Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Miqrasiya etmək istəyənlərin – Diqqət etməsini istədiyim 12 məqam


Recommended Posts

logogoy.png Son vaxtlar miqrasiya edənlərin sayı artıb. Buna paralel olaraq həmin  insanları müzakirə edənlərin də sayı artıb. Məndə qısa müddətli şəxsi təcrübəmə əsasən bu yazını yazıram sənin üçün.  Yazı çox uzundur. Hələ qısaltmalardan sonra 🙂 bu qədər uzun alındı. Mən də yazını iki hissəyə ayırdım ki, fikirlər bir birinə qarışmasın. Oxuduqdan sonra çox suala cavab tapmış olacaqsan. Başlayaq.

Əvvəlcə istəyirəm bu qərarın məhfilərindən danışım. Əlbəttə hər bir qərarın çətin tərəfləri olur. Hətta deyərdim o qərarın verilməsinə mane olan məqamlar. Bütün bunlar haqqında bir blogda danışmaq mümkün deyil. Amma istəyirəm ümumiləşdirilmiş qısa qısa hamısı haqqında danışım. Bundan sonra başqa yazılarda maraqlandığın başqa mövzular haqqında da hissə yazıb  danışacam səninlə. Amma bu dəfəki söhbət ümumi giriş olsun. 7 aylıq təcrübə əsasında yazılmış bir yazı deyək. Bəlkə 2-3 il sonra fərqli təcrübə olacaq və onunla başqa bir yazı yazacam. Onu zaman göstərər. Nə isə çox uzatdım. Başlayaq …

 

