Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"NİYYƏT" Samir Kərimoğlunun filmi


Recommended Posts

“Niyyət”in qələbəsi

“Bakı Mədəniyyət Paytaxtı” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində “Niyyət” bədii filminin nümayişi baş tutdu.

“Niyyət” tammetrajlı bədii filmi kinorejissor Samir Kərimoğlunun kinosevərlərə təqdim etdiyi sayca 3-cü ekran əsəridir.

Psixoloji dram janrında çəkilən bu filmin süjet xətti kamil insan anlayışına mənsub olan faktorları səmimi, ülvi hisslər, təhsil və dinlə əlaqələndirir.

Filmin ümumi fonu, müxtəlif rakurslu çəkilişləri, məntiqi dəyərləri ilə tamaşaçıları nəfəs çəkmədən finaladək izləməyə məcbur etdi.

Kinorejissor Samir Kərimoğlu digər filmləri də psixoloji janrda işlədiyinə görə, zəngin təxəyyülünü vizual təhlilə çevirərək, onu düşündürən məsələləri emosional formada tamaşaçıya çatdırmaq bacarığını bir daha göstərdi. Sənədli və bədii təsvirlərin ardınca həmin kadrların psixoloji şərhi düzgün müəyyənləşdirilərək məntiqi mənasını təsdiqləyirdi.

Filmin çəkilişləri Bakı və Səudiyyə Ərəbistanının Məkkə şəhərində aparılmışdır. Filmin Bədii Rəhbəri Oscar Mükafatı Laureatı Rüstəm İbrahimbəyovdur.

Filmdə baş rollarda Fuad AxundovRövşən Məmmədli çəkilib. Digər rollarda isə Əməkdar Artist Münəvvər Əliyeva, Nahidə Əliyeva və başqaları çəkiliblər.

http://www.youtube.com/watch?v=zjX_9a-SPQ0&feature=related

Link to comment
Share on other sites

Rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə aldığı “Niyyət” filmi “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək.

Lent.az-a verilən məlumata görə, seçim turunu uğurla keçən film sentyabr ayında keçiriləcək festivalın tammetrajlı filmlər bölməsində mübarizə aparacaq. Ən maraqlı məqam isə “Qızıl minbər” tarixində ilk dəfə olaraq filmin festivaldan öncə xüsusi mükafata layiq görülməsidir. Belə ki, festivalın təşkilat komitəsi “Niyyət” filmini “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edib.

2010-cu ildə premyerası gerçəkləşən filmdə baş rolları Fuad Axundov, Rövşən Məmmədov, Münəvvər Əliyeva və Naidə Əliyeva oynayır.

Xatırladaq ki, ekran əsəri 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.

Xəyalə Muradlı

Samir Kərimoğlu

Link to comment
Share on other sites

FUAD AXUNDOV:

“Bəxtinə inanan bəxtəvərdir!”

Hələlik bu ad sizə heç nə demir... Amma inanın ki, onunla heç olmasa bircə dəfə görüşsəniz, obrazı uzun müddət yaddaşınızdan

silinməyəcək. İnanılmaz dərəcədə harizmatik şəxsiyyət, ziyalı insan və cazibədar kişi! İlk dəfə onun şəklini görəndə ağlımdan məhz bu fikirlər keçdi. Bir ildən sonra isə mənə onunla canlı ünsiyyət qurmaq xoşbəxtliyi də nəsib oldu. Sən demə, o təkcə məndə yox, həm də kinematoqrafiya, yaradıcılıq, bir sözlə, incəsənətdən yaxşı baş çıxaran insanlarda da xoş təəssürat yarada bilib. Onun istedadı daşlaşmış çərçivələri aşıb, lazımi anda, uyğun olan yerdə özünü büruzə verib. Məhz qeyri-peşəkar aktyor olan Fuad Axundov gənc kinorejissor Samir Kərimoğlunun “Niyyət” adlı tammetrajlı filmində baş rola təsdiqlənib. Bu film nədən bəhs edir? Yalnız onu deyə bilərəm ki, bizdə xeyli vaxtdır ki, belə film çəkilməyib. Biz bunu çoxdan gözləyirdik. Siz isə hələlik müsahibəni diqqətlə oxuyun və sözügedən filmin fevral ayında baş tutacaq böyük premyerasını gözləyin...

