Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nardaranda Nə Baş Verir?


gapgara

Recommended Posts

  • Replies 138
  • Created
  • Last Reply

Top Posters In This Topic

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi tərəfindən Nardaranda keçirilən əməliyyat zamanı 2 polis öldürülüb, cinayətkar dəstənin 4 üzvü məhv edilib.

Ölkənin gündəmini zəbt etmiş mövzu ilə əlaqədar olaraq milli.az-da analitik yazı yerləşdirilib.

“Qafqazinfo” müəllifi Elçin Alıoğlu olan həmin məqaləni təqdim edir:

“Bu gün ikindi saatlarından bir qədər sonra Nardaran qarışdı. DİN-nin rəsmi məlumatında olay qısa, amma çox ağır cümlələrlə belə səciyyələndirildi: "İslamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 2-si DİN əməkdaşıdır. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda Hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib".

http://www.qafqazinfo.az/xeber-1/dine-dovlete-bize-meydan-oxuyurlar-130149

Link to comment
Share on other sites

Başda Tale Bağırzadə olmaqla tutulanları inda həyatı yaxşıca başa salarlar. Ümimiyyətlə bu Nardaran sanki dənizdə bir adadır, dövlətin bir çox qanunları, xalqın adət ənənələri bu rayonda işləmir. 

Link to comment
Share on other sites

 

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi tərəfindən Nardaranda keçirilən əməliyyat zamanı 2 polis öldürülüb, cinayətkar dəstənin 4 üzvü məhv edilib.

Ölkənin gündəmini zəbt etmiş mövzu ilə əlaqədar olaraq milli.az-da analitik yazı yerləşdirilib.

“Qafqazinfo” müəllifi Elçin Alıoğlu olan həmin məqaləni təqdim edir:

“Bu gün ikindi saatlarından bir qədər sonra Nardaran qarışdı. DİN-nin rəsmi məlumatında olay qısa, amma çox ağır cümlələrlə belə səciyyələndirildi: "İslamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 2-si DİN əməkdaşıdır. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda Hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib".

http://www.qafqazinfo.az/xeber-1/dine-dovlete-bize-meydan-oxuyurlar-130149

 

Özlərinə necə serf edir elə də yazıllar,ama dogru xəbəri biz hec vaxt bilməyəcik.

Link to comment
Share on other sites

Başda Tale Bağırzadə olmaqla tutulanları inda həyatı yaxşıca başa salarlar. Ümimiyyətlə bu Nardaran sanki dənizdə bir adadır, dövlətin bir çox qanunları, xalqın adət ənənələri bu rayonda işləmir. 

район деил Бакы кяндиди

Link to comment
Share on other sites

Dövlət vətəndaşı işlə, normal təhsillə təmin edə bilməyəndə, onun sosial durumunu yaxşılaşdırmaq əvəzinə qurduğu iyrənc korrupsioner sistemlə milləti vəhşicəsinə istismar edərək çox dəhşətli dövlətə nifrətlə dolu bir cəmiyyət yaradır ki, bundan da xarici kəşfiyyat orqanları məharətlə istifadə edib radikal dini cərəyanları meydana buraxır. Və nəticəsi də göz önündədir. Bu problemin yeganə həlli yolu insanların sosial durumunu yaxşılaşdırmaq, təhsilin keyfiyyətini yüksəltmək, qanunların aliliyini təmin etməkdir ki, əliyev rejimi bunu heç vaxt edəsi deyil. Qısası, bu rejim qısa zamanda devrilməsə qarşıda bizi çox dəhşətli günlər gözləyir.

