Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

German Qref Xalq Haqqında.

Recommended Posts

Material nisbətən köhnə də olsa çox maraqlı gəldi mənə .  Dedim , sizinlə bölüşüm . Mənim mövqeyim  birmənalı deyil .  Ona görə də sizin münasibətinizi bilmək  istərdim  . Arada öz mövqeyimi də  yazaram  ))

Rusiya  Sberbankının sədri  German Qref  2012 – ci ildə  Sberbankda olan idarəçilikdə yaranan “tupikdən”  çıxış yolu haqqında dedikləri  . 

http://www.youtube.com/watch?v=0QQwCzw_UcM

Rus dilini zəif bilənlər üçün aşağıda  çıxışın əsas məğzini  verəcəyəm .   Müzakirənizə   verdiyim mövzu  konkret Rusiya ilə yaxud onun sberbankı ilə  bağlı  deyil .  Söhbət  dövlət çinovnikinin bu formada açıq öz fikirlərini bildirməsi və fikrinin  özünün müzakirəsidir . 

Edited by Sunyata
Link to comment
Share on other sites

Buyurun , bacardığım kimi tərcümə etdim    -

German Qref :

- Cənablar  , siz çox təhlükəli şeylər danışırsınız ... Sizin dediklərinizdən mən vahimələnirəm ...  Siz  faktiki olaraq hakimiyyətin əhaliyə verilməsini  tələb edirsiniz ...  Bu isə minilliklərdən gələn mövzu və problemdir.   Biz bilirik ki,  nə qədər müdrik başlar bu barədə  düşünüb .

Vaxtilə  Hind şahzadəsi  ( Budda )   xalq arasına çıxıb onun vəziyyətini görəndə dəhşətə gəlir . O xalqın bu  acınacaqlı vəziyyətinin səbəbni axtarır.  O xalqa kömək etmək istəyirdi . Xalqı necə xoşbəxt etmək olar ?   Bu fikirlərlə birlikdə beləcə Buddizm yarandı ...  Çıxış yolunu Budda arzu və istəklərdən imtinada gördü ,  çünki bu istək və arzuların realizə olunması yolunu tapa bilmədi.  İnsanlar xoşbəxt olmaq istəyi ilə yanaşı həm də bu xoşbəxtliyin realizasiyası yollarını tapa bilmir .  Yəni, tam olaraq belə bir yol da yoxdur ,əslində ...  Marksın  iqtisadi proqramı həyata keçmədi ,  amma bunu işləməklə qismən əldə  etmək  olar.   İşləməklə heç də istədiyimiz . gözlədiyimiz nəticəni tam əldə edə bilmirik . Amma , insanları  idarəçiliyə cəlb etməklə biz nə qazana bilərik ?  Nəyi idarə edə bilərik ?

Çinin  Ədliyyə naziri olmuş   dahi Konfutsi öz karyerasını demokrat kimi başlasa da  . sonda  çox konservativ bir  sosial qruplu və təbəqəli  cəmiyyəti tərənnüm edən ideologiya – Konfutsianlıq  yaratdı.  

Digər dahi  Çinli  Lao Tçzı  öz nəzəriyyəsini şifrləyərək  sadə xalqdan gizlədir.  Çünki , sadə xalq özünü identifikasiya ,  öz “mənini”  dərk etsə   özünü idarə etməyə imkan verməz.  Yəni,   xalqla manipulyasiya etmək qeyri mümükün olar. İnsanlar manipulyasiya olunmalarına bilikləri olduqca imkan vermirlər.

Kabbala  ( İudaizmin mistik hissəsi )  min illərlə bağlı informasiya olub.  Onu insanlara açıq formada çatdırmağa qorxurdular ki,  özünü dərk edən insanları idarə etmık mümkün deyil.  İnformasiyaya tam  malik olan cımiyyəti necə idarə etmək olar ?  Yəni , demək istəyirəm ki,  dövlət süzgəcindən ötürülüb xalqa verilən informasiya deyil ,  əsl və həqiqi informasiyaya malik insanları necə idarə etmək olar ?  Bu çox təhlükəli ideyadır.  Məncə siz özünüz nə danışdığınızı bilmirsiniz ...  

