Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Express: Xəbərlər


SAPAND

Recommended Posts

İyunun 11-də Xəzər dənizində 3 adam batıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının məlumatına görə, hadisənin biri günorta saatlarında Bakının Şüvəlan qəsəbəsində baş verib. 17 yaşlı İlham Hüseynov sahildən 5 km aralı məsafədə batıb.

12 yaşlı Namiq Nəzərov Bakının Sahil-1 sularda xilasetmə məntəqəsindən, təxminən, 1450 m məsafədə, nəzarət olunmayan ərazidə boğulub.

Üçüncü olay isə Bakının Mərdəkan qəsəbəsi yaxınlığında Mil-Qaya adlanan ərazidə baş verib. 28 yaşlı Elmar Davudov ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə batıb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, hər üç şəxsin cəsədi tapılıb.

Sahilden 1.3 3 km uzaqliqda bunlar ne axtarirmishlar?

Link to comment
Share on other sites

Dünən Bakıda zorlanma hadisəsi qeydə alınıb.


Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon 15-ci polis bölməsinə müraciət edən Zabrat qəsəbə sakini Rəhilə Qurbanova (etik normalara görə ad dəyişdirilib) bildirib.


Sabunçu rayon Polis İdarəsində qız bildirib ki, Natiq adlı tanışı ilə bərabər Pirşağı qəsəbəsində dəniz sahilinə gediblər. Gecə saat iki olub. O elə bilib ki, Natiq ona dənizi göstərəcək, oğlan isə onu zorlayıb.


İş üzrə materiallar rayon prokurorluğuna verilib. 


 


 


P.S  Ay seni ogrash Natiq 


Edited by HPTRUEVISION
Link to comment
Share on other sites

P.S  Ay seni ogrash Natiq 

 

Ele deme, bu qadin onun heyatidir

 

Son vaxtlar atalar sözlerinden  daha çox  qadinlarin dediyi sözlərə inanmaga bashlamisham ..

Qadinlar gözəl deyib: Həyatınız seçdiyiniz qadındır!

Edited by Blok
Link to comment
Share on other sites

Fəhlə sevgilisinə görə özünə qəsd etdi

O, Fətəliyevdən bu addımı gözləmirdi.

Dünən Xaçmaz rayonunda Nabran istirahət mərkəzi yaxınlığında meşədə özünə qəsd etmiş gənc oğlan meyiti aşkar edilib.

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Xaçmaz rayon Polis İdarəsində bildiriblər.

İstintaq zamanı gəncin kimliyi müəyyən edilib. Bu yerli sakin 1992-ci il təvəllüdlü Fətəliyev Şəhriyar Rafiq oğlu olub.

Eləcə də intiharın səbəbi də müəyyənləşdirilib. Fətəliyev fəhlə işləyirdi, intihar addımını isə sevgilisi ona nişan üzüyünü qaytardıqdan sonra atıb.

Link to comment
Share on other sites

Bakıda ilk dəfə Braziliya karnavalı keçiriləcək – FOTO + VİDEO

Şounun aparıcıları Cavid Gül və Səbinə Allahverdiyeva olacaq.

İyunun 26-sı və 27-sində Bakıda ilk dəfə Braziliya karnavalı təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, dünyanın ən gözəl, parlaq və emosional şousu olan Braziliya karnavalı ölkəmizdə də baş tutacaq.

Braziliyalıların təqdimatında möhtəşəm dekorasiya, rəngbərəng kostyumlar, samba ritmləri və dəfiləsi nümayiş olunacaq.

Şounun aparıcıları Cavid Gül və Səbinə Allahverdiyeva olacaq.

Karnaval rəsmi olaraq 26 iyun 21:00 “NAR& SHARAB”da dəniz sahilində açılacaq və 27 iyunda başa çatacaq.

Link to comment
Share on other sites

Rus qızlarını evinizə qonaq aparın – Xidmət

12 İyun 2014 [16:45]
W1siZiIsIjIwMzAzOC8xNDAyNTY5MzgyQEFSIl0s

Yay aylarında istirahəti rus qızlarla birgə keçirmək istəyənlər üçün yeni xidmət yaradılıb.

