Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Səyahətçilər Qrupu. Группа Путешественников.


Recommended Posts

Bütün səyahətçilərə salam!

 

Qarşıdan səyahət, gəzinti ayları başlayır. Bir çoxlarımız gedəcəyimiz yerlərin marşrutunu google map-də çəkirik, planlaşdırırıq, bəzilırimiz yolyoldaşı axtarışındayıq bəzilərimiz isə hara gedəcəyimizi hələ də qərarlaşdıra bilməmişik. Bunun üçün xaricdə xüsusi saytlar fəaliyyət göstərsə də, təəssüf ki, bizdə hələ də belə bir sayt mövcud deyil. 

 

Facebookda "Səyahətçilər qrupu" adlı bir qrup yaratdım. Səyahətə gedənlərlə bildiyimiz faydalı məlumatları bölüşmək üçün, özünə yolyoldaşı axtaranlar üçün bur qrup faydalı ola bilər. Bildiyimiz məlumatlarla, çəkdiyimiz fotolarla qrupda paylaşaq, etdiyimiz səyahətləri daha da maraqlı edək və bir-birimizə dəstək olaq, yeni səyahətçi dostlar əldə edək! :-)

 

https://www.facebook.com/groups/749007068463354/749013055129422/?notif_t=like

Edited by инженерц
Link to comment
Share on other sites

İsmayıllı rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Buranın yayı çox gözəldir. Hər tərəf yaşıllıq, təmiz hava, ağaclarla örtülmüş dağlar. Burada gözəl təbiətdən əlavə ekskursiya etmək üçün qədim tarixə malik tarixi-memarlıq abidələri var. 

 

Sıldırım qayaların, dağların arasında yerləşən Lahıc kəndi öz qədim tarixi, gözəlliyi ilə turistləri heyran edir. İsmayıllının qonaq pərvər əhalisi var. 

 

İvanovka kəndində Malakanlar yaşayır. Hal-hazırda onların əksəriyəti köçüb getsələr də, vaxtı ilə qurub yaratdıqları qayda qanunlar, təmizlik, kolxoz bu günə qədər öz qüvvəsindədir. Kənd çox sakit, təmiz, qonaqpərvərdir. Burada sərfəli qiymətlə ev kiralamaq mümkündür. Kənddə smetan, süd, qatıq, çaxır, bal ucuz qiymətlə, təbii, ev şəraitində hazırlanaraq satılır. Yay aylarında Rusiyadan buraya qonaqlar gəlir.

 

10152666_838227482858448_903024758050046

Edited by инженерц
Link to comment
Share on other sites

Səyahətçilər qrupuДобавить фотографииОтметитьРедактировать
Berdyansk şəhəri Ukraynanın Zaparojski vilayətində yerləşir. Şəhərin sahillərini Azov dənizi yuyur. Şəhər balacadır. Memarlığı nənəzərə çarpmır. Qiymətlər sərfəlidir. Yay aylarında bir çox şəhərlərdən Berdyanska turistlər axışır. Şəhərdə hamı dəniz geyimində gəzir. Berdyanskda dəniz kənarı park, kinoteatr, ucuz kirayəlik evlər var. Avtobusları köhnə və basırıq olur. Hamı səhər saat 9.00 dan dənizə axışır. Şəhər gecələr yatmır. Parkda müxtəlif attraksionlar, diskoteka mövcuddur. Bakıdan berdyanska qatarla gəlmək üçün əvvəlcə Bakı-Xarkov marşrutu ilə Xarkova gəlmək, Xarkovdan isə avtobusla Berdyanska gəlmək mümkündür. Şəhər sakit və təmizdir. Dəniz kənarı parkdan katerlə, teploxodlarla adaya səyahətlər var. Sahildən uzaqda yerləşən adada çimməyin xüsusi ləzzəti var. Berdyanskda katerlərlə səyahət bir çox yerlərdə təklif olunur. Şəhərdə Rus, Ukrayna, Azərbaycan, Türk mətbəxi ilə olan kafe,restaranlar fəaliyyət göstərir.