Link to comment
Share on other sites

Cemiyyetin normal inkishafi ucun,adi kutle texeyyulu deyil olkenin normal inkishafi ucun onu bu yola yonlendiren bir ideya olmalifir..Bu ideya olmadigda yaranmish boshlugu dini radikalizm,curbecur ekstremizm tebligati ile meshgul olan guvveler ve s..asanligla doldururlar..Min teessuf ki,az 25 illik mustegillik dovrunde bunu bacara bilmedik.((((((Hem de ki etrafimizda bash verenler de bizim gozumuzu acmadi..Milleti birce psixilogiya idare edir,imkan dushduse aldatmag,ozu de agina-bozina ...baxmadan...Var-dovlet,pul isteyi bizde her sheyi usteleyir-yaxin gohumlugu da,dostlugu da,gonshulugu da...dediyim kimi her sheyi..Milletini,vetenini sevmek kimi hissleri biz de bashga deyerler evezleyir...Neticesi de goz gabagindadir...Bu xeberi eshidende men hec teeccublenmedim de..((((((

Link to comment
Share on other sites

Rusdilli bölümdə də bu yazını paylaşmışdım, burada da paylaşmaq istərdim, mən Şahbaz bəy Xuduoğlunun fikirlərinə qatılıram. Hər şeyin başında təhsil durur.

Nardaranı yaradanlar

Nardaranda zor gücünə məsələ sakitləşəcək, əslində belə də olmalıdır. Amma Nardaranı yaradan səbəb yenə də qalacaq: Təhsildə rüşvət, səhiyyədə rüşvət, gömrükdə rüşvət, vergidə soyğunçuluq, ədalətsiz məhkəmə, zorakı polis, fəhləsinə “sən iy verirsən” deyən məmur.

Bütün problemlərin kökündə yanlış düşüncəni yaradan savadsızlıq durur. Hər bir adam vəzifəyə ona görə düzəlməyə çalışır ki, tapşırılan sahədən mümkün qədər çox rüşvət alsın. Yəni o şəxs dövlətə xidmət etmək barədə düşünmür, ağlında bir fikir var, pulu kimdən alsın. Məmurların əksəriyyəti belə düşünür və belə də işləyir. Deyək Nardaranı İran itələyir. Özü də yalnız Nardaran deyil, Şıxovdan Astaraya qədər, hamısı Bakı kəndlərinin günündədir. Əmin olun bu, yalnız dinin cazibəsi deyil, vətəndaşlarımızın idarəedənlərimiz tərəfindən vəhşicəsinə itələnməsidir. Təhsili və savadı olmayan, kitaba nifrət edən idarəçilər dövlətimizi uçuruma aparırlar.

Əgər vətəndaşlarımız burada normal səhiyyə xidməti görsələr, İrana gedərlər? əlbəttə yox. Yaxşı təhsil görsələr, dini radikalizmin təsiri altına düşərlər? əlbəttə yox. Təhsil ocaqlarında müəllim rüşvət yerinə kitab tələb etsəydi, belə olardı? əlbəttə yox.

Bu dövlət böyük sevgidən, böyük zəkadan yaranıb. Onu eldarkimilər, covdarovlar, cahanigir əskərovların dağıtmasına imkan vermək olmaz. Eləcə də heç bir dini dəyər o böyük sevginin və böyük zəkanın qurduğu dövləti dəyərdən üstün olmamalıdır.

Link to comment
Share on other sites

Bu bir gündə, bir saatda yaranan problem beyil, bəs bizim analoqu olmayan MTN hara baxır? Amma belə baxanda onları da qınamalı deyil, indi başları vəzifə bölgüsünə qarışıb.. yeni müştərilər qalıb başsız..

Link to comment
Share on other sites

. Təhsili və savadı olmayan, kitaba nifrət edən idarəçilər dövlətimizi uçuruma aparırlar.

bu dunyevi dusunulmus siyasetdir.3 cu sinif olkelerde tehsili aradan qaldirib sonra savadsizlasmis xalqi asanliqla istismar edebilmek ucun dini iteleyirler. bu hokumetin fersizliyi deyil, bugun kim orada otursa eyni emre qulluq etmelidir.Azerbaycan kimi olkelerin oz muqedderatini hell etmek huququ yoxdur.bu realliqdir.bugun bir yahudi ailesinin mal varligi butun qafqazi 10 defe almaga bes edirse ve o yahudi ailesi bugun bizim kimi olkelerde tehsili geri salib dini inkisaf etdirib insanlari cennet hevesi ile istismar etmek isteyirse buna hokumet hecne edebilmez.amma mueyyen qeder dinin dini quvvelerin qarsisi alinir.bunun da sebebi sovet ateizmidir.bu millet seriet sevmir.siyaset olduqca qarisiq meseledir.eynile dunen irana qulluq etdiyi halda mueyyen qruplar terefinden  qehreman adlandirilanlar dindarlar misali.....  

