Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ateistlər niyə Allahın varlığına inanmırlar?

Recommended Posts

Bu gün işdə bir ateist tanışımla mübahisəmiz düşdü Allahın varlığı barədə və o mənə Allahın mövcud olmadığını isbat etməyə çalışırdı. Sovet dönəmində böyümüş insan kimi, təbii o vaxtın idealogiyasına əsasən bunu anladmağa çalışırdı. Gətirdiyi heç bir arqument məni qane edə bilmədi və mənə sadəcə bir gəminin misalı yadıma düşdü.

Əgər burada ateist varsa, onların bu barədə fikrini öyrənmək istəyərdim.

Link to comment
Share on other sites

  • Replies 476
  • Created
  • Last Reply

[quote name='^^Paradise_Bird^^' timestamp='1298568713' post='8431704']

[/quote]
Buyurun. Ateist Sizinlə yazışır. Suallarınızı verin.
P.S. Amma din fanatlarının müzakirədən və fəlsəfi diskussiyadan deyil, ekstremizmdən, fanatizmdən və inamdan doğan suallarına cavab verməyəcəm.

Link to comment
Share on other sites

[b][url="http://almaqezeti.com/?mod=view&id=5338"]Ateizm nədir? - Birinci yazı[/url] , [url="http://almaqezeti.com/?mod=view&id=5357"]Ateizm nədir? - Üçüncü yazı[/url] [/b]- Ateizmlə bağlı yazılmış ən gözəl yazılardan biri. Heyf, ikinci yazını tapa bilmədim saytda. Ateizmin nə olduğunu çox gözəl izah edir. Xatırladım ki, müəllif Ağalar Məmmədovdur.

Link to comment
Share on other sites

[quote name='Sani' timestamp='1298604302' post='8433969']
Buyurun. Ateist Sizinlə yazışır. Suallarınızı verin.

[/quote]

Son illər gənclər arasında ateizmin sürətlə yayılmasının səbəbləri ,əsasən Türkiyədə təhsil alan azəri tələbələrin bu yolu seçmələrinin nəilə izah olunur ? :)

Link to comment
Share on other sites

[quote name='SAPAND' timestamp='1298646367' post='8439601']
Son illər gənclər arasında ateizmin sürətlə yayılmasının səbəbləri ,əsasən Türkiyədə təhsil alan azəri tələbələrin bu yolu seçmələrinin nəilə izah olunur ? :)
[/quote]
Ateizmin yayılmasının səbəbi azad fəlsəfi düşüncənin yayılmasıdır. Əgər fikirlərinə heç bir sərhəd qoymadan düşünürsənsə, əksər hallarda doqmalardan fərqli bir nəticəyə gələcəksən. Əgər kimsə "Nə üçün bir tanrı olmalıdır?", "Əgər tanrı və ya tanrılar yaradıblarsa, onların dinlərə hansı aidiyyatı var?", "Tanrı transsendentaldır, yoxsa immanentaldır?", "Tanrı personaldır, yoxsa impersonaldır?" suallarını özünə içində heç bir çəkinmə olmadan verirsə, həmin adam azad düşüncə yaxın düşüncənin sahibidir.

Link to comment
Share on other sites

[quote name='SAPAND' timestamp='1298646367' post='8439601']
Son illər gənclər arasında ateizmin sürətlə yayılmasının səbəbləri ,əsasən Türkiyədə təhsil alan azəri tələbələrin bu yolu seçmələrinin nəilə izah olunur ? :)
[/quote]

Biz dünyanı o cümələdn də ateizmi və sol nəzəriyyələri yeni kəşf edirik... Nə qədər qəribə olsa da Sovet dövründə biz nə düzəməlli ateizmi öyrəndik, nə kommunizmi, çünki bunlar siyasi rejimin ideologiyası olduqlarından intiligensiya bunları dərinliyinə enmədən, əks görüşləri bilmədən sadəcə tutu-quşu kimi əzbərləyirdi, heç çoxu da ateis-filan deyildi...

