Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Express: Xəbərlər

SAPAND

Recommended Posts

Gəlin bu mövzuda rast gəldiyimiz xədərləri paylaşaq .

Fərq etməz internet  ,elektron  resusları və ya başqa mənbələr olsun .

Təklif edirəmki  digər istifadəçilər yerləşdirilmiş xəbərə şərh yazmasın  .

Xəbəri yerləşdirən forumçu xəbər haqda qısa məlumat və xəbərin mənbəyini göstərən linki yerləşdirsin .

Lazım gələr xəbəru burdan götürüb o biri bölmələrdə mövzu açmaq olar . 

Link to comment
Share on other sites

Sarımsaq möcüzəsi.

Arxeoloji qazıntılar zamanı məlum olub ki, Şumerlər sarımsaq haqqında ilk bilgilərə malik olublar və ondan dərman kimi istifadə ediblər. Qədim Misirlilərin də sarımsaq yedikləri və dərman kimi istifadə etdikləri haqda bilgilər mövcuddur. Tarixi mənbələrdə Gizək pramidasını inşa  etdirən Firon Xeopsun inşaat zamanı işçilərə bol sarımsaq yedirtdiyi haqda bilgilər mövcuddur. Sarımsaq Xaç yürüşləri zamanı Fransaya gətirilib oradan da  Avropaya yayılıb. Misirlilər sarımsağı  ölümcül xəstəliklərə qarşı dərman kimi istifadə  edirmişlər. Hətta bu bitkinin tanrılara aid müqəddəs bitki olduğuna inanıb, ölən insanların qəbirlərinə sarımsaq qoyarmışlar. Osmanlıda 4 – cü  Mehmetin həkimbaşı Nerullah oğlu Salehə  yazdığı əsərdə sarımsağın qış aylarında gül suyu ilə yeyilərkən bağırsaq parazitləri, ishal, ilan və əqrəb sancması, quduz it dişləməsi kimi hallarda yaxşı təsir göstərdiyini  bildirmişdir

Mənbə_ http://reklamazapreshena.tut/articles.php?item_id=20131222084855210&sec_id=10

Link to comment
Share on other sites

Bahalı və ektrovaqant avtomobil sevənlər üçün Yeni il hədiyyəsi olaraq dünyanın ən qiymətli maşınlarının siyahısını hazırlanıb. 40 milyon qiyməti olan “Bugatti Type 57SC” düyada ən bahalı maşını hesab edilir.

Daha ətraflı burda_ http://www.publika.az/news/avtomobil/d_nyan_n_n_bahal_10_avtomobili_q_ym_tl_r/

Link to comment
Share on other sites

Dekabrın 30-da Rusiyanın Volqoqrad şəhərində trolleybusda partlayış olub.

Partlayış Dzerjinski rayonunda bu gün səhər bazarın yaxınlığında 15 nömrəli trolleybusda baş verib. Ölənlərinin sayının 10-15 arasında olduğu bildirilir. 28 nəfər yaralanıb. Onlardan 22-si xəstəxanalara yerləşdirilib. Çoxunun vəziyyəti ağırdır.

Partlayışdakı yaralılar arasında südəmər körpə də olub. Həkimlər onun vəziyyətinin olduqca ağır kimi qiymətləndirir.

Bu haqda Rusiya Səhiyyə Nazirliyinin sözçüsü Oleq Salagay məlumat verib.

Rəsmilər bildirir ki, ilkin qənaətə görə bu terror aktıdır.

Bir gün əvvəl dekabrın 29-da isə Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində 17 adam ölmüşdü, 40 nəfər yaralanmışdı.

Hər iki hadisəyə görə hələlik məsuliyyəti üstünə götürən olmayıb.

Ekspertlər bunu Cənubi Qafqazdakı islamçı yaraqlıların əməli hesab edir.

Bu partlayışlar 2014-cü ildə Soçidə keçiriləcək olimpiya oyunlarında 6 həftə əvvələ təsadüf edir.

Link to comment
Share on other sites

Məsləkdaşım smile.png

"Sapandlı xala"nı azad etdilər

Ötən ilin may-iyun aylarında Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında, Gəzi parkı olaylarında fotoobyektivlərə polislərə sapandla daş atdığı yerdə görüntülənmiş, daha sonra həbsə alınmış Əminə Cansevər 3 aylıq həbsdən sonra dünən sərbəst buraxılıb.
Cansevər oktyabr ayında Gülsuyunda təşkil edilən əməliyyatda DHKP-C üzvü olduğu səbəbiylə nəzarətə alınmışdı. Dünən hakimlərin qərarı ilə azad edilib.
İyunda fotoşəkili çəkilən Əminə Cansevər ictimaiyyətdə arasında və mətbuatda «sapandlı xala» adlandırılırdı. İyun ayında fotoşəkili çəkilən Cansevər eyni axşam xərəklə xəstəxanaya götürülmüşdü.
O, bu hərəkəti ilə dinc nümayişçiləri gözyaşardıcı qazla, rezin güllələrlə, təzyiqli su ilə müdaxilə edən polislərə etiraz etdiyini bildirmişdi.
Link to comment
Share on other sites

Türkiyədə hökumətdə olan Ədalət və İnkişaf partiyasından millət vəkili seçilmiş Seyid Eyyuboğlunun oğlunun toyunda maraqlı hadisə yaşanıb.

Marka.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur "ATO Congresium"da keçirilən toy mərasimində tanınmış siyasətçilər və məşhur müğənnilər də iştirak ediblər. Ancaq toyda ən maraqlı olan gəlinə hədiyyə edilən qızıllar olub. Adət üzərinə hədiyyə qızılların gəlinə taxılması ona çətin anlar yaşadıb. Belə ki, qızılların ağırlığından hərəkət etməkdə çətinlik çəkdiyini deyən gəlin bir dəfə də büdrəyib. Bunu görən gəlinin yaxınları qızılları gəlinin üzərindən çıxarıblar.

Toy mərasimində həmçinin şabaş şəklində atılan "100"lük dollarlar da nəzərdən qaçmayıb.

