Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Donuz əti niyə haramdır?

Recommended Posts

[quote name='Abu-Salahuddin' timestamp='1304197855' post='8980330']
Bəlkə birinin spirtli içkilər xoşuna gəlir, deyirsiz oda alkaqolik olsun? yazıq deyil, özüdə olmasa ailəsi )))
[/quote]
Siz yemeyinizin icmeyinizin heddini bilmirsinizse, bilenler var ve icki icende de bilirler ne icirler ve ne qeder icirler. Bunu durub uzun uzadi zoqquldatmagin ne menasi var ki.

Link to comment
Share on other sites

[quote name='Sani' timestamp='1304227604' post='8980991']
Siz yemeyinizin icmeyinizin heddini bilmirsinizse, bilenler var ve icki icende de bilirler ne icirler ve ne qeder icirler. Bunu durub uzun uzadi zoqquldatmagin ne menasi var ki.
[/quote]
Mən deyəsən sizin yaralı ağrıyan yerinizəm, özdə zoqqulduyan yara.
İçgi içənlərin çoxu bu həddə riayət edə bilmir nədənsə. Dag kimi oğlanları kloun kimi oynadan, ictimaiyyət içərisində pazor edən içgidə nə kimi xeyirlər var insan üçün? O vaxt yadımdadı biri girdi metroya, içmişdi ödü ağzına gəlirdi zornan özünü saxlayırdı. Birdən özünü saxlaya bilmədi partlayış oldu, qusdu batırdi hər yeri. Hətta ətrafındakı camaatda bulaşdı. :looool: Sonrada utandığından elə o qusmağın içində yerindəcə oturdu tərpənmədən. O formadada axra kimi getdi. Haramın axrı budur. Belə ki yeməklər zövqnən olmalıdır ancaq halal buyrulan məhsullarnan.

Link to comment
Share on other sites

[quote name='Abu-Salahuddin' timestamp='1303856280' post='8943114']
[b]Əfqanlar heç yaşamırlarmış ki[/b] :)
Deyirsən donuz əti yesinlər ömürləri uzansın?
lap gülməli söhbətdi, uşaq uşaq söhbətlərə baş qoşmuyun.
[/quote]

Donuz eti yeyenler imkan verir ki yashasinlar?:morqqqq:

PS Yuxaridaki regemlere donuzyeyenler Efganistandan cixandan sonra baxariq:morqqqq:

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1301858444' post='8732205']
Hansı tanrı? Dionis və Baxus deyir ki, olar. Sizinki deyir olmaz. Kim haqlıdır? Sizinki? Niyə? Mən deyirəm Dionis düz deyir. Və bütün şərab içməyənləri o dünyada haqq-hesab edəcək. Ona görə də nə qədər gec deyil şərab için. Yoxsa atəşə atılacaqsınız. İndi sübut edin ki Dionis yoxdur və o bizi mühakimə etməyəcək :devil:

Hər gün yer üzündə yuz minlərlə ata sərxoş vəziyyətdə evə qayıdır və yoldaşı ilə uşaqlarını döyür. Bu vəziyyət gündən günə davam edir. Uşaqları bəzən döyüb öldürür belə atalar. Balaların da imdad yeri yoxdur. Deməli allah bütün bunları sadəcə seyr edir və gözləyir ki sonra - vaxt gələndə həmin atanı mühakimə etsin. Eybi yox, qoy lap hər gün gəlsin yazıq uşaqları döysün - haqq-hesabı sonra çəkəcəm. Bu nə allahdır belə sizdən soruşuram? Balaca uşaqların günahı nədir? Ataları üçün imtahan olmaq? Siz belə allaha inanırsınız?
[/quote]
Sizin sözünüzdən belə çıxır ki siz ateistsiz. Sizə bir məsəl danışım hardasa off top olsa belə. Günlərin bir günü biri gəlir bərbərin yanına saçını qırxdırmağa. Bərbər söhbət edə edə işinə başlayır, ordan burdan, axırı başlayır dindən danışmağa. Deyir ki Allah yoxdur, camaatı elə dolayırlar (əstəgfirullah). Adam nə qədər bərbərə deyir ki ay qardaş vallah düz danışmırsan. Bərbər deyir ki, bax dostum Allah olsaydı, birbelə zavallı insanlar, yazıqlar, kasıblar, bədbəxtlər və s. olmazdı. Allah hamıya əl tutradı və hamı şad xürrəm olardı. Necə olur ki, əgər Allah varsa, Allah öz bəndələrinə bunu etmir? Adam söz tapmır və saçını qırxdırıb çölə çıxır. Bu vaxt görür ki, yolla iki nəfər gedir, üz gözləri saçları uzanıb, tükün və çirkin içindədir. Tez qayıdır içəri və bərbərə deyir ki, bu dünyada bərbər yoxdur. Bərbər təəccüblə deyir, necə yəni yoxdur, bəs mən burda nəyəmç görürsən ki varam. Adam deyir yoox, sənin məntiqinlə əgər dünyada bərbər olsaydı, dünyada üzü tüklü saçları uzanmış adamlar olmazdı. Bərbər deyir axı mən nə edim ki onlar gəlmirlər yanıma? Adam cavab verir ki, bəs problem də ondadır ki, Allah insanların ona tərəf gəlməsini istəyir, amma insanlar gəlmirsə...
Donuz əti məsələsinə gəlincə. Donuz əti niyə haramdır, bunu bilmirəm. Tibbi izahda da bir birini inkar edən müxtəlif faktlar var. Amma bildiyim bir şey var. Hər şeyin doğru olduğu, 20-əsr texnologiyaları ilə müəyyən edilən, atmosfer təbəqələri, dənizlərin suyunun qarışmaması, yerin fırlanması, Big Bang nəzəriyyəsi, uşağın cinsinin kişidən asılılığı və sair fikirlərin yer aldığı Quranda donuz əti boş və mənasız bir səbəbdən qadağan edilə bilməz. Mütləq bunun bir əsası vardır. Ona görə də donuz ətini yemirəm. Yalnız məcburiyyət qarşısında yemək günah sayılmaz.

Link to comment
Share on other sites

Əzizim [b]Scorpio_1[/b], siz deyəsən gənc allahsevərlər dərnəyinin üzvüsünüz :D

Bu bərbər misalı artıq 100 ilin bit basmış misalıdır. Siz bu məsələ mənə deyən N-ci insansınız. Əgər özünüz bu əhvalatın məntiqi analizini aparsanız, görərsiniz ki, bu əhvalatı uyduranın psixiatrik klinikada yoxlanmasına ehtiyac var. :agilversin:

O ki qaldı Quran "möcüzələri"nə, xahiş edirəm "Quran möcüzələri" mövzusunu oxuyasınız - bu barədə fikirlərimi orda bildirmişəm. Quranda quldarlığa da icazə var. Sizin məntiqlə yanaşsaq, onda gərək deyək ki, quldarlığın da mütləq əsası olmalıdır. Amma bunun heç bir əsası yoxdur və erkən orta əsr insanlarının geridəqalmış düşüncəsinin əksidir. Müasir həyatınızı tunc dövrü nağılları əsasında qurmayın - siz bundan üstün olmalısınız.

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1304350920' post='8993857']

Mən heç bir dərnəyin üzvü deyiləm, nə də ifrat dindar deyiləm. Sadəcə oxuyub inanıram, və bacardığım qədər nəfsimə hakim olub əməl etməyə çalışıram. İçki içmirəm, donuz yemirəm, gücüm çatanda bir yetimə yazığa kömək etməyi də özümə borc bilirəm. Amma bəzi günahlar da var ki onları işləyirəm, bu məsələdə hələ ki nəfsimə hakim ola bilməmişəm.
Quldarlıq heç də Quranda bəyənilən bir şey hesab edilmir. Əksinə Quranda daim qulların azad edilməsindən danışılır. Siz Qurandan hər hansı bir sitat gətirə bilərsizmi ki, quldarlığı zəruri sayıb təbliğ etsin? Yox. Çünki elə bir ayə yoxdur. Belə şey yalnız bəzi hədislərdə var ki, bu da yalnız əsir alınmış düşmən əsgərinə aiddir. Quranda bu barədə belə yazılır.
Quran belə buyurur:
Ayələr və sitatlar: Hədid surəsi, ayə 25: Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.