Türkiyə ateizmi və onu mənimsəyən sol görüşü 60 larda mənimsədi 70 və 80-lərin ortasına qədər davam etdi... ancaq türk cəmiyyətinin tarixi kimliyindən doğan şüuru və eyni zamanda müsəlman (mühafəzakar kəsimin öz intellektini yetişdirməsi sürətlə solun sonunu gətirdi və ateizmdə burada nöqtələndi... Türkiyədə ən böyük qazanımları Turan Dursun idi ki, bu meydana çıxandan sonra Türk toplumu sürətlə mühafizəkarlaşdı istər sosial alanda, istərsədə siyasi alanda...

Arab dünyasında da aşağı yuxarı bvelə oldu... İndi bizdə bütün yönlərdə 60-70-lərin Türkiyəsindəki proseslər gedir, həm islami sahədə, həm dinsizlərin cəbhəsində...

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1298958660' post='8464722']
[b]Sani siz ilahi qüvvəyə inanırsınızmı?[/b]
[/quote]
Yox. İnanmıram.
İlahi qüvvənin necə olmasını kimsə izah edə bilərmi?

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1298568713' post='8431704']
Bu gün işdə bir ateist tanışımla mübahisəmiz düşdü Allahın varlığı barədə və o mənə Allahın mövcud olmadığını isbat etməyə çalışırdı. Sovet dönəmində böyümüş insan kimi, təbii o vaxtın idealogiyasına əsasən bunu anladmağa çalışırdı. Gətirdiyi heç bir arqument məni qane edə bilmədi və mənə sadəcə bir gəminin misalı yadıma düşdü.

Əgər burada ateist varsa, onların bu barədə fikrini öyrənmək istəyərdim.
[/quote]
Bir kimin ve ya seyin mövcud olmadigini isbat etmek cetindir.

Siz mene isbat ede bilersinizmi Zevs ve Poseydon mövcud deyiller?

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299046229' post='8473655']
məsələn insanı kim yaradıb?
[/quote]
Bilmirəm. Əlimizdə yalnız fərziyyələr və nəzəriyyələr ola bilərlər, faktlar yoxdurlar.
İnsanın necə yaranmasını və ya əmələ gəlməsini bilmiriksə (həmçinin, Siz də bilmirsiniz), bunun ilahi qüvvələrlə hansı əlaqəsi ola bilər ki?
Siz iddia edə bilərsiniz ki, insanın yaranması haqqında məndən fərqli olaraq bilirsiniz, lakin, bu, belə deyil. Siz ən maksimal halda insanın ilahi qüvvə tərəfindən yaradıldığına inana bilərsiniz, amma bilə bilməzsiniz, inam və bilik isə antipoddurlar və fərqlidirlər.

Link to comment
Share on other sites

[quote name='Sani' timestamp='1299104410' post='8482442']

Tutaq ki öldük getdik.Sizin iddia etdiyiniz kimi İlahi qüvvə yoxdursa onda heçnə olmayacaq.Bəs onun varlığını iddia edən tərəf haqlı çıxsa onda halınız necə olacaq?

Link to comment
Share on other sites

[quote name='Junior Sergeant' timestamp='1299157086' post='8487369']
Tutaq ki öldük getdik.Sizin iddia etdiyiniz kimi İlahi qüvvə yoxdursa onda heçnə olmayacaq.Bəs onun varlığını iddia edən tərəf haqlı çıxsa onda halınız necə olacaq?[/quote]
Tutaq ki, hər hansı ilahi qüvvə var. Bəyəm onda ölümdən sonra insana mütləq nəsə olmalıdır? :)