Fuad, ilk növbədə Sizi kinoda uğurlu debütünüz ilə təbrik edirəm. Bildiyimə görə, bundan əvvəl kinematoqrafiyayla bağlılığınız olmayıb. Kinoya gəlişiniz, necə deyərlər, taleyin hökmüdür.

Lap əvvəldən başlayım ... Aktyor kimi uğur qazanmaq istəyənlər çoxdur, amma hər kəs buna nail ola bilmir. Mən kino həvəskarıyam. Filmin rejissoru Samir Kərimoğlunun bir müddət çalışdığı ofis İçəri Şəhərdə, düz mənim yaşadığım küçədə yerləşir. Amma nədənsə biz heç vaxt qarşılaşmamışdıq. Günlərin bir günü ortaq tanışımızın sayəsində, nəhayət ki, bir-birimizi tanıdıq. Ordan-burdan söhbətləşdik, filmləri müzakirə etdik. Beləcə yavaş-yavaş dostluğumuz yarandı. Bir gün çayxanada oturub çay içirdik, sözarası Samir dedi ki, yeni bir film çəkməyə hazırlaşır. Buna kimi artıq o bir tammetrajlı və mükafata layiq görülmüş qısametrajlı bir film çəkmişdi. İndi isə Mədəniyyət və Turizm Nazirliyi ona növbəti filmin çəkilişi üçün vəsait ayırıb. Ssenari hazır olanda isə Samir bu filmə çəkilməyimi təklif etdi. Bu məni təəccübləndirsə də, fikirləşdim ki, epizodik rolda çəkilmək olar. Amma o bildirdi ki, məni yalnız baş rola çəkmək istəyir. Bu rol üçün ona məhz mənim mimikam, jestlərim gərəkdir. O, baş qəhrəmanı məhz belə görür.

Məncə, bu bir növ risk idi.

Əlbəttə ... Axı mən peşəkar aktyor deyiləm! Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Əcnəbilərlə bağlı müxtəlif dövlət layihələrinin icrasında iştirak etmişəm, bundan başqa, uzun müddət ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı layihələrdə tərcüməçi kimi çalışmışam.

Deməli, siz aktyorluğa idarəetməçilikdən transfer olmuşsunuz?

Belə də demək olar. Ssenarini oxudum və o çox xoşuma gəldi. Sınaq çəkilişlərindən uğurla çıxdım. Bədii Şuraya bütün namizədlər dəvət olunmuşdu. Şuranın üzvləri mənim namizədliyimi rədd etdilər. Onlar Samirə bildirdilər ki, gənc rejissorsan, filmə böyük pullar ayrılıb və öz üzərinə çox böyük məsuliyyət götürürsən . Belədə qeyri-peşəkar bir şəxsi baş rola çəkmək düzgün deyil. Samir isə bildirdi ki, ya Fuad Axundov bu filmdə çəkiləcək, ya da ki, ümumiyyətlə belə bir çəkilişdən imtina edəcək. Bu etimada görə ona hədsiz dərəcədə minnətdaram.

Cəsarətli addımlar yaradıcı işdə həmişə öz bəhrəsini verir. Görünür, rejissor Sizə həqiqətən də, inanıb.