Və Muhəmməd surəsi, ayə 47: "(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz."

Amma Sünnətdə ( hədislərdə) iki daha başqa yol da göstərilir. Biri budur ki, əgər tutulmuş əsirin diri qalması İslam və müsəlmanlıar üçün qorxuludursa onu öldürün və ikinci yol isə budur ki, onu qul tutun.
Qısacası, dəqiq bilmədiyiniz şeyləri deməməyiniz daha yaxşı olardı...

Link to comment
Share on other sites

Ən böyük quldar - elə sizin inandığınız ərəb ilahıdır. O insanlara öz qulları və mülkü kimi baxır və onlarla müvafiq tərzdə rəftar edir. Bəlkə də belə münasibıt kiminsə xoşuna gəlir. Amma mənim xöşuma gəlmir - mən belə allahı rədd edirəm.

2:178 - qulu qulun əvəzinə öldürə bilərsiniz.

4:92 - qul öldürülmüş möminin bahasına azad edilməlidir. Bu da qulun nə qədər əzgin vəziyyətdə olduğunu göstərir. Qul bir əmtəə kimi baxılır. Tutalım bu hal yoxdur. Deməli qul elə sahibinə qul olmaqda davam edə bilər - buna da normal baxılır.

8:41 - döyüş qəniməti haqda bəhs edir. Qənimətə tutulmuş qullar və kənizlər də daxil idi. Qənimətin beşdə biri allaha, peyğəmbərə və onun qohum-əqrabasına aid idi. Bu ayədən istifadə edərək, digər ölkələri istila edərək və islamı yayaraq, ərəb işğalçıları çox gözəl istifadə edirdilər. Tarixi oxuyun - məsələn məmlülər haqda...

16:75 - başqasının qulu olan bir qul özünə verdiyimiz ruzidən gizli və aşkar sərf edən birisi ilə eyni ola bilərmi...?

Və sairə və sairə. İslam dünyasında quldarlıq, kənizlərin və qulların alınıb-satıldığı bazarlar daim vardı - elə tarixi oxumanız kifayətdir. Bu da nəyə əsaslanırdı? Qurana və islam kanonlarına...

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1304454962' post='9006120']

Dediklərinizə baxaq. Faktla danışmağı xoşlayıram, göstərdiyiniz faktlara baxaq.
Əl-Bəqərə, 178: [b]Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!
[/b]Bu əyədə qulun aşağı kasta olması qəbul edilir ki, bəli bu həmin dövrdə elə idi. Amma bu təbliğ və ya bu halın bəyənilməsi deyil. Bu ixtilafın böyüməsinin qarşısının alınması, mövcud quruluşa görə ədalət prinsipləridir. Sizcə burda deyilməli idi ki, qulun əvəzinə adamın nəslin kəsmək lazımdır ya necə? Həmçinin diqqət etdizsə burda müəyyən bir şey müqabilində bağışlanmada var ki, bu da mərhəmətin təbliğidir. Ümumiyyətlə Quranda çox şey tədricən qadağan edilir, birdəfəlik sərt qadağa qoymur ki insanlar bu qadağaları qəbul edə bilsinlər. Qısacası ayədən çıxardığınız hərfi məna düzgün deyil. Qəbul edirsizmi ki bu ayə quldarlığı təbliğ etmir? Amma səmimi olaq.

Nisa surəsi, 92: [url="http://www.facebook.com/sharer.php?u=http%3A%2F%2Fquran.az%2Fquran%2Fshare%2F13057&src=sp"][/url] [b]Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[/b][b]
[/b]Baxaq. Bu ayədə möminlərin öldürülməsi pislənilir. Və yenə də quldarlığın təbliği haqda yox, qulun azad edilməsi haqda yazılıb. Qulun əzgin vəziyyətdə olması məlumdur və Quranda bu həmin dövr nəzərə alınmaqla yazılıb. Qula əmtəə kimi baxılmır, sadəcə həmin dövrə uyğun olan ədalət prinsipləri təbliğ edilir. Həmin dövrdə bütün qullar azad edilsin, hamı bərabərdir kimi fikirlər Quranda olsaydı, insanlara bunu o vaxt qəbul edə bilməzdi. Çünki hər şeyin öz vaxtı var, onların o vaxt başqa quruluş haqqında təsəvvürləri belə yox idi. Məsələn bu gün hər hansı bir din gəlsə və utopik sosializm təbliğ edsə sözsüz ki kimsə buna getməz. Üstəlik də ayənin sonunda "azad etməyə qul tapa bilməzsə" ifadəsi var ki, bəlkə də bu bir gün qulların azad olacağı, quruluşun dəyişəcəyinin əvvəlcədən söylənməsidir. Qısacası sizin o vaxt Quran quldarlıq qurluşunun dəyişilməsi inqilabini istəməliydi fikriniz yanlışdır, çünki bu asan bir proses deyildi və ona görə də Quranda quldarlığın yumşaldılması fikirləri var. Bu fikrimlə də razısızmi?

Ənfal surəsi, 42:[b](Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!

[/b]Kənizlərin və qulların bura daxil olduğunu harda icad etdiz? Burda elə bir şey yazılmayıb. Əgər elə bir şey olardısa da, bu yenə də həmin dövrün qaydalarına uyğun idi. Yenə deyirəm, Quran insanların qəbul edə biləcəyi tərzdə yazılıb, qəbul edilməsi çətin olan heç nəyi birdəfəlik sərt şəkildə qadağan etmir. Üstəlik də burda Bədr günü haqqında söhbət gedir. İndi ərəblər bundan necə istifadə ediblər, bu tamamilə başqa söhbətin mövzusudur.

Nəhl surəsi, 16: [b]Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tərif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!
[/b]Burda söhbət məsəldən gedir, mənanın içindən sözün oğurlanaması düzgün deyil. Və müqayisə də tamamilə düzgün müqayisədir. Bundan əvvəlki və sonrakı ayələrdə müşriklər, inanmayanlar, bütlər barədə söhbət gedir. Və məsəl da tam buna müvafiq çəkilib. Burda quldarlığın təbliği yoxdur. Qəbul edirsizmi?

Və axırda yazmısız ki, bazarlar vardı və ya nəsə vardı və kimsə nə iləsi özünə bəraət qazandırırdı. Mən bazarlar haqda yox sırf Quran haqda yazdım, müzakirəmiz də bu barədədir. Qul bazarı isə tamamilə başqa məsələdir.

Link to comment
Share on other sites

[quote name='Scorpio_1' timestamp='1304485552' post='9007328']
Bu əyədə qulun aşağı kasta olması qəbul edilir ki, bəli bu həmin dövrdə elə idi. Amma bu təbliğ və ya bu halın bəyənilməsi deyil. Bu ixtilafın böyüməsinin qarşısının alınması, mövcud quruluşa görə ədalət prinsipləridir. Sizcə burda deyilməli idi ki, qulun əvəzinə adamın nəslin kəsmək lazımdır ya necə? Həmçinin diqqət etdizsə burda müəyyən bir şey müqabilində bağışlanmada var ki, bu da mərhəmətin təbliğidir. Ümumiyyətlə Quranda çox şey tədricən qadağan edilir, birdəfəlik sərt qadağa qoymur ki insanlar bu qadağaları qəbul edə bilsinlər. Qısacası ayədən çıxardığınız hərfi məna düzgün deyil. Qəbul edirsizmi ki bu ayə quldarlığı təbliğ etmir? Amma səmimi olaq.[/quote]
Əgər bir şey qadağan edilirsə, bu aydın deyilir. Məs. içki, donuz əti və zina. Bir şey qadağan edilmirsə, deməli bu qəbuledilən və normaldır. Allah quldarlığı qadağan etmir, əksinə, bu adəti tənzimləyən bəzi əmrlər verir. Deməli quldarlığa normal baxır. Əgər allah quldarlıq kimi çirkin əməli bəyənməsəydi, bunu qadağan edərdi. Məntiq var ya yox?

