Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[quote name='Thiery Henry' post='5049022' date='Jul 12 2009, 21:35 ']Xeyirli , ugurlu olsun. Bilmek olar Tiraj ne qederdir?
P.S. Albomdan "Bir" trackini eshitmishem yaxshidir.[/quote]
[b] Ilkin etap 1500.[/b]
Amma nüsxə çıxışı dayanmır.
Hazırda min albom satılıb.

Və lazım olduqca yenisi çıxarılır.
Bütün prodüsinq işlərini [b]H.O.S.T -team[/b] edir.

[b]"HOST Production MMC"[/b] adı altında.
İstənilən köçürmə və icazəsiz satışın da qabağını kəsəcək səlahiyyəti var.

Qiymətləri təəssüf ki stabilləşdirə bilmirik.
[b]Çünki hər mağaza öz satış səviyyəsinə görə müəyyənləşdirir qiyməti.[/b]

Kimi 10 AZN, kimi 9, kimi 8 və s.
Diskin bizdən çıxan dəyəri - 5 AZN.

Yəni neçəyə satılmasından asılı olmayaraq bizə sadəcə 5 AZN gəlir həmin satışdan.
Ona görə nə qədər ucuza alsaz yaxşıdı.

[b]P.S.[/b] "Bir" track-i sossuz yaxshi alinib.... ancaq[b] "Qisa Qapanma"[/b]-ya dushen bashqa mahnilar......sozle deyilesi deyil.... :morqqqq:

Link to comment
Share on other sites

  • Replies 572
  • Created
  • Last Reply

(single) [b]Qaraqan - Ağ Atlı Şahzadə (vokal: Ayka)
"Qısa Qapanma"dan...[/b]

[url="http://www.boxca.com/omkyu0iufi23/17_Дорожка_17.mp3.html"]http://www.boxca.com/omkyu0iufi23/17_Дорожка_17.mp3.html[/url]

Link to comment
Share on other sites

[b]single H.O.S.T-Enigma[/b] [b] (2009) [/b]
[b]новый суууупееер ТРЭК!!!!![/b]

P.S. выставляю....слушайте наздоровье.....


[url="http://www.boxca.com/q98s45laj91z/H.O.S.T_-_Enigma.mp3.html"]http://www.boxca.com/q98s45laj91z/H.O.S.T_-_Enigma.mp3.html[/url]

Link to comment
Share on other sites

[quote name='CHEster' post='5105974' date='Jul 24 2009, 11:17 ']спасибо что [b]отметились[/b] на этой теме...... ;)[/quote]

с сарказмом как-то сказано, не понравилось мне :unsure:

На самом деле считаю, это хястялик какойто. Один человек увлекается, а за ним и весь коллектив.
Правда, есть одно НО. быстро надоедает.

Link to comment
Share on other sites

[quote name='asika' post='5106432' date='Jul 24 2009, 11:21 ']с сарказмом как-то сказано, не понравилось мне :unsure:

На самом деле считаю, это хястялик какойто. Один человек увлекается, а за ним и весь коллектив.
Правда, есть одно НО. быстро надоедает.[/quote]
извените если обидел..... :loveyouu:
просто H.O.S.T это не мода и не (грубо говоря) брэнд какой-то по которой вся молодежь шастает по городу,
надевая эти майки (H.O.S.T).........
это не мода [b]это идеология...[/b]
надеюсь поняли что я хотел сказать..

C уважением...

Link to comment
Share on other sites

Все ок
Честно, еще маек H.O.S.T не видела) И впервые услышала от брата))) он тоже самое говорит)

Link to comment
Share on other sites

минус этого трэка просто супер...
[b] single[/b]
[b]H.O.S.T-Bəstəkar[/b] [b](2009)[/b]
[url="http://www.boxca.com/zoqau09tyz7v/H.O.S.T_-_Bestekar.mp3.html"]http://www.boxca.com/zoqau09tyz7v/H.O.S.T_...stekar.mp3.html[/url]

Link to comment
Share on other sites

[b]Qisa Qapanma (2009) трэк BiR[/b]

очень добрая и позитивная песня.....