Oynum onun çox xoşuna gəlmişdi. Deyirdi ki, sən mənim qəhrəmanım Cahangirsən. Baş rol üçün dəvət olunan başqa aktyorlarla bağlı heç bir problem olmadı. O, sübut kimi həm peşəkar aktyorların, həm də mənim - bu sahədə heç bir təcrübəsi olmayan insanın sınaq çəkilişlərini nümayiş etdirdi. Ümumiyyətlə, mən gördüyüm hər bir işə peşəkarcasına yanaşıram. Əgər hər hansı bir işlə məşğul oluramsa, onu hamıdan yaxşı görməyə can atıram. Əks halda, bu işə ümumiyyətlə, baş qoşmuram. Sınaq çəkilişlərində də nəyə qadir olduğumu göstərdim. Nəticədə, məni baş rola təsdiq etdilər. Filmin bədii rəhbəri Rüstəm İbrahimbəyova da minnətdaram. O mənim baş rola təsdiqlənməyimi razılıqla qarşıladı.

Rüstəm İbrahimbəyovun razılığını almaq elə qələbə qazanmağa bərabərdir.

Əslində, biz Rüstəm müəllimlə çoxdan tanışıq. 10 il əvvəl onun yanında gısa müddət tərcüməçi kimi çalışmışam. Elə o vaxt Rüstəm müəllim demişdi ki, harizmam onun xoşuna gəlir və nə vaxtsa məni kinoya çəkəcək. O soruşurdu , niyə özümü teatrda sınamıram. Amma o zaman hər şeyə başqa cür baxırdım. Vaxt keçdi və tale mənə “Niyyət” filmində çəkilmək şansını yaratdı. Daha sonra isə Rüstəm müəllim öz filmində məni ikinci plan aktyoru kimi çəkilməyə dəvət etdi. “Kabusun gözləri” adlı həmin film hazırda səslənmə mərhələsindədir. Bu, Azərbaycanla Fransanın birgə layihəsidir. Beləliklə, üstündən 10 il keçəndən sonra Rüstəm İbrahimbəyov necə demişdisə, elə də etdi!

Belə istəyiniz və istedadınız olduğu halda, niyə əvvəlcədən bu sənətlə məşğul olmamışsınız?

Valideynlərimin istəyini daha üstün tutdum. Belə hallar tez-tez baş verir. Bəzən valideynlər övladlarının arzuladığı sənətin dalınca getməsinə qarşı çıxırlar. Ata-anam məni diplomat, səfir görmək istəyirdilər. Mən isə sözəbaxan oğul kimi Dövlət İdarəçilik Akademiyasini əla qiymətlərlə bitirib, müxtəlif işlərdə çalışdım. Amma 30 yaşdan sonra insan öz həyatına başqa cür giymət verməyə başlayır. Bu yaşda mənim də qarşıma belə bir fürsət çıxdı və onu dəyərləndirməyə bilməzdim. Hətta deyərdim ki, mənim üçün bu ağlasığmaz bir hadisə idi : belə bir şans ... böyük film ... sənə inanan gənc rejissor və Rüstəm İbrahimbəyov kimi şəxsiyyətin dəstəyini qazanmaq! Açığını desəm, mən çox tərəddüd edirdim. Bu işdən baş çıxaran insanlarla məsləhətləşdim və onlar mənə dedilər ki, öz şansımdan imtina etməyə haqqım yoxdur. Əgər belə etsəm, ömrüm boyu peşman olacagam. Amma söz yox ki, hər bir işin öz xırdalıqları var. Mən də bütün bunlara qısa müddətdə yiyələnib, bu filmə çəkildim.

Bəs Sizin əsas işiniz necə oldu?