İkincisi, siz bəyəm bu ayədən görmürsünüz ki, qulun qul əvəzinə öldürülməsinə sanksiya verilir? Bəli, bu ədalətdir. Amma erkən orta əsr ərəb tayfa şüurundakı ədalət. Başqa sözlə, barbarlıq. Necə yəni o dövrdə? Quran hər zaman üçün göndərilən universal kitab deyil bəyəm? Quldarlıq sadəcə ona görə ortadan qalxıb ki, bəşəriyyət inkişaf edib, insan hüquqları yaranıb - bu da dindarların deyil, sekulyarizmin qələbəsi olub. Əgər biz elə feodalizmdə qalsaydıq, bu ayə lap yerinə düşən olardı. Onda siz "o dövr - bu dövr" deməzdiniz.

[quote]Baxaq. Bu ayədə möminlərin öldürülməsi pislənilir. Və yenə də quldarlığın təbliği haqda yox, qulun azad edilməsi haqda yazılıb. Qulun əzgin vəziyyətdə olması məlumdur və Quranda bu həmin dövr nəzərə alınmaqla yazılıb. Qula əmtəə kimi baxılmır, sadəcə həmin dövrə uyğun olan ədalət prinsipləri təbliğ edilir. Həmin dövrdə bütün qullar azad edilsin, hamı bərabərdir kimi fikirlər Quranda olsaydı, insanlara bunu o vaxt qəbul edə bilməzdi. Çünki hər şeyin öz vaxtı var, onların o vaxt başqa quruluş haqqında təsəvvürləri belə yox idi. Məsələn bu gün hər hansı bir din gəlsə və utopik sosializm təbliğ edsə sözsüz ki kimsə buna getməz. Üstəlik də ayənin sonunda "azad etməyə qul tapa bilməzsə" ifadəsi var ki, bəlkə də bu bir gün qulların azad olacağı, quruluşun dəyişəcəyinin əvvəlcədən söylənməsidir. Qısacası sizin o vaxt Quran quldarlıq qurluşunun dəyişilməsi inqilabini istəməliydi fikriniz yanlışdır, çünki bu asan bir proses deyildi və ona görə də Quranda quldarlığın yumşaldılması fikirləri var. Bu fikrimlə də razısızmi?[/quote]
Məncə siz "mömin qul" sözünü görməməzliyə vurursunuz. Burda söhbət məhz [u]mömin quldan[/u] gedir. Digər qullar elə əsarətdə qalsalar da olar - onlar heyvan kimi şeylərdir. Başqa maraqlı məqam budur ki, ayəyə görə hətta möminlər də qul ola bilərlər. Özü də mənanı dəyişməyin - qulun azadlığa buraxılması burda fəzilətli əməl deyil, sadəcə kəffarə kimi şeydir. "Azadlığa buraxmağa qul tapmasanız" - söhbət yenə də [u]mömin quldan[/u] gedir - bax yuxarı. Mənim üçün Quran bütün dövrlər üçün eyni mesaj verən kitabdır. Quldarlığın yalnız o dövr üçün olması - bu sizin uydurmanızdır. Bunu Quran deyir? Nəyə əsasən bunu iddia edirsiniz?

[quote]Kənizlərin və qulların bura daxil olduğunu harda icad etdiz? Burda elə bir şey yazılmayıb. Əgər elə bir şey olardısa da, bu yenə də həmin dövrün qaydalarına uyğun idi. Yenə deyirəm, Quran insanların qəbul edə biləcəyi tərzdə yazılıb, qəbul edilməsi çətin olan heç nəyi birdəfəlik sərt şəkildə qadağan etmir. Üstəlik də burda Bədr günü haqqında söhbət gedir. İndi ərəblər bundan necə istifadə ediblər, bu tamamilə başqa söhbətin mövzusudur.[/quote]
Sadə məntiqlə düşünə bilirsiniz? Tarixi filmləri görmüsünüz? Bir qoşun bir yeri tutanda qənimət olaraq nə götürürdü? Pul, qızıl-gümüş, mal-heyvan və qul-kəniz. Bu elə by default qənimətə daxildir. Burda nəsə qeyri-adi bir şey var? Allah da qənimət içində [u]qullar tutmağa sanksiya verir[/u]. Mən sizə yenə də deyirəm ki Quranda quldarlığın o dövrə aid olması digər dövrlərə aid olmaması sizin öz düşüncənizdir. Birdəki bu allahın ədalətsizliyini bir daha çox gözəl göstərir - sizin sözünüzdən elə çıxır ki, o bunu qadağan etməməklə əslində icazə verir ki bu çirkinlik hələ əsrlərlə davam etsin. Budur bəndələri sevən və mərhəmətli allah?

[quote]Və axırda yazmısız ki, bazarlar vardı və ya nəsə vardı və kimsə nə iləsi özünə bəraət qazandırırdı. Mən bazarlar haqda yox sırf Quran haqda yazdım, müzakirəmiz də bu barədədir. Qul bazarı isə tamamilə başqa məsələdir.[/quote]
Siz nədən danışırsınız? Sizcə orta əsrlərdə mollalar qulları necə alıb-satmaq haqda fitvalar və instruksiyalar vermirdilər? Bu barədə şəriət qanunları yox idi? Nəyə əsaslanırdılar bu adamlar? Dinə! Ona görə də bu məsələləri bir-birindən ayırmaq düzgün deyil.

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1304490225' post='9008198']
Əgər bir şey qadağan edilirsə, bu aydın deyilir. Məs. içki, donuz əti və zina. Bir şey qadağan edilmirsə, deməli bu qəbuledilən və normaldır. Allah quldarlığı qadağan etmir, əksinə, bu adəti tənzimləyən bəzi əmrlər verir. Deməli quldarlığa normal baxır. Əgər allah quldarlıq kimi çirkin əməli bəyənməsəydi, bunu qadağan edərdi. Məntiq var ya yox?

İkincisi, siz bəyəm bu ayədən görmürsünüz ki, qulun qul əvəzinə öldürülməsinə sanksiya verilir? Bəli, bu ədalətdir. Amma erkən orta əsr ərəb tayfa şüurundakı ədalət. Başqa sözlə, barbarlıq. Necə yəni o dövrdə? Quran hər zaman üçün göndərilən universal kitab deyil bəyəm? Quldarlıq sadəcə ona görə ortadan qalxıb ki, bəşəriyyət inkişaf edib, insan hüquqları yaranıb - bu da dindarların deyil, sekulyarizmin qələbəsi olub. Əgər biz elə feodalizmdə qalsaydıq, bu ayə lap yerinə düşən olardı. Onda siz "o dövr - bu dövr" deməzdiniz.

Məncə siz "mömin qul" sözünü görməməzliyə vurursunuz. Burda söhbət məhz [u]mömin quldan[/u] gedir. Digər qullar elə əsarətdə qalsalar da olar - onlar heyvan kimi şeylərdir. Başqa maraqlı məqam budur ki, ayəyə görə hətta möminlər də qul ola bilərlər. Özü də mənanı dəyişməyin - qulun azadlığa buraxılması burda fəzilətli əməl deyil, sadəcə kəffarə kimi şeydir. "Azadlığa buraxmağa qul tapmasanız" - söhbət yenə də [u]mömin quldan[/u] gedir - bax yuxarı. Mənim üçün Quran bütün dövrlər üçün eyni mesaj verən kitabdır. Quldarlığın yalnız o dövr üçün olması - bu sizin uydurmanızdır. Bunu Quran deyir? Nəyə əsasən bunu iddia edirsiniz?

Sadə məntiqlə düşünə bilirsiniz? Tarixi filmləri görmüsünüz? Bir qoşun bir yeri tutanda qənimət olaraq nə götürürdü? Pul, qızıl-gümüş, mal-heyvan və qul-kəniz. Bu elə by default qənimətə daxildir. Burda nəsə qeyri-adi bir şey var? Allah da qənimət içində [u]qullar tutmağa sanksiya verir[/u]. Mən sizə yenə də deyirəm ki Quranda quldarlığın o dövrə aid olması digər dövrlərə aid olmaması sizin öz düşüncənizdir. Birdəki bu allahın ədalətsizliyini bir daha çox gözəl göstərir - sizin sözünüzdən elə çıxır ki, o bunu qadağan etməməklə əslində icazə verir ki bu çirkinlik hələ əsrlərlə davam etsin. Budur bəndələri sevən və mərhəmətli allah?

