друзьями на прогулку.

Отчего, отчего, отчего мне так светло?

Оттого, что ты идёшь по переулку.

Снегопад, снегопад, снегопад давно прошёл,

Словно в гости к нам весна опять вернулась.

Отчего, отчего, отчего так хорошо?

Оттого, что ты мне просто улыбнулась.

Погляди, погляди, погляди на небосвод,

Как сияет он безоблачно и чисто.

Отчего, отчего, отчего гармонь поёт?

Оттого, что кто-то любит гармониста.

____________________

M.MATUSOVSKİ

Bilirsənmi...

Ağcaqayın döyəcləyib pəncərəmin şüşəsini,

Gəzintiyə dəvət edir dostlarımla birgə məni.

Bilirsənmi, niyə belə sevinirəm, gülür üzüm?

Çünki səni bu gün səhər küçəmizdən keçən gördüm.

Qar əriyir, yağış kəsir, günəş saçır ömrümüzə,

Sanki bahar geri dönüb, yenə qonaq gəlir bizə.

Bilirsənmi, niyə belə sevinirəm? Çünki bu gün

Küçəmizdən keçərkən sən mənə baxıb gülümsündün.

Parıldayır büllur kimi, su tək təmiz mavi səma,

Parlaq günəş təbəssümlə işıq saçır yollarıma.

Bilirsənmi, niyə qarmon nəğmə deyir, gəlir dilə?

Çünki kimsə ifaçını sevir böyük məhəbbətlə!

Link to comment
Share on other sites

  • 1 month later...

Qəmli gözlər

"Əlvida" - bu sözdən hamı çəkinir,

Onun acısını aşiqlər bilir,

Bəzi vaxt sevilən sevənə deyir,

"Qəmli gözlərinə baxa bilmədim."

Son dəfə səninlə söhbət edəndə,

"Əlvida" sözünü sənə deyəndə,

Al yanaq üzündə kədər görəndə,

Qəmli gözlərinə baxa bilmədim.

"Sonuncu görüşdür" - deyib susanda,

Titrəyən əlindən bərk-bərk tutanda,

Cəsarət göstərib elə o anda,

Qəmli gözlərinə baxa bilmədim.

Göz yaşı axıdıb, sən ağlayarkən,

Məni son ümidlə qucaqlayarkən,

"Tərk etmə, sevgilim" - mənə deyərkən,

Qəmli gözlərinə baxa bilmədim.

Bəlkə də sən mənə nifrət edirsən,

Bəlkə də qəlbində hələ sevirsən,

Tək mən yox, özündə yaxşı bilirsən,

Qəmli gözlərinə baxa bilmədim.

Ayrıldıq, ürəyim ağradı yaman,

Mən oldum o təmiz qəlbi sındıran,

Heç vaxt unutmaram, necə o zaman,

Qəmli gözlərinə baxa bilmədim.

Sənin tarixinin mən bir parçası,

Yalandır ürəyin daşdan olması,

Qəlbimi köksündən lap çıxarası,

Qəmli gözlərinə baxa bilmədim.

Görüşdük səninlə qısa bir müddət,I

Ən xoşbəxt anları yaşadıq əlbət,

Nəinki aşkarda, həmçinin xəlvət,

Qəmli gözlərinə baxa bilmədim.

Sənin xəyalını salarkən yada,

Bu gecə görmüşəm səni röyada,

Bilmirəm nə üçün hətta orada,

Qəmli gözlərinə baxa bilmədim.

Arzumdur qarşına çıxsın qismətin,

Qəmli gözlərindən kədəri silsin,

Qoy heç kəs bir daha sənə deməsin:

"Qəmli gözlərinə baxa bilmədim."

Link to comment
Share on other sites

Çoxdan yazmışam bu şeiri. Çapa da gedib. Çox tənqid etməyin, həqiqətən çoxdanın şeiridir. Azı 6 il var.

Sənin otağını axtarır gözüm,

Baxışım dikilib pəncərənizə.

O evin içində yoxamsa özüm,

Ürəyim hər axşam qonaqdır sizə.

Dodağım ismini pıçıldayarkən,

Küləklər yetirsin səsimi sənə.

Sənin mənzilində olmasam da mən,

Qəlbində ki varam, bu yetər mənə.

Bu şeir bədahətən deyilib. Sonradan qələmə almışdım.

Link to comment
Share on other sites

Səni görməmək

Səni heç görməmək mənə çox çətin,

Sən mənim döyünən ürəyim oldun.

