Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hüquqşünasların Köməyi Lazımdır !!


Recommended Posts

Salam, mene ashagidaki suallara cavab tapmaq lazimdir. Melumatiniz varsa komek edin !

1.Təqsirkarın niyyəti bir obyektə yönəldikdə, lakin onun əməli faktiki olaraq iki və daha çox obyektə zərər vurduğu hallarda əməl necə tövsif edilir? Məsələn, xuliqanlıq zamanı şəxs xuliqanlıq hərəkətlərinin qarşısını alana fiziki müqavimət göstərərkən sonuncu ölürsə, əməlin tövsifi zamanı nələr nəzərə alınmalıdır?

2. Cinayətin törədilməsində gücü təqsirkara həqiqi olduğundan az görünən vasitədən istifadə olunması (vasitədə faktiki səhv) zamanı əməlin tövsif edilməsi xüsusiyyətləri haqqında danışın. Məsələn, şəxs zərərçəkmişi yuxuya vermək üçün yuxu həbi əvəzinə ona güclü təsir edən preparat içirdir, nəticədə o, ölür. Belə halda əməl necə tövsif edilməlidir?

3. Səbəbli əlaqənin inkişafı barədə yanlış təsəvvür nəticəsində iki obyektə zərər vurulan zaman əməl necə tövsif edilir? Məsələn, A. və B. hərəkətdə olan vaqonun tamburunda dalaşarkən birinci ikinciyə bıçaq zərbələri vurur, onu ölmüş bilir və cinayəti gizlətmək məqsədi ilə cəsədi çölə tullayır. Məhkəmə-tibb ekspertizası müəyyən edir ki, ölüm bıçaq zərbələri nəticəsində yox, B.-nin hərəkətdə olan vaqondan atıldığı zaman yerin səthi ilə toqquşma nəticəsində baş vermişdir. Əməli tövsif edin

4. Əməli tövsif edin: Avtomobilin sürücüsü yol hərəkət qaydalarını pozaraq velosipedçini vurur. Ağrı şoku nəticəsində velosipedçi huşunu itirir. Sürücü onu ölmüş hesab edir, törətdiyi cinayəti gizlətmək məqsədi ilə cəsədi çaya atır, velosipedi isə kolda gizlədir. Sonra müəyyən edilir ki, ölüm boğulma nəticəsində baş vermişdir.

5. Faktiki olaraq baş verməmiş ictimai təhlükəli nəticələrə aparan səbəbli əlaqəni əvvəlcədən görmüş və arzulamış (səbəbli əlaqədə faktiki səhv) şəxsin əməlinin tövsifinin xüsusiyyətləri haqqında danışın. Məsələn, B.-ni qətlə yetirmək üçün A. partlayıcı qurğu hazırlayıb, onu birincinin mənzilinin qapısına yerləşdirir ki, qapı açılanda qurğu işə düşsün. Lakin qurğu düzgün işləmədiyi üçün partlayış baş vermir. Əməl necə tövsif edilir?

6. Faktiki mövcud olmayan tövsifedici (ağırlaşdırıcı) və ya imtiyazverici (yüngülləşdirici) halların mövcudluğu səhvən dərk edən şəxsin əməli (tövsifedici və imtiyazverici hallarda səhv) necə tövsif edilir? Məsələn, A. həyat yoldaşı barədə ağır təhqiredici hərəkətlər etdiyini düşünüb, B.-nin sağlamlığına qəsdən ağır zərər vurur. Sonra məlum olur ki, B. təhqiredici hərəkətlərə yol verməmişdir. Bu halda əməli necə tövsif edilməlidir?

7. “Yararsız” obyektə qarşı və ya “yararsız” vasitələrlə cəhd (eləcə də hazırlıq) necə tövsif edilir? Məsələn, şəxs anbardan oğurluq etmək istəyir, lakin cinayəti törədən zaman məlum olur ki, bir müddət əvvəl talanması nəzərdə tutulan əmlak başqa yerə daşınmışdır. Şəxsin əməli necə tövsif edilməlidir?

