Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Смешные интервью наших манысов и политиков


Recommended Posts

Итак, думаю всем будет интересно почитать интервью наших манысов про политику и политиков про шоу бизнес. Постараюсь периодически публиковать здесь статьи.
Флудить и комментировать будем только [size=2][b][url="http://www.600min.az/index.php?showtopic=125632&view=getlastpost"]здесь[/url][/b][/size].

Link to comment
Share on other sites

[size=2][color="#FF0000"]Nura: “Azərbaycan Dubayı keçəcək” [/color][/size]

[img]http://day.az/pictures/pic154762.jpg[/img]

[b]- Gürcüstanda baş verən son hadisələrdən xəbəriniz var?[/b]
- Əlbəttə! Rusiya Gürcüstana təcavüz etmişdi də.
[b]- Müharibə oldu?[/b]
- Nə müharibə? Osetinlərlə olan ölkədaxili hadisələr müharibə deyildi. Müharibə Azərbaycanda baş verib, Ermənistanla bizim aramızda. Torpağımızı təcavüz nəticəsində alıblar. Ancaq Gürcüstandakı fərqli idi. Onlar – osetinlər öz azadlıqlarını istəyirlər, Gürcüstandan ayrılmaq istəyirlər. Buna ölkədaxili münaqişə, çaxnaşma deyərdim, müharibə yox. Əlbəttə ki, ruslar bizə qarşı olduğu kimi bu dəfə də burunlarını soxub öz işlərini gördülər.Ermənilər isə, təkcə bizimlə deyil, çoxu ilə dava edir. Ermənilərlə bizim aramızda əsl müsəlman-xristian davası gedir. Mən görmədim ki, ermənilər xristianlarla müharibə etsin, onlarınkı gah bizimlə, gah da türklərlədir.
-[b]Azərbaycanın daxili və xarici siyasətini necə qiymətləndirirsiniz?[/b]
- Bizdə çox gözəl siyasət yürüdülür. Yollara, küçələrə baxaq... Hər yer işıqlandırılır, yollar düzəldilir, köhnə evlər yenilənir, üstü ağardılır. Əvvəlki kimi nə işıq, nə su, nə də qaz kəsilir. Hətta ucqar kəndlərdə də vəziyyət yaxşıdır. Təqaüdləri artırıblar. Ümumiyyətlə, hər şey eləyiblər və eləyə-eləyə gedirlər. Bunlar daxili siyasətdir. İndi bütün dünyadan Dubaya gedirlər. 5 ildən sonra Azərbaycan inkişafına görə Dubayı keçəcək.
Bakı şəhərini genişləndirəcəklər, dənizin üstündən körpü salınacaq. Fikrimcə, şəhəri genişləndirməyin bir yolu da var, Sumqayıtı Bakıya birləşdirsələr, şəhər xeyli genişlənər.
İndi ölkədə hərtərəfli inkişaf gedir - “Eurovision” bir tərəfdən, Olimpiada o biri tərəfdən. Siyasət tərəfi mənlik olmadığına görə, ona toxunmuram.
[b]- Rusiya, yoxsa ABŞ daha demokratik ölkədir?[/b]
- Bununla bağlı heç nə deyə bilmərəm. Çünki bu haqda heç düşünməmişəm də.
[b]- ABŞ-da keçirilən seçkiləri izləyirdiniz?[/b]
- Obamanı deyirsən? Ondan heç xoşum gəlmir.
[b]- Rəngindən xoşunuz gəlmir?[/b] umoril:
- Yox, rəngdən söhbət getmir. Onun danışmağı, davranışı heç xoşuma gəlmir. Guya ki, xalqa çox yaxındır, sadədir. Ancaq elə olmalı deyil. Prezident şahdır və şah kimi də olmalıdır. İdarə edən xalqın içinə gəlib “mən də sizlərdən biriyəm” deyə bilməz. Sən də “prostoy narod”sansa onda xalqı necə idarə edə bilərsən? Sadə xalq sadə xalqdır, şah da şahdır, vəzir də vəzirdir. Şah özünü şah kimi aparmalıdır ki, adam baxanda vahiməyə gəlsin. Obama hara, prezidentlik hara? :looool:
[b]- Sizcə kim seçilsəydi, daha yaxşı olardı?[/b]
- Bu məsələ mənə o qədər də maraqlı deyil . Ancaq orada namizədlərdən biri qadın idi. Əgər qadın olsaydı, maraqlı olardı. Mən həmişə deyirəm ki, dünyanı qadınlar idarə edir. Prezidentlərin məsləhətçiləri 90% hallarda qadınlar olur. Evdə uşaq da böyüdəndə anaya daha yaxın olur. Məncə ABŞ-ın prezidenti qadın olsaydı, daha yaxşı olardı. Qadın anadır və yəqin ki, müharibəyə də can atmazdı. Kişilər qəddar olur.

