Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Sp_COEhMCxM.jpg

 

Daosizm haqqında   bildiyimiz və öyrəniləsi material  böyük həcmdə olduğu üçün - məqalə formasında yazmaq planımdan vaz keçdim .  Düşündüm ki, mövzu maraq doğurarsa tədricən söhbət əsnasında birlikdə araşdırma apara bilərik.   Hər halda ilkin məlumat kimi aşağıdakıları yazmaq qərarına gəldim.

 

Analoqu olmayan çinlilər ))  dinə münasibətlərində də özlərinin bu "analoqu olmamaq"  xüsusiyyətini qoruyub saxlayırlar.  Çində əsаsən 3 dini təlim yayılıb.  Daosizm , Konfutsianlıq və Buddizm.  Çinlilərin dini həyatında çоx maraqlı bir hadisə mövcuddur. Onlar hər 3 dinə eyni vaxtda inanırlar ))

Daosizmə şəxsiyyət səviyyəsində  ( şəxsi həyat ,inkişaf və s ) olan  dini inancla əlaqədar ,  Konfutsianlığa ictimai / sosial həyatla bağlı , Buddizmə isə həyatdakı xoşagəlməzliklərlə qarşılaşdıqda üz tuturlar.  Bu üç dini təlim bir -birini  qarşılıqlı  zənginləşdirirlər.

 

Ümumiyyətlə , Daosizm deyəndə daosizm fəlsəfəsini , daosizm dinini və daosizm etikasını , həyat tərzini ayırmaq lazımdır. Müzakirə  əsnasında Daosizmdəki bu sahələrə yeri gəldikcə toxunarıq.  Daosizmdə olan vacib terminlər və anlayışlar , onların əsas kitabından sitatlar və s. gətirərik.  Userlərin səbrini sınaqdan keçirməmək üçün uzun - uzadı yazmamaq ,  nisbətən qısa postlar formasından istifadə etmək daha məğbuldur .   

Edited by Sunyata
Link to comment
Share on other sites

Daosizmin əsasını qoyan Lao Tszi hesab olunur.  "Qoca uşaq"  , "Qoca filosof"  kimi tərcümə olunur  Rəvayətə görə 81 yaşınadək ana bətnində qalıb )) Dünyaya artıq müdrik qoca kimi gəlib ... E.ə. 6- cı əsrə aid edilir.  Onu da deyim ki, Lao Tszını daoslar tanrılaşdırmaq cəhdi etsələr də , o əslində daha çox filosof  olub , nəinki din xadimi.  Ümumiyyətlə , daosozm fəlsəfəsi daosizm dinindən daha əvvəı - dediyim kimi , e.ə. 6- cı əsrdən başlayaraq , daosizm dini isə  b.e. 2- ci əsrindən yayılmağa başlayıb.

 

Dao Tszı  Daosizdə  əsas traktat sayılan "Dao De Tzin" in müəllifi hesab olunur.    Burada  "Dao De Tszin"  azərbaycan dilində tərcümədə verilib , burada.    rus dilində . Bu kitab / traktat tematik olaraq qruplaşdırılmış aforizmlər toplusudur.  Adın tərcüməsi - "YOL  və onun təzahürü haqqında kitab"  kimi  verilə bilər. 

 

Daosizmdə əsas anlayış olan Dao haqqında sonrakı postda ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Dao haqqında -

 

 Təbiət qanun və qanunauyğunluqlarının dərki Yoludur. Bu təlimə əsasən insan Daoya uyğun və harmonik təbii qanunlarla yaşamalıdır.  Yaradılışın ilkin səbəbi və onun mənbəyi olan Dao sözlə təsviri  mümkün olmayan, absolyut , əbədi prinsipdir. Teizmlə müqayisədə Dao öz yaratdıqlarına kənardan Allah/ Xaliq kimi deyil, özünün qeyri ixtiyarı yaradıcı substansiyası və varolanın əsası kimi başa düşülməlidir.