 

nardaran kimi olkenin bir cox yerinde siz qeyd etdiyiniz kimi cahillik hokm surur.bu da yalniz iranin tesiridir.hokumetin seriet qaydalarinin tetbiqine qarsi yonelmis addimlari teqdire layiqdir.cunku dinin bataqliginda qaranliqlara qerq olmus olkeleri gorub onlarin veziyyetine dusmemek ucun bizim kimi olkeler lazim gelse islam oyunlari kecirmekle beraber mescidlere de ciddi MTN nezaretini heyata kecirer...bu olmalidir ve olur.cunku biz tolerant dovledik.

Edited by 513
Link to comment
Share on other sites

Hökümətə bəraət qazandırmaq üçün çox yersiz arqumentdir, çünki cəhalət ilk növbədə elə hakimiyyətin özünə sərf edir, amma nəticədə bu cür olaylarla da üz-üzə gəlməli olurlar. Əgər hökümət və xalq müştərək şəkildə tərəqqi etməkdə israrlı olsa, bir köpək oğlu kənardan müdaxilə edə bilməz, edəcəyi təqdirdə isə qarşısı alınacaq. Sanki hər şey konspirologiya üzərində qurulub, və alternativ çıxış yolu yoxdur, çox-çox yanlış mülahizədir.

Link to comment
Share on other sites

Hökümətə bəraət qazandırmaq üçün çox yersiz arqumentdir, çünki cəhalət ilk növbədə elə hakimiyyətin özünə sərf edir, amma nəticədə bu cür olaylarla da üz-üzə gəlməli olurlar. Əgər hökümət və xalq müştərək şəkildə tərəqqi etməkdə israrlı olsa, bir köpək oğlu kənardan müdaxilə edə bilməz, edəcəyi təqdirdə isə qarşısı alınacaq. Sanki hər şey konspirologiya üzərində qurulub, və alternativ çıxış yolu yoxdur, çox-çox yanlış mülahizədir.

Onda bu adamlar qalxsin ayaga mubarize elesinler ki ay dovlet mene tehsil ver mene kitab ver...
Link to comment
Share on other sites

Onda bu adamlar qalxsin ayaga mubarize elesinler ki ay dovlet mene tehsil ver mene kitab ver...

Bu adamlar cahildir, əksəriyyəti haqq yolunu azıb, onların bunu istəməyi nə dərəcədə məntiqə uyğundur? Bunu dövlət etməlidir ki, ən azından çağdaş nəslin yetirmələri ata və babaları kimi düşünməsin. Dindardılar? Çox gözəl! Qoy olsunlar da dindar, onlara kim mane olur ki? amma hökmən inancları ilə müvazi olaraq dünyəvi təhsil alsınlar. Əli Şəriəti kimi. Onun "Dua", "Ey Ata, ey Ana, biz günahkarıq" əsərləri adamı heyran edir, təsəvvür edin, bu insan İranda anadan olub, amma Fransada təhsil alıb, bunu əbəs yerə etməyib, anlayıb ki İranın çürük təhsil sistemi onu manqurtlaşdıracaq (bu hələ Pəhləvinin vaxtında olub). Və nəticədə öz zəkası ilə tarixə həkk olunub, İslam dininin qürurudur o kişi.

Götürün adicə qaraçıları, mən Yevlaxda yaşayıram, onların heç biri nə təhsil alır, nə də işləyir, (kiçik qismi zibil yığır) bu insanlar qürurla söyləyir ki, bizim kişilər bu dəqiqə Suriyada muzdlu kimi döyüşür, onları buna sövq edən imkansızlıqdan çox cahillikdir.

Hökümət bəs nə üçün lazımdır? O bizim gələcək təhlükəsizliyimiz üçün qarant deyilsə, biz bu ölkədə necə rahat yaşaya bilərik? Nə olar ki, Nardaranda yaxşı bir lisey açsınlar, ali məktəb təsis etsinlər, qadınlar üçün dərzilik məktəbi yaratsınlar, camaatın başını qatsınlar. Çox şey bununla da düzələcək. Eləmir bu lənətə gəlmişlər bunu!