Gün.Az yerelgundem.com-a istinadən xəbər verir ki, TravaelRussianGirls.com adlı internet saytı Rusiyadan Türkiyəyə tətilə gəlmək istəyən rus qızları ilə türk kişilərini görüşdürməyi hədəfləyib.

4 dildə fəaliyyət göstərən TravelRussianGirls.com saytında qeydiyyatdan keçdikdən sonra saytda qeydiyyatda olan rus qızları ilə əlaqə yaratmaq mümkün olur.

Tanışlıq zamanı Türkiyəyə tətilə gəlməyə hazırlaşan rus qızlarının yeni türk tanışının evində hansı şərtlərlə və nə qədər qalacağı müəyyənləşdirilir.

Ukrayna və rusiyalı qızların axın etdikləri həmin saytda artıq çox sayda türkiyəli kişinin də qeydiyyatdan keçdiyi bildirilir.

Link to comment
Share on other sites

Oxu.Az Vətəninfo.az-a istinadən xəbər verir ki, erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlunun ipoteka krediti Müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi tərəfindən ödənilib və artıq şəhid kapitanın ailəsinin ipoteka krediti bağlanıb.


Eyni zamanda, şəhidin iki azyaşlı övladı nazirlik tərəfindən qəyyumluğa götürülüb.

Link to comment
Share on other sites

Bugun.az xəbər verir ki, iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralamış və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bundan sonra əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib. 
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Link to comment
Share on other sites

ntalya yanır, turistlər qaçır - FOTO

4 otel, suvenirlərin satıldığı mağaza və bir restoran yanıb.

Türkiyənin Antalya şəhərində meşə yanğınları artıq otel və pansionatların olduğu əraziyə keçib. 

Oxu.Az ANS-ə istinadən xəbər verir ki, 4 otel, suvenirlərin satıldığı mağaza və bir restoran yanıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Antalyanın Kumluca qəsəbəsindəki istirahət mərkəzlərində olan turistlərin hamısı ərazini tərk edib. Hazırda meşə yanğınları davam edir.

Qeyd edək ki, Antalyanın Kumluca qəsəbəsində meşə yanğınları ötən gün günorta saatlarından başlayıb. 

Ehtimal olunur ki, yanğın meşədə istirahət edən şəxslərin ehtiyatsızlığı ucbatından baş verib.

Link to comment
Share on other sites

Azərbaycan Ordusunda silahlı insident olub. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, orduda əsgərin əsgəri güllələməsi halları tez-tez təkrarlanır.

Link to comment
Share on other sites

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri hərbçi yoldaşını bıçaqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seymur Hüseynov aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı Habil Bayramova bıçaqla xəsarət yetirib. Yaralı əsgər hospitala yerləşdirilib. Hadisənin səb əbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Link to comment
Share on other sites

40 yaşlı azərbaycanlı Odessanın prokuroru təyin olundu

Ukraynanın baş prokuroru Odessa şəhərinə yeni prokurorun təyin olunması haqqında əmr imzalayıb.

Ukrayna mətbuatının xəbərinə görə, bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub. 

Ukrayna Azərbaycanlı Gənclər İttifaqından APA-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr, 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.

Link to comment
Share on other sites

Gəncə Dövlət Universitetinin tələbəsi Hüseynov Asiman Teyyub oğlu Göygöl rayonu ərazisində göldə çimərkən boğularaq dünyasını dəyişib. Universitetin fizika fakültəsinin üçüncü kurs tələbəsi dayısı oğluyla çimməyə gedibmiş. 

Hadisədən sonra A.Hüseynovun anası intihar etmək istəyib. Sirkə içərək özünü öldürmək istəyən qadını vəziyyəti hazırda ağırdır. 

Mərhumun oxuduğu fizika fakültəsinin dekanı İldırım Qasımov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Asiman Hüseynov əslən Goranboy rayonunun Gürzalılar kəndindən imiş. 

