Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ans Ulviranı Qovdu


Recommended Posts

ANS-də nə baş verdi? Hər şey sentyabr ayının 17-i və 18-ində ANS TV-nin “İkinci Həyat” verilişində baş verən gözlənilməz və xoşagəlməz hadisədən başladı.Belə ki, verilişin qonaqlarından bəziləri söz azadlığını “hər şeyə icazə olar” kimi anlayaraq özlərini Azərbaycan xalqının milli dəyərlərindən qat-qat aşağı səviyyədə apardılar və etik normalardan uzaq ifadələrə yol verdilər. Bu faktları dərhal qeydə alan Milli Televiziya və Radio Şurası ANS TV-nin Baş direktoru Mir Şahin Ağayevi quruma dəvət etdi və ona rəsmi xəbərdarlığını çatdırdı. Prosesin ardını Mir Şahin Ağayev ANS-PRESS-ə belə izah etdi. “Mən dərhal təcili toplantı keçirdim və elan edilmiş xəbərdarlığı verilişin yaradıcı heyətinin və struktur rəhbərlərinin nəzərinə çatdırdım. Birbaşa efirdə baş vermiş bu hadisənin araşdırılması və səbəbkarların ciddi cəzalandırılması məqsədilə müvafiq tapşırıqlar verdim. Bu müşavirədə onu da qeyd etdim ki, bu hadisə təsadüfi olmaya da bilər. Hətta mümkündür ki, burada ANS TV-nin imicinə zərbə vurmaq istəyən qüvvələrin, rəqabəti qaydasız aparan kimlərinsə əli ola bilsin. Verilişin aparıcısı və prodüsserinə xəbərdarliq elan edildi və buna görə daha diqqətli olmağı tələb etdim".

ANS TV-nin sədri Mais Məmmədov problemin alt qatı barədə danışdı: “O zaman üçüncü qüvvələr versiyası üzərində o qədər də dayanmadıq. Amma görünür nahaq yerə. Çünki sentyabr ayınını 19-da rəsmi xəbərdarlıqdan cəmi bir neçə saat sonra “İkinci həyat” verilişində daha böyük fövqəladə hadisə baş verdi. Bu dəfə verilişin birbaşa efirinə telefonla qoşulan iştirakçı nalayiq tərzdə küçə söhbətini və etikadan kənar çıxan "Səni görüm yanasan, səni görüm badımcan... özünə!" cümləsini səsləndirdi. Baxmayaraq ki, burada, necə deyərlər, heç nə adı ilə çağrılmamışdı, amma artıq olan olmuşdu, efirə təxribat yol tapmışdı. Aparıcının müdaxiləsi və həmin şəxsə özünü ələ almaqla bağlı xəbərdarlığına baxmayaraq ANS-in tamaşaçıları təhqir olunmuşdu. Bu zaman biz bir neçə saat əvvəl keçirilən müşavirədə hadisənin 3-cü qüvvələr və ya Azərbaycan xalqının düşmənləri tərəfindən törədilə bilmə ehtimalı barədə deyilənləri xatırladıq".

Bu hadisələri şərh edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS PRESS-ə bunları deyib: “Öz hərbi reportyor təcrübəmdən bilirdim ki, mərmi eyni yerə təkrar düşmür. Amma görünür düşürmüş. Fikrimcə, efirə ciddi şəkildə hazırlanaraq həyata keçirilmiş provakasiya yol tapıb. Mən bunu Azərbaycanın daxili və ya xarici düşmənlərinin etdiyi barədə uzun-uzadı müzakirə açmaq niyyətində deyiləm və ANS-in ölkədə və olkədən kənarda vətənpərvərlik missiyası apardığına görə maraqlı dairələr və özünü qolu zorlu hesab edən rəqiblər tərəfindən əvvəldən hazırlanmış provakasiyanın hədəfi olduğunu inkar etmək də istəmirəm. Amma 3 gün ərzində baş vermiş üç oxşar hadisə başqa cür düşünməyə, sadəcə, mane olur. Hörmətsiz insanlar anlamalıdırlar ki, onlar ANS-i yox, Azərbaycan xalqını təhqir edirlər. Və mən fürsətdən istifadə edərək bu provokasiyaya görə ANS-in çox milyonlu tamaşaçı auditoroyasından üzr istəyirəm. Görünür, Azərbaycanın və onun qabaqcıl şirkətlərinin inkişafını hələ uzun muddət düşmənlərimizin gözü götürməyəcək. Ona görə də, millət olaraq çox diqqətli olmalıyıq.

