Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Pifaqor , Pifaqorizm Məktəbi , Ruh Və Metempsixoz...


Recommended Posts

Pifaqor , pifaqorizm məktəbi , Ruh və Metempsixoz ...

Pifaqor haqqında ümumi məlumatı buradanburadanburadan almaq olar.

Elə orada yazıldığı kimi Pifaqor öz təlimində şifahi (verbal ) üsula üstünlük verdiyi üçün ilk yazılı mənbələr ölümündən 200 il sonraya təsadüf edir. Əsasən , Yamvlix , Porfiriy və Diaqen Laertiin və onların da isnad etdiyi , lakin bizə gəlib çatmayan müəlliflərin yazdıqları olmuşdur. Mənim istifadə etdiyim əsas mənbə də elə bu antik müəlliflərin və Pifaqor haqqında bütün başqa antik yazılı mənbələrin məcmusu olan Şapoşnikovun tərtib etdiyi "Pifaqor.Qızıl Kanon.Ezoterik Fiqurlar" kitabıdır.

Pifaqor haqqında oxuyarkən təəccüb hissi insanı tərk etmir. Müasir insanın nöqteyi nəzərincə elm, din, fəlsəfə, ezoterika , mistika – bunlar antoqonist münasibətdə olan, az qala biri – birini inkar etmək səviyyəsində ziddiyət təşkil edən , müxtəlif həyat sahələridir. Pifaqorun dövründə isə ( e.ə. 6-5 ci əsrlər ) bütün bunlar nəinki bir birini inkar etmirdi, hətta bir məktəb daxilində çox ciddi və əsaslı öyrənilirdi.

Kitabın müəllifi pifaqoru Zərdüşt, Budda , Maxavira , Konfutsı və Lao Tsi kimi din yaradıcıları ilə yanaşı eyni cərgədə görür.

Din və fəlsəfə ilə yanaşı “qrammatika ,ritorika, dialektika, arifmetika, qeometriya , astronomiya” və s.elmləri də inkişaf etdirmişdir. Dilimizdə olan bir çox sözlər məhz Pifaqora məxsusdur:

Filosofiya ,kosmos, simvol, simvolika, katet , hipetonuz,parabola, hiperbola, ellips, optika, ekliptika və s .

Pifaqor məktəbi

Pifaqor öz məktəbini açmamışdan əvvəl uzun illər ( deyilənə görə 34 il ) Misirdə , Babilistanda , iranda və başqa yerlərdə qapalı , gizli dini misteriya , orden və məktəblərdə elmləri , dinlərıi və fəlsəfəni və gizli informasiyaları öyrənib. Sonra vətənə qayıdıb Kratonda tələbələri (Matematik yaxud Ezoterik ) və dinləyiciləri (Akusmatik) ilə birgə “Birgə dinləyənlər” icmasını yaratdılar. Bu icma eyni zamanda (kişilərdən ibarət) gizlin ittifaq , təhsil institutu həm də ictimai yardım cəmiyyəti idi. Bu antik dövrdə ilk Yunan məktəbi idi. Məktəbə qəbul və təhsil prosesi çox mürəkkəb idi. Pifaqor əvvəl namizədlər barədə informasiya toplayırdı ( onların özünü həyatda – cəmiyyətdə , ailədə necə apardiqlarını , xarici görünüşləri hətta yerişləri və s. haqqında ...) . Pifaqor insanların xarici təzahürlərində ruhda gizlənmiş adətlər görürdü. Bu testi keçənləri Pifaqor 3 il gözləməyə məcbur edirdi, bu da namizədlərin bir növ öz fikirlərində və biliklərə sevgidə nə dərəcədə qəti və möhkəm olmalarının imtahanı idi. Sonra onlara 5 il susmaq tələbi qoyulurdu – bu da ən çətin toxtaqlıq , pəhrizkarlıq (воздержанность) forması idi. ( Misterialardan gəlmə...) Onlara akusmatik ( dinləyicilər ) kimi pərdə arxasından Pifaqorun tələbələri (Ezoteriklər ) ilə söhbətini dinləməyə icazə verilirdi ( 5 il ). Onların əmlakı ümumi fonda keçirilirdi və xüsusi adamlar tərəfindən idarə olunurdu. 5 ildən sonra akusmatiklərin sonrakı təlimə uyğun gələnləri ezoterizmlə tanış və agah edib , statusunu ezoterikliyə dəyişdirirdilər. Yalnız daha 8 il Pifaqorla təlim keçdikdən sonra onları mükəmməlləşmək və başqalarını da öyrətmək üçün sərbəst buraxırdılar. Beləliklə təlim prosesi başa çatırdı.