Qeyd edək ki, faktı Göygöl rayon prokurorluğu araşdırır. /AzNews.az/
Link to comment
Share on other sites

  • 2 weeks later...

DİN: Azərbaycan polisi ən mədəni və alicənabdır

“Bizim polislərin təcrübəsi digər ölkələr tərəfindən öyrənilir”.

Azərbaycanda polislər xüsusi nəzakətlilik və xeyirxahlıqları ilə seçilirlər.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycanın asayiş keşikçilərinin kobudluğu barədə şikayətlərə rəy bildirən DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov onları xarakterizə edib.

Onun sözlərinə görə, polislər yalnız qanunu pozanlara və təhlükəli cinayətkarlara qarşı amansızdırlar, digər vətəndaşlara və xarici turistlərə gəldikdə isə onlar çox anlayışlı davranırlar.

“Bildiyiniz kimi Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilib və indiyə qədər bir nəfər də olsa xarici vətəndaş polislərimizin kobudluğundan şikayətlənməyib.

Əksinə, polislərimiz xaricilərə hər zaman yardım ediblər. Bu məsələ hər iclasda polisləri həm vətəndaşlarla, həm də xaricilərlə nəzakətli olmağa çağıran nazir Ramil Usubovun da həmişə diqqət mərkəzindədir. Azərbaycan polisinin ictimai asayişin qorunmsı və kriminogen vəziyyətin yaxşılaşdırılması üzrə təcrübəsi digər ölkələr tərəfindən öyrənilir”, - o bəyan edib.

Link to comment
Share on other sites

DİN: Azərbaycan polisi ən mədəni və alicənabdır

“Bizim polislərin təcrübəsi digər ölkələr tərəfindən öyrənilir”.

Azərbaycanda polislər xüsusi nəzakətlilik və xeyirxahlıqları ilə seçilirlər.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycanın asayiş keşikçilərinin kobudluğu barədə şikayətlərə rəy bildirən DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov onları xarakterizə edib.

Onun sözlərinə görə, polislər yalnız qanunu pozanlara və təhlükəli cinayətkarlara qarşı amansızdırlar, digər vətəndaşlara və xarici turistlərə gəldikdə isə onlar çox anlayışlı davranırlar.

“Bildiyiniz kimi Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilib və indiyə qədər bir nəfər də olsa xarici vətəndaş polislərimizin kobudluğundan şikayətlənməyib.

Əksinə, polislərimiz xaricilərə hər zaman yardım ediblər. Bu məsələ hər iclasda polisləri həm vətəndaşlarla, həm də xaricilərlə nəzakətli olmağa çağıran nazir Ramil Usubovun da həmişə diqqət mərkəzindədir. Azərbaycan polisinin ictimai asayişin qorunmsı və kriminogen vəziyyətin yaxşılaşdırılması üzrə təcrübəsi digər ölkələr tərəfindən öyrənilir”, - o bəyan edib.

Gulmekle aglamaq arasinda tereddud eledim :/

Link to comment
Share on other sites

  • 2 weeks later...
Azərbaycanda hamilə qadın özünü asdı
 
  •  
Ağcabədidə intihar hadisəsi baş verib

 

Rayonun Minəxorlu kəndində yaşayan 1996-cı il təvəllüdlü Günay Nizami qızı Məmmədova özünü asaraq öldürüb.
 
Sakinlərin verdiyi məlumata görə, qadın hamilə olub. Ağcabədi rayon Prokurorluğundan bildirdilər ki, hadisə ötən gün saat 21:00 radələrində baş verib. Mərhumun meyidi həyətdəki tövlədə asılı aşkar olunub. İntiharın səbəbləri Ağcabədi rayon Prokurorluğunun araşdırmasından sonra məlum olacaq.
 
Qeyd edək ki, Günay Məmmədova 2013-cü ildə Ağcabədi sakini Elşad Fərzəliyevlə ailə qurub.
 
(anspress.com)

 

Link to comment
Share on other sites

Intihar etmesi asan yolu secmish olmasi demek deyil.Hec cox adam cesaret etmez ozunu oldurmeye.Eslinde cetin bir yoldur bu.

