Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Yaşar Nurinin Vəziyyəti Ağırdır


Recommended Posts

Düz deyirsiniz,Seva xanım. Sanki, `uşaqlığımızı itiririk` kimi mənə təsir bağışlayır..Telman Adıgözəlovu itirəndə nədənsə uşaqlığımdan bir parçanın getdiyini hiss elədim..bilmirəm,niyə..Allah köməyi olsun.

Telman Adigozelovun olumu menede ele pis tesir elemishdi ki.Hech olumu ona yarashdirmag olmazdi.Belke hemishe komik rollarda oynadigi uchun,bilmirem....Deyirler evezolunmaz insanlar yoxdur.Mence var,istedadli insanlar,100ilde bir dunyaya gelen dahi insanlar evezolunmazdirlar.Yashar Nurinin adina bir defe olum xeberi chixmishdi.Guya Onda insanin omrune omur calanir .Goy bu primitiv inac dogru olsun.

Link to comment
Share on other sites

Bu dünyada heç bir kəsin ekizi-əvəzi yoxdur; hamı özüdür! Bizim elə insanlara ehtiyacımız var, çünki biz onları sadəcə aktyor ya sənədçi kimi deyil, ilk növbədə yaxın bir insanımız kimi qəbul edirik,sevirik..böyüklük budur,məncə.

Link to comment
Share on other sites

Düz deyirsiniz,Seva xanım. Sanki, `uşaqlığımızı itiririk` kimi mənə təsir bağışlayır..Telman Adıgözəlovu itirəndə nədənsə uşaqlığımdan bir parçanın getdiyini hiss elədim..bilmirəm,niyə..Allah köməyi olsun.

Eyni hissləri mən də keçirmişdim, xəbərləri açıb bu acı xəbəri oxuyanda.

Bu siyahıya Mirzə Babayev, Nəsibə Zeynalova, Məmmədbağır Bağırzadə, Anar Məmmədxanovu da əlavə etmək istəyərdim. Yəni mənim dövrümə təsadüf edən itkiləri qeyd edirəm. Hər biri əvəzolunmaz insanlardır. Mənə elə gəlir ki, belə insanlar daim yaşayır cismani olmasa belə ruhən həmişə sevənlərin qəlbində olurlar. Onlar məhz Allah tərəfindən seçilmiş insanlardır ki, ölümündən sonra da milyonlarla insanın qəlbində yaşayırlar, sevgiylə anılırlar. Bu hər insana qismət olan şey deyil. Allah hamısına rəhmət etsin, Yaşar Nuriyə isə şəfa versin. özünün 60 illik yubileyində sonda dediyi kimi " 70 yaşında da sizlərlə olacam" Amin Yaşar bəy!

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...
  • 1 month later...

Yaşar Nuri danışdı - EKSKLÜZİV

16.02.2012

17:22

Milli.Az-a daxil olan məlumata görə, bu gÜn saat saat 15:45 radələrində 11 noyabr 2011-ci il tarixindən Mərkəzi GömrÜk Hospitalının reanimasiya şöbəsində mÜalicəsini davam etdirmiş aktyor Yaşar Nurinin səhhəti birdən-birə pisləşib. Deyilənlərə görə, sÜni nəfəs aparatında problemlər olduğu ÜçÜn onun nəfəs alması çətinləşib.

Məlumatı araşdıran Milli.Az-ın əməkdaşı ilk əvvəl Mərkəzi GömrÜk Hospitalına zəng etdi. Hospitaldan bildirdilər ki, Y.Nuri ilə bağlı bÜtÜn xəbərləri yalnız onun xanımı təsdiqləyə bilər.

Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva yayılmış növbəti ölÜm xəbərindən xəbərdar olduğunu bildirdi və bu dəqiqələrə qədər informasiyanın doğru olmadığını vurğuladı.

Paralel olaraq, aktyorun sənət dostları, xalq artistləri Firəngiz MÜtəllimova, Nurəddin Mehdixanlı da Y.Nurinin ölÜmÜ ilə bağlı yayılmış məlumatları şayiə adlandırdı.

Xatırladaq ki, həkimlər aktyora ağ ciyər pnevmoniyası diaqnozu qoyublar. Yaşar Nurinin səhhətində pisləşmə 3 il öncə başlayıb. Aktyor bir mÜddət Mərkəzi GömrÜk Hospitalında mÜalicə alıb. Sonra xalq artisti TÜrkiyənin İstanbul “Memorial” xəstəxanasında uzun mÜddət mÜalicə olunub.