Pifaqorun təlimi

Tanrılar Pifaqoru insan təbiətini təkmilləşdirməyə göndərdilər...

Təlimin məqsədi :

  1. Doğulandan dustaq olan ruhu xilas və azad etmək. Bunsuz heç bir sağlam bilik və həqiqəti dərk etmək olmaz.
  2. Ağıllara saflaşdırılmış və riyaziyyatın sehrləri ilə təkmilləşdirilmiş , faydalı və ilhai olanı yerləşdirmək. Şüur – Ruh cismani əşyaların və ehtirasların buxovundan azad olunmaqdan qorxmamalıdır.

Gizli olanı aşkar etmək olmaz, onları yazılı olmayaraq yadda saxlamaq lazımdır.

Pifaqor ilk olaraq ümumkainat sevgisini və ahəngini elan etdi, yalnız bu sevgi və ahəng sayəsində insan təbiəti təkmilləşəcək. (hətta heyvanlara olan münasibətdə də bu prinsip əsasdır ) Bu prinsipi hamı tərəfindən hamıya olması səviyyəsinə necə gətirmək olar :

  1. Tanriları insanlarla - möminlik, zahidlik (благочестие ) və liturqiya (tanrıya xidmət ) ilə
  2. Ruhun şüurlu hissəsini (ağıl , dərrakə) şüursuz (ehtiras ) hissəsi ilə - fəlsəfə, abstrakt mühakimə vasitəsilə
  3. Ruhu bədənlə - düzgün həyat tərzi, bədən və ruhi sağlamlığı ilə
  4. İnsanları bir birinə - təhrif olunmamış qarşılıqlı münasibətlə, qanunlarla , bir –birinin əsl təbiətini öyrənməklə əldə etmək olar.

İnsan təbiətinin təkmilləşdirilməsində düzgün uşaqyaratma , təhsilin, tərbiyənin və s. rolu haqqında fikirləri var.

Tanrıların şər və iztirabda günahı yoxdur ,bütün xəstəliklər və cismani əzabların səbəbi insanda olan hövsələsizlik və nəfsini saxlamamqdır.

İnsan gəzəbdən , hiddətdən azad olmalıdır, lovğalıq- təşəxxüs , şan-şöhrət, paxıllıq- qibtə, qorxu və qorxaqlıq, acgözlük, tənbəllik kimi xüsusiyyətləri ruha yaxın buraxmamalıdır!

Akusmlar (söyləmələr)

-Simvolik şəkildə deyilirdi və sonra Pifaqor tələbələrlə bigə müzakirələr edirdilər. Bu simvolları Pifaqor müxtəlif misteriyalardan , fəlsəfə və s. götürürdü. Akusmlara misallar:

Ən qədim nədir? - Tanrı, çünki başlanğıcı yoxdur !

Ən böyük nədir? - Fəza ! Dünya hər şeyi əhatə edir , fəza isə dünyanı da özündə saxlayır!

Ən ayrılmaz nədir ?- ümid , çünki o hətta heç nəyi olmayanlarda da var!

Ən güclü nədir? –Fikir!

Ən çətin nədir? – özünü dərk etmək!

Ən asan nədir? – Adəti üzrə yaşamaq!

Və s.

Başqa növ akusmlar :

özündə Tanrını məhv etmə!

Canlıları və paxlalıları yeməkdən çəkin!

ümumi hamamda çimmə! Səninlə çimənlər təmizdirlərmi ?

Heç kimə yükünü yerə qoymağa kömək etmə, əksinə yükü qaldirana yardım et!

çox geniş yayılmış akusmlar və aforizmlər :

övladlarınızın göz yaşlarını qoruyun ki, onları sizin qəbriniz üstündə axıda bilsinlər!

Həqiqət dostu ol şəhid omaq səviyyəsində, lakin onun dözülməz qoruyucusu olma!

“Hə” və “Yox” nə qədər qisa sözlər olsalar da, çox ciddi fikir tələb edirlər!

Yaltaqlıq şəkildə olan silah kimidir, ləzzət (xoşluq) gətirir , lakin heç bir faydası yoxdur!

Günəş batarkən öz kölgənə baxıb özünü də böyük insan sayma!

Zarafat duz kimidir , onu az miqdarda işlətmək lazımdır !

Fəlsəfə , Tanrı, Kosmoqoniya

Fəlsəfə (Filosofiya) sözünü ilk dəfə Pifaqor işlətdi .

