Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Elsad Miri Və Haci Şahin

İslami nöqteyi nəzərdən önəm verdiyiniz insan  

18 members have voted

  1. 1. Hansı

    • Haci Şahin
      8
    • Elşad Miri
      10

Recommended Posts

  • 1 month later...
  • 3 weeks later...

Əsas məsələdə insanların mövqeyi deyil! Din ancaq Quran və Peyğəmbər (s.a.v.) sünnəsi əsasındadır. Şahin isə imamlara müraciət edib onlardan kömək istəməyi, onları çağırmağı, səhabələr və Peyğəmbər (s.a.v,) zövcələrini söyməyi siğəni caiz görür, Quranın orijinal olmadığını iddia edir. ona görə fikirləşirəm ki insanın danışdığına deyil onun iman etdiyinə fikir vermək lazımdır. Mənə inanmayana təklif edirəm onun axund olduğu məscidə getsin, amma bilsələr ki onlardan deyilsən söhbəti fırladacaq. Hər halda hidayət verən Allah Sübhana Və Təaladır. 

Link to comment
Share on other sites

Haci Sahin kimise cagirmagi ,sehabe ve covceleri soymeyi o cumleden Quranin orojinalligina dair menfi fikir ireli surmeyib sozsuz ola da bilmez..Bir fikri yazdiginiz zaman delil ve subutunuz olsun yoxsa demek siz ser ve bohtan atirsiz.Sige ise Quran ve sunnede tesdiqini tapib..Bu haqda yeterince delil ve subutlarla coxlarini mat etmisem.Men siz qeyd etdiyiniz Mesedi Dadas mescidinde de o cumleden qarsi terefin yeni Lezgi mescidinde de olmusam ve yeterince sohbetlerin olub..Her bir detal ve meseleye deqiq ve duzgun formada yanasin.

Link to comment
Share on other sites

Mən böhtan atmıram Azərbaycanda özlərini "şiə" adlandıranların böyük bir hissə bu əqidə ilə yaşayır.  Amma heç bilmirlər ki əzəldən şiələr kimlər olur. Yuxarıda postumu ola bilsin yaxşı başa düşmədiniz, təkrar edirəm əsas məsələ əqidədir. İndi məni anladınızmı?

Misal çəkim: hətta indi yas məclislərində də mollara özlərini "ağıllı" aparır. Çünki onların oturduğu məclislərdə müxtəlif əqidəli insanlar olur. O demək deyil ki, onlar əqidələrindən dönüblər. Nə isə. Niyyətim heç də mübahisə etmək deyil. Sadəcə demək istəyirəm ki ancaq əqidəsi sağlam olan insandan nə isə götürmək olar.

yuxari postda sieler yazmadiniz fikrimce siz mehz fikrinizi  Haci Sahine unvanladiniz ve men de qeyd etdim ki bu ser ve bohtandir.Men Hacinin vekili ve yaxud sozcusu deyilem sadece olaraq fakti qeyd edirem..O da men de siz de Allah bendesiyik..Bundan elave sehabe ve zovcelerin tehqir olunmasi ve s bu kimi meseleler basqa movzunun sohbetidir..Bu haqda fikirlerimi delil ve subutlarla diger movzularda esasli sekilde oxuya bilersiz..Azerbaycanda sieleri de vehabileri de nurculari da yehudisini de menim qeder taniya bilmezsiz..Var savadli momin var savadsiz momin var radikal momin ve s..bunlar ayri ayri seylerdir..Men sizi bu kateqoriyanin 2ci pillesinde gorurem ve bu da normal bir seydir cunki Azerbaycanda dinin yeni Islamin duzgun tebligati yeterince olmadigindan bu veziyyet askara cixir.Yas meclislerinde hec bir mollanin men agilliyam kelmesine rast gelmemisem..Elbette ki hec bir Adem ovladi ozunu yararsiz ve yaxud agildan kem kimi gormez ve gormur..Hetta psixi gerginliyi olan insan bele ozune haqq qazandirir..Delil ve subutsuz ittiham ve tenqid olmaz ve bu bir momine xas xususiyyet deyil..

Link to comment
Share on other sites

Əgər saleh sələflərin yolunu gedənlərdən (əhli-sünnədən) söhbət gedirsə, onda vəhhabi deməklə burada olan peyğəmbər s.ə.v-in sünnəsini yaşayanların haqqına girdiniz, niyyətiniz nədir? Şiə deyəndə Azərbaycanda məsələ qarışıqdır, Əlinin yolunu gedən də, ondan kömək istəyən də, hətta namaz qılmayanlar belə özlərinə şiə deyir. Şiə ilə rafizi arasında fərq var. Çünki Əli ibn Abu Talib (Allah ondan razı olsun) səhabələri söyməyib və qəbr, pirləri özünə vasitə etməyib, onlardan və digər ölülərdən kömək istəməyib. Əsas odur ki, Əli ibn Abu Talib şirk edənin boynunu vurub. Qalan şeyləri sizin şəxsi poçtunuza yazdım ki offtop olmasın. Hacı Şahinlə də mənim də şəxsi tanışlığım da yoxdu, amma ən azı tövhidi olan müsəlman digər müsəlmanı özünə dost və qardaş saymalıdır sayırsa, ƏlhəmdüliLLAH müsəlmandır. saymırsa.... Allah hidayət versin.Amin

Link to comment
Share on other sites

  • 2 weeks later...

Mən böhtan atmıram Azərbaycanda özlərini "şiə" adlandıranların böyük bir hissə bu əqidə ilə yaşayır.  Amma heç bilmirlər ki əzəldən şiələr kimlər olur. Yuxarıda postumu ola bilsin yaxşı başa düşmədiniz, təkrar edirəm əsas məsələ əqidədir. İndi məni anladınızmı?

Misal çəkim: hətta indi yas məclislərində də mollara özlərini "ağıllı" aparır. Çünki onların oturduğu məclislərdə müxtəlif əqidəli insanlar olur. O demək deyil ki, onlar əqidələrindən dönüblər. Nə isə. Niyyətim heç də mübahisə etmək deyil. Sadəcə demək istəyirəm ki ancaq əqidəsi sağlam olan insandan nə isə götürmək olar.