17.02.2012

12:16

Milli.Az xəbər verir ki, yalançı ölÜm xəbərləri ilə Üzləşən Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin səhhətində heç də kritik vəziyyət mÜşahidə olunmur. Əldə etdiyimiz məlumata görə, deyilənlərin tam əksinə olaraq, Yaşar mÜəllim mÜalicəsini davam etdirdiyi Mərkəzi GömrÜk Hospitalının reanimasiya şöbəsindən xəstəxananın stasionar şöbəsinə köçÜrÜlÜb. Hətta aktyorun doğmaları ilə görÜşməsində də heç bir problem yoxdur.

Xatırladaq ki, 2011-ci il noyabrın 11-də Yaşar Nurinin səhhətində gözlənilmədən problemlər özÜnÜ göstərmişdi. Və xəstəxanaya yerləşdirildiyi vaxtdan bu gÜnə qədər barəsində bir-birindən inandırıcı şayiələr yayılmaqdadır.

Milli.Az olaraq xəstəliklə mÜbarizə aparmağı bacaran sevimli sənətkarımıza Allahdan can sağlığı arzulayırıq!

20:56

“Xəstəxanadan yeni gəldim və maşallah olsun, Yaşarın səhhətində stabillik hökm sÜrÜr. Hətta yavaş-yavaş bizimlə danışmağa da başlayıb. Bilirəm, minlərlə pərəstişkarı onun vəziyyətinə görə bərk narahatdır. Deyim ki, heç bir qorxulu şey yoxdur. Ailə Üzvləri olaraq onunla tez-tez görÜşÜrÜk, hamıya salamları var” - bu eksklÜziv açıqlama ilə Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bir neçə dəqiqə öncə Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verərkən dedi.

Allah şəfa versin!

Link to comment
Share on other sites

Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyətində dəyişiklik yoxdur.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın Lent.az-a verdiyi məlumata görə, aktyorun səhhəti hələdə stabil olaraq qalır: “Həkimlər hələ heç bir söz demir. Mən gedib-gəlirəm yanına. Hələlik elə bir ciddi irəliləyiş yoxdur. Vəziyyəti stabil olaraq qalır ”

Xatırladaq ki, hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində həkim nəzarəti altında olan Yaşar Nurinin səhhəti ötən il sentyabrın 15-də pisləşmişdi.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Yaşar Nuri Türkiyədəki Amerika Xəstəxanasına yerləşdirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nuri müalicəsini davam etdirmək üçün dünən Türkiyəyə sola salınıb.

Sənətkarın qızı ülviyyə Nuriyevanın Lent.az-a verdiyi məlumata görə, aktyor Türkiyədəki Amerika Xəstəxanasına yerləşdirilib: “Hələ ki, vəziyyəti ilə bağlı tibbi terminlərlə hər hansı bir söz deyə bilməyəcəyəm. Amma artıq xəstəxanaya yerləşiblər. Burada atamı çox yaxşı müalicə etdilər, kritik vəziyyətdən çıxardılar. Biz sadəcə müalicənin davamının Türkiyədə aparılmasına qərar verdik. Mən ailəmiz adından Mərkəzi Gömrük Xəstəxanasının baş həkimindən tutmuş bütün tibbi personalına və texniki işçilərinə təşəkkür edirəm”.

ülviyyə Nuriyeva bildirib ki, Yaşar Nuri Türkiyəyə xüsusi təyyarə ilə aparılıb: “Təbii ki, biz bunu tək edə bilməzdik. Atam Türkiyəyə dövlət xətti ilə aparılıb. Buna görə də dövlət başçımıza, Mədəniyyət və Turizm Nazirliyinə, digər müvafiq dövlət strukturlarına minnətdarlığımızı bildiririk”.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Yaşar Nuri: “Səhnəyə çıxmaq istəyirəm”

Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən və müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuridən xəbər var. Yaşar Nurinin qızı ülkər Nuriyevanın Lent.az-a verdiyi xəbərə görə, xalq artistinin vəziyyəti müsbətə doğru dəyişir: “Atamın yanından dünən qayıtmışam. Artıq onun səhhəti müsbətə doğru dəyişir. Həkimlər də onun əvvəlkinə nisbətən daha da yaxşılaşdığını təsdiqlədilər. Biz yenə də möcüzə gözləyirik. Onun tezliklə sağalmasını istəyirik”.