Təsəvvür edin ki, hər hansı insanın yaşayıb-yaşamaması o qüvvənin heç vecinə deyil. İnsan taleyi və s. onu sadəcə maraqlandırmır, bəlkə də heç xəbəri yoxdur ki bu balaca planetdə milyardlarla insan ora-bura qaçır. Və ölümdən sonra yenə də "heç nə olmayacaq" :morqqqq:

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1298568713' post='8431704']
Bu gün işdə bir ateist tanışımla mübahisəmiz düşdü Allahın varlığı barədə və o mənə Allahın mövcud olmadığını isbat etməyə çalışırdı. Sovet dönəmində böyümüş insan kimi, təbii o vaxtın idealogiyasına əsasən bunu anladmağa çalışırdı. Gətirdiyi heç bir arqument məni qane edə bilmədi və mənə sadəcə bir gəminin misalı yadıma düşdü.

Əgər burada ateist varsa, onların bu barədə fikrini öyrənmək istəyərdim.[/quote]
Buşido qardaş yuxarıda çox gözəl qeyd etdi )))

Nəyinsə mövcud olmasını isbat etmək vəzifəsi iddiaçının üzərindədir. Məsələn, mən gözəl gunlərin birində oturmuşam evimdə, dadlı nahardan sonra özümə bir az viski süzüb onu içə-içə siqar çəkib xumarlanıram. Birdən oturduğum yerdə qonşum gəlib mənə deyir ki, göydə gözəgörünməz bir ağsaqqal yaşayır. Və nəinki yaşayır, - yaşasın da, kim nə deyir, - onun məhz mənim nahardan sonra viski içməyimdən və siqar çəkməyimdən xoşu gəlmir. Buna görə də mən belə yaramaz işə son qoymalıyam :)

İndi, bəyəm mənim borcumdur ki həmin asket ağsaqqalın mövcud olmamasını qonşuma sübut edim? Xeyirdimi? Sabah da başqa biri gəlib deyəcək ki, yox, o ağsaqqal deyil, qarasaqqaldır. Viskidən xoşu gəlmir, amma konyak içmək olar. Siqarı isə qəlyanla əvəz etməliyəm :)

Belə tip dialoqlarda mənim ancaq bir işim ola bilər - qonşumun iddialarını "test etmək". O da ki əhvalım yaxşı olarsa. smoke:

Link to comment
Share on other sites

[quote name='Junior Sergeant' timestamp='1299157086' post='8487369']
Tutaq ki öldük getdik.Sizin iddia etdiyiniz kimi İlahi qüvvə yoxdursa onda heçnə olmayacaq.Bəs onun varlığını iddia edən tərəf haqlı çıxsa onda halınız necə olacaq?
[/quote]
Bu tip suallar əsasən qorxu və spekulyativ mənəviyyat üzərində qurulur. Amma ateist dinin və digər metafizik təlimlərin əsassız olmasını bu qədər verdiktlərlə göstərəndən sonra öz ağlına və məntiqinə şübhə etməyəcək ki, belə sual qarşısında aciz qalsın. Tutaq ki, ilahi qüvvənin varlığını iddia edən tərəf haqlı çıxdı. Bunun mənim halımla hansı əlaqəsi var ki?

Link to comment
Share on other sites

[quote name='Sani' timestamp='1299455069' post='8513668']
Bu tip suallar əsasən qorxu və spekulyativ mənəviyyat üzərində qurulur. Amma ateist dinin və digər metafizik təlimlərin əsassız olmasını bu qədər verdiktlərlə göstərəndən sonra öz ağlına və məntiqinə şübhə etməyəcək ki, belə sual qarşısında aciz qalsın. Tutaq ki, ilahi qüvvənin varlığını iddia edən tərəf haqlı çıxdı. Bunun mənim halımla hansı əlaqəsi var ki?
[/quote]
Qorxu?Maraqlıdır.Əslində deyə bilərəm ki insan və cəmiyyətdə bu hiss sevgi hörmət nifrət kimi digər hisslərlə yanaşı müəyyənedici təsirə malikdir.Ac qalmaqdan qorxub işləyirik.Üşüməkdən qorxub qalın geyinirik və s.
Onlar haqlı çıxsalar və onların iddia etdikləri kimi olsa və inkar edənlər cəzalandirilsa sizin halınız necə olacaq?Səhv etmirəmsə siz özünüzü qarşı tərəfə aid edirsiniz.Səhv edirəmsə düzəldin zəhmət olmasa