Doğrudan da belədir. Həqiqəti bilən xalqın qabağında heç bir siyasət, heç bir hakimiyyət davam gətirə bilməz.

Bu insan çaşıb həqiqəti deyib...

Link to comment
Share on other sites

Bir az fəlsəfi danışıb amma dediklərində həqiqət var.Bir tərəfdəndə onun sözləri ilə razıyam yəni dordanda həmişə həqiinformasiyanı bilmək lazımdır xalqa?Məncə yox,çünki dövlət baxımından bu xalqın idarə olunmasını çətinləşdirəcək xalq baxımından isə hərə həqiqəti bir cür qəbul edib özünə məxsus tərzdə analiz edib heç kimin bilmədiyi tərzdədə reaksiya verəcək.

Link to comment
Share on other sites

Sunyata, əvvəla, əziyyət çəkib tərcümə etdiyiniz üçün minnətdaram. Çox maraqlı məsələdir. Ümumiyyətlə, fikirləşmişəm ki, bəzi fikirləri cəmiyyətə açıq şəkildə çatdırmaq nə dərəcədə düzgündür. Çünki hamı eyni cür qəbul edib reaksiya vermir. Məsələn, mənə desələr ki, filan yerdə yadplanetliləri xüsusi şəkildə gizli saxlayırlar, mənə maraqlı gələr, amma nəsə qorxu, həyəcan hissi keçirmərəm. Amma bunu çoxluq arasında yaysan, millət panikaya düşəcək, eləsi olacaq ki, heç inanmayacaq. Ona görə də bəzi məlumatlar xalqa birdən birə yox, tədricən çatdırılsa yaxşıdır məncə. Heç olmasa, cəmiyyət həmin vəziyyəti normal hal kimi qəbul etmək iqtidarına malik olmalıdır.

Həqiqəti  xalqa deməmək   -  informasiyanı saxtalaşdırmaq , onu özlərinə sərf edən formada çatdırmaq  imkanı verir hakimiyyətə...  Bu da tədricən informasiyanı yalnız və yalnız hakimiyyətə xidmət edən  bir alətə , daha doğrusu sliaha çevirir .  Təmiz qəlbdən , insanların bilməsinin vacib olmadığı informasiyanı  gizləməyin əvəzinə , tam olaraq bu saxtalaşdırılmış  informasiya ilə  xalqla manipulyasiya edirlər.  Bu da  xalqın bir dünyada  hakimlərin isə tamam başqa bir dünyada  yaşamasına v ə bir - birinə tam etinasızlığa gətirir ...

Edited by Sunyata
Link to comment
Share on other sites

İnformasiya, ondan istifadə vasitələri yoxsa zərurətini itirir (инфа нереализованная операционными средствами не является актуальной). İnf-ya malik cəmiyyət özünüidarəyə qadirdir, demək olmaz. Özünüidarə yüksək özünütəşkil formasıdır. Məxfi və ali informasiyanın paylaşdırılması cəmiyyəti manipulyasiya olunmaqdan azad etmir, lakin xaos yaradır.

razıyam ki, özünüdərketmə aspektləri inf-ya təminatından formalaşır, düzdür. Amma daha sonrakı mərhələdə formalaşa biləcək özünütəyin- inf-nın fəaliyyətə çevrilməsidir artıq. sonrakı özünütəşkil yalnız o zaman baş verə bilər ki, hər bir fərdin mənəvi dayağı mükəmməl olsun. Və hətta bundan da sonra, cəmiyyəti “manipulyasiya” – idarəetmək mümkündür və vacibdir.  Çünki, cəmiyyət (kollektiv şüur) (fiziki və mənəvi) ehtiyaclarının ödənilməsini istəyir. Bu ehtiyacların ödənilməsinə üçün ayrılan vaxt isə limitlidir.

Bütün cəmiyyətlərin bir MÜHÜM və UNUVERSAL problemi var : texnoloji-iqtisadi tərəqqi mənəvi-fiziki inkişafla ayaqlaşa bilmir və əksinə. Problem inf-nin necə çatdırılmasında deyil, inf-nin necə dərk edilməsindədir. yanlış inf-nın ötürülməsində və ya dürüst inf-nın bilərəkdən gizlədilməsinin mahiyyətində qorxu durur. Sürətli inkişaf edən hər bir cəmiyyət idarə olunmasını istəyir, amma diktatura istəmir. Hakimiyyət isə manipulyasiya etmədən idarə etməyi bacarmır, çünki UNİVERSAL problemin həllini bilmir.