Əlim əllərinin çəkir həsrətin,

Tanrıdan yeganə istəyim oldun.

İndicə danışdıq, gəlmə söylədin,

Amansız bir sərtlik hiss etdim səndə,

Səni görməməyi mənə əmr etdin,

Laqeyid olmusan təkcə dilində?

Niyə aldadırsan özün-özünü?

Niyə qaçırsan ki bu həqiqətdən?

Gizlətmə sevgini, söylə sözünü,

Danış sevgilinə məhəbbətindən.

Sevgi baxışların məni itirdi?

“Sevgilim” bir daha demirsən mənə,

Mənə soyuqluğun zülm gətirdi,

Arzumdur “Sevgilim” eşidim yenə.

Link to comment
Share on other sites

Ata

Ata həsrətiylə yanır ürəyim,

Atadır hər arzum, istək, diləyim,

Vəfasız həyatda bircə köməyim,

Onsuz elə bil ki, zaman dayanır,

Ata nəsihəti könlüm axtarır.

Evin yetim qalıb, ocağın başsız,

Qoydun getdin bizi, vaxtsız zamansız,

Qalmışıq tək-tənha, gücsüz, əlacsız,

Həyatda yoxluğun ürək dağlayır,

Ata nəsihəti könlüm axtarır.

Doymayıb bizlərdən nigaran getdin,

Qohumlar yolunda canını verdin,

Hamıya əl tutub, yaxşılıq etdin,

Etdiyin yaxşılıq bizə qayıdır,

Ata nəsihəti könlüm axtarır.

Sən mənə həm Ata, həm dost olmusan,

Arxamda çəpər tək daim durmusan,

Bizi ömür boyu sən qorumusan,

Məs dayaq olmağın məni saxlayır,

Ata nəsihəti könlüm axtarır.

“Bir vaxt deyəcəksiz...” - bizə söylərdin -

“Belə atam vardır...” tez-tez deyərdin,

Bu zaman kövrəlib, üzdə gülərdin,

Qəlbim o gülüşçün necə darıxır!

Ata nəsihəti könlüm axtarır.

Ey Atam, rahat get, qalma nigaran,

Fəxr et övladlarınla, sevin, qürurlan,

Yaddaşlarda qalan, ey müdrik insan!

Sənintək insanlar daim yaşayır,

Ata nəsihəti könlüm axtarır.

Link to comment
Share on other sites

Həsrətində

Bu sirli dünyada nələr baş verir?

Bir zaman gələnlər, bir zaman gedir,

Qoca da, cavan da lur ki deyir:

"Bir anlıq keçmişə dönmək istərdim."

Bəs mənim istəyim nə olar sizcə?

Aşkar mı söyləyim, yoxsa gizlicə?

İmkanım olsaydı, elə indicə,

Bir anlıq keçmişə dönmək istərdim.

Axşamlar əl-ələ tutub gəzməyə,

Ala gözlərini bir də görməyə,

"Səni çox sevirəm" yenə deməyə,

Bir anlıq keçmişə dönmək istərdim.

İncə əllərindən bərk-bərk tutmağa,

İpək saçlarını tumarlamağa,

Əbədi səninlə qoşa qalmağa,

Bir anlıq keçmişə dönmək istərdim.

Taleh qovuşdurdu bizi, bəs nədən

Sonradan o səni ayırdı məndən...

Yalnız sənə görə, hətta cənnətdən,

Bir anlıq keçmişə dönmək istərdim.

Yağmurlu bir gecə, ayrılan zaman,

Gözümün içinə baxırdın yaman.

Həmin o gecəyə düşməyə, inan,

Bir anlıq keçmişə dönmək istərdim.

Elə bil o gecə sən hiss edirdin,

Əlini əlimdən çəkə bilmirdin,

"Vax gələr deyərsən" - mənə söylədin -

"Bir anlıq keçmişə dönmək istərdim."

Sevən gözlərini məndən çəkmirdin,

Sanki baxışınla nə isə deyirdin,

Poza bilməsəm də yazını sənin,

Bir anlıq keçmişə dönmək istərdim.

Həyat aldı səni mənim əlimdən,

Qoruya bilmədim səni əcəldən,

Acı taleyini dəyişməyə mən

Bir anlıq keçmişə dönmək istərdim.