Hikmət həqiqəti – o həqiqəti ki, həqiqi varolanda var- bilməlidir. Həqiqi varolan qeyri material , qeyri cismani , əbədi və yeganə hərəkətvricidir. Bütün yerdə qalan şeylər yaradılmış və müvəqqətidir , heç vaxt həqiqi mənada varolan deyillər. Hikmət varolanı bilməkdir, onların bənzəyiş və adaşlarını yox. Buna baxmayaraq, həqiqi varolanın dərk olunması “bənzəyiş və adaşların” dərki ilə bağlıdır. Kim ümumini düzgün tapa bilirsə , xüsusini də düzgün anlaya bilər.İlkin varolan və dərk oluna bilən rəqəmlərin təbiəti və nisbəti ( proporsiyası) dir. Şeylər özlərini rəqəmlərə oxşadaraq var ola bilir. Pifaqor Tyuxe (tale ilahəsi) –nin iradəsi ilə etdiyimiz və ağılla etdiyimiz arasında fərqi sezdi.

Pifaqor fəlsəfəsinin əsası aləm və Tanrının haqqında bilikdir. İlk öncə sonsuz və sərhədsiz boşluq var idi (onu zülmət də adlandırırdilar...). Pifaqorçular boşluğun varlığını qəbul edirdilər. Pifaqor Tanrı haqqında fəlsəfəsini müxtəlif kultlardan ( Orfiklər, Misir kahinləri, Babil şəbehçıxaranları , İran sehrbaz, kahinləri , misteriyalar,İber və Kelt dini cəmiyyətlər) götürüb birləşdirmişdi. Pifaqor Tanrının vahidliyi nəticəsinə gəldi. Pifaqora görə Tanrı vahiddir və kosmosdan kənarda deyil , hər şeyi əhatə edən Tamdır. O öz yaratdıqlarına nəzarət edir, enerji yardan, işığın mənbəyi , ümumi ata , fikir və canlandırıcı , hər şeyin əvvəlində olandır. Tanrı həqiqətdə əyan olur .Yalnız Həqiqətə can atanlar Tanrıya yaxınlaşır! O Zərdüştdən öyrənmişdi ki (rəvayətə görə o Zərdüştlə görüşübmüş...), Hörmüzd tanrı cismanı olaraq işıq, ruhi olaraq həqiqətdir . İnsan yalnız Tanrıları şad edən hərəkətlər etməlidir . Pifaqor Tanrıyla əlaqəni və onunla birləşməyi tədqiq etmişdir. Tanrı haqqında həqiqəti yalnız təmizlənmə ritualını keçmiş , misteriyada ən dəqiq biliyə sahib olanlardan almaq olar, bunu gizli saxlamaq lazımdır .

Ruh və Metempsixoz

Ruh efirdən ayrılmış hissədir, candan onunla seçilir ki, onda candan fərqli olaraq həm isti həm də soyuq efir var. Ruh ölməzdir, çünki ayrildığı və hissəsi olduğu da ölməzdir. Bütün hərarəti olanlar yaşayır, lakin bütün yaşayanlarda ruh olmur. Ruhlar Uranın iradəsi ilə yerə gəlir və birləşməyə qanlı və nəmişlik xüsusiyyəti olan təbiətlərlə birləşir. Ruhun öz gücü, mükəmməl enerjisi var. Vacib olan yer həyatında xeyir və şərə istiqamətləndirilməkdir, yalnız ruh xeyirxah olduqda insan xoşbəxt olur. ölümdən sonra ruh təmizlənibsə o, Tanrıya çevrilib bir də yerə qayıtmır. Ruhun bədəndə ürəkdən baş beyinə qədər yer tutur. Emosiyalar ürəkdə . şüur və intellekt beyində yerləşir. Ruh bir neçə hissədn ibarətdir :

Şüurlu, şüursuz,erotik , kölgə və sifət .

Ruhlarda ilahi hissə var ki, bunun vasitəsilə dostlar arasında ruh ümumi yaranır və Tanrı ilə birləşmə baş verir. Şüurlu hissə özü də 3 hissəyə bölünür :

Şüur (nous) , İntellekt (phren) və ehtiras (thymos) . Şüur və intellekt ölməzdir, ehtiras öləndir. Ruhun 4 xüsusiyyəti var :

  1. Fikirləşmək
  2. Qiymətverici
  3. Hissi, duyğusal hisslər
  4. İlham ( instinktiv olaraq)

Cəzalandırılmağa gəlmiş ruhlar – cəzalandırılmaılıdır, çəkdikləri əziyyət və məşəqqətlər onlara xeyirdir, ona görə də heç kimə “yükünü ” yerə qoymağa yardım etmə , əksinə “yükü” götürməyə yardım edin.