Elə söhbət də bundan gedir. Deyirsiz ki, əqidəsi sağlam olan insandan nə isə götürmək olar. Bəs Hacı Şahin də elə bunu deyir ki, əqidəsində boşluq olan insan insanlığa nümunə ola bilməz. Sələfilər isə yəhudilərin ardınca gedib peyğəmbərlərə hər vəchlə ləkə yaxmağa çalışırlar. Bir də ki, bəlkə biz bilmirik, onda siz deyin şiələr əzəldən kimlər olub ki?

Link to comment
Share on other sites

qirin bir birinizi...

Belə görünür ki, siz müzakirədəki hər iki tərəfin əksinəsiniz, onda deyim ki, biz bir-birimizi qırmırıq, mövzu müzakirə edirik. Çünki hər iki tərəf eyni dinə qulluq edir.

Link to comment
Share on other sites

HRTO, Müzakirə edirik deməyiniz artıq müsbət şeydi. Amma təəssüfki sələfilik deyilən şeyi Quran və Sünnəyə əsaslanan elmdən deyil, bunun əksinə olan mənbələrdən öyrənirsiniz. Bir dəfə də olsun sələfi dediyiniz Peyğəmbər s.ə.v. yolunu gedən müsəlmandan bircə söz soruşdunuzmu? Cavab yəginki mənfidir. Çünki "gipnoz" olunmaqdan qorxursunuz, avamlar və kafirlər və onların fitnəsinə uyanlar adətən haqqı eşidib onunla razılaşmağa "gipnoz" deyirlər.

O ki qaldı, şiə məsələsinə və Hacı Şahinə, Azərbaycanda xüsusilə İran yönlü dini yolu gedən (siyasətə girişmirəm) özünü şiə adlandıranların heç biri əslində şiəliyin nə olduğunu bilmir. Söz yoxki, şirk etməyib, səhabə və Peyğəmbər səv zövcəsini söyməyib, imamlara Allah Sübhana Təalanın isim və sifətlərini aid etməyənlər, Quranın dəyişdirildiyini iddia etməyənlər istisnadır.

Link to comment
Share on other sites

2-ci və əsas məsələ odur ki, Allah və Peyğəmbəri, Quran və hədislərə doğru gedib, tövhidi dərk edib, şirki tərk edib, haqqı axtaranların birləşməsinə İslam düşmənləri hər cür maneə törədirlər. Fərqi yoxdu o insan ola bilsin özünə şiə deyir ya da sələfi və sair. Təsəvvür edin ki yuxarıda sadalananların ardınca gedənlər birləşsə müsəlmanlar daha da gücləşə bilər. Ona görə sizə məsləhət əgər hər kim yuxarıdakıların ətrafında birləşənlərə maneə törədirsə deməli....... ən azı ya fitnəyə uyub, ya avamdı ya da elə kafirdir.

Link to comment
Share on other sites

Şiələr əzəldən Əli r.a. (Allah ondan razı olsun) xəlifəliyi dövründə onun tərəfində olanlardır. Lakin, təkrar edirəm o dövrdə olan müsəlmanlar arasında olan parçalanmalardan törənib gəlmişdir, getdikcə bu məsələ dərinləşib və daha dar bir qrup halına gətirilmişdir və həmin o yəhudi, masson və sair üzdəniraqlar firqələri bir-birinə düşmən edərək müxtəlif fitnələr etmişlər və sonda həmin o dövrdəki şiəlik ilə səhv salınan rafizilik törəmişdir. İlk baxışda Əli r.a. sevən onun ardınca getdiklərini iddia etsələr də, əslində "sünni" əks düşmən obrazı yaradılmışdır. Rafizi sözünün mənası Peyğəmbər səv. ilə Əli r.a arasında olan 3 xəlifə Əbu-Bəkr, Ömər, Osman r.a. rədd edən və yuxarıda sadaladığım digər şirk əməlləri də bura qatan firqədir. Və nəticədə parçalanma yaranır, İslamın təməl prinsipləri yaddan çıxır və YUXARIDAKI POSTUMA BAXIN. Onu dərk edib onun arxasınca getmək vacibdir. 

Link to comment
Share on other sites

İndi keçək Hacı Şahinə, mənim bildiyimə görə o özünü şiə sayır və onları tanıyanlar da.

Təqiyyə əqidənin təhlükə səbəbi ilə gizlədilməsinə deyilir. Amma Azərbaycanda Hacı Şahinin axund olduğu məscidi gedənləri onların əqidəsinə görə təhlükə gözləmir, ona görə də əgər bu forumda həmin məscidə gedən adam varsa. Xahiş edirəm təqiyyəsiz öz əqidəsini aşağıdakı məsələlərdə ortaya qoysun. Həmin məsciddə bu məsələlər nə vəziyyətdədir?

1. Quran dəyişilibmi?

2. İmamlara Allahın hər hansı isim və sifətlərini aid edirlərmi və Peyğəmbərlərdən üstün tuturlarmı, onları çağırıb, onlardan kömək istəyirlərmi?

3. Əbu-Bəkr, Ömər, Osmanı və digər səhabələri söyərək münafiq adlandırırlarmı?

4. Aişa r.a.-nu necə?

5. Ələm, pirlər, qəbrlər, qəbrdə olanlardan kömək istəyirlərmi? və ya onları Allaha çatmaq üçün vasitə sayırlarmı?

6. Siğə halaldırmı?

7. Ələm nədir bilirlərmi? (Həmsə, Hamesh qədim ərəb və yəhudi dillərində beş deməkdir)

Çox sual vermək olar. Amma bunlara hə və ya yox cavabı verən olsa çox gözəl olar.

NİYYƏTİM. Fitnə salmaq deyil, əksinə islamda olan problemləri sizin nəzərinizə çatdırıb, islamı ancaq islami mənbələrdən öyrəmənizin vacib olduğunu deməkdir.

1. Dəyişməyib, böhtandır.

2. Allahın ismi və ya sifətləri aid edilmir, sadəcə Allahın aslanı, əli, gözü və s. deyə ithaf edilə bilər və ya edilir.

3. və 4. sadalanan şəxslərin heç biri ünvanına söyülmür və təhqir olunmur. Sadəcə bu şəxslər sevilmir demək olar. Ümumiyyətlə kimliyindən asılı olmayaraq hər hansı bir şəxsin əməlləri onun qiymətini verir.

