Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Mən quma necə baxıram ki? sadəcə ,  aləm üzvi və qeyri üzvi , canlı və cansız , şüurlu və şüursuz kimi hissələrdən ibarətdir. Bu təsnifatda Qum və İnsan  müxtəlif qütblərdə yerləşir, baxmayaraq ki , hər ikisinin səbəbi eynidir.  

 

Sən isə quma olan məhəbbətini  itirmə )) Əla , sən hömsöhbətlərinə hörmət qoymursan amma quma böyük hörmət və ehtiram göstərirsən .  Afərin !

 

Hörmət edirəm, əgər etməsəm danışmaram. Sizinlə danışmaq bir çox insanlarnan canlı danışmaqdan yaxşıdı. Sadəcə bir az, lap bir az əsəbi mi deyim, səbirsiz mi deyim, lap yaxşısını siz deyərsiz.

Link to comment
Share on other sites

Bu fəlsəfələri ideal olmayan, ideal yerdə olmayan az günahı və səhvi olmayan insanlar yaradıb. Onlar az olmayıb ki həyatdan və özlərinnən beziblər. Əvvəl axır bir maraqlı fəlsəfə yaradıllar bu o demək deyil ki hər maraqlı fəlsəfə idealdı. Onlar hamsı gülməlidi.

Link to comment
Share on other sites

Yox DAO dərk edilməzdi, Allahda dərk edilməzdi.

 

Dərkedilməzdi ,  doğrudur . Amma , burada dərkedilməzlik  standart şüur vasitəsilə  dərkedilməzlikdir.  Ona görə də , demək olar ki,  hər dini təlimdə bunu reallaşdırmaq yolu    kimi  yarımgizli  mistik hissə var.  Daosizmdə də belə hissə daos yoqası və meditasiyasıdır.  Nə dərəcədə bu işləyir ya yox , onu nə təsdiq nə də inkar edə bilmərəm.  Amma  , hər halda mövzumuzla əlaqədar maksimum informasiya vermək istədim ...

Link to comment
Share on other sites

Dərkedilməzdi ,  doğrudur . Amma , burada dərkedilməzlik  standart şüur vasitəsilə  dərkedilməzlikdir.  Ona görə də , demək olar ki,  hər dini təlimdə bunu reallaşdırmaq yolu    kimi  yarımgizli  mistik hissə var.  Daosizmdə də belə hissə daos yoqası və meditasiyasıdır.  Nə dərəcədə bu işləyir ya yox , onu nə təsdiq nə də inkar edə bilmərəm.  Amma  , hər halda mövzumuzla əlaqədar maksimum informasiya vermək istədim ...

 

Olan hər şey dərk ediləndi.

Link to comment
Share on other sites

Dərkedilməzdi ,  doğrudur . Amma , burada dərkedilməzlik  standart şüur vasitəsilə  dərkedilməzlikdir.  Ona görə də , demək olar ki,  hər dini təlimdə bunu reallaşdırmaq yolu    kimi  yarımgizli  mistik hissə var.  Daosizmdə də belə hissə daos yoqası və meditasiyasıdır.  Nə dərəcədə bu işləyir ya yox , onu nə təsdiq nə də inkar edə bilmərəm.  Amma  , hər halda mövzumuzla əlaqədar maksimum informasiya vermək istədim ...

 

Hər şey dərk ediləndi. Onun adı bəsdi ki dərk olunsun. Yəni istənilən bir şeyin adı. Meditasiya və yoqa DAO suz da var. Adam var DAO dan da güclü meditasiya eləyir. Deməyim odu ki kütləvi olan şey. çərçivəyə salınıb.

Link to comment
Share on other sites

Bu fəlsəfələri ideal olmayan, ideal yerdə olmayan az günahı və səhvi olmayan insanlar yaradıb. Onlar az olmayıb ki həyatdan və özlərinnən beziblər. Əvvəl axır bir maraqlı fəlsəfə yaradıllar bu o demək deyil ki hər maraqlı fəlsəfə idealdı. Onlar hamsı gülməlidi.

