Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"almaniya" Yerli Metbuatin Hedefinde?


Recommended Posts

Azerbaycan-Almaniya munasibetlerinde ne bash verir?

Bir dəfə bir almana rusca dedim ki Мы очень любим ваши фильмы смотреть: o yah, das is guud, kom, kom shnella, shnella. Bunu deyən kimi alman gülməkdən öldü və məni qucaqladı öpdü)))

Münasibətlərimizdə nə baş verir ki? )))

Link to comment
Share on other sites

Bir dəfə bir almana rusca dedim ki Мы очень любим ваши фильмы смотреть: o yah, das is guud, kom, kom shnella, shnella. Bunu deyən kimi alman gülməkdən öldü və məni qucaqladı öpdü)))

Münasibətlərimizdə nə baş verir ki? )))

"yeni azerbaycan" partaiyasi analtik qrupu

Göründüyü kimi, xanım Merkel Almaniya ilə Azərbaycan arasında tərəfdaşlığın güclənməsini ölkəsinin rəsmi Bakı ilə münasibətlərində prioritet kimi müəyyənləşdirir və hətta hazır formul da təklif edir. Ötən dövrdə Azərbaycanın bu tərəfdaşlıqdan boyun qaçırmasına dəlalət edən hər hansı fakt yoxdur. Bəs onda son zamanlar Almaniya mətbuatında, siyasi dairələrində ölkəmizə ünvanlanmış əsassız ittihamların artması, bu ölkənin Fridrix Nauman, Konrad Adenauer və s. fondlarının müxalifətlə yaxın təmasları, “Sərhədsiz Reportyorlar”, “Human Rights Watch” kimi təşkilatların Berlində Azərbaycanda söz və mətbuat azadlığına dair dinləmələr təşkil etməsi, Almaniyadan yayımlanan “Kanal Avropa” telekanalında “Azərbaycan saatı” adlı verilişin efirə buraxılması, Almaniyanın xarici işlər naziri Gido Vestervallenin Azərbaycanda səfərdə olarkən müxalifətlə görüşməsi, Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycana qarşı aqressiv çıxışları, Avropa Şurasının Azərbaycanda qondarma “siyasi məhbuslar” məsələsi üzrə məruzəçisi, AFR-i təmsil edən Kristofer Ştrasserin fəaliyyəti, Almaniya “Yaşıllar” Partiyasının Azərbaycana qarşı demarşları və s. faktlar nə ilə izah oluna bilər?

Almaniya Ombudsmanı Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarındandır. Qeyd edək ki, M.Löninq keçən ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qalmışdı. Müxalifət nümayəndələri ilə görüşündə o bildirmişdi: “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”.

Ombudsman bu xətti ardıcıl şəkildə davam etdirərək “Şpigel” jurnalında, Almaniyanın digər mətbuat orqanlarında sərt anti-Azərbaycan xarakterli materiallar dərc edir, müsahibələr verir. O, ölkəmizə səfər etmək istəyən rəsmi şəxslərə, siyasətçilərə, jurnalistlərə, musiqiçilərə məktub yazaraq onları Azərbaycana qarşı aparılan kampaniyaya qoşulmağa çağırır. Bu günlərdə isə cənab Löninq daha uzağa gedərək iddia edib ki, bütün bunlar Almaniyanın rəsmi mövqeyidir. Görünür, cənab Ombudsman artıq özünü Almaniyanın Kansleri kürsüsündə görməyə başlayıb.

Çox maraqlı məqamlardan biri də son zamanlar Almaniyanın “Yaşıllar” Partiyasından olan Bundestaqın Cənubi Qafqaz parlament qrupunun sədr müavini ermənipərəst Viola fon Kramonun və həmin partiyanın digər deputatı Folker Berqin fəaliyyəti ilə bağlıdır. Viola fon Kramon bu ilin əvvəllərində Almaniyada səfərdə olan Rəsul Quliyevlə görüşərək parlamentin və təmsil olunduğu partiyanın Azərbaycan müxalifətinə dəstəyi məsələsinə dair müzakirə aparıb. Həmçinin, Kramon R.Quliyevin digər parlament nümayəndələri ilə görüşlərini də təşkil edib. Folker Berq isə Bakıda “Eurovision”un keçirilməsi əleyhinə fəal kampaniya aparanlardan biridir.