Xahiş edirəm aşağıda yerləşdirdiyim videoya baxın, əgər bu insanlar sabah haqqını tələb edib, etiraz etsə, KİV onları vətən xaini, əcnəbilərin casusu elan edəcək, amma vaxtında məsələyə adekvat münasibət göstərsələr, nə şiş yanar, nə də kabab.

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Salamlar olsun disputun demokratik tefekkürlü userlrine ..

Eziz dostlar, nezerine chatdirmagi özüme borc bilirem ki, siz ele bir adami mühakime edirsiniz ki, Avropa Şurası bir neche il önce onu (yani Hacı Tale Bağırovu) vicdan məhbusu kimi tanıyıb.

Link to comment
Share on other sites

 

Əgər hökümət və xalq müştərək şəkildə tərəqqi etməkdə israrlı olsa, bir köpək oğlu kənardan müdaxilə edə bilməz, edəcəyi təqdirdə isə qarşısı alınacaq.

 

 

idealist yanasma terzi...

 

 

vaxtile avropalilar dinden xilas olub tehsili inkisaf etdirebilmek,insanlarda elme maraq oyadabilmek ucun ve insanlarin "herseyi tanri biler" formali qaranliq dusuncelerini parcalayib onlari arasdirmaga oyrenmeye sovq etmek ucun dini teqib etmeye basladilar.hemin vaxt insanlar dine qarsi cixan milletcileri sevmeyebilerdi.amma bugun hemin sevmeyen insanlarin da neslinden olanlar beraber huquqludur ve qanun qarsisinda cavab verir,din qarsisinda deyil.insanlara pulla cennete bilen satanlarin dovru avropada coxdan getdi.bizim kimi olkelerde de bunu etmek isteyenler diktatorlar olsa bele men bunu teqdire layiq hal kimi qiymetlendirirem... hokumeti seven biri deyilem.amma bu addimini destekleyirem.bugun mescidlerin her birinde namaza duran 20 neferden biri dovlete informasiya oturmek ucun oradadir.bu dogru addimdir.cunku din ele bir seydir ki onunla yuyulmus beyinleri qorxu ile de saxlaya bilmezsen.hokumet beline bomba baglayacaq qeder aglini itirmis bir ordu ile uzlesmek istemez.bu da dinin teqibinin ikinci sebebi....istenilen halda dinin yayilmasi xalqin menevi heyatine ciddi zerbedir....

Link to comment
Share on other sites

Dindardılar? Çox gözəl! Qoy olsunlar da dindar, onlara kim mane olur ki? amma hökmən inancları ilə müvazi olaraq dünyəvi təhsil alsınlar. 

 

 

 

hele bugune kimi men gormemisem ki 2 den artiq muselman bir yerde ibadet etdiyi halda hansisa siyasi teskilata xidmet etmemis olsun.bugun insanlara sah damarindan yaxin olan allaha ibadet etmek ucun mescide gedenler bilmelidir ki bu  sirf kutleni bir yere toplayib onlari istiqametlendirebilmekden basqa mahiyyet dasimir.istenilen mescid herhansi bir siyasi teskilata xidmet edir.bugun mene bir dene mescid deyebilmezsiniz ki o ozu ucun canli bomba yetisdirmeye calismasin.en demokratik mescidlerde de bugun o qeder cahillik golunde bogulan insan var ki onlar sadece olaraq dini muzakire eden insani qanun olmasa ele orada oldurer.amma sabah qanun ve qanunu temin edenlerin ayagi bir balaca surussun o saat goreceksiniz ki hemin mescidler moizeleri ile ne qeder kamikadze yetisdirib....  din cemiyyet ucun ciddi tehlukedir.indiki zamanda siyasi oyunlarin sahmatdan daha qeliz veziyyete geldiyi dovrde ise din sadece robot yetisdirir.yani daha da tehlukeli hal alib.herkes duysun ve bilsin: DIN SIYASETIN ALETIDIR,,,  nardaranda da polise bomba atanlar bunun bir orneyi idi... tale bagirzade agilli adam idise dusunceli gencleri etrafina yigardi,cahillesmis mektebe universitete yox deyen ve yalnizca vor yetisdiren nardaranlilari yox.....