Gör necə gözəldi dünya,
Amma biz onu etmişik eybəcər..
Göy üzü, ulduzlar, günəş batsada yerinə ay çıxar gecələr,
Əl-ələ verin, dostlar, axı güc var hələ hər kəsi dəyişməyə..
Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər.. :)

[url="http://www.boxca.com/x5xwuou4ndxr/03_Дорожка_3.mp3.html"]http://www.boxca.com/x5xwuou4ndxr/03_Дорожка_3.mp3.html[/url]

Link to comment
Share on other sites

[b]H.O.S.T- Deyirman-Yox Meydan [/b][b] (live) (video) [/b]

[b]reinkarnasiya [/b] [b]2009[/b]

[url="http://qaradaqirmizi.com/index.php?newsid=157"]http://qaradaqirmizi.com/index.php?newsid=157[/url]

Yena efirde sari bulbuller QARA QARGALARA yox meydan!! :)

Link to comment
Share on other sites

Говорят что в Нахчеване запретили "H.O.S.T". Боюс что и у нас тоже так будет. :unsure:
[quote]Qisa Qapanma (2009) трэк BiR

очень добрая и позитивная песня.....[/quote]
" -Dunyani deyishmek uchun sene neche nefer lazimdi?
-Bir"
"Neche" trackina cavab olaraq yazilib?:)

Link to comment
Share on other sites

[quote name='Thiery Henry' post='5170870' date='Aug 5 2009, 21:47 ']Говорят что в Нахчеване запретили "H.O.S.T". Боюс что и у нас тоже так будет. :unsure:

" -Dunyani deyishmek uchun sene neche nefer lazimdi?
-Bir"
"Neche" trackina cavab olaraq yazilib?:)[/quote]
xeyr... :)

трэклара диггетли гулаг асын....

Link to comment
Share on other sites

[quote name='MC HAQWERDIYEV' post='5210041' date='Aug 13 2009, 14:07 ']Что это такое ?

zaycev.net/pages/1610/161003.shtml

[b]Многие[/b] говорят типа это ХОСТ. Но я не верю.[/quote]
[b]многие[/b] неправильно говорят.......это не H.O.S.T

Link to comment
Share on other sites

Какой у этой группы самый хороший трек ? если можно сразу ссылку на скачивание . А то тут в другой ветке столько шумихи по поводу этой группы уже стало интересно че они там поют

Link to comment
Share on other sites

[quote name='iClick' post='5228831' date='Aug 17 2009, 19:43 ']Какой у этой группы самый хороший трек ? если можно сразу ссылку на скачивание . А то тут в другой ветке столько шумихи по поводу этой группы уже стало интересно че они там поют[/quote]
[b]все хорошие и со СМЫСЛОМ!!![/b] :morqqqq:

пару трэков можете скачать тут..... (на пред старницах они есть )
щас попозже еще выставлю еще один (один из сильных трэков).......

Link to comment
Share on other sites

итак. [b]H.O.S.T-azad H.O.S.T-cular[/b] (albom "Qarada Qirmizi" 2008)
[url="http://www.boxca.com/8os6crnkapsb/h_o_s_t_alliance_azad_hostchular_qaraqan_aid.mp3.html"]http://www.boxca.com/8os6crnkapsb/h_o_s_t_...an_aid.mp3.html[/url]

качайте.... :)

Link to comment
Share on other sites

[quote][color="#000000"][size=4]HOST: “Anti-Host bizə rəqib ola bilməz”[/size][/color]