Siz nədən danışırsınız? Sizcə orta əsrlərdə mollalar qulları necə alıb-satmaq haqda fitvalar və instruksiyalar vermirdilər? Bu barədə şəriət qanunları yox idi? Nəyə əsaslanırdılar bu adamlar? Dinə! Ona görə də bu məsələləri bir-birindən ayırmaq düzgün deyil.
[/quote]

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1304490225' post='9008198']
Əgər bir şey qadağan edilirsə, bu aydın deyilir. Məs. içki, donuz əti və zina. Bir şey qadağan edilmirsə, deməli bu qəbuledilən və normaldır. Allah quldarlığı qadağan etmir, əksinə, bu adəti tənzimləyən bəzi əmrlər verir. Deməli quldarlığa normal baxır. Əgər allah quldarlıq kimi çirkin əməli bəyənməsəydi, bunu qadağan edərdi. Məntiq var ya yox?
[/quote]

Burda məntiq budur ki, İslamda "quldarlıq dağıdılsın" kimi inqilabi fikirlər olsaydı, İslamı yayamaq çətin olardı. O zamanlar həttə içki də birdən birə deyil, tədricən qadağan edilib, İslamın yayılması naminə. Burda mən ehtimal edə bilərəm ki, Allah bir gün quldarlığın məhv olacağını bilirdi və ona görə də inqilabi şeylər yazmırdı. Sadəcə münasibətləri tənzimləyən formada göndərirdi. Və sonda da yazırdı ki, mömin qul tapmasaz...Bunu siz başqa cür qəbul etsəz də, güman ki bu gələcəkdə bir gün qulların olmayacağına işarədir.

[quote]
İkincisi, siz bəyəm bu ayədən görmürsünüz ki, qulun qul əvəzinə öldürülməsinə sanksiya verilir? Bəli, bu ədalətdir. Amma erkən orta əsr ərəb tayfa şüurundakı ədalət. Başqa sözlə, barbarlıq. Necə yəni o dövrdə? Quran hər zaman üçün göndərilən universal kitab deyil bəyəm? Quldarlıq sadəcə ona görə ortadan qalxıb ki, bəşəriyyət inkişaf edib, insan hüquqları yaranıb - bu da dindarların deyil, sekulyarizmin qələbəsi olub. Əgər biz elə feodalizmdə qalsaydıq, bu ayə lap yerinə düşən olardı. Onda siz "o dövr - bu dövr" deməzdiniz.
[/quote]

Ayədə deyilmir ki, qulunuzu öldürdülərsə, mütləq əlinizə xəncər alıb gedib adam öldürün, yoxsa şəriət əldən gedər. Sadəcə öldürmək olmaz deyib, insanların qəbul edə bilməyəcəyi bir şeyi yazmaqdansa daha düzgün qeyd olunub ki, öldürə də bilərsən. Həmçinin sonrakı cümlə mərhəmət təlqin edir ki, nəsə muqabilində bağışlamaq da olar.

[quote]
Məncə siz "mömin qul" sözünü görməməzliyə vurursunuz. Burda söhbət məhz [u]mömin quldan[/u] gedir. Digər qullar elə əsarətdə qalsalar da olar - onlar heyvan kimi şeylərdir. Başqa maraqlı məqam budur ki, ayəyə görə hətta möminlər də qul ola bilərlər. Özü də mənanı dəyişməyin - qulun azadlığa buraxılması burda fəzilətli əməl deyil, sadəcə kəffarə kimi şeydir. "Azadlığa buraxmağa qul tapmasanız" - söhbət yenə də [u]mömin quldan[/u] gedir - bax yuxarı. Mənim üçün Quran bütün dövrlər üçün eyni mesaj verən kitabdır. Quldarlığın yalnız o dövr üçün olması - bu sizin uydurmanızdır. Bunu Quran deyir? Nəyə əsasən bunu iddia edirsiniz?
[/quote]

Razıyam söhbət mömin quldan gedir. Amma mömin kimdir Qurana görə, bunu bilirsizmi? Qurana görə möminlər yaxşı əməl sahibi olanlardır. Qurana görə mömin sayılmayanı mənə ələ gəlir ki bu günkü cəmiyyət də yaxşı birisi kimi saymır və o adamların qul olmağına etiraz etməz. Quran da o adamları önəmsəmir. Mömin olanlar da qul ola bilərlər, o dövrə uyğundur. Əslində qulun azad olunması yaxşı bir əməl sayılır Quranda, çünki bir növ pis iş görmüsənsə yaxşı əməllə o günahı yumağın istənilir. Əl-qərəz qulun azad edilməsinə yaxşı əməl kimi baxılır ki, bu da dolayısıyla quldarlığın əslində yaxşı quruluş olmaması mənasına varır.

[quote]
Sadə məntiqlə düşünə bilirsiniz? Tarixi filmləri görmüsünüz? Bir qoşun bir yeri tutanda qənimət olaraq nə götürürdü? Pul, qızıl-gümüş, mal-heyvan və qul-kəniz. Bu elə by default qənimətə daxildir. Burda nəsə qeyri-adi bir şey var? Allah da qənimət içində [u]qullar tutmağa sanksiya verir[/u]. Mən sizə yenə də deyirəm ki Quranda quldarlığın o dövrə aid olması digər dövrlərə aid olmaması sizin öz düşüncənizdir. Birdəki bu allahın ədalətsizliyini bir daha çox gözəl göstərir - sizin sözünüzdən elə çıxır ki, o bunu qadağan etməməklə əslində icazə verir ki bu çirkinlik hələ əsrlərlə davam etsin. Budur bəndələri sevən və mərhəmətli allah?
[/quote]

Demək ki qənimətin parametrlərindən biri də qul kəniz imiş və default olaraq sıfır olmayan bir qiymət imiş:) Yumor hissiniz pis deyil, amma təəssüf ki yumor hissi ateizmlə qarışıqdır. Belə baxıram ki, sizin fikriniz əsas ona söykənir ki, Quranda "quldarlıq qadağandır" fikri olmalı idi və insanlar da bunu eşidən kimi hamı İslama tərəf yüyürüb İslamı qəbul edəcəkdilər. Sizin fikrinizcə qadağan etmirsə demək ki bəyənir, təqdirəlayiq hesab edir. Yox əzizim, elə deyil, Quran qeyri mümkün şeyləri yazmır, Quran insanların qəbul edə biləcəklərini yazır.

[Quote]
Siz nədən danışırsınız? Sizcə orta əsrlərdə mollalar qulları necə alıb-satmaq haqda fitvalar və instruksiyalar vermirdilər? Bu barədə şəriət qanunları yox idi? Nəyə əsaslanırdılar bu adamlar? Dinə! Ona görə də bu məsələləri bir-birindən ayırmaq düzgün deyil.

[/quote]

Mənim mollalarla işim yoxdur. Molla mənim nəzərimdə yas yerinin tamadasıdır. Onların nəyi nəyə əsaslanıb edirdilər neynirdilər onun bu məsələyə heç aidiyyatı yoxdur. Çünki onların çoxu İslamda olmayan şeylərdən danışırdılar və yaxud da ayələrdən cümlə və ya cümlə fraqmenti oğurlayırdılar.

Nə deyim e, onsuz da nə siz mən deyəni qəbul edəcək deyilsiz, nə də mən siz deyəni. Hərənin özünə görə doğruları və arqumentləri var. Eyni cümləni müxtəlif formada qəbul edə bilərik. Ona görə də bu söhbətimizin limiti sonsuzluqdur..İslamı qəbul edən heç nə itirmir, bu dünyanın 1-2 zövqündən başqa. Qəbul etməyənin itirdikləri isə çoox baha başa gələ bilər..