Link to comment
Share on other sites

Salamlar olsun disputun demokratik tefekkürlü userlrine ..

Eziz dostlar, nezerine chatdirmagi özüme borc bilirem ki, siz ele bir adami mühakime edirsiniz ki, Avropa Şurası bir neche il önce onu (yani Hacı Tale Bağırovu) vicdan məhbusu kimi tanıyıb.

Xalqı qırğına verməyin heç bir bəraəti yoxdur, belə heyvərələrin ucbatından görün nə qədər günahsız insan həyatını itirdi bu günlər. 

Vicdan məhbusu yox, vicdansız bir insan kimi qeydiyyatdan keçirmək lazımdır bu insanı.

Link to comment
Share on other sites

bu kişi oğlu kişi düz danışır, xalqın çəsarəti çatmayan sözləri camaata çatdırır və tələb edir. Haqq söz danışanları tarix boyu həbs ediblər, şəhid ediblər, səslərini kəsməyə çalışıblar. Qərəzli yox, obyektiv yanaşmaq lazımdır, dindardı deyə bilib bilmədən asıb kəsmək olmaz insanı. 

 

https://www.youtube.com/watch?v=kw8wFdyAmwA

Link to comment
Share on other sites

Əfəndim, niyə o zaman 30 iyul tarixində Tale Bağırzadə azadlığa buraxıldı? Əgər adam potensial təhlükə mənbəyidirsə, məhkumluq müddətini artırmaq üçün yeni maddələr uydurardılar, və o həbsdə qalardı. Görünür hər kəs bu hakimiyyət üçün təhlükə mənbəyidir, Leyla Yunus - ermənipərəstdir, Xədicə İsmayıl - amerikapərəst, İlqar Məmmədov isə avropapərəst, a kişi nə oldu day? Hamı casus oldu?! Tale bəyə bəraət qazandırmıram, amma onun ekstremist olduğuna da inanmıram düzü, Eldar Mahmudovdan dahamı təhlükəli fiqur idi o? Mən dinin də tərəfdarı deyiləm, çünki o insanlar arasında nifaq yaradır, amma hər dindar da fanatik deyil, ona qalsa millətçilər, irqçilər, despotlar da təhlükəlidir, onlarla da kütləvi surətdə mübarizə aparmaq lazımdır? Mən ona görə də Şahbaz bəyin fikri ilə razılaşıram, təhsil insanların maariflənməsində zəruri və başlıca rol oynayır. Bu hökümətə inanmıram!

Link to comment
Share on other sites

bugun eger tale bagirzadeden daha cox insana xitab eden ve daha cox sevilen figurlar(Haci Sahini misal cekmek olar) yeterince kutleye sahibdirse ve olkede bas veren hec bir hadiseye mudaxile etmirse, edaletsizliye susursa bu dovletin istediyi formada yayilan dindir.yani esas odur insani cahillesdir gerisi dini liderin isi deyil gerisini vergi hell eder :))

 

amma tale bagirzade hem insanlarin cahillesdirilmesinde hem de eyni zamanda bu cahil kutle ile inqilab etmeye cehtde teqsirkar idi.bu da hokumetin dini istifade etme metodikasindan kenara cixirdi.

Edited by 513
Link to comment
Share on other sites

Nardarana polis gire bilmir deyirdiler . 