( bu dediklərim, ümumləşmiş nəticələrdir və konkret bir ölkənin idarəçililk modeli haqda deyil)

Sizin fikrinizlə razıyam, xalq özünə vacib olan zərurəti tələb edir və bu "zərurilərin " siyahısında müxtəlifliyi olan inf-ya ön sıralarda deyil, seçmə inf-ya meyllik isə var.

Yazdıqlarınızda həqiqət var amma məncə belə manipulasiya dövlət və ya hakimiyyət qurulmasının əsaslarını təşkil edir.Çox sadə,bəsit bir missal gətimək istəyərdim-bir müddət öncə yanacağının qiymətinin qəflətən qalxarkən(heçdə bu qalxmanı alqışlamıram və məncə hələ özünü göstərərcək bu qalxma) bunu öncədən camaata desəydilər təsəvür edirsiz yanacaq doldurma məntəqelərində nə baş verərdi?Ona görə məncə bəzən info gizlədilsə yaxşıdı. Edited by Pulp
Link to comment
Share on other sites

Sizin fikrinizlə razıyam, xalq özünə vacib olan zərurəti tələb edir və bu "zərurilərin " siyahısında müxtəlifliyi olan inf-ya ön sıralarda deyil, seçmə inf-ya meyllik isə var.

Xalqı lazım olan məcrada saxlamaq üçünsə ona bu seçmə infonu lazım olan terzdə verməyi dövlət özünə borc bilir
Link to comment
Share on other sites

Həqiqəti xalqa deməmək - informasiyanı saxtalaşdırmaq , onu özlərinə sərf edən formada çatdırmaq imkanı verir hakimiyyətə... Bu da tədricən informasiyanı yalnız və yalnız hakimiyyətə xidmət edən bir alətə , daha doğrusu sliaha çevirir . Təmiz qəlbdən , insanların bilməsinin vacib olmadığı informasiyanı gizləməyin əvəzinə , tam olaraq bu saxtalaşdırılmış informasiya ilə xalqla manipulyasiya edirlər. Bu da xalqın bir dünyada hakimlərin isə tamam başqa bir dünyada yaşamasına v ə bir - birinə tam etinasızlığa gətirir ...

Hakimiieyet xalgla siz dediyiniz kimi istediyi kimi manipulyasiyani edir...ehali uzerinde muxtelif eksperimentler aparirlar ki.onlarin hec ozlerinin de xeberi olmur...O yuxaridaki cixishinda cox sheyi oldugu kimi deyir..her bir vechle xalgi hakimiyyetden mesafede saxlayirlar... bir eksperiment hagginda deyim size....5 meymunu iri gefese salib yuxaridan da banan destesi asirlar.Tebii ki,meymunlar yuxari dirmashib bananlari yemek isteyirler.Lakin onlar herekete kecen kimi shlangla ustlerine soyug su sepirler.Bir nece defe tekrar olundugdan sonra meymunlar anlayirlar ki,bananlara toxunmag olmaz.Onlardan hansi birisi dozmeyib banana teref hereket etmek isteyende soyug dush gebul etmek istemeyen diger meymunlarin agressiyasi ile uzleshir.Sonra gefesden bir meymun daxil edirler.Hec neden xeberi olmayan bu meymun derhal banana teref hereket edir ve gefes yoldashlarinin hucumuna meruz galir.Bir nece ugursuz cehdden sonra yeni meymun anlayir ki,banana el deymek olmaz.Daha bir meymunu deyishirler.O da banan yemek isteyen kimi hemcinslerinin hucumu ile uzbeuz galir.Maraglidir ki,bu hucumda artig soyug dush gebul etmemish meymun da ishtirak edir.Sonra bir-bir diger meymunlari deyishirler .Sonda gefesde o meymunlar olur ki,onlar hec zaman banan yemek istediklerine gore soyug su ile sulanmayiblar..ve hec biri de yuxarida asilan banan destesi terefe bele baxmirlar..Meymunlar uzerinde aparian bu tecrubeni belke de insanlar uzerinde bashga bir formada aparirlar.Dunya tarixinde hakimiyyete gore ogul atanin,ata ogulun bashini kesib...kutleni ora yaxin buraxmag hec vaxt muzakire bele olnmayib.....

