Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

20 Yanvarı Necə Xatırlayırsız?


Recommended Posts

20 yanvar 1990 ci ilde, o zamanlar bayilda galirdim, 9 yashim var idi - shehere daxil olan tanklar penceremizin garshisindan kechirdiler. O dehshet gozumun gabagindadir.. Sheherden durmadan silah sesleri gelirdi.. Kichik oglan ushaginin belkede heyati boyunca unudabilmeyeceyi dehshet idi - binalardaki gulle izleri, yerlerden yuyulmamish gan izleri. Sonralar oyrediklerim daha dehshetli idi - anama atesh achilmishdi - sadece bexdi getimishdi ki tez ozunu blokdan icheri atmishdi.. Yeni evlenen cutu xatirlayiram - xoshbext anlari chox gisa oldu onlar ichinn.. Allahdan onlar uchun rehm dileyirem.. Bu unudabileceyimiz tarix deyil..

Link to comment
Share on other sites

Bakıya bizi qırğınlardan sonra gətirdilər.Moskvadan ,hərbi məktəbdən.Artıq qırğın olmuşdi.Yadımdadır nənəm və atam məni evə buraxmadılar ki,xalqı sən qırmısan.Amma Bakıda biz hec 1 güllə də atmamışdır. Bu haqda xatirələrimdə yazmışam,aşağıda görünən imzamda.Amma bizə hərbi məktəbdə başqa təbliğat aparmışdılar.Güya bakıya terrorcular dolub,xalqı qırır,hökuməti yıxmağa calışır.BAKI-da isə bunların hec biri yox idi.Sadəcə əclafcasına ağına-bozuna baxmadan insanları güllələmişdilər.Buna baxmayaraq xalq o zaman bizə hörmətsizlik eləmədi.Əllərinə gələn hər şeylə bizi yedirib icirdilər.Başa düşürdülər ki,bunu biz eləməmişik.Ehh ağır günlər idi.

Link to comment
Share on other sites

Bizim köhnə evimiz Salyan Kazarmasının yuxarı hissəsindəydi. Həmin gün iki qonşu bir həyətdə yaşayan bütün qohumlarımız və mənim valideynlərim Salyan Kazarmasının yanına gedmişdilər. Çox insan orada toplaşmışdı... Tankların ora daxil olmasına dmək olar ki, 15 dəq - yarım saat qalmış onlar qayıddılar evə. Allah onları xilas etdi...

Bir Çox insanlar kimi o vaxtlar mənim anamda məni götürüb mitinqlərə gedirdi. Palatkalar və iÇində yanan şamlar yadımda qalıb.. Uşaq idim, tam heÇ nəyi anlamırdım ama bilirdim ki, nəsə pis bir hadisə baş verir. Çox ağır zamanə idi, o günləri görən hər bir kəsin yaddaşına bir xəncəl kimi saplanacaq hadisələr.

O günlərdən keÇən orta və böyük nəsil itirilmiş nəsildir. Onlar millətimizin ən ağır günlərinin şahididir və o günlərin bu insanların psxologiyasına vurmuş ağır bir zərbə heÇ vaxt bərpa olunmayacaq.

Allah bütün ölənlərə Rəhmət Eləsin! Onlar olmasaydı, bizdə olmazdıq! :rroza:

Link to comment
Share on other sites

Bakıya bizi qırğınlardan sonra gətirdilər.Moskvadan ,hərbi məktəbdən.Artıq qırğın olmuşdi.Yadımdadır nənəm və atam məni evə buraxmadılar ki,xalqı sən qırmısan.Amma Bakıda biz hec 1 güllə də atmamışdır. Bu haqda xatirələrimdə yazmışam,aşağıda görünən imzamda.Amma bizə hərbi məktəbdə başqa təbliğat aparmışdılar.Güya bakıya terrorcular dolub,xalqı qırır,hökuməti yıxmağa calışır.BAKI-da isə bunların hec biri yox idi.Sadəcə əclafcasına ağına-bozuna baxmadan insanları güllələmişdilər.Buna baxmayaraq xalq o zaman bizə hörmətsizlik eləmədi.Əllərinə gələn hər şeylə bizi yedirib icirdilər.Başa düşürdülər ki,bunu biz eləməmişik.Ehh ağır günlər idi.