 

hele bugune kimi men gormemisem ki 2 den artiq muselman bir yerde ibadet etdiyi halda hansisa siyasi teskilata xidmet etmemis olsun.bugun insanlara sah damarindan yaxin olan allaha ibadet etmek ucun mescide gedenler bilmelidir ki bu  sirf kutleni bir yere toplayib onlari istiqametlendirebilmekden basqa mahiyyet dasimir.istenilen mescid herhansi bir siyasi teskilata xidmet edir.bugun mene bir dene mescid deyebilmezsiniz ki o ozu ucun canli bomba yetisdirmeye calismasin.en demokratik mescidlerde de bugun o qeder cahillik golunde bogulan insan var ki onlar sadece olaraq dini muzakire eden insani qanun olmasa ele orada oldurer.amma sabah qanun ve qanunu temin edenlerin ayagi bir balaca surussun o saat goreceksiniz ki hemin mescidler moizeleri ile ne qeder kamikadze yetisdirib....  din cemiyyet ucun ciddi tehlukedir.indiki zamanda siyasi oyunlarin sahmatdan daha qeliz veziyyete geldiyi dovrde ise din sadece robot yetisdirir.yani daha da tehlukeli hal alib.herkes duysun ve bilsin: DIN SIYASETIN ALETIDIR,,,  nardaranda da polise bomba atanlar bunun bir orneyi idi... tale bagirzade agilli adam idise dusunceli gencleri etrafina yigardi,cahillesmis mektebe universitete yox deyen ve yalnizca vor yetisdiren nardaranlilari yox.....

 

Məscidlərin hamisini tanimasam da E. Akademiyasi yaxinliğinda yerləşən məscidi yaxşi taniyiram . illərdir çox sakitlik idi , şikayəti olan yox idi son 3 ildə vahabilərlə doldu . 

Link to comment
Share on other sites

Məscidlərin hamisini tanimasam da E. Akademiyasi yaxinliğinda yerləşən məscidi yaxşi taniyiram . illərdir çox sakitlik idi , şikayəti olan yox idi son 3 ildə vahabilərlə doldu 

 

orada vahabilerin de mueyyen qeder guclenmesi dovletin dusunulmus siyasetidir.umumiyyetle terror qorxusu hokumeti saxlamagin esas menbelerinden biridir.bu diktatura ucun esas prinsiplerdendir.amma bu prinsip amerika hokumetinin ozu ucun de kecerlidir.

Link to comment
Share on other sites

Tale Bağırzadənin 30 iyul tarixində azad edilməsinə dair belə bir fərziyəm var, hökümət Tale bəyin tərəfini müəyyən etmək üçün onu yayda azad etdi, nə qədər də olsa o həbsxanadan çıxmışdı, oradakı işgəncə, dörd divar öz təsirini göstərmişdi. O, Eynulla Fətullayev kimi rejimə boyun əyib, islah oluna bilərdi, və ya Fərhad Əliyev kimi ölkəni tərk edib, Avropanın hər hansısa ölkəsində və ya elə İranın özündə mühacir/vətəndaş kimi yaşaya da bilərdi, amma o tutduğu yoldan dönmədi, hər şeyə rəğmən hökümətə qarşı sərgilədiyi mübarizəyə davam etdi.

Keçmiş vicdan məhbusu - Zaur Qurbanlı deyir ki, həbsdən sonrakı ilk günlər işgəncə və əzab dolu olur. Gələcək məhbuslar törətdikləri "cinayəti" etiraf etsin deyə dəyənəklə, butulka ilə zülmə məhkum edilir. Zaur bəy özü də bunları yaşayıb. O ixtisasca hüquqşunas olduğu üçün, irəli sürülmüş maddələrin təqsirləndirilən şəxsləri ən azı 14 il müddətinə azadlıqdan məhrum edəcəyini söyləyib. Bu yerdə Uinston Smit və O'Brayen obrazları gözümün önündə canlanır.

Link to comment
Share on other sites

Xalqı qırğına verməyin heç bir bəraəti yoxdur, belə heyvərələrin ucbatından görün nə qədər günahsız insan həyatını itirdi bu günlər. 

Vicdan məhbusu yox, vicdansız bir insan kimi qeydiyyatdan keçirmək lazımdır bu insanı.

hec bilirsiniz vicdan mehbusu ne demekdir? bashqasinin vicdanina qara yaxmagi size yarashdirmiram.
Link to comment
Share on other sites

Bugun Tale Bagirzadeden daha cox teqib olunmus insanlar var.bunlardan bir misal cekesi olsam:  Aslan Ismayilov. Azerbaycanin deyerli vekillerinden biri.tale bagirzade kimi 50 ilahiyyatcini savadi ile susduracaq biridir.amma bugun Aslan bey oz siyasi mubarizesini ona guvenenlere polise gulle atin demekde gormur.bugunlerede prezidente muracieti oldu.1 saatliq cixis idi.dinleyin.bugun olkenin xilasinin daha ideal formasini bildirirdi.