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1299399158' post='8508602']
Tutaq ki, hər hansı ilahi qüvvə var. Bəyəm onda ölümdən sonra insana mütləq nəsə olmalıdır? :)

Təsəvvür edin ki, hər hansı insanın yaşayıb-yaşamaması o qüvvənin heç vecinə deyil. İnsan taleyi və s. onu sadəcə maraqlandırmır, bəlkə də heç xəbəri yoxdur ki bu balaca planetdə milyardlarla insan ora-bura qaçır. Və ölümdən sonra yenə də "heç nə olmayacaq" :morqqqq:
[/quote]
Sizi başa düşdüm.İndi siz təsəvvür edin ki o qüvvı var və onun sizin dediyiniz kimi milyardlarla ora bura qachanlarin hamisindan çox gözəl xəbəri var və vaxtı gələndə sizin dediklərinizin əksi olacaq bəs onda necə olacaq sizcə?Mən sadəcə soruşuram və mənə dindarların fikirləri ilə yanaşı ateistlərin də fikri maraqlıdır.
ölümdən sonra nəinsə olmasını həmin qüvvənin varlığına inananlar deyirlər.Ölümdən sonra hesab məsələsi.

Link to comment
Share on other sites

[quote name='Sani' timestamp='1299104410' post='8482442']
Bilmirəm. Əlimizdə yalnız fərziyyələr və nəzəriyyələr ola bilərlər, faktlar yoxdurlar.
İnsanın necə yaranmasını və ya əmələ gəlməsini bilmiriksə (həmçinin, Siz də bilmirsiniz), bunun ilahi qüvvələrlə hansı əlaqəsi ola bilər ki?[/quote]
niyə də olmasın ki?

[quote]Siz iddia edə bilərsiniz ki, insanın yaranması haqqında məndən fərqli olaraq bilirsiniz, lakin, bu, belə deyil. Siz ən maksimal halda insanın ilahi qüvvə tərəfindən yaradıldığına inana bilərsiniz, amma bilə bilməzsiniz, inam və bilik isə antipoddurlar və fərqlidirlər.[/quote]
Siz əgər fikirləşirsinizsə insan kənar müdaxilə lmadan öz-özünə yaranıbsa. indiki dövrdə elmin bu cür inkişaf etdiyi dövrdə labaratoriyalara niyə insan yarada bilmirlər?

Link to comment
Share on other sites

[quote name='Junior Sergeant' timestamp='1299482598' post='8514862']
Sizi başa düşdüm.İndi siz təsəvvür edin ki o qüvvı var və onun sizin dediyiniz kimi milyardlarla ora bura qachanlarin hamisindan çox gözəl xəbəri var və vaxtı gələndə sizin dediklərinizin əksi olacaq bəs onda necə olacaq sizcə?Mən sadəcə soruşuram və mənə dindarların fikirləri ilə yanaşı ateistlərin də fikri maraqlıdır.
ölümdən sonra nəinsə olmasını həmin qüvvənin varlığına inananlar deyirlər.Ölümdən sonra hesab məsələsi.[/quote]
Bilirsiniz, problem ondadir ki, bizim nə təsəvvür etməyimizdən asılı olmayaraq, bu sadəcə bir təsəvvür olaraq da qalacaq. Digər problem ondadir ki, burda bir-birindən ayrı olan bir neçə məsələ var ki, onların hər biri müstəqil cavab tələb edir.