Link to comment
Share on other sites

Allaha şərik qoşmağ,onun qoyduğu qadağaları araşdırmağ öz günah işdir.Bunu heç bir elmi əsasının olmağını gözləməyin.Əgər Allaha inanırsansa onun haram buyurduğu nemətlər insana qadağan olunur.Donuz ətinin haram olmağının səbəbini elmi araşdırmalara əsaslanmağ lazım deyil.Adi insanda bunu öz gözüylə görür.Öz nəcisinin icində yatıb-duran,oynayan heyvanın əti əlbəttdə hrama olar.Burda paklığdan əsər əlamət yoxdu.Birdə ki bu heyvan kəsilərkən öz cinsiyyət orqanındakı mayeni ( sperma ) qanına qatır.Qorxusunnan.sizcə bu cür heyvanı yeməy olar? ALLAH TƏKDİR!Onun yazdığına pozu yoxdur!Allah hamıya səbir versin!

Link to comment
Share on other sites

  • 3 weeks later...

[quote] arab olkelerinin coxunda umumiyyetle donuz eti satmaq gadagandir. [/quote]

[quote]bu da donuz eti [color="#0000FF"]yeyen olkelerle yemeyen olkelerdeki[/color] insanlarin ortalama omru:[/quote]
hemin ereb olkeleri bu statistikada yemeyen olkeler adi altinda verilib.bu halda sen cumleni basadusmemis danisma.ok ? :)

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1301528375' post='8698364']
Ax, zavallı heyvan... Belə çıxır ki, yazığın yaradılmasının əsas səbəbi 7-ci əsrdə haram elan olunması və növbəti əsrlər ərzində dindar adamlar üçün imtahan testi olmaq idi :D

Maraqlıdır ki, min illər ərzində insanlar donuzu bəsləmiş, ətini yemiş, yağından istifadə etmiş, sonra isə günlərin bir günü allahın ağlına yeni fikir gəlmişdir - gəl əvvəlcə yəhudilərə qadağan edim, 7-ci əsrdə isə müsəlmanlara. İndi mətbəxində donuz ətindən çoxsaylı yeməkləri olar xalqlar var: ukraynalılar, ruslar, ispanlar, almanlar, çinlilər və s. Bu millətlər əsrlər boyu donuz ətindən istifadə etmişlər, indi də edirlər. Müsəlman məntiqi ilə bu xalqlar artıq çoxdan başdan ayağa xəstə olmalı və qenetik olaraq çürüyüb məhv olmalı idi. Amma nədəndə bu baş vermir.

Dini saytlardakı guya tibbi məlumatları oxumaqdansa, götürün özünüz araşdırma aparın. Götürün müsəlman ölkələrini və yuxarıda adın çəkdiyim ölkələri, xəstəliklər statistikasını müqayisə edin (əlbəttə əhali nisbətini də unutmamaq şərtilə) - nəticələrini elmi əsaslandırın və donuz ətini yemək faktoru ilə əlaqələndirin. Özüdə elmi şəkildə - tezislərlə, qrafiklə, diaqramla, statistik məlumatlarla. Onda tutarlı söhbət etmək olar. Yoxsa banal və sırf dini nöqteyi-nəzərdən söhbətlərdir.

3ef5 çox fundamental elmi nəticədir.
[/quote]
3 - Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Maidə 3

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1304461483' post='9006483']
İnsanların mənafeyi naminə böyük Yaradan, donuz əti yeməyə onlara qadağan etdi. İnsanlara bu qadağan haqqında hələ Bibliyada xəbər verilmişdir:

"Onların ətini yeməyin və leşlərinə toxunmayın; onlar sizin üçün murdardırlar"("Bibliya", "Levit" kitabı, 11:8).

Lakin təəssüf ki, insanlar həqiqəti anlamalıdılar, idraklarının səsinə qulaq asmadılar və "öz yolları" ilə getdilər. Həmin yolun hara aparıb çıxardığını isə, gəlin, birlikdə araşdıraq.

Artıq bu gün donuz ətinin insan orqanizminə zərəri barədə inkaredilməz elmi faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq.

Alimlərin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, təkcə ev donuzunun deyil, qabanın da ətini yedikdə, insan trixinellyoz kimi ağır xəstəliyə yoluxur. Bu xəstəliyin törədicisi donuz orqanizmində yaşayan "trixinella" (Trichinella spiralis) adlı parazitdir.

Yoluxmuş donuz ətini yedikdən, adətən 2 -3 həftə sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin hərarəti xeyli yüksəlir, möhkəm baş ağrıları və əzələlərdə ağrılar başlayır, mədə-bağırsaq pozuntuları, ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrətmə müşahidə edilir. Xəstəliyin daha xarakterik əlaməti üzün, xüsusən də göz dəlikləri tamamilə də xalq arasında bu xəstəlik "şişkinlik" adlandırılır.

Bunu da bilmək vacibdir ki, donuz ətindəki xəstəliktörədici "trixinellər" xarici təsirlərə qarşı xeyli davamlıdır.

Onlar hətta - 10ºC temperaturda dondurulmuş ətdə belə yaşayır. Bir vaxtlar hesab edirdilər ki, trixinellər - 35ºC-dən aşağı və +100ºC-dən yuxarı temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, bu cür tövsiyələr tamamilə səmərəsizdir; çünki ətdəki trixinell süfrələrini heç bir üsulla məhv etmək mümkün deyil. Trixinell süfrələri üçün yüksək və aşağı temperaturlarda istənilən üsulla emal prosesləri qətiyyən qorxulu deyil; bu mənada, duzlama və hisəvermə proseslərindən danışmağa belə dəyməz.

Bəzən hətta ölümlə nəticələnən bu cür təhlükəli xəstəlikdən yeganə qorunma üsulu - donuz əti yeməməkdir.

Trixinelldən başqa, donuzların bədənində viruslar da yaşayır və çoxalır. Ensefalit (baş beyin iltihabı) kimi ağır xəstəliyin virusu qansoran həşəratlar vasitəsilə donuzlardan insanlara ötürülür. Yoluxucu ensefalit virusu çox kəskin ağırlaşmalara - üz və ətraf əzələlərinin qıc olmasına, iflicə, udma və tənəffüs pozuntularına, huşun itirilməsinə, psixi pozğunluqlara, çox vaxt isə ölümə səbəb olur.

1999-cu ilin yazında Malayziyada yüksək ölüm səviyyəsi ilə müşayiət olunan ensefalit epidemiyasının yayılsı, bu mənada çox səciyyəvi hadisədir. Ölkə hökuməti əlverişsiz bölgələrdəki bütün donuzların məhv edilməsi haqqında qərar qəbul etdi. Bu zaman 400 000-ə yaxın donuz məhv edildi. əlbəttə, bu, dövlət üçün böyük maddi zərər idi. Amma bütün əhalisi Yaradanın qadağanlarına riayət edən bir ölkədə belə hadisələr baş verə bilməz.

Donuz vasitəsilə insanın yoluxduğu, bundan heç də az təhlükəli

olmayan digər xəstəlik isə listeriozdur. Bu xəstəliyi B. Proteus bakteriyaları törədir. Donuz əti, ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi və satışı ilə məşğul olan ət kombinatı, ictimai yeyinti və ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar.

K. V. Bobrişevin "Allah bu cür müalicə edir" adlı kitabında nəşr edilmiş elmi arayışda, donuz əti yeyən insanların xərçəng kimi dəhşətli bəla ilə xəstələnmə mexanizmi barədə informasiya verilir. Aşağıda həmin kitabdan qısaca sitat göstəririk: "Dünya alimləri donuz hüceyrələrini əsaslı surətdə tədqiq etdikdən sonra belə bir yekdil rəyə gəlmişlər: yağlı donuz hüceyrəsi mədə şirəsində həll olmur; lakin insan orqanizmində yığılaraq sonradan bədxassəli şişə çevrilən yad cisim təşkil edir...", (K. V. Bobrişev, 1996, c. 43).