Onu da qeyd edək ki, hal-hazırda Türkiyədə iki nazirin oğlu və bir çox hökumət nümayəndəsi rüşvət əməliyyatında həbs edilərək haqlarında istintaq aparılır.

Link to comment
Share on other sites

Yanvarin 7den benzin 1manat olur?

Cənub bölgəsindəki yanacaq doldurma məntəqələrində benzin ajiotajı yaşanır və avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir; Yanvarın ilk iş günü Tarif Şurasının benzinin yenidən bahalaşması qərarının elan ediləcəyi gözlənilir.

Cənub bölgəsindəki yanacaq doldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir. Sürücülərə bildiriblər ki, yalnız 5 manatlıq benzin ala bilərlər. Marka.az bildirir ki, bu barədə müsavat.com-a Masallıdakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, cənub bölgəsindəki yanacaqdoldurma məntəqələrində həyəcanlı anlar yaşanır. Məntəqələrdə böyük növbələr yaranıb, sürücülərlə yancaqdolduranlar arasında mübahisələr pik həddinə çatıb, hətta əlbəyaxa dava halları da müşahidə edilir. Yanacaqdolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.

Hökumətdəki mənbələr isə musavat.com-un müxbirinə benzin qıtlığının təsadüfü olmadığını deyib. Mənbə bildirib ki, böyük ehtimalla yanvarın ilk iş günü (7 yanvar) Tarif Şurası benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcək. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır və ona görə də benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər.

Benzin sonuncu dəfə bir ay öncə - Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Bunun ardınca mediada yanvarda benzinin yenidən bahalaşacağı ilə bağlı məlumatlar dolaşsa da, Tarif Şurası məlumatları təkzib edib. Ekspertlər də benzinin 1 ayda 2 dəfə bahalaşacağına şübhə ilə yanaşırdılar. Ancaq görünür, bu məlumatlar məqsədi şəkildə dövriyyəyə buraxılıb. Prezident də dekabrın sonunda enerji daşıyıcılarının, o cümlədən də benzinin xarici ölkələrlə müqayisədə ucuz olduğunu dilə gətirmişdi. Bəzi pessimist müşahidəçilər bunu yeni bahalaşma dalğasının anonsu kimi dəyərləndirdi, baxmayaraq ki, optimistlər dəyərləndirməni bölüşmədilər. Yanvarın ilk iş günü Tarif Şurası bahalaşma qərarını elan edərsə, onda pessimistlərdən üzr istəmək lazım gələcək.

Nəhayət, 2007-ci ilin ilk iş günü – yanvarın 8-də də hökumət elektrik enerjisinin düz 3 dəfə qaldırılması ilə bağlı qərar qəbul etmişdi. 1 kVt/saat elektrik enerjisinin qiyməti 2 qəpikdən 6 qəpiyə qaldırıldı. Bu qərar başqa sektorlarda da bahalaşma üçün əsas rolunu oynadı və 8 yanvar 2007-ci il tarixi “qara yanvar” kimi yaddaşlara hopdu. Böyük ehtimalla 7 yanvar 2014-cü il də yaddaşlarda növbəti “qara yanvar” kimi qalacaq.

Read more: http://marka.az/xeber-yanvarin-7-den-benzin-1-manat-olacaq-t1020.html#ixzz2pK5Cwq5u

Read more: http://marka.az/xeber-yanvarin-7-den-benzin-1-manat-olacaq-t1020.html#ixzz2pK5Cwq5u[

/font]

Yeni iliniz mubarek. Gulumseyin cenablar, gulumseyin Edited by fikus elastica
Link to comment
Share on other sites

Facebook sehifelerinin birinde paylasilmis bir xeber:

Şahdağ turizm kompleksində 84 nəfər yerli sakinin torpaqlarının hər kvadrat metri üçün 25 qəpik (bir hektar üçün 2500 manat) kompensasiya təklif edilib. İnsanlar bu təklifdən imtina etdikdə isə, torpaqları zorla əllərindən alınıb.

Paylaşdı: Zohrab Ismayil

Basqa hec bir menbe filan gosterilmeyib. Eger dogrudursa, vay bu milletin halina.

Link to comment
Share on other sites

Nelson Mandela Mossad agentlərindən təlim alıbmış

Israilin dövlət arxivindən yenicə açıqlanmış məxfi sənədlərə görə Cənubi Afrikanın əfsanəvi lideri 1962-ci ildə başqa ad altında Mossad casuslarından təlim və təlimatlar alıbmış.

Rəsmi məktubu açıqlamış Haaretz qəzeti yazır ki, İsrailin xüsusi xidmətləri Efiopiyada Mossad agentlərindən təlim almış Nelson Mandela-nın kimliyini bilməyib.

Cənubi Afrika liderinin ölümündən iki həftə sonra açıqlanmış sənəddə bildirilir ki, Mandela silahlardan və təxribat metodlarından, həmçinin sionizmə rəğbət oyadan təbliğatın aparılmasına dair təlim alıb.

Qəzet yazır ki, Mandela 1962-ci ildə Afrika Milli Konqresinə dəstək qazanmaq məqsədilə bir çox Afrika ölkələrinə səfər edib.

Efiopiyada olarkən Nelson Mandela başqa ad altında İsrail səfirliyinə yardım üçün müraciət edib.

QARA ANAQALLİS

Onun müraciəti barədə məlumat səfirlikdən İsrailə “Qara Anaqallis” ("Black Pimpernel"- bitki adı) kod adı ilə göndərilib.

Haaretz yazır ki, o illərdə Cənubi Afrika mətbuatı Mandelaya belə bir ayama vermişdi.
Sözügedən məktubda deyilir:

“Xatırlayırsınızsa, üç ay bundan əvvəl biz Rodeziyadan David Mobsari adı ilə Efiopiyadakı səfriliyimizə gəlmiş şəxsin məsələsini müzakirə etmişdik. Sözügedən şəxs efiopiyalılardan (oradakı Mossad agentləri məhz belə adlandırılırdılar) cüdo, təxribat və silahlara dair təlimlər alıb”.

Məktubda bildirilir ki, həmin şəxs Haganah yaraqlı yəhudi qruplaşmalarının döyüş təcrübəsi ilə maraqlanırmış. Haganah 1930-40-cı illərdə Britaniyanın Yaxın Şərqdəki işğal qüvvələrinə və Fələstinin ərəb əhalisinə qarşı mübarizə aparırdı.