8. Cinayətin obyektinin elementi olmayanı onun predmeti kimi qəbul edərək qəsdin lazımi obyektə (insan həyatı, mülkiyyət, hüquq qaydası) edildiyini düşünən şəxsin əməli necə tövsif edilir? Məsələn, A. əmanət bankından pul almaq üçün getdiyini bilən B.-yə pusqu qurur və bankdan qayıdarkən ona basqın edir, pulların çantada olduğunu düşünür, onu zərər çəkmişin əlindən alıb qaçır. Lakin çantada pul əvəzinə başqa əşyalar olur, çünki A. bankda pulu öz hesabından çıxarıb, oğlunun hesabına köçürübmüş. Əməl necə tövsif edilməlidir?

9. Cinayətin predmetində təqsirkarın yol verdiyi səhv obyektin dəyişməsinə səbəb olduğu hallarda əməl hansı qaydada tövsif edilməlidir? Məsələn, şəxs dələduzluq yolu ilə özgə əmlakını ələ keçirmək üçün zərərçəkmişə narkotik vasitə adı ilə qurudulmuş adi bitki kütləsi satır. Hər iki şəxsin əməli necə tövsif edilməlidir?

10. İcraçının iradəsindən asılı olmayan səbəblərdən başa çatmayan iştirakçılıqda icraçının və digər iştirakçıların əməlləri necə tövsif edilir. Məsələn, əgər icraçı hadisə yerində yaxalanır və cinayəti başa çatdıra bilmirsə, iştirakçıların əməlləri necə tövsif edilir?

11. Cinayət məsuliyyətinə cəlb edilə bilməyən (təqsirkar yaşına çatmadıqlarına, anlaqsız olmalarına və ya başqa hallara görə) şəxslərdən istifadə etməklə cinayət törətmiş şəxsin əməli necə tövsif edilir?

12. Cinayətkarın aldadıcı hərəkətləri nəticəsində yanılma vəziyyətində hərəkət edən şəxsdən cinayətin icraçısı kimi istifadə etmiş şəxsin əməli necə tövsif edilir? Məsələn, saxtalığını bilmədiyi pul əsginasları ilə mağazadan mal alan şəxsin əməli hansı qaydada tövsif edilməlidir?

13. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən cinayət qanunu ilə qorunan obyektlərə zərər vurulmasına görə icraçının məsuliyyət məsələsi haqqında nə deyə bilərsiniz?

14. Ümumi və xüsusi normaların rəqabəti haqqında nə bilirsiniz və belə rəqabət olduqda əməl hansı norma ilə tövsif edilir?

15. Şəxs oğurluq edən zaman onun əməli inkişaf edərək soyğunçuluq və ya quldurluğa keçərsə, əməl necə tövsif edilir?

16. Cinayətlərin ideal məcmusunu təşkil edən, yəni CM-nin bir maddəsi ilə əhatə olunmayan iki və daha çox cinayət tərkibinin əlamətlərindən ibarət olan əməl hansı qaydada tövsif edilir? Məsələn, şəxs quldurluq törədərkən hər hansı şəxsi qəsdən öldürürsə, onun əməli necə tövsif edilməlidir?

17. Cinayət prosesinin hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipini necə başa düşürsünüz?

18. Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan “Azadlıq hüququnun təmin edilməsi” prinsipini necə izah edə bilərsiniz?

19. Hansı hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır?

20. Azərbaycan Respublikası CM-də nəzərdə tutulan “mütəşəkkil dəstə” “qabaqcadan əlbir olan bir qrup şəxs”dən hansı əlamətinə görə fərqlənir?

21. “Mütəşəkkil dəstə” anlayışının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarında başqa cinayətkar qruplardan fərqləndirilməsi üçün, ilk növbədə, hansı xüsusiyyətlərin nəzərə alınması tövsiyə edilmişdir?