  1. Mənəvi abu hava (dostlar, ailə, ətraf mühit və s).
    Bəlkə də xaricə getmək istəyənlərə ən çox maneə yaradan məqamdır desəm yanılmaram.  Bəli dəyərli dost, bu belədir. Hələ sən xüsusi ilə həssas insansansa sənə çox çətin olacaq. Ətraf mühit istədiyin kimi olmaya bilər. Məsələn, sənin ətrafında kişilərin etməyə utandığı hərəkəti sərbəst edən xanımlar yoxdur və ya sırğalı bəylər, üzlərində onlarla pirsinq olan insanlar sənin üçün çox qəribə ola bilər. Bədəninin hər yerində müxtəlif döyməli iş yoldaşları necə? Sənin üçün yeni sayılırmı bunlar? Yeni yerdə yeni dostlar tapacaqsan, bəlkədə onlarla da doğmalaşacaqsan. Amma ağlının bir küncündə köhnə dostlarını saxlayacaqsan. Onlarla işdən sonra görüşüb içdiyiniz çayları, ad günlərində, toy şənliklərində etdiklərinizi, sirrlərinizi və ortaq düşüncələrinizi xatırlayacaqsan.
    Ən əsası ailən! Onları əlbəttə ki, heç kim əvəzləyə bilməz sənin üçün. Ana, ata, bacı, qardaş və digər əzizlər bəlkə də ən böyük qayğın olacaq sənin üçün. Bu məqamı unutma qərar verərkən. Hətta bir daha vurğulayım ki, mütləq bu məqamı çox amma çox düşünüb qərar ver. Sənin canını sıxanları, getmə istəyini tərəzinin bir gözünə qoy və digər gözündə “mənəvi məqamlar” olsun. Ondan sonra qərar ver məncə!
  2. Adətlər, mentalitet. Məsələn getdiyin yerdə insanlar çox soyuq ola bilər. Səmimiyyət çərçivəsi dar ola bilər. Hətta uzun müddət ətrafında dost deyə biləcəyin insanlar olmaya bilər. Burada adətlər başqadır. İnsanlar başqaları ilə dostlaşmaq üçün mütləq müəyyən mərhələlər keçməlidir məsələn və ya adətlər elədir ki gəlmə insanlarla dost olmağa cəhd edənlər çox azdır. Hələ mentalitet. Onu daha çox düşünmək lazımdır məncə. Məsələn, getdiyin yerdə sənin ölkəndə ağlasılmaz olacaq hər hansı hərəkətlər tam adi bir hərəkətdir. Namus, qeyrət, ailə dəyərləri və s. Bunlar haqqında isə danışmağa dəyməz. Övladının məktəbdə hansı mental dəyərlərə sahib ailələrin üzvləri ilə bir mühitdə olacağını düşünün. Hər millət üçün bu dəyərlər tam fərqlidir və qərbə tərəf getdikcə bu dəyərlər daha da soyuqlaşır. Bu insanların arasında olmağa hazırsanmı?
  3. Yaşam standartları və iqlim. Getdiyin ölkənin yaşam standartları əlbəttə ki, fərqlənə bilər və bu normaldır. Məsələn adətən inkişaf etmiş ölkələrə miqrasiya edirlər və oralarda da yaşam standartları yüksəkdir. Amma bu yaşam standartlarına uyğunlaşmaq üçün işləməlisən, qazanmalısan və standartlara ayaq uydurmalısan. Vergilər, ödənişlər, qiymətlər çox fərqlidir və bu sənin öyrəşmədin sayda və məbləğdə ola bilər. Keyfiyyətdə fərq olduğu kimi, maddi məsələlərdə də çox fərqlər var. Filmlərdəki yaşam tərzlərini düşünüb miqrasiya edirsənsə sənə bir pis xəbər deyim , əksər hallarda filmlərdə gördüyün qədər asan deyil hər şey :). Bunları nəzərə almaq lazımdır. Hələ iqlim. Məsələn, hansı ayda hansı havanı görməyə öyrəşmisən, külək necədir, havanın temperaturu, yağıntılar və s. İldə 3-4 dəfə 10-15 sm qar görən biri olaraq 80-100 smlik həftəlik yağan qarlara hazırsanmı? Havanın 2-3 ay tutqun və yağıntılı olmağına necə?  Həyat tərzi, standartlar və iqlim çox vacibdir. Yaxşıca araşdır.