Məktubda daha sonra qeyd olunurdu ki, Mandela İsrail casuslarını “Şalom” sözü ilə salamlayıb. Məktub müəllifi Mandelanı ziyalı və bir az kommunizmə meylli şəxs kimi tanıdır.

Sənəddən belə başa düşmək olur ki, İsrail kəşfiyyatı Rodeziyadan gəldiyini söyləyən şəxs Cənubi Afrikada həbs olunduqdan sonra onun əsl adının Mandela olduğunu öyrənib.

Qəzet yazır ki, bu məktub dövlət arxivində saxlanıb və bir neçə il bundan əvvəl İsrail-Cənubi Afrika münasibətləri barədə kurs işi yazan bir tələbə tərəfindən aşkar olunub.
İsrailin Xarici İşlər Nazirliyi 1962-ci ildə İsrail rəsmiləri ilə Mandela arasında görüşün yer aldığını təsdiq edib, lakin Mossad və təlim söhbətinin üstündən sükutla keçib

Link to comment
Share on other sites

Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların yayımı dayandırılıb. 

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən ANS PRESS-ə verilən məlumata görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.

Ətraflı Burada. http://gundemxeber.az/cemiyyet/9346-azjrbaycanda-xarici-kanallardn-yaydmd-dayanddrdldd-video.html

Link to comment
Share on other sites

Deyilənlərə görə, Prezidentin qızı Arzu Əliyevanın sahib olduğu SilkWay Holdingə məxsus SilkWay Airlines saytı (SilkWayWest.com) xakerlərin hücumuna məruz qalıb. Belə ki, xakerlər sayta keçid ataraq, onu "silkwaywest.bl.ee" saytına yönləndiriblər. Sayta daxil olduqda xakerlərin məlumatları və sosial-ictimai mesajlar öz əksini tapır. Əsasən isə son günlər bahalaşan benzinlə bağlı "Benzin qalxdı. Xalq qalxmadı" ifadəsi qeyd olunub ©

KD8zNy.png

Qeyd: Hal-hazırda sayt bərpa olunub.

Edited by Museyib Elekber

Xalqin adindan danismasinlar qoy. Xalq qalxdi, qalxdi ki, yerini deyishib basqa bir yerde otursun((( daha dogrusu yatsin

Link to comment
Share on other sites

2005-ci ilin oktyabrından həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanov uzun illərdən sonra yenidən məhkəmə qarşısına çıxdı. Bakı Apelyasiya Məhkəməsində dünən Əli Insanovun işi üzrə iki ayrı-ayrı məhkəmə iclasları oldu. Söhbət, Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdən, eləcə də işgəncəyə məruz qalmasıyla əlaqədar ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə birinci məhkəmə instansiyasının qərarından verilən apelyasiya şikayətlərilə bağlı məhkəmə iclaslarından gedir.
Qeyd edək ki, Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə hər iki iş üzrə şikayətlərə baxaraq, Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Dünən əvvəlcə səhər saatlarında hakim Sənan Hacıyevin sədrliyilə Ədliyyə naziri və Penitensiar Xidmətə qarşı iddia üzrə məhkəmə iclası keçirildi. Məhkəmədə cavabdehlərdən Penitensiar Xidmətin nümayəndəsi Ziya Dadaşov iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim yox idi.
Hakim prosesin Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan davam etdirilib-etdirilməməsi məsələsinə münasibət soruşarkən Əli Insanov etiraz etdi. O, şəxsən ədliyyə naziri Fikrət Məmmədovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırdı: “Mənim iddiamın əsasında şəxsən Fikrət Məmmədovun özü durur. O, nəyə arxayındır ki, məhkəməyə nəinki özü gəlməyib, heç nümayəndəsini də göndərməyib. Mənə verilən işgəncələrin başında şəxsən onun özü durur, xalası oğlu Ilham Əliyevin tapışırığı əsasında. Ona görə də vəsatət verirəm ki, Fikrət Məmmədov özü gəlsin. Mənim ona çoxlu suallarım var”.
Vəsatət müzakirəyə çıxarılarkən Penitensiar Xidmətin nümayəndəsi bildirdi ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin strukturudur və bu səbəbdən məhkəmədə onun iştirakı ilə kifayətlənmək olar, Yəni, prosesdə Ədliyyə Nazirliyinin də təmsil olunmasına ehtiyac yoxdur.
Əli Insanovun nümayəndəsi Ağaveyis Şahverdi bu arqumentə etiraz etdi: “Ədliyyə Nazirliyi etibarnamə veribmi ki, Penitensiar Xidmətin nümayəndəsi onu da təmsil etsin? Digər tərəfdən, iddia şəxsən nazirin özünə qarşı qaldırılıb, iddianın əsasında cavabdeh şəxs kimi şəxsən nazir özü durur”.

İlham Əliyevin göstərişi var ki, mən buradan çıxmamalıyam”