5. Qəbrdən heç kim heçnə istəmir, istəyən Allahdan istəyir, vasitəylə, bəli bu belədir.

6. Müvəqqəti nigah halaldır.

7. Ələm - əlamət, bayraq deməkdir.

Hacı Şahinin dinləyicisi kimi, sizi əmin edirəm ki, Hacı sadaladığınız bu məsələləri heç bir vaxt moizə etməyib. Sizdə olan məlumatlar yalnışdır və bu məlumatları sizə ötürənlər sizi NİYYƏTİNİZİN əksinə olaraq fitnəyə və ya fitnə aləti olmağa sürükləyirlər.

Link to comment
Share on other sites

İndi keçək Hacı Şahinə, mənim bildiyimə görə o özünü şiə sayır və onları tanıyanlar da.

Təqiyyə əqidənin təhlükə səbəbi ilə gizlədilməsinə deyilir. Amma Azərbaycanda Hacı Şahinin axund olduğu məscidi gedənləri onların əqidəsinə görə təhlükə gözləmir, ona görə də əgər bu forumda həmin məscidə gedən adam varsa. Xahiş edirəm təqiyyəsiz öz əqidəsini aşağıdakı məsələlərdə ortaya qoysun. Həmin məsciddə bu məsələlər nə vəziyyətdədir?

1. Quran dəyişilibmi?

2. İmamlara Allahın hər hansı isim və sifətlərini aid edirlərmi və Peyğəmbərlərdən üstün tuturlarmı, onları çağırıb, onlardan kömək istəyirlərmi?

3. Əbu-Bəkr, Ömər, Osmanı və digər səhabələri söyərək münafiq adlandırırlarmı?

4. Aişa r.a.-nu necə?

5. Ələm, pirlər, qəbrlər, qəbrdə olanlardan kömək istəyirlərmi? və ya onları Allaha çatmaq üçün vasitə sayırlarmı?

6. Siğə halaldırmı?

7. Ələm nədir bilirlərmi? (Həmsə, Hamesh qədim ərəb və yəhudi dillərində beş deməkdir)

Çox sual vermək olar. Amma bunlara hə və ya yox cavabı verən olsa çox gözəl olar.

NİYYƏTİM. Fitnə salmaq deyil, əksinə islamda olan problemləri sizin nəzərinizə çatdırıb, islamı ancaq islami mənbələrdən öyrəmənizin vacib olduğunu deməkdir.

Mənə nə indiki özünü şiə adlandıranlar, nə Hacı Şahin, nə də onun tərəfdarları maraqlıdır. Biz özümüz də bilirik ki, bizim içimizdə olanların əksəriyyəti savadsız şəkildə bizim məzhəbə daxil olublar və şiəliyi Əbu Bəkrə lənət oxumaqla (əstəğfurillah) məhdudlaşdırırlar. Əgər bizim içimizdə olsaz, bu batil fikirlərin əleyhinə olanların da çox olduğunu görərsiz. Sadəcə aranı qatmaq istəyənlər şiəliyi bu cür təqdim edirlər.

Sizin suallara CTapuk cavab yazıb. Mən də deyirəm: Quran dəyişib deyənə lənət olsun, Əlini Allah bilənə lənət olsun, Əbu Bəkri söyənə lənət olsun. Pirlərə getmək məsələsi təhrif olunub əslində. Çünki pirlərə, qəbirlərə getmək əslində orda uyuyanları yad etməkdir. Siğə halaldır. Bu məsələnin firuiddinə təsiri yoxdur və ictihad məsələsidir. Ələm isə sırf məzhəbin özü ilə bağlıdır.

İndi mən sual verim:

Elşad Miri Peyğəmbərin (s) xəta və günah etdiyini deyir. Bunu necə izah etmək olar?

Bəzi Ərəb ölklərində şiə qadınların zorlanması halal elan olunub. Bunu necə izah etmək olar?

Cihad zamanı öz yaxın qohumları ilə cinsi əlaqədə olmağa icazə verilib?

Və s. Bunları heç kafir dediyimiz millətlər də etmir.

İslamda olmayan user-lərdən xahişim budur ki, burunlarını soxub bizim müzakirəmizi İslamda ixtilaf kimi qələmə verməsinlər.

Link to comment
Share on other sites

Şiələr əzəldən Əli r.a. (Allah ondan razı olsun) xəlifəliyi dövründə onun tərəfində olanlardır. Lakin, təkrar edirəm o dövrdə olan müsəlmanlar arasında olan parçalanmalardan törənib gəlmişdir, getdikcə bu məsələ dərinləşib və daha dar bir qrup halına gətirilmişdir və həmin o yəhudi, masson və sair üzdəniraqlar firqələri bir-birinə düşmən edərək müxtəlif fitnələr etmişlər və sonda həmin o dövrdəki şiəlik ilə səhv salınan rafizilik törəmişdir. İlk baxışda Əli r.a. sevən onun ardınca getdiklərini iddia etsələr də, əslində "sünni" əks düşmən obrazı yaradılmışdır. Rafizi sözünün mənası Peyğəmbər səv. ilə Əli r.a arasında olan 3 xəlifə Əbu-Bəkr, Ömər, Osman r.a. rədd edən və yuxarıda sadaladığım digər şirk əməlləri də bura qatan firqədir. Və nəticədə parçalanma yaranır, İslamın təməl prinsipləri yaddan çıxır və YUXARIDAKI POSTUMA BAXIN. Onu dərk edib onun arxasınca getmək vacibdir. 

Şiəliyin əslində nə olduğunu bilməyiniz ox gözəldir. Mən də etiraf edirəm ki, şiəlik qarışdırılıb. "Sünninin quyruğu var", "Əbu Bəkrə lənət olsun" və s. fikirlər uzun əsrlərin xurafatıdır. Çünki şiəlik batini bir cərəyan kimi yaranmışdı və bu qədər kütlə üçün deyildi. Məzhəb çox genişləndiyindən çox da təhrif olundu. Necə ki həqiqi sünnilik təhrif olunub. Özünə Sələfi deyib Qərbə qulluq edən vəhhabilər bütün dünyada, həmçinin şiələrin arasında sünniliyə nifrət yaradıblar. Əslində isə ağlı olanlar bilir ki, həqiqi sünniliyin vəhhabiyyat ilə əlaqəsi yoxdur. Təbii ki, ayrı-ayrı vəhhabilər yox, bu işin başında duranlar nəzərdə tutulur. Çünki istisnalar hər yerdə olur.