 

Bu adamların şəxsiyyətinin onların yaratdığı fəlsəfi təlimlə heç bir əlaqəsi olmaya da bilər.  Necə ki, Leonardo Da Vinçinin şəxsiyyətinin onun yaratdığı şedevrlərə   dəxli yoxdur. 

 

İdeal fəlsləfə yoxdur , bu barədə razılaşdıq ... Amma , günahkar filosof nədir ?   Günah dindən gələn anlayışdır . Kimdir bu günahları müəyyən edən ? 

Link to comment
Share on other sites

Hər şey dərk ediləndi. Onun adı bəsdi ki dərk olunsun. Yəni istənilən bir şeyin adı. Meditasiya və yoqa DAO suz da var. Adam var DAO dan da güclü meditasiya eləyir. Deməyim odu ki kütləvi olan şey. çərçivəyə salınıb.

 

Adı insan qoyur ki, o biri şeylərdən ayırmaq üçün .  Ad  - cismin və hadisənin şərti işarəsidir. Onun əsl təbiətini  adi şüurla dərk etmək olmaz . 

 

O ki, qaldı meditasiya və yoqaya -  kim dedi ki,  yoxdur . Çox növləri var .  Amma , indi söhbət Daosizmdən gedir ...

Link to comment
Share on other sites

Günah əqidədən gələn anlayışdı. Dinnən qabaq əqidə olub. Günah, səhf.

 

Əqidədən gələn fikir - sırf subyektivdir , ona görə , sənə günah görünən başqasına normal bir hadisə kimi də görünə bilər.

 

Davinchi  orda ozunu gostərib oz EQO sunu. Bu mənəm deyib.

 

Zato gör necə şedevrlər yaradıb )) Şəxsiyyət kimi hər nə olub , olub , amma bunun Da Vinçinin yaradıcılığına nə dəxli var ?  Fəlsfi təlimlərə də belə yanaşma lazımdır . Yəni , filosofun şəxsiyyəti ayrı , onun yaradıcılığı ayrı .

Link to comment
Share on other sites

Adı insan qoyur ki, o biri şeylərdən ayırmaq üçün .  Ad  - cismin və hadisənin şərti işarəsidir. Onun əsl təbiətini  adi şüurla dərk etmək olmaz . 

 

O ki, qaldı meditasiya və yoqaya -  kim dedi ki,  yoxdur . Çox növləri var .  Amma , indi söhbət Daosizmdən gedir ...

 

Söhbət adı kim qoyurdan getmir. sən gül görürsən, istəyirsən gül de, istəyirsən ot de. O bitkidi, canlıdı, gecəsi, gündüzü var.

 

Şüur adi olmur. O çox mürəkkəbdi. Sənin dediyin düşüncədi.

Link to comment
Share on other sites

Sen oz dusunduklerini mutleq heqiqet sayirsan...Bashqalarinin fikirlerine ya nifret edirsen yadaki , ele salirsan...

Umumiyyetle heqiqetin monopolyasi yaxshi shey deyil...

 

Mən nəyəm ki həqiqət sayam. O qədər səhflərim var. Bu ki özümə qarşı yalan olardı.

Link to comment
Share on other sites

Əqidədən gələn fikir - sırf subyektivdir , ona görə , sənə günah görünən başqasına normal bir hadisə kimi də görünə bilər.

 

 

Zato gör necə şedevrlər yaradıb )) Şəxsiyyət kimi hər nə olub , olub , amma bunun Da Vinçinin yaradıcılığına nə dəxli var ?  Fəlsfi təlimlərə də belə yanaşma lazımdır . Yəni , filosofun şəxsiyyəti ayrı , onun yaradıcılığı ayrı .

 

Ona qalsa hər şey əvvəlcədən subiyektiv olur.

Şəxsiyitsiz bir şey nəsə ola bilər. Olar, fəlsəfəsi də olar özü kimi.