[b]- Obamanın müsəlman olduğu deyilir...[/b]
- Mən inanmıram, onda müsəlmançılıqdan əsər-əlamət yoxdur. Bu adam idarə edənə oxşamır eee. Məndən heç ki inciməsin, Obama bilirsiz kimi xatırladır? O mənə Elçibəyi xatırladır. :blink:
[b]- Elçibəyi necə xatırlayırsınız?[/b]
- Nə Robin Qud, nə Koroğlu mənim qəhrəmandır. Çünki onlar varlıdan oğurlayıb kasıblara verib, deməli bunun tərkibində haram var. Mənim qəhrəmanım Janna d Arkdır, Xurşudbanu Natəvandır. Tutaq ki, bir kasıb gəlsin dövlətin başına. O dövləti necə idarə edəcək? Bunu kasıb edə bilməz. Məsələn, Putindən də xoşum gəlir. Onun danışığı, təmkini. Həm də ona görə ki, bizim prezidentə hörmətlə yanaşır.
[b]- Bəs Medvedyev?[/b]
- (gülür) Elə Medvedyev də Putinin adamıdır da... Onlar eyni partiyadandır, çoxluq onların tərəfindədir
[b]- Müxalifətdən kimləri tanıyırsınız?[/b]
- İsa Qəmbər, Etibar Məmmədov. (Bu yerdə Nura xanım Nemət Pənahlının saqqallını və nümayişlərdə çıxışını xatırladaraq Pənah Hüseynin də adını çəkir. Sonradan onun Nemət Pənahlı olduğunu deyirik). Səhv etmirəmsə, Nemət Pənahlı indi həbsxanadadır.
[b]- Sonuncu prezident seçkilərində İlham Əliyevdən başqa hansı namizədləri tanıyırdınız?[/b]
- Birinin şəklini görmüşdüm, altından “Fazil” yazılmışdı. Familiyası yadımda deyil. umoril:
-[b]Sizə hansı siyasətçi hansı müğənnini xatırladır?[/b]
- İsa Qəmbər Vasif Məhərrəmlini xatırladır :looool:
- [b]Saçına görə?[/b]
- Həm saçına görə, həm də hərəkətləri oxşayır.
[b]-[/b] [b]Bəs Etibar Məmmədov kimi xatırladır?[/b]
- Etibar Məmmədov Elarizi xatırladır. Onların danışmağı bir-birinə oxşayır. umoril:
[b]- Tərsinə deyək. Müğənnilərdən hansı biri siyasi xadimləri xatırladır? Məsələn, Röya siyasətçilərdən kimi xatırladır?[/b]
- Röya heç kimi xatırlatmır. Röya elə Röyanı xatırladır. Ancaq Tünzalə Qənirə Paşayevanı xatırladır. Onlar yerlidir. Danışıqları da oxşayır. Özü də deputat olmaq istəyir, yəqin ki, olar, uğurlar arzulayıram.
[b]- Siz özünüz necə, deputat olmaq istəmirsiniz?[/b]
- Yox. Mən kimsəsiz uşaqlar, qocaların müdafiəçisi olmaq istərdim...

Link to comment
Share on other sites

[size=2][color="#FF0000"]Hafiz Hacıyev: Mən bilirəm, həmin müğənniyə bahalı maşını kim alıb, villaları kim tikdirib” [/color][/size]

[img]http://day.az/pictures/pic152745.jpg[/img]