Məlumat vermək istəyirəm ki, baş vermiş hadisəyə görə ANS əməkdaşlarının da məsuliyyəti az deyil. Milli Televiziya və Radio Şurasınin xəbərdarlığından sonra onlar ciddi xəbərdarlıq almışdır, lakin təkrar olunan hadisəyə görə, verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb. Onun formatını dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib. Veriliş yeni yaradıcı heyətlə davam edəcək. ANS Beynalxalq TV Yayım Assosiyasiyasının üzvü olaraq, biz birinci növbədə ora, habele dünyanın müxtəlif ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarındakı dostlarımıza, həmkarlarımıza müraciət etmişik ki, belə gözlənilməz faktların qarşısını almaq istiqamətində əldə etdikləri təcrübəni bizimlə bölüşsünlər. Nəticədə çox faydalı biliklərə malik olduq ki, onları da Milli Televiziya və Radio Şurası ilə bölüşmək fikrindəyik ki, belə hadisələr ölkəmizdə bir də təkrar olunmasın”.

Vahid Mustafayev baş verən hadisələri xalqın deyil, ayrı-ayrı nalayiq şəxslərin və qaydalar çərçivəsində mübarizə aparmaq imkanında olmayan qüvvələrin işi kimi səciyyələndirib. “Bir daha belə hadisələrə ANS-in efirində yol verilməyəcək. Bu hadisələrdə iştirak edən şəxslərlə Azərbaycan qanunvericiliyinin bütün qüvvəsi ilə mübarizəmizi sona çatdıracağıq. In şa Allah!”/anspress/

Link to comment
Share on other sites

REPLİKA

ANS-in canlı efirində söyüş səslənməsinə görə cəmiyyətdən sərt reaksiya eşidilməsə də, kanal özünü təmizə çıxartmaq üçün bütün mümkün variantlardan istifadə edir.

Xatırlayaq ki, Azərbaycan futbol millisinin Portuqaliya oyununda da oyunçularımızın söyüşməsini AzTV ekranından bütün Azərbaycan izlədi. O zaman telekanal açıqlama verdi, məsələ qapandı.

Biz TV eksperti deyilik, canlı efirdə bu cür fors-major hallarda nə ediləcəyini bilmirik.

Amma belə məlum olur ki, elə ANS-in rəhbəri Vahid Naxışın da biliyi bizdən çox deyil: “Amerika Birləşmiş Ştatlarındakı dostlarımıza, həmkarlarımıza müraciət etmişik ki, belə gözlənilməz faktların qarşısını almaq istiqamətində əldə etdikləri təcrübəni bizimlə bölüşsünlər”.

Özlərini fəxrlə “ölkənin ilk müstəqil telekanalı” adlandıran ANS-çilərin indiyə qədər canlı efir hazırlığı yoxuydu?

Hərçənd, ANS bilməli idi ki, insanların ailə problemlərini efirə çıxaranda ortaya badımcan söhbəti də çıxacaq...

Hərçənd ANS bilməli idi ki, özünə xəbər kanalı deyən bir televiziya bu cür şoular üzərindən reytinq qazanmağa cəhd etməz.

Hərçənd ANS bilməli idi ki, işçini işdən çıxarmaqla problemi həll etmək mümkün deyil.

Biz tanıdığımız ANS bilməliydi...

Kanalın rəsmiləri - Mirşahin, Mais Məmmədov və Vahid Mustafayev “üçüncü qüvvələr” üzərində dayandı. Bax bu, artıq mifdir, kanal rəhbərliyinin reallıq hissini itirdiyini göstərir.

Canlı efirdə fors-major hallara necə reaksiya verildiyini bilməyən kanal fors-major halda hazırlıqsız yaxalanır və bunu “üçüncü qüvvələrin təxribatı” hesab edir, vətənpərvərlikdən danışır.

Dəvənin ipini möhkəm bağlayıb Allaha təvəkkül etmək əvəzinə, dəvəni boş buraxıb onun başına gələnləri “üçüncü qüvvənin təxribatı” saymaq sizə ciddimi gəlir?

Və... Kimdir bu üçüncü qüvvə?

Bəlkə elə o badımcanın özüdür?

kulis.az

Link to comment
Share on other sites

Ulviradan bir aparıcı kimi xoşum gəlmirdi , amma canlı yayımda gedən söyüşə görə aparıcın işdən atmaq heç bir məntiqə uyğun gəlmir . Heç bir səs rejissoru canlı bağlantıda 10-15 saniyəlik söyüşü zamanında qapatmaq imkanına malık deyil .... Ola bilsinki ortada başqa məqamlarda olsun ..thinking.gif

Link to comment
Share on other sites

Kiçik bir məqamı nəzərinizə çatdırım ki, normalda bu tip verilişlərdə canlı efir TV-yə intervalla ötürülür ki, bu interval da lazım olan anda efiri kəsib, araya hər hansısa bir reklam roliki salmaq olur. Məsələn deyək ki, 30 saniyəlik interval var. Efirdə salam deyilir və bu salam sözü 30 saniyə sonra TV-də tamaşaçıların qarşısına çıxır. Bu halda artıq Canlı Efir də tam nəzarətdə olur. Problem yarandığı an efirlə TV arasında əlaqə kəsilir, ortaya reklamlar gəlir, və sonra davam. - Bu da Amerikanın, Azərbaycanın yox, sadə bir azərbaycanlı gəncin düşünüb gəldiyi nəticə.