Hər gün məzarını qucaqlayıram,

Göz yaşı axıdıb, mən ağlayıram,

Şəklinə baxaraq təkrarlayıram:

"Bir anlıq keçmişə dönmək istərdim."

Link to comment
Share on other sites

Əbədi məhəbbət

İllər ötsə belə, saçım ağarsa,

Həyat yorsa məni, qüvvədən salsa,

İnan ki, Əzrayıl canımı alsa,

Sevərəm mən səni, sən sevməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Dinlə sözlərimi, olsun xəbərin,

Deyirəm biləsən, olasan əmin,

Hətta canımı da yolunda sənin

Verərəm mən qurban, sən verməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Şirin söhbətlərin, gözəl vaxtların,

Xoş xatirələrin, həmin çağların,

Sənli günlərimin, xoşbəxt anların,

Bilərəm qədrini, sən bilməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

And içdik bir olaq, sadiqəm anda,

Həm gözəl, xoş gündə, həm də yamanda.

Əmin ol hər zaman, hər bir cahanda,

Gəzərəm mən səni, sən gəzməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Eşqdə qürur olmaz, əsl eşqdirsə,

Sənintək sevənlər bunu bilmirsə,

Səndən fərqlənərək amma mən isə

Əyərəm qəddimi, sən əyməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Bu qəddar həyatda çarəsiz olsaq,

Bir çıxış tapmayıb ümidsiz qalsaq,

Məcburən səninlə əgər ayrılsaq,

Çəkərəm qəm-kədər, sən çəkməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Sənə çox demişəm, deyim bir daha,

Ölsə ümidimiz əgər sabaha,

Yeganə ümidim böyük Allaha

Edərəm mən dua, sən etməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Bir zaman tərk etsən sən öz yarını,

Sonradan ah çəkib, tutsan başını,

Al yanaqdan axan göz yaşlarını,

Silərəm mən sənin, sən silməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Hər zaman olaram mən həsrətində,

Səni axtararam günün birində,

Yüzlərlə, minlərlə insan içində,

Görərən mən səni, sən görməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Silərəm ömrümün sənsiz hissəsin,

Çıxıb getsən belə, gəlməsə səsin,

Bir doldurduğumuz eşq piyaləsin,

İçərəm tək özüm, sən içməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Hər nəyi unutsan, bu qalsın yadda,

Qoy bilsin qohum da, qardaş da, yad da,

İlk görüş yerinə həmin saatda,

Gələrəm hər o gün, sən gəlməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Ayrılsaq, sonradan mənə rast gəlsən,

Heç nə söyləməyib getmək istəsən,

"Ömrümün mənası, həyatım sənsən",

Deyərəm mən sənə, sən deməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Əssə də küləklər, qopsa da tufan,

Bütün bəşəriyyət məhv olsa, inan,

Əgər son anımda verilsə imkan,

Öpərəm şəklini, sən öpməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Yenidən həyata gəlsəm, çox aydın,

Görərəm ləzzətin o saatların,

Birgə getdiyimiz sevgi yolların

Gedərəm mən yenə, sən getməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Sənsiz mən, ey zalım, axı neyləyim?

"Sevirəm" kəlməsin kimə söyləyim?

Ucadan deyirəm, eşid, sevgilim!

Ölərəm mən sənsiz, sən ölməsəndə,

Daim sevəcəyəm, unut desəndə.

Link to comment
Share on other sites

Bağışla

Bu gecə tənhayam, qəlbim sıxılır,

Məhəbbət aləmim uçub dağılır,

Ürəyim çırpınır, gözüm qaralır,

Bağışla, gözəlim, bağışla məni.

Bağışla, səni mən narahat etdim,

"Sevirəm" sözünü sənə demədim,

Təklikdə ağladım, gülə bilmədim,

Bağışla, gözəlim, bağışla məni.

Həyat məcbur etdi məni susmağa,

Sakitcə kənardan sənə baxmağa,

Xəyala dalmağa, sənsiz qalmağa,

Bağışla, gözəlim, bağışla məni.

Dəhşətli yağışdır, gör necə yağır,

Göy də guruldayır, ildırım çaxır,

Yağıştək hər gecə göz yaşım axır,

Bağışla, gözəlim, bağışla məni.

Özüməm günahkar, keç günahımdan,

Ayırma cismimi mənim canımdan,

Çarəsiz qalmışam sevdiyim andan,

Bağışla, gözəlim, bağışla məni.