Oxucunu yormamaq üçün, donuz əti vasitəsilə insanın yoluxduğu digər xəstəliklərin adını sadalamırıq.

Bunlar, donuz ətindən qida kimi istifadə etmək və bunun insan üçün ağır nəticələri ilə bağlı məlumatlar idi. Donuz əti yeyən insanlar bunu da bilməlidirlər ki, donuz ətinin fiziki sağlamlığa zərərli təsiri özünü həmin an deyil, sonradan da büruzə verə bilər.

Donuzların öyrənilməsi ilə bağlı tibb-biologiya elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur. Bunlardan bəzisini sadalayırıq.

Hüceyrə və molekulyar səviyyələrdə aparılan müasir tədqiqatlarla sübut olunmuşdur ki, donuz toxumalarının strukturu insan toxumalarının strukturuna çox yaxındır. Bir çox göstəricilər, xüsusilə qadın tərkibi həzm prosesinin fiziologiyası, hər şeylə qidalanmaq və s. cəhətdən insana digər heyvanlara nisbətən donuz daha çox yaxındır. Bu mənada yalnız meymunlar istisna təşkil edir.

Doğumdan sonrakı ilk günlərdə qadının süd vəzilərindən xaric olan və körpənin immun sisteminin formalaşmasında mühüm rol oynayan süd, bala verən donuzun südü ilə, demək olar ki, eyni amin turşu tərkibinə malikdir.

Donuzlar, insanlara xas olan xəstəliklərlə xəstələnirlər. Bu zaman onlar, elə insanları müalicə etmək üçün istifadə olunan dərman preparatları ilə (həm də təxminən eyni dozalarda) müalicə oluna bilər. Bu oxşarlıqdan istifadə edən tədqiqatçılar, yeni yaradılan dərman preparatlarının dozasını ilk öncə donuzlar üzərində sınaqdan keçirirlər. Radiaktiv və toksik maddələrin insan orqanizminə təsir mexanizmi və nəticələri, donuzlar üzərində keçirilmiş təcrübələr əsasında öyrənilmişdir.

Donuzların orqanizminə alkoqolun təsirinin öyrənilməsi üzrə tibbi-bioloji təcrübələr çox maraqlı nəticələr vermişdir. Tədqiqatlar göstərmişdir ki, həm cavan, həm də yaşlı donuzlar asanlıqla və heç bir məcburiyyət olmadan böyük miqdarda alkoqol qəbul edə bilirlər.

Orqanizmlərində alkoqola qarşı refleks yaranmış "əyyaş donuzlar"ın davranışı bu cür təsvir edilir: "əyyaş donuzlar müəyyən saatlarda ayaqlarının birini götürüb digərini qoyub xortuldayır, səbrsizliklə spirt dolu çanağı gözləyirlər. Həsrəti çəkilən içki görünən kimi, heyvanlar öz payları uğrunda mübarüzəyə başlayır, sonra isə birlikdə bəxtəvər surətdə döşəmənin üstündə tir-tap uzanıb yatırlar".

Xroniki "əyyaş donuzlar"ı öyrənən alimlər müəyyən etmişlər ki, alkoqol donuzların orqanizmini tədricən dağıdır, onların ürək, qara ciyər, böyrək və digər orqanlarına patoloji təsir göstərməklə acınacaqlı nəticələrə gətirib çıxarır.

Donuzlar üzərində aparılmış təcrübələrin nəticələri xroniki "əyyaş donuzlar"la xroniki əyyaş insanların hərəkət və aqibətlərində olan bənzərlikləri nümayiş etdirir. Donuza gəlincə, onun beyni bütün bədən kütləsinin cəmi 0,05%-ni təşkil etdiyindən, sərxoş vəziyyətdə öz davranışına nəzarət edə bilmir və xroniki əyyaşlığın təhlükəsini dərk etmir. İnsan beyni isə, bədən kütləsinin 2%-ni təşkil etdiyindən, o, öz davranışına nəzarət etməli və özünü xronik sərxoşluqdan çəkindirməli idi. Heç olmazsa, bu fərqə görə, şüurlu insan donuz kimi içməməlidir. Bunu da qeyd etməyi zəruri sayırıq ki, sistematik surətdə alkoqol qəbul edərək öz davranışlarında donuzlarla eyniyyət təşkil edən insanlar da az deyillər; çünki onlar böyük Yaradanın başqa bir qadağanını pozurlar. Müqəddəs Quranda həmin qadağan haqqında belə deyilir:

"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (Quran, "Maidə" surəsi, 90-cı ayə).

Oxucuda sual yarana bilər ki, donuz problemini nə üçün bu qədər dəqiqliklə araşdırırıq?

Bu suala elə Miçurinin təcrübələrinə istinad etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir ki, Təbiətdən bəxşişlər gözləməyərək özü ondan nəsə alırdı; həm də bu nəsə, naməlum bir şey olaraq qalmaqdadır... Buna görə də hal-hazırda insanlar nəinki faydası olmayan, hətta çox zaman zərərli olan müxtəlif cür hibrid meyvələr yeyirlər. Bu barədə də sübutlar istənilən qədərdir.

İnsanın Təbiət üzərindəki təcrübələrinin mümkün olan məhvedici nəticələri barədə müəyyən aydınlıq yaratmaq üçün daha bir nadir təcribə ilə tanış olaq və onun nəticələri üzərində düşünək. Elmi ədəbiyyatda təqribən 20-25 min növü əhatə edən birhüceyrəlilər üzərində aparılmış təcrübələr barədə məlumatlar mövcuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsindən ibarət idi. Nəticə heyranedici oldu: digər növdən olan birhüceyrəliyini yemiş birhüceyrəlidə, öz "yem"inə məxsus irsi əlamətlər əmələ gəlmişdi.

Bundan nə nəticə çıxarmaq olar?

Məntiq sadə, nəticə isə birmənalıdır: bir fərdin özünəbənzər digər fərdi yeməsi ilə irsi əlamətlərin bir fərddən digərinə ötürülməsi baş vermişdi. Bu zaman xromosomlar həzmetmə prosesində qida məhsullarının

mənimsənilməsi ilə örtülürdü. Birhüceyrəli orqanizmlər üzərində aparılmış təcrübənin və birhüceyrəlilər arasındakı qarşılıqlı münasibətlərin modelini mürəkkəb sistemli orqanizmlər, xüsusi halda insan və donuz orqanizmləri üzərinə köçürək və fərziyyə irəli sürək:

"İnsanlara donuz əti ilə qidalanmaq, donuzların orqan və toxumalarını transplantiya etmək qadağan olunmalıdır; çünki bu zaman ien mutasiyası təhlukəsi mövcuddur".

Donuz əti yeyənlərin çoxu bu mövqe ilə razılaşmayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, "onda, mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz".

Lakin bu, qətiyyən belə deyil.

Əlbəttə, inək, qoyun, toyuq orqanizmlərində də hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal zamanı məhv olur. Lakin donuz parazitləri - trixinellər, qeyd edildiyi kimi, emal zamanı məhv olmur. Hətta əgər donuz parazitləri, donuz ətinin emalı prosesində məhv edilsəydilər belə, donuz orqanlarının köçürülməsi zamanı həmin parazitlər məhv olmazdı; çünki transplantasiyada praktiki olaraq canlı toxumalar köçürülür.

Amma məsələ tamamilə başqa şeydədir. Araşdırılan məsələnin əsasını bu sual təşkil edir: bəlkə donuzların orqan və toxumaları vasitəsilə ksenotrasplantasiya problemlərinin həllinə yönəldilmiş metod və vasitələr axtarmaq lazımdır?

Zənnimcə, bu, lazım deyil. əldə olan əsas - çoxsaylı elmi tədqiqatlardan göründüyü kimi, insan və donuzların genetik kodlarının bir-birinə çox oxşar olmasıdır. Dünyada bircə nəfər alim tapmaq mümkün deyildir ki, bu cür riskli təcrübələr zamanı mutasiya prosesinin imkansızlığına təminat versin.

Bunlar, belə demək mümkünsə, sırf bəşəri mülahizələrdir və onlarda səhv də ola bilər; 100 faizlik təminat yoxdur.