Məhkəmə iclasının əvvəlində hakim Əli Insanovdan əvvəlki məhkəmə prosesindən ötən bir neçə il ərzində anket məlumatlarında hər hansı dəyişiklik olub-olmadığını soruşanda keçmiş nazir belə cavab verdi: “Bu doqquz ildə həyatımda işgəncədən başqa dəyişən heç nə olmayıb”.
Əli Insanov həmçinin məhkəmədən çıxışları zamanı sözünün yarımçıq kəsilməməsini xahiş etdi: “Sözümü kəsməyin, məni çaşdırmağa çalışmayın, onsuz da çaşan deyiləm. Elə eləməyin ki, arada hörmətsizlik olsun. Onsuz da uzun danışan deyiləm, çıxışlarım 3-5 dəqiqədən çox olmayacaq”.
Əli Insanovun vəkillərindən Toğrul Babayev məsafə baxımından müvəkkili ilə məsləhətləşmələrdə çətinlik çəkdiklərini məhkəmənin nəzərinə çatdıraraq, Əli Insanovun dəmir barmaqlıqlar arxasından çıxarılıb, onların yanında əyləşməsi barədə vəsatət qaldırdı.
Vəsatəti keçmiş nazirin digər vəkili Ağaveyis Şahverdi də müdafiə etdi: “Onun qəfəsdə saxlanılması bizə də problem yaradır, nə isə soruşmaq lazım olanda, bunu eləyə bilmirik. Ona görə də xahiş edirik, müdafiəni qurmağımıza şərait yaradasınız”.
Hakim vəsatətlə bağlı tərəflərin fikirlərini öyrənəndən sonra prosesi təxirə salmaq istədi. Bildirdi ki, Əli Insanovun qəfəsdən çıxarılması üçün zalda müəyyən dəyişikliklər edilməlidir. Vəkillər isə bu fikirlə razılaşmadılar. Bildirdilər ki, onun qəfəsdən çıxıb müdafiəçilərilə yanaşı əyləşməsi üçün heç bir dəyişikliyə ehtiyac yoxdur və bu proses 1-2 dəqiqəlik işdir.
Əli Insanov özü də məhkəmənin buna görə təxirə salınmasına etiraz etdi: “İlham Əliyevin göstərişi var ki, mən buradan çıxmamalıyam, doğrudurmu? Lazım deyil, çıxmıram, mənə burada da rahatdır, davam etdirin məhkəməni. Bu işi uzatmaq üçün bəhanə axtarırsız”.
Vəkillər də dedilər ki, məhkəmənin əsassız təxirə salınmasının qarşısını almaq üçün vəsatəti geri götürürlər.
Bundan sonra vəkil Ağaveyis Şahverdi Əli Insanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, onun azadlığa buraxılması barədə vəsatət qaldırdı. Əli Insanovun həbs olunana qədər Azərbaycanda nazir olduğunu, Ümumdünya Səhiyyə Təşkilatında mühüm vəzifə tutduğunu, ağciyər xəstəlikləri üzrə bütün dünyada ən tanınmış həkimlərdən biri olduğunu vurğulayan vəkil bildirdi ki, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsə, məhkəmə iclaslarına da gəlib-gedəcək.
Məhkəmə vəsatəti təmin etmədi.

“İlham Əliyev tək mənə yox, bütün millətimə nifrət edir”

Ağaveyis Şahverdinin digər vəsatəti apelyasiya şikayəti üzrə baxışa xitam verilərək, işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi haqda oldu. Bu vəsatətə münasibət bildirmək üçün Əli Insanova söz veriləndə o, fikirlərini belə ifadə etdi: “Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunmayıb. Görün, bu məmləkəti Ilham Əliyev nə günə qoydu... Biz beləmi arzulamışdıq? Hörmətli hakimlər, siz haqqı bərqərar etmək gücündə deyilsiz, heç olmasa, batili ifşa edin. Vəkillərim həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdilər, təmin etmədiniz. Mənim buradan çıxıb orada oturmağıma qərar verməyə cəsarətiniz çatmırsa, həbsdən buraxılma qərarı verə bilərsinizmi?
Ey Ilham Əliyev, eşit və bil, xalqın iradəsi üzərində Allahdan başqa güc yoxdur..."
Bu yerdə hakim Qədim Babayev Əli Insanovun çıxışını yarımçıq dayandırmaq istədi:
- Əyləşin...
- Məni danışmağa qoymursuz? Mən bura susmağa gəlməmişəm, danışmağa gəlmişəm. Doqquzuncu ildir ki, Ilham Əliyevin göstərişi ilə bütün işgəncə yerlərindən keçmişəm. Bircə qəbiristanlıq qalıb. Bu məhkəmə nə hökumətin, nə də bizim şikayətimiz əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunmayıb. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi, işimə baxan müstəntiqin, hakimin, hətta türmə rəisinin kim olduğu hamıya bəllidir. O, bir nəfərdir - Ilham Əliyev.
O tək mənə yox, bütün millətimə nifrət edir. Millətdən qisas alır. Millət də ona borclu qalmadı - 9 oktyabrda ona səs vermədi. Nə mən, nə də dünya onun legitimliyini tanıyırıq...
Hakim Qədim Babayev görəndə ki, Əli Insanov susmaq istəmir, tələsik fasilə elan etdi. Amma Əli Insanov hakimlər zaldan çıxanda da fikirlərini davam etdirdi: “Ilham Əliyevin sayəsində ölkənin sosial-iqtisadi siyasəti, diplomatiyası iflasa uğrayıb...”

Ali Məhkəmənin bir-birinə zidd iki qərarı

Hakimlər zala qayıdandan sonra vəkil Ağaveyis Şahverdi daha bir vəsatət qaldırdı. O bildirdi ki, Ali Məhkəmənin Plenumu Əli Insanovun işi üzrə apelyasiya məhkəməsinin 21 sentyabr 2007-ci il tarixli qərarını ləğv eləsə də, bu məhkəmənin hazırlıq iclasının qərarını qüvvədə saxlayıb. Həmin qərarda isə bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan və s.) keçirilməsi öz əksini tapıb. Eyni zamanda, Plenumun qərarında göstərilib ki, iş təkrar araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilir. Vəkil dedi ki, əgər bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsinə dair qərar qüvvədə saxlanılıbsa, o zaman necə araşdırma aparıla bilər? Ortada Ali Məhkəmənin bir-birinə zidd iki qərarının olduğunu deyən vəkil Əli Insanova bəraət verilməsi haqda vəsatət verdi.
Hakim bildirdi ki, zərurət yaransa, tam və ya qismən məhkəmə istintaqı aparıla bilər. Vəkil isə dedi ki, bu instansiyada prosesin məhkəmə istintaqı olmadan aparılması barədə 2007-ci ildə çıxarılmış hazırlıq iclasının qərarı qüvvədə saxlanılıbsa, indi məhkəmə istintaqı ilə prosesi aparmaq həmin qərara zidd olacaq.