Taleyin hökmüdür, biz qovuşmadıq,

Acı məhəbbətin tamını daddıq,

Mən səndən, sən məndən nigaran qaldıq,

Bağışla, gözəlim, bağışla məni.

Tanrıya yalvardım möcüzə etsin,

Ömür yollarımız bizim kəsişsin.

Qoy bütün sevənlər mənim tək sevsin,

Bağışla, gözəlim, bağışla məni.

Bir səhvim hər şeyi dağırtdı, sökdü,

Bu şirin həyata zəhər də tökdü,

Yanan ulduzumuz əbədi söndü...

Bağışla, gözəlim, bağışla məni.

Link to comment
Share on other sites

Bil

Bir gün səni mən görməyəndə, alışıram, bil!

Alovlanıram, od içində, lap yanıram, bil!

O qarə gözlərinin mən çəkirdim işvəsini,

İndi həsrətəm o gözlərə, darıxıram, bil!

Məni tərk eyləmisən, dağ çəkmisən ürəyimə,

Amma səni mən hər cahanda, axtarıram, bil!

Sənin bu məhəbbətin çox qısa ömürlü idi,

Mən hələ qəlbimdə bu eşqi, yaşadıram, bil!

Tanrı bəxş etdi sənə ürək alan gözəliyi,

Fikrimdə gözəl zahirini, saxlayıram, bil!

İndi sən şənlənirsən, kef edirsən, həm gülürsən,

Qucaqlayıb mən dizlərimi, ağlayiram, bil!

Olacaqsan peşiman atdığın hər atdımına,

Amma sanıram gec olacaq, inanıram, bil!

Kamrandan var tələbim unutsun həmin gözəli,

Tanrıya mən dua edirəm, yalvarıram, bil!

Link to comment
Share on other sites

Ana

Ana müqəddəsdir, əzizdir ana,

Övladçun hər zaman ürəyi yana,

Beşiyi tərpədən o yan bu yana,

Anam, həyatımsan, canımsan mənim.

Doqquz ay bətnində məni gəzdirdin,

Gecələr yatmayıb, nazımı çəkdin,

Hər mən ağlayarkən, birinci gəldin,

Anam, həyatımsan, canımsan mənim.

İlk addımlarımla qürurlanmısan,

Özünü ən xoşbəxt Ana sanmısan,

O qədər gecələr oyaq qalmısan...

Anam, həyatımsan, canımsan mənim.

Ananın laylası ilk nəğməmizdir,

O nəğmə doğmadır, həm də əzizdir,

Bizi yatızdıran yeganə səsdir,

Anam, həyatımsan, canımsan mənim.

Ağarmış saçına olaram qurban,

İllər keçsə belə, ötüşsə zaman

Qayğına qalaram hər yerdə, hər an,

Anam, həyatımsan, canımsan mənim.

Canım canındandır, qanım qanından,

Heç kim çıxa bilməz Ana borcundan,

Bizə hayat verən, bizi yaşadan

Anam, həyatımsan, canımsan mənim.

Link to comment
Share on other sites

Həyat

Həyata gələndə ağlayır insan,

Bəs niyə o gülmür, niyə sevinmir?

Bəlkə bu həyatda var ciddi nöqsan?

Bəlkə o həyata gəlmək istəmir?

Niyə o ağlayır, biz sevinirik?

Gələn biz deyilik, bəlkə səbəb bu?

Həyatdan gedərsə, kədərlənirik,

Gedən biz deyilik, bəlkə səbəb bu?

Keçmiş həyatına əlvida deyib,

Gəldi bu həyata göz yaşlarıyla,

Fikrini sormayıb, ona deməyib,

Bura göndərdilər öz yazısıyla.

Bəs insan nə üçün həyata gəlir?

Nə üçün yaşayır, sonda ölürsə?

Bir zaman gəlibsə, bir zaman gedir,

Niyə kədərlənmir, bunu bilirsə?

Bu sirli dünyanın nədir mənası?

Cavabı olmayan bu bir sualdır?

Hər kəsin həyatda var öz dünyası,

Sualın cavabı bəlkə bundadır?

Hər kəs bu mənanı nədəsə görür,

Kim kefdə, kim pulda, kim ibadətdə,

Kim axirət eşqiylə həyatın sürür,

Kimsə məna görür hər ötən gündə.

Xöşbəxt o insandır ki, yaşaya bilir,

Həzz alır dünyanın gözəlliyindən,

Hamıya əl tutur, yaxşılıq edir,

Ruhu gidalanır əməllərindən.