 

Daonun təzahürləri  əsassız , sərbəst olaraq və heç bir səysiz , qəfildən baş verir. Dao varlıq və qeyri varlıq deyil . O , ilkin səbəbdir. Bu mənada onu Buddizmdəki Şunyata (Boşluq)  ilə müqayisə etmək olar. Dao universal , hər yerə yayılandır  və dağıntıya məruz qalmır.  Dao sükunətdə və səbəbsizdir. Daosizm yaradıcını - yaradılana qarşı qoymur.

 

Daosizmə görə varolan fasiləsiz dəyişkənlik prosesindədir və bunun kökündə Dao durur. Dao özü isə sükunət halındadır , bununla yanaşı bütün hərəkətlərin əsası ondadır.

 

Dəyişkənlik haqqında bir az mübahisəli yer var .  Daosizmdə dəyişkənlik haqqında bəzi anlayışlardan sonra yenə qayıdarıq .  Bu anlayışlar De, Çi , Çan , Min , İn / Yan və s.  dir.

Edited by Sunyata
Link to comment
Share on other sites

Filosof Niyazi Mehdi  Daonun boşluq olmasını belə izah edir - 

 

" İrəlidə söyləmişdik ki, Lao-szının fəlsəfəsində hər şeyin Qaynağı olan Daonun sonsuz dolğunluğu bərabərdir Sonsuz Boşluğa: bir şey hər şey olanda o nəsə bir şey olmur. Eyni anda həm qurbağa, həm bulud, həm meşə və beləcə sonsuz sayda şeylər olan bir şeyə nə qurbağa, nə bulud, nə də başqa bir şey demək olur. Deməli, o heç birisindən olmayacaq, deməli, heç nə olacaq. Heçnəlik isə həm də boşluqdur. Lao-szının, ・ bu dahi Çin filosofunun ontologiyasındakı Dao belə boşluq idi, hər şeylə dolu Boşluq idi, hər şeylə dolu heçnəlik, heçbirisizlik idi. "

Edited by Sunyata
Link to comment
Share on other sites

Dao ucun en xoshuma gelen terif---Her sheyle dolu boshluq...

 

Həqiqətən də maraqlı və koloritli izahdır .   "Dao De Tszin" -in daxilində  Dao -nun nə olması barədə də çoxlu izahlar var . Yəni , əslində bütün şərhlər də elə buradan və sonradan Lao Tszının davamçıları tərəfindən , məsələn , Çjuan Tszı kimi filosofların yazılarından istifadə etməklə yaranmışdır.   Dao De Tszin -dən bir neçə misal  ( əvvəlcə Dao haqqında , sonra ümumiyyətlə maraqlı fikirlər olaraq ) gətirək :   ( Dao - Yol kimi tərcümə olunub )

 

Yolun istiqaməti müəyyəndirsə – o Haqq yolu deyil

Ad səsləndirilə bilərsə – o əbədi Ad deyil

Göyün və Yerin Atası – Adsızdır

Ad sahibi – saysız-hesabsız cisimlərin (şeylərin) Anasıdır

Ehtirassız halda Onun ecazkar Sirrini duyarsan

Ehtiraslarla dolu olaraq – Onun izhar səthini görərsən

Biri və başqası – adları fərqli, həqiqi mahiyyətləri isə eynidir

Birgə onlara Sirr Dəryası deyərlər

Dəryanın dibində birindən başqasına keçid var –O Sirrin zərif möcüzələrinin qapısıdır

 

 

 Haqq Yolunun içi Yox-dur, lakin bu üzdən hər birşey Var və varlığını aşmır

Onun səthi yox – ülgünün tiyə xətti kimi incə vəzərifdir – lakin özü bütün səthlərin səbəbidir

Dəryalar Dəryasından də dərin – o bütün varlıqların Ulu Cəddinə bənzər

Kəskinliyini azalt

Şəfəqini boğ

Xüsusiyyətlərini tarazla

Necə də sakit və aydındır o ali Yol

Bilmirəm nədən əmələ gəlib, bilirəm ki Ululardan da uludur

 

Yol doğur Biri 

Bir doğur İkini

İki doğur Üçü

Üç isə doğur bütün varlığları

Bütün varlıqların çevrəsindəki Zülmət (Yanq)

Içindəki Nur (Yin) və Hər yana yayılan Boşluğun Nəfəsi (Çi) ahəng yaradır

 

Birbaşa Xaosdan yaranmış – qeyri-müəyyən, formasız.