“Sirus Təbrizlini zəhərləyiblər”

Əli Insanovun isə bu vəsatətə münasibəti belə oldu: “Ali Məhkəmənin sədri Ramiz Rzayev qanunun tələbi yox, prezidentinin göstərişi əsasında qərar çıxarır. Məni həbsdə saxlamaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv etmədilər. Halbuki, Avropa Məhkəməsinin aşkarladığı pozuntular orada baş vermişdi. Ramiz Rzayev Avropa Məhkəməsinin qərarının icrasına imkan vermədi.
Ramiz Rzayev deyir ki, biz müstəqil dövlətik, heç bir beynəlxalq təşkilat bizə göstəriş verə bilməz. Bu, onun yox, prezidentinin sözüdür. Nə qədər qüsurlu tezisdir... Bu o deməkdir ki, biz istədiyimiz vəhşiliyi edə bilərik. Ali Məhkəmənin sədri prezidentinin ağzından düşən qüsurlu tezisi təkrarlayırsa, daha nə demək olar? Düşmən dəyirmanına suyu biz yox, bu hakimiyyət tökür..."
Hakim:
- Əyləşin...
- Mən sözümü qurtarmamışam. Otuza yaxın məhkəmə iddiam olub, yüzə yaxın məhkəmə iclası keçirilib. Necə ola bilər ki, bunların birində də vətəndaşın xeyrinə qərar çıxarılmasın? Hörmətli hakimlər, əslində, mən sizin də ürəyinizdən keçən, demək istədiyiniz, amma deyə bilmədiklərinizi dilə gətirirəm. Sizin haqq-ədaləti bərpa etməyə gücünüz, batili ifşa etməyə cəsarətiniz çatmır. Sifarişlərini yerinə yetirdiyiniz adamlar Azərbaycanı dünyada etibarsız tərəfdaş kimi rüsvay edib, erməni lobbisinin əlinə kart verib. Ilham Əliyev 50 ildə prezident olsa, Qarabağ problemini həll edə bilməz. Bu həqiqətləri dilə gətirənlər ya Elmar Hüseynov, Şahmərdan Cəfərov, Ziya Bünyadov kimi güllələnir, ya Sirus Təbrizli kimi zəhərlənir, ya ölkədən sürgün olunur, ya da mənim kimi həbsə atılır.
Ilham Əliyev bu ölkəyə bəla gəlib. Mənim qolum quruyaydı ona “bəli” deyən yerdə...
Bu yerdə yenə hakimlər tələsik fasilə elan edib, məhkəmə zalını tərk etdilər. Əli Insanov isə onlar gedə-gedə də çıxışını davam etdirdi:
- Milləti aldatdılar. Indi top-tüfəng, polis arxasında gizlənib. Cəsarətin varsa, gəl üz-üzə, kişi kimi mübarizə aparaq. Ilham Əliyev məni sındırmaq istəyir. Amma bil, Ilham Əliyev, məni sındırmağa nə savadın, nə cəsarətin, nə də gücün çatar.
Gecə-gündüz mənə əfv yazmaq təklif olunur, yazmıram. Ilham Əliyev getsin, öz ətrafındakıları əfv etsin. Hamısı təpədən dırnağa qədər cinayət içindədir.
Mən Sirus Təbrizlinin həkimi olmuşam, sağlam adam idi. O, öz əcəli ilə ölə bilməzdi. Elə zəhər var ki, insanı uzun müddət yatırdıb öldürür. Sirus Təbrizli Ismayıllı hadisələrindən sonra “görəsən Bakıda kimi və nəyi yandıracaqlar?” ifadəsini işlətmişdi. Bu sözdən sonra onu zəhərlədilər..."

Hakimlərə etiraz

Məhkəmə vəkillərin bəraətlə bağlı vəsatətini də təmin etmədi. Ona görə Əli Insanov hakimlər heyətinə yazılı etirazını məhkəməyə təqdim etdi. Keçmiş nazir etirazını məhkəmənin qərəzli olması ilə izah etdi: “Vəkillərimin verdiyi üç vəsatətin heç biri təmin olunmadı. Bu gün burada baş verənlər açıq aşkar qərəzin, Ilham Əliyev tərəfindən verilmiş sifarişin təzahürüdür. Cidanı çuvalda gizlətmək olmaz. Mən bilirəm ki, siz hakimlər hər ay Heydər Əliyev Fonduna pul köçürürsünüz. Hardan alırsız bu pulları? Sizin halınıza acıyıram. Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. Inqilabı da NIDA Vətəndaş Hərəkatı başlayıb və bu proses başa çatacaq...”.
Hakimlər heyətinə etiraza Bakı Apelyasiya Məhkəməsinin sədri baxıb qərar verməlidir. Ona görə bu iş üzrə məhkəmə də yanvarın 31-i günün ikinci yarısına təxirə salındı.

Link to comment
Share on other sites

Azərbaycanda ilk dəfə GMO toxumlardan istifadə edilib-edilmədiyi yoxlanılır

Bu məqsədlə artıq ölkənin 3 bölgəsinə elmi ekspedisiyalar təşkil edilərək müəyyən maarifləndirici seminarlarlar keçirilib və az miqdarda analiz üçün nümunələr götürülüb. Bu il həmin nümunələrin analiz edilməsi və onların GMO toxumu olub-olmadığını üzə çıxarmaq planlaşdırılır.

Əsas nümunələr qarğıdalıdan, xüsusilə Quba-Qusar, Şəki-Zaqatala bölgəsindəki qarğıdalı toxumlarından götürülüb. Bir neçə nümunə də kartof toxumlarından götürülüb. Bundan əlavə, mütəxəssislər daha bir neçə bölgəyə səfər etməyi və oradan da nümunələr götürməyi nəzərdə tuturlar: "Bundan sonra hansı bölgədə əkilən bitki nümunələrində GMO-nun olub-olmadığını deyə biləcəyik. Bu analizlər olmadan bu barədə fikir söyləmək hələ mümkün deyil".

Ətraflı burada http://anspress.com/index.php?a=2&lng=az&nid=248976

Link to comment
Share on other sites

Bu saatlarda Bakıda faciə baş verib. Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Əslində bina həyətə doğru uçurulmalıymış ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir. 
Son məlumat da budur ki, uşqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir.

©

https://www.facebook.com/photo.php?fbid=592521194151620&set=a.358395937564148.74823.358369960900079&type=1

Link to comment
Share on other sites

Bu saatlarda Bakıda faciə baş verib. Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Əslində bina həyətə doğru uçurulmalıymış ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir. Son məlumat da budur ki, uşqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir.