  4. Problemlər və onların həlli yolları. Hə dostum. Problemlər həyatımızın ayrılmaz hissəsidir. Onların həlli yolları isə tam fərqlidir. Məsələn, evində hər hansı bir elektrik əşya sıradan çıxıb. Zəng edirsən servisdən gəlirlər ya yerindəcə həll edirlər ya da çatışmayan hissəni tapmaq üçün bir neçə gün vaxt gedir. Zəmanətli məhsullarda bu daha çox vaxt apara bilər, düzdür. Amma fərdi qaydada tapdığın usta ilə çox qısa müddətdə həll etmək yolları var ölkəmizdə. Xaricdə isə siz bəzən usta ilə görüşmək üçün gələn həftəyə görüş ala bilərsiniz :). Təmir olunub olunmayacağı isə başqa sualdır 🙂 Bundan başqa, məsələn bürokratik problemləri də bir iki gün içində həll edirik və ya az maz “şirinlik”lə çox məsələlər yoluna düşür. Evinə telefon çəkdirmək istəyəndə, işıq və ya su ilə bağlı problemləri həll edəndə adətən belə olur deyilmi? Amma getdiyin ölkədən asılı olaraq bu problemlər və onların həlli yolları tam fərqli ola bilər. Müddət və proseslər baxımından inanın ki, daha çox olacaq. Hətta bir telefon çəkdirməyin sənədləşdirmə işləri bir iki gününü ala bilər 🙂 . Xüsusi ilə vurğulayım ki, ilk vaxtlarda hər şey sənə yeni olduğu üçün problemlər xəbərsiz və o qədər tez tez gələcək ki, həyatına rəng qatacaq  🙂 . Buna hazırsanmı?
  5. Qaydalar qanunlar. Hətta bir ailədən digər ailəyə qaydalar dəyişir deyilmi? İndi bunu dövlətlər arası düşün. Məsələn, sadə qayda sən getdiyin ölkədə saat 8 və ya 10-dan sonra heç kimə zəng edə bilməzsən. Bu, ən azından ədəbsizlik sayıla bilər və ya sən dost saydığınız insanı işdən sonra gəzməyə dəvət edə bilməzsən. Məsələn, qərbdə insanlar kalendarlarda yaşayır. Onların hər günü hətta bəzi insanlarda saatlar belə qeydiyyatlıdır. Yəni insanlar yalnız əvvəlcədən təyinatları üzrə hərəkət edir. Üstəlik, səni inandırım ki, təyin olunmuş vaxtlara riayət olunma da yüksək səviyyədədir. Məsələn, 5-10 dəqiqə gecikmələr xoş qarşılanmır, daha çox vaxt gözləmə isə əsəb doğurur. Əgər səni o qədər gözləsələr 🙂 . Qanunlar isə çətinlik yaradacaq başqa məqamdır. Ölkəmizdə qanun deyəndə cinayət və yol hərəkəti qanunları gəlir ağlımıza. Amma məsələn getdiyin ölkədə evində zibili müəyyən olunmuş qaba atmasan cərimə oluna bilərsən. Yuxarıda danışdığım bürokratik problemi həll etmək üçün “şirinlik” verməyə görə başına ciddi problemlər aça və ya hətta həbs oluna bilərsən. Göndərməli olduğun o qədər də önəmli olmayan məktubu və ya hesabatı vaxtında etmədiyinə görə isə səni daha maraqlı sürprizlər gözləyə bilər. Bir çox proseslərdə isə mütləq ardıcıllığa riayət etməlisən. Bizim ölkədə çoxlarımızın haqqında bilmədiyimiz qayda qanunlar bəzi cəmiyyətlərdə hətta müqəddəsdir. 🙂
  6. Dil. Miqrasiya demək yeni dil yeni ünsiyyət deməkdir həmçinin. Fərqli cəmiyyətdə yaşamağa başladığın andan yeni dili öyrənməlisən. İlk vaxtlar isə bu ən çox vaxtını aparacaq işdir hətta. Əgər getdiyin yerin dilini daha əvvəlcədən öyrənməyə imkanın olubsa unutma ki, adi danışıqlarda, kitablarda öyrəndiyimiz danışıqlardan çox fərqlər var. Hətta getdiyin ölkənin də bölgələrinə görə dialektlər, danışıq ləhcələri də fərqlidir. Ayaq uydurmağa , uyğunlaşmağa vaxt tələb olunur. Dili 0-dan və ya 0,5-dən öyrənmək isə orta məktəbin ilk illərini xatırladacaq sənə. Hazırıqmı?