Hamidan,her sheyden vaz kecmek.Hetta betnindeki korpeden bele..

Asandirmi bu?

Link to comment
Share on other sites

  • 2 weeks later...

Nazirlər Kabinetindən Milli Qəhrəmanlarla bağlı şok qərar…

 

Prezidentin və ölkənin birinci xanımının dünən təmirdən sonra açılışını etdikləri 23 saylı orta məktəblə bağlı qalmaqal yaranıb. Belə ki, həmin məktəb şəhid Milli Qəhrəmanın adına olsa da təmirdən sonra Nazirlər Kabinetinin 218 saylı qərarı ilə bu ad məktəbdən götürülüb. Şəhidin anası Qalibə xanım isə bu qərara etiraz edir və prezidentə müraciət etdi:

 "Mən indicə həmin məktəbdən gəlirəm. Direktor kimdir ki, nə deyiblər, onu də eləyib. Direktor mənə qərar da göstərmək istədi, guya axtarıb tapmadı. Mən də dedim ki, axı Nazirlər Kabinetinin bununla bağlı qərarı var. Özü də bu adı Heydər Əliyev 1994-cü ildə şəxsən verib ona. Ulu öndər 1994-cü il sentyabrın 3-də barelyefin açılışına özü gəlmişdi. Direktordan soruşdum ki, bu necə oldu bəs, Heydər Əliyevə hörmət budur? Yalandan orda-burda plakat asmaqla deyil ki, məmurlar Heydər Əliyevə hörmət etmək istəyirlərsə doğrudan hörmət eləsinlər. Direktor da deyir mən kiməm ki, Nazirlər Kabineti belə qərar verib. Direktor həmin qərarı mən tələb edəndə kompüterdə axtardı və sonra dedi ki, onu çıxarıb sizə vermək üçün printerimiz yoxdur. Sadəcə həmin qərarın nömrəsini verdi-03 iyul 2014-cü il 218 saylı qərar. Direktoru ora təzə qoyublar deyə soyadını bilmədim, sadəcə Yuliya İvanovna çağırırlar.

Mən prezidentə müraciət etmək istəyirəm ki, 20 il bundan qabaq Sizin atanız Heydər Əliyev gəlib bu barelyefin açılışını edib və şəhid Milli Qəhrəmanın adını verib bu məktəbə. Necə oldu ki, 20 ildən sonra bu yaddan çıxdı? Mən əminəm ki, cənab prezidentə bu barədə düzgün məlumat verməyiblər, yoxsa o heç vaxt bunu etməzdi. Necə ola bilər ki, məktəb təmirə bağlanır və təmirdən sonra Milli Qəhrəmanın adı ordan götürülür? Özü də mənə dedilər ki, təkcə 23 saylı məktəb deyil, 46 saylı məktəbdə də Milli Qəhrəmanın adı götürülüb. Azərbaycanda Milli Qəhrəmanlara hörmət bu idi?” 

Link to comment
Share on other sites

  • 6 months later...

Bu il martın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4847,6 min nəfər olub, onlardan 4610,2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. İqtisadiyyatın neft sektorunda 36,2 min nəfər, qeyri-neft sektorunda isə 1475,2 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1467,3 min nəfər təşkil edib.

Azərbaycanda 29 min nəfərə rəsmi işsiz statusu verilib. - Maraqlıdır, 29 min nəfər məşğulluq mərkəzlərində rəsmi qeydiyyata düşənlərin sayıdır. Görəsən qeyri rəsmi statistikada işsizlərin sayı nə qədərdir??

 

http://www.aktual.az/xeber-azrbaycanda-29-min-nfr-rsmi-isiz-statusu-verilib-t35310.html#.VQYt-o6UdKY

Link to comment
Share on other sites

  • 4 weeks later...
  • 1 month later...

Bu il martın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4847,6 min nəfər olub, onlardan 4610,2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. İqtisadiyyatın neft sektorunda 36,2 min nəfər, qeyri-neft sektorunda isə 1475,2 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1467,3 min nəfər təşkil edib.

