Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Meqale


_nil_

Recommended Posts

SOSİAL DƏYƏRLƏNDİRMƏ

Əslində sayı 9 milyondan bir az artıq olan kütlənin yaşadığı cəmiyyətdə gündəlik baş verən hadisələri dəyərləndirmək ilk baxışdan elə də çətin görünməyə bilər, amma dəqiq deyə bilər

əm ki, bu, asan deyil. Gələk əsas məsələ olan kütlənin dəyərləndirilməsinə. Əhalisi çox olmasa da (Şimali) Azərbaycan ən az indiki Qarabağsız xəritəsinin forması qədər mürəkkəbdir. Mürəkkəb ölkənin mürəkkəb də cəmiyyəti olur. Hazırda Azərbaycan cəmiyyətini formalaşdıran insanları mövcud oturuşmuş sistem və cəmiyyətdəki çoxşaxəli sosial hadisələrə münasibətinə görə aşağıdakı kateqoriyalar üzrə qruplaşdırmaq olar:

1. Saxta vətənpərvərlər – və ya başqa sözlə “vətənşüvənlər”

2. Aldadılmış vətənpərvərlər – vətən anlayışı ilə bağlı hansısa ideologiyanın qurbanı olanlar

3. Həqiqi vətənpərvərlər – buna şərh verməmək daha düzgündür

4. Saxta dindarlar - və ya başqa sözlə “dinşüvənlər”

5. Aldadılmış dindarlar – bu və ya digər şəkildə hansısa dini ideologiyanın təsiri altına düşənlər

6. Radikal dindarlar – könüllü və ya qeyri-ixtiyari olaraq dini görüşlərində fanatizmə varanlar

7. Teistlər – İslamı bacardıqları qədər doğru yaşamağa çalışan, uzaqdan və ya yaxından kimlərinsə təsir dairəsində olmayanlar

8. Ateistlər – yenicə formalaşan və sayı durmadan artan kütlə

9. Saxta milliyyətçilər – millət anlayışından başları çıxmasa da Elçibəy, Rəsulzadə və s. adını haradansa eşidib əllərində bayraq edənlər

10. Potensial milliyyətçilər – cəmiyyətin daha sıx olduğu paytaxtda daha çox Türkiyədəki milliyyətçilərdən ilhamlanaraq hansısa ideolgiyanı formalaşdırmağa çalışanlar

11. Fürsətçilər (oportunistlər) – kütlədə mövcud olan bu şəxslər baş verənləri ətrafdan sakit və diqqətlə izləyib istənilən yaranmış boşluqda hansısa imkandan istifadə edərək maksimum şəkildə öz mənafelərini təmin etməyə çalışırlar

12. Yaltaqlar – bu kateqoriyanı təşkil edən insanların ən yaxşı bacardıqları iş məddahlıqla hansısa “zirvələr”ə yüksəlməkdir

13. Satılmışlar – uzun olduğu üçün bu kateqoriyanın şərhini verməyək

14. Qorxaqlar – heç bir iradə sahibi olmayan ikiayaqlılar

15. Laqeydlər - ətrafda baş verənlərə üzrlü və üzrlü səbəblərdən heç bir reaksiya verməyən, çox vaxt ehtiyat edən və çəkinən kütlə

16. Əcnəbilər – əksəriyyəti maksimum dərəcədə neytrallığı qoruyub saxlayan xarici ölkə vətəndaşları

17. Xəbərsizlər – ucqarlarda məskunlaşan və daha çox təsərrüfat qayğıları ilə əhatə olunanlar

Link to comment
Share on other sites

Sentimental Şərq və intellektual Qərb bölgüsü çox da yersiz deyil. Rus dilənçiləri ilə yerli dilənçilərimizi müqayisə edək: rus qarıları sakitcə, sadəcə görünən bir yer seçir və üsulluca "pomoqite pojaluysta" deməklə kifayətlənirlər. Yəni görün, burada köməyə ehtiyacı olan birisi var, düşünün, qərar verin. Özümüzünkülərə fikir verin: onlar yanıqlı muğam səsi ilə yalvararaq, ahu-fəğanla ürəyimizi a

l-qan etməyə çalışaraq dilənirlər. Yaxud da şikəst bir adamın natamam əzasını bizə göstərib, ürəyimizi xarab edirlər (Bu üsulun televariantı da var idi). İfrat duyğubazlığımıza mən "ürək şişməsi" adı verirəm. ("Ürək şişməsi" adı verilən hadisənin tibbdə tamam ayrı mənası olduğunu bilirəm). Bizim ürəyimiz beynimizdən iridir, o, şişib. Ürəyidoluluqda başıboşluq sezilir. Axı adam nə qədər Yetim Segah kədərinə qərq olar?! Bir-iki dərin fikir qarşısında biz tez deyirik:

"başım şişdi".

Çünki başımızın fikir tutumu azdır, ona görə də tez dolur. Amma əvəzində ürəyimiz genişdir, onun duyğu tutumu çoxdur. Mənim ürək şişməsi dediyimə el arasında ürəyigenişlik deyirlər. Mən isə belə deyərdim: "ürəyigeniş" olmaqdansa, "yekəbaş" olmaq yaxşıdır. Ürəyidoluluq bəlkə də başıboşluğun təsəllisidir. Biz bir-birimizin ağlına heç nəyi batıra bilməsək də, ürəyinə tez yol tapırıq. (Madridista)

Link to comment
Share on other sites

Metronun qapısı iki saniyə gec açılanda qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı, "Kurtlar vadisi" serialından təsirlənmiş, qıza görə bir partiya özünü ülgüclə doğramış əsəbi oğlanlar qapıya təpik, yumruq vururlar.

Narazı baxışlarla adamlara baxırlar. Bir sözlə, adamları öz baxışlarıyla qorxutmaq istəyirlər. Onların baxışlarından bu sözləri asanlıqla oxumaq mümkündür: "Vurub ...-baş edərəm,

prostu təzə zibildən çıxmışam".

Murad Köhnəqala bu tiplərin hərəkətlərini, həyat fəlsəfələrini "Ciddi oğlanlar" adlı yazısında çox gözəl təsvir etmişdi. Mən həmin yazını böyük zövqlə oxudum. İmkanı olanlar Muradın "Ciddi oğlanlar" yazısını tapıb oxusunlar. Murad kiçik bir yazıda əsəbi, ciddi oğlanların əsl portretini yaratmış, onların həyat fəlsəfəsini açmışdı. Bəli, onlar metro qapısının iki saniyə gec açılmağına dözə bilmirlər, qapıya təpik vururlar, amma hansısa dövlət idarəsində adi bir arayış almaq üçün iki-üç saat sakitcə oturub gözləyirlər.

İddia və qorxaqlıq bir adamda birləşirsə, şübhəsiz, ortaya qorxaq bir məxluq çıxacaq. Hər gün küçədə neçə davanın şahidi oluram. Müdir, direktor, rəis qarşısında təhqir olunan adamlar bir-birilərini təhqir etməkdə, davaya girməkdə həvəsli olurlar. Ən adi hərəkət davaya səbəb olur. Acıqlarını bir-birlərindən çıxırlar. Çünki onlar bu hakimiyyət tərəfindən orduda, təhsildə, səhiyyədə təhqir olunduqlarının fərqindədirlər. Vətəndaş mövqeyi göstərməkdən qorxurlar. İddia var, cəsarət yoxdur. Müdir, direktor, rəis qarşısında alçalanlar, təhqir olunanlar küçədə, kafedə, restoranda, toyda özü səviyyəsində, yaxud özündən aşağı birini təhqir etməklə təsəlli tapırlar. Özü özünə sübut etmək istəyir ki, o adamdır, nəyəsə etiraz edə bilir. Yaxud küçədə də dava sala bilməsə belə, acığını evdə arvadından, uşaqlarından çıxır. Nəticədə kriminal verilişlərin qəhrəmanına çevrilir. İşıqforda yarım metr yol üstündə bir-birinə ən iyrənc söyüşlər yağdıranları, dalaşanları, "bağışla" sözünü dilə gətirməyi qəbahət sayanları, siz hansısa dövlət orqanında öz haqqını tələb edən vəziyyətdə görməzsiniz. Müşahidə etmişəm, hər on əsəbi oğlandan ikisi-üçü damarlarını doğrayıb. Metro qapısını təpikləyənlər damarlarını doğrayırlar, maşına əcaib siqnallar qoyurlar, hər bir hoqqabazlığa hazırdırlar, bir tək vətəndaş mövqeyi göstərməkdən savayı...

Əgər insan teatrdan, kitabdan, ümumiyyətlə, incəsənətdən uzaq düşürsə, mövcud sistem onları vəhşiliyə, ibtidailiyə həvəsləndirirsə, vəziyyəti izah etməyə o qədər də ehtiyac yoxdur. Hər şey aydındır. Əgər insan zövqlə geyinməyi bacarmırsa, kitab oxumursa, incəsənətin nə olduğunu anlamırsa, mütləq bir vasitə tapıb özünü seçdirməyə çalışacaq. O, ya bahalı maşın almalıdır. Hətta kreditlə olsa belə. Ya toyda dava salmalıdır. Toyda dayanmadan bir saat oynamalıdır. Ya da yolu qırmızı işıqda keçməlidir.

Kriminal verilişlərə baxıram. Ən adi sözə görə adamlar bir-birini bıçaqlayırlar. Bir-birilərinə cüzi də olsa, güzəştə getmirlər. Amma evləri söküləndə, hakimiyyət tərəfindən bütün hüquqları tapdananda səslərini çıxarmırlar.

Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı təbliğat öz sözünü deyib. İdmanın ifrat dərəcədə təbliği, idmançılara göstərilən ifrat qayğının nəticəsi göz qarşısındadır. İndi adamlar hər hansı bir vəziyyətdə münasibətlərə təpik, yumruq vasitəsi ilə aydınlıq gətirməyə daha çox üstünlük verirlər. Dar köynək geyinib əzələlərini nümayiş etdirənlərin sayı günü-gündən artır. Baxışlar günü-gündən daha da sərtləşir. Bir tərəfdən də "Kurtlar vadisi" kimi axmaq, düşük, səviyyəsiz türk serialları bizim əsəbi oğlanlarımızı daha da ibtidailiyə səsləyir.

Gün ərzində bir neçə davanın şahidi oluram. Didirlər bir-birilərini. Şimali Qafqazda hətta idmançı olmayanlar belə gedib qulaqlarını sındırırlar ki, idmançı kimi görünsünlər. Bizdə də təxminən eyni vəziyyət yaranıb. Əgər bir olimpiya çempionu Azərbaycan hakimiyyəti üçün bütün şairlərdən, aktyorlardan, yazarlardan, incəsənət adamlarının hamısından daha dəyərlidirsə, işin sonu belə olmalı idi.

İdmanın ifrat təbliği öz sözünü deyib. Bir tərəfdən də "Kurtlar vadisi" serialı bizə qənim kəsilib. Qalmışıq özünü Polad Ələmdar kimi aparanların əlində.

Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabda, elmdə, məktəbdə yox, mahnı oxumaqda, mahnı yarışmalarında, təlxəklik etməkdə, güləşməkdə, idman zallarında görürlər. Artıq adamlar özləri övladlarının müğənni, təlxək, güləşçi olmasını arzulayır. Onları məktəbdən ayırıb, idman zallarına göndərirlər. Bir Avropa çempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. İncəsənət adamları, yazarlar, elm adamları hətta yaxınlarının belə gülüş, istehza obyektinə çevrilib. Faktiki olaraq, müğənnilər, təlxəklər, idmançılar bizim ölkənin televiziya verilişlərinin qəhrəmanına çevrilib. Onlar bizə nə geyinməyi, nə yeməyi, necə yaşamağı öyrədirlər. Bu, Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı təbliğatın nəticəsidir. Etiraf edək ki, məqsədlərinə nail oldular. İdmançını zəmanəmizin qəhrəmanına çevirdilər. İdman zalının elm ocaqlarından daha "önəmli" yer olduğunu öz siyasətləri ilə adamlara başa sala bildilər. Mən bu haqda çox yazmışam. Lazım olduğundan daha çox. Yazmaqdan savayı əlimdən heç nə gəlmir. Hər bir valideynin övladı üçün edə biləcəyi ən böyük yaxşılıq təhsil vermək, kitab oxumağa həvəsləndirmək, istedadının yönünü müəyyən etməkdir. Övladlarınızdan bədgüman olmayın. Hər bir insanın hansısa istedadı var. Valideynin borcu öz övladının istedadının hansı səmtə olduğunu müəyyən etməkdir. Dünya idman zalından və mahnı yarışmalarından ibarət deyil. Azərbaycan hakimiyyətinin idmana ifrat qayğısı sizləri aldatmasın. Kitab oxuyan xalqlar kitab oxumayanları həmişə idarə edəcəklər. Müasir dillə desək, kitab oxuyanlar televizora baxanları idarə edəcəklər.

Kitabsız xalqın gələcəyi yoxdur. Ola bilməz. Monqollar az qala bütün dünyanı tutdular. Kitabları yox idi deyə, işğal etdikləri yerlərin əhalisi onları "əritdi". Bizim dindar qardaşlarımız yəhudiləri, İsraili söyməyi, lənətləməyi çox sevirlər. İstədiyin qədər söy. Fakt budur ki, İsrail təhsilə ən çox pul xərcləyən ölkələrdən biridir. Amma hansısa ərəb şeyxi maşın kolleksiyası yığır. Qarajında 240 ədəd bahalı maşın var. Bu haqda məqalə oxudum. Şeyxin adı elə uzun idi ki, yadımda qalmayıb. Rusiyanın az qala bütün nəşriyyatları yəhudilərin əlindədir. Ən güclü tərcüməçilər yəhudilərdir. Söyməklə iş düzəlmir.

Link to comment
Share on other sites

Biri “dur” desin

Göz həkiminə getmişdik. Bir otaqda üç həkim çalışırdı. Bura bir oğlan gəldi. Sürücülük vəsiqəsi alması üçün göz müayinəsinə gəldiyi məlum oldu. İşarələr olan jurnalı açıq masanın üzərinə qoydular və oğlandan bir-bir işarələri soruşdular. Tam ciddi deyirəm, oğlan jurnaldakı heç bir işarəni görə bilmədi. İşarələrin hansı rəng olduğunu soruşdular. Sadəcə bir rəngi seçə bildi, “qırm

ızıdır”,- dedi. Onu da həkim bəyənmədi və dedi: “Yox e, kök rəngidir də, çəhrayı”. Həkim oğlandan soruşdu: “Yaxını görmürsən axı, sən”. Oğlandan qabaq atası soyuqqanlılıqla dedi: “Maşın sürür e, sadəcə sürücülük vəsiqəsi yoxdur. İndi də sürücülük vəsiqəsi üçün göz müayinəsinə gəlmişik”.

***

Evdən çıxanda sevdiklərinizlə sağollaşın, onlara nə demək istəyirsinizsə deyin, sonra evdən çıxın. Mindiyiniz avtobus aşa, maşınınızla təyyarə toqquşa, başınıza zibil torbası düşə, mindiyiniz avtobus qatarla da toqquşa bilər. Qəzəbli bir dönər satanın bıçağı ilə sizi dönərlik ətə çevirməsi də mümkündür. Sehrli papaqdan göyərçin çıxacağını gözlədiyiniz vaxt, dovşan çıxa bilər yəni.

Avtobusun bir tərəfi yerə dəyənə kimi sərnişin götürən, avtobusun dolu olduğunu gördüyü halda avtobus pilləkənində gedərəm deyə düşünüb güclə avtobusa minən insanlar olduqca...

Həmin avtobusu saxlayıb sürücünü cəzalandıracaq, nə etdiyini soruşacaq bir nəfər olmadıqca, həmin sürücüyə irad bildirən sərnişin olmadıqca...