18.08.2009

[img]http://http://kumir.az/uploads/image/h_o_s_t___red_in_black_by_az_ya.jpg[/img] Şou-biznesdə iki qrupun eyni adda fəaliyyət göstərməsi artıq heç kimə sirr deyil. Ancaq “HOST” qrupunun üzləşdiyi hadisədən bəlkə də çoxlarının xəbəri yoxdur. Belə ki, “HOST”-a qarşı “Anti-Host” qrupu fəaliyyətə başlayıb. Yeni qrup “HOST" qrupunu özlərinə hədəf seçiblər. Bununla bağlı suallarımızı cavablandıran “HOST” qrupunun üzvi Mete ilk olaraq baş verənləri Kumir.az-a açıqlayıb. “Onlar düzgün hədəf seçməyiblər. Çünki bizi heç nə birləşdirmir. “Anti-Host” heç vaxt bizim rəqibimiz ola bilməz”. “Anti-Host” qrupunun dövlət tərəfindən yaradılması ilə bağlı fikirlərə də münasibət bildirib. “Biz heç bir zaman dövlətə qarşı çıxmamışıq. “HOST” daim prezidentimizin siyasətini dəstəkləyir və dövlətin əleyhinə olan təbliğatlar etmir. Biz yalnız gənclərin problemlərindən oxuyuruq.”
Qrup üzvi Kumir.az-a açıqlamasında ilin sonunda yeni bir layihə təqdim edəcəklərini də açıqlayıb. Proyekt barədə məlumat vermək istəməyən Mete bunun şou-biznesdən uzaq bir layihə olacağını və hər kəsi təəccübləndirəcəyini deyib. Onu da qeyd edək ki, qrup üzvləri birlikdə çalışmalarına baxmayaraq, ayrı-ayrılıqda da fəaliyyət göstərirlər. Belə ki, hal-hazırda hərbi xidmətdə olan Qaraqan, iyulun 9-u “Qısaqapanma” diskini təqdim edib. Digər qrup üzvü Mete isə albom üzərində işləyir. Disk isə 2011-ci ildə işıq üzü görəcək. Belə gec satışa çıxarılmasının əsas səbəbini isə Mete belə açıqlayıb. “Mən fərqli albom hazırlamaq istəyirəm. Bunu isə 2011-ci ildən tez gercəkləşdirə bilməyəcəm. Bu albomda olan tracklər musiqiçilər tərəfindən canlı ifa ediləcək. Ona görə də “gec olsun, güc olsun” deyə düşünürəm". Onu da qeyd edək ki, bu albomda yer alacaq bütün rep və digər janrların musiqilərinin həm sözləri, həm də ki, bəstələri özünə aid olacaq. “HOST” qrupu yeni mövsümdən etibarən internet üçün nəzərdə tutulmuş albomun hazırlıqlarına da başlayacaqlar. Burada qrup üzvlərinin həm birgə, həm də ki, ayrı-ayrılıqda sinqlları yerləşdiriləcək. “HOST” bu albomun satış üçün nəzərdə tutulmadığını da bildirib.[b][/b][/quote]


duzune qalsa men indi bildim ki Host a qarsi qrup yaranib ozu de Anti Host.... coox maraqlidir meqsedleri nedir?

Link to comment
Share on other sites

[quote name='AяN' post='5240620' date='Aug 19 2009, 22:55 ']duzune qalsa men indi bildim ki Host a qarsi qrup yaranib ozu de Anti Host.... coox maraqlidir meqsedleri nedir?[/quote]

Флаг [b]им[/b] в руки©...... :)

Link to comment
Share on other sites

  • 2 weeks later...

[b]Qaraqan: "Yazdıqlarım - görmək istədiklərimdir"[/b]

[b]=====[/b]

[b]
ORXAN AİD: "QISILIB BİR KƏNARDA QALMIŞ İNSANLARA BİLDİRMƏK İSTƏYİRİK Kİ, ONLAR TƏK DEYİLLƏR"[/b]



Azərbaycan radiosu və "525-ci qəzet"in birgə layihəsi olan "Sözdən səsə" davam edir. Elanlardan məlum olduğu kimi, "Sözdən səsə"nin buhəftəki qonağı Elxan Qara Qan idi. Amma studiyada iki nəfər qonaq qarşıladıq. Çünki H.O.S.T. qrupunun digər bir üzvü Orxan (AİD) də gəlmişdi. Əli Əlioğlunun qonaqlarla söhbətini və onların dinləyicilər tərəfindən göndərilən suallara cavabını diqqətinizə çatdırırıq.



- Ləqəblərinizlə bağlı məlumat versəniz, həm bizdən ötrü, həm də dinləyici və oxucularımız üçün maraqlı olardı.

Qara Qan: - Bu ləqəb artıq 7-8 ildir ki üstümdədir. Qaraqan çöl bitkisidir və heç bir xeyri olmayan bir bitkidir. Dözümlüdür və tək qalır. Bu söz qədim türk dilində "güclü" mənasını verir. Həm də "torpaqdan yaranmış insan" mənasını daşıyır. Mənim də bütün fikirlərim bu adın üstündə toplanıb, yəni özümə uyğun olan adı tapmışam.

AİD: - Bu ləqəb qədim yunan mifologiyasında ölülər tanrısının adı idi və "yeraltı dünya" mənasını verir. Həm də ingilis dilindən tərcümədə "yardım" mənasını verir. Bu ləqəbi özümə seçməkdə müəyyən qədər mifoloji və fəlsəfi sözlərə və mətnlərə üstünlük verməyimi göstərmək istəmişəm. Bundan əlavə də "yardım" mənasında, biz bir rep qrupu olaraq rep oxuduğumuz zaman lazımsız məqsədlər güdmürük, insanlara yardım etmək istəyirik.