[b]- Televiziyada şou-biznesə aid verilişləri izləyirsinizmi?[/b]
- Bilirsən nətəhərdi, telekanallarda verilən bəzi şeylərdən narazıyam. Ona görə ki, açıq-çılpaq olub bəzi məsələlərdə həddi aşırlar. Bu isə olmamalıdır. Belə də deyəndə deyirlər geridə qalmışdı, köhnə fikirlidi. Düzdür, bu gün Avropaya inteqrasiya etməkdən danışırıq. Ancaq nəzərə alaq ki, Avropanın özündə də bizdəki qədər açıq-saçıq hərəkət eləmirlər. Bu baxımdan, narazılığımı həmişə bildirmişəm ki, televiziyalarda gedən şou-bizneslərdə həddindən artıq açıq-saçıqlığa yol verilir. Axı hamımızın evdə övladlarımız, qızlarımız var. Yəni həddindən artıq açıq-saçıqlığa yol verirlər ki, bu da bizi bir az narahat edir. Bu məsələ aradan götürülsə və Azərbaycanın şou-biznesində milli mentalitetə, milli maraqlara daha çox önəm versələr, daha yaxşı olar. Məsələn, İctimai Televiziyada axşam veriliş olur e, adı “Çilçıraq”dı nədi umoril: (ATV-dəki “Çal-çağır” proqramı ). Şou-biznesmenləri, artistləri yığırlar ora, fikirlərini öyrənirlər. Onlar da bir-birlərini bəzən həddindən artıq təhqir edirlər. Əyləncəli proqramlardır da, lazım olanda, vaxtımız olanda baxırıq.
[b]- Açıq-saçıqlıqdan söz açdınız. Konkret ad çəkərək danışa bilərsiniz?[/b]
- Məsələn, bəzən mən Aygün xanımın (Aygün Kazımova nəzərdə tutulur – P.A.) o cür geyimindən narazılığımı bildirirəm. Həddindən artıq şit hərəkətləri var onun. Əgər onun özü ilə üzbəüz gəlsəm, onu görsəm öz etirazımı bildirərəm ki, bu dərəcədə açıq-çılpaqlıq olmaz. Ümumiyyətlə, onlar şit hərəkətlərini yığışdırsalar, mənə elə gəlir ki, nisbətən müəyyən verilişlərə baxmaq olar. Axı mentalitetimizi pozmaq olmaz... Avropalaşmışıq deyə hər şeyi ortaya qoymamalıyıq axı. Azərbaycan xalqının özünün böyük keçmişi, tarixi var. Biz həmin tarixə böyük hörmətlə yanaşan insanlarıq. Nəinki Aygün xanım, digərləri də var, hansı ki, adlarını saymaqla qurtaran deyillər.
[b]- Siz hansı müğənninin hansı vəzifə sahibi ilə münasibətlərinin olması barədə konkret məlumatlar varmı?[/b]
- Var. Ancaq bu barədə heç nə deməyəcəyəm. Onsuz Azərbaycan cəmiyyəti də bilir ki, kim hansı müğənni ilə hansı əlaqədədir, həmin müğənniyə hansı bahalı maşını kim alıb, hansı villaları tikdirib. Bunlar hamısı məlumdur. Bu gün bəzi özünü reklam edən şou-biznes əhli ki, onlar bunu özləri də açıq şəkildə büruzə verirlər. Mən bu məsələ bilirsiniz nə üçün narahatam. Məni nə narahat edir? O məmur məcbur olur ki, Azərbaycan xalqının cibindən oğurladığı pulları şou-biznes əhlinə, üzünə pudra-”kraska” vuran “artistka”ya versin, ona villa alsın, maşın alsın. Məndə bu barədə həddindən artıq faktlar çoxdur.
[b]- Mümkünsə həmin faktların bir-ikisini deyin.[/b]
- ...
[b]- Bəs müğənnilərin necə?[/b]
- Mən bir şeyi fikirləşirəm ki, İradə xanımın (İradə İbrahimova ) :ph34r: villasının mənim kimi nazir olmuş və neçə illərdir işləyən adam 10%-ini görə bilmərəm. Bu məndə bir təəccüb doğurur. Yaxud, baxırsan müğənnidir, 150 minlik maşın sürür. Bu da çox təəccüb doğurur. Bu maşını nə siz ala bilərsiniz, nə mən ala bilərəm. Bəziləri müğənni ilə 1 günlük, yaxud 1 saatlıq əyləncəsinə götürüb bir maşın bağışlayır. Ancaq onların adını açıqlamaq... Axı hər halda mənim də evdə övladlarım var, bu yaxşı çıxmaz.
[b]- Heç Faiq Ağayevdən danışmadınız...[/b]
- Faiq Ağayev... (gülür) Adam Azərbaycanda onun adını çəkməyə utanır. Onun yaxşı səsi var, hər halda o da özünə layiq bir həyat sürür. O cür düşünür, o cür yaşayır.
[b]- Onunla bağlı yayılan söhbətlərlə tanışsınızmı?[/b]
- Yenə deyirəm, onun yaxşı səsi var. Ancaq düşünürəm ki, bu adamlar özlərini gündəmə gətirməkdən ötrü nələr edirlər. Xanım artistlər lüt gəzib özünü gündəmə gətirir, Faiq Ağayev kimisə də özünə başqa ad qoyub, o cür hərəkət edir. :looool:
[b]- Yəqin Röyanı da tanıyırsınız.[/b]
- Nə deyim onun haqqında, Röyadır da, getdi bir başqasına ərə, bəxtəvər başına. Gəzirlər, otururlar, dururlar, axırda da gedib birinin yaxasından yapışırlar. :looool:
[b]- Siz 2 dəfə Azərbaycan prezidentliyinə namizəd olmusunuz. Necə düşünürsünüz, Azərbaycanda sizi, yoxsa Röyanı, Aygün Kazımovanı, Rəqsanəni daha çox tanıyırlar?[/b]
- Vallah, mən istəməzdim ki, Röya kimi tanınım. :looool: Gördünüz ki, mən kişi müğənnilərinə çox yer vermədim, qadın müğənnilərdən danışdım. Onlar televiziya kanallarına başqa yollarla çıxırlar. Çox şey bilirəm, az şey deyirəm. İndi Qarabağla bağlı ziyalılarımızı çıxarıb televizora danışdırmırlar, ancaq Röya, Aygün, Rəqsanə bədənlərini göstərirlər. Görünür telekanallara onlar xeyir edir ki, onları da göstərirlər.
[b]- Aygün-Namiq cütlüyünü izləyirsinizmi?[/b]
- Əgər Namiq ailəsini buraxıb gedib Aygün xanımla evlənmək istəyirsə, mən buna pis baxıram. Qəzetlərdən oxuyuram ki, Namiqin əvvəlcədən ailəsi olub, uşağı var. Bu, onun ailəsini pozmaq deməkdir. İndi maşallah, Aygün xanım bir Namiqlə kifayətlənmir ki!... umoril: Aygün xanımı biz də tanıyırıq. Vaxtilə – 1991-92-ci illərdə onu göndərirdik ki, cəbhə xəttində hərbçilərimiz üçün konsert-zad verirdi. Ancaq istəməzdim ki, o gedib kiminsə ailəsini dağıtsın. Namiq də əgər doğrudan da ailəsi varsa, gərək belə hərəkət eləməsin. İndi bunların pudralanıb, “kraska”lanıb hamının kişisini alması düzgün deyil axı. Aygün xanımın çoxlu əri, dostu, yoldaşı olub. İstərdim ki, onlarla kifayətlənib, Namiq yazığın ailəsini dağıtmasın.

Link to comment
Share on other sites

забыли про ахада абиева etimtekuldu

[url="http://www.youtube.com/watch?v=b7z35Efo0TI&feature=related"]http://www.youtube.com/watch?v=b7z35Efo0TI...feature=related[/url]

уж извините не могу в текстовой версии предоставить

Link to comment
Share on other sites

[size=2][color="#FF0000"][b]Əli Mirəliyev: “ATƏT-in Minsk Qrupuna çox ayıb olsun”[/b][/color][/size]

[img]http://www.lent.az/photo/Eli-Mireliyev.jpg[/img]