ülkər Nuriyeva bildirib ki, Yaşar Nuri yenidən səhnəyə çıxmaq arzusunda olduğunu deyib: “Atam dedi ki, bircə arzum var, tezliklə sağalıb səhnəyə qayıtmaq. Deyir ki, məni yaşadan xalqın məhəbbəti, sevgisidir. Biləndə ki hamı onun səhhəti ilə çox maraqlanır , o, buna çox sevinir”

Sənətkarın qızı onu da əlavə edib ki, hazırda xalq artistinə həyat yoldaşı Rəhimə xanım qulluq edir: “Anam səhərdən axşamacan atamın yanındadır. Atam gözlərini açan kimi Rəhimə xanımı axtarır və gözündən bir saniyə də kənara buraxmır”.

Qeyd edək ki, xalq artisti Yaşar Nuri martın 16-da yenidən Türkiyəyə aparılaraq oradakı Amerika xəstəxanasına yerləşdirilib. Bundan əvvəl isə iki dəfə Türkiyədə, İstanbuldakı “Memorial” xəstəxanasında uzun müddətli müalicə kursu keçib.

Link to comment
Share on other sites

  • 1 month later...

Yaşar Nuri xəstəxanada sürprizlə qarşılaşıb

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən və Türkiyədə müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuridən xəbər var.

Lent.az-ın məlumatına görə, mayın 29-da xalq artistinin yanından qayıdan həyat yoldaşı Rəhimə Dadaşova sənətkarın indiki durumundan danışıb.

O, bildirib ki, uzun müddət müalicə olunmasına baxmayaraq xalq artistinin səhhətində hələ çox problemlər var: “Onun reabilitasiyası hələ davam edir. Biz də bilirik ki, bu, hələ davam edəcək. Həkimlər tez-tez analizlərinə baxır, hələlik bir söz demirlər. Hələlik müalicəsi aparılır. Vəziyyəti əvvəl olduğuna baxanda nisbətən yaxşıdır. Yaşar özü də bilir ki, hələ müalicə uzun çəkəcək. O, çox istəyir Azərbaycana gəlsin, darıxır. Mən ona mənəvi dəstək oluram. O, özü də mənsiz qala bilmir. Hələ bir gündür gəlmişəm, tibb bacısına zəng vurub, hal-əhval tuturam. Elə hey deyir, Rəhimə gəlsin”.

Rəhimə xanım bildirib ki, xalq artistinin müalicə aldığı xəstəxanaya gələn azərbaycanlılar hamısı Yaşar Nuriyə baş çəkməyə gəlir: “Oradakıların hamısı bilir ki, Yaşar Nuri burada müalicə alır. Həmin xəstəxanada yatan azərbaycanlı xəstələrin yanına gələn bütün həmvətənlərimiz Yaşara baş çəkib, sonra gedirlər. Yaşar özü isə Azərbaycanda darıxdığı bir neçə şəxs var ki, məndən onlara zəng etməyi xahiş edir, mən də danışdırıram”.

Rəhimə xanım onu da əlavə edib ki, əməkdar incəsənət xadimi İlham Rəhimlinin Yaşar Nuri haqqında kitab yazıb. O, hələ satışa çıxmayan kitabın siqnal buraxılışını Yaşar Nuriyə göstərib. Rəhimə xanım deyib ki, xalq artisti bunu böyük sevinc hissi ilə qarşılayıb: “Mən o kitabı ona göstərəndə, elə sevindi ki. Onun üçün ən yaxşı sürpriz oldu. Kitabı xəstəxanada pəncərənin yanına qoyub. Otağa girən hamı birinci o kitaba baxır. Onun bu sevincini sözlə ifadə edə bilmirəm”.

Qeyd edək ki, xalq artisti Yaşar Nuri iki dəfə İstanbuldakı “Memorial” xəstəxanasında uzun müddətli müalicə kursu keçib. Sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Xəstəxanasında müalicə olunsa da, martın 16-da yenidən Türkiyəyə aparılaraq oradakı Amerika xəstəxanasına yerləşdirilib.

Allah şəfa versin!

Link to comment
Share on other sites

  • 3 weeks later...

Xalq artisti həftə sonu Bakıya gəlir.