- Bir az da özünüzlə bağlı məlumat verin.

Qara Qan: - Biz H.O.S.T. Alyans adı altında birləşmişik və öz sözümüz, mahnımız və ideyamız var.

- Vüqar Seyidov imzalı dinləyicimiz yazır: "Yalnız birini seçməli olsaydınız ədəbiyyatı seçərdiniz yoxsa repi?"

Qara Qan: - Qəribə sualdır, çünki ədəbiyyatla rep, demək olar ki, eyni mənaya gəlir. Zəif bir millət olan zəncilər Amerikaya gələrkən öz hüquqlarını müdafiə eləmək, fikirlərini çatdırmaq üçün rep oxuyurdular. Orada yazı-pozu yox idi, daha çox zərb alətləri var idi. Necə ki bizim bayatılarımız, aşıq mahnılarımız vardı, onların da ədəbiyyatı repləri idi. Əslində rep sözü "ritmik Amerika poeziyası" mənasını verir. Ona görə də hesab edirəm ki, rep də ədəbiyyatın bir hissəsidir.

- Leyla adlı dinləyicimiz yazır: "Mən Qara Qanın "A" romanını oxudum və çox xoşuma gəldi. Mənə maraqlıdır, onun özü bu romandakı hansı personajdır və ya hansısa personajı özünə oxşadıbmı?"

Qara Qan: - Məncə, əgər yazıçı varsa, onun romanındakı bütün personajlar onun özüdür və eyni zamanda da özü deyil. "A" romanımdakı bütün personajlarda məndən bir hissə var.

- "Başqa adam" təxəllüslü bir dinləyicimiz soruşur: "Mahnılarınızdan və yazılarınızdan məndə belə bir fikir formalaşıb ki, siz həyata pessimist gözlərlə baxırsınız. Mümkündürsə, bunun səbəbini açıqlayın... Bir də, H.O.S.T. sözünün mənası nədir?"

AİD: - Mahnılarımızda pessimizm ruhda olan fikirlər əsasən ondan irəli gəlir ki, biz insanlara yaxınlığımızı göstərmək üçün əvvəlcə öz zəifliyimizi nümayiş elətdiririk. Təbii ki, əgər insan zəifdirsə, günahı başqasının üstünə atır. İnsanın həyatı çətin olduqca da bütün günahı həyatda görür. Odur ki, həyatı pisləyən insan avtomatik olaraq pessimist görünür. Biz mənəvi gücə daha çox üstünlük veririk. Bununla da insanları tək qoymamaq istəyirik. Bu bizim həyat tərzimizdir. Qısılıb kənarda qalmış insanlara bildirmək istəyirik ki, onlar tək deyillər.

Qara Qan: - H.O.S.T. adının mənasına gəldikdə isə, bu, hava, od, su, torpaq sözlərinin başlanğıc hərflərindən düzəlmiş bir addır. Müxtəlif etnoslarda bu ünsürlərə rast gəlmək mümkündür. Bu sadalanan ünsürlər əslində birlik və sadəlikdir. Onlardan biri olmasa, insan mövcud ola bilməz.

- "Salam. Son zamanlarda mahnılarımızın sözləri bərbad vəziyyətdədir. Kim nə gəldi, yazır. Ən çox da bu rep oxuyanlar ağızlarına nə gəldi oxuyurlar. Bununla bağlı fikrini bilmək maraqlıdır. İmza: İmran Baxşəliyev"

Qara Qan: - İmran çox düzgün qeyd eləyib. Bu gün elə rep oxuyanlar var ki, onların əlinə bircə dəfə kitab dəyməyib, amma onlar rep oxuyur, insanlara həyatı öyrətməyə çalışırlar. Bu bütün dünyada belədir. Əgər intellekt varsa, daxili mənəviyyat varsa, rep də yuxarı səviyyədə olmalıdır. Çox adam hesab eləyir ki, əgər rep küçə mədəniyyətinin formalaşdırdığı bir mahnıdırsa, onun daxilində mütləq söyüş və əxlaqsız sözlər olmalıdır, amma bu belə deyil.

- Adını qeyd eləməyən bir dinləyici xahiş edir ki, şeirlərinizdən birini səsləndirəsiniz.