Film çəkilişləri üçün uzunmüddətli məzuniyyət götürməli oldum. Hal hazirda işləyirəm, amma sərbəst şəkildə. Əlbəttə ki, nəyisə qurban verməli olursan. Çəkiliş prosesi çətin olmadı, çünki bu iş mənim xoşuma gəlirdi. Çəkilişlərdən sonra yaxınlarıma deyirdim ki, artıq darıxmağa başlamışam. Hər şey o qədər tez və dinamik baş verdi ki! Biz ötən il çəkilişlərə başladıq. Artıq bir il arxada qaldı. Sanki bu bircə an çəkdi! Yeganə çətinlik gündəlik çəkilişlərin çox uzun sürməsi, bəzən 10-15 saata qədər davam etməsi ilə bağlı idi. Çəkilişlər ya küçədə, ya da ki soyuq pavilyonda aparılırdı. Ancaq bu işə çox bağlandığıma görə mənim üçün bunun heç bir əhəmiyyəti yox idi.

Kinematoqrafiyanın bir o qədər də inkişaf etmədiyi Azərbaycanda özünüzü bu işə həsr etməkdən çəkinmirsiniz ki?

Bəxtim gətirib ki, mən tamamilə bu sahədən asılı vəziyyətdə deyiləm. Maliyyə cəhətdən artıq özümü təsdiqləmişəm. Allah eləsin, mənə yeni rollar versinlər, amma bu olmaya da bilər. Əgər sabah mənə hər hansı bir rol təklif etsələr və ssenarini bəyənməsəm, rahat şəkildə çəkilməkdən imtina edə bilərəm. Elə insanlar var ki, ssenarinin mükəmməlliyi, rejissorun istedadlı olub-olmaması onları bir o qədər də maraqlandırmır və istənilən halda çəkilməyə razılıq verirlər. Çünki onların çörəyi bu işdən çıxır. Mənim isə seçim imkanım var.

Bir az da qəhrəmanınız Cahangir barədə danışın...

Filmdə Xeyir və Şər arasında mübarizə gedir və əlbəttə ki, sonda Xeyir qalib gəlir. Filmin əsas qəhrəmanı Cahangir öz cığırından çıxmış insandır. O, avantüristin, fırıldaqçının biridir. Qadın düşkünüdür, yüngül həyat tərzi keçirir, içki içir, qumar oynayır. Bir sözlə, bu günlə yaşayan və gələcəyi əsla düşünməyən bir insandır. O, ətrafındakı insanları aldadır, Ariflə (filmin qəhrəmanlarından biri – OK!) qarşılaşanda isə onu da öz maxinasiyalarına cəlb etmək istəyir. Cahangir təbiətcə heç də pis insan deyil, sadəcə, o öz yolunu azıb. Cahangir Bakıda anadan olub, institutu qırmızı diplomla bitirib, bir neçə xarici dill bilir, bir sözlə, müasir insandır. Onun bu yola necə düşdüyü isə tamaşaçı üçün garanliq qalır. Məncə, bizim şəhərimizdə “cahangirlər”in sayı kifayət qədərdir. Həyatda belə hallar azmı olur? Bir də görürsən ki, ziyalı ailəsindən çıxmış ağıllı bir oğlan pis işlərə qurşanır. Cahangir Bakı gənclərinin müəyyən bir təbəqəsini özündə təcəssüm etdirən tipajdır.

Arifin evinə içkili halda gəldiyiniz səhnə filmin ən emosional epizodlarından biridir. Bu epizodu oynayanda hansı hissləri keçirdiniz?