Azərbaycanda 29 min nəfərə rəsmi işsiz statusu verilib. - Maraqlıdır, 29 min nəfər məşğulluq mərkəzlərində rəsmi qeydiyyata düşənlərin sayıdır. Görəsən qeyri rəsmi statistikada işsizlərin sayı nə qədərdir??

 

http://www.aktual.az/xeber-azrbaycanda-29-min-nfr-rsmi-isiz-statusu-verilib-t35310.html#.VQYt-o6UdKY

 

Hardasabir 100 e vur da negdi belke de 200 e  29 mini:)

Link to comment
Share on other sites

  • 2 weeks later...

11270556_987448794601285_558562295625603

Bugün Şamaxinkada yanan 135 nömrəli avtobus. Yanan avtobusda olan sərnişinlərdən biri: "Xəsarət alan olmadı, amma qapıları açana qədər az qalsın tüstüdən boğulurduq və o anlarda keçirilən qorxu hissi.."

Əziz tələbələr, 135'ə minəndə yanınızda çəkic götürün, yanıb eləsə pəncərələri sındırmaq üçün. Bacarırsızsa, savabına bir çəkic də avtobusda boş qalan çəkic yerinə qoyun.

| Kamran Shukurlu

https://m.facebook.com/story.php?story_fbid=987448794601285&substory_index=0&id=656996474313187&refid=7&_ft_=qid.6153071720781099075%3Amf_story_key.2688559373582465896&__tn__=%2As&fbt_id=987448794601285&lul&ref_component=mbasic_photo_permalink_actionbar&_rdr

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

11270556_987448794601285_558562295625603

Bugün Şamaxinkada yanan 135 nömrəli avtobus. Yanan avtobusda olan sərnişinlərdən biri: "Xəsarət alan olmadı, amma qapıları açana qədər az qalsın tüstüdən boğulurduq və o anlarda keçirilən qorxu hissi.."

Əziz tələbələr, 135'ə minəndə yanınızda çəkic götürün, yanıb eləsə pəncərələri sındırmaq üçün. Bacarırsızsa, savabına bir çəkic də avtobusda boş qalan çəkic yerinə qoyun.

| Kamran Shukurlu

https://m.facebook.com/story.php?story_fbid=987448794601285&substory_index=0&id=656996474313187&refid=7&_ft_=qid.6153071720781099075%3Amf_story_key.2688559373582465896&__tn__=%2As&fbt_id=987448794601285&lul&ref_component=mbasic_photo_permalink_actionbar&_rdr

Iş yerim ora yaxındır . Tüstünü gördüm , elə bildim ev yanır . Sonra  bildiki aftobusdu ...

Link to comment
Share on other sites

   Bu maşınların yanma səbəbi məncə motor hissəsinin həddən artıq çirkin olmasıdır, yağ yığılıb qalır. Motorun soyumasına mane olur, havalar qızdıqca soyutması yaxşı olmadığına görə, tüstülənmə, alışma gedir.

 

 Ümumiyyətlə maşınların 90 faizində yanğın əleyhinə balonlar yoxdur, maşın yanır qıraqdan baxa baxa qalırlarŞ özləridə tüstülüyürlər, dəyən ziyana görə 

Link to comment
Share on other sites

TƏCİLİ!!!

 

Yaxınlarınızın, tanışlarınızın, qohumlarınızın yaşadıqları binalarda yanğından sonra üzlüklər dəyişilirsə, mütləq xəbərdar edin! Şəhərdə bir neçə oğru peyda olub, fəhlə paltarında, kaskada, eynək və maskada. Adi fəhlədən seçilmir. Müxtəlif bəhanələrlə(evin içindən pəncərələrə baxmaq, eyvana baxmaq, divarları yoxlamaq və s.) evə daxil olur və oğurluq edir. Artıq bir neçə cinayət faktları var, polis əhaliyə xəbərdarlıq elanlayıb. Heç bir bəhanə ilə işçiləri evə buraxmayın, vəsiqə, sənəd göstərsinlər, sonra.