 

10011495_838239049523958_705421446633751

Link to comment
Share on other sites


Səyahətçilər qrupuДобавить фотографииОтметитьРедактировать

Velosipedlə səfər etməyin xüsusi bir ləzzəti var. Ölkəmizdə velosiped nəqliyyat vasitəsi kimi təəssüflər olsun ki, inkişaf etməmişdir. Son dövrlərdə yaradılmış velosiped klubları bizdə də velosipedin nəqliyyat vasitəsi kimi inkişaf etməsinə təkan vermişdir. "Yaşıl velosipedçilər" klubu ilk yaradılmış ekoloji maarifləndirmə klubudur. Bundan əlavə "Shark head" velosiped idman klubunu da misal gətirmək olar. "Shark head" velosiped klubu 18 iyul 2013 cü il tarixdə "Yayın 17 anı" veloturu (Велотур "17 мгновений лета") təşkil etmişdir. Tura 4 nəfər həvəskar velosipedçi qatılmışdı. Bu Azərbaycandi ilk qrup halında uzaq məsafəyə, bir çoxmüddətli bir velosəyahət idi. Turun marşrutu Bakı - Tbilisi - Qafqaz mineral suları. Səyahət çox uğurlu, unudulmaz alındı. Səyahət haqqında ətraflı məılumatlara "Shark head" velosiped klıubunun səhifəsində baxa bilərsiz. https://www.facebook.com/events/351745324946562/?source=1



 

1380499_838253466189183_9832392304332327
Link to comment
Share on other sites

Səyahətçilər qrupuДобавить фотографииОтметитьРедактировать
İlk azərbaycanlı velosəyyah Ramil Ziyadov (https://www.facebook.com/ramil.ziyadov.73) Azərbaycandan Çinə velosipedlə səyahət etmişdir. Küləyə, qara, yağışa, istiyə təslim olmadan səyahət edən Ramil hal-hazırda Moskva şəhərindədir. Ramil səyahəti boyu Azərbaycanımızı olduğu şəhərlərdə tanıdır, ermənilərin Azərbaycanın torpaqlarının işğal etməsi barədə insanları məlumatlandırır. Ramilin səyahətləri haqqında ətraflı vedeo və foto materiallara bu linklərdən baxa bilərsiz: https://www.facebook.com/pages/Velo-Tur-Asiyaya-Geden-Yol/470780072990523

 

10259333_838263602854836_549015640663861

Link to comment
Share on other sites

Attilio Falletta (https://www.facebook.com/attilio.falletta) Belçikadan olan dünya səyahətinə çıxmış velosəyyah. Yay ayında dəniz kənarı parkda velosiped sürərkən bu gənc mənə yaxınlaşaraq interneti olan, və qiymətləri ucuz olan bir kafe soruşdu. Onu öz evimə dəvət etdim. Dostlardan biri isə onu öz evində Bakıda olduğu müddət ərzində qonaq etdi. Attilionun səyahəti barəsində ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz: http://attilioavelo.com/itineraire/ 

 

 

 

 

 