Yaxşı sualdır. Həqiqətən də, Ariflə dalaşdığım hissə filmin ən əsas məqamlarından biridir. Ssenarini oxuyanda fikirləşdim ki, əgər o səhnəni oynaya bilsəm, deməli, bu filmə çəkiləcəyəm. Samirdən xahiş etdim ki, sınaq çəkilişində mənə məhz bu səhnəni versin. Bu filmin kulminasiya nöqtəsidir. Bundan əvvəl Cahangirin həyata baxışlarını dəyişən bir neçə hadisə baş verir. O, cəsarətli insandır. Arif isə onun nəzərində zəifin biridir. Filmdə elə hadisələr baş verir ki, mənim qəhrəmanım dalbadal zərbələr alır. Onu da deyim ki, filmdəki bir çox səhnələr realdır. Elə zəvvarların Həccə getməsi səhnəsini götürək... Çəkiliş Azadlıq meydanında aparılıb və həqiqi zəvvarlar lentə alınıb. Yeni il səhnəsini də məhz dekabrın 31-i günü lentə aldıq. Bəxtimiz gətirdi ki, həmin gün qar yağdı və Samir bütün komandanı Yeni İl səhnəsini çəkməyə çağırdı. Biz bütün imkanlardan maksimum yararlanmağa çalışırdıq. Yeni il gecəsini qadınlarla, kefdə-damaqda qeyd etməyə alışan qəhrəmanım bu dəfə bayram axşamı tək-tənha, pulsuz-parasız qalır. Rejissor onun tənhalığını ümumi bayram şənlikləri fonunda yaxşı nümayiş etdirə bilib. İnsanlar sevinir, hər yerdə atəşfəşanlıqdı, mənim qəhrəmanım isə yalquzaq kimi şəhəri tək-tənha dolaşır və içir. Daha sonra isə Cahangir evə gəlib, filmin digər gəhramani Ariflə kəskin rəftar edir. Bu epizodu oynamaq üçün çox səy göstərməli oldum və Samir rejissor kimi öz ustalığınıda gözəl nümayiş etdirə bildi.

“Niyyət” filmini necə xarakterizə edərdiniz? Bu film nədən bəhs edir?

Əsl həyat yolunu azmış və islam dəyərlərinə söykəhəh insanlar arasindaki təzadlardan ... Biz filmdə islam mövzusuna çox incə yanaşdig.

Bu çox müsbət faktordur ki, məhz belə bir film çəkilib və onun vasitəsilə islam dininin mahiyyəti düzgün formada tamaşaçıya çatdırılır.

Tamamilə doğrudur. Xoşbəxtlikdən çəkilişlərlə əlaqədar mən Məkkədə də oldum. Biz son ana qədər ora gedəcəyimizə və orada çəkiliş aparmaq üçün icazə ala biləcəyimizə inanmırdıq. Bu filmə baxan hər kəs çox təsirlənir.

Qəhrəmanınızla Sizin aranızda hər hansı bir ümumi cəhət var?

Mən qumar oynamıram, amma ekstremal idman növləri ilə maraqlanıram. Qayalara dırmaşma, paraşütdan atılma, alpinizmlə məşğul olmuşam. Bütün bunlar riskli idman növləridir. Risk etməyi sevən insanlar isə bu günlə yaşayır və inanırlar ki, onların başına pis bir hadisə gəlməyəcək. Qəhrəmanımla mənim oxşar cəhətim bundan ibarətdir. Qalan məsələlərdə elə bir oxşarlığımız yoxdur.

Filmə hansı ümidlər bəsləyirsiniz?

Qapalı premyeradan sonra tamaşaçıların yaxınlaşıb xoş sözlər söyləməsi məni çox sevindirdi. Bu sadəcə quru təbrik deyildi. Onlar mənə deyirdilər ki, 20 ildir ki, belə bir milli filmə baxmamışdılar, və bu lent Azərbaycan kinosunda yeni bir eranın başlanğıcıdır. Şəxsən Əbülfəz Qarayev məni uğurlu debütümlə bağlı təbrik etdi. Qapalı premyeranın nəticələrinə əsasən, deyə bilərəm ki, tamaşaçılar bu filmi bəyənəcək. Filmin cəmiyyətdə rezonans doğuracağına inanıram.

Gələcək planlarınız necədir?

Biz filmə ingilis subtitrlarinida əlavə etmişik ki, onu geniş ictimaiyyətə 2010-cu ildə təqdim edək. Filmin hansı festivala göndəriləcəyini hələ dəqiq bilmirəm, amma Berlin festivalında iştirak etməyimizi çox istiyərdim. Bundan başqa Moskvada keçirilən “Nika” festivalı da ola bilər.