Yer-Göydən doğulmamış – olub onlardan əvvəl.

Səssiz! Səthsiz!

Təkdir və dəyişməzdir – nə əvvəli var nə axırı.

Hər tərəfə uzanır və tükənməzdir – qarşısı yoxdur.

Yer-Göyün Ulu Anasına bənzər

Bilmirəm Adını

İşarə edərək deyirlər Ona Haqq Yolu

Ad vermiş olsam, deyirəm ona Böyük

Böyükdür – deməli Sezilməzdir

Sezilməzdir – deməli hüdudsuzdur

Hüdudsuzdur – deməli zidd əksləri birləşdirir

Buna görə də

Yol Böyükdür

Göy Böyükdür

Yer Böyükdür

İnsan da Böyükdür

Kainatda dördü Böyükdür – İnsan da onlardan biridir

Adamın qanunu Yerdəndir

Yerin qanunu Göydəndir

Göyün qanunu Yoldandır

Yolun da ki qanunu Özündəndir

 

 Ey hər yana aşıb-daşan Yol!

Solda olduğu qədər sağdadır!

Hər bir varlıq Ondan əmələ gəlir və Ona uyğun olmaqdan qaçmır

Hər şeyi yaradır, lakin nəinki məşhurdur – heç adıda yoxdur

Hər şeyi bəsləyir və bəzəyir, lakin hökm sürməyəniyyəti yoxdur

Görünməzdir, lakin deyərsən mi Ona cüzi?

Bütün varlıqlar Ona qayıdır, lakin O özünü onların sahibi bilmir

Buna görə deyirlər Ona Böyük! 

 

 

Və s. və s.

 

 

 

 

 

 

Edited by Sunyata
Link to comment
Share on other sites

Əsas anlayışlardan olan De , Çi , Min Çan haqqında  ( Əsas anlayışların bəzilərini onları daosizmə gətirmiş Çjuan Tszı haqqında , daosizm  fəlsəfəsi haqqında danışanda izah edərik - U Vey , Li , İn / Yan  kimi anlayışlar ).

 

De - Dao dərkolunmazdır , lakin hər yerdə mövcuddur. Danışılması mümkün olan hər şey isə onun təzahür etmiş enerjisi - De dir. De Daonun potensial enerjisinin yaradılmış obyektlərdə təzahürüdür.

 

Çi-   hərfi mənada "nəfəs" , ruha və enerjiyə, həyat gücünə uyğun olan və hər şeydə mövcud olandır.

 

Min-  Daos üçün ideal hal Dao ilə yenidən birləşmək və mütləq həzz və ilkin təbiilikdir. Bu halda insan mövcudluğu üçün mənasız mübarizə aparmır və qarşısına səhv məqsədlər qoymur. Belə mükkəmməl hal Min (nurlanma ) adlanır.

 

Çan-  Yuxarıda yazdığım mükkəmməl  halda olan insan əbədi qanun olan Çanı dərk edir.  Daosizmdə dəyişkənlik haqqında danışanda yenə Çan anlayışı araya gəlir və bir az dərindən başa düşmədiyim məqamlar ortaya gəlir.  Bu barədə sonra...

Edited by Sunyata
Link to comment
Share on other sites

Eyni anda həm qurbağa, həm bulud, həm meşə və beləcə sonsuz sayda şeylər olan bir şeyə nə qurbağa, nə bulud, nə də başqa bir şey demək olur. Deməli, o heç birisindən olmayacaq, deməli, heç nə olacaq. Heçnəlik isə həm də boşluqdur.

 

Eləmi?

 

Ay Niyazi muallim bu ne izaahdı? Buludlu havada meşədə qurbağa bu təbiətdi. Bunlar bir yerdə təbiətdi. BİR YERDƏ. Təbbiət...

Bulud, meşə, qurbağa, rəksanənin diski, maşın təkəri və.s bu da təbii ki bizim təbiətdi. Bu çox düşüncəsiz fəlsəfədi.

Diqqətli ol.

Zamanınnan və makanınnan asılı olaraq bir şey ( bir eyni şey ) müxtəlif adlar vermək olar. Hər şeydən tutmuş heçnəyə kimi. Lao isə bir mənali danışır. Yox e beləddi. Bir mənalı  heç nə yoxdu. BAX BU YOXDU.