Türkiyədə müalicə olunan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri bu həftənin sonu Bakıya gəlir. Bu barədə açıqlama aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.

R. Nuriyevanın sözlərinə görə, həkimlər Yaşar Nurinin həftə sonu Bakıya gəlməsinə icazə veriblər. Onun sözlərinə görə, hazırda aktyorun müalicəsi davam etdirilir: “Hələ gün müəyyənləşməyib. Həkimlər bildirdilər ki, 45 gün sonra yenidən Türkiyədə lazımi müayinələrdən keçməlidir. İnşallah, Yaşar sağ-salamat Bakıya gəlir”.

Qeyd edək ki, aktyor ötən ilin noyabr ayından müalicədədir. Həmin vaxt Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Yaşar Nuri sonradan Türkiyəyə aparılıb.

Link to comment
Share on other sites

Yaşar Nuri vətənə qayıdıb.

Bir neçə aydır Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli Yaşar Nuri vətənə qayıdıb. Heydər Əliyev Hava Limanında sənətkarın qızları ülkər və ülviyyə, qohumları və ən yaxın dostu xalq artisti Firəngiz Mütəllimova, yerli media nümayəndələri Yaşar Nurini qarşılayıblar. Sənətkarı hava limanında ayaq üstə görən çoxsaylı insanlar onu alqışlarla qarşılayıblar.

“Azərbaycanda olmaq, vətənə sağ və salamat qayıtmaq çox sevinclidir. Ən çox sevindiyim isə təyyarədən vətəni seyr etməkdir. Hər şey çox gözəlləşib”. Bu sözləri jurnalistlərə açıqlamasında Yaşar Nuri deyib. Hər bir kəslə ayrı-ayrılıqda görüşən aktyor, bir daha xəstələnmək istəmədiyini də media mənsublarına açıqlayıb: “Türkiyədə mənə çox yaxşı baxırdılar. Cahangir, Əlixan, Teymur yanıma tez-tez gəlirdilər. Firəngiz gün ərzində dörd dəfə zəng edirdi, üçünü görürdüm, sonuncusunu yox. İlk əməliyyatdan sonra özümü qorumadım, düzdür içmədim, amma siqaretdən vaz keçə bilmədim. İndi görək necə olacaq. Allahın işidir, amma istəyirəm xəstələnməyim, o da deyilənlərə riayət etsəm...”

May ayında Bakıda keçirilən “Eurovision 2012”ni də xatırlayan Yaşar Nuri, həmin dövrdə Türkiyədə qürurla gəzdiyini bildirib: “Eurovision dövründə başımı dik tutub gəzirdim, onsuz da elə gəzirəm, amma həmin dövrdə hamı Azərbaycandan danışırdı, fəxr edirdim. Azərbaycanı tanımaq olmur, hər şey çox yaxşıdır”. Uzun müddətli müalicədən sonra ayağa duran Yaşar Nuri, media mənsubları ilə söhbəti zamanı zarafatından da geri qalmayıb. Jurnalistlərin “Yaşar müəllim, bir daha xəstələnməyəcəyinizə vəd verirsinizmi?” sualına “sən tibb elmləri doktoru deyilsən?” deyərək cavab verib.

Jurnalistlərlə söhbətindən sonra Yaşar Nurini Hava Limanına gələn Təcili Tibbi Yardım maşını evinə aparıb. Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib ki, uçuş çox yaxşı olub: “Hazırda Yaşarı evə aparırıq. Növbəti həftə üçün Mərkəzi Gömrük Xəstəxanasında qan analizi verəcək. 40 gündən sonra isə müayinə üçün yenidən Türkiyəyə aparılacaq. çox şükür Yaşar evinə sağ və salamat qayıdıb”.

çox sevindirici xəbərdir )))

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 4 months later...

[b] [sup]Yaşar Nuri vəfat edib..[/sup][/b]


[size=5][sup]Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru [b]Yaşar Nuri [/b]cümə axşamı səhər saatlarında vəfat edib. Bu barərə [url="http://az.trend.az/"]Trend[/url]-ə mərhumun həyat yoldaşı xəbər verib.

2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. Aktyor 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakı Mərkəzi Gömrük Hospitalında müalicə alıb.

Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol oynayıb.

Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin! (((([/sup][/size]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
        • Like
      • 1 reply
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Haha
        • Like
      • 65 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Haha
      • 30 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
        • Haha
      • 2 replies
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Haha
        • Like
      • 40 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...