Lakin məsələ insani düşüncəsinə yox, böyük Yaradanın buyuruqlarına aid olduqda, bəşəri mülahizə və hərəkətlərdə risk mənasızdır.

Böyük Yaradanın Quran və Bibliyadakı sözlərini oxuculara bir daha xatırladırıq:

"...Donuz əti... sizə haram edildi..." (Quran, "Maidə" surəsi, 3-cü ayə). "Onların ətini yeməyin və leşlərinə toxunmayın; onlar sizin üçün murdardır" ("Bibliya", "Levit" kitabı, 11:8).

Oxuculara xatırladaq ki, bunlar Allahın bütün bəşəriyyətə və bütün zamanlar üçün buyurduğu sözlərdir.

"İlahi əczaxanın dərmanları" adlı kitabda nəşr edilmiş təmiz və natəmiz (murdar) ətlər barəsindəki müasir elmi məlumatlar barədə informasiyanı təqdim edirik. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə təmiz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən ətdə olan bütün substansiyaları (əsas maddələri) çıxararaq, onlarla acıpaxla əkinlərini gübrələmişlər. Təcrübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvanların ətindən çəkilmiş şirə bitki əkinlərinin artımına mane olmamışdır; donuz ətindən elə həmin texnologiya əsasında çəkilmiş şirə isə əkinlər üçün zəhərli olmuşdur. (Yan Şuls, Edita Uberquber - "İlahi əczaхananın dərmanları", MÇP "Anfas", Kiyev, 1994, s. 24).

Allahın qadağanları insanlar üçün mütləq həqiqət olmalıdır. əgər Böyük Yaradan insana donuz əti yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu yeməyin. Lakin əgər insan, Böyük Yaradana qulaq asmayıb donuz əti yeyir və şeytanın təhriklərinə uyursa, bu halda Allah tərəfindən ciddi cəzalanmaq təhlükəsi altına düşür. Demək, daha yaxşı olar ki, insan bu qadağana əməl etsin, həm də tərəddüdsüz surətdə. İnsan bilməli və yadda saxlamalıdır ki, donuz əti yeməklə onun mənəviyyatına dəyən ziyan, onun sağlamlığına dəyən ziyandan daha artıqdır.

Axı, kim deyə bilər ki, haram ət yeməklə insanın başına nələr gələ bilər?

Axı, Böyük Allaha qulaq asmamaq və onun qadağan etdiyi donuz ətini yeməklə insanların genetik kodunda müəyyən dəyişikliklər və irəlicədən bilinməyən mutasiyalar baş verə bilər. Bəşəriyyət isə bunu bütövlükdə dərk etmək iqtidarında deyil...

Düşünün: Ağıllı insanın bir tikə donuz budu, yaxud ətindən hazırlanmış sosiska, kolbasa yemək naminə öz həyatı bahasına risk etməsinə dəyərmi
[/quote]
ALLAH-ın Salamı olsun!
Hörmətli İslami Nur zəhmət çəkib apardığınız araşdırmalar üçün ALLAH sizdən razı olsun !
Siz sadəcə olaraq ALLAH bunu qadağan edib onun üçün də,yemirik desəydiniz daha doğru olardı,nəinki,ALLAH-ın nə üçün qadağan etdiyini,yəni ALLAH-ın əmrini müzakirə etməklə məşğul olmağınız!
Sizə bu sahənin mütəxəssisi kimi deyim ki,xəstəliklərə və termiki emalla məhv olmayan parazit və mikroblara görə iri buynuzlu heyvanlar donuzlardan heç də geri qalmır!
Məsələn qarayara mikrobu -bakteriyası spor əmələ gətirdikdə.hətta saatlarla şaqqa-şaq qaynatsanızda məhv olmur!Torpaqda yüz illər qala bilir!Finnoz adlı parazit demək olar ki,trixinelyozla eyni xüsusiyyətlərə malikdir.Yəni onlar da əzələnin dərin qatlarında yaşayır,inkapsulyasiya edərək dözümlülüyünü artırır!Və bu parazit iri buynuzlu heyvanların orqanizmində parazitlik edir!
Qadağanlar bunlara görə deyil.Hətta ətin keyfiyyətində də deyil-donuz əti daha zərifdir!Kolbasa və sosiska onsuz quru və dadsız alınır!Məsələ ALLAH-ın bizə ,yəni inananlara qadağasındadır-lap donuz əti məcundur,can dərmanıdır,ALLAH-Mövlamız onu qadağan edibsə,vəsSalam![b]M Ö V L A M I Z ![/b]biz Onu övladlarımızdan,valideynlərimizdən,mal-dövlətimizdən və malik olduğumuz hər bir şeydən çox istəməliyik!

Link to comment
Share on other sites

Əgər bir şey qadağan edilirsə, bu aydın deyilir. Məs. içki, donuz əti və zina. Bir şey qadağan edilmirsə, deməli bu qəbuledilən və normaldır. Allah quldarlığı qadağan etmir, əksinə, bu adəti tənzimləyən bəzi əmrlər verir. Deməli quldarlığa normal baxır. Əgər allah quldarlıq kimi çirkin əməli bəyənməsəydi, bunu qadağan edərdi. Məntiq var ya yox?

İkincisi, siz bəyəm bu ayədən görmürsünüz ki, qulun qul əvəzinə öldürülməsinə sanksiya verilir? Bəli, bu ədalətdir. Amma erkən orta əsr ərəb tayfa şüurundakı ədalət. Başqa sözlə, barbarlıq. Necə yəni o dövrdə? Quran hər zaman üçün göndərilən universal kitab deyil bəyəm? Quldarlıq sadəcə ona görə ortadan qalxıb ki, bəşəriyyət inkişaf edib, insan hüquqları yaranıb - bu da dindarların deyil, sekulyarizmin qələbəsi olub. Əgər biz elə feodalizmdə qalsaydıq, bu ayə lap yerinə düşən olardı. Onda siz "o dövr - bu dövr" deməzdiniz.

Məncə siz "mömin qul" sözünü görməməzliyə vurursunuz. Burda söhbət məhz [u]mömin quldan[/u] gedir. Digər qullar elə əsarətdə qalsalar da olar - onlar heyvan kimi şeylərdir. Başqa maraqlı məqam budur ki, ayəyə görə hətta möminlər də qul ola bilərlər. Özü də mənanı dəyişməyin - qulun azadlığa buraxılması burda fəzilətli əməl deyil, sadəcə kəffarə kimi şeydir. "Azadlığa buraxmağa qul tapmasanız" - söhbət yenə də [u]mömin quldan[/u] gedir - bax yuxarı. Mənim üçün Quran bütün dövrlər üçün eyni mesaj verən kitabdır. Quldarlığın yalnız o dövr üçün olması - bu sizin uydurmanızdır. Bunu Quran deyir? Nəyə əsasən bunu iddia edirsiniz?

Sadə məntiqlə düşünə bilirsiniz? Tarixi filmləri görmüsünüz? Bir qoşun bir yeri tutanda qənimət olaraq nə götürürdü? Pul, qızıl-gümüş, mal-heyvan və qul-kəniz. Bu elə by default qənimətə daxildir. Burda nəsə qeyri-adi bir şey var? Allah da qənimət içində [u]qullar tutmağa sanksiya verir[/u]. Mən sizə yenə də deyirəm ki Quranda quldarlığın o dövrə aid olması digər dövrlərə aid olmaması sizin öz düşüncənizdir. Birdəki bu allahın ədalətsizliyini bir daha çox gözəl göstərir - sizin sözünüzdən elə çıxır ki, o bunu qadağan etməməklə əslində icazə verir ki bu çirkinlik hələ əsrlərlə davam etsin. Budur bəndələri sevən və mərhəmətli allah?