1) Hər hansı fövqəltəbii, "ilahi" qüvvə varmı? Bilinmir.
2) Varsa, bu qüvvə nədir? Onun təbiəti necədir? Bilinmir.
3) Bu qüvvə həyat zamanı bizim hər birimizə nəzarət edirmi? Bilinmir.
4) Ölümdən sonra bizimlə "məşğul olacaqmı" yoxsa rahat buraxacaq? Bilinmir.
5) Məşğul olacaqsa bu nə formada olacaq? Bilinmir.

Və yalnız bu və buna bənzər suallara dair dəqiq bilgi və cavab olandan sonra artıq xüsusi "haqq-hesab" və "halın necə olması" haqda nəsə demək olar. Bu sualların heç birinə isə dəqiq cavab yoxdur. Var ancaq təsəvvürlər, mülahizələr, inanclar - özü də müxtəlif dinlərin və fəlsəfi cərəyanların çərçivəsində. Bir də var elmi qipotezalar və axtarışlar.

Bəli, inananlar iddia edir ki, hər şey məhz onların inandiği formada olacaq. Axı bu sadəcə bir inamdır. Əsassız, sübutsuz inam. Bu və ya digər səbəblərə görə hər bir insan ona uyğun gələn variantı seçir. Əgər sübut olsaydı, bu artıq bilik olardı. Təsəvvür edin ki, bir müsəlman vəfat etdikdən sonra gözünü açıb özünü Osirisin məhkəməsində və ya Aidin hüzurunda görəcək. Bəlkə də reinkarnasiya edəcək. Və onun ömrü boyu inandığı variant puç olacaq. İnanclı müsəlmanlar deyir ki, bu qətiyyən belə ola bilməz. Mən isə soruşuram hardandır belə əminlik? Hər şey ola bilər. Heç insanın təsəvvür edə bilmədiyi bir formada ola bilər. :D

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299482760' post='8514887']
Siz əgər fikirləşirsinizsə insan kənar müdaxilə lmadan öz-özünə yaranıbsa. indiki dövrdə elmin bu cür inkişaf etdiyi dövrdə labaratoriyalara niyə insan yarada bilmirlər?[/quote]
Əvvəla açıqlayın görək "laboratoriyada insan yaratmaq" deyəndə siz nə nəzərdə tutursunuz?

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1299485783' post='8515328']
Əvvəla açıqlayın görək "laboratoriyada insan yaratmaq" deyəndə siz nə nəzərdə tutursunuz?
[/quote]
deyirəm ki, əgər canlılar öz-özünə yaranıblarsa , bəs indi niyə yaranmır? Özünüz canlı yarada bilərsinizmi?

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299486618' post='8515460']
deyirəm ki, əgər canlılar öz-özünə yaranıblarsa , bəs indi niyə yaranmır? Özünüz canlı yarada bilərsinizmi?[/quote]
Siz bir anlıqa "şüurlu yaradıcı" kateqoriyasını və "hər bir şeyin mütləq bir yaradıcısı olmalıdır" fikrini qoyun kənara və məsələyə başqa bucaqdan baxın.

Heç təkamül nəzəriyyəsi belə iddia etmir ki, canlılar öz-özünə, təsadüfən yaranıblar. Bəli, elm hələ həyatın necə yaranması sirrini tam aça bilməmişdir. Lakin həyat yaranandan sonra prosesin necə getməsi və müxtəlif canlı formalarının necə yaranması mexanizmlərini izah etmək mümkündür. Təsadüfən heç nə baş vermir. Prosesin qanunauyğunluqları var. Qenetika, seleksiya haqqında eşitmisiniz? Laboratoriyada elə yeni virus [u]yaratmaq [/u]olar ki, ondan əvvəl belə forma heç mövcud olmayıb. Mən hələ yeni bitki sortları, heyvan cinslərini demirəm. Burda insan məhz yaradıcı rolunda çıxış edir. Əlbəttə, siz "yaradıcı" sözünə başqa məna qoya bilər və deyə bilərsiniz ki, bu "yaratmaq" deyil. Belədirsə, onda "yaratmaq" deyəndə nə nəzərdə tutursunuz?