Link to comment
Share on other sites

Dosizmdə növbəti haqqında danışmaq istədiyim anlayış ( daha doğrusu çütlük )  İn və Yan -dır.  Yuxarıdakı postlarımda yazdığım kimi, Çində mövcud olan təlimlərdə ortaq olan anlayışlar arasında  İn və Yan da var. İn və Yan əslində Daosizmə gəlməyindən əvvəl qədim çin naturfilosofiyasında ,  daha sonra Konfutsianlıqda mövcud olub.   "Dao De Tszın" - də ilkin materiyanın iki hissəyə differensiasiyası haqqında yazılıb : İn və Yan.  Bunun konseptual formalaşdırilması e.ə. 4 -cü əsrdə yaşamış Tszo Yana məxsusdur. 

 

İn ( zülmətli , qadın )  və Yan ( işıqlı , kişi )  kimi təzahür etmiş dünyanın mahiyyətini təşkil  edən , sonradan 5 elemntdə təmsil olunmuş  iki ümumdünya qüvvələridir.  Dao  İn/ Yan vasitəsilə tarazlıq yaradır.  İn/Yan ayrılmazdır və bir birini tamamlayırlar. İn/Yan daosizmdə hər şeyə balanslaşdırılmış yanaşma kimi əsas konsepsiyanı verir.   Simvolik olaraq İn/Yan aşağıdakı şəkildəki kimi qəbul olunub.

 

ris10.gifBuna  Taytszı - Böyük hüdud  simvolu da deyirlər. Burada qara rəng - İn ,ağ rəng isə Yan rəmzidir. İki əkslik Tamı təşkil edir. Bu da ilkin dualizmin əlamətidir. Bütün şeylər özündə qadın və kişi başlanğıcları daşıyır. Qadın başlanğıcı özü də kişi elementi , Kişi başlanğıcı isə qadın elementiı daşıyır.  Şəkildən də göründüyü kimi , bu simvol həm də fasiləsiz hərəkət və qüvvələrin balansını ifadə edir. 

 

İn - passiv başlanğıc , sükunət və refleksiya , Yan - aktivlik və yaradıcılıq  qüvvəsidir. İdealda bu latent və dinamik gücləri tarazlaşdırmaq lazımdır. Daoslar  insanın növbə ilə aktiv və passiv həyat tərzi keçirdiyi periodlaın olmasını deyir.  Bunu edən Daodur. Bir şey öz həddinə çatanda əks istiqamətdə hərəkət baş verir və əksinə.  Bu proses dövri olaraq baş verir. İnsan təbiətindəki ziddiyyətlər də buradan gəlir.

 

Həyatda olan yüksəliş və enişlər , xoşbəxtlik və kədər , qazanc və itkilər balans halındadır. Müdrik insan bu dualizmi dərk edir və harmoniyada yaşayır. Məhz bunun dərki müdrik insana həyatdakı qara və ağ zolaqlardan asılı olmayaraq xoşbəxt yaşamasına imkan verir ...

Link to comment
Share on other sites

Daosizm fəlsəfəsi.

 

E.ə. 4-3 -cü əsrlərdə Lao Tszı - nın təliminə onun ardıcılları tərəfindən yenidən baxılır. Filosof Çjuan Çszı  bizim daos fəlsəfəsi hesab etdiyimiz təlimi öz eyni adlı kitabında formalaşdırır.  Kitab 33 hissədən ibarətdir. 7 hissəsini onun adıyla bağlayırlar , yerdə qalanı digər ardıcıllara məxsus olduğu deyilir.  Çjuan Çszı  daosizmə Li ( prinsip)  - Daonun  "başqa şəkilə salmaq" , "kökündən dəyişmək"  fəaliyyətidir. Konfutsianlıqda Li - ictimai quruluşa aiddir. Daosizmdə isə aləmdəki şeylərin tənzimlənməsi ( nizamlı olması ) haqqında danışır.