Qara Qan: - Məmnuniyyətlə.



Qoy bu nəğmə laylan olsun

Ağlasın bəbəklərin

yuyulsun körpə yuxuda

qanadlansın aləm

Qoy bu nəğmə dünyam olsun

Gizlənim içində yaddaşımdan

hər kitabəmin içində matəm

Qoy bu nəğmə leysan olsun

Soyutsun içimi ləpələriylə

həsrət alovu yandıranda kürəklərimi

Qoy bu nəğmə insan olsun

Mənə mənnən yaxın, sevgilim olsun

oxusun göz yaşıyla əsərlərimi

Qoy bu nəğmə əbədi qalsın

İllərin məsafəsiz axınlarında

desinlər bir dəli bunu yazdı

Qoy bu nəğmə

məktub olsun göndərilsin

hər tənha qəlbə yaralı ürəyə

anlasın ki, tək deyil

Piyalələr doldu buludlarla

yağdı içimə yağışlar

Yenə də tələsib evinə

qaçışacaq piyadalar

Röyadayam ac köpəklər

sümüklərimi gəmirdikcə,

Sufi dərviş güc verirdi

səbrimə iradəmə

Minarələr səmanın üzünü tutaraq

aparır içimi çölümü

yaradanın hüzuruna

Qanlı günahlarla gəldim

Parçalandı qış baharla,

qar adamı da əridi səhərə

Bilmirəm rəhm edərmi

Tanrı məni məhv edərmi?

Gözlərimlə şahid oldum sevgilər

can verəndə qanlı öskürəkdə

baxıram üzünə ağlaya da bilmirəm

Daxmamın qarşısında kor dilənçi

yoxdur verməyə heç nəyim

qapını bağlaya da bilmirəm

Yoruldum atdım içimə daş,

dərinliyimi bilməkçün

Əks-sədası gəlmir hələ də

sonum harada ?

100 illik yuxudan oyanmış

körpə kimiyəm

yaddaşım silindi

Mən kiməm ki?

Mənim adım Qaraqan.



- Sahil adlı dinləyici yazır: "Necə fikirləşirsiniz, qadın azad olmalıdır?"

Qara Qan: - Ümumiyyətlə insanlar azad olmalıdır, çünki Allah insanları azad yaradıb.

- Bizə gələn bir SMS-i oxuyuram: "Salam Əli bəy, necəsiniz? Elxan Qara Qana sualım belə olacaq: Daha çox gördüyünüzə, yoxsa görmək istədiyinizə bağlısınız?"

- Görmək istədiyimə...

- "Hər şeydən və hamıdan bezdiyiniz vaxtlarda hara üz tutursunuz və ya nə edirsiniz? İkinci sualım isə belədir: Sizin üçün daha vacib olanı hansıdır? Sülh, sevgi yoxsa pul? Hörmətlə Tamerlan".

AİD: - Hamıdan və hər şeydən bezdiyim vaxtlar olmur, çünki hamıdan da bezsəm, dostlarımdan bezmirəm.

Qara Qan: - Məncə, hər bir insanın iç dünyası olmalıdır ki, bu dünya öz qapılarını bağlayanda insan da o dünyanın qapılarını bu dünyaya bağlaya bilsin. İnsanın özünün qala biləcəyi bir dünya olmalıdır. O ki qaldı ikinci suala, mənim üçün ən vacibi azadlıqdır. Söhbət mənəvi azadlıqdan gedir.

- SMS-lərdən birində yazırlar: "Tanıdığın ən gözəl qıza yazdığın sevgi şeirini daha çox sevirsən, yoxsa həmin şeiri yazdığın o gözəl qızı?"

Qara Qan: - Sevgi şeirini... Çünki o heç vaxt dəyişməyəcək...

- "Yazdıqların gördüklərinin səbəbidir, yoxsa səbəb olduğunu düşündüyünün nəticəsi?". Bu sualı bizə gənc şair Qismət göndərib.

Qara Qan: - Yazdıqlarım görmək istədiklərimdir.

- "A"nı uydurmaq hansı zərurətdən yarandı?

Qara Qan: - Məlikməmmədi uydururdular, çünki Məlikməmməd yox idi.

- Gənc yazıçı Zərdüşt Səksənaltının da sualı var: "A" romanındakı hadisələrin həyata keçməsini istəyərdinmi?

- Müəyyən formada hə...