Konfutsi  , bəlkə də  bizim üzərimizdə aparılan təcrübələrin nəticəsidir ki,  biz bu  qaldırdığım problemə də hakimiyyətin gözü ilə baxırıq )) 

Məntiqlə ,    mən bir hakimiyyətdə olmayan  vətəndaş kimi  imkan daxilində daha çox şəffaflıq arzu etməlyım və  tələb  etməliyəm.  Amma , məni öyrədiblər ki,  bəzi  məlumatları sən bilməsən yaxşıdır ,  biz  bilirik nə etmək lazımdır ki, sən özünü bu məlumatsız da rahat hiss edəsən...  Mən də  onlarla qismən razılaşıram .  Amma , nəzəri  olaraq etibar etdiyim  hakimiyyətə  bu krediti verərdim .   Hadisələr , siyasət  və  həyat bizə sübut edir ki,   etibar ediləsi bir hakimiyyət dünyada mövcud deyil  ...  Bəs bu halda da mən öz etibar kreditimi hakimiyyətə  verməyə davam etməliyəm ?  Əlbəttə ki , məncə yox ! 

Bu an  böyük bir dövlətin  yüksək çinli  bir çinovniki  gəlir və insanlara deyir :  

-  Sizin başınız xarab olub?  Sizə əgər mən məlumatı azad  əldə etmək imkanı versəm , sonra sizi mən necə idarə edim ?  Axı  mənim hakimiyyət kimi mövcudluğum sizin məlumatsızlığınızla düz mütənasibdir ...  Dünya yaranadan bu məsələnin həlli  yoxdur.  Ona görə heç cəhd də etməyin , sizə yalnız və yalnız bizim lazım bildiyimiz məlumat və bizim interpretasiyamızda veriləcək  . Vəssalam !  

Buna qulaq asanda  kiçik  şok vəziyyət yaranır. Mən adətən öz fikrimi və mövqeyimi  çox sürətlə müəyyənləşdirirəm.  Bu çıxışa isə  ikili  münasibətim var  .  İndiyə qədər də sona kimi mövqeyimi müəyyən edə bilmirəm . Amma, daxili protest  elə ilk andan mənə pıçıldayır ki,  burada  nə isə  təmiz deyil və belə olmamalıdır ))

Bəlkə də   bir də düşünüb  öz fikrimi  daha sonra yazdım ...

Link to comment
Share on other sites

İnformasiya, ondan istifadə vasitələri yoxsa zərurətini itirir (инфа нереализованная операционными средствами не является актуальной). İnf-ya malik cəmiyyət özünüidarəyə qadirdir, demək olmaz. Özünüidarə yüksək özünütəşkil formasıdır. Məxfi və ali informasiyanın paylaşdırılması cəmiyyəti manipulyasiya olunmaqdan azad etmir, lakin xaos yaradır.

razıyam ki, özünüdərketmə aspektləri inf-ya təminatından formalaşır, düzdür. Amma daha sonrakı mərhələdə formalaşa biləcək özünütəyin- inf-nın fəaliyyətə çevrilməsidir artıq. sonrakı özünütəşkil yalnız o zaman baş verə bilər ki, hər bir fərdin mənəvi dayağı mükəmməl olsun. Və hətta bundan da sonra, cəmiyyəti “manipulyasiya” – idarəetmək mümkündür və vacibdir.  Çünki, cəmiyyət (kollektiv şüur) (fiziki və mənəvi) ehtiyaclarının ödənilməsini istəyir. Bu ehtiyacların ödənilməsinə üçün ayrılan vaxt isə limitlidir.

Bütün cəmiyyətlərin bir MÜHÜM və UNUVERSAL problemi var : texnoloji-iqtisadi tərəqqi mənəvi-fiziki inkişafla ayaqlaşa bilmir və əksinə. Problem inf-nin necə çatdırılmasında deyil, inf-nin necə dərk edilməsindədir. yanlış inf-nın ötürülməsində və ya dürüst inf-nın bilərəkdən gizlədilməsinin mahiyyətində qorxu durur. Sürətli inkişaf edən hər bir cəmiyyət idarə olunmasını istəyir, amma diktatura istəmir. Hakimiyyət isə manipulyasiya etmədən idarə etməyi bacarmır, çünki UNİVERSAL problemin həllini bilmir.