Yadıma bir epizod düşdü i o vaxtlardan . ... Yaşlı bir xanım əli aftomatlı rus əsgərin sifətinə tüpürdüki faşıstsiz , xalqı gülələmisiz . Sifətini əlinin arxasıyla silən əsgər ağlamağa başladıki biz heç kimə güllə atmamışıq . Gülə atanlar artıq Bakıdan çıxarılıb..(Tibilis prospektiylə İnqilabın kəsişməsində )

PS: Miro başın da nələr çəkməyib :)

Link to comment
Share on other sites

O qədər azərbaycanlı əsgərini, xüsusi hazırlıqlı əsgərləri göndərib ki Sovet höküməti başqa ölkələrdə xüsusi əməliyyatlat aparmağa. Televizordan göstərmişdilər, bir azərbaycanlı danışırdı. Deyirdi ki, gecəynən tapşırıq aldıq tez hazırlanıb kazarmaya gəlməyə. Bundan sonra bizi təyyarəyə mindirib harasa apardılar, yeri isə açıqlamadılar. Təyyarədən düşəndən sonra özümüzü gecə vaxtı boşluq bir yerdə gördük, səhər açıldı və anladıq ki, bura Əfqanıstandır.

Link to comment
Share on other sites

əgər fikir vermisinizsə, insan düşüncəsi ona ağrı-acı bəxş edən xatirələrdən qaçır. biz yada salmaq istəmirik, amma unutmağa da haqqımız yoxdur...

yadımdadır, biz məktəbdə müəllimlərimizdən xahiş edirdik ki, bizi mitinqlərə getməyə qoysunlar. müəllimlərimiz izah edirdilər ki, getmək olmaz. biz vətənə faydalı , yetkin insan olmaq üçün təhsildən yayınmamalıyıq. çünki, vətənimizin sabahkı günü bizə məxsusdur.

yadımdadır, atam mənə deyirdi ki, vətəni qorumaq bizim işimizdir. Sən isə sənə məxsus olan ağıl, təmizlik və vicdan deyilən kapitalını qorumalısan ki, azad Vətəninin gələcəyinə faydalı ola biləsən, və xoşbəxt gələcəkdən bizim keçmişi düşünəsən

indi, atam artıq yoxdur, Vətənimin də bir hissəsi yoxdur. Kapital durur, xatirələr də durur...

amma, hər halda ümid edirəm ki, Vətən üçün bu qaranlıq gecənun bur nurlu sabahı da gələr

Link to comment
Share on other sites

1990 20 yanvarda kimi ushag olub,kimi mekletebli,kimi telebe,kimi aileli valideyn.Herenin oz xatiresi,oz yaddashi var.Menim ucun 20 yanvar gemilerin susmadan verdikleri signal,ugultudur.birde girmizi gerenfiller.Biz yashadigimiz yerde gulle sesi eshidilmemishdi..Amma indide gemiler signal verende nese icimde gorxu yaranir.Birde yadimdadir,radioda rus radio kanallari hamsi konsert verirdi...Bakidaki girgindan bir soz bele deyilmirdi.Sonra bir aktrisa (o aktrisanin adini hemishelik hekk elemishem yaddashima)TATYANA DARONINA ele titrek,hezin sesle danishdi ki,yadimda bir iki cumlesi galib,- "Baki sheherinde insanlar traur icindedir,analar aglayir,biz nece konsert vere bilirik,nece susurug bu hagda.".

20 yanvar hadisesi bir daha subut etdiki ,70 illik sovet birliyinde biz hemishe ogey olmushug.Goyun sandiglari millet bir az sesini ucaldan kimi geldiler bash kesmeye.....ALLAH BUTUN SHEHIDLERIMIZE REHMET ELESIN....