Sərnişinlərin o avtobusdakı tək dərdi oturacaq davasıdırsa, avtobusun bir tərəfinin əyilməyinə “İndi aşacaq e!” deməkdən başqa heç nə etməyən sərnişinlər varsa,

Hər istəyənə sürücülük vəsiqəsi verənlər, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərə göz yumanlar, insanların psixoloji durumunu yoxlamadan onları işə götürənlər olduqca...

Çətin ki ruhunuz bədəninizdən çıxmaq üçün orqanlarınızın istifadə tarixinin bitməyini gözləsin. Bu qorxuya, bu əsəb, bu stressə dözməz, varını-yoxunu alıb tərk edər adamı elə oradaca.

Avtobusda addım atmağa yer saxlamayan sürücülər və insan həyatına dəyər verməyənlər varsa, ölümün hər növünü dada bilərik, bircə normal ölümdən başqa.

Avtobus sürücülərdən öyrəndim; həyatımızı evdən çıxandan sonra özümüz idarə etmirik, ömrümüz bizim deyil. Bizdə olan, amma bizim olmayan tək şey bəlkə də həyatımızdır. Nəinki evdən çıxandan sonra, evdə belə həyatımız tam bizə aid deyil-hər an qonşuda qaz partlayar, gülüşümüzün bitməyini gözləmədən zəlzələ ola bilər və ölərik. Çölə çıxanda ictimai nəqliyyatdan istifadə edirik, şəxsi maşınımızla harasa gedirik, ancaq kim deyə bilər ki, atası “Maşın sürür e, sadəcə sürücülük vəsiqəsi yoxdur” deyən bir oğulun maşının altında ayaqqabımız, yerdə izimiz qalmayacaq?

Həyatımız sürücüdən asılıdır artıq, maşını istədiyi kimi sürər, sərxoş halda sükana əyləşər, özü bilər, qazanacağı puldan, tələsdiyi görüşdən daha vacibdir həyatımız? Düz deyiblər, bir gerçək var, o da ölümdür. Qaça-qaça getsən də, uzaqlaşmaq istəsən də tək yaxınlaşdığın odur. Biri bunlara dur desin! (

Madridista)

Link to comment
Share on other sites

Qız uşağı işləməz, ayıbdır!

Qadın ağlayaraq deyirdi: “Bundan əvvəl də döymüşdü. Qızım bizə gəlmişdi. Gəlib apardı, barışdılar. Yenə döydü. İndi də içib, bıçaqlayıb” və ağlamağa davam edirdi. Belə başa düşdüm

ki, qızının həyat yoldaşı sərxoş olub və qızını bıçaqlayaraq öldürüb. Qadın da indi öz günahına görə ağlayır. Belə güman

etmək olar ki, ağlayaraq vicdanını təmizləməyə çalışır.

Qızının ailə

problemlərindən, döyüldüyündən xəbəri ola-ola heç bir müdaxilə etməyib. Evini dağıtma, ərindir, döyər də, sevər də deyib. Yəqin gözləyib ki, kürəkəni adam olar, bir gün düzələr və qızını döyməz. Boşanmağa da icazə

verməyib ki, qonum-qonşu pis baxar. Axı, qadın boşanmaz. Qadın döyülər də, söyülər də, bıçaqlanıb

ölər də, amma boşanmaz. “Ağ gəlinliklə gedib,kəfənlə çıxar” cümləsini elə oxuduqları, pardon, eşitdikləri kimi də qəbul ediblər. Bəli, qadın ər evinə gedər, səsini də çıxarmaz.

Doğar, söyüş söyən övladlar böyüdər, evi

yığışdırar, uşaqlarına, qayınanasına, ərinə yüksək səviyyədə qulluq göstərər, özünü fəda edər, əri sərxoş evə gələndə bir söz deməz. Bıçaqlanar, söyülər, döyülər, amma səsini çıxarmaz, boşanmaz. Axı, ayıbdır. Yaxşı arvad olardı, boşanmazdı. Yəqin yaxşı arvad olmayıb ki, əri onu boşayıb. Əxlaqsız!

Canı çıxar dözər… Sonra da anası çıxıb ağlayar, deyər ki, “bəs əri bir neçə dəfə döymüşdü, indi də bıçaqlayıb öldürüb. Ərini tapıb həbs etsinlər”. Eh,

dərdinə bax. Əri öldürüb də, yad adam öldürməyib ki!

*** Təhsilli, bacarıqlı bir qız var. Ailəsi işləməyə qoymur.“Qız uşağı işləməz!” deyirlər. Qız da evin təmizləyəndə, diplomunun da tozunu təmizləməyi

unutmur. Ailənin paltaryuyanı, tozsoranı,

qabyuyanı, aşpazı, bazarlıq edənidir. Yeri gələndə qonşuya da kömək edir. Qız uşağı işləməz, ayıbdır! Diplom almısan, ona da şükür. Ev işlərini bilirsən, bəsdir. Bu gün-sabah qismətin açılar, ərə gedərsən, bu işləri də ər evində

davam etdirərsən. Diplomdur da, qalıb. Nə olsun bacarıqlısan? İş elə evdə də var! “Zato” qohum- qonşuya kömək edəndə “Allah səni xoşbəxt eləsin! Sənin toyunda bir oynayacam, özü də

ayaqyalın! Uşaqlarının xeyir işinə gələk!” kimi alqışlar toplayırsan. “Zato” səni kiməsə tərifləyəcəklər, işləmək nəyinə lazımdır? Kədərlisən?

Eşqə düşmüsən. Dəqiq! Gənclər ancaq eşqə düşəndə kədərli olur, axı. Başqa nə olmalıdır ki? Sən adam deyilsən, sənin heç bir istəyin, psixoloji durumun, həyatın, maraqlandığın şeylər haqqında

heç kim düşünmür. Sən qabyuyan, paltaryuyan, tozsoransan, qohum-qonşunun sağ əlisən. Sənin

qismətin işlədilmək, söyülmək, döyülmək, axırda da ərinin təpikləri altında və yaxud bıçaq zərbəsi ilə ölməkdir. Səsini çıxarma, ayıbdır. Etiraz etmək, insan olduğunu demək?

Qəti! Qızın səsi bərk çıxmaz. Öləndə də səssiz ölər. Qadında balıq

yaddaşı olmalıdır. Əzildiyini 3 saniyə içində

unutmalıdır. Öldüyünü də! Yoxsa, camaat nə deyər!

Link to comment
Share on other sites

Nə qədər anlaşılmaz çıxsa da buralarda qızı tuturlar. Kim qız tuta bilmirsə, o, “nə gündəsən? Sən necə olacaqsan?” kimi ifadələrlə vurulur. Qız tutmaq üçün xüsusi, qoruqlar, yasaqlıqlar, mağaralar, və s. kimi yerlər mövcuddur. Qoruqlara “milli park” misal göstərmək olar. Ceyranlar, cüyürlər, dovşanlar, aslanlar, canavarlar, tülkülər oylağı olan bu milli park ANS-in incə maraqlar verilişinin aparıc

ısı Rövşanə Bektaşi demişcən gənclərin öz həyatlarının nicatını tapmasında xüsusi rol oynayır. Yasaqlıqlar sırasına harda polis varsa oranı əlavə etmək olar. Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır.

Ceyranlar sırasına bir neçə dəfə tutulmuşları və bişmişləri, cüyürlər və dovşanlar sırasınasa tutulmaq və ya bişmək xüyasına düşüb, yaylıma çıxanları misal göstərmək olar. Burda yaylım adətən gündüzlər baş tutur. Aslanlar və canavarlar siyahısına əsasən bığı, saqqalı olan gedələri əlavə etmək olar. Tülkülərsə özünü müasir göstərərək eynək taxmış, qulaqda qulaqcığı olan, güya xarici musiqilərə qulaq asır ( qızlar belə oğlanlarla fəxr edib qürur duyurlar ) kimi özünü göstərən gedəçələri misal göstərmək olar. Aslanlarla canavarlar adətən parkda “ yenə türmə, yenə qazamat, ay brat, ay brat, yaxşısı azadə həyat, ay brat, ay brat” mahnısının sədaları altında qazamatdan qorxmadıqlarını göstərir, necə cəsur olduğlarını musiqiylə qızlara sübut etməyə çalışırlar. Tülkülərsə daha çox “gedək sənə gül dərim, səni gülə döndərim” kimi mahnılarla qızları aldatmaq ( ay yaramazlar ) istəyirlər, bir növ onları şirin dillə ovsunlayırlar.

Ən maraqlı məqamlardan biri isə bu yerlərdə ceyranların, cüyürlərin, dovşanlrın ən aşağı sürətlə və ən əsası ara məsafəsini gözləməklə, yol hərəkət qanunlarına riayət etməsidir. Aslananlar, canavarlar və tülkülərsə istənilən an hücum çəkib öz şikarına yaxınlaşa bilir. Eramızdan əvvəllər belə təbii təbiət hadisələri dağlar qoynunda ( dağlar qoynunda musiqisini ağızla( telefonla deyil) bərkdən səsləndirməklə) qaçış marafonunun başlaması kimi özünü göstərirdisə, müasir dövrdə məntiqlə eyni şey olsa da, bir qədər təkmilləşib ( inkişaf var).

Müraciət formaları da dəyişib, eramızdan əvvəldən tutmuş 2000 – ci ilə kimi az, sudan gələn sürməli qız, dağlar gözəli kimi müraciətlərə rast gəlinirdisə, indi bunu xanım, canım, kimi sözlər əvəzləyib ( quzu kimi bəzi sözlər öz varlığını saxlayıcool.png, amma yenə eyni şeydi, alətlər dəyişsə də məqsəd eynidir, yəni qız tutmaq. Keçmişdə başqa eldə, dağda, daşda, qayada, meşədə qız tutmaq olmurdu, çünki oraların öz meşəbəyləri vardı. Bu gün bu özünü müasir şəkildə göstərir, məhlədə qız tutmaq hər adamın əlindən gəlmir, gənclər arasında belə deyim də var: “duxun var məhlədə qıza yaxınlaş”. Keçmişdə qızı ticarət yollarında xına alarkən tuturdularsa, bu gün metronun çıxışındakı keçidlərdə parfumeriya məhsulları alarkən tuturlar, məqsəd eyni şeydir.

Təkam ül bu gün də gedir. Baksell keçən il sms randevu adlanan anonim tanışlıq xidməti açdı. Bunu yaxşıca reklam etdilər.Azərsell də analoji addım atdı, məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi görünməmiş sürətlə inkişaf edir. Baksell, Azərsellə yanaşı bu qədim adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün wap saytlar da gərgin iş rejmində ( 24 saat ) işləyir. Bu kimi saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada həyata keçirilir.

Bu gün hər qız tutan əlində bir kitab da tutsaydı, bu gündə olmazdıq, internet klublarda söyüş söyənlərin əlindən bilmirsən neynəyəsən, marşrutda laxşək laxşək söhbətləri eşitməzdik, metrodakı bluetooth əməliyyatları da olmazdı. Burda qız tutanlar ən hörmətli, bacarıqlı, nitq qabiliyyəti yüksək olan natiqlər kimi ( Demosfen bunların yanında uşağdı) digər gənclər arasında yüksək hörmətə, izzətə malikdirlər. smile.png (Madridista)

Edited by _nil_
Link to comment
Share on other sites

Deməli belə, təxmini 5 ay bundan əvvəl mənə yaxın olan bir qaqaşın ona yaxın olan qaqaşın xahişi oldu.... Məndən olsa belə səhv edən deyildim amma nədənsə ....

o mənə zamin dura bilərsənmi deyə müraciət etməsi ilə yanaşı yardımcı olmağımıda xahiş etdi...

Mənə: Mən hardan komp ala bilərəm deyə sual verdi məndə mənə yaxın olan qaqaşa ( Bundan sonra CEYHUN deyə yazacam ) görə ona yaxın olan qaqaşın ( Bundan sonra NAMAZ deyə yazacam ) xahişini yerə salmadım...

Tanış olan magazinlərin birinə zəng edərək sabah səhər mənim tanışım NAMAZ adlı bir kəs sizin magazinə yaxınlaşacaq ona onun istədiyi bir kompu verin... ilkin ödənişində 200 azn edəcəyini demişdi,ki elədə etdi...

Bu ilkin ödənişi etdi,kompu götürdü,bütün ayların ödənişlərini gecikmə olmadan etdi. amma ən sonuncu ayda problem yaşamağa başladıq... ki bu dəqiqədən sohbət gedir... :(

150 azn ödəniş etməlidir ki onuda etmir desəm yalan olar amma edə bilmir...

Artıq təxmini olaraq 10 gündürki gecikmə var,magazində ki tanışım RAUF mənə zəng edərək ANAR nə oldu sən canı gör nə edirsən deyir... mən NAMAZa zəng etmək istəyirəm amma o tel söndürüb,sağlan bir yerdən aldığım məlumata görə onun nəyinki bu komp magazininə hətta başqa yerlərədə borcu var, ümumilikdə borcu 17-19 min manat arasında dəyişir.

Buhardasa inanılmayacaq bir hadisədər amma təəssuflər olsun ki mən hal-hazırda bunu yaşamaqdayam :(

Belə baxıram sadəcə bir yolum qalıb,məmin NAMAZın əvəzinə o son qalan ödənişi etmək....

PS: istəyir yalvarsın eeeee,denən get SABAH gələrsən.

Link to comment
Share on other sites

Burada beyendiyiniz ve ya ozunuz yazdiginiz meqaleleri paylasha bilersiniz..

Nil acdigin her movzu ucun sene tsk eleyirem .. Duzdu hec kes ozu haqqinda deyilen minuslari qebul elemek istemir hetta aqresiv cvb verir amma nece olursa olsun fakt hemise fakt olaraq qalir .. Insallah gelecekde yuksek vezifelerde islemeyi Allah sene qismet eleyer ve qadin huquqlarinin mudafiecisi olarsan :) bu sadece menim arzumdur .. Cemiyyetin senin kimi agilli qadinlara ehtiyaci var !!!

Edited by hübsche
Link to comment
Share on other sites

Nil acdigin her movzu ucun sene tsk eleyirem .. Duzdu hec kes ozu haqqinda deyilen minuslari qebul elemek istemir hetta aqresiv cvb verir amma nece olursa olsun fakt hemise fakt olaraq qalir .. Insallah gelecekde yuksek vezifelerde islemeyi Allah sene qismet eleyer ve qadin huquqlarinin mudafiecisi olarsan smile.png bu sadece menim arzumdur .. Cemiyyetin senin kimi agilli qadinlara ehtiyaci var !!!

Chox sag olun xosh sozlere gore.. Teshekkur edirem.. Dushunce terzimizin eyni olması meni sevindirir dogurdan da. Bir daha teshekkur loveyouddd.gif

Link to comment
Share on other sites

Yaxşı bir söz var deyirlər ki;"Uşaq dünyaya gələndə ruzusu ilə gəlir". Belədirsə onda nə üçün insanlar öz qanlarından - canlarından olan parçalarını atırlar, onlara sahib çıxmaq istəmirlər? Mənə çox maraqlıdır: bir insanın başına nə kimi hadisələr gələ bilər ki, onu övladını atmaq səviyyəsizliyinə gətirib çıxsın. Normal insan həyatı üçün hər bir vacib addımını atmamışdan qabaq düşünməlidir. "Mən bunu etsəm qarşılığında nələrlə rastlaşacam". Ancaq hər insan bunu düşünmür. Düşünsəydilər indi bir çox şeylər başqa cür olardı. Insanlar maksimum rahat yaşamaq istəyirlər. Buna görə də bütün məsuliyyətlərdən azad olmaq istəyirlər. Öhdəlik və məsuliyyətlərindən azad olmaq üçün hər yola əl atırlar. Hətta öz uşaqlarından belə imtina edirlər. Onları internatlara, uşaq evlərinə atırlar. Düşünmürlər ki, uşaqlarını orda nə vəziyyət gözləyir.