 

Daosizmin etik nəzəriyyəsi onun U Vey ( yaxud Vu Vey) - qarışmamaq , müdaxilə etməmək konsepsiyasından irəli gəlir. Bu konsepsiya həm daos mənəviyyatı , həm də harmonik həyat kontekstində istifadə olunur.

 

Daosların deməyinə görə , aləm və xüsusi halda həm də insan 3 həyat enerjisi ilə xarakterizə olunur:  Şen (Ruh) , Çi (nəfəs ) və Tszın(həyat substansiyası ) .  İnsan (yuxarıda yazdığım kimi)  öz mikrokosmu (eqo) ilə makrokosma (kainat,dünya ) ilə qovuşmağa səy edir. Bu yalnız meditasiya zamanı şüurun subyekt / obyekt kimi Dekartın sərt dualizmindən azad olmaqla mümkündür. Daonun mistik dərki təcrübə vasitəsilə mümkündür. Ona görə də , təcrübədən dərk olunan Dao verbal olaraq izah edilən Dao deyil.  Daoslara görə insan əsl təbiətini kainatla qovuşduqda dərk edir.

 

U Vey - qarışmamaq , aktiv fəaliyyətdən çəkinmək -  heç də mütləq passivlik nəzərdə tutmur.  Bu fəaliyyət iki prinsipə əsaslanmalıdır :

1.Heç bir  səy , cəhd boş yerə , hədər yerə sərf olunmamalıdır.

2.Təbiət qanunlarına zidd olan heç bir fəalliyət olmamalıdır.

 

Beləliklə , U Vey -öz -özünə əmələ gələn  təbii fəaliyyətdir. Bu insan tərəfindən planlaşdırılmamış , intuitiv edilən fəaliyyətdir.  Hardasa , uşaqların təbii və hər bir şərtilikdən kənar  hərəkətlərini  xatırladan  fəaliyyətidir.  Bu fəaliyyət yalnız real şərtlərlə edilən və fantaziyadan kənar fəaaliyyətdir. İnsan hər hansı qərara onun emosiyaları , rasionallıq və şüur arasında olan ziddiyyətlərdən və konflikdən sonra kompromiss variant kimi gəlir.  U Vey prinsipinə əsasən isə hər şey təbii baş verməlidir.  U Vey -  şeylərə qərəzsiz , obyektiv baxış , özün kimi olmaq , təbii olaraq hərəkət etmə  vərdişi və öz qüvvənə əmin olmaq keyfiyyətidir.  Bütün bunlardan sonra , aydınıdır ki, daoslar üçün qondarma etik normalar mövcud deyil . Etik normalara Daonu hiss etməyənlərə lazımdır.  Bu mənada Daosizm Konfutsianlığın tam əksidir.  

 

ardı var ...

Link to comment
Share on other sites

Konfutsiyə görə əxlaq normaları ictimai quruluşa xidmət edən qanunlarla tənzim edilməlidir.  Daoslara isə buna zidd olaraq insan təbiətini zorlayan , Dao harmoniyasını pozmaqla nəticələnən ,hər bir ictimai   qanun  yolverilməzdir. Daosizm təbiilyə üstünlük verən həyat fəlsəfəsi təklif edir.  Çjuan Çszı deyir ki, insan heç bir  kənar motivasiyanı əldə rəhbər tutmamalıdır , yəni , ictimai əxlaq və ya fəaliyyətin nəticəsi kimi həvəsləndirmə və  məzəmmətlərlə uyğun hərəkət etməməlidir.  Çjuan Çszı heç bir abstrakt xeyir və şərin olmamasını deyirdi. Xeyir / Şər yalnız konkret şəraitdən və hadisə iştirakçılarının fərdi keyfiyyətlırindən asılıdır.  İnsan köhnəlmiş əxlaq və mənəviyyat stereotiplərindən azad olunmalıdır.