Metempsixoz ( reinkarnasiya) - Ruhların yenidən təcəssüm etməsi , yeni bədənə qayıtması deməkdir. Bu dövrandan çıxmaq üçün ruhu saflaşdırmaq , təmizləmək lazımdır. Pifaqorun ruhun ölümdən sonrakı səyahəti haqqənda da fikirləri vardır.

Son olaraq demək lazımdır ki, Pifaqor məktəbinin taleyi cəza tədbirləri nəticəsində faciə ilə bitti , sağ qalan tələbələri sonradan onun fikirlərini yazmağa başladılar. Pifaqorizm təliminin özü isə tədricən Platonizm təliminin daxilində əridi...

P.S. Bu qədər ... Material çox olduğuna görə yazı kiçik məqalə formatında alındı ( yəni forum üçün bir az “uzun” oldu ))))

Link to comment
Share on other sites

Pifaqorun rəqəmlərin mistikası və "pifaqor teoremi" haqqında yazmadım . Rəqəmlər haqqinda yazmaq üçün Pifaqorla şəxsən tanış olmaq smile.png lazım idi . "Pifaqor teoremi" də güman edirəm ki, hələ yadınızdan çıxmayıbsmile.png

Link to comment
Share on other sites

tesekkur. sadece olaraq o boyda pifaqoru xirda bir meqaleye sixisib deye fikirleri basa dusmek ucun daginiq dusuncelere dalirsan, bir anlayisi derk etmemis, 2-cisi, 3-cusu ,,, alem qarisir.

ruh haqqinda fikirleri maraqlidi. ruh olmezdir, cunki ayrildigi ve ya hissesi olan da olmezdi. amma bilmirem ruhsuz canli ifadesini ne menada isledib? yani bizlerde de deyilir " bu adamin ruhu yoxdu", yani insafi , vicdani ve s kimi yaxsi xususiyyetleri yoxdu. bilmirem belke de bu menada isledib amma bunun ucun gerek pifaqoru taniyaq.

pifaqor: ruhlarda ilahi hisse var ki bunun vasitəsilə dostlar arasında ruh ümumi yaranır və Tanrı ilə birləşmə baş verir

ola bilsin bu ifade ali varliga teref yol alan insanlarin birlesmesi kimi qiymetlendirilib. nece ki islamda mominlerin birlesmesi.

ruhlarin yeniden tecessum etmesi butun dinlerde vardir. sozsuz ki burda temizlenmis ruhlardan sohbet gedir. islamda soylendiyine gore adem(ilk insan) -in dovrunden bu gune kimi boyuk bir qosun yigilir ki onlar yer uzune qayidib yer uzune xosbextlik getirecekler.

Link to comment
Share on other sites

Pifaqorun rəqəmlərin mistikası və "pifaqor teoremi" haqqında yazmadım . Rəqəmlər haqqinda yazmaq üçün Pifaqorla şəxsən tanış olmaq smile.png lazım idi . "Pifaqor teoremi" də güman edirəm ki, hələ yadınızdan çıxmayıbsmile.png

Təşəkkürlər mövzuya görə, mənim üçün olduqca maraqlıdır.

İlkin varolan və dərk oluna bilən rəqəmlərin təbiəti və nisbəti ( proporsiyası) dir. Şeylər özlərini rəqəmlərə oxşadaraq var ola bilir

Pifaqor deyirdi : все есть число.

Rərəmlərin sehri məni həmişə cəlb edib, numerologiya bir elm kimi qəbul olunmasa belə

1 rəqəmi Yaradanın simvolu, başlanğıcı hesab olunur, 0 rəqəmi sonsuzluq, boşluq, Yerin simvoludur. 1000000 ədədini müəmmalı 7 rəqəminə bölsək mistik 142857,142857... sonsuzluğu alınır. maraqlıdır ki, 22 /7 bölgüsündə= 3.142857...П ədədində də bu rəqəm ardıcıllığını alırıq

Link to comment
Share on other sites

tesekkur. sadece olaraq o boyda pifaqoru xirda bir meqaleye sixisib deye fikirleri basa dusmek ucun daginiq dusuncelere dalirsan, bir anlayisi derk etmemis, 2-cisi, 3-cusu ,,, alem qarisir.