©

https://www.facebook.com/photo.php?fbid=592521194151620&set=a.358395937564148.74823.358369960900079&type=1

O qeder xerc çekdiler binanı bezediler işıqlandırdılar,indi sökürler,sökende de insanların başına sökürler.Milletin qanını içmekden gözleri doymayıb hele.
Link to comment
Share on other sites

2005-ci ilin oktyabrından həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanov uzun illərdən sonra yenidən məhkəmə qarşısına çıxdı. Bakı Apelyasiya Məhkəməsində dünən Əli Insanovun işi üzrə iki ayrı-ayrı məhkəmə iclasları oldu. Söhbət, Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdən, eləcə də işgəncəyə məruz qalmasıyla əlaqədar ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə birinci məhkəmə instansiyasının qərarından verilən apelyasiya şikayətlərilə bağlı məhkəmə iclaslarından gedir.

Qeyd edək ki, Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə hər iki iş üzrə şikayətlərə baxaraq, Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Dünən əvvəlcə səhər saatlarında hakim Sənan Hacıyevin sədrliyilə Ədliyyə naziri və Penitensiar Xidmətə qarşı iddia üzrə məhkəmə iclası keçirildi. Məhkəmədə cavabdehlərdən Penitensiar Xidmətin nümayəndəsi Ziya Dadaşov iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim yox idi.

Hakim prosesin Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan davam etdirilib-etdirilməməsi məsələsinə münasibət soruşarkən Əli Insanov etiraz etdi. O, şəxsən ədliyyə naziri Fikrət Məmmədovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırdı: “Mənim iddiamın əsasında şəxsən Fikrət Məmmədovun özü durur. O, nəyə arxayındır ki, məhkəməyə nəinki özü gəlməyib, heç nümayəndəsini də göndərməyib. Mənə verilən işgəncələrin başında şəxsən onun özü durur, xalası oğlu Ilham Əliyevin tapışırığı əsasında. Ona görə də vəsatət verirəm ki, Fikrət Məmmədov özü gəlsin. Mənim ona çoxlu suallarım var”.

Vəsatət müzakirəyə çıxarılarkən Penitensiar Xidmətin nümayəndəsi bildirdi ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin strukturudur və bu səbəbdən məhkəmədə onun iştirakı ilə kifayətlənmək olar, Yəni, prosesdə Ədliyyə Nazirliyinin də təmsil olunmasına ehtiyac yoxdur.

Əli Insanovun nümayəndəsi Ağaveyis Şahverdi bu arqumentə etiraz etdi: “Ədliyyə Nazirliyi etibarnamə veribmi ki, Penitensiar Xidmətin nümayəndəsi onu da təmsil etsin? Digər tərəfdən, iddia şəxsən nazirin özünə qarşı qaldırılıb, iddianın əsasında cavabdeh şəxs kimi şəxsən nazir özü durur”.

İlham Əliyevin göstərişi var ki, mən buradan çıxmamalıyam”

Məhkəmə iclasının əvvəlində hakim Əli Insanovdan əvvəlki məhkəmə prosesindən ötən bir neçə il ərzində anket məlumatlarında hər hansı dəyişiklik olub-olmadığını soruşanda keçmiş nazir belə cavab verdi: “Bu doqquz ildə həyatımda işgəncədən başqa dəyişən heç nə olmayıb”.

Əli Insanov həmçinin məhkəmədən çıxışları zamanı sözünün yarımçıq kəsilməməsini xahiş etdi: “Sözümü kəsməyin, məni çaşdırmağa çalışmayın, onsuz da çaşan deyiləm. Elə eləməyin ki, arada hörmətsizlik olsun. Onsuz da uzun danışan deyiləm, çıxışlarım 3-5 dəqiqədən çox olmayacaq”.

Əli Insanovun vəkillərindən Toğrul Babayev məsafə baxımından müvəkkili ilə məsləhətləşmələrdə çətinlik çəkdiklərini məhkəmənin nəzərinə çatdıraraq, Əli Insanovun dəmir barmaqlıqlar arxasından çıxarılıb, onların yanında əyləşməsi barədə vəsatət qaldırdı.

Vəsatəti keçmiş nazirin digər vəkili Ağaveyis Şahverdi də müdafiə etdi: “Onun qəfəsdə saxlanılması bizə də problem yaradır, nə isə soruşmaq lazım olanda, bunu eləyə bilmirik. Ona görə də xahiş edirik, müdafiəni qurmağımıza şərait yaradasınız”.

Hakim vəsatətlə bağlı tərəflərin fikirlərini öyrənəndən sonra prosesi təxirə salmaq istədi. Bildirdi ki, Əli Insanovun qəfəsdən çıxarılması üçün zalda müəyyən dəyişikliklər edilməlidir. Vəkillər isə bu fikirlə razılaşmadılar. Bildirdilər ki, onun qəfəsdən çıxıb müdafiəçilərilə yanaşı əyləşməsi üçün heç bir dəyişikliyə ehtiyac yoxdur və bu proses 1-2 dəqiqəlik işdir.

Əli Insanov özü də məhkəmənin buna görə təxirə salınmasına etiraz etdi: “İlham Əliyevin göstərişi var ki, mən buradan çıxmamalıyam, doğrudurmu? Lazım deyil, çıxmıram, mənə burada da rahatdır, davam etdirin məhkəməni. Bu işi uzatmaq üçün bəhanə axtarırsız”.

Vəkillər də dedilər ki, məhkəmənin əsassız təxirə salınmasının qarşısını almaq üçün vəsatəti geri götürürlər.

Bundan sonra vəkil Ağaveyis Şahverdi Əli Insanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, onun azadlığa buraxılması barədə vəsatət qaldırdı. Əli Insanovun həbs olunana qədər Azərbaycanda nazir olduğunu, Ümumdünya Səhiyyə Təşkilatında mühüm vəzifə tutduğunu, ağciyər xəstəlikləri üzrə bütün dünyada ən tanınmış həkimlərdən biri olduğunu vurğulayan vəkil bildirdi ki, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsə, məhkəmə iclaslarına da gəlib-gedəcək.