 

Daosların bu mənada  biliklərə olan münasibəti çox qəribədir. Onların fikrincə  ehtiras və ambisiyalarla yanaşı həm də bilik insana həyatı  minimum müqavimətlə yaşamağa  mane olur.  Təhsil və intellektual inkişaf daos üçün bir növ maneədir.  

 

Çjuan Tszı fəlsəfəsi  bəzi buddizm elementləri ilə üst -üstə düşür . Məsələn , insanın əsl təbiətinin ani olaraq "şəxssiz"  olduğunu anlamaq və "mən"  hissini itirmək ideyaları buddizmdə də var.

 

Dövlətə münasibətdə Daosizm Konfutsianlığın tam əksidir.  Daoslar dövləıtin insan həyatına minimum müdaxilisinin tərəfdarı idilər.  Daosizm insan marağının dövlət maraqlarından üstünlüyünü təbliğ edirdi.  Təsadüfi deyil ki, Daosizmin yaradıcısı Lao Tszı dövlət məmuru ola -ola , dövlətin həddən artıq şəxsi həyatına qarışmasına protest olaraq ölkəni tərk edir. Dövlətə bu münasibəti Tolstoy stilinə anarxizmlə müqayisə edirlər.

Edited by Sunyata
Link to comment
Share on other sites

Daosizm fəlsəfəsinə aid son post kimi Niyazi Mehdinin U Vey prinsipinin izahını verirəm :

 

"Lao-szı deyərmiş: yumşaqlıqla qalib gəlmək olar, yenmək olar. Su yup-yumşaqdır, ancaq axıb-daşanda hər şeyi örtə bilir (axı, yumşaq olduğu üçün axa bilir, daşıb hər şeyi örtə bilir). Dao yumşaq olduğu üçün, iti axmadığı üçün usduf-usduf hər şeyi, hər yeri tuta bilir, hər formaya girə bilir, birini çıxarıb o birisini taxa bilir. Kəskin, cod olana, iti axana isə formadan-formaya düşmək çox çətindir: o qurmağı yox, dağıtmağı bacarır. Lao-szı deyirdi ki, bilgə, müdrik adam hər şeydə özünü Daoya oxşatmalıdır. Daonun eyləmsizlikdə eyləmi (etməməzlikdə etməsi) nədir? Vurnuxmadan, özünü «didib-dağımadan» təbii axıla, yerli-yerindəetmədir. Etmək hərisliyinə tutulmadan, sanki öz-özünə alınmış şəkildə etməkdir .

Daoya çatmış insan «buludları yüyənsiz yönədir, ayaqsız, küələklə bir qaçır». Fikir verirsinizmi, yönəltmə də qaçmaq da nəinsə köməyi ilə yox, özü-özünə təbii alınır. "

Edited by Sunyata
Link to comment
Share on other sites

Daosizm dini.

 

Yuxarıda qeyd etdiyim kimi, Daosizm iki istiqamətdə inkişaf edirdi :  fəlsəfi və dini . Dini təşəkkül   b.e.  2 –ci əsrinə təsadüf edir , lakin fələsəfi istiqamət e.ə 5-6 cı əsrdən başlayaraq inkişaf edirdi.  Hesab olunur ki, dini daosizm əsl daosizmi təhrif etməklə inkişaf edib.   Məbədlər ,kahinlər və ayin , mərasimlərin yardaılması  ilə daosizm dini təşəkkül tapmağa başladı.  Filosoflardan əsas fərqləri ölümə olan münasibət idi. Filosoflar ölümə təbii  - yəni , bir haldan digərinə keçmək kimi baxırdılarsa , dindarlar ölümə düşmən mövqe tutmaqla , həyatı bacardıqları qədər uzatmaq və hətta ölməzlik əldə etməyə çalışırdılar.  Bu yolda nələr etmirdilər – otlardan , müxtəlif amuletlərdən tutmuş seksual enerjinin az sərf edilməsi , mümkün qədər az nəfəs almaqla ömrün uzadılması , meditativ yollara  ( daxili alximiya )  qədər hər şeyi sınaqdan keçirirdilər.