- "Salam. Necə olub ki belə bir qrup yaratmısınız? İmza: Dinləyici"

AİD: - Biz bir-birimizi, demək olar ki, çoxdan tanıyırdıq və demək olar, həmişə hansısa bir fəaliyyətlə məşğul idik, həmişə öz fikirlərimizi bölüşürdük, haradasa birləşmək, nə isə yaratmaq arzusunda idik. Ayrı-ayrılıqda birimiz şeir yazır, birimiz musiqi bəstələyərdik. Sonra qərara gəldik ki, bu işlərimizi birləşdirərək auditoriya qarşısına çıxaraq.

Qara Qan: - Həm də yazıçının yazdığı əsəri ancaq müəyyən insanlar oxuyurlar. Lakin elə gənclər var ki, onların eşitməyə daha çox ehtiyacı var. Onlara təsir etmək üçün yalnız qışqırmaq lazımdır. Buna görə də biz öz sözümüzü rep vasitəsilə eşitdirmək qərarına gəldik.

- "Elxan Qara Qanın "A" romanı kitab şəklində dərc olunub. Sizcə, Azərbaycanda yazıçı yalnız kitabı hesabına yaşaya bilərmi? Bu kitabınız sizə gəlir gətirdimi? İmza: Telman S."

Qara Qan: - Gözlədiyimdən təxminən 5-6 qat artıq gəlir gətirdi... Bəlkə də adi yazıçı olsam, kitabımı heç kəs almayacaq, romanımı da heç kəs oxumayacaqdı. Amma məni reper kimi tanıdıqlarına görə bu, hətta kitabdan xoşlanmayan insanlarda da maraq oyatdı.

- Cabbar adlı dinləyici yazır: "Deyirlər ki, əsər tərcümə olunarkən öz orijinallığını itirir. İstəyərdinizmi ki, əsərləriniz tərcümə olunaraq öz orijinallığını itirsə də, sizi xaricdə də tanısınlar?"

Qara Qan: - Əsər təkcə tərcümə olunanda yox, elə oxunanda da öz orijinallığını itirir. Yazıçı onu müəyyən bir fikirlə yazıbsa, oxucu onu oxuyarkən həmin əsərə başqa bir prizmadan yanaşa bilər.

- İndi isə xoşunuza gələn bir sualı seçin və həmin sualın müəllifi Akademiya Kitab Mərkəzi tərəfindən təqdim edilən hədiyyəyə sahib olsun.

Qara Qan: - Qismətin göndərdiyi sual daha maraqlı idi. Qoy bu mükafat ona qismət olsun.


[b]© 525-ci qəzet[/b]

Link to comment
Share on other sites

не сказала б,что особо люблю реп,но у них действительно есть супер песни,которые цепляют за живое...не сказала б,что все песни нравятся,но есть отличные!!!
2 Честер-спасибо за ссылки,как раз искала одну песню и нашла!!!

Link to comment
Share on other sites

[quote name='Napalm' post='5309774' date='Sep 2 2009, 11:57 ']Прошу группу ХОСТ не наезжать на коэфиценты и так сердце болит от этих коэфицентов...[/quote]
это вы о чем???? :unsure:

имеете ввиду слова в их трэке....???

Link to comment
Share on other sites

[b]H.O.S.T[/b]-[b]sevgi yoxdur[/b]. (2008)

[url="http://www.boxca.com/a4jtbs608fz7/h.o.s.t_alliance_-_sevgi_yoxdur.mp3.html"]http://www.boxca.com/a4jtbs608fz7/h.o.s.t_...yoxdur.mp3.html[/url]

советую послушать......актуален на сегодняшний день.....

Link to comment
Share on other sites

  • 2 weeks later...

[img]http://qaradaqirmizi.com/depo/foto/hard_rap_party/001.jpg[/img]
[b]29 noyabr 2008 [/b]tarixli[b] Dəyirman və H.O.S.T`un[/b] Hard Rap Party`sindən şəkillər.
[img]http://qaradaqirmizi.com/depo/foto/hard_rap_party/016.jpg[/img]
[img]http://qaradaqirmizi.com/depo/foto/hard_rap_party/007.jpg[/img]
[img]http://qaradaqirmizi.com/depo/foto/hard_rap_party/014.jpg[/img]

Link to comment
Share on other sites

[quote name='Special One' post='5409444' date='Sep 18 2009, 22:39 '][b]CHEster[/b], можешь выложить весь альбом "Qisa Qapanma"? Поискал в сети, не нашел...
Спасибо.[/quote]
sorry но [b]альбом для продажи[/b].......