22. Azərbaycan Respublikası CM-nə görə, “mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən qəsdən adam öldürmə” cinayəti necə tövsif olunur və bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hansı tövsiyələri nəzərə alınır?

23. Azərbaycan Respublikası CM-ə görə, “mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq, soyğunçuluq və quldurluq” cinayətləri necə tövsif olunur və bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hansı tövsiyələri nəzərə alınır?

24. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında nə deyə bilərsiniz, həmin qanunun qəbul edilmə məqsədi Qanunun özündə necə şərh olunmuşdur?

25. Əgər şəxs əməlin cinayət olduğunu güman edirsə, lakin həmin əmələ görə CM-nin Xüsusi hissəsində məsuliyyət nəzərdə tutulmamışdırsa, bu halda hansı qərar qəbul edilməlidir? Fikrinizi əsaslandırın. Tövsif zamanı şəxsin niyyətinin istiqaməti, bu halda, nəzərə alınırmı?

26. Təqsirkar şəxsin niyyəti bir neçə obyektə qarşı yönəldikdə, lakin, faktiki olaraq, onların birinə ziyan vurulduqda (obyektdə faktiki səhv), əməl necə tövsif edilir? Məsələn, şəxs terror aktı törədərək, dövlət xadiminin həyatına sui-qəsd edir, lakin sonra məlum olur ki, terror aktı nəticəsində ölən dövlət xadimi deyilmiş. Əməli tövsif edin və fikrinizi əsaslandırın.

27. Təqsirkarın niyyəti ilə əhatə olunandan daha çox zərər vurma ilə nəticələnən (nəticələrdə faktiki səhv) əməl necə tövsif edilir? Məsələn, B.-yə xəsarət yetirmək məqsədi ilə A. onun ayağına bıçaq zərbəsi vurur, zərərçəkmiş şəxs qanitirmədən ölür. Əməli tövsif edin və fikrinizi əsaslandırın.

28. Cinayət törətmək üçün səhvən başqa, lakin yararlığına görə bir o qədər də fərqlənməyən vasitələrdən istifadə olunması (vasitələrdə faktiki səhv) əməlin tövsifinə təsir edirmi? Fikrinizi əsaslandırın.

29. Cinayətin törədilməsi üçün yararsız vasitələrdən istifadə etmənin (məsələn, atəş mexanizmi xarab olan odlu silahdan atəş açma, kriminal abort üçün sarımsaq suyundan istifadə etmə) əməlin tövsifinə nə kimi təsiri vardır?

30. Səbəbli əlaqənin inkişafında səhvin bir növü kimi “hərəkətin sapması” haqqında nə danışa bilərsiniz? Məsələn, bir nəfər hərəkətdə olan avtomobildəki şəxsi öldürmək istəyir, onu nişan alaraq, atəş açır, lakin güllə həmin avtomobili ötən digər avtomobilin sürücüsünə dəyib, onu öldürür. Əməli tövsif edin və fikrinizi əsaslandırın.

31. Faktiki mövcud olan, lakin cinayət törədilərkən təqsirkara məlum olmayan tövsifedici (ağırlaşdırıcı) hallar (tövsifedici əlamətlərdə səhv) əməlin tövsifi zamanı nəzərə alınırmı? Fikrinizi əsaslandırın.

32. Faktiki mövcud olan, lakin cinayət zamanı təqsirkara məlum olmayan imtiyazverici (yüngülləşdirici) hallarda (imtiyazverici hallarda səhv) törədilmiş əməl necə tövsif edilir? Fikrinizi əsaslandırın.

33. Adı qanunda dəqiq göstərilmiş predmetin əvəzinə, göstərilməmiş predmetə qarşı törədilmiş cinayət əməli (“predmetdə səhv”) necə tövsif edilir? Məsələn, şəxsin niyyəti xüsusi dəyəri olan əşyaları talamağa yönəlir, lakin faktiki belə dəyəri olmayan əşyaları talayır. Əməli tövsif edin və fikrinizi əsaslandırın.