 

Daosizm digər dinlərdə olduğu kimi vahid kilsə , vahid doktrinal ehkamlar yaratmasa da , amma , ümumiyyətlə müxtəlif məktəblərin olmasına baxmayaraq ümumi olan ehkamlar və ayinləri ilə birlikdə hər halda din kimi qəbul olunur.

 

Ümumiyyətlə , daosizm dini dedikdə onun qaynaqları kimi təkcə daosizm fəlsəfəsinin nümayəndələri (Lao Tszı , Çjuan Tszı , Le Yuy Kou , Lyu An ) və məktəbləri  deyil , həmçinin  xalqın arxaik dini görüşləri , mövhümat və s . və bir də daosizmdə olan ölməzlik ideyası olmuşdur.

 

Tam dolğunluqla daosizm dini doktrinası “Daottzan” (Dao xəzinəsi ) adlı daos kanonundə əks olunmuşdur. Bu kanona  1476 mətn daxildir.  Bu kanonun aktiv formalaşması 3-4 əsrlərə , sonralar isə 17 –ci əsrə təsadüf edir.  Daos konsepsiyası müxtəlif dövrlərdə yazılmış başqa  külliyyatlarda da əks olunub.

 

Verbal formada Daonu ifadə etməyin mümkün olmaması haqqında fikirlərə baxmayaraq , daoslar hər halda ona  bəzi xarakteristikalar vermişlər :   Sonsuz və başlanğıcsız , hər yerdə mövcud olan və  bölünməzlik , hər yeri dolduran və  hər şeyi doğan , özü –özünə kifayət edən (самодостаточность)  və s.

 

Müasir daoslar qədimdə olduğu kimi, U Vey - qarışmamaq ( eyləmsizlik )  və Buçjen – müqavimətsizlik ideallarını saxlayırlar . Dəyərli insanı keyfiyyət kimi “jojou” – zəiflik, yumşaqlıq , zəriflik və zahidlərin arasında “quayuy” – istəklərin azaldılması  prinsipi çox vacib hesab olunur.

Daos ayin , ritualları arasında arxaik şaman ayinlərindən tutmuş mürəkkəb ayinlərə qədər – ibadət , nəzirlər , dini bayramlar,  pəhriz formasında – hər şey mövcuddur.

 

Ayinlər , ibadət , nəzirlər , Daos panteonu  haqqında sonra ...

Edited by Sunyata
Link to comment
Share on other sites

“Treba” - İbadət, dualar  və mərasimlər .

 

  ( daosların ehtiyacı əsasında – rus kilsə  dilində “treba” deyilən , azərbaycan dilinə isə nəzir , dua yazdırma, qurban kəsmə , ehsan vermə kimi tərcümə olunur. Bəlkə də bu sözü müsəlman dindarlar daha düzgün tərcümə edə bilər , mən burada bu sözə “tələb olunan ayinlər” deyəcəyəm.  )

“Tələb olunan ayinlər” – daosizm rituallarını əsasını təşkil edir.  İki qrupa bölünür :

  1. Xoşbəxtlik diləyi ilə bağlı müxtəlif  xahişlər ( ayinlər ) – uşaq anadan olması , yeni ev tikintisi , xoşbəxtlik diləyi , ailə qurma diləyi və s.
  2.  Mərhumları dəfn mərasimi və onların xatirəsini yad etmə mərasimləri ilə bağlı.

Əsas iki daos məktəbində uyğun olaraq 40 və 30 belə ayinlər var.  Daoslar bu xahişləri müxtəlif formada həyata keçirir . Məsələn ,  demək olar ki , rəsmi sənəd formasında tərtib olunmuş və  müqəddəs və ölməzlərə  ünvanlanmış  kağız və ya amulet formasında xahiş.  Amuletlərin yaradılması çox mürəkkəb prosesdir və xüsusi ustalıq tələb edir.  Başqa bir  xüsusiyyət – ovsun və caduların yazılması ( məsələn, xəstənin sağalması üçün )  - “Çjou” . Deyilənə görə , daos kanonunda 10000 –dək belə ovsunlar var.