Uşaq orda böyüyüb boya - başa çatanacan bir çox ( həm sağlamlıq, həm də pisixoloji cəhətdən ) problemlərlə üzləşirlər. Ən ürək ağrıdan məqamı isə budur ki, həmin uşaqlar körpə yaşlarından problemlərlə təkbaşına mübarizə aparırılar.

Demək olar ki, bütün uşaq evlərində eyni acınacaqlı vəziyyət yaşanır. Həmin uşaqlar cəmiyyətdən təcrid olunurlar. Elə uşaq evləri var ki, orda həm əqli cəhətdən zəif uşaqlar, həmdə normal uşaqlar qalırlar. Buda təbii ki, uşaqların pisixologiyasına mənfi təsir edir. Uşaqların orda normal yaşaması, təhsil alması üçün heç bir şərait yoxdur. Belə bir vəziyyətdə böyüyən uşaqlar hər şeyə qarşı acgöz münasibət bəsləyirlər. Ən pisi isə odur ki, orda olanların əksəriyyətinin gələcəyə ümidləri yoxdur. Uşaqlardan soruşursan ki, "Böyüyəndə nə olacaqsan?" əksəriyyəti "Heç nə" deyir. Bir ikisi isə bədənindəki yaraları göstərib "Həkim olacam" deyir. Təbii ki, heç kimə sirr deyil ki, o uşaqlar böyüyəndə nə olacaqlar. Məhz bunlar bir növ onların alınlarına vurulmuş damğalardır.

Bəs bu uşaqların valideyinləri uşaqlarını atarkən bütün bunları düşünmürlərmi?

Hər bir fərdin, insanın cəmiyyətin nümayəndəsi olduğunu nəzərə alsaq, o zaman bu cəmiyyətimizin problemidir. Bütün bunları hər kəs düşünməlidir. İnsanlar düşünməsinlər ki, "kim atıbsa o da gedib yiyə dursun". Bir insan bugün belə düşünürsə sabah "Cəmiyyətimiz niyə korlanır" deməyə haqqı yoxdur.

Link to comment
Share on other sites

Bilirsiz bəzən insan olduğuma görə utanıram… Yalnız biz insanlar günü-gündən daha da vəhşiləşirik. Biz dinlərə, inanclara, adət-ənənələrə bölünürük. Gic-gic şeylərdən müharibələr çıxarır, ən axmaq şeylər üstündə bir-birimizi öldürürük. Son oxuduğum “Sarı gəlin” kitabından bu cümlələr lap yerinə düşür: “İnsandan başqa hansı canlı fitrətində səbəbsiz yerə öldürmək, zülm etmək var? Elə-belə, boş yerə parçalamaqdan zövq almaq heyvani instinkt-zad deyil. Bunu ancaq insan eləyə bilər.” Vallahi maraqlı məxluqlarıq…

Çoxdandır qarşıma çıxan uşaqların simasında təbəssüm, uşaq saflığıda görmürəm. Yolda, çöldə uşaqlar əsasən valideynləri və ya dost-tanışları ilə mübahisə edirlər. Bəli inkişaf edirik amma hara, nəyə doğru sual altındadır…

İnsanlar daha çox nədənsə şikayət edirmiş kimidir. Niyə razı qalmırlar heç nədən deyə fikirləşirdim ki, yadıma maraqlı bir hekayə düşdü. Deməli:

<Molla Nəsrəddin oğulunu məktəbindən götürməyə eşşəklə gəlmiş. Oğluyla eşşəyin üzərində evin yolunu tutmuşlar. Aradan zaman keçmiş. Bir qrup insan önlərinə çıxmış. Bir insan;

“Molla ayıb deyilmi? Eşşək o qədər yükü necə daşısın?”

Molla da oğulunu eşşəkdən endirib yanından yoluna davam etmiş. Aradan zaman keçmiş bir insan;

“Ayıb hey ayıb. Kiçik uşaq icra edilərmi?”

Molla uşağı eşşəyə oturtmuş. Öz yoluna davam etmiş. Aradan yenə zaman keçmiş biri;

“Bu zamana uşaqları belədir də, qoca ataları gedər özləri eşşəyə minər.”Bu söz uşağın ağrına gedər və eşşəkdən enər ikisidə piyada gedər. Oradan boşboğazın biri: ”Həriflərə baxın eşşək qabaqda gedir bunlar piyada.”>

Hər nə isə bu mövzuda molla dövründən düzəlməmişik. Düzəlmək fikrimizdə yoxdur. Axı düzələsi bir şeydə yoxdur. İnsanlıq azaddır, hər kəsin də öz fikrini demək hüququ var…

P.S: Burda yazılanları heç kim öz üzərinə götürməsin! Soğan yemədən göynəmə k lazım deyil… wink.png

Edited by _nil_
Link to comment
Share on other sites

Bilirsiz bəzən insan olduğuma görə utanıram… Yalnız biz insanlar günü-gündən daha da vəhşiləşirik. Biz dinlərə' date=' inanclara, adət-ənənələrə bölünürük. Gic-gic şeylərdən müharibələr çıxarır, ən axmaq şeylər üstündə bir-birimizi öldürürük. Son oxuduğum “Sarı gəlin” kitabından bu cümlələr lap yerinə düşür: “İnsandan başqa hansı canlı fitrətində səbəbsiz yerə öldürmək, zülm etmək var? Elə-belə, boş yerə parçalamaqdan zövq almaq heyvani instinkt-zad deyil. Bunu ancaq insan eləyə bilər.” Vallahi maraqlı məxluqlarıq…

Çoxdandır qarşıma çıxan uşaqların simasında təbəssüm, uşaq saflığıda görmürəm. Yolda, çöldə uşaqlar əsasən valideynləri və ya dost-tanışları ilə mübahisə edirlər. Bəli inkişaf edirik amma hara, nəyə doğru sual altındadır…

İnsanlar daha çox nədənsə şikayət edirmiş kimidir. Niyə razı qalmırlar heç nədən deyə fikirləşirdim ki, yadıma maraqlı bir hekayə düşdü. Deməli:

<Molla Nəsrəddin oğulunu məktəbindən götürməyə eşşəklə gəlmiş. Oğluyla eşşəyin üzərində evin yolunu tutmuşlar. Aradan zaman keçmiş. Bir qrup insan önlərinə çıxmış. Bir insan;

“Molla ayıb deyilmi? Eşşək o qədər yükü necə daşısın?”

Molla da oğulunu eşşəkdən endirib yanından yoluna davam etmiş. Aradan zaman keçmiş bir insan;

“Ayıb hey ayıb. Kiçik uşaq icra edilərmi?”

Molla uşağı eşşəyə oturtmuş. Öz yoluna davam etmiş. Aradan yenə zaman keçmiş biri;

“Bu zamana uşaqları belədir də, qoca ataları gedər özləri eşşəyə minər.”Bu söz uşağın ağrına gedər və eşşəkdən enər ikisidə piyada gedər. Oradan boşboğazın biri: ”Həriflərə baxın eşşək qabaqda gedir bunlar piyada.”>

Hər nə isə bu mövzuda molla dövründən düzəlməmişik. Düzəlmək fikrimizdə yoxdur. Axı düzələsi bir şeydə yoxdur. İnsanlıq azaddır, hər kəsin də öz fikrini demək hüququ var…

P.S: Burda yazılanları heç kim öz üzərinə götürməsin! Soğan yemədən göynəmə k lazım deyil…

Haqqlisan .. Yazdigin her kelime dogrudur .. Mende bir meqami elave eleyecem icazenle ..İnsanlarin dusuncesine gore yasamaq heyatda ki en boyuk sehvdi .. El arasinda bir meselde var eger sehv xatirlamiramsa beledir " ogru ele bilir hami ogrudur , dogru ele bilir hami dogrudur " İnsanlar duz yolun yolcusu olsalarda , sehv yolun yolcusu olsalarda , her bir kes etrafinda ki insanlari ozu kimi gormek isteyir ve bele olmasi ucun sey gosterir .. Zeif xarakterli insanlar xarakterlerini tez deyisirler ve heyatda hec vaxt ozlerini tapa bilmirler , ozleri kimi ola bilmirler , guclu xaraktere malik , heyatda oz yolunu tapan insan hec vaxt eqidesinden donmur ve heyatda oz istediyine nail olur ..

Edited by hübsche
Link to comment
Share on other sites

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar…Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik…Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük…Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq…Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq… Bəzən həyatımızda kimisə qarşılayırıq və elə bilirik ki, bu əbədidir, bəzən isə yola salırq və sanırıq ki, belə də olmalıdır…Bəzən ünsiyyət axtarırıq, ətrafımızı genişləndirirk, harasa, kiməsə tələsirik, bəzən isə sadəcə gözlərimizi yummaq istəyirik, heç nə lazım deyil, yalnız özün və ağlına, ürəyinə sakitlik gətirən sükut…Bəzən biz bahalı hədiyyələr istəyirik adi yumşaq ayı oyuncaqlarına gülüşlə baxırıq, bəzən isə sadə bir söz, baxış sənin üçün daha qiymətli olur…Bəzən biz damın altında, çətirin altında yağışdan gizlənirik, bəzən isə Allaha o yağışı göndərməyi üçün yalvarırıq və yalın ayaqla,sevinclə, insanlardan ayrı, sərbəst, təbiətin bir parçası olaraq o yağışın altında qaçmaq istəyirik…Bəzən içində uzun müddət yığılıb qalanları bir andaca söyləmək istəyirsən, bəzən isə bir-birini başa düşmək üçün sadəcə susub baxmaq lazım olur…Bəzən heç kimin bizi narahat etməməsi üçün telefonu söndürürük, bəzən isə yeganə bir zəng üçün nəfəs almadan içimiz titrəyərək telefonun başında otururub o zəngi gözləyirik…Bəzən biz gözləyirik, gözləyirik, uzadırıq və bir zaman baxırıq ki, artıq gecdir. Ürək uçuruma doğru getməyə başlayır…Bəzən danlaqdan, məzəmmətdən qorxuruq, bəzən isə bütün dünyaya meydan oxuyaraq öz haqlılığımızı sübut etməyə çalışırıq…

Bəzən doqquzda yatmağa uzanırıq, bəzən isə sutkalarla yata bilmirik…Bəzən gözəl geyinib, bəzənirik, bəzən isə günlərlə eyni köynəkdə gəzirik…Bəzən …Bəzən…Bəzən kimisə qucaqlayıb, ondan” hər şey yaxşı olacaq” sözlərini eşitmək, ağlamaq, ürəyini boşaltmaq istəyirsən..Və bəzən istəyirsən ki, kimsə səndən getməməyi, onunla daim qalmağı xahiş etsin…Bəzən…Bəzən…Bəzən…

Link to comment
Share on other sites

“Dilimizdə yanlış yazılış və deyilişlərdən bir neçəsi”

Yolağa

Orfoqrafik lüğətimizdə (sözlərin düzgün yazılışını müəyyən edən normativ sözlükdə) “yolağa” sözümüz var. Ancaq “yolağa” yazılışı düzgün yazılış deyil, “yolağı” olmalıdır. Yuxarıdan, hündür bir yerdən, məsələn dağların başından yollara baxanda yollar ağ cızıqlar kimi görünür, ağarır. “Yolun ağına düşmək” deyimindən də bunu görmək olur. Bir sözlə, söhbət yolun ağından gedə bilər, ağasından yox. “Yolağa” ifadəsi tamam yanlışdır, orfoqrafik norma “yolağı” olmalıdır.

Haçan

Dilimizdə “h” fonemi “hansı”, “hara” “haçan” kimi suallarda qarşımıza çıxır. İç-içəri, dış-dışarı, bu-bura sözlərindən də gördüyümüz kimi -(a)rı, -(ə)ri, -(a)ra şəkilçiləri yön, istiqamət bildirirlər (Bu şəkilçilərin etimoloji kökü isə, görünür, “yer”dir). “Hara” “h” və “ara”dan düzəlir, “hansı” “h” və “nəsnə”dən düzəlir və s.

“Haçan”a gəldikdə, bu, orfoqrafik norma ola bilməz. Doğru variant “haçağ”dır, “haçan” yox. Çünki dilimizdə vaxt anlamında “çağ” sözü var, “axşamçağı”, “haçağacan” və s. Deməli, “haçağ” “h” və “çağ”dan düzəlib. (Türkiyəlilər “çağ”a uzun vaxt, dövr, epoxa anlamı veriblər). Orfoqrafik norma “haçaq” yazılışı olmalıdır. Təbii ki, canlı danışıqda “haçaq” “haçağ” kimi səslənəcəkdir. Ancaq “haçan” və yaxud “haçanacan” yazmaq da, demək də yanlışdır.

Qızırğalanmaq

Orfoqrafik lüğətimizdə “qızırğalanmaq” məsdəri var və o da dərhal düzəldilməli yanlışlardan biridir. Azərbaycanın bəzi regionlarında bu söz belə səslənir: “qısırğalanmaq”. Doğru olan variant da budur. Buradakı fel kökü “qıs”dır, “qız” yox. “Qısqanc” sözü də bu kökdəndir. Məsələn, qısqanc kişi qadınının sərbəstliklərini qısır, senzura edir, azaldır, məhdudlaşdırır. Beləliklə, “qızırğalanmaq” yanlışdır, “qısırğalanmaq” olmalıdır. Mənası da aydındır, xəsislik etmək deməkdir.

Ke(y)fi kök olmaq

“Kef” ərəb dilində “keyfiyyət” sözünün dilimizdə qısalmış formasıdır, necəlik deməkdir. “Kefin necədir?”, yəni “necəliyin, necə olmaqlığın necədir?”, bir sözlə “necəsən?” Kef arıq olmaz ki, kök də ola. Kef yaxşı (yuxarı) və pis (aşağı) ola bilər. “Kefi yuxarı olmaq”, “kefi göylə getmək” deyimlərimiz də bunu sübut edir. “Kefi göy olmaq” deyəndə, “göy” burada yuxarı, yüksəklik anlamında işlənir, təbii ki, rəng anlamında yox. Yaşıl rəngdə olsalar da, bizim keşnişə, şüyüdə, tərəyə və s. “göy”ərti deməyimiz də buna görədir. Göyərmək (cücərmək) yuxarı qalxmaq, dikəlmək deməkdir. Göy tanrı uca tanrı deməkdir. Başına “qaxmaq”da da eyni kökdən (göy, gök, kök, qax və s.) söhbət gedir. Beləliklə, orfoqrafik norma “kefi kök olmaq” yox, “kefi göy(də) olmaq” olmalıdır.

İşin qəribə tərəfi burdadır ki, dili yaradan xalqdır, ancaq bəzən elə həmin xalq özü öz dilində düzgün danışmır.

Axtaran tapar

Vurğunu “tapar” üzərinə qoyanda belə çıxır ki, bütün axtaranlar ucdantutma, gec-tez tapırlar. Və sanki bu, metafiziki zərurətdir. Birincisi, bu heç də belə deyil, yəni bütün axtaranlar heç də tapmırlar, hamı arzusuna çatmır, belə bir zərurət də yoxdur.

Vurğunu “axtaran” üzərinə qoyanda isə, alınan məna bu olur ki, tapanlar axtaranların içindən çıxar. Çünki sən axtarmırsansa tapmazsan da, çünki axtarmadan tapdığını heç tanımazsan da. Yəni tapmaq faktı və yaxud produktu ancaq axtarış prosesində olan adama xasdır. “Axtaran tapar” deyiminin düzgün anlamı budur: ancaq və ancaq axtaran – tapar. Təəssüf ki, yanlış vurğulama yanlış məna və yanlış tərbiyə verir. Beləliklə, deyilişdə “axtaran” vurğulu səslənməlidir, “tapar” yox.