( bu dediklərim, ümumləşmiş nəticələrdir və konkret bir ölkənin idarəçililk modeli haqda deyil)

NOİR xanım ,  yazdıqlarınızla qismən razıyam  .  

Bu  problemlə bağlı -   idarəçiliklə  idarəolunma arasında müəyyən ədalətli balans  axtarmaqdansa , hakimiyyətin total olaraq xalqı inf- dan məhrum etməsi  heç cür çıxış yolu ola bilməz.  Yüksək təşəkkül tapmış cəmiyyətlər (azad  surətdə infoya malik )  sonda mütləq  xaosa çevrilmir.  Belə cəmiyyətlər anarxiyaya  çevrilməlidir . (  sözün müsbət mənasında )  Yadınıza salım ki,  anarxiya - hakimiyyətsizlik deməkdir.  Amma, cəmiyyəti tənzimləyən daxili  alətlri -  ümumi razılaşma , hamıya faydalı ola biləcək  münasibətlər və  s. bu tipli prinsiplərlə özünüidarə mümkündür.  Bir də qeyd edirəm ki,  bu yüksək təşəkkül tapmlş cəmiyyətlərdə mümükün ola bilər .

Bəs belə bir cəmiyyətə inf- sız ,  bilərəkdən çaş - baş salınmış insan cəmiyyətindən çevrilmə mümkündür ?  Yox !

P.S.   Hər halda çobanın qoyunları idarə etməsindən  ( çubuq və müxtəlif səslər çıxarmaqla )) )  -  müasir insan cəmiyyətini idarəsi  "bir qədər"  daha incə və zərif olmalıdır .  Bəzən heç bunu da etmirlər .  (  Sözünüzə qüvvət , söhbət ümumiləşdirilmiş  , abstrakt hakimiyyətdən gedir , konkret ölkədən danışmıram )

Razıyam ki, hakimiyyət total olaraq xalqı məlumatdan məhrum edə bilməz.

dediyiniz “ümumi razılaşma və hamıya faydalı ola biləcək münasibətləri” – ümumi maraqlar adlandıraq. əgər hakimiyyət bütün məlumatları tamlıqla məhdudiyyətsiz olaraq cəmiyyətə ötürmək qədər yetkin deyilsə, bəlkə ümumi maraqlar hələ heç formalaşmayıb. bu halda, cəmiyyət ona eşitdirilən məlumatdan hansı məqsədlər üçün yararlansın ?

İnformasiyanı saxtalaşdırıb təqdim etmək, məqsədli olarsa və dövlət maraqlarının qorunmasına xidmət edərsə, barışmaq da olar.

İdarəçilik baxımından qismən müəyyən növ məlumatın məhdudlaşdırılması isə cəmiyyətin yalnız xeyirinədir : dövlət sirri, kommersiya və istintaq sirri, fiziki və hüqüqi şəxslərin qanuni maraqlarının qorunmasına xidmət edən konfidensiallıq bir çox ölkələrin qanunvericiliyi ilə qorunur.

razı olmadığınız nədir, Sunyata ?

Link to comment
Share on other sites

Konfutsi  , bəlkə də  bizim üzərimizdə aparılan təcrübələrin nəticəsidir ki,  biz bu  qaldırdığım problemə də hakimiyyətin gözü ilə baxırıq )) 

Məntiqlə ,    mən bir hakimiyyətdə olmayan  vətəndaş kimi  imkan daxilində daha çox şəffaflıq arzu etməlyım və  tələb  etməliyəm.  Amma , məni öyrədiblər ki,  bəzi  məlumatları sən bilməsən yaxşıdır ,  biz  bilirik nə etmək lazımdır ki, sən özünü bu məlumatsız da rahat hiss edəsən...  Mən də  onlarla qismən razılaşıram .  Amma , nəzəri  olaraq etibar etdiyim  hakimiyyətə  bu krediti verərdim .   Hadisələr , siyasət  və  həyat bizə sübut edir ki,   etibar ediləsi bir hakimiyyət dünyada mövcud deyil  ...  Bəs bu halda da mən öz etibar kreditimi hakimiyyətə  verməyə davam etməliyəm ?  Əlbəttə ki , məncə yox ! 