[b]- Siyasətçi olmasanız da hər halda yəqin ki, KİV-dən siyasi xəbərləri izləyirsiniz, görürsünüz...[/b]
- Haqsızlıqları görürəm. Məsələn, bir maddə var, nömrəsi yadımda deyil, :looool: neçə illərdir Amerikada onu götürmürlər...
[b]- 907-ci düzəlişi deyirsiniz?[/b]
- Hə, hə. Həmin düzəliş bu gün də qalır ki, mən bununla heç cürə razılaşmıram. Bu haqsızlıqdır. Torpaqları işğal olan biz, 1 milyon qaçqını olan biz, ancaq 907-ni də bizə tətbiq ediblər. Deməli, biz hələ də kimlərəsə mane oluruq. Mən bunu anlayıram, başa düşürəm.
- ATƏT-in Minsk Qrupunun münaqişənin həllində rolunu necə qiymətləndirirsiniz?
- Çox pis! Demək olar ki, o heç bir işi həll etməyib. Elə gəlirlər, gedirlər, gülüb-danışırlar, ancaq ortada heç nə yoxdur. Bura gəlib bir cür danışırlar, Ermənistana gedəndə tamam ayrı cür danışırlar, İngiltərədə başqa cür, Avropa Şurasına gedəndə tamam fərqli danışırlar. Onlar da bilirlər ki, haqq Azərbaycanın tərəfindədir, bizim torpaqlar işğal olunub. Minsk Qrupuna çox ayıb olsun ki, onlar Azərbaycanın haqq olduğunu bilə-bilə heç bir kömək etmir. Bütün dünya ölkələrinə iradımı bildirirəm, onlara ayıb olsun, bütün o şuralar, o böyük millətlərə ar olsun. Onlar guya kömək etmək istəyir, ancaq Azərbaycanı bu günə salıblar.
Bizim prezidentimiz isə gözəl işləyir. Görün nə qədər işlər görülüb, nə qədər körpülər salınıb. Düzdür, köhnələri də saxlamaq lazımdır, ancaq İçərişəhəri söküb-dağıdıblar. Ancaq istənilən halda bu, bizim daxili işimizdir, heç kimə də dəxli yoxdur. 3ef5
[b]- ATƏT-in Minsk Qrupu üzvləri – Metyu Brayza, Yuri Merzlyakov, Bernar Fasyeni yəqin ki, tanıyırsınız...[/b]
- Şəxsi tanışlığım yoxdur, ancaq televizorda görmüşəm. umoril: Dediyim kimi, onlar Azərbaycanın haqq olduğunu bilir. Bunu Metyu Brayza da bilir, o biriləri də. Bəlkə də onları qəsdən tapıb qoyublar ki, gedib deyin Qarabağ Azərbaycanındı, amma vəziyyət belə də qalsın. Çünki mən eşitmirəm onlar Avropa Şurasında Azərbaycanın xeyrinə nə isə danışsınlar.
[b]- Sizcə dünya siyasətinin Rəqsanəsi kimdir?[/b]
- Məncə, Kondaliza Rays.
[b]- Bəs dünya siyasətinin Faiq Ağayevi kimdir?
[/b]- Putin (yenə gülür).
[b]- Nə üçün? Boyuna görə?[/b]
- Hə də. Bir-birlərinə oxşayırlar. umoril:
[b]- Dünya siyasətinin Elarizi kimdir?[/b]
- Məncə, bu, Corc Buşdur.
[b]- Niyə?[/b]
- Alıb əlinə də hər şeyi. Bütün toyları əlinə alıb, işləri də yaxşı gedir. :rofl:
[b]- Natəvan Həbibi dünya siyasətində kimi xatırladır?[/b]
- İranın prezidenti. Adı nədir onun? :looool:
[b]- Mahmud Əhmədinejat.[/b]
- Hə, hə, Natəvan onu xatırladır
[b]- Tərsinə deyək, Fransa prezidenti Nikola Sarkozi sizə kimi xatırladır?[/b]
- Bizim gözəl müğənnimiz Nazimi. Faytonçu Nazimi...

Link to comment
Share on other sites

[color="#FF0000"][size=2][b]Elariz Məmmədoğlu: “Sarkozi baz oğlandı...”[/b][/size][/color]

[img]http://day.az/pictures/pic146739.jpg[/img]
[b]
“Siyasətdə “tupoy”am”[/b]

[b]- Siyasətlə nə dərəcədə maraqlanırsınız?[/b]
- Siyasətlə maraqlanmıram. Hələ 2000-ci ildə siyasətlə bağlı bir sual verdilər. Mən də həmin suala çox unikal bir cavab verdim. Həmin cavab hətta sənət yoldaşlarımın ağzına da düşmüşdü. Demişdim ki, “mən siyasətdə “tupoy”am”. :looool:
[b]- Yaşa dolmusunuz, daha çox informasiya toplamağa vaxtınız olub... 2000-ci ildən indiyədək yəqin ki, nələrsə dəyişib.[/b]
- Əlbəttə dəyişib, yeni-yeni mahnılar yazdırmışam, kliplər çəkdirmişəm.
[b]- Yox, söhbət siyasətdən, siyasətlə bağlı informasiyalardan gedir. Elə informasiyalardan ki, insan özü də bilmədən həmin xəbəri bilir, öyrənir...[/b]
- Əlbəttə. Məsələn, mən bilirəm ki, Amerikanın prezidenti Barak Obamadı, Türkiyənin prezidenti Abdulla Gül, Azərbaycanın isə prezidenti İlham Əliyevdi. Əlbəttə, siyasətdən xəbərim var... (Bu yerdə müsahibimizin susduğunu görüb sual vermək istəyirəm, ancaq Elariz sözlərinə davam edir – P.A.) Sən Allah, yadımdan çıxdı,
onu da əlavə edərsən, Fransanın prezidenti Sarkozidir. Xoşum gəlir ondan. Bilirsiz niyə? Baz oğlandı, ona görə. :looool:
[b]- Dağlıq Qarabağ münaqişəsinin həll yolunu nədə görürsünüz?[/b]
- Mənə elə gəlir ki, toylar nə qədər çox olsa, Dağlıq Qarabağın taleyi bir o qədər tez həll olar. Camaat evlənər, uşaqlar olar, bununla da əhalinin sayı artar. Belə olan halda biz azalan ermənilərə qalib gələrik. umoril:
[b]- Ancaq Dağlıq Qarabağ məsələsində Ermənistanın tək olmadığı, bu ölkənin böyük dövlətlərin dəstəyini aldığı deyilir...[/b]
- Deyirlər də...
[b]- Problemin ATƏT-in Minsk qrupu çərçivəsində həlli nə dərəcədə real görünür?[/b]
- ATƏT nə deməkdi, mən heç bilmirəm axı... Mən bilirəm ki, “at”, yəni “loşad”, bir də “ət”, yəni “myaso”. Nə bilim, vallah... :looool::looool::looool:

[b]- Televiziyalarda hər gün bu sözlər işlədilir: “ATƏT”, “Metyu Brayza”, “Bernar Fasye” və s. Ola bilməz ki, eşitməyəsiniz...
[/b]- Eşitdiklərimi bayaq dedim də... Məsələn, onu da bilirəm ki, Barak Obama Keniyadandır. Sonra köçüb Amerikaya, olub prezident. Belə şeyləri bilirəm. Ancaq ATƏT-in Minsk qrupudu-nədi, onları bilmirəm.
[b]- Son Türkiyə-Ermənistan münasibətləri barədə də danışmağınızı istərdim.[/b]
- Hə, Abdulla Gül ora futbola getmişdi.
[b]- Türkiyə indiki siyasətilə Azərbaycanın əleyhinə işləyir?[/b]
- Vallah, nə bilim... Bilmirəm axı... Siyasətdən başım çıxmır, ancaq bəlkə də bu siyasi bir oyundur. Bilmədiyim şey haqqında danışa bilmərəm. Mən televizora gen-bol baxmıram. Heç öz çıxışlarıma baxa bilmirəm. Evdə tapşırıram ki, çıxışlarımı televizordan videomaqnitofona köçürsünlər. Gəlib evdə həmin videokassetlərə baxıram ki, görüm orda necə görünmüşəm, necə hərəkət etmişəm, necə oxumuşam. Bunu özüm-özümü müşahidə etmək üçün edirəm. Maşınla da gedəndə radioda xəbərlər verilirsə kanalı dəyişirəm, fırladıram musiqi olan kanala.
- [b]Axı xəbərlər olanda radionu dəyişmək həm də insanı “dünyadan xəbərsiz” vəziyyətə gətirib çıxara bilər. Belə bir məsəl də var: filankəs dünyadan xəbərsiz adamdı... Məsələn, Amerika dağılsa, Elariz Məmmədoğlunun xəbəri olmayacaq...[/b]
- Amerika dağılır, cəhənnəmə dağılsın, bizə heç nə olmasın. :looool:
[b]- Ancaq Amerikada da azərbaycanlılar yaşayır...[/b]
- Onda Amerikada azərbaycanlılar olmayan yerlər dağılsın.
[b]- Bəlkə Azərbaycanın hansısa rayon dağılır, yanır...[/b]
- Allah eləməsin, ancaq belə şey olsa dost-tanış mobil telefonla zəng vurub, xəbər verər.
[b]- ABŞ-İran münasibətlərinin gərgin olması barədə nə bilirsiniz?[/b]
- Hə də, bilirəm ki, o vaxt bir şah var idi. Şahı Xomeyni devirdi. İndi də bir nəfər saqqallı, balacaboy biri var. :looool:
[b]- Əhmədinejatı nəzərdə tutursunuz?[/b]
- Hə, Əhməd müəllimi deyirəm... umoril: Bilirsiz, mən Elariz Məmmədoğlu hansı işin qulpundan yapışıramsa, gedib onun zirvəsində durmalıyam. Mən musiqi, musiqinin estrada janrı və toy aparmaq yolunu tutmuşam. Mən Elariz Məmmədoğludan yaxşısı yoxdur. Kimsə də deyirsə ki, Elariz yox birinci mənəm, gəlsin çıxsın qabağıma, mən sübut edim ki, sən deyilsən. Ancaq siyasət yox da. umoril:
[b] Onda Sarkozilə davam edək. Sarkozinin “baz oğlan” olması dövlət idarəçiliyinə yaxşı, yoxsa pis təsir edir? Yoxsa ümumiyyətlə, təsir etmir?[/b]
- O şıltaqlıq edir, öz xanımını boşadı, gedib modellə evləndi. Sonra da gedib Afrikada dincəldi. Sarkozi bu saat camaatına şou, performans göstərir. Çünki onlar o mərhələdədir. Bu şoular fransızların dövlətçiliyinə, siyasətinə mənfi təsir etmir. Əksinə, fransız xalqı xoşbəxtdir. “Şərikli çörək” filmində deyilən söz indi yerinə düşür: Fransız əhli kef edir! Mən 2007-ci ildə Parisdə olmuşam. Ən birincisi tarixlərini qoruyub saxlamalarına heyrətləndim. Orada muzeylər çoxdur. Xahiş edirəm, elə belə də yazın: Fransız xalqı kef edir! umoril:
[b]- NATO təşkilatı haqqında eşitmisiniz?[/b]
- Hə. Nə isə ölkələrarası hərbi qurumdu.
[b]- Müsahibənin əvvəlində 9 il əvvəl “mən siyasətdə “tupoy”am” dediyinizi açıqlamışdınız. İndi vəziyyət necədir?[/b]
- Həmin vaxt bu sözü mən özüm haqqında demişdim. Ancaq bu müsahibəni oxuyanların hamısı deyəcəklər ki, “düz deyir e, doğrudan da siyasətdə “tupoy”du”... umoril:umoril:

Link to comment
Share on other sites

[size=2][color="#FF0000"][b]Müğənni Bagira: “Yaxşı pul buraxan olsa…” [/b] [/color][/size]

[img]http://www.day.az/pictures/pic99019.jpg[/img]

[b]“[i]Çəkdirdiyim şəkillərdən evdəkilərin xəbəri yoxdur”[/i][/b]