Daos senin axırın var o da XAOS.

Link to comment
Share on other sites

Simruq  sen sonsuz sayda her bir sheye Tebiet deyirsen...Cin filosofu ise buna DAO deyir...DAO ayriliqda qurbaqa deyil,Reqsanenin diski deyil,badimcan deyil,xiyar deyil,masin tekeri deyil, yeni neyi gostersen hec birinden deyil...Bu saydiqlarimiz sonsuz sayda sheyler onda var, amma o ozu hec birinden deyil...Yeni o ozu hecnedir...Hecnelik ise boshluiqdur...ona gore deyirler ki, her sheyle dolu boshluq...

Link to comment
Share on other sites

Mən də deyirəm də heçnə di.

Özün fikirləş. Ən böyük şeyi kiçiltmək, maraqlıdı. DAO fəlsəfə deyil. PSİXOLOGİYADI. İnsanları ələ salır. Guya nəsə deyir. Heç nə ilə dolu boşluq.

 

Bəlkə boşluqnan dolu heçnə? Ələ sala sala gedir.

Link to comment
Share on other sites

Mən də deyirəm də heçnə di.

Özün fikirləş. Ən böyük şeyi kiçiltmək, maraqlıdı. DAO fəlsəfə deyil. PSİXOLOGİYADI. İnsanları ələ salır. Guya nəsə deyir. Heç nə ilə dolu boşluq.

 

Bəlkə boşluqnan dolu heçnə? Ələ sala sala gedir.

Hecne ile yox her sheyle dolu boshluq...Deyesen duz anlamamisan...
Link to comment
Share on other sites

Sadələşdirilmiş bir sistemdi. Sakit, sükut, heç və boşluq.

Dəymə mənə, heç kimə dəymirəm.

Biri də var, dəymə mənə, dəyməyim sənə.

 Heç nə qıcıqlandırmır, sən məni tanımırsan və başa düşmürsən. Mən belə şeylərə gülürəm.

Link to comment
Share on other sites

Ətraf aləmdəki şeylər - o cümlədən insan özü , yəni subyekt də həmçinin Dao-nun təzahürüdür. Dao bütün təzahürlərində var. Amma , onlarla eynilik təşkil etmir. Tutaq ki, stul Daonun təzahürüdür- yəni, stulda Dao var. Amma, stul Dao deyil. Dao stulun mənbəyidir. Dao stulu kənar materialdan düzəltməyib. Özündən təzahür edib. Stol, gurbağa, insan da o cümlədən.. Amma, bu şeylər Dao deyil. Bəs Dao nədir? Təzahürsüz - heçnə. Təzahürlərində də mənbə kimi iştirak etsə də təzahür də deyil. Deməli , təzahürlə də heçnə- boşluq.

Təzahürlərlə dolu olan boşluq .Ona görə də deyirlər ki, Daonu sözlə təsvir etmək olmur. Bunu yalnız praktika - Dao meditasiyası ilə dərk etmək mümkündür.

 

Bir də çox vacibdir ki, Dao haqqında danışanda onun teizmdəki Allahla qarışdırmayaq. Teizmdə Allah var və ayriliqda onun yaratdığı təbiət var. Dao və təbiət elə eyni şeydir , yalnız bir şərtlə ki , təbiəti onun özü yox təzahürü kimi başa düşək.

Link to comment
Share on other sites

Sunyata DAO meditasiyasi nedir?

 

İndi elə o barədə qısa olaraq yazmaq istəyirdim. Daha doğrusu bu barədə  daha sonra yazmaq istəyirdim , amma yeri gəldisə indi yazaram .   Ümumiyyətlə Daos yoqası deyilən psixo fiziki təlim mövcuddur. Onun da daxilində daos meditasiyası da həmçinin var .  Sonrakı postumda bu barədə daha ətraflı yazaram ,  çatdırsam elə bu gün yazaram ))