Amma özü haqda çox yüksək fikirdə olan və insanlarda artıq ikrah hissi oyatmış ulvirənin gedişinə əla bir səbəb oldu. sıra gəldi sifətsiz elgizə. onun da yolu açılar, tamaşaçı gözünü deşən, qulağı mazol edən mənasız insanlardan efir qurtular.

© Vaqif.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Mənim fikrimcə bu səbəbdən verlişin işçilərin, özüdə tam heyətdə işdən azad etmək düzgün deyil. Telekanal öz texniki zəifliyin etiraf edərək bundan dərs çıxarıb onu düzəltmək əvəzinə hadisəni ört basdır etmək üçün işçiləri işdən çıxarır. Canlı efir edən kanal belə şeylərə hər an hazır olmalıdır, təbii ki, əgər bu ona sərf edirsə thinking.gif . Bəs nə oldu indi niyə belə gözlənilməz faktların qarşısını almaq üçün Amerika Birləşmiş Ştatlarındakı dostlarınıza, həmkarlarınıza müraciət etmişiniz?

O işçılərin yerinə olsam əvvəl əmək müfəttişliyinə şikayət edərdim, sonra da o kanalı haqsız yerə işdən azad olunmağa görə məhkəməyə verib təzminat davası açardım.

Edited by ladylayla
Link to comment
Share on other sites

Mence tamamile duzgun qerar idi. Ulvira ve onun kimi danishigini bilmeyen birisini aparici kimi saxlamaq agilsizliqdan bashqa bir shey deyil. Bu cur insanlar efire yarashmir. Bunlar ANS-in onsuz da ashagi olan reytinqini daha da zeifledir. Yani kanal rehberliyi bunu hele indi basha dushub?

Edited by HPTRUEVISION
Link to comment
Share on other sites

Mence tamamile duzgun qerar idi. Ulvira ve onun kimi danishigini bilmeyen birisini aparici kimi saxlamaq agilsizliqdan bashqa bir shey deyil. Bu cur insanlar efire yarashmir. Bunlar ANS-in onsuz da ashagi olan reytinqini daha da zeifledir. Yani kanal rehberliyi bunu hele indi basha dushub?

Güya o səviyyəsiz kanalda başqaları elə ağzının danışığını bilir? Ulvira da elə orada işləyənlərin əksəriyyəti ki səviyyəsiz idi də. Nəyi fərqlənirdi ki?

Link to comment
Share on other sites

Güya o səviyyəsiz kanalda başqaları elə ağzının danışığını bilir? Ulvira da elə orada işləyənlərin əksəriyyəti ki səviyyəsiz idi də. Nəyi fərqlənirdi ki?

Belelerinin sayi-hesabi bilinirr ki...... Dolushublar qarishqa kimi efirin canina.

Link to comment
Share on other sites

Hər nə qədər əxlaqsiz verliş olsa da yaziq neçə insanin təhqirini götürərək əziyyət çəkmişdi,amma axirda yola saldilar.Mən youtubde bu hissəni izlədim,amma o jurnalistin təhqir etdiyini görmədim,əksinə onu təhqir etdilər,ola bilsin həmin hissəni yayina buraxmayiblar..

Ən yaxşisi verlişi yerli-dibli bağlamaq idi,çünki bu verliş müasirlərin,yeniyetmələrin fikrini qarişdirir,bu verilişlər millətin cılızlaşdırılmasına xidmət edir. İntelekt səviyyəli kanallar açilmalidir, tamaşaçıda əxlaqi, tərbiyəvi cəhətdən dərin iz buraxan verilişlərin sayi çoxalmalidir..

Edited by azda
Link to comment
Share on other sites

Hər nə qədər əxlaqsiz verliş olsa da yaziq neçə insanin təhqirini götürərək əziyyət çəkmişdi,amma axirda yola saldilar.Mən youtubde bu hissəni izlədim,amma o jurnalistin təhqir etdiyini görmədim,əksinə onu təhqir etdilər,ola bilsin həmin hissəni yayina buraxmayiblar..

Ən yaxşisi verlişi yerli-dibli bağlamaq idi,çünki bu verliş müasirlərin,yeniyetmələrin fikrini qarişdirir,bu verilişlər millətin cılızlaşdırılmasına xidmət edir. İntelekt səviyyəli kanallar açilmalidir, tamaşaçıda əxlaqi, tərbiyəvi cəhətdən dərin iz buraxan verilişlərin sayi çoxalmalidir..

linklə bölüşə bilərsiniz?

Link to comment
Share on other sites

Yəni kiminsə tərbiyədən kənar sözünə görə aparıcı məsuliyyət daşıyır ki? Məncə, buna efir rejissorları nəzarət etməlidir, hər efirə qoşulmaq istəyənə əxlaq normalarına uyğun çıxış etmək tapşırılmalıdır. Ulviranı bəyənmirəm, amma haqsız yerə kiminsə işdən çıxarılmasının da tərəfadarı deyiləm.

Link to comment
Share on other sites

  • 4 months later...
  • 1 month later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
      • 12 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...