ruh haqqinda fikirleri maraqlidi. ruh olmezdir, cunki ayrildigi ve ya hissesi olan da olmezdi. amma bilmirem ruhsuz canli ifadesini ne menada isledib? yani bizlerde de deyilir " bu adamin ruhu yoxdu", yani insafi , vicdani ve s kimi yaxsi xususiyyetleri yoxdu. bilmirem belke de bu menada isledib amma bunun ucun gerek pifaqoru taniyaq.

pifaqor: ruhlarda ilahi hisse var ki bunun vasitəsilə dostlar arasında ruh ümumi yaranır və Tanrı ilə birləşmə baş verir

ola bilsin bu ifade ali varliga teref yol alan insanlarin birlesmesi kimi qiymetlendirilib. nece ki islamda mominlerin birlesmesi.

ruhlarin yeniden tecessum etmesi butun dinlerde vardir. sozsuz ki burda temizlenmis ruhlardan sohbet gedir. islamda soylendiyine gore adem(ilk insan) -in dovrunden bu gune kimi boyuk bir qosun yigilir ki onlar yer uzune qayidib yer uzune xosbextlik getirecekler.

Pifaqora görə ruhla canın fərqini yuxarıda yazmışam. Məncə, bitkilər və bəzi heyvanları nəzərdə tutub onların tək canlı lakin ruhsuz olduğunu yazıb. Heyvanlardan , dəqiq bildiyim ,(Pifaqora görə) qurbanlıq üçün seçilmiş heyvanların ruhu yoxdur. çünki , o ümumiyyətlə heyvan yeməkdən çəkindirirdi(çünki onların ruhu var) , amma qurbanlıq heyvanları icazə verirdi ( heyvan ətıni çox arzulayan adamlara ...).

ümumi ruh haqqında , məntiq görürəm, ona görə ki, ilkin olaraq bütün ruhlar eyni mənbədən ( eyni təbiətdəndir) , lakin yer həyatında ruhlar "çirklənir" , onları təmizləyib saflaşdıranda - yenə eyni saf təbiətə malik olurlar - beləcə onlar Tanrıya qovuşurlar . Bu prosesdə tamamilə mümkündür ki, saflaşdırılmış ,lakin hələ Tanrıya qovuşmamış ruhlar öz aralarında ( dostlar ) ümumi ruha, ağıla malik ola bilər. Bu isə ruhda olan xüsusi hissə ilə bağlıdır.

P.S. Hörmətli Roberto , bu mövzunu haqlı tənqid etdiniz, heç olmasa ona görə ki, 3 dəqiqəyə yaradıla bilən mövzuya 3 gün nahaq yerə vaxt sərf etdim. Bu kitabı (mənbə kimi istifadə etdiyim) əvvəl oxuduğuma baxmayaraq bir də "vərəqlədim" ( 400 səhifədən artıq...) + internet resurslar.

Bir də belə səhv etmərəm , söz verirəm...

Edited by Sunyata
Link to comment
Share on other sites

Təşəkkürlər mövzuya görə, mənim üçün olduqca maraqlıdır.

İlkin varolan və dərk oluna bilən rəqəmlərin təbiəti və nisbəti ( proporsiyası) dir. Şeylər özlərini rəqəmlərə oxşadaraq var ola bilir

Pifaqor deyirdi : все есть число.

Rərəmlərin sehri məni həmişə cəlb edib, numerologiya bir elm kimi qəbul olunmasa belə

1 rəqəmi Yaradanın simvolu, başlanğıcı hesab olunur, 0 rəqəmi sonsuzluq, boşluq, Yerin simvoludur. 1000000 ədədini müəmmalı 7 rəqəminə bölsək mistik 142857,142857... sonsuzluğu alınır. maraqlıdır ki, 22 /7 bölgüsündə= 3.142857...П ədədində də bu rəqəm ardıcıllığını alırıq

Rəqəmlər və elmlərə maraq Pifaqorda deyilənə görə həm də onun dövrünün ən savadlı , zəkalı insanları ilə olan tanışlığından olub.

Miletli Fales və Anaksimandr ilə tanış olmuş , bundan əlavə Misir, Finikiya, Babil kahinlərindən çox şey öyrənib. Ekvivalentliyi , proporsiyanı, tənasübsüzlik və irrasional ədədləri onun adı ilə də bağlayırlar.