Link to comment
Share on other sites

Tam aydınlıqla xatırlamasam da, o yadımdadır ki, güllə səsləri, atışma məni çox qorxudurdu...O vaxtı babamın qara QAZ 24-ü var idi, onlarda Salyan kazarması tərəfdə qalırdılar. O maşının üstündən tankın keçməsini xatırlayıram, eyvanlarındakı güllə yerlərini xatırlayıram. Səhərisi isə şəhər matəmə bürünmüşdü. Eyvanlardan asılan qara bayraqlar, parçaları xatırlayıram, qərənfilə bürünmüş küçələri xatırlayıram. Günahsız insanların ölümü, həyatı hələ tam dərk etməyən uşaqların ölümü, bir sözlə ağrılı-acılı, amma azadlığı uğrunda bir olan Azərbaycanımızı xatırladır mənə bu gün.

Bir neçə il sonra artıq hər şeyi daha yaxşı dərk edən yaşlarımda atam 20 yanvara aid kitab aldı və bizə verdi ki, oxuyun. O kitab indi də məndədir. Bu gün açıb vərəqlədim və yenə də acı xatirələr oyandı, həm 20 yanvarla bağlı, həm də həmin kitabın alındığı günü xatırladım.

Vətən uğrunda canından keçən bütün şəhidlərimizi, həmin günü günahsız qurban gedən bütün xalqımızın övladlarını Allah rəhmət etsin!rroza.gifrroza.gif

P.S. bu günü kabel televiziyalırını niyə kəsmədiklərini anlamıram.

Link to comment
Share on other sites

O geca ila, o gunun dehsheti ila elagedar qorxunc xatirelerim choxdur. Onda birca o aydin idi ki, hech kas bashqa hech na fikirlashmirdi, hami istayirdi ki, Vetenin bacardigi qeder, gucu chatan qeder mudafiesine qalxsin. Hech (elbette ki sade xalqin) kasin shuuralti fikri yox idi. ne ise.. indi ne danishsaq da, neca danishsaq da artiq kechmishde qalib. Gunahsiz mezlum xalqin qani batdi getdi, ve planli shekilde ort-basdir eladilar o boyuklukde cinayeti...

Allah butun shehidlerimize rehmet elasin, Amin!

Link to comment
Share on other sites

1990-ci il 20 yanvar gununde shehid olanlara Allahdan rehmet dileyirem. Ruhlari shad olsun.rroza.gifrroza.gif

Insanlar, bir anliq ayaq saxlayin,

Shehid olanlarin mezari uste,

Ele bil dil achib deyir: Aglayin,

Qerenfil destesi destebedeste.

Ele bil onlar da shehid olublar,

Mezarlar ustune sepelenibler.

Yox-yox, sanmayin ki, tezce solublar,

Sanki denizdiler, lepelenibler

Link to comment
Share on other sites

1 mkr sakini idim.Çoxlu şəhid olmuşdu o gecə bizim mikrorayondan və onlardan biri Poladi Saleh idi,evin tək övladı ,gülərüz,mədəni,səmimi va Çox mərd bir oğlan idi...Allah Salehə və bütün şəhidlərimizə Rəhmət Eləsin !

Link to comment
Share on other sites

...

Wehidler xiyabanina getdiyim ilk gun yadimdadir.... Urkek vucudla, titrek ellerle, xirda bedeni gucle dawiyan zeif ayaqlarla nece qalxirdim o pillekanlari...hec 10 yawi bele olmayan uwaq ucun ne idi...dehwet... Xiyabanin gireceyinde avtomobilden nece duwdumse hele de hemin veziyyeti yawayiram..... Cunki bu hiss butun insanlarda duwunurem ki eynidir... Qebirstanliga eziz adamini ziyarete gederken agir nefes almagi men o zaman derk eledim.....men uwaq olsamda sanki olum qoxusu hiss edirdim havada.... Bu menim hafizemden hec vaxt silinmeyecek.....

"....Kicik bir qizcigaz boyundan da hundur qerenfil destesini eline alib ele qerenfil dagina cevrilmiw mezarlara bu gulleri paylaya paylaya xirda goz yawlari axidirdi..... Goresen bu kimin uwagidir bele...???"