[b]
- Dostlarınız arasında idmançılar var?[/b]
- Əlbəttə var! Hüseyn Məhəmmədovla yaxın dostam. Yaşca məndən böyük olsa da, xasiyyətimiz tutur.
[b]- Harada tanış olmusunuz?[/b]
- Bu, çoxdan olub. Dəqiq xatırlamıram. Bir ara yoxa çıxmışdı, sonra yenə telefon nömrəsini tapdım.
[b]- Aranızda ancaq dostluq münasibəti var?[/b]
- Hüseyn məndən 10 yaş böyükdür. Onu “müəllim” çağırıram. Xətrimi istəməsəydi, bu gün də münasibət saxlamazdım.
[b]- Futbolçuların əksəriyyəti xəsis olur...[/b]
- Hə, orası düzdür. Pul xərcləməyə əlləri gəlmir. İmkanım olmayanda bəzən Hüseyn borc verir. Heç sonra geri də istəmir. Hüseyn belə oğlandır da.
[b]- Qorxmursan ki, birdən evlərində bunu bilərlər?[/b]
- Biz neyləyirik ki?! Hüseynin ailəsi, uşaqları var. Mən bunların hamısını bilirəm. Vaxt olanda görüşürük, söhbətləşirik. Vəssalam!
[b]- Futbolçulardan başqa kimisə tanımırsınız?[/b]
- Elələri var ki, üz vermək olmaz. Zəng edən çoxdur, tanımadığım nömrə olanda götürmürəm. Bəzilərini üzdən tanıyıram, restoranlarda görmüşəm. Biri də var, deyəsən, "Xəzər-Lənkəran"da oynayır... Braziliyalıdır. Üzügülər, buruq-buruq saçlı oğlandır.
[b]- Juninyo?[/b]
- Adını bilmirəm. Restoranda gördü məni, oturub söhbət elədik. :looool:
[b]- Niyə stadionlara gəlmirsiniz?[/b]
- Çağırsınlar da! Hüseynə demişəm ki, oyundan əvvəl xəbər ver, gəlib oxuyum. O da buna fikir vermir. Axırıncı dəfə nə vaxt stadiona getmişəm, yadımdan çıxıb. “Neftçi” oynayırdı, bir az baxdım, sonra getdim. Futbola həvəsim var. Özüm aerobikaya getmişəm. İstəyirəm ki, bədənim gözəl olsun. İdman etməkdən qalmıram. Hər səhər məşq edirəm. İdman məni formada saxlayır. Orta məktəbdən beləyəm, özümə baxıram. İki qardaşım var, onlar da idmançıdır. Hər ikisi karateçi olub.
[b]- Bəs indi?[/b]
- İkisi də başqa işdə çalışır.
[b]- Çəkdirdiyin şəkillərdən xəbərləri var?[/b]
- Evdə bilmirlər. Anam xəstədir, ona deməyə qorxuram. Sonra fikir edər. Şəkillərim ancaq internetdədir. Ona da bizimkilər açıb baxmır. Mən də demirəm.
[b]- Seçim imkanı olsaydı, hansı futbolçuya "hə" deyərdin?[/b]
- Kriştianu Ronaldoya! "Mançester Yunayted"də oynayan portuqaliyalı üçün lap ölürəm. Gülər üzü, maraqlı baxışları var. Yerişi çox xoşuma gələr. Tanış olmaq istəsəydi, fikirləşmədən razılaşardım.
[b]- Evlənmək təklif eləsə, necə?[/b]
- Qaça-qaça gedərdim (gülür). Qaraşın idmançılardan xoşum gəlir. Şirin olurlar. :looool:
[b]- Amma saçlarınız sarı rəngdədir...[/b]
- Bu da yeni imicimdir. Mənə belə də yaraşır. Türkiyədə də bunu görüb, bəyəndilər.
[b]- Nə mənada?[/b]
- İstanbulda futbolçuların əlindən telefonum susmurdu. Birinə cavab verib qurtarmamış, o biri zəng vururdu. Bezdirdilər məni. umoril:
[b]- Nə istəyirdilər?[/b]
- Deyirdilər ki, gəl tanış olaq, dost olaq. Restorana şam yeməyinə dəvət edirdilər.
[b]- Getmədin?[/b]
- Vaxtım yox idi, öz işimi güclə çatdırırdım.
-[b] Həmin futbolçuların adlarını xatırlamırsan?[/b]
- Demişdilər, yadımdan çıxıb. umoril:
[b]- Futbol haqda klip çəkdirmək istəmirsiniz?[/b]
- Yeri var. Mən tez-tez klip çəkdirmirəm. Gərək səviyyəli olsun hər şey. Yaxşı pul buraxan olsun, mən də klip çəkdirim. Axır vaxtlar vəziyyətim onsuz da aşağıdır. Neçə vaxtdır öz başımı güclə dolandırıram.

Link to comment
Share on other sites

[b][color="#FF0000"][size=2]Pişik Günel: “Rəsul Quliyev simpatiçnı kişidi”[/size][/color][/b]

[attachment=291423:DSC_7433_.jpg]