"İndi bəs niyə yaranmır" soruşursunuz :) Necə bəyəm - indi canlılar yaranmır? Yer kürəsində həyat başlayandan bəri milyonlarla il ərzində müxtəlif həyat formaları yaranıb, məhv olub, bir formadan digərinə keçib. Bu proses indi də davam edir. Düşünün ki, yer üzündə mövcud olmuş yuz minlərlə canlı növü ümumiyyətlə məhv olub gedib. İstisna deyil ki, vaxt gələcək və bizim indi öyrəşdiyimiz flora və fauna formaları da başqaları ilə əvəz olunacaq. Elə insanlar qarışıq. Bu təbii prosesdir.

Biz hamımız təbiətin, bizi əhatə edən canlı aləmin bir hissəsiyik. Bu aləm özünün qanunları üzrə yaşayır və dəyişir. O nə xeyirxahdır, nə qəddar, nə mərhəmətlidir, nə də əzabverici. O sadəcə movcuddur. Və bu aləmdə mütləq hansısa bir "şüur" axtarmaq insana xas bir keyfiyyətdir. Amma rəhmətlik Laplas demişkən, bu hipoteza olmadan da belə çöx gözəl keçinmək olar :)

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1299488320' post='8515729']
Siz bir anlıqa "şüurlu yaradıcı" kateqoriyasını və "hər bir şeyin mütləq bir yaradıcısı olmalıdır" fikrini qoyun kənara və məsələyə başqa bucaqdan baxın.

Heç təkamül nəzəriyyəsi belə iddia etmir ki, canlılar öz-özünə, təsadüfən yaranıblar. Bəli, elm hələ həyatın necə yaranması sirrini tam aça bilməmişdir. Lakin həyat yaranandan sonra prosesin necə getməsi və müxtəlif canlı formalarının necə yaranması mexanizmlərini izah etmək mümkündür. Təsadüfən heç nə baş vermir. Prosesin qanunauyğunluqları var. Qenetika, seleksiya haqqında eşitmisiniz? Laboratoriyada elə yeni virus [u]yaratmaq [/u]olar ki, ondan əvvəl belə forma heç mövcud olmayıb. Mən hələ yeni bitki sortları, heyvan cinslərini demirəm. Burda insan məhz yaradıcı rolunda çıxış edir. Əlbəttə, siz "yaradıcı" sözünə başqa məna qoya bilər və deyə bilərsiniz ki, bu "yaratmaq" deyil. Belədirsə, onda "yaratmaq" deyəndə nə nəzərdə tutursunuz?[/quote]

Belə çıxır ki, hər bir canlının yardan var?

[quote]"İndi bəs niyə yaranmır" soruşursunuz :) Necə bəyəm - indi canlılar yaranmır?[/quote]
xeyr yaranmır ! göstərin öz-özünə təkamül yolu ilə yaranan canlını

[quote]Yer kürəsində həyat başlayandan bəri milyonlarla il ərzində müxtəlif həyat formaları yaranıb, məhv olub, bir formadan digərinə keçib. [/quote]
xeyr keçməyib əgər olubsa dinozavrlardan əvvəlki canlını göstərin ki, o axırda dönüb dinozavr olub

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299489023' post='8515836']
Belə çıxır ki, hər bir canlının yardan var?

xeyr yaranmır ! göstərin öz-özünə təkamül yolu ilə yaranan canlını[/quote]
Axı mən sizdən xahiş etdim ki, bir anlıqa "süurlu yaradan" kateqoriyasını qoyasınız qıraqa. Bu məntiqin axırı yoxdur. Çünki bu yolla uzaqa getsək, qaçılmaz olaraq sual ortaya çıxacaq ki bəs yaradanı kim yaradıb? :) Təkamül yolu ilə yaranan canlıları görmək üçün isə ətrafınıza baxmaq kifayətdir. Əgər görmək istəmirsinizsə, onda bu tamam basqa məsələdir.