- bunu deyen hemin illeri meydanda seherlerini acan, azadliq deye hayqiran , hemin gun ise yeniden mezarli wehidlerin mezarini, mezarsizlarin ise xatiresini ziyarete gelen rehmetlik dayim idi... Yaxina catanda hemin kicik qizcigazi tanimiwdi... Bagrina basib qara horuklerinden opmuwdu...

....Hemin gunun xencer teki kesen soyugunu, atamin sert duruwunu, dayimin ise isti goz yawlarini hec vaxt unutmayacam.... Eslinde xatirlanib unudulmayacaq xatireler yeteri qederdir....

...bu gun hisslerimle xatirelerim qarmaqariwiq oldugu ucun, bu movzuda hec ne yazmayacam...cunki qeribe bir huzndeyem...odur ki, FB-da yazdigim yuxaridaki werhle ve bir il bundan once ele bu forumdaca yazdigim xatirelerimle boluwecem....

http://www.disput.az/index.php?showtopic=234095&view=findpost&p=8151072

Link to comment
Share on other sites

Öz çəkdiklərim ..

Təəsüfki fotolentlərin 90 faizi mümalı şəraitdə oğurlandı.Güya gizlətmək üçün Bakıdan uzaqlaşdırırdım. Özümə qalanı kefiyətsiz çəkilmişlər oldu mellow.png

Dəfin günü

d3b567fd97a9.jpg

f2a32462bfb8.jpg

e3746406a9ee.jpg

3da1207a4a77.jpg

1 İli

dafac566a241.jpg

c243127fdc2f.jpg

6a8e0bd5c08d.jpg

Link to comment
Share on other sites

Yadıma bir epizod düşdü i o vaxtlardan . ... Yaşlı bir xanım əli aftomatlı rus əsgərin sifətinə tüpürdüki faşıstsiz , xalqı gülələmisiz . Sifətini əlinin arxasıyla silən əsgər ağlamağa başladıki biz heç kimə güllə atmamışıq . Gülə atanlar artıq Bakıdan çıxarılıb..(Tibilis prospektiylə İnqilabın kəsişməsində )

PS: Miro başın da nələr çəkməyib smile.png

Ehh rəhmətlik nənəmi görərdin o vaxt,atam məni qovdu ki, Sənin kimi oğlum yoxdu. Nənəmsə odun üstünə nöyüt təkürdü: Camaatən uşaqlarını düzüb divara,bir dənə-bir dənə tapancaynan vurub,sora üstündən belədən elə-elədən belə tankı sürüb bu nemes oğlu. Yadımdadı- o qədər ağladım ki, geri dönəndə.Axı biz hec kimə güllə atmamışdıq. Sən ki oxumusan o yazılarımı. Sonradan atamı başa saldılar. Ynıma köhnə Mili Bankın yanına gəldi. Görüşüb barışdıq.Nənəmsə rəhmətlik yaxın gəlmədi.Dediyini dedi.Əlini BMD-yə uzadıb dedi: bu eləyibb,mütləq,baax,tankı da yanındadı.

Link to comment
Share on other sites

Ehh rəhmətlik nənəmi görərdin o vaxt,atam məni qovdu ki, Sənin kimi oğlum yoxdu. Nənəmsə odun üstünə nöyüt təkürdü: Camaatən uşaqlarını düzüb divara,bir dənə-bir dənə tapancaynan vurub,sora üstündən belədən elə-elədən belə tankı sürüb bu nemes oğlu. Yadımdadı- o qədər ağladım ki, geri dönəndə.Axı biz hec kimə güllə atmamışdıq. Sən ki oxumusan o yazılarımı. Sonradan atamı başa saldılar. Ynıma köhnə Mili Bankın yanına gəldi. Görüşüb barışdıq.Nənəmsə rəhmətlik yaxın gəlmədi.Dediyini dedi.Əlini BMD-yə uzadıb dedi: bu eləyibb,mütləq,baax,tankı da yanındadı.

Gərək BMD lüləsinə gül bağlayardız . Birdəki mən başa düşmürəm sənin üzünə baxan adam heç vaxt fikirləşməzki qonşunun toyuğuna daş belə atarsan .2003.gif

Yeri gəlmişkən belə texnikaya rast gəlmək olurdu şəhərdə...