(Ancaq Zen fəlsəfəsində deyilir ki, əksinə, sən axtarırsansa tapmayacaqsan, axtaran tapmaz, yəni tapmayan axtaranların içindən çıxar. Yalnız və yalnız gözləyən – tapar. Məsələn, sən məşhurluq axtarışındasansa, heç vaxt məşhur olmayacaqsan, çünki sən hər nə var məşhur olmaq üçün edəcəksən, camaat da sənin məqsədinin məşhur olmaq olduğunu görüb, səni sevməyəcək. Məşhur olmaq istəmə, bax, onda məşhurluq özü sənə gələcək. Və yaxud, sən cənnətə getmək istəyirsənsə, ora heç vaxt gedə bilməyəcəksən, çünki ora getmək istəyirsən, ona görə! Bir sözlə, tapmaq, əldə etmək istəyirsənsə, axtarma, unut və gözlə. Bir sözlə, zenə görə, uğur – dolaylı yolla gedənindir, axtaranın, can atanın yox).

Sizə güvəndiyim dağlar, sizə də qar yağarmış

Deyilişdə vurğu səhv qoyulur. Qar hər yerə yağar, o cümlədən də dağlara. Dağlara qar yağması niyə təəssüf, umsuqluq doğurmalıdır?! Bu, gözlənilməz deyil axı. Problem ordan yaranır ki, biz vurğunu yanlış olaraq “yağarmış”ın üstünə qoyuruq. Sanki dağlara qar yağmamalıymış. Əslində isə vurğu “qar”ın üzərinə qoyulmalıdır. Onda mənası belə alınır: Dağlar, mən sizə güvənirdim, amma sən demə sizin də başınıza iş gəlirmiş, siz də əlçatmaz, toxunulmaz deyilmişsiniz, belə ki, sizə də qar yağarmış. Beləliklə, bu deyim “hər gözəlin bir eybi olar” deyiminə paralel anlam daşıyır, kəskin xəyanəti və yaxud güvənin sınmasını yox, sadəcə olaraq, mütləq nöqsansız olmamağı bildirir. Bunun üçün deyilişdə “qar” xüsusi seçdirmə ilə, vurğulu ifadə edilməlidir.

Uman yerdən küsərlər

Kim küsər? Uman, yoxsa umulan? Əlbəttə ki, uman umulandan küsər, umduğundan küsər, umulan yerdən küsülər. “Uman yerdən küsərlər” deyəndə isə belə çıxır ki, umandan umduğu üçün küsürlər. Başqa məna nəzərdə tutub, başqa söz deyirik. Tamam yanlışdır. Umuram, gözləyirəm, umduğumu ala bilməyəndə də küsürəm. Başqa sözlə, səndən ummaq haqqım varsa, deməli, küsmək haqqım da var. Beləliklə, “uman yerdən küsərlər” yox, “umulan yerdən küsərlər” olmalıdır.

Dinib-danışmaq

Dilimizdə dinmək-dinləmək-danışmaq fellərinin kökü birdir: “din-”. “Danışmaq” felinin “dan-” (inkar etmək, tanımamaq, caymaq, danmaq) kökü ilə heç bir əlaqəsi yoxdur. Məncə, “danışmaq” feli “dinmək” felinin qarşılıq və müştərəklik bildirən formasıdır və onun ilkin forması “dinişmək” olmuşdur (gülmək-gülüşmək, qaçmaq-qaçışmaq və s. kimi). Əgər gəldiyim nəticə doğrudursa, onda “dinmək” monoloqu, “danışmaq” (əslində isə “dinişmək”) dialoqu bildirir. Dinib-danışmaq budur. “Filankəs danışdı” demək doğru deyil, çünki təkbaşına danışıq olmaz, tək adam ancaq dinə bilər. Danışmaq dialoqdur, dinmək monoloq. Orfoqrafik norma “dinib-dinişmək” olmalıdır.

Yoxsa

Yoxsa – göründüyü kimi, “yox isə”nin qısalmış formasıdır, “bu yox isə, onda o” deməkdir. Seçimin belə qoyuluşu qısır, ikili, dini (allah-şeytan) xarakter daşıyır və kəskindir. “Sən hakimiyyətdənsən, yoxsa müxalifətdən?” Sanki başqa variant ola bilməz. Xüsusilə “yoxsa” ilə qurulmuş suallara bəzən “heç biri” cavabını vermək istədikdə, bu “yoxsa”nın nə qədər kəskin olduğu üzə çıxır. Lütfi Zadənin fuzzy məntiqi də “yoxsa”dan əl çəkməyi tələb edir. Bu, “yox isə” (yoxsa, yoxdursa), onu əvəzləyə bilən, onun yerinə keçə bilən “tək” yox, “çox” variant ola bilər. Buna görə də, “ya” bağlayıcısından geniş istifadə etmək lazımdır, nəinki “yoxsa”dan. Onda yuxarıdakı sual belə səslənəcək: “Sən hakimiyyətdənsən, ya müxalifətdən?”

Onsuzda

Birincisi, bu söz yanlış olaraq yerlik hal şəkilçisi ilə “onsuzda” kimi bir yerdə yazılır. Halbuki, “onsuz da” kimi ayrı yazılmalıdır. İkincisi, bir vaxtlar o, rusca (всё равно) ifadə edildiyi kimi, indi də ərəbcə (zatən) ifadə edilir. Üçüncüsü, “o” uzaqlığı, “bu” yaxınlığı bildirdiyi halda, indi demək olar ki, bütün müəlliflər yaxındakı şəraiti təsvir edib-edib, sonda “onsuz da” yazırlar. Halbuki, bu halda “onsuz da” yox, “bunsuz da” deyilməlidir. Çünki söhbət yaxındakı şərtlərdən gedir, uzaqdakı yox. Ötən əsrin 70-80-ci illər ədəbiyyatında mən “bunsuz da” formasına rast gəlmişəm. Ancaq indilərdə hamı ucdantutma “onsuz da” deyir və bu, yanlışdır. Müəllif gərək nə zaman “onsuz da”, nə zaman “bunsuz da” deməyin gərəkli olduğunu özü kontekstdə müəyyən etsin.

Ümid, məncə, gerçək, güzgü, əkiz, ev...

Azərbaycan dilində “üm” fel kökü yoxdur, “um” var. Ummaq, umsuq, umacaq və s. sözlər hamısı eyniköklüdür. Sadəcə olaraq, öz “umud”umuz gedib fars dilinə, oradan bizə “ümmid” kimi qayıdıb gəlib və bu “ümmid” də dönüb olub “ümid”. “Oğuznamə”də yazılıb: “Çıxmaduq cana umız var”. Gördüyünüz kimi, ümiz deyil, umız ya da umuzdur. Biz də “umud” yazmalı və deməliyik.

Məşhur mahnını indi belə oxuyurlar: “De, kim sevər səni məncə”. Yanlışdır. Belə oxunmalıdır: “De, kim sevər səni məncən”, yəni mənim qədər. Kimin sevgisi mənimkinə çatar? “Məncən”in şəxsi güman, ehtimal bildirən “məncə” ilə heç bir əlaqəsi yoxdur. Türkiyəlilər “bu qədər” əvəzinə bəzən “bunca” deyirlər və yazırlar. Çox gözəl sözdür. Ancaq “bunca” yazılışı da yanlışdır, “buncan” olmalıdır.

“Gerçək” doğru deyil, əslində “görçək” olmalıdır. Yəni yalnız “gör”düklərim gerçəkdir. Gerçəkləşdirmək – görçəkləşdirməkdir, gözləgörünən hala gətirmək deməkdir. Yeri gəlmişkən, gerçək (görçək) real demək deyil, çünki real (res-şey, nəsnə) olub, gerçək (görçək) olmaya da bilər.

Söyləmək sözünün kökü “söz” (sözləmək) olduğu kimi, “güzgü” sözünün kökü də “göz”dür, görməklə bağlıdır. Uyğurlar “közgü”, “gözgü” deyirlər. Doğrusu “gözgü”dür, “güzgü” deyil.

“Əkiz” deyil, “ikiz”dir, sözün kökü “iki”dir, “ək” deyil. Dilimizdə “z” fonemi ikiliyi bildirir: üz, diz, göz, biz (iki bən), siz (iki siz) və s.

Ev deyil, öydür. “Yiyə” də, “öy”rənmək də, “ög”ey (“öy”ey), ögsüz (öysüz, yəni yetim) də hamısı eyni kökdür və anlamları da qohumdur. Kəndlərimizdə heç kim “ev” demir, “öy” deyir. Düzü də “öy”dür.

Neandertal adam

Azərbaycanda olduqca geniş yayılmış yanlışlardan biri də “Neandertal adam” terminidir. “Neandertal” Almaniyada bir kəndin adıdır. Homo sapiensin müasiri olan və elmə hələ də qaranlıq qalan səbəblər üzündən nəsli kəsilən insan növünün ilk fosilləri, daha doğrusu, ilk dəfə kəllə sümüyü həmin bu Neandertal kəndindəki bir mağaradan tapıldığı üçün bu insan növü həmin kəndin adı ilə adlandırılmışdır. Qərb dillərində ona, sadəcə olaraq, “neandertallı” deyirlər. Biz də ya “neandertallı”, ya “neandertallı adam”, ya da “Neandertal adamı” deyə bilərik. Ancaq “Bakı adam”, “Sumqayıt adam” olmadığı və ola bilməyəcəyi kimi, “Neandertal adam” ifadəsi də tamamilə gülüncdür.

Son qeyd:

Bu yazını mən düz iki il bundan qabaq yazmışam. Ancaq indiyəcən mənim də bir çox yazımda bu cür yanlışlar gedib. Bunun bir səbəbi özüməmsə (çünki belə yanlışları gec kəşf etmişəm), digər səbəbi də dostlarımız olan korrektor və yaxud redaktorlardır. Mən tutalım, “yolağı”, “qısırğalanmaq”, “umud”, kefi “göy” olmaq, “bunsuz da” və s. yazsam da, onlar yazımdakı “səhvlərimi düzəldib” dərc ediblər. Görəsən, bunu redaktorlarla necə razılaşmaq olar? Ümumiyyətlə, yaradıcılıq mətninə orfoqrafik düzəlişlər etmək haqqı haradan yaranır? Axı bu, reportaj deyil. Məsələn, M. Haydeggerin əsərləri alman dilinin orfoqrafik normativlərinin əksinə yazılışlarla doludur. Hətta o dərəcədə ki, onun dili haqqında deyiblər ki, “bu, ta alman dili deyil, haydeggercədir”. Ancaq heç hansı nəşriyyat Haydeggerin yazı dilinə “düzəliş” etməmişdir.

Ağalar Məmmədov

Link to comment
Share on other sites

İnsan öz ömrünün dəqiqələrini xoş mərama sərf etməlidir.Fəal həyat tərzi insanı təravətli saxlayır,əhvalına müsbət hisslər bəxş edir. İ.Pavlov yazırdı ki,insan üçün hərəkət ən qiymətli şeydir.Fizioloqlar sübüt etmişlər ki,hərəkət həyatdır.Hərəkət hüceyrənin yaşamasını təmin edir,ətalətli hərəkətsizlik isə onu məhv edir.Buna görə də hər yerdə- ailədə,işdə,yolda,avtobusda olanda da başqasının qəlbinə dəyməyi igidlik,qəhrəmanlıq saymayın.Könülə dəyməyə nə var ki,çox asandır. Hünər odur ki,könül tikəsən.Hər bir şəxs buna adət etsəydi,yaşamaq hamı üçün fərəhli olardı.

Link to comment
Share on other sites

Yarış

uğur psixologiyası

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu

qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Link to comment
Share on other sites

Sevmək yoxsa sevilmək?

Rəfigəmi gözlərkən,oturacaq tapmadığı üçün yanımda bir yaşlı kişi əyləşdi.Söhbət etməyi çox sevdiyi bəlli idi.Öz həyatında danışırdı,mən isə sadəcə dinləyirdim.Əvvəllər müəllim imiş.Bir az danışdıqdan sonra,gözlərimin içinə baxaraq : Qızım,sevilmək ya sevmək?Hansını seçərdin? Nə cavab verəcəyimi belə bilmirdim." İkisinidə seçsəm,çoxmu istəmiş olaram?"-deyə soruşdum. Qoca

cavabında: Xeyir Yalnız birini seçə bilərsən. Düşündüm,düşündüm cavaba tapa bilmirəm.Sevilmək-çox gözəl hissdir.Ancaq sən sevmədikdən sonra,o sevsə nə olar?Sevməkmi?Əgər qarşındakinın səni sevmədiyini anlarsan,o da acı verər. Mən qarşımdakının məni sevmədiyini öyrəndiyimdəki acıyı dadmaq bahasına belə olsa yenədə SEVMƏYİ seçdim."Cavabım: Sevməkdir! Bəs siz bu suala özünüz cavab verəcəksinizmi?"-deyə soruşdum."Əlbəttə qızım.35 il bundan əvvəl çox yaraşıqlı idim.İndi qoçalmışam.Hər zaman sevildim.Sonda məni sevən,sonralar sevəcəyimi düşündüyüm biri ilə ailə qurdum.Ömrümün yarısından çoxunu bir gün onu sevərəm deyə ümüdü ili yaşadım.Yoldaşım məni çox sevərdi.Onu sevmədiyimi hiss etməsin deyə əlimdən gələni etdim.2 gün bundan əvvəl yoldaşım öldü.Ölmədən öncə mənə: Sənə təşəkkür edirəm.Məni xöşbəxt etdin,ana oldum,məni bilərəkdən heç üzmədin.Sənin məni sevməni bacaramadım,ama səni çoox sevdim! -dedi.

-Bəs bu günə dək hecmi sevmədiniz?

-Əlbəttə sevdim.

-Bəs niyə onunla ailə qurmadız?

-Çünki o başqasını sevirdi.Ona demədim.Ondan sonra qızlarla tanış oldum,sevərəm deyə...olmadı,ondan başqasını sevə bilmədim.

-Nə xoş sizə,sizi sevən biri ilə ailə qurmusuz.

-Bəli,düz deyirsən..ama mən SEVİLMƏK seçdiyim üçün olmadı.İstəmədən onada laiq olduğu xöşbəxtliyi verə bilmədim.Sevilməyə doydum,ama sevməyə hər zaman ac qaldım....

Link to comment
Share on other sites

Haqsızsınızsa, bunu etiraf edin Bu, qarşı tərəfi yumşaltmağın, hətta onu öz tərəfinizə çəkməyin ən asan yoludur. Deyl bu barədə öz fikirlərini sual şəklində ifadə edib: "Əgər bizi istər-istəməz toqquşma gözlədiyini biliriksə, təşəbbüsü öz əlimizə almaqla başqasını qabaqlamaq daha yaxşı olmazdımı? Özünü tənqid etmək başqaları tərəfindən ittiham olunmaqdan daha asan deyilmi?". Buna görə də Deyl məsl

əhət görüb ki, qarşınızdakı tərəf- müqabilinizi qabaqlayaraq, sizə söyləyəcəyi bütün tənqidi fikirləri özünüz haqda söyləyin. O dəqiqə müsahibinizin sizin haqda fikirləri dəyişəcək. Ümumiyyətlə, öz səhvlərini etiraf etmək insanı başqalarının gözündə ucaldır. İnanın ki, səhvinizi etiraf etməklə istədiyinizdən daha çox şeyə nail ola bilərsiniz.