Dəfn mərasimləri də daoslar üçün çox vacib ayindir.  Ümumiyyətlə , müxtəlif ayinlər goğrafi ərazidən və dini məktəbdən asılı olaraq formaca fərqlənir. Dəfn mərasimləri də o cümlədən. Daoslar dəfn mərasimlərini o biri ayinlərdın fərqli olaraq axşam və ya gecə keçirirlər.  Mərasim ailənin maddi imkanından asılı olaraq  7 , 9 yaxud 49 gün davam edir.  Dəfn olan gün , “lafanszı ” adlanan   kağız və bambukdan düzəldilmiş “ruh evini” dağıdırlar.  Dəfn mərasimi daoslarda qədim əcdad kultu ilə bağlıdır. Arxaik görüşlərə görə  7 heyvani ruh (“Po”)  və  3 ağılla bağlı ruh (“Xun” ) mövcuddur.  Ölümdən sonra bu ruhların transformasiyası baş verir .  Uyğun olaraq – kabus (“Quy”) və Ruh (Şen)  -ə . Ölü duaları kimi -  qurban , kabusları dincliyi üçün ,  “körpüdən keçirmə”  və s. ləri göstərilir.  Dəfn mərasimləri və duaları çoxsaylı və mürəkkəbdir.

Bundan əlavə daoslarda  dini bayramlar və əcdadları yad etmək üçün pəhriz günləri  var.  Gündəlik ibadətləri var. Gündə 3 ya 2 dəfə kanonik mətnləri oxumaqla , instrumental müşaiyət ilə ibadət emək üçün məbəd  və monastırlara gedirlər.  

 

Sonra yazacağım daosizm panteonu haqqında  son postla daosizm dini haqqında da kiçik məlumatımız bitmiş olacaq.

Link to comment
Share on other sites

Daos panteonu və pərəstişgahları.

 

Daosizm dinində tanrılar və ölmzələr kateqoriyaları mövcuddur. Tanrılar – onların kosmoloji görüşləri əsasında ierarxiyalaşır və əhd edib , ölməzliyə yetənlər də pərəstiş obyektidir.  İlk olaraq  daosizm panteoununu sistemləşdirmək cəhdini  Dao Xunttzin tərəfindən “Çjen Lin Vey e tu” kitabında etmişdir və 500 dən artıq tanrı və ölməzləri 7 ranqa bölmüşdür.  Müasir daosizm tədqiqatçısı Fan Ençzyun tərəfindən belə bir klasifikasiya verilir :

 

1.Göy Tanrıları ( tyanşen)-  onlara 3 təmiz (sançin) ,4 imperator(sıyuy) , 32  Göy Hökmdarı , 3çinovnik ( sanıyuan) , Ley Gun , Dyan Mu və b. Aiddir.  Onların hər birinin dini baxımdan Daonun evolyusiyasına uyğun olaraq tutduğu göy səviyyəsi var.

2. Yer Möhtərəmləri ( diçji) – onlara müəyyən ərazilərin , şəhərlərin ,dağların , çayların, dənizlərin tanrıları və bundan əlavə , yer tanrıları ( tuşen) , darvazaların(menşen) , ailə ocağının (tszaoşen) ,quyu (tszinşen)  və hətta ayaqyolunun (tszeşen) ))  tanrıları  aiddir. Bu tanrıların əksəriyyəti xalqın kult və sitayişlərindən  , dini ənənənələrdən  qaynaqlanıb.

3. Tanrı kabusları (jequy çji şen ) – ilahi əcdadlar , sənət və məktəb himayədarları və yarıməfsanəvi qəhrəmanlar. Onların arasında – Kun Tszı ( Konfutsi) , Men Tszı , Quanqun , U Di , Yu Fey , Lu Ban və b.