[quote name='dizel1984' timestamp='1299489023' post='8515836']
xeyr keçməyib əgər olubsa dinozavrlardan əvvəlki canlını göstərin ki, o axırda dönüb dinozavr olub[/quote]
:D Kembri partlayışı haqqında eşitmisiniz? İnternetdə məlumat çoxdur - rica edirəm özünüz bir az əziyyət çəkin və oxuyun. Paralel olaraq isə, Burgess Shale (Бёрджесский сланец) haqqında da oxuyun. Əminəm ki, sizin üçün maraqlı olacaq.

Link to comment
Share on other sites

[quote name='Junior Sergeant' timestamp='1299482396' post='8514826']
Qorxu?Maraqlıdır.Əslində deyə bilərəm ki insan və cəmiyyətdə bu hiss sevgi hörmət nifrət kimi digər hisslərlə yanaşı müəyyənedici təsirə malikdir.Ac qalmaqdan qorxub işləyirik.Üşüməkdən qorxub qalın geyinirik və s.
Onlar haqlı çıxsalar və onların iddia etdikləri kimi olsa və inkar edənlər cəzalandirilsa sizin halınız necə olacaq?Səhv etmirəmsə siz özünüzü qarşı tərəfə aid edirsiniz.Səhv edirəmsə düzəldin zəhmət olmasa
[/quote]
Ac qalmaqdan qorxub işləmirik, həyatımızı təmin etmək üçün işləyirik. Ac qalmaq realdır, ac qalırıq, bilirik ki, acırıq, və bunu görürük. İlahi qüvvə isə sadəcə bir teoriyadır, mən düşüncələrimi qorxuya dəyişə bilmərəm hansısa teoriyaya görə. Hələ üstəlik həmin teoriyaya görə hansısa cəzalandırıcı, cəza verməkdən həzz alan ilahlar peyda olmalı olsalar. Sual yaranır ki, niyə cəza verməlidir? Sadizmə meyli var, yoxsa digər səbəb?

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299490928' post='8516116']
http://www.darvinizminsonu.com/2010/07/kembri-fosillrinin-70-il-gizldilmsi.html
bunu deyirsiz?
[/quote]
Mənim boynumda nə Darvinə inanmağa borc var, nə allaha. Mən məlum olmayan bir şeyi axtarmaqda borclu deyiləm, elmə məlum olmayan bir şey məni narahat etmir, ələxsus da bunun həyati əhəmiyyəti də yoxdur, yenə hansısa bir xəstəliyin müalicəsində istifadə olunan dərman kəşf olunsa idi, başqa məsələ.

Link to comment
Share on other sites

Mene evveller ele gelirdi ki, yer uzunde tam Allaha inanmayan insan yoxdu.Meselen, men ozum hech bir dini qebul etmirem. Fikirleshirem ki, dini insanlar ozleri icad edibler. amma dushunurem ki, bizi yaradan bir quvve var ve biz onu Allah adlandiririq.

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299490928' post='8516116']
[url="http://www.darvinizminsonu.com/2010/07/kembri-fosillrinin-70-il-gizldilmsi.html"]http://www.darvinizm...gizldilmsi.html[/url]
bunu deyirsiz?[/quote]
Bəli, mövzu baxımından bunu deyirəm, amma əlbəttə ki, sizin linkdəki "a-la Harun Yahya" məqaləsi heç də, yumşaq desək, uğurlu seçim deyil :)