Link to comment
Share on other sites

Men ozum o gunu xatirlamiram, yalniz, valideynlerimin, qohumlarimin o gece ile bagli vahimeli xatirelerini yadimda saxlamisham. TVden izlediklerimi yaddashima hekk edib sanki, o gunu oz gozlerimle gorduyumu dushunurem. 20 Yanvar shehidlerine Allah rehmet etsin. InshaAllah gunahsiz qanlar yerde qalmaz

Link to comment
Share on other sites

  • 11 months later...

Hemin vaxt ushaq idim. Yadimda qalan yalniz gemilerin aramsiz fit sesleridir. Umumiyyetle, 90-ci ilin 20 yanvarinda Azerbaycan xalqi tarixin hec bir dovrunde olmadigi qeder BIR olmushdu. Hemin gunler xalq subut eledi ki, biz millet olmagi bacaririq. Cox isterdim hemin milleti bir daha gorum. Hardadir aaxi o merd, cesaretli, qorxmaz, sozu emeli duzgun insanlar. Niye axi biz bu gunlere dushduk.

Link to comment
Share on other sites

O gündən yadımda olanlar. Gecə evimizin ətrafında fırlanan tank səsləri, evimizə atəş açmasınlar deyə işıqları söndürməyimiz. Hələ nə baş verdiyini dəqiq anlamırdıq televizorumuz da göstərmirdi məlum səbəbdən. Səhər açılanda isə metroların çıxışlarında dayanan tanklar və onların üstündəki əsgərlər yadımdadı. Amma o da yadıma gəlir ki, məni o tanklardan birinin üstünə də çıxartmışdılar mənə hələ şokolad da verdilər əsgərlər. Sonra Azadlıq meydanı yadıma gəlir o qədər milləti bir arada birinci dəfə idi canlı görürdüm elə sən demə axırıncı dəfə gördüm o bir olan milləti. Yadıma gəlir Zeynəb Xanlarovanın və Xəlil Rza Ulutürkün meydanın tribunasından xalqa müraciət etmələri. Meydan ətrafındakı əsgər kardonu da yadımdadı. İndi şəkillərə bə TV-də kadrlara baxanda meydanda olan göy rəngli Tavriya markalı avtomobil də yadımdadı, həmin avtomobildən mitinq iştirakçılarına yeyəcək ərzaq paylayırdılar, mənim payıma yumurta düşmüşdü. Şəkillərdə olan küçələr və sarı rəngli İkarus markalı avtobus yadıma gəlir gülləbaran olunmuşdu həmin avtobus, sonra küçələrdə əzilmiş maşınlar və qan izləri yadımdadı.
Yadımdadı ki, bir qadın bir kişini göstərərək belə dedi "Qonşumuzdu ermənidi o tutun onu", o isə əlində çörək, hardansa gəlirdi, erməni olub olmadığını bilmədim amma o yadımdadı ki onu yaşıl Moskviçə oturdub harasa apardılar.
Şəhidlər xiyabanı və ora ünvanlanmış qırmızı örtüklü tabutlar yadıma gəlir.
Xalqımıza bir də belə acıların nəsib olmamasını ALLAHDAN diləyirəm.

Link to comment
Share on other sites

  • 11 months later...

çox dəhşətli uşaqlığım olub, hər an qorxu içində... yadıma gəlir nənəmlə xəstəxanadaydım, hava da boz-koriçnevıy rəngərdə idi hər şey, xəstəxananın ətrafını tanklar mühasirəyə almışdı... rəhmətlik  nənəm məni krovatın altında gizlətmişdi ((((

 

insan həyatda belə çətinliklər görəndə Bərkiyir...

Allah o günləri bizə daha yaşatmasın, Allah bütün şəhidlərər rəhmət eləsin, yer üzündə sülh olsun mərhəmət olsun.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
      • 3 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 9 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 27 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Like
      • 31 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
      • 15 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Like
      • 37 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
       
        • Milli
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...