1- siz yazdınız smile.png

2- ikilik, ziddiyətlərin mənbəyi və səbəbi ,

3- ikiliyin ilk törəməsi , ikiliyin bir yaradıcılıq gücü kimi qüsur və kəm olmasının simvolu,

4- 4 təbii ünsur , dünyanın 4 tərəfi , 4 ölçülü aləm (3 ölçülü fəza + zaman) və s.

5- İlahi təbiətl "qızıl kəsim" proporsiyası ( пропорция золотого сечения) beşbucaqlı simmetrik fiqurlada meydana gəlir. ( pentaqon, 5- bücaqlı ulduz , 5 ləçəkli gül - bunla vaxtilə pifaqorizmin simvolu olub, sonradan başqa təlimlərə də "köçürülüb" )

6- tamahkarlıq, acgözlük ,nəfsi saxlamamaq, ifratçılıq (yeməkdə , içməkdə, şöhrətpərəstlik , məğrurluq ...)

7- lazımi anların simvolu (doğuluş,yetkinlik, son) , Pifaqor məktəbində 7 fənndən ibarət tədris silsiləsi...

və s. .... və s.

Edited by Sunyata
Link to comment
Share on other sites

Zəhmətiniz heç də hədər getməyib... Pifaqordan, Fəlsəfədən, rəqəmlərdən heç nə anlamayan mən yazınızı boyuk maraqla oxudum və nəsə öyrəndim. Bütün açdığınız mövzuları maraqla oxuyuram. Amma bu mövzuya görə Sizə xüsusən təşəkkür edirəm!

Edited by Консуэло
Link to comment
Share on other sites

Zəhmətiniz heç də hədər getməyib... Pifaqordan, Fəlsəfədən, rəqəmlərdən heç nə anlamayan mən yazınızı boyuk maraqla oxudum və nəsə öyrəndim. Bütün açdığınız mövzuları maraqla oxuyuram. Amma bu mövzuya görə Sizə xüsusən təşəkkür edirəm!

rroza.gif çox sağ olun maraqlandığınız üçün həm də dəstvyə görə !

Elə mənim özümə də maraqlı idi ( Fəlsəfədən, rəqəmlərdən başqa ...) onun məkətbi haqqında yenidən oxumaq . Hətta, ürəyimdə bir qibtə hissi oyandı - onlarda olan bu ciddilik bizdə olsaydı ... Bir də heyrətləndirən ( təkrar da olsa... ) Pifaqorun dini , fəlsəni , elmi, mistiikanı bir araya necə gətirməsi oldu.

Onun fikirləri ilə isə , aydındır ki, qismən razılaşmaq olar , bir qismi ilə isə yox... Bu hərənin öz fəlsəfi dünyagörüşü və nəyə üstünlük verməsindən asılıdır .

Link to comment
Share on other sites

pifaqorun ceza novleri haqqinda genis infarmasiyaniz varmi?

nefsi cezalandirmaq ve yaxud telebelerini nece cezalandirirdi?

orda qisa olaraq yazmisiz deyirem belke etrafli yazasiz,

onceden tesekkurler.

Link to comment
Share on other sites

pifaqorun ceza novleri haqqinda genis infarmasiyaniz varmi?

nefsi cezalandirmaq ve yaxud telebelerini nece cezalandirirdi?

orda qisa olaraq yazmisiz deyirem belke etrafli yazasiz,

onceden tesekkurler.

Pifaqorun məktəbində cəza tədbiri barədə eşitməməişəm , yəqin anlaşılmazlıq oldu... Cəzalanmağa gəlmiş rulardan yazmışdım - yəni ölümdən sonra kifayət qədər "təmizlənməmiş" yaxud tam "çirkli" ruhlar yenidən başqa bədənə qayıdır ( metempsixoz) və dövrü (cikl) davam edir . Bu mənada, onların təmizlənməyinə yardım etmək üçün onlara kömək etmək - onlara kömək etməməkdir . ( Karma anlayışına çox yaxındır) Yəni , İsusun da dediyi kimi hərə öz "xaçını" (yükünü ) özü daşımalıdır.

Bir də mövzunun sonunda "cəza tədbirləri nəticəsində" ...ifadəsi var - Bu isə pifaqorçuları həm də siysətdə aktiv iştirak etdikləri üçün böyük nüfuza sahib olduqlarına görə sonda represiyaya məruz qalmaları haqqında məlumat idi. Onların məktəbini darmadağın etdilər, çoxlu tələbələri öldürdülər , yalnız bir qismi qaçıb canını qurtara bildi...

Siz deyən cəza tədbirləri yoxdur , yalnız bəzi qadağalar var ...