4. İnsan orqanizminin tanrıları ( jenti çji şen) -  daos görüşlərinə əsasən insan vücudu  özündə 3600 tanrı yerləşdirir.  Onların medidativ vizualizasiyası gündəlik psixotexniki məşğələləri ilə bağlıdır.  Bu tanrılar hamısı insana rəğbətlə yanaşmır. “Üç qurd”  adlandırılan ( sanşişen )  və  gümüş hərisliyi , acgözlük , şəhvət  kimi keyfiyyətlərdə  təmsil olunmuş tanrı  adeptlərin ölməzlik əldə etməsinə mane olur.

5.Cəhənnəm tanrıları ( difu şenlin ) -  Çin ənənələrinə görə iki axirət dünyası Tayşan və Fenduşan dağları ilə bağlıdır. Tayşan həyat müddəti və ruhun sonrakı qismətini müəyyən edir.  Böyük Fendu isə mərhumların ruh və kabuslarını idarə edir. Göy kimi cəhənnəm də 36 səviyyədən ibarətdir , hər bir səviyyənin öz tanrısı var.

6. Ölməzlər – Ümumiliklə qəbul olunmuş ölməzlər tipologiyası Qe Xunun “Baopu tszı”  (3-4 əsrlər ) traktatında verilmişdir. Göy ölməzləri ( tyansyan ) , yer ölməzləri ( disyan ) və  cəsəddən azad olunmuş ( ölüb –dirilən ) ölməzlər ( şitszeyan) . Ölməzlərin başqa bir daos tədqiqatçısı tərəfindən verilmiş təsnifatı da mövcuddur.

7.Həqiqi insanlar ( çjen jen) – Dao həqiqətini dərk etmiş , lakin vücud ölməzliyinə caan atmayanlar.

Bunlardan əlavə daosların pərəstişgahları – bütləri var. Müxtəlif materiallardan düzəldilir və daxilinə dinlə bağlı müxtəlif əşyalar  - məsələn , kanonik mətnlər və s. yerləşdirilir. Bu bütlər daoslar üçün fövqəlqüvvələrin rəmzidir . Onlar da arxaik xalq görüşlərindən daosizmə gəlmişdir. Bu Bütlər və pərəstişgahlar hərdən  gözəl sənət əsəri səviyyəsində düzəldilir.

 

Daosizm haqqında ümumi məlumat bu qədər. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Şəxsi münasibətim olaraq daosizm haqqında bir neçə kəlmə . 

 

Gördüyünüz kimi daosizm  çox mürəkkəb sistemlər kompleksidir. Burada fəlsəfə , din , praktikalar ( o cümlədən şəfaverici ) , Fen Şuy və s. daxildir.  Bu mürəkkəb kompleksdə  daosizm fəlsəfəsi ( ziddiyyətlərinə baxmayaraq ) bir qədim fikir incisi kimi tam ayrılıqda durur. Həqiqətən də , daosizm dininin daosizm fəlsəfəsini təhrif etdiyini deyənlərlə tam razıyam. Bu fəlsəfəni mövhumatlarla doldurub dinə çevirən xalq isə bir tərəfdən özünə din əldə edibsə - digər tərəfdən əsl daosizmi itiriblər. 

Şəxsən mənə daosizm həm də ona görə dəyərlidir ki, həm xoşladığım panteizm ideyasının bir formasıdır və həm də  sonradan Çinə gəlmiş buddizm ideyalarını yerli daosizmlə miks edərək Çan Buddizm ( Dzen Buddizm )  yaratmışlar.  Bütün dediklərimin yekunu kimi , əlbəttə , bəşər fikir tarixində Daosizmin  öz  haqlı olaraq qazandığı yeri olmaqla yanaşı günümüzdə də aktuallığını ( fəlsəfə və şəfaverici praktika kimi) itirməyib .  

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Facepalm
        • Downvote
        • Thanks
        • Like
      • 276 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Like
      • 87 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
        • Haha
      • 27 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
      • 86 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 45 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 47 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...