Edited by _nil_
Link to comment
Share on other sites

Tanıdığım ən gözəl insanlar məğlubiyyəti, kədəri, mübarizəni və itkini yaşamış olan, ən çətin anlarda çıxış yolunu özləri tapmış romantik və anarxist olan insanlardır. Bu insanlar yaşamaq üçün inkişaf etdirdikləri özünəməxsus üsul, dirəniş, həssaslıq və anlayışla, eləcə də, qayğı, nəzakət, bilik və dərin sevgidən törəyən bir maraq və məsuliyyətlə doludurlar.GÖZƏL İNSANLAR TƏSADÜFƏN ORTAYA ÇIXMAZLAR, ONLAR TƏDRİCƏN FORMALAŞARLAR.

Elisabeth Kübler

Link to comment
Share on other sites

  • 2 weeks later...

Hər kəs ən son anına qədər mübarizə aparmalıdır...

Qədim zamanlarda sultan 2 şəxsi ölümə məhkum etmişdi. Sultanın öz atını çox sevdiyini bilən məhkumlardan biri buraxılacağı təqdirdə onun atına uçmağı öyrədəcəyini bildirir. Dünyada yeganə uçan ata sahib olan insan olacağını xəyal edən sultan razılaşır.

Məhkum yoldaşı deyir:

«Axı sən ata uçmağı necə öyrədə bilərsən?!

Yalnız olacağı 1 il gecikdirə bilərsən, vəssalam...»

«Tam deyil» – sultandan möhlət alan məhkum dedi. «Mən bu hərəkətimlə özümə 4 azadlıq şansı yaratmış oluram:

1. Sultan gələn ilə kimi ölə bilər.

2. Mən gələn ilə kimi ölə bilərəm.

3. At ölə bilər.

4. Bəlkə də ata uçmağı öyrədə bildim.»

Ümid oyaq insanın yuxusudur. Əgər insan ümidini hələ itirməyibsə demək hələ də istəyinə çatma şansı var...

Link to comment
Share on other sites

Cəlalə NƏZƏROĞLU

- Alo, salam Nigar xala.

- Salam...

- Cəlalədir e. Necəsiniz?

- Bıy, sağ ol, ay bala. Sən necəsən? Heç zəng eləyən deyilsən deyə telefonda səsini tanımadım.

- Nigar xala, səndən bir söz soruşmaq üçün zəng elədim. Bilmirsən, “öz yerində” armudu stəkan neçəyə olur?

Nigar xala bir anlıq susdu. Deyəsən, sualım onu təəccübləndirmişdi. Mən bilirdim ki, o haradansa ucuz şeylər alıb dükanına gətirir, üstünə bir az da qiymət qoyub satır. Ona görə “öz yerində” dedim.

- Ay bala, hər qiymətə var. Baxır mala da.

- Yox e, ən ucuzu.

- “Kitayski”? Səndən çıxmayan iş, nə əcəb fərli dükana gedib düz-əməlli şey almırsan?

- Ay Nigar xala, başqa şey üçün lazımdır. Sən hələ de görüm o “kitayskilər” neçəyədir?

- 12 dənəsini 3 manata almaq olar...

Qonşumuz Nigar xala ilə sağollaşıb beynimdə kiçik bir hesablama apardım...

Yəqin siz də Nigar xala kimi mənim ən ucuz armudu stəkanın qiyməti ilə maraqlanmağımın səbəbini bilmək istəyəcəksiniz. Deməli belə. Bu həftə sonu bulvara gəzməyə çıxmışdıq. Rəfiqəm Türkayı da gedib işdən götürdük, işə getmirəm deyə çoxdandır görüşmürük (yeri gəlmişkən, bir aydır məzuniyyətdəyəm. Efirdə görünməməyimin də səbəb budur. Hələ 5-6 ay da olmayacağam-red).

Hardasa çay içib söhbət etməyə qərar verdik . Əvvəlcə “Yeni bulvar”da gəzdik, dəniz havasını ciyərlərimizə çəkib, şəhərin mənzərəsinə tamaşa etdik. Sonra ətrafa göz gəzdirib çay içməyə yer axtardıq. Amma buralarda belə bir yer gözə dəymirdi. Gəzə-gəzə “Köhnə bulvar”a keçdik. Əməlli-başlı yorulmuşdum. Qarşımıza ilk çıxan “Venesiya bağı” oldu. Çay üçün necə deyərlər, ciyərim yanırdı. Aşağıda qoyulan stollara yaxınlaşdıq. Yerlərin təqribən 40 faizi boş idi. Uyğun bir yer tapıb oturduq. Saat axşam doqquza on beş dəqiqə qalırdı. Söhbət edirdik, amma bütün fikrim bu sərin havada içəcəyim isti, ləzzətli çayın yanında idi. Hələ ki yaxınlaşıb nə istədiyimizi soruşan isə yoxdu. Ona on beş dəqiqə işləmiş, yəni düz yarım saatdan sonra nəhayət ki, bir ofisiant bizə yaxınlaşdı. Həyat yoldaşım ona mürəbbəli çay gətirməsini dedi. Oğlan kağıza nəsə qeyd elədi və sonra dodağının altında bir cümlə dedi. Hamımız dönüb təəccüblə ona baxdıq, amma nədənsə səhv eşitdiyimizə əmin idik.

- Necə, mürəbbəniz yoxdur? Onda şokolad-filan gətirin.

- Yox e, deyirəm stəkanımız yoxdur, stollardan biri boşalan kimi sizə çay gətirəcəm.

Ofisiant getdi. Biz bir-birimizin üzünə baxdıq və güldük. Doğurdan gülməli vəziyyət idi. Nə isə söhbətə davam elədik. Mənim bütün fikrim yenə də çayın yanında idi.

Bir azdan qonşu masadakılar qalxdı. Sevindim ki, boş stəkan tapıldı, şükür Allaha, indi bizə də çay verərlər. Təkcə bir şeydən narahat idim ki, indi bunlar aparıb bu armudu stəkanları tələm-tələbeeeeep yuyacaqlar. Amma sən demə betərin də betəri varmış...

Qonşu masaya 4 nəfər yaxınlaşıb əyləşdi. Ofisiant dərhal onların yanına gəldi. İstər-istəməz qulaq kəsildim, görüm, onlara nə deyəcək. Sifarişi alandan sonra onlardan da gözləməyi xahiş etdi, stəkanlarının olmadığını dedi. Mən bir az əvvəl stəkanların tələbeeeeep yuyulmağından nahaq yerə narahat olmuşam. Çünki o stəkanlar bizə yox, başqa stola getdi. Sifarişin verilməsindən 25 dəqiqə keçsə də, çaydan hələ də xəbər yox idi. Nəhayət Türkay əsəbiləşdi:

- Biz nahaq yerə burda oturub, bunları gözləyirik. Durun, gedək.

Haqlı idi. Düz 1 saat idi ki, gözləyirdik. Ayağa qalxıb ətrafa baxanda daha bir neçə stolun armudu stəkan gözlədiyini gördük. Yerlərin isə demək olar ki, 40 faizi hələ də boş idi. Əgər belədirsə, bunların cəmi nə qədər stəkanı var ki?!

Başqa yerə getdik. Bizə yaxınlaşan ofisiantın ilk eşitdiyi sual bu oldu:

- Sizdə stəkan var?

Qaşları çatıldı. Yəqin ələ salındığını düşündü. Amma dərhal vəziyyəti ona izah etdik. Güldü, dedi narahat olmayın, bizdə elə şeylər olmaz. Cəmi 5 dəqiqədən sonra armudu stəkandakı qaynar çayı acgözlüklə içirdim...

Nigar xaladan ən ucuz armudu stəkanın qiymətini öyrənəndən sonra düşünməyə başladım. Mürəbbəli-çərəzli çay dəsgahının qiyməti ən azı 10 manatdır. Deməli, 12 ədədlik armudu stəkan dəstinin 3 manata olduğunu nəzərə alsaq, onda təkcə bir stoldan bir dəfə gələn gəlirlə 36 ədəd armudu stəkan almaq olar. Ucuzluq olanda nə olar ki. Ürəyi çay istəyən müştəri üçün nə fərqi var “kitayski” olsun, ya “italyanski”. İndi görün dolub-boşalan o stollardan gün ərzində gələn gəlirlə nə qədər armudu stəkan almaq olar.

Bax belə. Müştəriyə “stəkanımız yoxdur” deyən bir yeri də gördük. Bura təmir-bərpasına o qədər pul xərclənən, min bir əziyyət çəkilən, insanların rahatlığı, istirahəti üçün ərsəyə gətirilən məşhur “Venesiya bağı idi” idi.... Allah betərindən saxlasın!

Link to comment
Share on other sites

Bugun Beynelxalq Tolerantliq gunudur.Gelin baxaq Tolerant ne demekdi ve ozunde neleri saxlayir ?

“Tolerans” sözü latınca “tolerantia” sözündəndir. Etimoloji mənası dözüm, qatlanma, səbr, genişqursaq olma, həzm etmə, xoş nəzərlə baxma deməkdir. Sözün terminoloci mənası da etimoloci mənasıyla eynidir. “Tolerans”ın antonimi “intolerans”dır.

Sual oluna bilər ki, görəsən, biz nəyə qarşı dözümlü, səbrl

i, xoşnəzərli, genişqursaqlı olmalıyıq?

Cavab: formaca və məzmunca bizim kimi olmayana, başqa olana. Çünki təmsil və ifadə etdiyimiz forma və yaxud məzmun mümkün variantlardan sadəcə və sadəcə biridir. İnvariant yoxdur. Tolerans çoxvariantlılığı rasional olaraq qəbuletmə mövqeyidir. Tolerans və ya tolerantlıq - nəzakət və ya mədənilik norması, oyunu deyildir. O, nə başqasının bizə zidd fikirlərini dinləmək mədəniyyəti, nə də bu fikirlərə hörmətlə yanaşmaq nəzakətidir. O, dünyaya baxış forması, varlığın müxtəlifliyi qarşısında dayanma şəklidir. Ona görə də, tolerans içəridə yavaş-yavaş kinə, nifrətə çevrilən məcburi dözümlülük nümayişi deyildir. O, qaçılmaz müxtəlifliyin birgəyaşayış normasıdır. Təzadların birlikdə yaşaya bilmə şərtidir. Çünki daha (Orta əsrlərin sonundan etibarən) heç bir problemin yeganə cavabı, yeganə həlli yoxdur. Hər cavabın və ya həllin ən azı bir rəqibi var. Elə bu da toleransı zəruri edir. Toleransı prinsip kimi ilk dəfə Renessans yazıçısı R.Erasmus (XVI əsr) təklif edib. O vaxt Qərbdə dini müstəvidə buna ehtiyac yaranmışdı. Humanistlər bu yolla Kilsəyə başa salmağa çalışırdılar ki, allahsız, dinsiz də olmaq olar. Belə hallara tolerant yanaşılmalıdır. Dinsiz və ya allahsız şəxs Kilsə qarşısında yox, yalnız öz vicdanı qarşısında məsuldur.

Toleransın əsası ondan ibarətdir ki, həqiqət, düzgün forma, doğru yol və s. bir deyil, bir neçədir, çoxdur. Və onlar heç kimin təkbaşına ixtiyarında deyildir, heç kim təkbaşına onları təmsil edə bilməz. Və onlar heç bir konkret zamanda və heç bir konkret məkanda bizə son və ya hazır şəkildə verilməmişdir. Bu mənada tolerans müəyyən bir yumşaqlığı, plastikliyi bildirir. Tolerans təbəssümdür, gülümsəmədir. Savad tolerans doğurur, amma intolerans savadlanmağa qoymur. Dünyagörmüşlük çoxlu variant tanımışlıq deməkdir.

tolerans azadlıq dəyəridir. İntolerans “Vahid Həqiqət” ritorikası kürsüyə qalxanda azadlıq üçün təhlükə yaranır.

Edited by _nil_
Link to comment
Share on other sites

  • 1 month later...

Bugün təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində məhz insan beynini kütləşdirən TV xəstəliyi var. Çox təəssüf ki, TV yarandığı günkündən fərqli olaraq bugün bizi sadəcə olaraq geriyə aparır. Çünki, TV-də izlədiyimiz hər hansı bir xəbəri özümüzdən asılı olmadan olduğu kimi qəbul edirik və bu ictimai hadisələrə bəzi qüvvələrin təsir etməyinə kifayət qədər kömək edir.

Bu yaşıma qədər həmişə öz bilgisayarımın başında öz vaxtımı keçirmişəm. Sadəcə axşam yeməklərində ailəylə birlikdə masa ətrafına toplanarkən izləyirəm TV-ni və elə həmin vaxtlarda da bir-biriləri ilə qırğına çıxan müğənnilər ya da bası-bağlayan məmurlardan başqa heç kimə rast gəlmirəm. Ümumiyyətlə mənasız “show”lardan başqa TV-də heç nə olmadığını tam əminliklə deyirəm.

Hərdən düşünürəm ki, məsələn yaşıdlarımın əksəriyyət mənim etdiyimin əksini edirsə mən nə qazanmışam və ya nə itirmişəm? Nəticə etibarı ilə deyə bilərəm ki, mənasız və məntiqsiz “show”lardan uzaq düşməkdən başqa heç nə itirməmişəm. Qazandığım çox şeylər saya bilərəm: Yeni dostlar qazandım, daha çox məlumatlar öyrəndim, bir xəbəri müxtəlif xəbər mənbələrdən öyrənib onları müzakirə etmək şansı qazandım, görüntü yaddaşı olmadığı üçün burda düşünməyə məcbur oldu beynim və artıq hər hansısa bir xəbəri rahat analiz edə bilirəm, TV-də verilməyən xəbərlərdən agah oldum, daha çox kitab oxumağa vaxtım oldu və sair….

Deməli məhz digər gənclər hansı ki, həyatında TV-yə üstünlük verirlər deməli çox şey itiriblər! İlk başlarda marağımız TV yanında ola bilər amma həqiqətən də bunu bir həftə öz üstünüzdə yoxlayın TV-yə ümumiyyətlə baxmayın, əvəzinə başqa məşğuliyyətlər tapın və sonra həmin həftə nəyi itirdiyinizi və nəyi qazandığınızı öz-özlüyünüzdə analiz edin.

Bunlarla yanaşı qəbul edək ki, günümüzdə bir çox insanlar, dostlarımız məhz TV “əsir”liyinə məhkum olub. Amma hal-hazırki günümüzdə İnternet TV-yə olan bağlılığı azaltmağa başlamışdır ki, bud a sevindirici hallardandır. Çünki İnternetdə daha çox Azərbaycan gəncinin olması bizlər arasındakı bağların, əlaqələrin güclənməsinə kömək edər.

Axtarış zamanı “The Simple Dollar” saytının bu mövzuda hazırladığı yazıya rast gəldim və mənə maraqlı gəldi: "TV izləməmək üçün 10 səbəb və əvəzinə edilə biləcək 10 məşğuliyyət"

Niyə TV izləməməliyik?

Kabel TV-yə maraq və əlavə xərc və əlavə şüa ziyanı.

Elektrik

Günahkarlıq hissi

Reklamlar

Başqa şeylər üçün daha az zaman

Stres

Yeməyə marağın azalması

Sağlamlığın pozulması / obezite

TV yerinə nə edə bilərik?

İdmanla məşğul olmağa başlayın

Yemək bişirməyi öyrənin

Həmişə oxumaq istədiyiniz bir kitabı oxuyun

Özünüz üçün ikinci bir iş tapın əsas işdən başqa

Sosyal olun

Üniversitetlərinizin xüsusi proqramlarına üzv olun

Özünüzdə olan yeni bi qabiliyyəti kəşf edin və ya bir hobi seçin

Özünüzə böyük bir layihə hazırlayın

Yığılıb qalmış işlərinizi tamamlayın

Müxtəlif dünya psixoloqlar tərəfindən araştırmalar nəticəsində aydın olmuşdur ki, müəyyən müddət sonra TV-nin əsirinə çevrilən insanlar kifayət qədər çoxdur və bu halda ən aşağı ehtimalla TV-lər insane həyatının 9ilini işğal etmiş olur.