Link to comment
Share on other sites

ele men qadagalari nezerde tutmusdum. ceza deyende bir az duz yazmadim.

Ümumi qadağalardan :

Heyvan əti və ayrı -ayrı hissələrini yeməmək,

Paxlalı bitkiləri yeməmək ,

Tanrının adı ilə and içməmək,

Qadın öz qanuni "ərindən sonra" məbədə gedə bilər, amma "məşuqundan sonra" olmaz ,

Qadınlara məbəddə doğmağa icazə verilmirdi,

Məbədin daxilində hətta bit belə öldÜrmək olmazdı,

Məbədə təmiz ağ paltarda daxil olmaq olardı,

Meyidləri yandırmaq olmazdı ,

Mərhumları ağ paltarda dəfn etməyi söyləmişdi və s.

Sırf məktəbə aid olan məlumatı sonra tapıb yazaram...

Link to comment
Share on other sites

ele men qadagalari nezerde tutmusdum. ceza deyende bir az duz yazmadim.

Pifaqorçuların andı deyilən bir şey var , məktəbdə olan qayda və qanunlar , qadağalar haqqında sonra yazaram , indi getməliyəm ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Pifaqorçuların andı deyilən bir şey var , məktəbdə olan qayda və qanunlar , qadağalar haqqında sonra yazaram , indi getməliyəm ...

Pifaqorçular andında elə bir maraqlı punkt görmədim ... Təxminən , and içib aşağıdakıları söz verirlər :

Təlimin sirrlərini hətta ölüm qorxusu olsa belə açmamaq, müəllimə valideyn kimi hörmət etmək, onun övladlarını qardaş saymaq, öz sənsəti ilə ( başqa işlə yox) ilə məşğul olmağa , hər hansı bir evə yalnız xöş məramla daxil olmağa, başqalarının sirrini heç kimə açmamağa ...

Qadağalardan, ümumi ( qadınlara aid olnalardan başqa) olanlardan əlavə tələbələrə ( ezoteriklərə ) ümumiyyətlə ət yemək qadağanı var idi ( akusmatiklərə bu barədə güzəştlər var idi) , qurban kimi öküzləri tamamilə qadağan idi və s.

Bir də , tələbələrin daxili nizam intizam qaydaları var idi , bəzilərini yazıram:

Günəş doğmasından gec olmayaraq yuxudan oyanmaq və günəşə təşəkkür və dua etmək ,

Yataqdan bütün gün ərzində olanaları yada salıb , nəticə çıxardıqdan sonra qalxmaq,

Səhər gəzintisi ( tək ) , ruhu qaydaya salmaq üçün,

... yuyunmaq , yemək və s. kimi maraqsız smile.pngişlər , sonra maraqlı bir yer var :

Pifaqorçulardan bir adət qalıb , yemək yeyərkən çoxlu şirniyyat və zərif yeməkər də qoyurdular süfrəyə, amma yemirdilər - beləliklə nəfslərinə qalib gəlməyi öyrənirdilər...

Link to comment
Share on other sites

cox sag olun sunyata bey size eziyyet verdim. bir sey mene cox maraqlidi: pifaqor bele cixir ki ozu butun bunlara emel edirmish? sizce beledi?

Siz də sağ olun ! Mövzunu açmışamsa , bacardığm qədər cavab verməyə hazıram .

Pifaqoru onun dövründə müqəddəs , qeyri adi imkan sahibi , möcüzələr göstərən , nurlanmış müəllim , ali varlıq ( yalnız öyrətmək üçün insan şəklində yerə gəlmiş ...) kimi sayırdılar, xüsusilə də onun məktəbində...

Amma , mən onun tələbəsi olmamışam smile.png ona görə deyə bilmərəm əslində necə olub ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Pifaqorun rəqəmlərin mistikası və "pifaqor teoremi" haqqında yazmadım . Rəqəmlər haqqinda yazmaq üçün Pifaqorla şəxsən tanış olmaq smile.png lazım idi . "Pifaqor teoremi" də güman edirəm ki, hələ yadınızdan çıxmayıbsmile.png

Rəqəmlərlə bir çox anlayışları ölçmək mümkündür. Rəqəmlərin ardıcıllığı ifadə edir, bu ardıcıllığı dəyişməklə insan idarə edə bilər. Düşünürəm ki, Pifaqor ilk olaraq olaqar bu rəqəmlərin müəmmalı ardıcıllığının nə səbəbdən bizlər üçün cazibədar olduğunu anlamışdı. İnsan təbiəti ilkin olaraq gözəllik və tarazlığın qavramasına kodlaşdırılıb, biz istəsək də istəməsək də gözəllik və ahəng vurğunuyuq. İdeal proporsiyalardan (nisbət) ibarət tikili, təbiət obyektləri, üz cizgiləri insanları valeh edir, çox vaxt şüurla izah edilə bilməyəcək amma artıq altşüurun qiqqətini cəlb edən qeyri-adilik, fəqrlilik beynimizə impulslar (qıcıqlar) verir.