Bu an  böyük bir dövlətin  yüksək çinli  bir çinovniki  gəlir və insanlara deyir :  

-  Sizin başınız xarab olub?  Sizə əgər mən məlumatı azad  əldə etmək imkanı versəm , sonra sizi mən necə idarə edim ?  Axı  mənim hakimiyyət kimi mövcudluğum sizin məlumatsızlığınızla düz mütənasibdir ...  Dünya yaranadan bu məsələnin həlli  yoxdur.  Ona görə heç cəhd də etməyin , sizə yalnız və yalnız bizim lazım bildiyimiz məlumat və bizim interpretasiyamızda veriləcək  . Vəssalam !  

Buna qulaq asanda  kiçik  şok vəziyyət yaranır. Mən adətən öz fikrimi və mövqeyimi  çox sürətlə müəyyənləşdirirəm.  Bu çıxışa isə  ikili  münasibətim var  .  İndiyə qədər də sona kimi mövqeyimi müəyyən edə bilmirəm . Amma, daxili protest  elə ilk andan mənə pıçıldayır ki,  burada  nə isə  təmiz deyil və belə olmamalıdır ))

Bəlkə də   bir də düşünüb  öz fikrimi  daha sonra yazdım ...

Təbii ki tam etibar olunası hakimyyət dünyada mövcud deyil belə olan halda o ölkə sadəcə bir utopiyadır amma necə deyələr hər şey nisbətdə ölçülür.Və faktiki olaraq bizə bizi idarə etmək üçün verilmiş məlumatı hecdə hər zaman qəbul etmək məcburiyyətində deyilik amma hər hansı protest göstərmək iqtidarında deyilik ona görə bizə sadəcə olaraq verilmiş infonu bir qulaqmızdan alıb analiz edib o birin qulaqmızdan buraxmaq qalır.
Link to comment
Share on other sites

Sozler mene fikirlerimi gizletmek ucun lazimdi. Taleyran demishdi bunu. Hakimiyyet de bele edir, danishir,danishir , movcud olani bildiyi kimi, xalqi daha rahat idare ede bilecek terzde .

Kutle hec vaxt heqiqete can atmir, o, ozunun xoslamadigi heqiqetden uz cevirir ve onu qane eden cefengiyyata inanir. Kim kutleni bele casdira bilirse, o da onun hakimine cevrilir. Kim ki, xalqi mariflendirmeye calisirsa ,o , kutlenin qurbanina cevrilir. Qustav le Bon

Link to comment
Share on other sites

Razıyam ki, hakimiyyət total olaraq xalqı məlumatdan məhrum edə bilməz.

dediyiniz “ümumi razılaşma və hamıya faydalı ola biləcək münasibətləri” – ümumi maraqlar adlandıraq. əgər hakimiyyət bütün məlumatları tamlıqla məhdudiyyətsiz olaraq cəmiyyətə ötürmək qədər yetkin deyilsə, bəlkə ümumi maraqlar hələ heç formalaşmayıb. bu halda, cəmiyyət ona eşitdirilən məlumatdan hansı məqsədlər üçün yararlansın ?

İnformasiyanı saxtalaşdırıb təqdim etmək, məqsədli olarsa və dövlət maraqlarının qorunmasına xidmət edərsə, barışmaq da olar.

İdarəçilik baxımından qismən müəyyən növ məlumatın məhdudlaşdırılması isə cəmiyyətin yalnız xeyirinədir : dövlət sirri, kommersiya və istintaq sirri, fiziki və hüqüqi şəxslərin qanuni maraqlarının qorunmasına xidmət edən konfidensiallıq bir çox ölkələrin qanunvericiliyi ilə qorunur.

razı olmadığınız nədir, Sunyata ?