2-ci və əsas məsələ odur ki, Allah və Peyğəmbəri, Quran və hədislərə doğru gedib, tövhidi dərk edib, şirki tərk edib, haqqı axtaranların birləşməsinə İslam düşmənləri hər cür maneə törədirlər. Fərqi yoxdu o insan ola bilsin özünə şiə deyir ya da sələfi və sair. Təsəvvür edin ki yuxarıda sadalananların ardınca gedənlər birləşsə müsəlmanlar daha da gücləşə bilər. Ona görə sizə məsləhət əgər hər kim yuxarıdakıların ətrafında birləşənlərə maneə törədirsə deməli....... ən azı ya fitnəyə uyub, ya avamdı ya da elə kafirdir.

Yuxarıdakıların birləşməsinə mane olan elə yuxarıdakıların özüdür. Gəlin qeyri-müsəlman kimi məsələyə baxaq. Əgər bir dinin peyğəmbərində günah olarsa, o öz ümmətinə necə nümunə ola bilər? Axı belə fikirlər niyə səsləndirilir? Başqa kafir millətlər adi bir avara rəhbərlərini mələk kimi qələmə verirlər. Biz isə bütün bəşəriyyətə nümunə olan Peyğəmbərimizi (s) günahkar kimi qələmə verək?

Link to comment
Share on other sites

HRTO, Mən tövhid və islama baxışları necə olması barədə yuxarıda yazmışam və dəlillərin Quran və Sünnədən olması

mütləqdir. Amma çox təəssüf ki elm almağınız vacibdir. Əhli-sünnə yəni saleh sələflərin yolunu gedənləri vəhhabi adlandırmağınızın

səbəbi də elə budur.

Məsləhət görərdim ki vəhhabi sözündən sui istifadə etməyəsiniz.

1.    Vəhhab Allahın adlarından biridir. Onu firqə və ya hər hansı insana unvanlamaq düzgün deyil. Çünki

çox vaxt ancaq mənfi sözlər deyilir bununla həm Allahın haqqında girilir, həm də müsəlmanların haqq olmasının

üstü örtülür. Bu da elə həmin qərb və s. masson və kafirlərin niyyətidir və əməlidir. Hər şeyi öz adı ilə çağırın.

2.    Muhammad İbn Abdul Vahhab alim olub və heç bir məzhəb və s. yaratmayıb, sadəcə

bidətləri, şirkləri görüb millətə başa salıb ki, əvvəlki dinə qayıdın vəssalam. Hənbəli məzhəbi üzrə alim olub.

3.    O ki qaldı İslamın daha darlaşdırma və sair terror və ya İslama zidd olan şeylərin edilməsinin

 Peyğəmbər sünnəsini praktik həyatda yaşayanlara heç bir dəxli yoxdur.

Lakin müsəlmanlar sıxılmaqla onları qarşı olan aqressiyaya aqressiya ilə cavab verməli olur. İslamın rəmzləri

Hicab, niqab, saqqal, camaatla ibadət və s. tapdananda, göydən bomba yağanda, mömin belə buna dözmür.

Kafir, massonlar bunları əlaqələndirir ki, siz kimi və digər şəxslər də İslamın, Quran və Sünnə ilə yaşamaqdan uzaq durasınız.

Link to comment
Share on other sites

Elm öyrənmək vacibdir. Peyğəmbərin səhv xətalı olması o demək deyilki, Elşad Miri onu günahkar sayır,

Peyğəmbər və digər səhabə və əhli-beytin günahkar və ya xətası olması üçün yenə də Quran və Sünnəyə istinad etmək

Lazımdır. Elə şeyləri araşdırmaq üçün elm olmalıdır.

Məsələ ondadır ki, pak olan ancaq Allahdır. Bu əsnada insanların da heç bir günahsız olması

Allahın pak olması faktı ilə qarışır və şirkə aparır. O ki qaldı kafirlərə, onsuz da insan öz nəfsinə uyğun şəkildə

hər şeyə qiymət verir, ona görə onları düzgün elm, əxlaq və səbrlə dəvət etmək lazımdır. Onların dininin batil olmasını üzlərinə

vursaq lap pis olacaq, hürküb qaçacaqlar. Hidayət verən Allahdır, amma biz səbəblərdən düzgün yapışmalıyıq.

MƏSLƏHƏTİM BUDUR Kİ,

1.    Saleh sələflərin yolunu gedənlərin əqidə və mənhəclərini elə özlərindən soruşasınız, TV və sair mənbələrdən

ancaq onların mənafeyinə xidmət edən şeylər eşidəcəksiniz. Dünyəvi dövlətlərin öz siyasəti var, xüsusilə

kafir və massonların əqidəsi də məlumdur. Ona görə də, mənbəni düz seçin.

2.    Miflərə də inanmayın. Müsəlman üçün şirk hər bir günahdan pisdir, ona görə ana-bacı ilə zina etmək (və kimisə zorlamaq)

ancaq kafir üçün ən böyük günah ola bilər, ona görə siz də ana-bacı ilə zinanın ən böyük günah olmasına

iman gətirmisinizsə, tövbə edin. Əhli sünnə əqidəsinə görə zina və zorlamaq elə zinadır. Burada nə məzhəb nə din nə də

nə zaman (yəni mütə-siğədə olduğu kimi) nə də məkan anlayışı ola bilməz. Ona görə bu cür günahları əhli

Sünnəyə aid edən elə ən azı avam və ya savadsız və ya müsəlmanın düşmənidir.

Əzəldən olmuş şiəliyin sonradan təhrif olunub rafiziliklə qarışması elə elmsizlikdən əmələ gəlib. Ona görə ən azı bu mənada sizin ayıq olmanız təqdirə layiqdir, lakin yenə də hər bir əqidəni öz adı ilə adlandırın, çünki haqqa girmək çox pis şeydi və ağır yükdür. 