Bu mövzuya diqqət çəkmək üçün dünya ölkələrində bu mövzunu dəstəkləyən insanlar 1995ci ildən bu günə qədər aprel ayının son həftəsini TV-lərini söndürürlər və istifadə etmirlər. Əvəzində isə öz dostlarının evərinə qonaq gedirlər və bir-birləri ilə müxtəlif mövzularda söhbətlər edir, pikniklər edir, öz övladlarını müxtəlif tamaşala aparır və sair bunun kimi gündəlik həyatda etmədiklərini, insanları bir araya gətirə biləcək görüşlər təşkil edirlər.

Mən əslində ümumiyyətlə TV izləməyin demirəm. TV həyatınızda sizi əyləndirə biləcək, sizə xəbərləri daha dolğun çatdıra biləcək ən mükəmməl vasitədir. Amma o vaxt ki, Azərbaycandda həqiqətən bütün xəbərlər olduğu kimi, çatdırılsın, məmurlar jurnalistlərə Ə deyərək müraciət etməsin, daha səviyyəli, intelektual əyləncə proqramları yaradılsın və sair... Amma məslən bugünkü TV-ni izləyə biləcək bir insan necə bu ehtiyaclarını doyura bilər görəsən? Məncə heç cürə..!

Məncə TV-ləri bağlayın və gözlərinizi açın...!

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir nəfər New York – Central Parkda gəzərkən anidən bir itin balaca bir qıza hücum etdiyini görür. Qaçır və itlə dalaşır. Uzun bir mübarizədən sonra yara-bərə içində olsa da iti öldürür. Amma balaca qızın da həyatını qurtarmış olur. Son anda bunu görən yol polisi hadisə yerinə gəlir. İti öldürən insana təşəkkür etdikdən sonra deyir:- Bir qəhramansan, sabah bütün qəzetlər səndən yazacaq. Görəcəksən, başlıq da belə olacaq: Cəsur New York-lu balaca qızın həyatını qurtardı.

- Axı mən New York-lu deyiləm.

- Fərq etməz, o zaman belə yazacaqlar: Cəsur Amerikalı balaca qızın həyatını qurtardı.

- Amma mən Amerikalı da deyiləm.

- Bəs haralısan sən?

- Mən İraqlıyam!

Polis artıq heç nə demir. Amma sabahsı gün qəzetlərdə adam haqqında belə bir başlıq dərc olunur:

- “Müsəlmanın biri məsum amerikan itini öldürdü.”

Edited by Gadito Aliyev
Link to comment
Share on other sites

Milad şousu

Dekabr 30, 2012

İki məhşur ifadə var. “in vino veritas” – günahda həqiqət və “mendes veritas” – yalanda həqiqət.

Belə, Xanımlar və Cənablar! Söhbətə başlamamışdan əvvəl ruhu zəifləri bunu oxumamağa çağırıram.

Yalan var və bu yalanın xeyir duası ilə bağlı mübahisələr var. Bugün sizə yalanda gizlənən həqiqətdən söz açacağam. Bugün sizə buket təqdim edəcəm. Hipotezlərdən yığılmış bir buket. İnanıb inanmamaq isə Sizin öhdənizə buraxılacaq.

Hərdən yalan o qədər dərin olur ki, ordan həqiqəti axtarmamaq daha məqsədəuyğun olur.

Və qoy, Günəş gəlsin.

Miladdan on min il əvvəl hələ yazılı mənbələrdə bütün tanrıların tanrısı sayılan Günəşə ibadətlər haqqında məlumatlar mövcuddur. Günəş deyəndə ilk olaraq Qədim Misirə səyahət etsək, görəcəyik ki, bu qədim xalq ulu tanrı Qorun doğulmasını qeyd edir.

Klassik dramaturgiyanın gözəlliyi də burdadır ki, Qorun əzəli və əbədi düşməni Set vardı. Set şər qüvvəni təmsil edirdi. Qor hər səhər Seti öldürür, Set isə hər gecə küldən yenidən yaranır və nəhayət bir gün Qoru diz çökdürüb yeraltı dünyaya göndərdi.

Bu tanrının tarixçəsi çox maraqlıdır. O, dekabrın 25-də bakirə İzidadan dünyaya gəlir – bəlkə də siz bilirsiniz – və Qor doğulanda şərqdə bir ulduz doğur. Bu ulduzun sayəsində 3 çar gələcəyin xilaskarının doğulduğu yeri tapacaqdılar.

Və 12 yaşında Qor artıq uşaqlara dərs keçir, 30 yaşında Anuk adlı peyğəmbərdən ruhunu qida qəbul edir, kamilləşir. Qorun 12 səhabəsi olur və onlarla səyahət edib xəstələri sağaldır və ölülərə can verir. Tifon - səhabələrdən biri- ona etdiyi xəyanətdən sonra Qoru öldürürlər və basdırıldıqdan 3 gün sonra o xortdayır. Məncə siz artıq Qorun həyatı ilə dini panteondan olan başqa bir məhşurun həyatında oxşarlıq sezirsiniz. Davam edək…

Zaman keçdikcə tarixdə bu personajların sayı çoxalmağa başlayır, müasir musiqi dili ilə desək, yeni mədəniyyətlər, yeni millətlər bu əsərlərin “cover”lərini yaradıb yeni dinlər formalaşdırıblar.

Həqiqətən də dünyada bilinməsi gərəkməyən həqiqətlər var, gəlin mən bu rollara girim, məsələn: Yunan tanrısı Heonis - bakirə tərəfindən 25 dekabrda dünyaya gətirilib, 30 yaşında çoxlu səyahətlər edir, möcüzələr, suyu şəraba çevirmələr, su üzərində gəzmələr, falan-filan. Bu rolda məni çarlar çarı adlandırırlar, Alfa və Omeqanın yeganə varisi. Ölümümdən sonra 3 gün qəbirda qalacam və sonra diriləcəm.

Ya da başqa bir rol, tutaq ki, Frikiya tanrısı Atis. Nana adlı bakirədən dünyaya gəlmişəm və məhz 25 dekabrda. 12 şagirdimlə səyahətlər edib bənzər möcüzələr törədirəm. Bu dəfə də edamımdan 3 gün sonra dirilirəm.

Yeri gəlmişkən, yaxşı yadıma düşdü. Krişna - Devaki adlı bakirə qızdan dünyaya gəlmiş tanrı. Krişna da doğulanda şərqdə ulduz doğmuşdu və o da ölümündən sonra dirilmişdi.

Ya da həqiqət işığı adlandırılmış Fars tanrısı Mitra. Yenə də, bəli, bakirə tərəfindən 25 dekabrda dünyaya gətilirib. Mitranın da 12 şagirdi var, ölümünüdən sonra, doğrudur, o da dirilir.

Və nəhayət O. 25 dekabrda dünyaya bakirə Məryəm tərəfindən gətirilmiş İsa Məsih. İsanın doğulması şərqdə rus dilində “три волхва” – üç çar adlandırılan ulduzların doğması ilə simvolizə olunur. O da 12 səhabəsi ilə gəzirdi, sağaldırdı, şəfa verirdi, su üzərində gəzirdi, suyu şəraba çevirirdi.. bir dəqiqə. Eləbil bunu biraz əvvəl dedim?! Hə, və bir gün İudanın xəyanətinə məruz qaldı və edam olundu 3 gün sonra dirildi. İsa da öz sələfləri (İsadan əvvəl qeyd etdiyim tanrılar) kimi diriləndən sonra göylərə çəkilib(miş).

Qərinələr və əsrlər keçir, amma eyni süjet baş qəhrəmanlarının adlarının dəyişilməsi şərti ilə təkrar və təkrar yazılır. Nizaminin “Leyli və Məcnun”u kimi.

Məgər insanların təsəvvürləri bu qədər kasıbdır?! Niyə hər dəfə bakirə tərəfindən dünyaya gətirilir bu qəhrəman? Niyə məhz 25 dekabrda? Niyə ölümdən sonra mütləq dirilir və məhz 3 gün keçəndən sonra?

Sizə bir sual verim. Sizin üçün tanrı nədir? Əlbəttə, sizlərin hər birinizin “tanrı nədir?” və “inam nə olan şeydir?” suallarına öz cavablarınızı var. Bəs axı hamı deyir ki, əsas odur ki, inanaq və yalnız inam bizi var edir. Və sual verən yoxdur ki, nəyə inanaq ki?

Gəlin izah edim.

Deyim ki, o hər dəfə göydə parlayan ulduz Siriusdur. Şərqdə ən parlaq ulduz. Və “niyə görə hər dəfə 25 dekabrda dünyaya gəlir bunların hamısı?” sualına da cavab verim.

Diqqətlə göyə baxsanız, Orion kəmərində 3 ulduz var, onları qədimdə olduğu kimi indi də astronomiyada 3 çar adlandırırlar. Onlar Siriusla birlikdə 25 dekabrda Günəşin batdığı yerə işarə edirlərmiş kimi bir ox əmələ gətirirlər. Bildiyiniz kimi 22 dekabra qədən günlər azalırdı və 22 dekabrda gün ən pikində dayanır və cənuba doğru hərəkətə başlamazdan əvvəl 3 gün fasilə verir.Yəni 3 gün hərəkət etmir. 25 dekabrda Günəş yenidən 1 dərəcə şimala doğru qalxır və bu andan sonra günlər uzanmağa gecələr isə qısalmağa başlayır. Yeni sikl.

Hə yadımdan çıxışdı, orda bir Cənub Xaç bürcü də var.. Günəş 22 dekabrda onun üzərinə gəlir, yəni aşağıdan baxanda kəsişir. Deməli, biraz ədəbiyyat qatsaq, 22 dekabrda Günəş Xaçda ölür, 3 gün bu nöqtədə dayanır və 3 gün sonra yeni sikl üçün yenidən hərəkətə başlayır. Belə çıxır ki, xaç heç də xristianlıq simvolu deyil.

İndi də bu 12 tələbədən danışım, ya da səhabədən, hələ imamları demirəm. Müsəlmanlıq gələn söhbətimdə olacaq.

Bunu hər məktəbli bilir, gərçi bizdə məktəblilər qırmızı kitaba düşüblər, bu 12 nəfər 12 bürc deməkdir. Yəni ki, Günəş il ərzində 12 ay boyunca 12 bürcün müşayəti aldında təbiəti ölü vəziyyətindən diri vəziyyətinə gətirir. Dini dildə desəm, Günəş (İsa və onunkimilər) çoxlu möcüzələr edirlər, guya. Su-şərab münasibəti kimi.

Bu hələ nədir ki. Bu hələ məsələnin astronomik tərəfidir. Məsələnin ikinci tərəfi var ki, köhnə ağıllı dövlət, hökümət və s. başçıları Günəşi yerə gətirib tanrı etdilər və insanları idarə altında saxlamaq üçün onları buna inanmağa məcbur etdilər. Onlar da məcburiyyətsiz inandırlar, hətta.

Bu dünya necə də plagiatdır. Bütün bunlar tarix boyunca təkrarlanıb və Musanın hoqqaları da qədim misirlilərin ölülər kitabındakı 125-ci başlıqdan götürülmüş zadlardır və sairə, və ilaxır. Yeri gəlmişkən, babam kimyaçı idi və Musanın bütün hoqqalarının “sirrini” mənə mən 5-6-cı siniflərdə oxuyanda danışmışdı.

Və nəhayət psixoanalitiklər sübut ediblər ki, bizim istənilən inamımız uşaqlığımızla bağlanır və əgər bizi qədim Misirin Ra-sına inanmaqla böyütsəydilər biz indi heroqlif oxuyardıq, Quran yox.

Davamı var...

Hafiz Poladzadə

reklamazapreshena.tut

Link to comment
Share on other sites

Bu xalq

Yanvar 03, 2013

Çoxdandır müəllif yazısı yazmıram. Bloqumu belə yeniləmirəm. Düzü

məncə yadırğamışam yazı yazmağa. Son dövrlər işimin əsasən xəbər və rəsmi məlumatlar yazmaqdan ibarət olması müəllif yazısı yazmaqla bağlı olan - qalan bacarığımın da az qala itməsinə səbəb olub. Bir neçə gün bundan əvvəl vədələşib, yazıçı Seymur Baycanla görüşdük. Yazıdan danışdı, yazının vacibliyindən, onun gücündən danışdı. Seymur müəllim sanki bir katalizator rolunu oynadı. Əslində bizim yazmaq istədiyimizi o bizdən daha yaxşı yazır. Ancaq onun yeni nəsli yazmağa həvəsləndirməsi çox böyük işdir. Bu yazını yazarkən ağlımda çoxlu mövzular dolaşdı. İstədim bacardığım qədər dərin yazı yazım. Amma yox, bu xalq dayaz xalqdı. Bu çox pis səslənsə də, belədir. Bizi bir xalq olaraq tanıyanların hamısı bizə alverçi deyərək müraciət edir. Bəli, bu xalq alverçidir, dayazdır. İşlədiyim yer Bakının mərkəzində yerləşdiyindən hər gün iş vaxtı və ya işdən sonra "Fəvvarələr Meydanı" ətrafından keçirəm. Burada dolaşan insanları, ətrafdakı çil- çıraqları, oturacaqları müşahidə edərkən bu ölkədə yaşamayan, bu xalqın dilini bilməyən biri olsam, necə gözəl bir məmləkət olduğunu heç şübhə olmadan dilə gətirərəm. Hər şeyin vizual gözəlliyə hesablandığı bu məmləkət əslində dünyanın ən geridə qalmış məmləkətidir. Məni qocalar heç vaxt düşündürməyib. Onların nə etməsi, niyə və harda səhv etməsi mənim üçün çox da vacib məsələ olmayıb. Zatən onlardan bir gözləntim də yoxdur. Mənim dərdim bu ölkədə olan gənclərdir. Bəzən dostlarımla bir mövzunu çox müzakirə edirik. Bu ölkədə bu qədər gözəl xanımmı var?! Bunlar harda böyüyüblər belə?! Sonra dərhal da yalnış düşündüyümüzü anlayırıq. Bu ölkədəki xanımlar heç də Gürcüstanda, Avropanın inkişaf etdiyi ölkələrdən olan xanımlardan gözəl filan deyillər. Boş söhbətdi Qafqaz, Azərbaycan gözəlliyi filan. Məsələ başqadır. Bu ölkədə olan xanımların gedə biləcəyi cəmi 2 yer var. Biri qohum toyudur, digər isə şəhərin mərkəzi və bu mərkəzdə yerləşən bir - iki kafe. Zatən "Fevvareler Meydanı" da şadlıq evlərindən fərqlənmir. Bu ölkədəki xanımların özünü ifadə etməsi üçün başqa heç bir şansları yoxdur. Yalnız bu iki məkan var onlar üçün. Belə olan halda isə evdən çıxarkən toya və ya gəzməyə çıxmağından asılı olmayaraq bütün gözəl paltarlarını geyinirlər, bacardıqları qədər makyaj edirlər. Çünki onların başqa çarələri yoxdur. Həftədə bir dəfə şəhərə çıxırlar və ürəklərindəki ən böyük arzu ətrafdakı oğlanların onlara baxmasıdır. Bunun üçün də var gücləri ilə bəzənirlər. Onlara baxan oğlanlara isə "çuşka" kimi yanaşırlar. Avropa ölkələrində bilirsiz şəhərdə niyə bu qədər bəzənmiş qadın yoxdur? Çünki onların kompleks dedikləri bir problem yoxdur. Onlar normal münasibətlər zəmnində istədikləri oğlanla sevişə, sekslə məşğul ola bilirlər. Onların vecinə deyil bütün oğlanların onlara "yanıq" kimi baxması. Belə bir ehtiyacları da yoxdur. Bizim ölkədə isə o dediyim xanımlar bəlkə də şəhərdə onlara baxan bütün bu baxışları öz beyinlərində video yazısı kimi yazırlar və içlərindən ən yaraşıqlısını tam dəqiqliyi ilə yadda saxlayıb evə gedəndə onu xatırlayır və hansısa yolla orqazm olmağa çalışırlar. Əmin olun var belələri. Ona görə var ki, onun hünəri çatmaz o oğlanla seksual münasibət yaşamağa. O oğlan əgər həmin an ona mədəni formada yanaşsa belə, tanış olmaq istədyini çox normal şəkildə desə belə, qız özünü elə aparacaq ki, sanki qarşısındakı əxlaqsız birisidir və bu tanışlıqdan imtina edəcək. Hətta biraz da irəli gedərək, özünün necə namuslu biri olduğunu göstərmək üçün "gec bacına yaxınlaş" deyəcək ona. Bu qədər dayazdılar. Vallah onlar bəlkə də hamıdan çox istəyir kiminləsə seksual münasibəti, sevgili olmağı. Ancaq buna nə cəsarətləri çatır, nə də məntiqi ağılları. Bəs oğlanlar?! Onlar da məsum deyil. Kimsə elə düşünməsin ki, bütün günahlar xanımlardadır və ya belə düşünürəm. Evdəki bacısının hansısa oğlanla sevgili olmasına normal baxa bilməyənlərə mastrubasiya etmək üçün sağ belə çoxdur. Onlar heç o sağ ələ də layiq deyillər, nəinki hansısa qızla sevgili olub seksual münasibətlər yaşamağa. Bütün günü məhəllədə oturub "ponyataka"dan danışan, bundan bezib metrolara düşən, basabas yaranacağına ümid edib, hansısa qıza sürtünüə biləcəyi xəyalı ilə yaşayanlar normal cəmiyyəti haqq etmir. Öz doğmalarından başqa qarşısına çıxan hər kəsə ancaq fahişə, qəhbə gözü ilə baxanlar o basabaslarda insan çoxluğundan üzünü görə bilmədiyi üçün bir gün mütləq öz bacılarına sürtünəcəklər. Buna əmin olun. P.S. biraz aqressiv yazdım bilirəm, amma yaxşı elədim.