кстати.....очень хороший альбом выпустил Гараган....просто Супер!!!!!
очень советую

Link to comment
Share on other sites

[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/002.jpg[/img]

[b]H.O.S.T[/b]
[b]reinkarnasiya konsertində səslənmiş bütün skit`lər...[.mp3 formatında]


[/b]

размеры файлов макс 500kb.... так что спокойно качайте..... [b]Стоит послушать ЭТИ скиты[/b]

[url="http://www.boxca.com/z6homsuvq7q8/H.O.S.T_-_Aldadirlar_(skit).mp3.html"]http://www.boxca.com/z6homsuvq7q8/H.O.S.T_...(skit).mp3.html[/url]

[url="http://www.boxca.com/ch9q5bfdthq2/H.O.S.T_-_Biz,Biz,Biz_(skit).mp3.html"]http://www.boxca.com/ch9q5bfdthq2/H.O.S.T_...(skit).mp3.html[/url]

[url="http://www.boxca.com/7o3ze81stm9z/H.O.S.T_-_Deli_(skit).mp3.html"]http://www.boxca.com/7o3ze81stm9z/H.O.S.T_...(skit).mp3.html[/url]

[url="http://www.boxca.com/bqzqkyebjzfe/H.O.S.T_-_Mentiq_(skit).mp3.html"]http://www.boxca.com/bqzqkyebjzfe/H.O.S.T_...(skit).mp3.html[/url]

[url="http://www.boxca.com/3le0wspl4tuc/H.O.S.T_-_Onlar_Qorxaqdirlar_(skit).mp3.html"]http://www.boxca.com/3le0wspl4tuc/H.O.S.T_...(skit).mp3.html[/url]

[url="http://www.boxca.com/i17kjwjskbqr/H.O.S.T_-_Onlar_Xoshbextdirler_(skit).mp3.html"]http://www.boxca.com/i17kjwjskbqr/H.O.S.T_...(skit).mp3.html[/url]

Link to comment
Share on other sites

[b]shekillere gore Rocky-ya teshekkur[/b]

[img]http://photos-f.ak.fbcdn.net/hphotos-ak-snc1/hs017.snc1/4226_1157154093291_1360900735_408605_6096904_n.jpg[/img]
[img]http://photos-h.ak.fbcdn.net/hphotos-ak-snc1/hs017.snc1/4226_1157147413124_1360900735_408567_532245_n.jpg[/img]
[img]http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc1/hs117.snc1/5169_1171772698747_1360900735_455169_1311975_n.jpg[/img]

Link to comment
Share on other sites

[b]Qaraqan, AiD // California // 2008 // təsüratlar...[/b]
[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/072.jpg[/img]

[b]info by Qaradaqirmizi.com /thnaks Rocky for info[/b]

[b]AiD[/b]
California..arzular şəhərində puç olmuş arzular..
Uşaqlıqda iki arzum var idi..Uça bilmək və cənnəti görmək.
Bu arzuları birləşdirən cəhət isə yəqin ki, yaşadığım cəmiyyət
olub..Çirkin cəmiyyət,odlu baxışlardan közərmiş qəlblərin məskəni..
Pozğun cəmiyyət,
İslam ölkələrinə “yaşıl” rəngini göstərib, kafirlərə az qala
mənliyini də satanların məskəni,
başıboş cəmiyyət..
Həqiqətən də başıboş cəmiyyət,ehh nəysə..
Uçub getməy istəmişəm həmişə,çox uzağa..çıxış yolunu isə ancaq
cənnəti tapmaqdan görürdüm..Hətta artıq yuxularıma da girirdi o məkan..
İnanırdım ki, yuxular da
nə vaxtsa çin olur..Ürəkdən inanırdım.
Bioqrafiyamdakı illərin sayı artdıqca yeni cəmiyyətlərlə tanış
olurdum..bu tanışlıqlardan biri də elə məhz Amerika cəmiyyəti oldu..
Binaları qədər əlçatmaz Amerika,
daim gülərüz, mehriban, xeyirxah..qəmdən, kədərdən uzaq Amerika..Cənnət
Amerika..Cənnət..Görəsən doğurdan da mı arzum həyata keçməkdəydi??
Belə tez..Hətta 14 saat uçmuşdum ora getməkçün.
Amerikanın gözəl kinoları..Bizə özünü düzgün seçilmiş kadrlarla,
zülmət gecələrdə parıldayan körpülərlə,
binalardan nur kimi seçilən işıqlarıyla tanıda bilmişdi..Əbəs yerə
ora cənnət demirdilər ki?!
Düzdür
həyatımız kinoya çox oxşasa da, biz çirkin səhnələri silə bilmirik..
Hər şey təbii olur..Montajsız..Dublajsız..İndi Amerikadayam.Amma
kino deyil..Çirkli küçələri də görürəm, saxtakarlıqları da görürəm,
bürokratiyalardakı gərəksiz gözlətmələri də görürəm, qiybətləri də,
dalca danışmaqları da.Hətta Bakıdakı “baxışlar” və “söz atmalar”çün
darıxdığımı zənn edirdim..Oraları da görürəm..Hər şeyi
görürəm..Görmədiyim bircə şey var..o da ki, Cənnət..ehh zibilə qalsın
bu arzular şəhəri.
İndi heç yuxularımda da
görmürəm cənnəti.