            Hansısa islama zidd əməl edən müsəlmana vəhhabi deməklə Allahın adını pis yerdə hallandırırsınız. Və ya əhli-sünnəyə vəhhabi deməklə müsəlmanın haqqına girirsiniz.Bu massonların siyasətidir. Belə şeylərdən uzaq durun.

Link to comment
Share on other sites

Hacı Şahinlə bağlı mətbuatda da məqalə var idi, ban olunma ehtiyyatına görə link vermirəm. Amma məqalələrdə Hacı Şahin siğənin məzhəblərə görə halal və ya haram sayılmasını deyir. Və həmçinin Məşədi Dadaş məscidində onun 500 qadın üçün siğə kəbini oxuyub pul almasını gülünc sayır. Pul qalsın bir yana, bəs siğə halaldırsa, onda niyə gülünc sayır, edib ya yox? Məncə müxtəlif əqidələri nəzərə alıb öz əqidəsini gizlədir, budurmu təqiyyə? axı siğəyə görə hələ Azərbaycanda axund, molla öldürən olmayıb. Əgər təqiyyədirsə, deməli başqa şeyləri də gizlətməsi istisna deyil. Çünki adi insanları qoyaq bir yana mollaların böyük əksəriyyəti mənim yuxarıda rafizilik dediyim əqidəni dəstəkləyirlər, Buna şiəlik deyirlər. Nəzərə alın ki molla dini sahədə daha da elmi olanlara deyilir. Əgər onlar da şiə deyilsə deməli onda Azərbaycanda ümumiyyətlə özünə şiə deyənlərin böyük əksəriyyəti şiə deyil. Səhv deyirəmsə, səhvimi düzəldin, amma əxlaqlı və səmimi olun, çünki mən də buna əməl edirəm bacardığım qədər.

Bu fikirlərinizlə tam razıyam, ona görə də sözümü uzatmıram.

Amma yuxarıdakı suallarıma ya tam cavab yazmadız, ya da çox qaranlıq yazdız ki, başa düşmədim. Hər halda siz də bilirsiz, mən də bilirəm ki, bəzi ərəb ölkələrində sünniliyin adından istifadə edən bəzi ərəb şeyxləri döyüşdə olanları həvəsləndirmək üçün dediyim fətvaları veriblər. Siz isə mənim üçün çox müəmmalı qalan bir cavab verdiniz.

Sitat: "Müsəlman üçün şirk hər bir günahdan pisdir, ona görə ana-bacı ilə zina etmək (və kimisə zorlamaq ancaq kafir üçün ən böyük günah ola bilər, ona görə siz də ana-bacı ilə zinanın ən böyük günah olmasına iman gətirmisinizsə, tövbə edin."

Allahı şahid gətirirəm ki, bu sualları bəzi ğulat şiələr kimi nə sizi çaşdırmaq niyyəti ilə, nə də gözdən salmaq niyyəti ilə vermirəm. Sadəcə bilmək istəyirəm. Belə çıxır ki, sələfi əqidəsinə görə, zorlamaq ancaq kafir üçün günahdırsa, deməli müsəlman üçün günah deyil? Yaxud zinanın günah olmasına inanan şəxs tövbə etməlidir? Dəqiq bilirəm ki, heç bir sünni müftisi belə fətva verməz. Bəs bu fətvaları verən kimlərdir? Onlar sünniliyin adından sui-istifadə etmirlərmi?

HRTO, Mən tövhid və islama baxışları necə olması barədə yuxarıda yazmışam və dəlillərin Quran və Sünnədən olması

mütləqdir. Amma çox təəssüf ki elm almağınız vacibdir. Əhli-sünnə yəni saleh sələflərin yolunu gedənləri vəhhabi adlandırmağınızın

səbəbi də elə budur.

Məsləhət görərdim ki vəhhabi sözündən sui istifadə etməyəsiniz.

1.    Vəhhab Allahın adlarından biridir. Onu firqə və ya hər hansı insana unvanlamaq düzgün deyil. Çünki

çox vaxt ancaq mənfi sözlər deyilir bununla həm Allahın haqqında girilir, həm də müsəlmanların haqq olmasının

üstü örtülür. Bu da elə həmin qərb və s. masson və kafirlərin niyyətidir və əməlidir. Hər şeyi öz adı ilə çağırın.

2.    Muhammad İbn Abdul Vahhab alim olub və heç bir məzhəb və s. yaratmayıb, sadəcə

bidətləri, şirkləri görüb millətə başa salıb ki, əvvəlki dinə qayıdın vəssalam. Hənbəli məzhəbi üzrə alim olub.

3.    O ki qaldı İslamın daha darlaşdırma və sair terror və ya İslama zidd olan şeylərin edilməsinin

 Peyğəmbər sünnəsini praktik həyatda yaşayanlara heç bir dəxli yoxdur.

Lakin müsəlmanlar sıxılmaqla onları qarşı olan aqressiyaya aqressiya ilə cavab verməli olur. İslamın rəmzləri

Hicab, niqab, saqqal, camaatla ibadət və s. tapdananda, göydən bomba yağanda, mömin belə buna dözmür.

Kafir, massonlar bunları əlaqələndirir ki, siz kimi və digər şəxslər də İslamın, Quran və Sünnə ilə yaşamaqdan uzaq durasınız.

Deyim ki, onları biz vəhhabi adlandırmırıq, bu tarixi bir faktdır. Siz düz deyirsiz ki, bəzi fırıldaqçılar şiəliyin adından istifadə edib əslində şiəliyi gözdən saldılar. Həmin şey sünnilikdə də baş verdi. Düzdür, Vəhhab Allah Təalanın adıdır. Amma bu addan istifadə edən biz deyilik, vəhhabilərdir. Ümumiyyətlə keçmişi qoyuram bir yana, müasir dövrdə onların məqsədi nədir? Nə etmək istəyirlər? İndi Suriyada döyüşən kimlərdir? Kim kiminlə döyüşür? Bunu necə izah edə bilərsiz? Əgər vəhhabi deyən bir şey yoxdursa, onda bu ad hardan çıxdı ortalığa? Ərəb ölkələrində məzarları dağıdan, "ölən öldü getdi" deyib ölülərin qəbirlərinə ehtiramsızlıq edən kimdir? Veysəl Karaninin (r.a.) məzarını kim dağıtdı? Bu suallar məni çox narahat edir. Başa düşürəm ki, gələn informasiya heç də həmişə doğru olmur. Hər halda bunların bir cavabı olmalıdır. Cavablarınıza görə qabaqcadan təşəkkür edirəm.