NOİR xanım ,  arqumentlərinizlə razıyam  ,  amma bu arqumentlərdən gəldiyiniz nəticə ilə yox ))  

Hakimiyyətin və Cəmiyyətin  arasındakı  münasibətlərin   hazırkı vəziyyəti  qənaətbəxş ola bilməz . Məncə bu fikirlə razılaşarsınız .  Qənaətbəxş oımayan halı  mükəmmələşdirib /  dəyişməyə cəhd olunmalıdır.  Cəmiiyətdə  infanın istifadə yerini bilməyənlərlə yanaşı ,  ağıllı başlar və cəmiyyətin daha mükəmməl idarəsini axtaran  insanlar da mövcuddur.  Məhz bu insanları  saxtalaşdırılmış  məlumat qane edə bilməz.  

Dövlət özü özlüyündə  aqressiv və repressiv  aparatdır .Əlbəttə  , bu formada dövlətin mövcudluğu üçün müəyyən məxfilik ,  saxtalaşdırama , cəzalandırma və s.  tələb olunur.  Amma ,  cəmiyyət  bu formada idarəçiliklə  -  istismar , yalan və cəza da daxil olmaqla -    razılaşmaya da bilər  .  Hakimiyyəti bir tərəfdən -  özünü (  cəmiyyəti ) digər tərəfdən  mükəmməlləşdirməyə  cəhd edə bilər . Bu da yalnız və yalnəz həqiqəti , saxta deyil , əsl infanı bilməklə mümkün ola bilər ... 

Yalnız  həqiqi infa inkişafa və  tərəqqiyə  imkan yarada bilər . Mən əsl vəziyyəti  bilmədən nəyi dəyişəcəyimi  haradan bilim ?   

Edited by Sunyata
Link to comment
Share on other sites

Təbii ki tam etibar olunası hakimyyət dünyada mövcud deyil belə olan halda o ölkə sadəcə bir utopiyadır amma necə deyələr hər şey nisbətdə ölçülür.Və faktiki olaraq bizə bizi idarə etmək üçün verilmiş məlumatı hecdə hər zaman qəbul etmək məcburiyyətində deyilik amma hər hansı protest göstərmək iqtidarında deyilik ona görə bizə sadəcə olaraq verilmiş infonu bir qulaqmızdan alıb analiz edib o birin qulaqmızdan buraxmaq qalır.

Bu da bir variantdır .  Amma buna straus pozası deyirlər )) 

Link to comment
Share on other sites

NOİR xanım ,  arqumentlərinizlə razıyam  ,  amma bu arqumentlərdən gəldiyiniz nəticə ilə yox ))  

Hakimiyyətin və Cəmiyyətin  arasındakı  münasibətlərin   hazırkı vəziyyəti  qənaətbəxş ola bilməz . Məncə bu fikirlə razılaşarsınız .  Qənaətbəxş oımayan halı  mükəmmələşdirib /  dəyişməyə cəhd olunmalıdır.  Cəmiiyətdə  infanın istifadə yerini bilməyənlərlə yanaşı ,  ağıllı başlar və cəmiyyətin daha mükəmməl idarəsini axtaran  insanlar da mövcuddur.  Məhz bu insanları  saxtalaşdırılmış  məlumat qane edə bilməz.  

Dövlət özü özlüyündə  aqressiv və repressiv  aparatdır .Əlbəttə  , bu formada dövlətin mövcudluğu üçün müəyyən məxfilik ,  saxtalaşdırama , cəzalandırma və s.  tələb olunur.  Amma ,  cəmiyyət  bu formada idarəçiliklə  -  istismar , yalan və cəza da daxil olmaqla -    razılaşmaya da bilər  .  Hakimiyyəti bir tərəfdən -  özünü (  cəmiyyəti ) digər tərəfdən  mükəmməlləşdirməyə  cəhd edə bilər . Bu da yalnız və yalnəz həqiqəti , saxta deyil , əsl infanı bilməklə mümkün ola bilər ... 

Yalnız  həqiqi infa inkişafa və  tərəqqiyə  imkan yarada bilər . Mən əsl vəziyyəti  bilmədən nəyi dəyişəcəyimi  haradan bilim ?