Öz fikirləriylə tənha qalanda,

Bütün kainatla insan qovuşar,

Tanrıyla birliyin hiss edən anda,

Həyatın mənasın dərk etmiş olar.

Link to comment
Share on other sites

Esen kulek, axan su cosan belaget asiqiyem

Ag buxaq, ince beden, gozel suret asiqiyem

Bos vererek heyata, gel deyirem memata

Kolgem tek ardimca gelen felaket asiqiyem

Yetmese yare elin, bosha cixsa her felin

Elan et aleme kin basqa mehebbet asiqiyem

Umud qalib mezara qurtul gelme zara

Dinme sen ey avara cananin kifayet asiqiyem

Ey Nesim ferqimize telas etme qeti

Sen durust isen men de siyaset asiqiyem

Link to comment
Share on other sites

  • 2 months later...

Bir yaz axwaminda itirdim seni

Gozumun iwiqi ,dayaqim ata

Hemiwe sacimi oxwardi elin

Indi siqalina mohtacam ata!

Sensizlik sinemi daqlayib aman

Yaman qeribseyib senin dord balan

Artiq dayanibdir bizimcun zaman

Goren goruwerik bir de zaman?

Soyuq mezar dawi men ve sert sukut

Budur goruwune gelmiwem senin

Yeni xeberleri getirdim sene

Qizinin toyudur!

Bu mujdem sene

Geldim huzuruna halallawmaqa

Ata halal ele haqqini mene

Bu borcu de nece verim geriye?

Bu borc odenilmez hec vaxt geriye!

Duwunurem men indi toy gunumu...

Vaqzali calinar ,anam aqlayar

Evladlarin seni anar,gozlerden yaw caqlayar

Yetimliyi indi duydum ay ata

Isti nefesine mohtacam Ata

Bu weri vaxtsiz dunyadan getmiw atamin xatiresine yazmiwam . Toyumdan 1 nece gun qabaq.

Link to comment
Share on other sites

  • 2 months later...

Yuxuda goruw

Yuxuda goruwub daniwiriq biz,

O suclu geceni yada saliriq.

Yuxuda goruwub ayriliriq biz

Suclu gece deyil , suclu bizik, biz!

Yuxumda gordukden sonra men seni

Ayilib aniram oten gunleri..

Xeyaim dolawir kecen gunlerde

Yuxuna gireydim bir defe men de.

Edited by miss saxara
Link to comment
Share on other sites

  • 1 month later...

Sevirem men o gozeli, qarsiligin gozlemeden,

Sevirem men o meleyi, ondan sevgi Istemeden…

Sevgi adli bu yollarda tek gedirem, tek gelirem,

Sevilmeyim vacib deyil,xosbextem ki, men sevirem…

Usanmadan dusunurem,hem geceler,hem gunduzler,

Heyatimin menasidir ona mexsus dusunceler…

Qarsiliqsiz bu sevgini ureyimde gezdirirem,

Sevilmeyim vacib deyil xosbextem ki, men sevirem…

Unutmusam men her seyi,tekce odur xeyalimda,

Gul uzunu axtariram ulduzlarin ishiginda.

Mene xosdur, hesretini ureyimde tek cekirem,

Sevilmeyim vacib deyil,xosbextem ki,men sevirem…

Yasayiram senle sensiz sanki tenha bir adada,

Unutdurmur seni mene cennet olan bu ada da…

Sen her gece yuxuma gel basqa heç ne istemirem,

Sevilmeyim vacib deyil, xosbextem ki, men sevirem…

Istemirem hec sevesen , birce kas bunu bilesen ,

Nece sevir bu ureyim,kas ki bunu hiss edesen…

Son bir defe gorub seni, seve-seve men ölerem,

ölmeyim de vacib deyil,xosbextem ki men sevirem…

by GADITO

Link to comment
Share on other sites

Bilsəmdə yox sonu,mən sevdim onu

Yandırdım qəlbimdə eşq alovunu,

Hər gecə yuxuma dəvət elədim,

Bu şirin röyanı görmək istədim...

Hamıya kor oldum,tək onu gördüm,

özümü unutdum onu düşündüm...

Sevir bəlkə o da, bilmək istədim,

Fikrimi bir gecə ona söylədim...

Yumuldu gözlərim, titrədi əlim,

Sonsuz bir ümüdlə cavab gözlədim...