Link to comment
Share on other sites

1-ci əgər vəhhabi deyirsinizsə deməli konkret firqə, məzhəb və s. nəzərdə tutursunuz.

Anladım suallarınıza cavab verməyə çalışacam.

Suriyada hakimiyyətdə olan Əsəd müsəlman deyil, Ələvidir və onunla bir ordusu millətə əziyyət verir. Ona qarşı müxtəlif əqidəli insanlar döyüşür, burada həm öz ictihadı ilə döyüşə gedən, həm də sadəcə Əsədi kafir görüb ona qarşı döyüşən, yerli və xaricdən gəlmə adamlar var, onların da böyük əksəriyyətinin zülm görmüş müsəlmanlardır. Amma məsələ Əsədin kafir olmağında deyil, ümumiyyətlə, əhalisi müsəlman olan ölkələrin bir çoxunda hətta özünə müsəlman deyib əqidəcə müsəlman olmayan (məsələn Ələvi) ölkələrdə bu cür fitnələr həmişə olub. O fitnəni də yaradan Amerika, massonlar və sairlərdir. Bu məsələyə yerli miqyasda baxmağınız bir xətadır. Orada döyüşən hər hansı əqidəli insanın Azərbaycanda və ya digər yerdə müsəlmanlara qara yaxılması kimi istifadə etmək özü də elə həmin massonların siyasətidir. Ona görə buna sadəcə bir faciə və müsəlmanlara qarşı qurulmuş bir fitnə kimi baxın.

O ki qaldı qəbrlərin dağıdılması və bəzi yerlərdə şiələrin öldürülməsi. Şəri cəhətdən 1. qəbr 3 ildən sonra yerlə yeksan olmalıdır.2. qəbr, ağac və ya daş şirk obyektinə çevrilərsə həmin obyekt dağıdılmalıdır. Bu Peyğəmbər səv, xəlifələr digər dövrlərdə şəriət hökm sürən, TƏKRAR EDİRƏM ŞƏRİƏT HÖKM sürən yerlərdə praktika olunub. Sual oluna bilər ki bəzi yerlərdə indi qəbrlər və sair var niyə dağıdılmır? Həmin qəbrləri qoruyan ölkələrdə şəri qaydalar tətbiq edilmir və ya sadəcə orada digər iqtisadi və sair maraqlar var. Ona görə də Muhammad ibn Adbul Vahhabdan öncə dağıdılan və yerlə yeksan edilən obyektlərin tarixini də oxuyun. Peyğəmbər səv. ya da ola bilsin səhv edirəm hansısa səhabə də Peyğəmbərə səc. beyət edilən ağacı elə bu məqsədlə kəsdirmişdi, çünki ağaca gəlib parçalar bağlayır, nələrsə diləyir və fikirləşirdilər ki orda Allah daha yaxşı eşidər. ƏstəğfuruLLAH.

2-ci mif. Şiələrin öldürülməsi. Bu sualı verməsəniz də bu da bir mifdir. cavab verirəm. Şəriətdə yəni əhli sünnəyə görə hər hansı məzhəbi öldürmək məsələsi yoxdur. Var müsəlman, var müşrik, var kitab əhli. Və həmin dövrdə ondan əvvəlki dövrlərdə olduğu kimi qəbr, pir və sair obyektlərə müraciət edib onlardan kömək istəyənlər edam edilmişdir. Söz yoxki şəriətə görə onlara dini qəbul etmək və şirkdən əl çəkmək təklifi edilir və höccat çatmış hesab ediləndən və həmin insanın islamdan daha çox ölümü istəməsi bəlli olandan sonra onun boynu vurulur. vəssalam. əgər məsələ belə olubsa onda şəri cəhətdən düz olub, amma əgər hardasa hansısa hakim xəta və ya günah edirsə burada ona ad qoyub əhli sünnəyə qara yaxmaq düz deyil. TƏKRAR EDİRƏM. Hər bir firqədə yumşaq və sərt cərəyanlar ola bilir və tarix göstərir ki, bunlar hamısı ümumi İslam əqidəsi, gerçək Tövhid əhlini gözdən salmaq üçün istifadə edilir. Elə sizin vəhhabi deməyiniz də bu səbəbdəndir. Nəzərə çatdırım ki, xəvaric deyilən bir firqə vardır, həmin firqə haqqında hədislər də gəlmişdir, və təəssüf olsun ki millətin dini savadsızlığı və massonların fitnəsi nəticəsində bu firqəni əhli sünnə ilə eyniləşdirir. Və İslamı praktik həyatın hər bir sahəsində yaşayan bütün insanlar onlar çox vaxt sıxıntı içində olur, zülmə məruz qalır var və Allahın izni ilə bu imtahandır.

Link to comment
Share on other sites

SİTAT
Sitat: "Müsəlman üçün şirk hər bir günahdan pisdir, ona görə ana-bacı ilə zina etmək (və kimisə zorlamaq ancaq kafir üçün ən böyük günah ola bilər, ona görə siz də ana-bacı ilə zinanın ən böyük günah olmasına iman gətirmisinizsə, tövbə edin."

Allahı şahid gətirirəm ki, bu sualları bəzi ğulat şiələr kimi nə sizi çaşdırmaq niyyəti ilə, nə də gözdən salmaq niyyəti ilə vermirəm. Sadəcə bilmək istəyirəm. Belə çıxır ki, sələfi əqidəsinə görə, zorlamaq ancaq kafir üçün günahdırsa, deməli müsəlman üçün günah deyil? Yaxud zinanın günah olmasına inanan şəxs tövbə etməlidir? Dəqiq bilirəm ki, heç bir sünni müftisi belə fətva verməz. Bəs bu fətvaları verən kimlərdir? Onlar sünniliyin adından sui-istifadə etmirlərmi?

SİTATIN SONU

Zorlamaq məsələsi, heç bir halda zorlamaq və zina halal və ya caiz deyil. Tövbə edin deməyimin mənası odur ki, əgər siz də fikirləşirsinizki zina ən böyük günahdır tövbə edin. Yəni ondan böyük də günah var o da şirkdir. ŞİRK ƏN BÖYÜK GÜNAHDIR. Fətvaları  bilmirəm kim verir. Ya da yenə deyirəm əhli sünnəyə bir qara yaxılır.