Qənaətbəxş olmuyan halı dəyşmək üçün sistemi dəyişmək lazımdır amma problem odu ki yeni gəlmiş sistemin və yaxud sistemi idarə edenlərin əvvəlkindən effektiv olacağına heç kim zəmanət verə bilməz.Ağıllı başlar həqiqi infonu analiz və ya hər hansı bir digər yollarla əldə edilər.Cəmiyyət ayrı ayrı fərdlərdən ibarətdir və əksərən(hamının yox!)bu fərdlərin hər hansı bir infonu analiz və ya qəbul etməy istəyi yoxdur və qərarların onların əvəzinə kimsə tərəfdən verilməsini istəyilər(şüuraltı ola bilər)Henri Ford demişdi Dünyada ən çətin iş öz başınla fikirləşməkdir

Edited by Pulp
Link to comment
Share on other sites

Henri Ford demişdi Dünyada ən çətin iş öz başınla fikirləşməkdir

Bu çətin işi görməyə də  infa lazımdır . Deməli , insanı infadan məhrum etməklə  həm də  onun düşünmə qabiliyyətini məhv edirlər . Zombiləşdirmə  prosesi gedir  sad.png

Link to comment
Share on other sites

Bu çətin işi görməyə də  infa lazımdır . Deməli , insanı infadan məhrum etməklə  həm də  onun düşünmə qabiliyyətini məhv edirlər . Zombiləşdirmə  prosesi gedir  sad.png

Məncə bu proses coxdan gedir və muəyyən miqdarda bəhrəsində verib artıq.Həmdə kütlə belə daha yaxşı idarə olunur
Link to comment
Share on other sites

Bu çətin işi görməyə də  infa lazımdır . Deməli , insanı infadan məhrum etməklə  həm də  onun düşünmə qabiliyyətini məhv edirlər . Zombiləşdirmə  prosesi gedir  sad.png

ümumi maraqlar olmayan cəmiyyətdə inkişaf və tərəqqiyə nə təkan versin ? ağıllı başlar əsil vəziyyətdən də xəbərdardırlar, onu dəyişməyin üsullarını da bilməmiş olmazlar. Lakin, hər “ağıllı baş” məsuliyyət yükünü daşımaq da istəmir axı ))

Link to comment
Share on other sites

ümumi maraqlar olmayan cəmiyyətdə inkişaf və tərəqqiyə nə təkan versin ? ağıllı başlar əsil vəziyyətdən də xəbərdardırlar, onu dəyişməyin üsullarını da bilməmiş olmazlar. Lakin, hər “ağıllı baş” məsuliyyət yükünü daşımaq da istəmir axı ))

Niyə məncə ümumi maraqlar var bizim cəmiyyətdə-Məndə qonşudan yaxşı olsun,Bu gün hardan xeyir tuta bilərəm,növbəyə durum kredit kart alım sora kreditə nəsə alım və s. amma bu maraqlar hec cür tərrəqiyə aparmır.Agıllı başlar heç olmasa belə şeylərdən uzaq durmaqnan artıq məsuliyyət sahibidilər))
Link to comment
Share on other sites

Niyə məncə ümumi maraqlar var bizim cəmiyyətdə-Məndə qonşudan yaxşı olsun,Bu gün hardan xeyir tuta bilərəm,növbəyə durum kredit kart alım sora kreditə nəsə alım və s. amma bu maraqlar hec cür tərrəqiyə aparmır.Agıllı başlar heç olmasa belə şeylərdən uzaq durmaqnan artıq məsuliyyət sahibidilər))

düzü, mən hakimiyyətlə xalqın utopik ümumi maraqlarından danışırdım)) amma, olsun siz deyən. düzdür, tərəqqiyə aparmır, amma bunları ümumi maraqlar yox, nisbi bir dəb hesab edirəm ))

bu günlük, bu qədər)

Link to comment
Share on other sites

düzü, mən hakimiyyətlə xalqın utopik ümumi maraqlarından danışırdım)) amma, olsun siz deyən. düzdür, tərəqqiyə aparmır, amma bunları ümumi maraqlar yox, nisbi bir dəb hesab edirəm ))

bu günlük, bu qədər)

Sizin dediyinizi vurğulayacam ÜMUMİ(xalq -hakimiyyət) marağı bir utopiyadır.Təki dəb marağa cevrilməsin))

Uğurlar))

Edited by Pulp
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 5 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Sad
      • 26 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Milli
      • 30 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
      • 15 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Upvote
        • Like
      • 37 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
      • 12 replies
    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...