34. Təqsirkar əməli törədən zaman zərərçəkmişin şəxsiyyətində səhvə (predmetdə səhvin bir növü) yol verirsə, bu, əməlin tövsifinə təsir edirmi? Məsələn, təqsirkar yaxşı tanımadığı konkret şəxsi öldürmək istəyir, lakin səhv edərək, onun əvəzinə başqa şəxsi öldürür. Fikrinizi əsaslandırın.

35. Özgəyə məxsus oğurlanmış hesab kartı ilə identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olma fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət olunarsa, əməl necə tövsif olunur?

36. Özgəyə məxsus oğurlanmış hesab kartı ilə identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olmaqla, oradan hesab kartının hesabında olan pul vəsaitini çıxarılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin “başqa saxlanc yerlərinə qanunsuz daxil olma”ilə əhatə olunurmu? Cavabı əsaslandırın.

37. Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulan “zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” müddəasının təqsirkar tərəfindən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildiyi, lakin faktiki olaraq xeyli miqdarda ziyanın vurulmadığı halları ehtiva edirmi? Bu məsələyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi necədir?

1. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə AR CM-nin 221.3. maddəsi ilə cinayət məsuliyyəti yaranır. Bu halda silahın tətbiq edilməsi necə ifadə oluna bilər?

2. AR CM-nin 229 – 232-ci maddələrində nəzərdə tutulmuş odlu silahın qanunsuz hazırlanması, diqqətsiz saxlanması, mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə talanması və ya hədə-qorxu ilə tələb edilməsi yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatını ehtiva edirmi?

3. Dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibi aparılarkən hansı qaydalara əməl olunmalıdır?

4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxsin zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması məqsədilə yol-nəqliyyat hadisəsi yerini tərk etməsi, hadisə yerindən qaçma kimi qiymətləndirilə bilərmi?

5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərdə tutulmuş “könüllü gəlib təqsirini boynuna alma” dedikdə nə başa düşürsünüz?

6. Cinayət törətmiş şəxs istintaq və ya təhqiqat orqanına könüllü gələrək törətdiyi cinayəti etiraf edib təqsirini boynuna aldıqda, lakin cinayət mühakimə icraatının sonrakı mərhələlərində törətdiyi cinayət əməlini etiraf etmədikdə, onun könüllü gəlib təqsirini boynuna alması faktı məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınırmı?

7. Cinayət işi üzrə məhkəməyədək icraatda qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti nəzərə alınırmı?

8. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs tutula bilərmi?

9. Cinayət işinin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə yol verilirmi?

10. Cinayət təqibinə xitam verilməsi hansı qaydada həyata keçirilir?

Link to comment
Share on other sites

1. AR CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu halda birinci iş üzrə hökm çıxarılmazdan əvvəl dedikdə hansı müddət nəzərdə tutulur?

2. Məhkəmənin hökmünə əsasən şəxs 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, uşağının səkkiz yaşına çatana kimi cəzasının çəkilməsi təxirə salınmışdır. Həmin uşaq səkkiz yaşına çatdıqda, İcra qrupu məhkumun cəzanın çəkilməsi ilə bağlı hansı məhkəməyə təqdimat verməlidir?

3. AR CM-nin 56.1.3. maddəsində göstərilir ki, (1) xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, (2) habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və (3) cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar – ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Qeyd olunan ilk iki şərt qadınlara şamil olunurmu?

4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası AR Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda və yaxud cərimə cəzasına əlavə cəza kimi tətbiq oluna bilərmi?

5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan xüsusilə ağır cinayət törətmiş şəxslərə münasibətdə həmin Məcəllənin 60-cı maddəsinin tətbiqi xüsusiyyətləri barədə nə deyə bilərsiniz?

Link to comment
Share on other sites

  • 5 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Haha
      • 97 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Haha
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
      • 98 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Milli
        • Upvote
        • Like
      • 137 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
        • Haha
        • Like
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Haha
        • Like
      • 54 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...