 

Əgər bu qədər sadaladığım çətinlik və  məhfi cəhətlərdən sonra qorxmadan hələ də öz fikrində qalırsansa o zaman ardını oxumağa dəyər…

  1. Miqrasiya qərarı yalnız xaraktercə qüvvətli adamlar üçündür. İstər təhsil üçün, istər iş üçün, istərsə də həmişəlik miqrasiya üçün verilən qərar qorxaqların bacaracağı iş deyil. Çünki bu, sözün əsl mənasında həyati qərardır. O kitablarda şairlər, yazarlar dediyi kimi, “ağ kağızdan başlamaq”. Bax budur miqrasiya qərarı. Əgər sən bunu bacarmısansa deməli artıq qorxularını yenmiş və öz xarakterinə güvənə biləcək bir insan kimi formalaşmısan. Həyatın hər məqamında belədir dostlar.  Əsla elə düşünməyin ki, bu qərarı verməyən hər kəs qorxaqdır deyə düşünürəm yox, haşa! Qüvvətli insanlar hərəkət edər, addımlar atar, yanılar, düzgün seçim edər, yıxılar, qalxar. Qorxaqlar isə onları və onların hərəkətlərini müzakirə etməklə məşğul olar. Əsasən da “mən olsaydım belə edərdim” və ya doğrunun nə olduğunu bilmədiyi halda “onun etdiyi yalnışdır” tipli şərhlərlə edər bunu. Əgər insanların nə düşündüyünə önəm vermədən inandığınız doğrulara tərəf addım atmağa qərar vermisənsə ilk məqamı tamamlamış sayılırsan.
  2. Qərarı vermə səbəbin özün üçün önəmli olsun. Məsələn mən, xaricə gedənlərin həyatlarından danışanlardan və dinləyənlərdən olmamaq üçün vermişəm bu qərarı. Bilirsən də, ən məhşur söhbətlərdəndir ölkəmizdə həmişə. Xaricdə olan (təhsil, iş, miqrasiya və s) insanların həyatlarından olan söhbətlər. Onların yaşadıqları çətinliklər və ya orada olan üstünlüklər haqqında. Həm çətinlikləri həm də üstünlükləri yoxlamaq qərarına gəlmişəm. Heç kimə və heç nəyə fikir vermədən. Çünki qərarım ilk öncə özüm üçün çox önəmli idi. Yoxlamaq istəyirdim. O qədər! Qərarı özün özünə əsaslandıra bilirsənsə yetərlidir. Bir çox mütəffəkkirdən eşitmişik: “Hara getdiyini və niyə getdiyini bilmədən getməyinizin önəmi yoxdur”.  amma mütləq və mütləq haraya və niyə getdini bil. Bir çox halda haradan getdiyinin önəmi yoxdur əziz dost. Amma digər iki suala cavab tapmaq mütləqdir. Getmək xatirinə gedənlərdən olma!
  3. Həyatımız verdiyimiz qərarlardan ibarətdir. Xaraktercə güclü olmaq, verdiyimiz qərarlarla ölçülməməlidir bəzən. Verdiyimiz qərarların arxasında dayanmaq da – əsas xarakter göstəricisidir məncə. Sənin üçün yaxşı olanını səndən yaxşı az kimsə bilə bilməz. Əsasəndə miqrasiya qərarını alanda, miqrasiya etməmiş insanların məsləhətlərini dinləmək bəzən ruhdan sala bilər insanı. Hətta uğursuz miqrasiya həyatı yaşamış insanlar da, bəzən yayındıra bilər səni fikrindən. Özü uğursuz olmuş adam, başqasının uğursuz olacağına niyə əmin olmalıdır ki? Hələ heç miqrasiya etməmiş birini düşün və onun bu qərarın yalnış və lazımsız olduğunu isbatlamağa çalışdığına diqqət et. Gülünc deyilmi? Məsələn, miqrasiya demək həyatınızın rutindən ən azı 3-5 illik çıxması deməkdir. Yeniliklər, hər gün maraqlı hadisələr və s. Amma həyatı rutindən başqa bir şey olmayan biri çıxır və deyir ki, miqrasiya mənasız və lazımsızdır 🙂
    Əlbəttə, itirdiyin çox şey olacaq. Amma qalanlar çox və çox daha dəyərli olacaq, bu daha dəqiqdir. Hətta bəzi dəyərsiz işləri, vərdişləri, insanları itirmək lazımdır. Elə deyilmi? Hələ yeni qazandıqların arasında da çox dəyərli bir şeylər olacaq. Bəzən onları ömrümüzün yarısı qədər axtarmış olarıq bəlkə. Hələ miqrasiya qərarını verərkən sənin karyeran, dostların, şəxsi həyatın tam qaydasındadırsa, deməli sən bu qərarı çox çətinliklə vermisən. Deməli, sən bunu çox istəyərək etmisən. Məsələn, heç bir karyerası, uğurlu dostluqları, şəxsi həyatı olmayan insanlar bunu daha rahat edə bilər. Amma sən bunu etmisənsə, deməli sənin üçün daha çox önəmi var. Ona görə başqalarının şərhlərinə diqqət etməməyi öyrən. Ya da bəlkə artıq öyrəncəlisən 🙂