Siz nədən danışırsınız? Sizcə orta əsrlərdə mollalar qulları necə alıb-satmaq haqda fitvalar və instruksiyalar vermirdilər? Bu barədə şəriət qanunları yox idi? Nəyə əsaslanırdılar bu adamlar? Dinə! Ona görə də bu məsələləri bir-birindən ayırmaq düzgün deyil.
[/quote]
[b]ALLAH-ın Salamı olsun!
Ey Pako-itmiş bratva təmsilçisi!Əgər tapılsanız,gəlin mən sizə oxuduğunuz "geydirmə"təfsir tərcümələrin əvəzində sırf təmiz,süzülmüş,"orjinal" ALLAH ayələrini öyrədim,bəlkə mömin oldunuz![/b][img]http://yoursmileys.ru/tsmile/say/t1414.gif[/img]

Link to comment
Share on other sites

Donuz əti niyə haram sayılıb ? İsti ölkə , qaynanmamış su ,mədə pozğunluğu haqda eşitmişəm .Əlavələr mənimçün maraqlıdır . :unsure:
Ateist və neytiral mövqedəkilərin mülahizələri mənimçün maraqlı olardı .
Dindarların fikirləri təbiki birmənalıdır . ..

Link to comment
Share on other sites

[quote name='SAPAND' timestamp='1306594380' post='9221175']
Donuz əti niyə haram sayılıb ? İsti ölkə , qaynanmamış su ,mədə pozğunluğu haqda eşitmişəm .Əlavələr mənimçün maraqlıdır . :unsure:
Ateist və neytiral mövqedəkilərin mülahizələri mənimçün maraqlı olardı .
Dindarların fikirləri təbiki birmənalıdır . ..
[/quote]

Menim bildiyim sehv ola biler, amma duzu bu meselenin derinine gedib, heqiqeti uze chixartmaqda maraqli olmamisham. Babam deyir ki, donuz ele bir heyvandir ki, isti gunesh altinda onun derisinin altindaki pis qatinda zeherli maddaler ifraz olunur ki, donuzu kesib, yediyin zaman et mede pozgunlugu, zeherlenme yaradir. Men bele bilirem. Amma yene de deyirem ki, sehv deye bilerem.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...

Bütün müsəlmanlardan və yahudilərdən üzr istəyirəm, lakin hər hansısa bir yemək növünün haram olmağını heç cür qəbul etmirəm.

Ola bilsin ki, isti iqlimli ölkələrdə tez korlanan qida məhsulları "xaram" buyrulub, lakin misal üçün, soyuq iqlimli yerlərdə çox yağlı qida məhsulları inslanları soyuqdan və xəstəliklərdən qoruyur.

Misal üçün, Arktikaya yaxın sahələrdə yaşayan eskimoslar və s. Onların əsas gidaları - su aslanlarıdı, su itləridi, sonla vəhşi ceyranlardı - bu heyvanların əti çox yağlıdır. Bu yağ isə o soyuq yerlərdə yaşayan insanlar üçün enerji mənbəyidir.

Ona görə bu "haram" "halal" məsələsinin heç bir elmi əsası yoxdur heç bir zaman olada bilməz.

Link to comment
Share on other sites

[quote]Bir çoxları bundan xəbərsiz olsalar da, İncildə aşkar şəkildə donuz əti yemək qadağan edilib: «Lakin gövşəyən, yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: …Donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır» (İncil. Levililər – fəsil 11: 4, 7-8).[/quote]
Axı niyə islamı təbliq edən azərbaycan dilli yuzerlərin çoxu - hərdən dəhşətli savadsızlıq nümaiş etdirirlər.

Qardaş, Levililər - bu Tövratın hissəsidir. Əhti-Ətiq Kitabındadır.
İncil isə - Əhdi-Cədidin hissəsidir.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1311406804' post='9634471']
basa dusmursen basivi ise sal,,daha ne govdende gezdirirsen!!!Cammaata agil vermirem,soz direm ki bir az dusunsun!! Her seye gore men moderatora agiz acmiram!!Agsaqqalliga qalsa lazim olan yerde lazimi anda sozuvi dimelisen...ola bilsin sizler bele davranirsiz,lap bir sey yadima dusdu...
ingilis deyir ki meni soyseler polise diyerem ve s....
[/quote]
ay qardas eseblesme,,hec bilmirler ne danisirlar..Qerbin abu havasi insanlarin ruhuna artiq isleyir.....Mesajlara baxiram...sanki bir soz yadima dusdu...sogan yememisen icin niye goynuyur???

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1311406804' post='9634471']
basa dusmursen basivi ise sal,,daha ne govdende gezdirirsen!!!Cammaata agil vermirem,soz direm ki bir az dusunsun!! Her seye gore men moderatora agiz acmiram!!Agsaqqalliga qalsa lazim olan yerde lazimi anda sozuvi dimelisen...ola bilsin sizler bele davranirsiz,lap bir sey yadima dusdu...
ingilis deyir ki meni soyseler polise diyerem ve s....
[/quote]
Mən heç olmasa gövdəmin üstündə nə isə gəzdirirəm sizdən fərqli olaraq. Sənin dediyin sözə ,ağsaqqal məsləhətinə isə bizim ehtiyacımız yoxdur. Evdə uşaqlarına verərsən tərbiyəni və ağsaqqallığını da edərsən.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1311366801' post='9632982']
salam aleykum
molla dimekle neyi nezerde tutursan ?
bundan elave bele sekil qoymaqla ozuvi ucuzlasdirma!!!
sisib elemek bilmirem amma sismisense kopuvi alaramhaaa....
adamsan adam kimi muzakire ele..dogru duzgun muzakire aparmaq istemirsense senin dilinde senle danisaram yoxsa!!!!
komputer arxasindan dimdik atma!!dimdiyivi qiraram!!
agilli ol!!!
[/quote]
Sen get tap Manaf Süleymanovun “Eşitdiklərim,oxuduqlarım,gördüklərim” kitabını tap oxu .Sənin kimi fanatlara keçən əsrin əvvələrində türklərin necə "dərs" verdiyin görərsən .. :D

[quote name='DVB-S2' timestamp='1311401363' post='9633940']
Başa düşmürəm Siz bu forumda köp alansınız ya dimdik qıransınız .Camaata ağıl verincə özünüz bir az ağıllı olun da , forumun moderatoru da drujinnikləri də var sizin köməyinizə ehtiyac yoxdur .Kİminsə postu xoşuvuza gəlmirsə report düyməsinə basa bilərsiniz və yaxud pm-də yazışa bilərsiniz .Daha durub burda ağsaqqallıq eləməyin.
[/quote]

Qadan alem bu kəbleyi elə zənn edirki İranın xamneyisidi , burada İrandı ... :huhh:

Dini fanatizmdən bəhs edən kitablardan başqa digər kitablardan xəbəri yoxdur . "Əgər bu kitabda yazılan quranda varsa deməli lazım deyil bizə , yox əgər yoxdursa burda yazılanlar Quranda deməli küfürdü . Yandırın hamısını " Təxmini belə .. :D

Link to comment
Share on other sites

[quote name='215KL2' timestamp='1311671878' post='9653327']
Mövzuya aid bir dənə rolik məndən ))

[media]http://www.youtube.com/watch?v=zc4m2NEEMfY&feature=player_embedded#at=74[/media]
[/quote]

Tövbə , əstəfurullah . :blink:
Piryamoy Cəhənnəmə vizit kartına bənzər bir postdur ... :P

Link to comment
Share on other sites

  • 7 months later...

[quote name='Islami Nur_313' timestamp='1311578621' post='9644484']
a bala usaq usaq danisma...gorurem ki beynin qacib,,bir soz var qasinmaq istiyeni qasiyarlar...zeng ele 0558683396...seni toyda indi gor nece tamada edirem hele ustelik ifa da eliyessen))zeng ele birce...Elhemdu Lillah ali tehsilliyem ve elmim de var ve artiriram...senin yazilarindan aydin olur ki bileceriden o terefe kecmemisen..ona gore de agilli ol...
agilli ol agilli ol ki deyerli olasan ...
[/quote]

Rəqsanə " mən seni gormek istesem hara gelim" [img]http://img.dispute.az//public/style_emoticons/default/looll.gif[/img]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
        • Haha
      • 41 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Milli
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 321 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
        • Sad
      • 190 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 28 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 92 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 46 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...