[b]- Siyasətlə nə dərəcədə maraqlanırsan?[/b]
- Sözün düzü, dərindən maraqlanmıram. Çünki əsas odur ki, hər şey normaldır. “Prosto” xəbərim var ki, bir az krizis (qlobal iqtisadi böhran nəzərdə tutulur – P.A.) var. Ümumiyyətlə, siyasətə qarışmaq mənim üçün tezdir.
[b]- Belə çıxır ki, gələcəkdə siyasətə qarışmaq fikrin var?[/b]
- Nə bilim, bunu bilmək olmaz.
[b]Martın 18-də keçiriləcək referendumla bağlı nə deyə bilərsən?[/b]
- Martın 18-i referendumdu? Sözün düzü, xəbərim yoxdu. :looool:
[b]- Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi təklif olunur...[/b]
- Konstitusiya ilə bağlı dəyişikliklər? Nə bilim vallah, xəbərim yoxdu, bilmirəm... (düşünür) Amma yox-yox, xəbərim var. Xəbərim var ki, prezidentimizi həmişəlik prezident seçmək istəyirlər, bu da bizim üçün fəxrdi yəni ki... umoril:
[b]- Deməli xəbərin var...[/b]
- Hə, var.
[b]- Bunu haradan eşitmisən?[/b]
- Nə bilim vallah, eşitmişəm də.
[b]- Hər halda kimdən eşitdiyin maraqlıdı.[/b]
- Nə bilim, camaatdı da. İnsanlardır, öz aralarında danışanda eşitmişəm... Necə deyim e, sözün düzü, mən çox müsahibələr vermişəm. Ancaq siyasət haqqında məndən müsahibə götürməyiblər.
[b]- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı nələri bölüşə bilərsən?[/b]
- Mənə bu cür suallar vermə də... Qarabağ nəyi? umoril:
[b]- Münaqişəsi.[/b]
- Siz elə danışırsız ki, elə bil siyasətçiyəm. Mən axı müğənniyəm.
[b]- Axı müsahibənin siyasi mövzuda olduğunu demişdim.[/b]
- Yenə deyirəm, siyasətə qoşulmaq mənim həddimə düşməz. Mən öz işimlə məşğulam. Ancaq Qarabağla bağlı deyə bilərəm ki, yaxşı olardı ki, biz torpaqlarımızı geri götürək. Bizim yeganə problemimiz odu ki, torpaqlarımızın 20 faizi işğal altındadı. Bizim hamımızın, hər bir azərbaycanlının arzusu, istəyi odu ki, torpaqlarımız geri qayıtsın. Başqa heç nə deyə bilmərəm.
[b]- Ermənilərin Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT-nin qətnamələri var. Hətta İTV-nin xəbərlər buraxılışından əvvəl hər dəfə bu barədə məlumat verilir. Bu barədə eşitmisən?[/b]
- Vallah mənim kino çəkilişlərim var, hazırda kinoya çəkilirəm. :looool: Heç televizora baxmağa imkanım yoxdu. Ola bilər bu mənim üçün bir mənfi haldır. Amma doğrudan da eşitməmişəm.
[b]- Torpaqların müharibə yolu ilə qaytarılması perspektivinə necə yanaşırsan? Azərbaycan müharibə etməlidirmi?[/b]
- Mən siyasətə baş qoşmaq istəmirəm. Ancaq torpaqları müharibə yolu ilə almaq olar.
[b]- Onda sülh danışıqları dayandırılmalıdır?[/b]
- Yox... (düşünür, sonra da gülür) Mən hardan bilim sülh danışıqları dayandırılmalıdır, ya nəsə? Mən siyasətçi deyiləm. Ancaq 17 ildi ki, eşidirəm sülh danışığı gedir. Həmişə sülh danışığı gedir, ancaq ortalıqda heç nə yoxdu. :looool: Mənə elə gəlir ki, bu məsələni ancaq müharibə yolu ilə həll etmək olar. İnşallah, yaxşı olar. Belə də ki, müharibə yolu ilə də olsa, bizim elə oğullarımız var ki, onlar torpaqlarımızı geri almağa qadirdir.
[b]- Deyəsən, Türkiyə və Ermənistan bir-birilə əlaqə qurmaq istəyir...[/b]
- Vallah, əlaqə qurmaq istəyirdilər, ancaq Ərdoğan razılıq verməyib.
[b]- Gürcüstan-Azərbaycan münasibətlərini necə qiymətləndirirsən?[/b]
- Əla!
[b]- Nəyi əladı?[/b]
- Prosto onlara qaz veririk də. umoril:
- Bəs Gürcüstan bizə nə verir?
- Məncə, heç nə. Limonad, “Borjom” verirlər. umoril:
[b]- Azərbaycanın Gürcüstana qazı digər ölkələrlə müqayisədə ucuz satmasından xəbərin var?[/b]
- Ucuz satır? Bəlkə onların qazı baha almağa gücü çatmadığından güzəşt edirik. Ümumiyyətlə, Azərbaycan xalqı çox ürəkli xalqdır.
[b]- Qazı xalq satır?[/b]
- Onu satan hökumət adamları da xalqın nümayəndələridi də.
[b]- 2008-ci ildə Rusiyanın Gürcüstanda törətdiyi hadisələrdən xəbərin varmı?[/b]
- Hətta 90-cı ildə Azərbaycanda törətdiklərindən də xəbərim var.
[b]- Mümkünsə, bu barədə bir az danış.[/b]
- Nə danışım e... Rusiyanın bir nümayəndəsi var idi, adı yadımdan çıxıb. Hə, o Bakıya gələn vaxt jurnalistlərdən bir ondan müsahibə aldı. Müsahibə Dağlıq Qarabağ və 20 yanvar hadisələrində rusların əlinin olub-olmaması mövzusunda idi. O jurnalistə tərs, kobud cavab verdi. Mənə elə gəlir ki, onu heç Azərbaycana buraxmaq lazım deyildi. Elə aeroportdan geri qaytarmaq lazım idi. Çünki jurnalist azərbaycanlıdır, o rus da Azərbaycandaydı. Rusiyada bizimkiləri sevmirlər, “qara millət” deyirlər. Bizimkilərin hüquqları yaxşı qorunmur. Rusiyada yalnız müəyyən azərbaycanlı iş adamlarının hüquqları qorunur. O da imkanlarına görə. Ancaq Azərbaycanda, Bakıda o qədər rus var, bizimkilər onlarla yaxşı rəftar edir.
[b]- Deyilənə görə, Bakıda ermənilər də yaşayır...[/b]