Qızıl kəsim proporsiyasının simvolu beşbucaqlı (daxilindəki pentaqramma) ulduz svastikası özündəki hər bir xətt parçasının ideal nisbəti ilə qiddəti cəlb edir. Nisbətdən yaranan mistik bölgü bir koffisentdir, koddur, meyardır, açardır - təbiətlə öz varlığı arasında tarazlıq yarada bilən vasitədir, gözəllik yarada biləcək imkandır.

Link to comment
Share on other sites

Rəqəmlərlə bir çox anlayışları ölçmək mümkündür. Rəqəmlərin ardıcıllığı ifadə edir, bu ardıcıllığı dəyişməklə insan idarə edə bilər. Düşünürəm ki, Pifaqor ilk olaraq olaqar bu rəqəmlərin müəmmalı ardıcıllığının nə səbəbdən bizlər üçün cazibədar olduğunu anlamışdı. İnsan təbiəti ilkin olaraq gözəllik və tarazlığın qavramasına kodlaşdırılıb, biz istəsək də istəməsək də gözəllik və ahəng vurğunuyuq. İdeal proporsiyalardan (nisbət) ibarət tikili, təbiət obyektləri, üz cizgiləri insanları valeh edir, çox vaxt şüurla izah edilə bilməyəcək amma artıq altşüurun qiqqətini cəlb edən qeyri-adilik, fəqrlilik beynimizə impulslar (qıcıqlar) verir.

Qızıl kəsim proporsiyasının simvolu beşbucaqlı (daxilindəki pentaqramma) ulduz svastikası özündəki hər bir xətt parçasının ideal nisbəti ilə qiddəti cəlb edir. Nisbətdən yaranan mistik bölgü bir koffisentdir, koddur, meyardır, açardır - təbiətlə öz varlığı arasında tarazlıq yarada bilən vasitədir, gözəllik yarada biləcək imkandır.

Rəqəmlər, proporsiya ilə gözəllik , mükəmməllik , estetika arasındakı qarşılıqlı alaqə şübhəsizdir və insanı məhz rəqəmlərin mistikasına yönəldir... Rəqəmlərin mistikasından Pifaqordan başqa bir çox dini- fəlsəfi təlimlərdə də həmçinin istifadə olunmuşdur.

Doğrusu , mənə , hərdən bu rəqəmlərin mistikası bir az necə deyərlər "qualğından dartılmış" kimi görünsə də , hər halda başa düşməyə çalışmışam ... ( təəssüf ki, uğursuz sad.png ) Rəqəmlərin mistikasına , kaballa , sufizm , 4-yol təlimində rast gəlmişəm ... Bir şey də başa düşməmişəm... smile.png

Edited by Sunyata
Link to comment
Share on other sites

en sevdiyim teoremin banisi :) bu teoremi o qeder ispat edirdim ki orta mektebde.neyse.

kicik bir hisseye fikir bildirmek istedim:

Ən qədim nədir? -

pifaqor-Tanrı, çünki başlanğıcı yoxdur !

lucifer-substansiya

Ən böyük nədir? -

pifaqor-Fəza ! Dünya hər şeyi əhatə edir , fəza isə dünyanı da özündə saxlayır!

lucifer-varliq ozu bir tamdir.buna gore materiya ozu hem en boyuk olandir hem de zerrelerden ibaretdir.(antinomiyalar)

Ən ayrılmaz nədir ?-

pifaqor-ümid , çünki o hətta heç nəyi olmayanlarda da var!

lucifer-butun umidini itiren azaddir(tyler durden) demeli azadliq isteyi

Ən güclü nədir? –

pifaqor-Fikir!

lucifer-sevmek

Ən çətin nədir?

pifaqor – özünü dərk etmək!

lucifer-sevmek

Ən asan nədir? –

pifaqor Adəti üzrə yaşamaq!

lucifer-yalan danismaq

Link to comment
Share on other sites

  • 2 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 116 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 29 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 16 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 19 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 52 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 118 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...