 

 

Tale bagirzadeye verilen mohletin sebebi cox sade idi: bir cox dindar kimi o da hokumeti teriflesin ve onu sevenler de hokumete koru koruna terifler yagdirsin.lakin tale bagirzade buna getmedi.sebeb iki haldan biridir: ya bu adam hansisa olkenin maraqlarina xidmet eden agenturadir ya da bu adam ozu de oz dediklerine inanib ve ozu rehberlik etmekle radikal dini teskilat yaradib....

Link to comment
Share on other sites

Göndərin Aslan İsmayılovun çıxışını, mən də baxım =) Aslan bəy yaxşı insandır. Ümid edirəm onu İntiqam bəy Əliyevin aqibəti gözləməyəcək. Ehh, o qədər gözəl insanları görmək və söhbət etmək imkanından məhrum ediblər ki bizi. Bu dəqiqə əlimdə olsa, İlqar bəy Məmmədovla görüşüb, onu bağrıma basardım. Ona çox böyük hörmətim var. Haşiəyə çıxdığım üçün üzr istəyirəm.

Link to comment
Share on other sites

https://www.facebook.com/v.aslanismayilov?fref=ts

https://www.facebook.com/Aslan.Z.Ismayilov/?fref=ts

 

facebook profili ve sehifesi.orada hemin video var.buraya yukleyebilmedim.

Dogrudur ki Intiqam Eliyev hal hazirda basi belalar cekir amma en az onun qederini de Aslan bey cekdi indi ise azadliqdadir ve yene oz mubarizesine onu izleyen 130000 insanla birlikde aparir.umid edirem birgun olke rehberliyine Aslan bey kimi serefli qururlu milletini seven ve savadli insanlar gelecek.

buarada Aslan beyin nardaran hadiseleri ile bagli yazisini da paylassam yerine duser: 

 

Əziz Həmvətənlərim! Nardaranda baş verənlər çox ciddi hadisədir və sosial şəbəkə iştirakçıları maksimum ehtiyatlı davranmalıdırlar ki, kiminsə oyununda təfər olmayaq. Azərbaycan hamımızın Vətənidir və bildiyim qədər bu məkanda çox təhlükəli oyunlar gedir. Hakimiyyətin yarıtmaz siyasətini bilirik və daim deyirik. Bu məqamda isə hadisələri gərginləşdirməkdən çəkinmək lazımdır. Zənnimcə baş verənlər tək daxili problemlərlə bağlı deyil. Allah eləsin səhv olum. Ancaq MTN-lə bağlı son hadisələr, Rusiya - Türkiyə münasibətlərinin gərginləşməsi və Bakıda son baş verənlər bir-biri ilə əlaqəli ola bilər. Bədbəxtçilik ondadır ki, hakimiyyət o qədər haqsızlıq edib, yalan danışıb, provokasiyalar edib ki, artıq özünə inam yeri belə qoymayıb. Ən təhlükəliisi də elə budur! Ona görə bir daha hamıdan vəziyyəti gərginləşdirməməyi xahiş edirəm. Hakimiyyət təmsilçiləri isə bir daha anlamalıdırlar ki, güc strukturları deyil, ancaq XALQ ölkədə stabilliyi qoruya bilər.

 

 

P.S. Yazını yazarkən artıq bəzi xaricdə oturan "vətənşüvənlər"in müraciətlərini gördüm. Deyəsən xoruzun quyruğu görünür. Mən isə istənilən yarıtmaz hakimiyyətlə zor gücü ilə danışmağın qəti əleyhinəyəm.

Link to comment
Share on other sites

İstənilən cahil kütləni dinlə idarə etmək olar.Nardaranda bəziləri bu cahil kütlə arasına daxildir.