 

Könül, harda lazım bilsən, populyar mövzularda bunu yerləşdir zəhmət olmasa.

Link to comment
Share on other sites

TƏCİLİ!!!

Könül, harda lazım bilsən, populyar mövzularda bunu yerləşdir zəhmət olmasa.

Rüfət, postunu indi gördüm. Screen edib öz bölməmizdə və Dnotda "qaynar xətt" mövzularında yerləşdirdim.Fb də ataram.Məlumata görə çox sağ ol.Ən azı bir neçə adamı xəbərdar edib bəladan xilas etmiş olsaq, vətəndaş kimi borcumuzu vermiş olarıq.

Bir yandan da bu ölkənin insanı olaraq utandım.Kiminsə pis günündən istifadə etmək..Eh nə isə düzələn deyilik.

Link to comment
Share on other sites

Rüfət, postunu indi gördüm. Screen edib öz bölməmizdə və Dnotda "qaynar xətt" mövzularında yerləşdirdim.Fb də ataram.Məlumata görə çox sağ ol.Ən azı bir neçə adamı xəbərdar edib bəladan xilas etmiş olsaq, vətəndaş kimi borcumuzu vermiş olarıq.

Bir yandan da bu ölkənin insanı olaraq utandım.Kiminsə pis günündən istifadə etmək..Eh nə isə düzələn deyilik.

 

http://www.1news.az/authors/155/20150529121054885.html

Link to comment
Share on other sites

))))))

Prezident ailəsi hər hansısa sehrli eliksir içirlər ki, cəmiyyətdə baş verən hadisələr onlardan yan keçməlidir? Bu adi boşanma hadisəsidir, prezident ailəsində olsun, professor ailəsində olsun və yaxud da, bina üzlüklərini sökən fəhlə ailəsində. Boşanmadan, boşanmaya nə fərq?

Deməli, gənclərə pis nümunə yalnız prezident ailəsində baş verən olaydır? Adi ailədəki olay gənclərin vecinə olmamalıdır?

Kim yaradır axı bu təbəqələşməni, bu bölgünü, bu klanları?

Size baligin bashi ile quyrugu arasindaki ferqi izah etmek mene chox chetindir.. Baliq bashindan iylenir Edited by Blok
Link to comment
Share on other sites

Size baligin bashi ile quyrugu arasindaki ferqi izah etmek mene chox chetindir.. Baliq bashindan iylenir

 

))))) Professor, əvvəldən deyərdiz, fəhlə sinfi Sizə əziyyət verməzdi də.....

 

Bağışlayın, amma sizin dərdinizə şərik ola bilmirəm, məni bu xəbər məyus etmir.....bizim öz, sıravi vətəndaş dərdlərimiz var...

Link to comment
Share on other sites

İndi isə ümumi cavab.....

 

2 gündür bu xəbər bütün sosial platformalarda, forumlarda müzakirə olunur, xırdalanır, çeynənilir. Kommentlərin ardı-arası kəsilmir, bütün xalq hüzn içindədir. Ümumxalq hüznümzüdən heç 2 həftə keçmədi, millət hər şeyi unutdu, başladı adi bir boşanmanı müzakirə etməyə, məyus olmağa.

 

Müzakirə edənlərin hər birinin (99%) qohumlarının, dostlarının, iş yoldaşlarının, qonşularının arasında da boşanmış, ailəsi dağılmış insanlar var, bu qaçılmazdır. İndi bir özünüz özünüzə sual verin, heç öz yaxınlarınızın boşanma xəbərinə belə məyus olmuşduz, bu qədər müzakirə etmişdiz bu olayı?

 

Cavab sizə qəribə gəlmirmi? :thinking:

Edited by Nightwatchman
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане введены ограничения на услуги такси - ПОВЫШЕНЫ ЦЕНЫ. Таксисты в отчаянии: они не могут оплатить долги и почему выросло число заявлений жителей в связи с занятостью.
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 13 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
      • 21 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 73 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 39 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 43 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 47 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
        • Facepalm
        • Haha
      • 238 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...