Məncə bu elə bir filmdir ki, onu hər hansı bir festivala cəsarətlə gondərmək olar.

Bu yaxınlarda Fəxrəddin Manafovdan müsahibə götürmüşdüm. O mənə dedi ki, böyük aktyor olmaq üçün aldatmağı bacarmaq lazımdır. Amma elə aldatmalısan ki, təkcə tamaşaçılar yox, sən özün də bu yalana inanasan. Bəs Siz necə, emosional səhnələri oynayanda özünüzü də buna inandırırsınızmı?

Çəkiliş dövründə Cahangir obrazini daxilən canlandiraraq onu duymağa çalişdim. Bacardığımı etdim ... Mükafat isə o oldu ki, peşəkar bir aktrisa filmin ilk baxışından sonra mənə yaxınlaşıb dedi : “Fuad, Siz çox inandırıcı idiz! Əslində Sizin üstünlüyünüz ondadır ki, Siz rolu oynamırdız. Onu yaşayırdız. Qeyri-peşəkar aktyor üçünsə bu çox vacib və müsbət cəhətdir”.

İstedadı olan və yaradıcılığa başlamaq istəyən, amma müəyyən səbəblərdən dolayı, bunu etməkdən çəkinən gənclərə nə deyə bilərsiniz? İstərdim ki, bu sənətə tamamilə fərqli bir sahədən gələn, bununla belə, uğur qazanmağı bacaran insan kimi onlara öz tövsiyənizi verəsiniz.

Mən bu suala filmdəki qəhrəmanımın sözləri ilə cavab vermək istəyirəm: “Bəxtinə inanan bəxtəvərdir!”. Gərək uğur qazanacağına inanasan. Mən öz uğuruma inanıram. Ola bilər ki, çox ağıllı insan həyatı boyu kimsənin diqqətini çəkmədən yaşasın. Və ya əksinə, ən adi bir insan doğru zamanda doğru yerdə olub, böyük uğur qazana bilər. Bir dəfə uzun müddət Yaponiyada yaşayan bir nəfərlə birlikdə çalışırdım. O mənə deyirdi ki, Fuad, sən ağıllı, istedadlı oğlansan, amma öz yerində deyilsən, həyatda sənin yerin başqadır. Yaponiyada həyatı nərd oyunu ilə müqayisə edirlər. Bizim həyatımız nərd taxtasıdır və orada daşları necə yerləşdirmək sənin fərasətindən, savadından, təcrübəndən asılıdır. Zərlərin necə düşəcəyi isə artıq bəxtinə bağlı olan məsələdir. Məndən qat-qat ağıllı ola bilərsən. Amma sən oyunda həmişə “egan”, mən isə “şeş qoşa” atıramsa, nə qədər əlləşib-vuruşsan da mənə qalib gələ bilməyəcəksən. Bəxt hər kəsin üzünə gülə bilər. Amma bir dəfə yaxşı zər atmaqla da məsələ həll olunmur. Qələbəni əldə saxlamağı bacarmaq lazımdır. Əsas odur ki, insan öz uğuruna inansın və çəkdiyi zəhmətlə onu əlində saxlaya bilsin.

Sonda onu demək istiyərdim ki, bu işdə mənə mənəvi və yaradıcı dayaq olan hər bir kəsə - ailə üzvlərimə, möhtərəm nazir Əbülfəz Qarayevə, Rüstəm İbrahimbəyova, rejissor Samir Kərimoğluna dərin təşəkkürlərimi bildirirəm.

Könül xanim, Sizə və bütün “OK!” jurnalinin heyətinə öz ən xoş arzularimi çatdiriram!