Link to comment
Share on other sites

Daosizm  insanı təbiətin bir hissəsi olaraq  dərk edir və  subyekt / obyekt  sərt bölünməsini qəbul etmir.  İnsanda da hər şeydə olduğu kimi enerji axını mövcuddur.  Yalnız normal enerji axınını təmin etdikdə insan Dao qanunları ilə öz təbiiliyini  bərpa edir , tənzimləyir.  Bu enerji nöqtələri ( Çi axını yolunda ) tutula bilər . Buna görə də onları tənzimləmək üçün  Daosizmdə müxtəlif dövrlərdə müxtəlif psixo -fiziki təlimlər yaradılıb.  Bunların ümumi adına Daos yoqası deyirlər . Daos yoqası hazırda da  müalicəvi məqsədlə , sağlamlığı qorumaq məqsədilə də geniş tətbiq olunur. 

 

Bu Daos yoqasına müxtəlif vaxtlarda yaradılmış  Dao İn , BduanTszin , Çi Qun və daos meditasiyası daxildir.  

 

Dao İn - yumşaq hərəkətlərlə insanda neqativ enerjinin ləğvinə xidmət edir ( beləliklə də həm dəsağlamlıq üçün istifadə olunur )  

 

 http://www.youtube.com/watch?v=QzBl2WsG8og

 

BaduanTszln -  Deyilənə görə Çin marşalı  Yu Fey  tərəfindən öz əsgərlərinin sağlamlığını qorumaq üçün yaradılıb.

 

http://www.youtube.com/watch?v=zRQIRMWsXro  

 

ÇiQun - da həmçinin daos yoqası hesab olunur , amma , döyüş çiqunu adlanan ( kunq- funu xatırladan )  forması da mövcuddur. Bu da müasir dünyada qərbdə çox geniş yayılıb.

 

http://www.youtube.com/watch?v=DeyD8xXkTt8

 

Mən bu dediklərimlə və bir nəfər daos dostumun köməyi ilə 1 - ildən artıq məşğul olmuşam . Mistik bir uğurum olmasa da fiziki cəhətdən özümü çox  əla hiss edirdim ))  

 

Mantek Çia , Yudlavın kitabları  və o vaxtları hələ video kassetlər əsasında  məşğul olurdum.

Edited by Sunyata
Link to comment
Share on other sites

Daos meditasiyası insanın emosiyalarını kontrol etmə , beləliklə də , enerjinin orqanizmdə düzgün hərəkəti və orqanlar arasında optimal paylanmasına xidmət edir.  Üç forması var -  "Daxili təbəssüm" , "6 şəfaverici səs"  , "Mikrikosmik orbita"  . 

Bundan əlavə , bu məşğələlərin sonunda sadəcə sakit hərəkətsiz oturub düşünməməyə çalışmaq lazımdır. Buna "Daxili Alximiya" da deyirlər. Bütün bunlar haqqında kifayət qədər kitab . məlumat var . Ona görə də bu barədə daha ətraflı yazmıram ...  Rolik qoyuram , maraqlananlar üçün məlumat -

 

http://www.youtube.com/watch?v=ko2V4o-XK2g

Link to comment
Share on other sites

Qayıdaq yenə nəzəriyyəyə ))  Onu da deyim ki,  materiallar ( internet resurslardan əlavə )  Mel Tompsonun "Şərq fəlsəfəsi"  ,   "Səmaaltının müdrikləri"  ( Səmaaltı - yəni, поднебесная ,  başqa sözlə Çin )  adlı məcmuədən -  "Dao De Tszın"  traktatının özü , Çjuan Tszı -nın kitabı  , Niyazi Mehdinin "fəlsəfə tarixində fəlsəfə"  və yuxarıda adlarını çəkdiyim  Mantek Çia ,  Erik Yudlav "uzunömürlülük və sağlamlıq üçün 100 gün" kitablarından  , Syu Mintanın video materiallarından qaynaqlanır.

 

Dəyişkənlik prosesi və Dao.