Məhkəmə vəsatəti təmin etmədi.

“İlham Əliyev tək mənə yox, bütün millətimə nifrət edir”

Ağaveyis Şahverdinin digər vəsatəti apelyasiya şikayəti üzrə baxışa xitam verilərək, işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi haqda oldu. Bu vəsatətə münasibət bildirmək üçün Əli Insanova söz veriləndə o, fikirlərini belə ifadə etdi: “Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunmayıb. Görün, bu məmləkəti Ilham Əliyev nə günə qoydu... Biz beləmi arzulamışdıq? Hörmətli hakimlər, siz haqqı bərqərar etmək gücündə deyilsiz, heç olmasa, batili ifşa edin. Vəkillərim həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdilər, təmin etmədiniz. Mənim buradan çıxıb orada oturmağıma qərar verməyə cəsarətiniz çatmırsa, həbsdən buraxılma qərarı verə bilərsinizmi?

Ey Ilham Əliyev, eşit və bil, xalqın iradəsi üzərində Allahdan başqa güc yoxdur..."

Bu yerdə hakim Qədim Babayev Əli Insanovun çıxışını yarımçıq dayandırmaq istədi:

- Əyləşin...

- Məni danışmağa qoymursuz? Mən bura susmağa gəlməmişəm, danışmağa gəlmişəm. Doqquzuncu ildir ki, Ilham Əliyevin göstərişi ilə bütün işgəncə yerlərindən keçmişəm. Bircə qəbiristanlıq qalıb. Bu məhkəmə nə hökumətin, nə də bizim şikayətimiz əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunmayıb. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi, işimə baxan müstəntiqin, hakimin, hətta türmə rəisinin kim olduğu hamıya bəllidir. O, bir nəfərdir - Ilham Əliyev.

O tək mənə yox, bütün millətimə nifrət edir. Millətdən qisas alır. Millət də ona borclu qalmadı - 9 oktyabrda ona səs vermədi. Nə mən, nə də dünya onun legitimliyini tanıyırıq...

Hakim Qədim Babayev görəndə ki, Əli Insanov susmaq istəmir, tələbeeeeep fasilə elan etdi. Amma Əli Insanov hakimlər zaldan çıxanda da fikirlərini davam etdirdi: “Ilham Əliyevin sayəsində ölkənin sosial-iqtisadi siyasəti, diplomatiyası iflasa uğrayıb...”

Ali Məhkəmənin bir-birinə zidd iki qərarı

Hakimlər zala qayıdandan sonra vəkil Ağaveyis Şahverdi daha bir vəsatət qaldırdı. O bildirdi ki, Ali Məhkəmənin Plenumu Əli Insanovun işi üzrə apelyasiya məhkəməsinin 21 sentyabr 2007-ci il tarixli qərarını ləğv eləsə də, bu məhkəmənin hazırlıq iclasının qərarını qüvvədə saxlayıb. Həmin qərarda isə bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan və s.) keçirilməsi öz əksini tapıb. Eyni zamanda, Plenumun qərarında göstərilib ki, iş təkrar araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilir. Vəkil dedi ki, əgər bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsinə dair qərar qüvvədə saxlanılıbsa, o zaman necə araşdırma aparıla bilər? Ortada Ali Məhkəmənin bir-birinə zidd iki qərarının olduğunu deyən vəkil Əli Insanova bəraət verilməsi haqda vəsatət verdi.

Hakim bildirdi ki, zərurət yaransa, tam və ya qismən məhkəmə istintaqı aparıla bilər. Vəkil isə dedi ki, bu instansiyada prosesin məhkəmə istintaqı olmadan aparılması barədə 2007-ci ildə çıxarılmış hazırlıq iclasının qərarı qüvvədə saxlanılıbsa, indi məhkəmə istintaqı ilə prosesi aparmaq həmin qərara zidd olacaq.

“Sirus Təbrizlini zəhərləyiblər”

Əli Insanovun isə bu vəsatətə münasibəti belə oldu: “Ali Məhkəmənin sədri Ramiz Rzayev qanunun tələbi yox, prezidentinin göstərişi əsasında qərar çıxarır. Məni həbsdə saxlamaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv etmədilər. Halbuki, Avropa Məhkəməsinin aşkarladığı pozuntular orada baş vermişdi. Ramiz Rzayev Avropa Məhkəməsinin qərarının icrasına imkan vermədi.

Ramiz Rzayev deyir ki, biz müstəqil dövlətik, heç bir beynəlxalq təşkilat bizə göstəriş verə bilməz. Bu, onun yox, prezidentinin sözüdür. Nə qədər qüsurlu tezisdir... Bu o deməkdir ki, biz istədiyimiz vəhşiliyi edə bilərik. Ali Məhkəmənin sədri prezidentinin ağzından düşən qüsurlu tezisi təkrarlayırsa, daha nə demək olar? Düşmən dəyirmanına suyu biz yox, bu hakimiyyət tökür..."

Hakim:

- Əyləşin...

- Mən sözümü qurtarmamışam. Otuza yaxın məhkəmə iddiam olub, yüzə yaxın məhkəmə iclası keçirilib. Necə ola bilər ki, bunların birində də vətəndaşın xeyrinə qərar çıxarılmasın? Hörmətli hakimlər, əslində, mən sizin də ürəyinizdən keçən, demək istədiyiniz, amma deyə bilmədiklərinizi dilə gətirirəm. Sizin haqq-ədaləti bərpa etməyə gücünüz, batili ifşa etməyə cəsarətiniz çatmır. Sifarişlərini yerinə yetirdiyiniz adamlar Azərbaycanı dünyada etibarsız tərəfdaş kimi rüsvay edib, erməni lobbisinin əlinə kart verib. Ilham Əliyev 50 ildə prezident olsa, Qarabağ problemini həll edə bilməz. Bu həqiqətləri dilə gətirənlər ya Elmar Hüseynov, Şahmərdan Cəfərov, Ziya Bünyadov kimi güllələnir, ya Sirus Təbrizli kimi zəhərlənir, ya ölkədən sürgün olunur, ya da mənim kimi həbsə atılır.