  4. Vətəni sevmək yalnız vətəndə yaşayaraq mümkündür – yalnış fikirdir. Razılaşsan da olar, razılaşmasan da. Üzdəniraq qonşularımızı həmişə qınamışıq ki heç nələri olmadığı halda özlərinə tarix, keçmiş uydururlar və yayırlar. El dilində desək “p…xdan konfet” düzəldirlər.” Amma özümüzə baxanda, elə bir daha həmin elin öz dili ilə desək, biz əlimizdə olan “konfet”in qədrini , dəyərini bilmədən bölüb parçalayıb “p..x” gününə salırıq. Xaricdə yaşayanda, həmyerlilərimizin nəyə görə üzdəniraqlardan geridə qaldığını açıq aydın görə bilirsən. Bilirəm, deyə bilərsən ki, diaspora lobbiçilik və s. Onda belə bir sual, bəs bizdə niyə o qədər inkişaf etməyib lobbiçilik, diaspora, niyə xaricdə onlar qədər birliyimizi qoruyub saxlaya bilmirik? Niyə birləşə bilmirik ümumiyyətlə. Xaricdə mitinqlərdə, toplantılarda 30-40 nəfərin necə çətinliklərlə yığışdığını bilirsənmi? Hələ Azərbaycan icmasının görüşlərinin necə tez tez təxirə salındığından xəbərin varmı? Tarixə də nəzər sala bilərik. Çox qədimlərə getməyə ehtiyac yoxdur. Xanlıqlardan bu tərəfə olan tariximizi yada sal. Yaxud heç o qədər də özümüzü yormayaq, onsuzda tarix oxumaqla çox da aramız olmayıb. Son 100, 50, 20 illərə baxaq. Şəxsi mənfəət çox hallarda irəlidə olub, şəxsi prinsiplərin qurbanı olub bəzi tarixi mənəvi dəyərlər. Bu çox dərin qarışıq mövzudur. Çox da dərinə getməyək.
    Vətəndən xaricdə də uğurlu olaraq vətənə ciddi xidmət etmək olar, onu demək istəyirəm. Ən azı uğurlu biri olduğun üçün artıq səni tanıyacaqlar. Əlində gözəl fürsət olacaq vətənə faydalı iş görmək üçün, vətəni tanıtmaq üçün. Bundan başqa həmvətənlərin üçün dəstək-kömək ola bilərsən. Lazım ola biləcəyin işlər, anlar onlarla və yüzlərlədir.
    Sözümün canı odur ki, vətəni sevməyən adam elə vətəndə də həmin adamdır, vətəndən kənarda da. Vətənini sevən, millətinə dəyər verən insanlara vətəndən xaricdə də çox ehtiyac var. Həm də ən az vətəndəki qədər bəzən.
  5. Sosial şəbəkə insanları daha cəsarətli edib, bu səni ruhdan salmamalıdır.
    Əlbəttə ki, tarix boyu vətənini sevən insanlarımız olub, var, olacaq da. Amma razılaşarsız ki, yalandan sevənlər, göstəriş üçün sevənlər, monitor arxası vətənşüvənlər də az deyil. Hər çıxılmaz sualda da cavabı o olur ki, “mən siyasətə qarışmıram”. Siyasətlə vətəninin taleyini səhv salan insanlar var. Halbuki vətənin taleyi birbaşa öz taleyidir. Bunu dərk etmir, etmək istəmir ya da. Amma coşmağa gələndə başqalarına ağıl verməkdə üstünə yoxdur bunların. Hələ bəzilərini şəxsən tanıyıram. Rusiyada , Ukraynada , Türkiyədə universitet oxumaq məqsədi +18 səbəblər olub, bəziləri isə Biləcəridən o tərəf getməyib. Pafosla yazır , danışır ki, vətənin dar günündə vətənin yanında olmaq lazımdır, vətəni dar gündən ağ günə bizlər çıxarmalıyıq falan. Şair demiş, başını televizorun önündən, monitordan qaldıra bilmir, vətənin çətinliklərini aradan qaldırmaq istəyir. Statistika göstərir ki, mənə mesaj yazan hər 10 insandan 8i “oralara necə gəlmək olar” sualını soruşur. Dostum, elə həmin statistikanın qardaşı bir statistika da göstərir ki, əgər siz bu sualın cavabını bilmirsizsə elə bura gəlməsəniz yaxşıdır. Pis mənada anlamayın. Bilməmək eyib deyil, amma bilməyib araşdırmamaq, öyrənməmək və ya ən azından araşdırmağa öyrənməyə çalışmamaq çox ayıbdır.Əsas da buraya niyə gəlmək istədiyinizi tam olaraq bilmirsinizsə gəlməməyiniz məsləhətdir. Əgər yox niyə gəlmək istədiyinizi tam olaraq bilirsinizsə geci tezi var. Gələcəksiniz. Bu sadəcə artıq zaman işidir. Niyyətiniz sizi o yolu aparacaq. Araşdıran və ya öyrənməyə çalışan adam oralara nədir hətta o biri tərəflərə (oxu Ayada, Marsa da) də gedər.
  6. Çərçivəsiz və xəritəsiz xəyallarla yola çıxmaq heç bir iş üçün doğru deyil. Xüsusi ilə bu miqrasiya həyatı üçün diqqət ediləsi məqamdır. “Mama”sından “papa”sından ayrı 1 ay  rayonda qala bilmir, deyir Amerikaya gedib həyatımı sıfırdan qurmaq istəyirəm. Dostum, sən elə ailənin yanından ayrılmasan yaxşıdır. Bəlkə də 1001 əziyyətlə gedəcəksən, oralarda 3-5 ay bir təhər dözəcəksən, heç kimə bildirməyəcəksən amma sonunda peşmançılıq və geri dönmə olacaqsa düşünməyə dəyməzmi? Bunlara ətrafımda təhsil almağa belə səbri çatmayıb geri dönən insanlar inandırıb mənə. Ciddi iş təklifləri alan, bir çoxlarının xəyalları olan xəstəxanalarda, tikinti şirkətlərində, restoranlarında işləyən insanların canlı şahidi olduğum geri dönmə hekayələrindən sonra tam əmin olmuşam bu məsələyə.
    Amma əlbəttə ki fikirlərinə, məqsədinə, xəyallarına inanan, gecə gündüz planlayan insanlar az deyil. Həyatda yoxlamaqdan, risk etməkdən qorxmayan insanlar az deyil. Əgər sən onlardan birisənsə niyə də yox?