 

Təlimə əsasən  varolan hər şey fasiləsiz dəyişkənlik prosesindədir və bunun da kökündə Dao durur. Dao özü sükunət və sabitlik halındadır , amma bütün hərəkətlərin əsası ondadır. Başqa bir yerdə deyilir ki, dəyişkənlik hər yerdədir , dəyişməyən  , amma dəyişkənliyin səbəbi və ona nəzarət edən Çan qanunudur.   Ona görə də yuxarıda yazdığım kimi , bu bir az sual doğurur. Ola bilər ki, mən dəqiq başa düşmürəm .  Dəyişməyən yalnız Daodur və digər tərəfdən isə həm də Çan qanunudur. ( məndə paradoks hissi oyadır) 

Həyatda hər şeyin  dəyişkən olmasından daha sabit heç nə yoxdur. Amma , dəyişkənlik olan yerdə insanlar daha sabit bir şey müəyyən etmək həvəsində olurlar. Amma , bu sabitlik Daosizmə görə keçmiş və gələcək zamanları doğurur beləliklə də insan hazırkı anı itirir. Ona görə də , əgər Dao yolu ilə getsək biz hazırkı anı nəzarət altına ala bilərik və onu dərk edə bilərik.

Aləmi necə var elə də qəbul etmək lazımdır. Ətraf aləm mükəmməldir. Onu dəyişməyə səy etmək lazım deyil. Mükəmməliyyə qayıdış  qeyri təbiilikdən - təbiiliyə qayıdış deməkdir.  Bu mənada mükəmməlliyin düşməni bütün qeyri təbii olanlardır - zor , əvvəlcədən düşünülmüş sosial qanunlar və s.  Buradan da  , daosların həyat tərzi və etikası - xüsusi olaraq  U Vey - qarışmamaq ideyası , dövlətə münasibət  və s. müəyyən olunur.  Bu haqda ,  daosizmdə "mən" ,  İn / Yan  , daosizm dini , fəlsəfə nümayəndələri haqda sonra ...

Link to comment
Share on other sites

Kainatda dördü Böyükdür – İnsan da onlardan biridir

Adamın qanunu Yerdəndir

Yerin qanunu Göydəndir

Göyün qanunu Yoldandır

Yolun da ki qanunu Özündəndir

 

Insan onlardan biridi ?

Dao ay dao. Biz yerin insani bir hissəsiyik. Qanun yoxdu. Hər şey təbiidi.

Ən güclü meditasiya Tibetdə keçirilir və onların çox hissəsi gizli saxlanılır. Nə bilim buzun içində səhərə kimi donmurlar, yaş paltarları bir neçə dəqiqəyə əyinlərində quruyur, bədən enerjisi sayəsində, oturduqları yerdə tullanıllar və.s.

Bunları bilməy və eləməy üçün nə DAO nə də Tibet vacib deyil. Bunu hər adam edə bilər.

HƏR ADAM.

Link to comment
Share on other sites

Vüqar demişkən ideal heç bir nəzəriyyə yoxdur .Hərənin öz çatışmazlıqları və paradoksları var. Ona görə də , heç kimin burada Daosizm uğrunda cihad etmək fikri yoxdur ))  Nəzərə alsaq bu nəzəriyyə 2500 il əvvəl yaradılıb , bu paradokslar və qeyri dəqiqliklərdə təəccüblü bir şey yoxdur.

Bu göy -yer - insan məsələsini  belə izah etmək  olar ki , ( subyektiv olaraq )  əvvəla  "Dao De Tszın" -in  bu   hissəsində :

 

Yol doğur Biri

Bir doğur İkini

İki doğur Üçü

Üç isə doğur bütün varlığları

Bütün varlıqların çevrəsindəki Zülmət (Yanq)

Içindəki Nur (Yin) və Hər yana yayılan Boşluğun Nəfəsi (Çi) ahəng yaradır

 

Bir - Universal enerji - Çi , iki- biri digərinə keçib , sonra yenidən özünə qayıdan İn / Yan ( bu barədə sonra daha ətraflı... )   , üç - isə məhz - Göy -Yer - İnsandır. Yəni bu mənada insanın rolu yaradılışda çox mühimdir.   Bu üçü isə yerdə qalan "10000"  ( görünür arxaik təsəvvürlərə görə 10000 demək olar ki, sonsuzluq idi )) )  şeyləri yaradır.  Bu daodan yaranan şeylərin ierarxiyası. 