[b]Qaraqan[/b]
Bəzən ilham almaq üçün kiçik bir
kəpənək də bəs edir.Onun 1 saatlıq
həyatına baxıb elə təsirlənirsən ki,
məhvindən sonra əbədi bir mahnı ya şeir yazı
ya da fikir yaranır.İndi isə elə bir yerdəyəm ki,
hər addım başı yeni bir şey ya haqsızlıq, ya
çirkinlik ya gözəllik...Baptistlərin yığıncağından,
qara kvartallara, əyləncə mərkəzlərindən zibilliyə
tullanmış televizorlara, Alkatrasdan, San-Fransiskoya qədər
hər tərəfdə yeni təəssüratlar və yeni düşüncələr yaranır.
Yoqa mərkəzində tüklərimi biz-biz edən dualar, vitrinin içində
çılpaq rəqs edən kişi, asvaltda uzanıb gitara çalan hippilər,
Berkeley Universitetinin həyətindəki yaşıllıq.
Hər dəqiqə gələn polis sirenası, 7 mərtəbəli
Nike dükanı, və... və qəribə insanlar.Bu dünya nəyisə
səhv edir...Hələ düzgün sistemi beynimdə tam
canlandıra bilmirem amma o var...O ağacların
yarpaqları kimi xaotik bir sistemdir.Ağac yarpaqları çox
səliqəsiz düzülüşə malikdir.Amma bu ilk baxışdan belədir əslində
onlar elə düzülüb ki, hər birinin üzərinə günəş işığı düşsün...
Sizi görməsəm də çox darıxıram,
Sizi tanımasam da çox sevirəm...

Link to comment
Share on other sites

очень нравяться слова QaraQan-a из трэка
[b]Meni azad edin[/b] :

Menim adim muselman, terrorist 3-cu dunya,
Menim adim qara millet,nefte bulasmis qullar..
Men isden eve elibos gelmis atanin intizari,
Men oglanlarin pozdugu qizdarin intihari..
Men sikest Qarabag elili,polisin altinda,
Men reis, nece cadir var kreslomun altinda..
Men ustunde villalar tikilen basdasdari,
Men ickili atadan qorxan usagin goz yaslari..
Men her gun basabasda, illerle dayanacaqda,
Men basbos telebe deputat oyuncaqlari..
Men oxunmayan Quran, men partladilan mescid
Men kukla teatri, ya da ki, Milli meclis
Meni azad edin bedende ruhumazindanam,
Meni azad edin, ozume qarsi son usyanam..
[b]Men qani yerde sehid , men coxdan olmus canam..[/b]
[b]Men Azerbaycanam.. Men Azerbaycanam..[/b]

Link to comment
Share on other sites

Qrup üzvleri incimesin, amma daha çox Elxan xoşuma gelir. Onun yazılarını da oxumuşam, beyenirem.
H.O.S.T. qrupuna ilk defe tesadüfen qulaq asmışam ve ele o ilk defeden de beyenmişem. İlk dinlediyim "Bir" olub. İndi fanat sayılmasam da, mümkün qeder replerini ötürmemeye çalışıram. Sözlerinde mena var. "Bir" en sevdiyimdir.

"Güneş batsa da, yene de ay çıxır geceler..." - optimist seslenir.

Так держать!

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 112 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 28 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 15 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 15 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 52 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 117 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...