Yox dedi,yox oldum,səssizcə öldüm,

Qırıldı ümidim, dondu bədənim...

Qismətlə barışdım, bəxtimdən küsdüm,

Mümkünsüz sevgini qəlbimə gömdüm...

by gadito

Link to comment
Share on other sites

Hesretin qelbime derin iz salib,

Sanma ki men seni unudacagam.

Seven urek yene de sensiz qalib,

Bu esqi qelbimde yasadacagam...

Gozlerin cekilmir xeyallarimdan,

O meni yasadan teselli evim.

Oyatma sen meni royalarimdan

Qoy seni qelbimde sessizce sevim...

Uzun gecelerde donur bedenim,

Senin xeyalinla qiziniram men.

Ne bir gelenim var, ne bir gedenim,

Tenhayam sevgilim darixiram men...

Sen variydin dunya nece xosh imish,

Senle mene cehennem de shirindi,

Anladimki sensiz dunya bosh imish,

Yaziq urek,gel hesrete doz indi...

by GADITO

Link to comment
Share on other sites

Meni secdi son gorusler,

Elimde guller saraldi.

Uzumden itdi gulusler,

Aglamaqlar mene qaldi...

Yollarda qaldi gozlerim,

Isiqli yollar qaraldi.

Cixdi getdi sevdiklerim,

Tenhaliqlar mene qaldi...

Gucden dusdu ayaqlarim,

Getdiyim yollar daraldi.

Sondu umid ciraqlarim,

Qaranliqlar mene qaldi...

Felek mene zulum etdi,

Elimden cox seyi aldi.

Haqq-edalet cixdi getdi,

Haqsizliqlar mene qaldi...

Uca daglara guvendim,

O daglara qarlar yagdi...

Temiz bir sevgi istedim,

Xeyanetler mene qaldi...

by GADITO...

Link to comment
Share on other sites

Bu gece dunyanin sonu olsa da,

Bil ki,ellerinden tutub gedecem...

Gozum gozlerinle cox danishsa da,

Dilim lal olacaq susub gedecem...

Kececem sakitce senin qarshina,

Son defe gozune baxib gedecem...

Qarishib birlikde goz yashlarina,

Sessizce gozunden axib gedecem...

Deli dalgalara donen hirsimi,

En derin sularda bogub gedecem...

Tenhaliq ushudse buz bedenimi,

Sensiz otaqlarda donub gedecem...

Bigane qalacam behisht eshqine,

Cenneti cehennem bilib gedecem...

Kishiler aglamaz deyirdin mene,

Gozumun yashini silib gedecem...

by gadito

Link to comment
Share on other sites

Tərcümə etdiyim daha bir şeir:

Роберт Рождественский

МГНОВЕНИЯ

Не думай о секундах свысока,

Наступит время, сам поймёшь, наверное...

Свистят они как пули у виска,

Мгновения, Мгновения, Мгновения.

Мгновения спрессованы в года,

Мгновения спрессованы в столетия.

И я не понимаю иногда,

Где первое мгновение, где последнее.

У каждого мгновенья свой резон,

Свои колокола, своя отметина.

Мгновенья раздают кому позор,

Кому бесславие, а кому бессмертие.

Из крохотных мгновений соткан дождь,

Течет с небес вода обыкновенная.

И ты порой почти полжизни ждешь,

Когда оно придёт – твое мгновение.

Придёт оно – большое, как глоток,

Глоток воды, во время зноя летнего.

А в общем, надо просто помнить долг,

От первого мгновенья до последнего.

Не думай о секундах свысока,

Наступит время, сам поймёшь, наверное...

Свистят они как пули у виска,

Мгновения, Мгновения, Мгновения.

_________________

Robert Rojdestvenski

SANİYƏLƏR...

Biganə qalmayın saniyələrə...

Başa düşərsiniz, bir gün vaxt gələr,

Güllə tək şütüyüb, bitər bir kərə.

Ömrün anlarıdır bu saniyələr.

Məqamlar hÖrülür saniyələrdən,

Əsrlər uyuyur bu məqamlarda...

Özüm də dərk edə bilmirəm hərdən –

İlk məqam hardadır, son məqam harda.

Hər bir saniyənin Öz əlaməti,

Öz hÖkmü, məramı, Öz mənası var.

Birisi hiss edər ağır tÖhməti,

Digəri ucalar, əbədi yaşar.