Link to comment
Share on other sites

Fikirləşirəm ki, burada hər hansı şəri qaydanın məzhəb və ya hətta daha kiçik qrupların müxtəlif cür təfsir edilməsi problem deyil. Məsələ daha da ciddidir. Tövhidi, Allahı, Peyğəmbəri, Quranı hədisləri, səhabələr, o cümlədən əhli-beyti misal kimi götürüb əməl etmək yerinə, ixtilaflı məsələlər savadsız insanlar və ya düşmən mövqeli qüvvələr tərəfindən şişirdilir, ona görə də İslam birliyi əmələ gəlmir, Quran və Hədislərdəki dəlillər yaddan çıxır, nəfsə görə mühakimə verilir. İxtilaflı məsələlər düşmənçilik yaradır. Bunun da qabağını almaq üçün dinə qayıtmaq gərəkdir. TV, radio və qəzetlərdə deyinlərə uymaq lazım deyil.

Əhsən, qardaşım, hamısını diqqətlə oxudum. Alimlərimizdən biri demişkən: "Sünni ilə şiə can qardaşıdır". Hər iki məzhəbdə bizim kimi aydın dünyagörüşlü şəxslər olsa, nə Elşad Miriyə, nə də Hacı Şahinə ehtiyac qalar. İslamda iki ad tanıyıram: sünni və şiə. Üçüncü bir ad çıxsa, demək fitnədir. Sünni ilə şiənin isə bir Allahı, bir Peyğəmbəri (s), bir Kitabı var. Arada cüzi fərq var, o da xilafət məsələsidir. Bu məsələ də ki, etiqad məsələsidir, dinin dayaqlarına təsir etmir. Xilafət məsələsini fitnə salmaq üçün ortaya atan və özünü şiə adlandıran şəxslər bilməlidir ki, lazım olsaydı İmam Əli (r.a.) özü Həzrəti Əbu Bəkrlə (r.a.) müharibə edərdi. Əgər İmam Əli (r.a.) bunu etməyibsə, deməli "Hz. Əbu Bəkrin (r.a.) tənqid olunması" məsələsi yalnız İslamın canına salınan bir fəsaddır. Ğulatlar bildi-bilmədi ağlına gələni danışır. O dörd xəlifənin İslama verdiyi töhfələri Qiyamətə qədər heç bir kəs verə bilməz. Allahın salamı Peyğəmbərə və o dörd Xəlifəyə olsun.

ِAmma qəbr məsələsi yenə mənə çatmır. Qəbrin şirk obyektinə çevrilməsi ən böyük günahdır, düzdür. Allahın bağışlamayacağı yeganə günah şirkdir. Onda Peyğəmbərin, səhabələrin, alimlərin də qəbri uçurulmalıdır? İndi belə başa düşürəm ki, ərəbistanda qəbiristanlıq yoxdu? Bəs Əhli-sünnə öz alimlərinin də qəbirlərini uçurur? Olmaz ki, şirk obyektinə çevrilməyən qəbirlərə dəyməyək və təbiətin ixtiyarına buraxaq, zaman keçdikcə özü itib-batsın? Ya da olmaz ki, sonradan uçurmaqdansa, bu başdan başdaşı qoymayaq? Axı görürük ki, elə bizim öz ölkəmizdə əhli-sünnə də öz ölüləri üçün qəbir düzəldir? Mənə maraqlıdır ki, Azərbaycandakı əhli-sünnə alimləri nəyə görə onları ölülərinə qəbir düzəltməkdən çəkindirmir? Əslində biz də böyüklərimizdən belə eşitmişik ki, müsəlmanın qəbri itməlidir. Mənim babam ruhani olub və vəsiyyət edib ki, qəbrinin üstünü düzəltməsinlər.

Zəhmət olmasa, bu barədə mümkün məlumatları verin. Çox sağolun.

Link to comment
Share on other sites

HRTO,

İlk olaraq qeyd etmək istərdim sünni-şiə məsələsi barədə. ümumiyyətlə məzhəbi firqəni

tutub getmək düzgün məsələ deyil və mənim postlarımda əhli sünnə sözü işlətməyimin məqsədi var.

Məsələ ondadır ki, Əli r.a. dövründə onun tərəfdarlarının əmələ gəlməsi elə ondan xəbər verir ki,

ondan öncə parçalanma olmayıb hər halda sünni-şiə sohbəti olmayıb. Məsələ xəvariclərin xəlifələr zamanında fitnə

yaradıb xəlifə Ömər Osman və Əli r.a. hakimiyyəti dövründə onlara qarşı qiyam qaldırmasındadır. Və xəvaric sözünün

mənası da elə (xarici) çıxmaq yəni xəlifəyə qarşı çıxmaqdan götürülüb. Və sonda Əlinin tərəfdarları yəni şiəlik

yaranıb. Ona görə də buna diqqət yetirmək vacibdir. Yəni həmin dövrdə olan şiələrin də elə əslində

elə Peyğəmbər səv. sünnəsi yəni yolu ilə getməsi də istisna deyil, sadəcə sonradan bu məsələ şişib məcrasından çıxmışdır.

Və beləliklə Əli r.a. tərəfinin tutulub sevilməsi təhrif olunaraq dinə bidət və şikrlər gətirmişdir. Söz yoxki, əhli-beyt o cümlədən

Əli, Fatima, Həsən Hüseyn r.a. sevmək hər bir müsəlmanın borcudur. Lakin dini tək bunun üzərində qurmaq olmaz. Bu barədə

çox danışmaq olar,

Link to comment
Share on other sites

Keçirəm sizin suallarınıza.

Açığı Peyğəmbər səv. qəbrində baş daşı olub-olmamasını bilmirəm. Əsas odur ki, qəbr hündür olmasın və bir neçə ilə yerlə bərabər olsun.