Link to comment
Share on other sites

[quote name='Kukuruza' timestamp='1299502692' post='8517916']
Mene evveller ele gelirdi ki, yer uzunde tam Allaha inanmayan insan yoxdu.Meselen, men ozum hech bir dini qebul etmirem. Fikirleshirem ki, dini insanlar ozleri icad edibler. amma dushunurem ki, bizi yaradan bir quvve var ve biz onu Allah adlandiririq.
[/quote]
Bəs o allahın keyfiyyətləri haqqında nə demək olar? Allah transsendentaldır, yoxsa immanentaldır? Allahın şəxsiyyəti var, yoxsa yoxdur? Allah yer üzündəki hadisələrə qarışır, yoxsa yox? Allah təkdir, yoxsa allahlar var? Panteist nəzəriyyəyə uyğundur, yoxsa deist və ya teist? Bütün bu suallara cavablar yoxdur axı.

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1299490928' post='8516116']
http://www.darvinizminsonu.com/2010/07/kembri-fosillrinin-70-il-gizldilmsi.html
bunu deyirsiz?
[/quote]

bu "eser"leri bu shexs yazir)))))))))

http://www.youtube.com/watch?v=rgGVJVX09T4

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1298722444' post='8445183']
Biz dünyanı o cümələdn də ateizmi və sol nəzəriyyələri yeni kəşf edirik... Nə qədər qəribə olsa da Sovet dövründə biz nə düzəməlli ateizmi öyrəndik, nə kommunizmi, çünki bunlar siyasi rejimin ideologiyası olduqlarından intiligensiya bunları dərinliyinə enmədən, əks görüşləri bilmədən sadəcə tutu-quşu kimi əzbərləyirdi, heç çoxu da ateis-filan deyildi...

Türkiyə ateizmi və onu mənimsəyən sol görüşü 60 larda mənimsədi 70 və 80-lərin ortasına qədər davam etdi... ancaq türk cəmiyyətinin tarixi kimliyindən doğan şüuru və eyni zamanda müsəlman (mühafəzakar kəsimin öz intellektini yetişdirməsi sürətlə solun sonunu gətirdi və ateizmdə burada nöqtələndi... Türkiyədə ən böyük qazanımları Turan Dursun idi ki, bu meydana çıxandan sonra Türk toplumu sürətlə mühafizəkarlaşdı istər sosial alanda, istərsədə siyasi alanda...

Arab dünyasında da aşağı yuxarı bvelə oldu... İndi bizdə bütün yönlərdə 60-70-lərin Türkiyəsindəki proseslər gedir, həm islami sahədə, həm dinsizlərin cəbhəsində...
[/quote]
Ətrafli ,və ola bilsinki mənimçün son dərəcə maraqlı fikirləriniz üçün təşəkür edirəm .
Mən radikallıqdan iyrənirəm . Həm dindardan , həm ateistdən .Savadlı həm dindarın , həmdə ateistin qarşısında baş əyirəm .Sual ortaya çıxır : [b]Onda mən kiməm [/b]? :unsure:

Link to comment
Share on other sites

Paco: səni bu bölümdə yandırmayıblar hələ? (od, qazan, plazma halı)
Bəlkə deizmə keçərsən, hər iki tərəflə ortaq dil taparsan :morqqqq:

Link to comment
Share on other sites

Elə bizim gücümüz də bilikdədir :devil:

Müşahidələrim göstərir ki, bir qayda olaraq, ateist olan adamlar dinşünaslığı, dünya tarixini, fəlsəfəni, dinlərin tarixini və təbiət elmlərini əksər dindarlardan yaxşı bilir. Mən hələ ömrümdə savadsız ateist görməmişəm, amma nə qədər desən bisavad dindar görmüşəm.

P.S. Bir-iki qonşu mövzuya baxdım. Eyni dinə mənsub olan adamlar arasında nifrət, söyüş, istehza gördüm. Cılız, xırdaçı mübahisələr gördüm... Və bu daha universal nifrətin hələ çox kiçik bir parçasıdır. Sonra soruşurlar ki niyə "dinsizlərin" sayı artır... :facepalm:

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 17 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 162 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Red Heart
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...