Pərviz Əzimov

[email protected]

reklamazapreshena.tut

Link to comment
Share on other sites

Bu xalq

Yanvar 03, 2013

Çoxdandır müəllif yazısı yazmıram. Bloqumu belə yeniləmirəm. Düzü

məncə yadırğamışam yazı yazmağa. Son dövrlər işimin əsasən xəbər və rəsmi məlumatlar yazmaqdan ibarət olması müəllif yazısı yazmaqla bağlı olan - qalan bacarığımın da az qala itməsinə səbəb olub. Bir neçə gün bundan əvvəl vədələşib, yazıçı Seymur Baycanla görüşdük. Yazıdan danışdı, yazının vacibliyindən, onun gücündən danışdı. Seymur müəllim sanki bir katalizator rolunu oynadı. Əslində bizim yazmaq istədiyimizi o bizdən daha yaxşı yazır. Ancaq onun yeni nəsli yazmağa həvəsləndirməsi çox böyük işdir. Bu yazını yazarkən ağlımda çoxlu mövzular dolaşdı. İstədim bacardığım qədər dərin yazı yazım. Amma yox, bu xalq dayaz xalqdı. Bu çox pis səslənsə də, belədir. Bizi bir xalq olaraq tanıyanların hamısı bizə alverçi deyərək müraciət edir. Bəli, bu xalq alverçidir, dayazdır. İşlədiyim yer Bakının mərkəzində yerləşdiyindən hər gün iş vaxtı və ya işdən sonra "Fəvvarələr Meydanı" ətrafından keçirəm. Burada dolaşan insanları, ətrafdakı çil- çıraqları, oturacaqları müşahidə edərkən bu ölkədə yaşamayan, bu xalqın dilini bilməyən biri olsam, necə gözəl bir məmləkət olduğunu heç şübhə olmadan dilə gətirərəm. Hər şeyin vizual gözəlliyə hesablandığı bu məmləkət əslində dünyanın ən geridə qalmış məmləkətidir. Məni qocalar heç vaxt düşündürməyib. Onların nə etməsi, niyə və harda səhv etməsi mənim üçün çox da vacib məsələ olmayıb. Zatən onlardan bir gözləntim də yoxdur. Mənim dərdim bu ölkədə olan gənclərdir. Bəzən dostlarımla bir mövzunu çox müzakirə edirik. Bu ölkədə bu qədər gözəl xanımmı var?! Bunlar harda böyüyüblər belə?! Sonra dərhal da yalnış düşündüyümüzü anlayırıq. Bu ölkədəki xanımlar heç də Gürcüstanda, Avropanın inkişaf etdiyi ölkələrdən olan xanımlardan gözəl filan deyillər. Boş söhbətdi Qafqaz, Azərbaycan gözəlliyi filan. Məsələ başqadır. Bu ölkədə olan xanımların gedə biləcəyi cəmi 2 yer var. Biri qohum toyudur, digər isə şəhərin mərkəzi və bu mərkəzdə yerləşən bir - iki kafe. Zatən "Fevvareler Meydanı" da şadlıq evlərindən fərqlənmir. Bu ölkədəki xanımların özünü ifadə etməsi üçün başqa heç bir şansları yoxdur. Yalnız bu iki məkan var onlar üçün. Belə olan halda isə evdən çıxarkən toya və ya gəzməyə çıxmağından asılı olmayaraq bütün gözəl paltarlarını geyinirlər, bacardıqları qədər makyaj edirlər. Çünki onların başqa çarələri yoxdur. Həftədə bir dəfə şəhərə çıxırlar və ürəklərindəki ən böyük arzu ətrafdakı oğlanların onlara baxmasıdır. Bunun üçün də var gücləri ilə bəzənirlər. Onlara baxan oğlanlara isə "çuşka" kimi yanaşırlar. Avropa ölkələrində bilirsiz şəhərdə niyə bu qədər bəzənmiş qadın yoxdur? Çünki onların kompleks dedikləri bir problem yoxdur. Onlar normal münasibətlər zəmnində istədikləri oğlanla sevişə, sekslə məşğul ola bilirlər. Onların vecinə deyil bütün oğlanların onlara "yanıq" kimi baxması. Belə bir ehtiyacları da yoxdur. Bizim ölkədə isə o dediyim xanımlar bəlkə də şəhərdə onlara baxan bütün bu baxışları öz beyinlərində video yazısı kimi yazırlar və içlərindən ən yaraşıqlısını tam dəqiqliyi ilə yadda saxlayıb evə gedəndə onu xatırlayır və hansısa yolla orqazm olmağa çalışırlar. Əmin olun var belələri. Ona görə var ki, onun hünəri çatmaz o oğlanla seksual münasibət yaşamağa. O oğlan əgər həmin an ona mədəni formada yanaşsa belə, tanış olmaq istədyini çox normal şəkildə desə belə, qız özünü elə aparacaq ki, sanki qarşısındakı əxlaqsız birisidir və bu tanışlıqdan imtina edəcək. Hətta biraz da irəli gedərək, özünün necə namuslu biri olduğunu göstərmək üçün "gec bacına yaxınlaş" deyəcək ona. Bu qədər dayazdılar. Vallah onlar bəlkə də hamıdan çox istəyir kiminləsə seksual münasibəti, sevgili olmağı. Ancaq buna nə cəsarətləri çatır, nə də məntiqi ağılları. Bəs oğlanlar?! Onlar da məsum deyil. Kimsə elə düşünməsin ki, bütün günahlar xanımlardadır və ya belə düşünürəm. Evdəki bacısının hansısa oğlanla sevgili olmasına normal baxa bilməyənlərə mastrubasiya etmək üçün sağ belə çoxdur. Onlar heç o sağ ələ də layiq deyillər, nəinki hansısa qızla sevgili olub seksual münasibətlər yaşamağa. Bütün günü məhəllədə oturub "ponyataka"dan danışan, bundan bezib metrolara düşən, basabas yaranacağına ümid edib, hansısa qıza sürtünüə biləcəyi xəyalı ilə yaşayanlar normal cəmiyyəti haqq etmir. Öz doğmalarından başqa qarşısına çıxan hər kəsə ancaq fahişə, qəhbə gözü ilə baxanlar o basabaslarda insan çoxluğundan üzünü görə bilmədiyi üçün bir gün mütləq öz bacılarına sürtünəcəklər. Buna əmin olun. P.S. biraz aqressiv yazdım bilirəm, amma yaxşı elədim.

Pərviz Əzimov

[email protected]

reklamazapreshena.tut

sizin Fevvareler meydaninda gorduyunuz qizlar - ata-ana puluna kef edenlerdi. Zehmetkesh qizlarin bulvarda bosh bosh gezmeye vaxti yoxdu - onlar tehsil alir, ve ya senetleri uzre ishleyib pul qazanirlar, aileye dayaq olurlar

Hemcinin her genc oglan da basabas neqliyyatda ehtiras sondurmeye meyilli deyil. Mene ele gelir ki, sizin dedikleriniz-gordukleriniz sadece uzde olan ve gorunenlerdir. Uzde olmayan, kucelerde gorunmeyenler ise oz heyatini basqa cur qurmaqdadir.

O ki qaldi dayazliga, beli, bu var - cunki dayazliqdan qurtulmaq ucun o dayazlarin goz qarsisinda hedsiz ummanlar, derinlikler olmali ve ya sizin kimi insanlar bu derinliyi onlara gostermelidir

Link to comment
Share on other sites

sizin Fevvareler meydaninda gorduyunuz qizlar - ata-ana puluna kef edenlerdi. Zehmetkesh qizlarin bulvarda bosh bosh gezmeye vaxti yoxdu - onlar tehsil alir, ve ya senetleri uzre ishleyib pul qazanirlar, aileye dayaq olurlar

Hemcinin her genc oglan da basabas neqliyyatda ehtiras sondurmeye meyilli deyil. Mene ele gelir ki, sizin dedikleriniz-gordukleriniz sadece uzde olan ve gorunenlerdir. Uzde olmayan, kucelerde gorunmeyenler ise oz heyatini basqa cur qurmaqdadir.

O ki qaldi dayazliga, beli, bu var - cunki dayazliqdan qurtulmaq ucun o dayazlarin goz qarsisinda hedsiz ummanlar, derinlikler olmali ve ya sizin kimi insanlar bu derinliyi onlara gostermelidir

Çox istərdim ki, belə bir məqalə yazmış olum, amma mən yazmamışam bunu. Altında müəllifin adı var. http://reklamazapreshena.tut saytından götürmüşəm. Başqa maraqlı yazılar da var

Link to comment
Share on other sites

Yaxşı oğlanın bacısı

İyul 23, 2012

"Yaxşı oğlan"ın necə olduğunu hamımız bilirik. Amma təəssüf ki, bizim "yaxşı qız" anlayışımız ya yoxdur, ya da yaxşı inkişaf etməyibdir.

Daha doğrusu, qızın yaxşı olmağı onun öz adı ilə bağlı deyil. Qız özü durduğu yerdə yaxşı ola bilməz. O ancaq yaxşı oğlanın bacısı ola bilər.

Amma dünya dəyişdikcə "yaxşı oğlan" özü də müasir texnologiyalara uyğun dəyişdiyi kimi, yaxşı oğlanın bacısının parametrləri də periodik olaraq dəyişir. Bu yazıda çalışacam ki, günümüzdə "yaxşı oğlanın bacısı"nın dəqiq təsvirini verim.

Qızın "yaxşı oğlanın bacısı" olduğunu ilk baxışdan anladacaq şey onun qaşlarıdır. "Yaxşı oğlanın bacısı" qaşını almır, üzündəki digər lazımsız tükləri aradabir "perekis"lə saraldır və ərə gedənə qədər bu tükləri göz bəbəyi kimi qoruyur. Qaşlarını, bığını, saqqalını ərə gedənə qədər göz bəbəyi kimi qoruyan "yaxşı oğlanın bacısı" ərə gedən günü qaşlarını dibindən qırxdırıb, gözündən iki metr aralıda tatu qaş düzəltdirməlidir.

"Yaxşı oğlanın bacısı" saçını saraltmalı, döşü balacadırsa, lifçiyinə pambıq doldurmalı, on santimetrlik dırnaq saxlamalı, dodaqlarının kənarlarına qara karandaşla haşiyə çəkməli, gözlərinin kənarına "quş" qoymalıdır (mən də gözümün kənarına quş qoyuram, amma "yaxşı oğlanın bacısı"yammı – bu sual məni hələ də düşündürür).

"Yaxşı oğlanın bacısı" altıncı sinifdən çıxıb evdə oturmalıdır. Yaxşı oğlanın bacısı hıqqına-hıqqına adını yazmalı, ömründə "Yuxuyozmalar" kitabından başqa kitab üzü açmamalıdır. Yaxşı oğlanın bacısı internetə girməməli, "çat", "sayt" kimi sözlərin nə ehtiva etdiyini bilməməlidi.

İşdi, "yaxşı oğlanın bacısı" yaxşı oğlanın gözündən yayınıb, bir-iki sayta-zada giribsə, bir-iki müasir yazardan nəsə oxuyubsa, belə olan halda Əli Əkbərə ürəkdən nifrət etməli, Seymur Baycanı adam yerinə qoymamalı, Günel Mövludu əxlaqsız hesab eləməlidir.

"Yaxşı oğlanın bacısı"nın telefonunun ekranında Ismayıl YK-nın, Mahsun Kırmızıgülün, Polad Ələmdarın şəkli olmalıdır. Yaxşı oğlanın bacısının telefonunun yaddaş kartı, mesajları, gəlib-gedən zənglər hər axşam təftişdən keçməlidir.

"Yaxşı oğlanın bacısı"nın sevimli verilişləri "Toy olsun" və "Onun yarısı" evləndirmə şoularıdır. Burada gördükləri yaxşı oğlanlara elçi düşməli, analarından icazə alıb, qardaşından gizlədərək efirə zəng eləməli və səhəri gün oğlana özünü göstərmək üçün geyinib-kecinib studiyaya getməlidir.

"Yaxşı oğlanın bacısı" küçədə ona baxan, söz atan, saat soruşan oğlanın cavabını "ay oğraş, sənin anan-bacın yoxdur?!" tipli daşdankeçən arqumentlərlə verməli və oğlanı qardaşına döydürməlidir.

"Yaxşı oğlanın bacısı"nın qardaşından gizli görüşə çıxdığı bütün oğlanlara ilk sualı "məni alassan?" olmalıdır.

"Yaxşı oğlanın bacısı" şəhərə, marketə, aptekə, bir sözlə heç yerə tək getməməlidir. Onun yanında mütləq sumkasından brelok asıb, saçını saraltmış, can-ciyər bir rəfiqəsi olmalıdır. Əslində, "yaxşı oğlanın bacısı"nın ən yaxın rəfiqəsi anası olmalıdır. Amma imkan düşsə, bir rəfiqəsi də olmalıdır ki, onunla hər yerə bir gedib, eyni ətirlərdən vursun, eyni lifçiklərdən taxsınlar.

"Yaxşı oğlanın bacısı" qonşusunun qardaşı nəvəsi, bibisinin kirvəsinin kəndçisi janrında bir oğlanla nişanlanmalı, amma nişanlısı ilə gəzməyə çıxmamalıdır. Amma fürsət tapanda, allahın da gözündən uzaq yerlərdə məməsinin birini və ya cütünü qonum-qonşudan əsirgəməməlidir.