Peygəmbər səv qəbrinin üstünə əgər baş daşı qoyulubsa belə deməli onu yenə də şəriətə əməl etməyənlər edib, burada ərəb və ya qeyri-ərəb

olmağın məsələyə aidiyyatı yoxdur. Ərəbistanda da müxtəlif əqidəli müsəlmanlar vardır. Eyni cür səhabələr, əhli-beyt və digər müsəlmanlara da

aiddir, onların da qəbri üstündə baş-daşı qoyulması və ya bəzədilməsi də elə bunu edənlərin əməlləridir. Belə şeyləri kim etməsini biləndən soruşun.

elə əgər baş daşı qoyulmasa və təbiətin ixtiyarına buraxılsa hər şey yaxşı olar. Lakin əqidə və milli mənsubiyyətindən asılı olmayaraq şəriəti praktik

həyatda tətbiq etməyənlər məsələn qonşu, qohumdan utanmaq və s. səbəblərdən baş-daşı qoyur sonra da onu dağıdana radikal və ya vandal deyir.

baş daşının dağıdılma səbəbi elə baş daşının mövcud olmasıdır. Söz yoxki İslam elmini bilənlər və ona əməl edənlər qəbr daşı qoymur və bunu

digərlərinə qadağa edir. Amma həyatda buna əməl edən çox azdır, ən azı Azərbaycanda. Və sovet dağılandan sonra buna ancaq sünnəyə əməl edənlər yerinə yetirir,

Və sizin babanız və onun kimi digər adamların da bunu etməsi elə Peyğəmbər sünnəsinə əməl etməsidir, bu o demək deyilki babanız sünni olmasını sizə sübut edirəm.

Yəgin ki məni indi daha yaxşı başa düşdünüz. Praktikada hətta sovet dövründə də gündəlik həyatdan sünnəyə müəyyən dərəcədə əməl edilib,

lakin bunu adət kimi ediblər, (məsələn sünnət, tualetdə təmizlənmək üçün sudan istifadə etmə, dırnaqların tutulması, bədən müəyyən yerlərindəki

tüklərin təmizlənməsi bir çox digər əməllər) lakin Azərbaycan sovetdən əsarətindən azad olandan sonra din də azadlaşıb və sünnəyə Allah rizası

üçün əməl edənlər çoxalıb (məsələn saqqal, isbal (balaqin qisaldılması), salamlaşanda Assalamu Aleykum demək və sair.)

Ümid edirəm ki suallarınıza cavab verdim. 

Link to comment
Share on other sites

Ümid edirəm ki suallarınıza cavab verdim. 

Hamısı aydındır, çox sağolun. Zəmanəmizdə sizin kimi radikallıqdan uzaq insanların çox olmasını arzu edirəm.

Link to comment
Share on other sites

  • 4 months later...

Haci Sahin kimise cagirmagi ,sehabe ve covceleri soymeyi o cumleden Quranin orojinalligina dair menfi fikir ireli surmeyib sozsuz ola da bilmez..Bir fikri yazdiginiz zaman delil ve subutunuz olsun yoxsa demek siz ser ve bohtan atirsiz.Sige ise Quran ve sunnede tesdiqini tapib..Bu haqda yeterince delil ve subutlarla coxlarini mat etmisem.Men siz qeyd etdiyiniz Mesedi Dadas mescidinde de o cumleden qarsi terefin yeni Lezgi mescidinde de olmusam ve yeterince sohbetlerin olub..Her bir detal ve meseleye deqiq ve duzgun formada yanasin.

youtube-da videolar var sübut. hacı şahin deyir imam hüseyndən kömək istəmək olar və s. bir dənə video var şahin orda elə cəfəngiyyat danışır dəhşət

Edited by brj
Link to comment
Share on other sites

youtube-da videolar var sübut. hacı şahin deyir imam hüseyndən kömək istəmək olar və s. bir dənə video var şahin orda elə cəfəngiyyat danışır dəhşət

dehwet. Nece olacaq bu iwlerin axiri? Atmiwiq bir ideyani ortaliga ve qardaw qardawa diwlerin qiciyir. Gelin Azerbaycanli olaq.
Link to comment
Share on other sites

dehwet. Nece olacaq bu iwlerin axiri? Atmiwiq bir ideyani ortaliga ve qardaw qardawa diwlerin qiciyir. Gelin Azerbaycanli olaq.

Hansı ideyanı ortalığa atmışıq?

Bəli Azərbaycanlı olaq, Hacı Şahin kimi farslaşmış yox! Farslar olan-qalan Azərbaycanı sarsıtmaq parçalamaq istəyir.  hacı şahin kimilər də farsların adamlarıdı burda. Elə edirlər ki şiələr Azərbaycana yox irana rəğbət bəsləyirlər! İrana birləşmək təklif olnsa onlara 2-əlli razı olarlar. Ürəkləri gedir iran üçün.

Men kishiyem.Emin deyilem Haci Shahin farslashib ya yox,yani kishi kimi de ona naxalka ata bilmerem.Buna gore istemirem qiyamet gunu meni sorgu sual etsinler.Menim tanidigim bu eqide dashiyicilari kishileri haqqa gore taniyirlar.Bezilerinden ferqli haqqi kishilere gore yox.Allah hamimiza komek olsun.Unutmayaq ki,mehshur hardasa curumush bir sohbet var amma yene de tekrar yazacam: Oyun bitdikde,Shah da,piyada da eyni qutuya qoyulur.

Yeni haminin bir Allahi var.(sozun her iki menasinda)

Link to comment
Share on other sites

dehwet. Nece olacaq bu iwlerin axiri? Atmiwiq bir ideyani ortaliga ve qardaw qardawa diwlerin qiciyir. Gelin Azerbaycanli olaq.

Ele hamimizin dediyiniz kimi Azerbaycanli ola bilmemeyimiz uchun chalishirlar,ve bir choxlari teessuf ki,bu oyunlara alet olurlar(( umumi dushmenimiz var,Garabag kimi problemimiz var,amma bu gun bezileri ereblerin yerine bir birlerini qirmaga hazirdirlar(((

Link to comment
Share on other sites

Ümumi danışmayın konkret danışın. Elshad Mirinin danışığını montaj edəndən danışın. Geydirmə Molla Hacı Şahini təmizə çıxarmaq üçün montaj ediblər verlishi, Elshad Mirinin dediyi sözləri kəsiblər. Özünüzü korluğa qoymayın.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 0 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 117 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 99 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 138 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...