Sadəcə nardaranlılar din adı altında bir neçə fırlıldaqçının oyununa gəldi.İndi də həmin savadsızlığın,cəhalətin bəhrəsini sadə xalq çəkir.İşıqsız,qazsız,telefonsuz qalaraq bədəl ödüyür.

Link to comment
Share on other sites

 

.İşıqsız,qazsız,telefonsuz qalaraq bədəl ödüyür. 

 

 

ve bugun butun yaxin serq de eyni aqibeti cekir.amma bu cenubi amerikada da var idi avropada da.hindistanda da.

 

amma men o qeder yazib buradaki bir xanim user e bunu subut edebilmedim ki insanlarin bu veziyyete dusmesinin esas sebebi dindir. :) 

Link to comment
Share on other sites

Kasıb bir kimsə həyətində 4 divar arasında 2 daşı daş üstünə qoyan kimi gəlib quzğun kimi başlarının üstünü alırlar, dolyalarını almasalar gecələri yuxu getmir gözlərinə. Bu boyda problem şişib bu kəndə, bütün hüquq mühafizə orqanlarının gözləri kor olub görməyib. Ağıla sığan söhbət deyil. Bu məsələnin birinci günahkarı hökümətdir. Tolerantlıq adıyla kimə gəldi lisenziya verirlər, dini əlli yerə parçalayıb. İndi də din pərdəsi altında yetişmiş vəhşilər bunlara qarşı çıxıb. Hamısını pul danışdırır. Arxalarında kımsə dayanmasa guruldaya bilməzlər. 

Link to comment
Share on other sites

ve bugun butun yaxin serq de eyni aqibeti cekir.amma bu cenubi amerikada da var idi avropada da.hindistanda da.

 

amma men o qeder yazib buradaki bir xanim user e bunu subut edebilmedim ki insanlarin bu veziyyete dusmesinin esas sebebi dindir. :)

Din yox, dini əlli yerə parşalayan analoqu olmayan hökumət.

Link to comment
Share on other sites

Din yox, dini əlli yerə parşalayan analoqu olmayan hökumət.

bu tekce Azerbaycana aid xususiyyet deyil.bunu da qeyd elemisdim!

esas da odur ki bu problem 21 ci esre aid bir sey deyil,bu tarixen bele olub.cunku dinler siyaset ucun lazimdir.din yaxsi bir sey olsaydi emin olun ki avropalilar dinden uzaqlasdiqca insan huquqlari temin olunmazdi insanliq orada inkisaf etmezdi insan vicdana verilen deyerler onemsenilmezdi,qanun yegane sah olmazdi......     

amma bugun iri kapitalistler dinin 3 cu tip olkelerde yayilmasi ucun ellerinden geleni edirler bir de hemin olkelerde medya butun gunu dinden uzaqlasmis avropanin menfi xususiyyetlerinden yazir ve deyir ki guya butun dunya islama qarsi vurusur ve bunu goren cahil inancli oz dinine daha mohkem sarilaraq kapitalistlerin ciblerini genislendirir....

Link to comment
Share on other sites

İfrat dərəcədə dinlə məşğul olmağın sonu belə olmalıydı.

Tale iyul ayından həbsxanadan buraxılıb.Bu qədər təhlükəli biri idisə niyə azad olunurdu? Göz yumuldu və o ,başına dəstə topladı.Belə təhlükəli insanı bizim DİN orqanları çoxdan haqqında məlumat toplayıb,həbs etməli idi.Nədənsə Taleyə əlini -qolunu sallaya -sallaya gəzməyə imkan yaradılmışdı.Hələ özünə tərəfdaşda toplamağa fürsət tapmışdı.

Razin hadisəsindən sonra son sığınacaq yeri kimi özünə Nardaran kəndini seçmişdi Niyə? Çünki bilirdiki Nardaran kəndində dini fanatiklər var.Ona sığınacaq verəcək.

Taleyin tərəfini saxlayanlara deyərdim,bu qədər din və sülh sevərdirsə, kənd sakinlərini niyə qırğına verirdi? Həbsi üçün fərman veriləndə çıxıb təslim olardı.Tülkü kimi cahil kəndlinin inancından istifadə etməzdi.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Thanks
        • Like
      • 53 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 168 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 136 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...