 

Bundan başqa artıq sən müəyyən stereotipləri qırmış biri olaraq özünü daha sərbəst hiss edəcəksən. Artıq səyahət sənin həyatının bir parçası olacaq. Riskdən, yeniliklərədən qorxmayan biri olaraq. Maddi vəziyyətini düzgün planlaşdırsan, daha çox ölkəni şəhəri gəzmək imkanın olacaq. Buna əmin ola bilərsən. Çemodanlar ildə, iki ildə bir dəfə istifadə olunan əşyadan 2-3 ayda bir istifadə olunan yol yoldaşına çevrilə bilər. Əla deyilmi?

 

Son olaraq onu deyim ki, ən çox eşitdiyin söz “orada sizi heç kim gözləmir” və ya “orada heç kimə lazım deyilsən” olacaq. Bir çox dostlarımızı da bu sözlər həvəsdən salır. Bir söz soruşum, səni doğurdan sevən və  doğurdan da ehtiyac duyan insanlar üçün fərqi varmı sən hardasan? Sevgi üçün məkanın, məsafənin önəmi varmı? Əlbəttə ki, sevdiklərinin əhatəsində olmağın çox önəmlidir. Amma yuxarıda dəfələrlə qeyd etdiyim kimi, əgər önəmli səbəbdən və ya səbəblərdən miqrasiya etmək məcburiyyətində qalmısansa, ciddi məqsədin və xəyalların varsa tam əmin ol ki, səni anlayan insanlar olacaq. İkincisi “orada” kiməsə lazım olub olmadığını zaman göstərəcək. Bu ən çox səndən asılıdır. Məqsədini, çatışan-çatışmayan cəhətlərini, üstünlük və bacarıqlarını bildikdən sonra hətta vətəndəkindən də daha lazımlı adam ola bilərsən. Uğurlu bir şəxs olub, bir çoxlarının xəyal etdiyi həyatı yaşamaq da gözəl bir hissdir əlbəttə. Səni məhz yaşadığın həyata görə də müzakirə edənlər tapılacaq. Uğurlu olanda da vətəni unutmadan, millət üçün faydalı biri olmağın bütün deyilənləri düşünülənləri alt üst edəcək əmin ol. Amma danışanlar yenə də danışacaq 🙂

 

Ən son olaraq 🙂 bunu da deyim gedirəm . Bu sözümü unutma. “Orada heç kimə lazım deyilsən” deyən insanlar uğursuz və özləri heç kimə lazım olamayan insanlardır. Çünki uğurlu insanların öz işlərinə həyatlarına başı elə qarışıb ki, sizi və sizin qərarınızı müzakirə və mühakimə etməyə vaxtı yoxdur!

 

Çox uzun yazı oldu bəlkə yordu səni. Söhbət etməli idim çoxdandır səninlə. Amma bu yorucu söhbət hələ yolun başlanğıcı ola bilər. Əsas yorulmaqlar irəlidədir.Oxuduğun üçün təşəkkür edirəm.

Edited by FlyScanner
Link to comment
Share on other sites

  • 4 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане введены ограничения на услуги такси - ПОВЫШЕНЫ ЦЕНЫ. Таксисты в отчаянии: они не могут оплатить долги и почему выросло число заявлений жителей в связи с занятостью.
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 14 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 21 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
      • 39 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 43 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
      • 47 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
      • 240 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...