Könül NAĞIYEVA

Link to comment
Share on other sites

Kinorejissor Samir Kərimoğlu digər filmləri də psixoloji janrda işlədiyinə görə, zəngin təxəyyülünü vizual təhlilə çevirərək, onu düşündürən məsələləri emosional formada tamaşaçıya çatdırmaq bacarığını bir daha göstərdi. Sənədli və bədii təsvirlərin ardınca həmin kadrların psixoloji şərhi düzgün müəyyənləşdirilərək məntiqi mənasını təsdiqləyirdi. Məsələn, əsərin qəhrəmanı Cahangir (Fuad Axundov) dindar insan olan Arifi (Rövşən Məmmədli) özünün getdiyi əyri yola dəvət etdikdə Arif, otağın bir hissəsində Kəbə ziyarətgahının şəkli asılmış dar bir yerin pərdəsini çəkərək namazını qılmağa başlayır. Pərdənin arxa fonunda Cahangir daim üstündə gəzdirdiyi içki qabını başına çəkir, öndə isə Arif aydın səslə Allaha səcdə edir. Deməli Cahangir cəmiyyətin qaranlıq tərəfinin təzahürü, səssiz bəlasıdır. Və yaxud da Arifin bacısının, qızı ilə söhbəti kadrını xatırlayaq. Qadın xoşbəxt halda qızı ilə söhbət edir. Tamaşaçı hərəkətdə olan kameranın təqibi ilə personajı izləməyə tam şəkildə macal tapmamış birdən kadrda dəyişiklik yaranır, üstü güzgülü şifonerin içindən qız uşağı çıxaraq yan otağa qaçır. Bu zaman obrazı şifonerin güzgüsündən izlədiyimiz məlum olur. Hadisələrin müxtəlif prizmalardan, dəyişik, maraqlı təsvirlərlə şərhi tamaşaçını cəlb edən amillərdəndir.

Rejissor hadisələri ciddi təhlil edərək filmin ümumi kompozisiyasının canlı təfsirinə nail olmuşdur. Musiqi materiallarının hadisələrlə həmahəng səslənməsi, personajların dəqiq, aydın mizanlardakı ifalarının məntiqli traktovkası, monoloq və dialoqların psixoloji şərhi rejissorun peşəkarlığından xəbər verir. Kadrlardakı lakonik, lakin əhatəli dialoqlar tamaşaçını düşündürməyə, insanın həyatdakı əsl mövqeyini dərk etməyə vadar edir. Cahangir yaraşıqlı, savadlı bir gənc olsa da, cahilliyi onu tənha və meşşan həyat sürməyə alışdırır. Ariflə görüşdükdən və onun saf, təmənnasız yaxşılıqlarını izlədikdən sonra o, təkliyin, yuvasızlığın, həyatdakı mövqesizliyin əsl dəhşət olduğunu anlayır. Kin və əxlaqsızlıqla zirehlənmiş fırıldaqçı Cahangirin mənəvi dünyasını onun mükəmməl təhsili, ailəsi yox, məhz Arifin paklığı, saf niyyəti, məsum görünüşü təmizləyir. Deməli, anlaşılmaz, çətin xarakterli insanların da zəif bir nöqtəsi var. Allaha, ulu yaradana olan məhəbbət və yaxud qorxu hissi. Dinə qayıdış, ağ libas filmdə mənəvi paklıq, saflıq rəmzi kimi verilmişdir.

Filmdə dinə, adət-ənənələrə, böyüklərə və uşaqlara, ümumiyyətlə, insanlara qarşı böyük bir ehtiram hiss olunur.

Filmin ekran həllində ssenarinin mühüm rolu var. Lakin rejissor ideyalarının ekran təzahürü, ümumi kompozisiyanın vizual vəhdəti bəyaz çərçivədəki hadisələrdə tamaşaçının özünü görməsi deməkdir. Bu mənada rejissor yüksək səviyyəli kinematoqrafik tamaşa yaratmışdır. Həyəcanla izlənən kadrların sirayətedici təəssüratına əsasən deyə bilərəm ki, “Niyyət” bədii filmi sıravilikdən çox-çox uzaqda dayanaraq bədii və texniki cəhətdən koloritli ekran əsəri kimi rejissor kredosunu bir daha təsdiqləmiş oldu.