Almaniya parlamentindən aldığımız xəbərə görə, bir ay öncə Kramonla Berqin təşkilatçılığı ilə AFR Bundestaqının “Yaşıllar” fraksiyası tərəfindən federal hökumətə Azərbaycanla bağlı sorğu göndərilib. Sorğuda qaldırılan bütün məsələlərin mahiyyətinə varmadan bəzi məqamlar üzərində dayanmaq istərdik. Suallar elə tərtib olunub ki, elə bil, söhbət Almaniya hökuməti ilə rəsmi Bakının münasibətlərindən deyil, Berlinlə hansısa federal torpaqın əlaqələrindən gedir. Məsələn, “Azərbaycanda homoseksual, biseksual, transseksual insanların vəziyyəti necədir? Azərbaycan hökuməti vəziyyəti “Eurovision” müsabiqəsindən əvvəl və müsabiqə dövründə təcili yaxşılaşdırmaq üçün nə kimi tədbirlər görür?”. Əlavə şərhə ehtiyac yoxdur

http://www.yeniazerbaycan.com/news/15639.html

Link to comment
Share on other sites

Son zamanlar Azərbaycanda hökumətyönlü televiziya və qəzetlərdə Almaniya əleyhinə materiallar tez-tez yer alır. Məsələn, «Yeni Azərbaycan» qəzeti 18 aprel tarixli sayında yazır:

«Bu gün Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır. Rəsmi şəxslər, dövlət strukturları, media, QHT-lər, bir sözlə, bütün instansiyalar Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçiblər».

Qəzetin analitik qrupu onu da yazır ki, Almaniyanın Xarici İşlər naziri Guido Westerwelle bu ilin martında Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Bu zaman nazirin Almaniyanın müxalifətə dəstək göstərməsi məsələsi ətrafında fikir mübadiləsi aparıldığı deyilir.

Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löning isə «Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından biri» adlandırılıb.

Eyni zamanda, məqalədə Bundestaqın və Azərbaycandakı alman fondlarının müxalifət liderlərinə, xüsusən də AXCP sədri Əli Kərimliyə maliyyə və siyasi dəstək verdiyi də deyilir. 

ƏLİ KƏRİMLİ: «YENİ AZƏRBAYCAN ALMANİYANI ŞANTAJ ETMƏKLƏ MƏŞĞULDUR»

Partiya sədri Əli Kərimli:

«Həmişə olduğu kimi şər, böhtan yazırlar. Mənim Almaniya fondları ilə əlaqələrim olması haqda yazdıqlarının hamısı yalandır. Nəinki Almaniyanın, heç başqa ölkələrin fondları ilə əlaqələrim yoxdur. Mən siyasətçiyəm. Mənim əlaqələrim siyasi əlaqələrdir, dövlət orqanları ilə, partiyalarla siyasi münasibətim var, bu da Azərbaycanın maraqları üçün istifadə edilir.

Əli Kərimli

​​«Yeni Azərbaycan» qəzeti isə bildiyim qədər Almaniyanı şantaj etməklə məşğuldur. Hər şey ordan başladı ki, Almaniya ombudsmanı Markus Löning Azərbaycanla bağlı prinsipial açıqlamalar verdi. Almaniya mətbuatında Azərbaycanla bağlı ciddi tənqidi materiallar getdi. Azərbaycan hakimiyyəti anlaya bilmir ki, Almaniyada mətbuat azaddır. Nəinki İlham Əliyevi, hətta kansleri də tənqid edir və onun yazdıqları əsasında prezident istefaya getdi».

ALMANİYA SƏFİRİ: «MƏTBUAT ZİDDİYYƏTLƏRLƏ ÜZLƏŞDİ»

Almaniyanın Azərbaycandakı səfirliyi baş verənlərə münasibət bildirmədi.

Amma Almaniyanın Azərbaycandakı səfiri Herbert Quelle bu haqda «Yeni Azərbaycan» qəzetinə ötən ay məqalə yazıb. Məqalədə deyilir ki, «Eurovision» mahnı müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa başlayıb:

«Mətbuat mövzu axtarışı zamanı Ell və Nikki, habelə mədəniyyət və turizm mövzularından çox tez bir zamanda digər ziddiyyətli məzmunlara rast gəldi. ATƏT, Aİ, Avropa Şurasının mövqeləri, «Amnesty International» təşkilatının Azərbaycan haqqında illik hesabatı bu mövzulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci ildə siyahıya aldıqları Azərbaycan haqqında əsas tənqidi məqamlar – apreldə Bakıda icazəsiz keçirilmiş nümayişlərin iştirakçılarının həbsləri, Sülh və Demokratiya İnstitutunun yerləşdiyi, Leyla Yunusa məxsus evin sökülməsi, Bakının şəhərsalma layihələri çərçivəsində sakinlərin öz mülklərindən məhrumetmə prosesində qeyri-şəffaflığı və toplaşma azadlığının mütəmadi məhdudlaşdırılmasıdır. Həm də Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Christof Strasser’in Azərbaycana buraxılmaması rol oynayır».

Səfir həmçinin deyib ki, Almaniya hökuməti mətbuatın yazdıqlarına qarışmır.

Azadliq radiosu

Link to comment
Share on other sites

Almanlar duz eliyir olarin kritikasi belke bu ac memurlarin qol qenedini yigdi, bizim ozumuze qalsa susmalisan istiyir ne olur olsun sus daniwma,men Vallah Ilham Aliyevi tanimiram, yeni nece insan olduqunu(xasiyeti) , taniyan varsa yazsinda bura, olar??

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
        • Upvote
        • Confused
      • 41 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
        • Like
      • 10 replies
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
        • Milli
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Sad
        • Like
      • 82 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 11 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 31 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...