Saniyə bir anda dÖnür yağışa,

Su olub süzülür tutqun səmadan.

Ömrün yarısını vuraraq başa

Öz saniyəsini gÖzləyir insan.

GÖzləyir, axtarır Öz məqamını,

Bürkülü yay günü bir qurtum su tək.

Almağa çalışır Ömür kamını

Ən ilk saniyədən, son məqamadək.

Biganə qalmayın saniyələrə...

Başa düşərsiniz, bir gün vaxt gələr,

Güllə tək şütüyüb, bitər bir kərə.

Ömrün anlarıdır bu saniyələr.

Link to comment
Share on other sites

Sən bir günəş idin gəldin dünyama,

Nur saçdın qaranlıq həyat yoluma,

Sən getdin üşüdüm,o vaxt boynuma,

Sarılan o qollar indi kimindir?...

Mən səni sevirdim dəlilər kimi,

Hamidan gizlətdim bu saf sevgimi.

Gecələr gəzərdik səhərə kimi,

Tutduğum o əllər indi kimindir?...

Yanına gələrdim rüzgar olaraq,

Zülfünlə rəqs edib mən oynayaraq,

Öpərdim hər zaman sığallayaraq,

Qoxladığım saçlar indi kimindir?...

Səninlə anlaşdıq biz danışmadan,

GÖzlər danışırdı qulaq duymadan,

Dayanıb qarşında heç vaxt doymadan,

Baxdığım o gÖzlər indi kimindir?...

O Ötən günləri xatırlayaraq,

Yadıma salıram indi yanaraq,

Yumub gÖzlərimi mən utanaraq,

Öpdüyüm dodaqlar indi kimindir?...

İndi çox tənhayam,yalnızam gülüm,

Səninçün ayrılıq mənimçün Ölüm,

Bilmirəm mən bunu necə düşünüm,

Sevdiyim o gÖzəl indi kimindir?...

by GADITO

Link to comment
Share on other sites

Insan var aldanir sirin sozlere

Aglayib yas token yalan gozlere

Hamiya inanan o saf keslere

Yalan ved vermekden belke el cekek?!

Yol tapib girerken biz ureklere

Cox ezab vererik seven qelblere

Bize urek acib guvenenlere

Xeyanet etmekden belke el cekek?!

Onlar bizi sevir biz ozgeleri

Onlarin yollarda qalir gozleri

Bizi heddinden de cox sevenleri

Terk edib getmekden belke el cekek?!

Nadanliq yarawmaz esl kiwiye

Qorxaqlar siginar ozge kolgeye

Gucumuz catmirsa bizden gucluye

Zeifi doymekden belke el cekek?!

Sevirem deyecek,hem aldadacaq

Yalanla qelbini ele alacaq

Gunahdir cezasi agir olacaq

Yalandan sevmekden belke el cekek?!

Qul kimi davranib kasiblar ile

Haqqini tapdayib lovgaliq ile

Yaltaqliq eyleyib varlilar ile

Dostulq elemekden belke el cekek?...

by gadito

12.10.2010

Link to comment
Share on other sites

UNUDARAM SƏNİ İNAN,

BİR DƏ ÇƏKMƏRƏM ADINI...

ÇIXARDARAM YADDAŞIMDAN,

DÜŞÜNMƏRƏM VARLIĞINI...

SƏNSİZ HƏR ŞEY GÖZƏL OLAR,

NƏ BİR KƏDƏR, NƏ QƏM OLAR...

ÜZÜM GÜLƏR SƏNSİZLİKDƏN,

NƏ AĞLARAM, NƏ GÖZ DOLAR...

NƏ QARANLIQ, NƏ TƏNHALIQ,

HEÇ QORXUTMAZ ARTIQ MƏNİ...

DÜŞÜNMƏRƏM BİRCƏ ANLIQ,

HEÇ ADININ BAŞ HƏRFİNİ...

SEVƏRƏM MƏN BAŞQA QIZI,

ÜRƏK ÖLDÜ,MƏN ÖLMƏDİM,

SƏNİN KİMİ VƏFASIZI,

SANARAM Kİ, HEÇ GÖRMƏDİM...

HƏQİQƏTİ GİZLƏTMƏKÇÜN,

MƏN NƏ YALANLAR DANIŞDIM...

SƏNİ UNUTMAĞI ZALIM,

NƏ EDİM Kİ, ÇOX ÇALIŞDIM...