Bir-iki personajla çəkilmiş bu ekran əsərində diqqəti cəlb edən nüanslardan biri də aktyor ansamblının gənc və yeni olması idi. Rejissor onların fərdi istedadlarını ön plana çəkərək, təbii, sərbəst mizanlara üstünlük vermişdir. Aktyorların simasında kamera hərisliyi və poetiklik qətiyyən hiss olunmurdu. Peşəkar kollektivin fərdi istedadları yalnız hadisələrin mahiyyətinin açılmasına yönəlmişdi. Buna da nail olunmuşdu. Belə ki, hadisələrin gərgin, əhəmiyyətli ardıcıllığı, məntiqli mənası aktyor ifasını kölgədə saxlayırdı. Vizual hadisələr tamaşaçıya reallıq qədər yaxın idi. Məsələn, axşamlar yas mərasimlərində qarınlarını doyduran təsadüfi dostlar özləri də bilmədən Cahangirin atasının yas məclisinə gedirlər. Xarakterik simalarla (çadırdakı insanlar) işlənən dinamik kadrlardan məlum olur ki, filmin kulminasiya nöqtəsi məhz burasıdır. Çünki film boyu hadisələri anlaşılmaz hərəkətlərlə idarə edən qəhrəmanın kimliyi məhz, bir kadrda, lakonik ifada, dinamik hərəkətdə, panoramlı çəkilişlə və musiqinin təsvirlə uzlaşması ilə paralel təqdim olunur. Məncə, bu kadrlara istinadən tamaşaçı da qeyri-ixtiyari olaraq öz-özünə “sən kimsən?” sualını verəcək.

Filmdə göstərilən biganəlik, xəyanət, qumarbazlıq, dünya malına hərislik və yaxud da dinə qayıdış, möminlik motivləri ayrı-ayrılıqda böyük bir mövzudur. Lakin bir film daxilində səciyyələndirilən müxtəlif keyfiyyətlərə rejissor tamaşaçını bezdirmədən aydınlıq gətirir. Ümumilikdə bir şəxsdə (Arif) cəmlənən müsbət cəhətlərin qalibiyyəti bütövlükdə İslam dininin, xeyrin qələbəsi kimi göstərilir. “Niyyət” filminə sürəkli alqışlar qazandıran rejissor yaradıcılığı haqqında çox söz demək mümkündür. Ürəkdən arzulayırıq ki, onu yeni nailiyyətlərə ruhlandıran bu alqışların sədası ölkəmizdən uzaqlarda eşidilsin.

Şəhla Bürcəliyeva,

kinoşünas

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 2 weeks later...

Antalya Altın Portakal Film Festivali, Avrupa ve Asya´nın en köklü film festivallerinden biri, ülkemizin ise en eski ve uzun soluklu film festivalidir.

http://www.altinport...programi_2.html

20:30 - 21:55

9 ekim 2011 Antalya

Özdilek Park Avm Cinetime Salon 7

Özet : Arif dindar bir genç adamdır. Günden güne ilerleyen hastalığını hiçe sayarak hayattaki tek hayalini gerçekleştirmek için uğraşmaktadır. Amacı dünya gözüyle hacca gitmek ve kutsal toprakları görmektir. Kumarbaz, çapkın ve üç kağıtçı bir karakter olan Cihangir'in ise hayatta hiç bir amacı yoktur. Bu iki adamın yolları bir kaza sonucu kesişir.

Link to comment
Share on other sites

  • 5 weeks later...
  • 3 weeks later...
  • 1 month later...
  • 1 year later...

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Red Heart
        • Like
      • 38 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 165 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 132 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...