- Niyə yoxdur, var. Sözün düzü, özüm də buna məəttəl qalıram. Əslində çox mənfi haldır. Bu, doğrudan da qlobal problemdir. umoril: Axı niyə bizim torpaqlarda düşmənlər yaşamalıdır? Adlarını, soyadlarını dəyişdirirlər.
[b]- Bakıda yaşayan ermənilərdən tanıdığın var?[/b]
- Var, niyə yoxdu.
[b]- Kimdi? Vəzifəlidi, yoxsa sıravi adamdır?[/b]
- Vəzifədə, siyasətdə demirəm, ancaq şou-biznesdə var.
[b]- Kimdi?[/b]
- Niyə deyirəm?!
[b]- Qorxursan?[/b]
- Qorxmuram, ancaq nəyimə lazımdı?
[b]- Qonşu dövlətlərlə münasibətlər barədə sualları davam etdirirəm. Azərbaycan-İran münasibətlərini necə qiymətləndirirsən?[/b]
- Məncə, normaldır. Çünki onlar da İslam dövlətidir.
[b]- Bəs orada yaşayan azərbaycanlılarla bağlı xəbərin var?[/b]
- Yox.
[b]- Cənubi Azərbaycanda 30 milyondan çox azərbaycanlının yaşadığını bilmirsən?[/b]
- Başqa dövlətlərdə soydaşlarımızın yaşaması bizim fəxrimizdi.
[b]- 30 milyondan çox azərbaycanlının yaşadığı yerlər elə tarixən Azərbaycan torpaqladır.[/b]
- Mən istəyərdim ki, bütün torpaqlarımız geri qayıtsın. Birində 20 faiz, o birisində 30 faiz. Belə şey olar?
[b]- 30 faiz yox e, 30 milyon soydaşımız yaşayır... Təbriz şəhəri haqqında eşitmisən?[/b] umoril:
- Hə.
[b]- Nə eşitmisən?[/b]
- Təbrizin əvvəlki adı haqda... Yadımdan çıxıb. Təbrizin əvvəlki adı nə olub?... Bilmirəm. Sən canın düz demədiyim informasiyanı yazma. Söz verirəm, bundan sonra çoxlu qəzet oxuyacam, internetdə ancaq siyasətlə maraqlanacam. Gələn müsahibədə elə cavab verəcəm ki, elə biləcəksən deputatam.
[b]- Azərbaycan-Türkmənistan münasibətlərini necə şərh edərdin?[/b]
- Məlumatım yoxdur.
[b]- Türkmənbaşı barədə eşitmisən?[/b]
- Şeydi də... :looool: Nazarbayev. umoril:
[b]- Barak Obamanı ağıllı sayırsan?[/b]
- Təzədi də, hələ heç nə bilmirəm.
[b]- Azərbaycanla bağlı daha bir neçə sual. Artur Rasizadəni tanıyırsan?[/b]
- Artur Rəsulzadəni? Əlbəttə, tanıyıram.
[b]- Bəs Rəsul Quliyevi?[/b]
- Tanıyıram. Milli Məclisin keçmiş baş sədriydi.
[b]- Artur Rasizadənin və Rəsul Quliyevin indiki vəzifələrini açıqlaya bilərsən?[/b]
- Rəsul Quliyev spiker idi, o Milli Məclisdə otururdu. Amma Artur Rəsulzadə... Deyəsən o da Milli Məclisdə otururdu. Deyəsən o da spiker idi.
[b]Bəs indi harada oturur?[/b]
- Baş nazirdi də deyəsən.
[b]- Səncə onun vəzifəsini artırıblar, yoxsa azaldıblar?[/b]
- Eee, elə suallar verirsən ki. Birdən səhv cavab verərəm. :looool:
[b]- Bəs Rəsul Quliyev indi hansı vəzifəni tutur?[/b]
- İndi heç Azərbaycana yaşamır, Amerikadadır.
[b]- ABŞ-a nə üçün getdiyini bilirsən?[/b]
- Yox.
-[b] Onun partiyası barədə məlumatın var?[/b]
-Məncə onun partiyası yoxdu, dağılıb. Əgər Azərbaycanda yoxdusa necə partiyası ola bilər? umoril:
[b]- Rəsul Quliyev Azərbaycanda olanda partiyası var idi?[/b]
- Mən bilmirəm, o vaxt uşaq idim. Ancaq onu bilirəm ki, ağbaş, simpatiçnı bir kişidi. :looool::looool::looool:
[b]- İsa Qəmbəri tanıyırsan?[/b]
- Bəli, tanıyıram.
[b]- Kimdi?[/b]
- Eynəkli bir kişidi, bığları da var. :looool:umoril:
[b]- Formasını demirəm, yəni nə işlə məşğuldur?[/b]
- O da deyəsən hansısa partiyanın üzvüdü.
[b]- Bəs Əli Kərimli?[/b]
- Onu da tanıyıram. Əli Kərimli “oranjevıy” rəngdə köynək geyirdi. umoril: (yaxshi ki qoluboy demedi -Anybody Else)
[b]- Niyə o rəngi seçmişdi?[/b]
- Çünki onun partiyası şey idi də... Axır hansısa partiyanın üzvüydü də. Bir dəfə Milli Məclisdə onunla bir nəfər ağbaş kişinin davası düşmüşdü. Onlar Milli Məclisdə söyüşdülər, bir-birlərini təhqir elədi. umoril:
[b]- Bu münaqişədə günah kimdə oldu?[/b]
- Nə bilim... Deyəsən indi Əli Kərimli buralarda yoxdu.
[b]- Hardadı?[/b]
- Bilmirəm. Təkcə onu bilirəm ki, daha Milli Məclisdə oturmur... :looool:

Link to comment
Share on other sites

Türkiyəni “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək müğənni Hadisəyə azərbaycanlı müğənni aşiq olub. Bu eksklüziv açıqlamanı Coşqun Viləş Lent.az-a açıqlamasında verib: “Hazırda şəxsi həyatımda heç kim yoxdur. Vaxtilə ətrafımda çox xanım olub, indi onlara ayıracaq vaxtım yoxdur. Bir də məni cəlb edən bir xanım var, o qəlbimdə çox hadisələr yaradan Hadisədir”.

Coşqun Hadisə ilə tanış olmağı qarşıına məqsəd qoyub: “Onu həyat göstərər. Bir xanım kimi çox xoşuma gəlir. Qarşıma məqsəd qomuşamsa, mütləq əldə edəcəyəm. Hadisə əlçatmaz deyil ki?!”


[img]http://www.lent.az/photo/hadise.jpg[/img]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
      • 15 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Red Heart
      • 23 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 8 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
      • 215 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Like
      • 100 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
      • 139 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...