Ilham Əliyev bu ölkəyə bəla gəlib. Mənim qolum quruyaydı ona “bəli” deyən yerdə...

Bu yerdə yenə hakimlər tələbeeeeep fasilə elan edib, məhkəmə zalını tərk etdilər. Əli Insanov isə onlar gedə-gedə də çıxışını davam etdirdi:

- Milləti aldatdılar. Indi top-tüfəng, polis arxasında gizlənib. Cəsarətin varsa, gəl üz-üzə, kişi kimi mübarizə aparaq. Ilham Əliyev məni sındırmaq istəyir. Amma bil, Ilham Əliyev, məni sındırmağa nə savadın, nə cəsarətin, nə də gücün çatar.

Gecə-gündüz mənə əfv yazmaq təklif olunur, yazmıram. Ilham Əliyev getsin, öz ətrafındakıları əfv etsin. Hamısı təpədən dırnağa qədər cinayət içindədir.

Mən Sirus Təbrizlinin həkimi olmuşam, sağlam adam idi. O, öz əcəli ilə ölə bilməzdi. Elə zəhər var ki, insanı uzun müddət yatırdıb öldürür. Sirus Təbrizli Ismayıllı hadisələrindən sonra “görəsən Bakıda kimi və nəyi yandıracaqlar?” ifadəsini işlətmişdi. Bu sözdən sonra onu zəhərlədilər..."

Hakimlərə etiraz

Məhkəmə vəkillərin bəraətlə bağlı vəsatətini də təmin etmədi. Ona görə Əli Insanov hakimlər heyətinə yazılı etirazını məhkəməyə təqdim etdi. Keçmiş nazir etirazını məhkəmənin qərəzli olması ilə izah etdi: “Vəkillərimin verdiyi üç vəsatətin heç biri təmin olunmadı. Bu gün burada baş verənlər açıq aşkar qərəzin, Ilham Əliyev tərəfindən verilmiş sifarişin təzahürüdür. Cidanı çuvalda gizlətmək olmaz. Mən bilirəm ki, siz hakimlər hər ay Heydər Əliyev Fonduna pul köçürürsünüz. Hardan alırsız bu pulları? Sizin halınıza acıyıram. Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. Inqilabı da NIDA Vətəndaş Hərəkatı başlayıb və bu proses başa çatacaq...”.

Hakimlər heyətinə etiraza Bakı Apelyasiya Məhkəməsinin sədri baxıb qərar verməlidir. Ona görə bu iş üzrə məhkəmə də yanvarın 31-i günün ikinci yarısına təxirə salındı.

Fevralın 7-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri li İnsanovun növbəti məhkəmə prosesi keçirilib.

«Yerdə qalan obyektləri prezident İlham liyevin ailəsi özəlləşdirib». Hakim bu yerdə li İnsanovun danışmağına mane olub. li İnsanov sözlərinə onu da əlavə edib ki, özəlləşdirmə gedişində dövlət büdcəsinə yarım milyard pul keçirilib: «Bəs 30 milyard hara, kimin cibinə gedib? Burda «Semaşko» haqqında söhbət getdi. O xəstəxananın 2 hektar ərazisini prezidentin xalası oğlu özəlləşdirib. Dərmanların alınmasında maliyyə pozuntularından danışırsınız. Baş Apteklər İdarəsinin rəisi Rafiq Mahmudov idi. Bakı Baş Apteklər İdarəsinin də rəisi bunların qohumu -Mehriban liyevanın dayısı idi».

İnsanov şahid ifadələrinin yalan olduğunu bildirib. Proses boyu hakim dəfələrlə li İnsanovun fikirlərini axıra çatdırmağa imkan verməyib.

İlham liyevin, Mehriban liyevanın və onların yaxın qohumlarının adları çəkilən zaman hakim li İnsanovun səsini kəsib.

Daha sonra li İnsanov deyib ki, əgər mənim işçim rüşvət alıbsa, məni həbs ediblər, mən rüşvət almışamsa, bəs niyə İlham liyevi tutmurlar?

Hakim bu dəfə də li İnsanovun danışmağına mane olub.

Proses fevralın 14-nədək ertələnib.

Edited by fikus elastica
Link to comment
Share on other sites

http://www.azadliq.org/content/article/25264893.html

Fevralın 14-də Kirman şəhərində Təbrizin «Traktorsazi» komandası meydan sahibi «Mis Kirman» klubunu 1-0 hesabı ilə udaraq İran kubokunun qalibi olub.

İran xəbər agentlikləri Azərbaycan şəhərlərində əhalinin küçələrə çıxıb şənlik etdiklərini bildirir.

İran azərbaycanlıları tərəfindən sevilən və əhali arasında «Tıraxtur» olaraq tanınan «Traktorsazi» klubu ikinci dəfə Asiya Çempionlar Liqasında iştirak hüququ da qazanıb.

Klubun Portuqaliyadan olan baş məşqçisi António José Oliveira oyunçu və məşqçilik həyatında «Tıraxtur» qədər sevilən bir klub görmədiyini deyir.

Link to comment
Share on other sites

  • 1 month later...

Bu dəfə də Bakı üçün hesablanmamış "nəzərdə tutulmayan" küləklər görün Bakıda nələr törətdi. Şəkillərə diqqət yetirin.

http://news.lent.az/news/159490

"Səhv düşəndə yerimiz" buna deyərlər. Bakı külək üçün yox, külək Bakı üçün nəzərdə tutulmalı idi )))

kimse yazmishdi ki, tebietin Hacibala ile zarafati var)))

Link to comment
Share on other sites

  • 2 weeks later...

Benzinin qiyməti yenidən qalxdı ?   thinking.gif

Aİ-95 markalı benzin bu gündən 93 qəpiyə satılacaq. 
 
“Qafqazinfo” Deyerler.org-a istinadən xəbər verir ki, bu gündən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.

Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.

tebrikler((( bunu movzuya kecirmek lazimdi

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 9 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 36 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Like
      • 45 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
        • Haha
        • Like
      • 127 replies
    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
        • Haha
      • 29 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Like
      • 24 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
        • Haha
      • 8 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...