BACARMADIM . . .

gadito 04.09.2009

Edited by Gadito Aliyev
Link to comment
Share on other sites

  • 3 weeks later...

HEÇ BİLİRSƏN, ÇOX YARAŞIR SƏNƏ GÜLMƏK,

GÜLÜŞÜNDƏ ÜRƏYİNİN İSTİSİ VAR,

SÖYLƏ MƏNƏ, MARAQLIDIR BUNU BİLMƏK,

BU GÜLÜŞÜN ARXASINDA GİZLİ NƏ VAR ?...

APARDI ÇOX UZAQLARA, BİLMƏM NƏDƏN,

SANKİ BİR ŞEY GİZLƏDİRSƏN GÜLÜŞÜNDƏ,

SÖYLƏ MƏNƏ ŞÜBHƏLƏRİ SİL BEYNİMDƏN,

BƏLKƏ YENİ BİR YALAN VAR DÖNÜŞÜNDƏ?...

YOX MƏLƏYİM, MƏN DÖNDÜM Kİ, SƏNİN OLAM,

SƏNSİZ QALMAQ ÇOX ÜZMÜŞDÜ ÜRƏYİMİ,

MƏN İSTƏRƏM, BİR ÖMÜRLÜK SƏNLƏ QALAM,

TUT ƏLİMİ GERÇƏKLƏŞDİR İSTƏYİMİ...

O Kİ QALDI GÜLÜŞÜMƏ DEYİM BİL SƏN,

DOĞRU BİLDİN BU GÜLÜŞÜN BİR SİRRİ VAR,

ÇÜNKİ BEZDİM SƏNSİZ KEÇƏN HƏR GÜNÜMDƏN,

BU SƏBƏBDƏN GÖZÜM GÜLƏR KÖNLÜM AĞLAR...

Link to comment
Share on other sites

Anama

Deyiwdi taleyin bu bed xeberden

Aqardi saclain derdden ,kederden

Sizi gozleyirdi evde balalar

Allah bu dord qizin ne gunahi var?

Derd boyuk, yuk aqir,soyle ay ana

-Axi nece cekdin bu aqir yuku?

Ellerin qabarli, ciyinin yuklu

Hem ata olmusan , hem ana bize.

Dostlar dushmen oldu, doqmalar yaqi

Tekce anan oldu hemdemin senin.

Bir zaman qapinda noker duanlar

Vaxt kecdi uzune aq oldu senin.

Ellerin aqrayir,tapmirsan care

Hekim bile bilmez bu elin derdin

Her qabar bir gunun niwanesidir,

Bu eller bir omrun tarixcesidir.

Link to comment
Share on other sites

Olsam da men indi senden cox uzaqda,

Biz seninle iki insan,bir neferik,

Ayri-ayri bedenlerde yashasaq da,

Bir doyunen ureklerde gorusherik...

Gozlerimiz yashla dolub boshalsa da,

Ellerimiz komek eder tez silerik...

Yatarken yaninda yerim bosh olsa da,

Biz geceler yuxularda gorusherik...

Bir otaqda tek oturub ushuyende,

Sevgimizin alovuyla isinerik...

Uzun-uzun fikirleshib dushunende,

Biz seninle xeyallarda gorusherik...

Yollarimiz bir de hec vaxt qovushmasa,

Dushunme ki,bu sevgini bitirerik...

Seni gormek eger qismetim olmasa,

Bir gun mutleq o dunyada gorusherik...

Link to comment
Share on other sites

Uzaqdan piyan gorsendese qelben alicenab

Onu bu hala salan olub dusmeni sherab

Barmaqla gosterir onu camaat

Bu ona bexshish olunan heyat

Her sheyi anlasada daha deyishe bilmez

Axi menevi curuk cemiyyet ona imkan vermez

Sece bilmez o duzgun yolu

Axi vaxtiyken olub o ogru

Cinayetkar ola bilmez dogru

Eger kecirilse sorgu

Cemiyyet onu mehkum eder gunahsiz

Kecmishde sehv edenler axi olur haqsiz

Bu da bizim curuk dushunce

Bu cemiyyetde sen gunahkarsan olunce

Mumkun deyil gunahlarin bagishlanmasi

Bu ise onun olumden agir cezasi

Her sheyin temelinde durur nifret

Bu da bir gun bizi mehv edecek elbet

Pulun varsa heyat verer sene lezzet

Yoxsa hec cekme eziyyet

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 80 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Thanks
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 158 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...