"Yaxşı oğlanın bacısı" ata-anası, qardaşı ilə bir otaqda olanda, televizorda öpüşmə səhnəsi gedirsə, qızarıb otağı tez tərk etməli, gecələr hamı yuxuya gedəndən sonra pornoya baxmalıdır. Amma bunu zövq almaq üçün deyil, maariflənmək üçün eləməlidir.

"Yaxşı oğlanın bacısı" bu yazını oxumaz.

Günel Mövlud

http://reklamazapreshena.tut/articles.php?item_id=20120723025948258&sec_id=58

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

  • 3 weeks later...

Bu meqale son vaxtlar oxudugum meqaleler icherisinde en maraqlisi idi...

Semavi sevgi

...Həyat məni ayağının altına salıb əzməsə də, ağzımın üstünə bir neçə sillə ilişdirməyə macal tapmışdı. Atamın qəfil və vaxtsız ölümü, müharibə, evdən evə köçmək...

Zarafat deyil, adamlar ömrü boyu bir ev tikib başa çatdıra bilmirlər, biz isə o çətin və qara illərdə həyata bir neçə dəfə sıfırdan başlamağa məcbur olmuşduq. Hətta bir dəfə vəziyyət o dərəcədə ağırlaşdı ki, balaca qardaşımı internata yerləşdirməyə məcbur olduq.

Hərbi məktəbi bitirməyə az qalmış məktəbi tərk etmişdim. Ümidlərini mənə bağlamış bir neçə adamın inamını öldürdüm. Bütün etimadı itirdim.

Sonradan Qafqaz Universitetini də yarımçıq tərk edəndə, yaxınlarımın mənə qarşı bütün ümidləri məhv oldu.

Gələcəkdən heç nə gözləmədən, lazımsız bir adam kimi, vahimə içində yaşayırdım.

Üstəlik, rəğbət bəslədiyim siyasi düşərgənin davamlı məğlubiyyəti məni tez-tez gülüş və ironiya obyektinə çevirirdi.

Bir mağazada axşamlar satıcı, gecə isə gözətçi işləyirdim. Mağazanın sahibi əlimdə kitab görəndə dəli olurdu. O adamın kitaba patoloji nifrəti vardı. Bacısı oxuyan adama ərə getmişdi. Hər şeyin alt-üst olduğu bir vaxtda onun bacısının əri ailəsini dolandırmaqda çətinlik çəkirdi. Çətinlik çəkirdi deyəndə, deyəsən, heç dolandıra bilmirdi. Əlsiz-ayaqsız, lazımsız bir adama çevrilmişdi. İşlədiyim mağazanin sahibi bacısının ailəsinə də köməklik edirdi, ona görə onun kitaba nifrəti daha da artmışdı. Kitab oxuyanları lağa qoyurdu. Deyirdi ki, əgər mən iki kilo kartof, iki çörək almasam, bacımgil acından ölər. Bu adam əlimdə kitab görəndə əsəbiləşər, kitabın lazımsız olduğunu sübut etmək üçün müxtəlif əhvalatlar danışardı.

Bir gün o mağazaya uzun, arıq bir adam gətirdi. Onun əynində yekə pencək, rəngi itmiş qısa şalvar, ayağında dabanları əyilmiş ayaqqabı vardı. Bir az Don Kixota oxşayırdı. Mağazanın sahibi qonşu mağazalarda işləyənləri də bizim mağazanın qarşısına yığdı. Sonra üzünü mənə tutub dedi ki, qulaq as, kitab oxumaqdan başı xarab olub. Həmin o arıq, uzun kişi mağaza sahibinin işarəsi ilə oxumağa başladı. Sonra əcaib səslər çıxardıb adamları əyləndirdi, güldürdü. Mağazanın sahibi onu bacardığı qədər alçatmağa çalışdı. Əslində isə xəbəri yox idi, o özü-özünü alçaldırdı.

Bəli, mədəni, elmli adamın gülməli vəziyyətdə olduğunu görmək pullu savadsızların xoşuna gəlir.

Onlar kitab oxuyan, kitaba bağlı adamların aciz vəziyyətə düşməsindən həzz alırlar. Göstərmək istəyirlər ki, kitab oxumaq heç də vacib əməl deyil, kitab oxumadan da bu həyatda hər cür mövqe tutmaq, bir çox şeyləri əldə etmək olar.

Orduda olanlar yəqin ki, dəfələrlə müşahidə ediblər, savadsız, kobud zabitlər mədəni və savadlı əsgərlərə qarşı aqressiv olurlar. O vaxtlar filosofluq etməyə imkan yox idi, sakitcə ürəyə dəyən zərbələri qəbul edirdim. Mən bir çox şeyləri anlamırdım, lakin onlar mənim qəlbimə dərin izlər salırdı. Ətrafımda baş verən hadisələr, yaxınlarımın mənə qarşı münasibəti kitaba daha çox bağlanmağımı şərtləndirdi.

O vaxtlar mən yalnız kitab oxumaqdan həzz ala bilirdim. Bircə əyləncəm, bircə qoruyucum vardı. Ətrafdakıların kinayəsindən məni yalnız kitab qoruya bilirdi. Həriflər, cümlələr əriyib bir-birinə qarışana qədər, başım dumanlanana qədər oxuyurdum. Həyatdan qaçıb kitabların arxasında gizlənmişdim. Ümid edirdim ki, indi ala bilmədiyim şeyləri, geyimləri gələcəkdə alacam.

Ovqatım tez-tez dəyişirdi. Həftədə bir neçə vəziyyətə düşürdüm. Canım ölümcül dərəcəli kədərli bir halda, hara getdiyimi bilmədən şəhərdə gəzişirdim. Məqsədsiz, filansız.

“Azərbaycan” kinoteatrının qarşısında Vaqif Bayatlı Odərlə qarşılaşdım. Vaqif Bayatlı Odərlə bir neçə dəfə müxtəlif məkanlarda ayaqüstü söhbətimiz olmuşdu. Ədəbiyyat adamları asanlıqla yaxınlaşdırır. Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, Vaqif müəllimlə söhbət etməyə mövzu tapmışdım... “Azərbaycan” kinoteatrının qarşısında qarşılaşanda Vaqif Bayatlı Odər halımın pərişan olduğunu öz şair ürəyi ilə həmən hiss etdi. Başladı mənə təsəlli verməyə.

Əlbəttə, o vaxtlar Vaqif Bayatlı Odərin sözlərini daha mənalı və ciddi qəbul edirdim. Şeirlərini, tərcümələrini, müsahibələrini oxumuşdum. Bir neçə şeirini isə əzbər bilirdim. Vaqif Bayatlı Odər quşlardan, ağaclardan, mələklərdən, İsa peyğəmbərdən, iztirablardan, ruhdan, buludlardan, yağışdan və bir çox məsələlərdən danışdı. Vaqif müəllimi yaxından tanıyanlar onun mövzularının nə olduğunu gözəl bilirlər. Vaqif müəllim mənə xeyli təsəlli verdi.

Gerçəkdən ovqatım tamam dəyişdi. Rahatlandım. Dincəldim. Çiyinlərimdən elə bil yük götürdülər. Vaqif müəllim danışdı, danışdı, danışdı və sonra şairliyi tutdu. Mənə dedi: “Hardan bilirsən, bəlkə səni bir adam elə sevdi ki, onun sevgisi bütün dünyanın sevgisindən çox oldu”. Dedi və getdi.

Biz həyatımızda bizə lazım olan sözlərin hamısını eşidirik.

Müxtəlif vasitələrlə, müxtəlif məkanlarda və müxtəlif zamanlarda. Kitab deyir, yol yoldaşımız deyir, mahnı deyir, gözləmə zalında sənlə yanaşı oturub qatar gözləyən və bir daha həyatda üzünü görməyəcəyin adam deyir...

Sadəcə, bizə lazım olan sözlərin həqiqi mənasını sonradan həyatımızda baş verən hadisələr bizə dəqiqliklə başa salır. Biz həmin sözlərin həqiqi mənasını, əsl ağırlığını həyatımızda baş verən bəzi hadisələri analiz etdikdə anlayırıq.

Sonralar Vaqif Bayatlı Odərin “Azərbaycan” kinoteatrının qarşısında mənə dediyi sözü çox, lap çox xatırladım. Xatırlamağa məcbur idim. Baş verənlər Vaqif müəllimlə “Azərbaycan” kinoteatrı qarşısındakı görüşümüzü, onun mənə dediyi -hardan bilirsən, bəlkə səni bir adam elə sevdi ki, onun sevgisi bütün dünyanın sevgisindən çox oldu - sözlərini tez-tez xatırladırdı.

Elə adamlar var ki, onlar kamil insandırlar, amma onlar kamil olduqlarından xəbərsizdirlər. Tolstoyun “Sergi ata” əsərində olduğu kimi. Minlərlə insan şəfa, rahatlıq tapmaq üçün Sergi atanın ziyarətinə gəlirdilər. Onlar Sergi atanı kamil hesab edirdilər. Sergi ata onlara xeyir-dua verir, ruhi müvazinətləri itməsin deyə əhvalatlar danışdırırdı. Sergi atanı minlərlə insan ziyarət etsə də, minlərlə insan ondan şəfa diləsə də, Sergi ata özü bilirdi ki, kamil insan deyil. İnsanların kamil hesab etdikləri Sergi ata özünün kamil olmadığını yaxşı bilirdi. O dözə bilmədi. Və günlərin bir günü hər şeyi atıb getdi adi bir insanın hüzuruna. Minlərlə insanın ziyarət etdiyi, minlərlə insana rahatlıq bəxş edən Sergi ata dayısı qızının hüzuruna getdi və dedi, necə yaşayırsan, mənə də yaşamağı öyrət.

Bu Tolstoyun həqiqət mərhələsində yazdığı bir əsərdi. Adamlar Sergi atanı kamil hesab edirdi, o isə özü natamam olduğunu bilirdi. Sergi ata getdi dayısı qızının hüzuruna. Çünki onun dayısı qızı kamil insan idi, amma kamil olduğunu özü də bilmirdi. Beləliklə, hər kəsin kamil insan kimi tanıdığı Sergi ata adi bir insandan yaşamağı öyrənməyə məcbur oldu.

Həyatımda çox şey dəyişməmişdi, sadəcə, bir az tanınmışdım, özümü ifadə edirdim, camaata ağıl verməyə, danlamağa başlamışdım. Oxuduğum kitablara münasibət dəyişmişdi. Nəhayət, ölümlə həyat arasındakı uçurum gözə çarpmağa başlamışdı.

O məni elə bir vaxtda sevdi ki, qizlar, adətən o yaşda müğənni, avtoş, meyxana deyən, aparıcı sevirlər. Mən onun yanında çox ruhsuz, yerə bağlı, gündəlik tələbatlarla yaşayan adam kimi görünürdüm. Ruh və mənəviyyat baxımından onun nə qədər zəngin olduğunu hər an hiss edirdim. O məndə özümə inam hissi aşıladı. Onun sevgisi o qədər idi ki, başqalarının sevməsi, ya nifrət etməsi vecimə də deyildi.

Ona görə mən bu illər ərzində haqqımda yazılan təhqir və şəbədələri vecimə də almamışam. Yazılarımda inamlı olmuşam. Bu inamın mənbəyi onun sevgisi idi.

Onun sevgisi başqalarının haqqımda dediklərini, yazdıqlarını yandırıb külə çevirirdi. Heç bir söz mənə toxunmurdu.

O, məni böyük hesab edirdi. Geyimindən bir az utanırdı. Mən isə onun yanında necə cılız olduğumu hiss edirdim. Ondan yaşamağı öyrənirdim.

Balaca bir qız mənə başa saldı və göstərdi ki, möcüzə var. Əgər sənin qarşına möcüzə çıxmayıbsa, bu, o demək deyil ki, möcüzə yoxdur.

Mən sevgi dastanlarındakı bütün söhbətlərə inandım. İnandım ki, əgər aşiq saz çalsa tufan yatar, dağlar çəkilib ona yol verər. Mən sevgi naminə donuz otaran Şeyx Sənanı anladım. O hər şeyi sevgi üçün etmişdi.

Sevgi isə həqiqətin özüdür. Aşağıda olanlara haram buyurulanlar həqiqətdə olanlar üçün halaldır. S.Sveyqin bir vaxtlar maraqla oxuduğum “Yad qadının məktubu” hekayəsinin bəzi yerləri mənə inandırıcı gəlməmişdi. Baş verənlərdən sonra hekayədə yazılanların həqiqət olmasına inandım. Sveyqin “Yad qadının məktubu” hekayəsi sevgi mövzusunda yazılmış ən gözəl nəsr nümunələrindən biridir. Bununla belə, o hekayəni mənim üçün doğma edən səbəblərdən biri də hekayədə yazılanların həyatımda baş verənlərlə oxşarlığıdır. Bu yaxınlarda “Yad qadının məktubu” hekayəsini paylaşmışdım. Bir gənc yazdı ki, axı bu real söhbətlər deyil. Mən ona yazdım, əgər sənin qarşına möcüzə çıxmayıbsa, bu, o demək deyil ki, möcüzə yoxdur. Realdır. Mən inanıram.

Mən “Başqasının qanı” filmini də başa düşdüm. Başa düşdüm ki, qarşılıqlı sevgi yer söhbətidir. Səmavi sevgidə qarşılıqlı söhbət qəbul edilmir. Səmavi sevgidə qarşılıqlı anlayışı yoxdur.

Sevirsən, heç bir qarşılıq gözləmədən. Fədakarlıq edirsən, heç bir qarşılıq və cavab gözləmədən. Onun hər bir hərəkəti, hər bir halı sənin üçün müqəddəs və maraqlıdır. Hətta sənin rəğbət bəslədiyin siyasi düşərgəyə belə rəğbət yaranır. “Başqasının qanı” filmində olduğu kimi.

Bir insan başqa bir insana ev, maşın hədiyyə edə bilər. Hər cür yaxşılıq edər. Amma bir insanın başqa bir insan üçün dua etməsi başqa söhbətdir. Çətin və ağır söhbətdir. Bir yoxlayın, görün, heç sevmədiyin adam üçün dua edə bilərsənmi?

Əlbəttə, bu yazını oxuyan bir çox adamlar yəqin ki, istər-istəməz kimisə, haranısa xatırlayacaqlar. Lütfən, bir az ehtiyatlı olun! Yer söhbətlərini səma söhbətlərinə qarışdırmayın.

İsa Peyğəmbər məbədin qarşısında dayanır. Bir qoca qarı çox kiçik miqdarda nəzir verir. İsa Peyğəmbər deyir: “Sizə doğrusunu deyirəm, o qadın hamıdan çox verdi. O olanını verdi, başqaları isə artıq qalandan verdilər... Onun bir taleyi vardı, onu da verdi. Başqa heç nəyi yox idi”. Mənim isə yazmaqdan savayı əlimdən heç nə gəlmir. Detallara varmadığım bu yazıyla, sadəcə, bildirmək istədim ki, başa düşürəm.

Bu mənim sevgi mövzusunda yazdığım ilk və sonuncu yazımdı.

Seymur Baycan

http://reklamazapreshena.tut/articles.php?item_id=20120825030126248&sec_id=25&fb_action_ids=399132303473240&fb_action_types=og.recommends&fb_source=aggregation&fb_aggregation_id=288381481237582

Link to comment
Share on other sites

gözəl məqalədir, bir qədər bədbin ruhda redaktə edilmiş olsa da... ) bir plyus məndən

mənim də yadıma bir hekayə düşdü, "maqalə" mövzusuna uyğun olmadığından, "hekayələr" mövzusunu axtarıb tapıb orada yerləşdirəcəyəm

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
      • 62 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 103 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...