 

Bunu da əlavə edim ki, qədim arxaik təsəvvürlərə görə Göy çox yerdə Tanrı səviyyəsində qəbul olunurdu . ( qədim türklərdə də o cümlədən )  . Çində də bu ideya geniş yayılmışdı. Konfutsianlıqda da Göy hər şeyi birbaşa yaradan hesab olunur. Daosizmə qədərki dövrdə Göyə daha bir elemnt əlavə olundu - Yer.  İndi Göy-Yer tandemi keçmişdə olan Göyü əvəz edirdi.  Daosizm isə  bu tandemə daha bir element əlavə etdi - insan.  Beləliklə ,Göy / Yer / İnsan  triadası meydana gəldi , bununla yanaşı Göyün vacibliyini , aliliyini ikinci plana - Daodan sonra keçirdi.  İnsan müəyyən mənada Göy və Yer arasında əlaqəçi rolunu ifa edir . Həm də yaradılanların ən ruhanisi hesab olunur.  İnsan o biri yaradılanlarla müqayisədə  yeganə varlıqdır ki,  onda  bütün kainat haqqında məlumat var. Bunu dərk etmək üçün meditasiya vasitəsilə  mikrokosm ( eqo) makrokosmla (kainat )  qovuşmalıdır. Yalnız bu halda Daonu dərk edə bilər.

Edited by Sunyata
Link to comment
Share on other sites

DAO  1. İnsan o biri yaradılanlarla müqayisədə  yeganə varlıqdır ki,  onda  bütün kainat haqqında məlumat var.

 

Qonşum Nənə Xanım 1 .Kainat haqqında bütün məlumat, qum dənəsində və su damcısında da var.

 

DAO 2. Yol doğur Biri

Bir doğur İkini

İki doğur Üçü

Üç isə doğur bütün varlığları

Bütün varlıqların çevrəsindəki Zülmət (Yanq)

Içindəki Nur (Yin) və Hər yana yayılan Boşluğun Nəfəsi (Çi) ahəng yaradır

 

Qonşum Nənə Xanım 2. Biri doğanı, doğan nədi ay DAO ?

Rəqəm, məqəm yoxdu. Bu bir siferadı, biz bu siferanın insani bir hissəsiyik. Bu eqo, meqo bax bu insani hissənin içhindədi, onu idarə edir.   Bizim gücümüz bu insani hissəni idarə edə bilməyə çatır. Bu gücü kənara və ya digər yerlərə, həm köçürmək, həm də yönləndirmək olar.

 

Hərənin öz sistemi olmalıdı. İnsan dilində danışıram deyirəm ki bu sistemlər kütləvi olduğu üçün və kütləni idarə etməy üçün nəzərdə tutulub. Kütləvi sistemlər gec tez məhv olacaq.

Link to comment
Share on other sites

 

Dao ilkin səbəbdir ! Nənə xanıma bunu başa salmaq çəttindir.)) Nənə xanıma anlamaq üçün demək olar ki, Ay Nənə xanım , bəs sənin Allahını kim yaradıb , kim doğub ? Deyəcək ki, necə yəni Allah hər şeyin səbəbi və yaradıcısıdır. Bəs onda Daonun niyə ata - anasını axtarırsan ? Dao ilkin səbəbdir. Bu o deməkdir ki, o , öz - özünün səbəbidir.

 

Qumda kainat haqqında məlumat var , amma , qumda dərk etmək xüsusiyyəti yoxdur. Bu yalnız insana məxsusdur.

Edited by Sunyata
Link to comment
Share on other sites

Hər halda mən qumu deyerlendirirəm, sənin kimi baxmıram.

 

Mən quma necə baxıram ki? sadəcə ,  aləm üzvi və qeyri üzvi , canlı və cansız , şüurlu və şüursuz kimi hissələrdən ibarətdir. Bu təsnifatda Qum və İnsan  müxtəlif qütblərdə yerləşir, baxmayaraq ki , hər ikisinin səbəbi eynidir.  

 

Sən isə quma olan məhəbbətini  itirmə )) Əla , sən hömsöhbətlərinə hörmət qoymursan amma quma böyük hörmət və ehtiram göstərirsən .  Afərin !

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Upvote
        • Thanks
        • Like
      • 275 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
      • 86 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 23 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 85 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 43 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 47 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...