1014076_838278139520049_1341645093281053

Edited by инженерц
Link to comment
Share on other sites

Livov şəhəri Ukraynanın qərbində yerləşir. Livov Ukraynanın ən gözəl memarlıq şəhəridir. Burada bir çox möhtəşəm memarlıq üslubunda inşa olunmuş qədim binalar mövcuddur. Şəhərin küçələrində, gözəl binaların arasında gəzdikcə insan könül rahatlığı tapır. Burada gözəl parklar, maraqlı muzeylər mövcuddur. Kiyev şəhərindən fərqli olaraq Livovda hamı ukrayna dilində danışır. Rus dilini bilməyən və ya rusca pis danışan sakinlər də az deyil Livovda. Livovda olan ukrayna dilinin ləhcəsi çox şirin səslənir. Burda xaricdən gəlmiş əcnəbi və yerli tələbələr təhsil alır. Polislər turistləri əbəs yerə saxlayıb sorğu-sual etmirlər. Şəhərin mərkəzi küçələri ilə tramvaylar hərəkət edir. Burada Ukraynanın başqa şəhərlərindən və digər ölkələrdən olan çox sayda turistləri görə bilərsiz. Qiymətlər münasibdir. Şəhər sakit və təmizdir. Ekskursiya etmək üçün Livov ən uyğun şəhərdir Ukraynada. Şəhərdə olan diskotekalarda universitetlərdə təhsil alan çoxlu sayda tələbələri görə bilərsiz. Burada atmosfer şəndir. Hamı deyib gülür, bir-biri ilə qaynayıb qarışırlar. Livovun əl işləri bazarında Ukraynaya məxsus gözəl əl işlərini, suvenirləri ucuz qiymətə əldə edə bilərsiz. Bazarda malan zaman endirim də edirlər (təbii ki, əgər satıcıdan bunu istəsəz).

https://www.facebook.com/media/set/?set=oa.749259155104812&type=1

 

 

10155457_838516836162846_805069854929620

Link to comment
Share on other sites


Qış mövsümündə 11:00-20:00, 

yay mövsümündə 11:00-22:00.

Avtobuslar 30 dəqiqə intervalla hərəkət edir.

Marşrutun uzunluğu 15 km, müddəti 1 saat 30 dəqiqə təşkil edir.

Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaqdır.

Ekskursiyalar 8 dildə (azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək.

Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on - hop off” sistemi ilə istifadə etmək olar. Yəni, hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.



+99455 930 00 39


 

1972443_838470946167435_5877354964680397
Link to comment
Share on other sites

Barbara Boróka Domonkos əslən Macarstandan olan dünya səyahətçisidir. O heç bir ölkədə hoteldə qalmamaq şərtilə dünya ölkələrini gəzir. Getdiyi ölkələrdə gecələmək üçün evləri məşhur səyahətçilər saytı olan https://www.couchsurfing.org/ saytından tapır. Bir gün işdən evə gedərkən gördüm bir xanım diqqətli baxışlarla Bakının köhnə küçələrinə baxır, fotolarının çəkir. O, məndən Əfqanıstan səfirliyinə necə getməyini soruşdu. Onu avtomobilimdə Əfqanıstan səfirliyinə gətirdim və facebookda əlaqə saxlamaq üçün onun səhifəsini alaraq Barbara ilə sağollaşdıq. Barbaranın səyahəti haqqında ətraflı məlumatı bu linkdən oxuya bilərsiz: https://www.facebook.com/barbara.domonkos.7?fref=ts

 

1932445_838701922811004_4768361608164332

Link to comment
Share on other sites


məqsədi: ölkədə velosiped yolları üçün lazımı infrastrukturun qurulmasına, o cümlədən ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasına nail olmaq.

 

layihə: velo-təlim

məqsəd: yaşıl velosipedçilər klubunun üzvləri üçün velosiped sürmək bacarıqlarının yaradılması və inkişaf etdirilməsində kömək etmək

 

layihə: velosipedçinin səhəri

məqsəd: azərbaycanda velosiped həvəskarlarının mütəmadi pedallamaq və görüşmək üçün zaman və məkanın təşkil etmək

 

______________________________________________

Təbiət Dostları - tarixçə

 

2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb. İlkin fəaliyyətlərini Yaşıl Velosipedçilər Klubu olaraq həyata keçirən yaşıllar inkişafının növbəti mərhələsini “Təbiət Dostları” adı altında davam etməyi qərara aldı. Belə ki, üzvlərin səs çoxluğu ilə təşkilatın adı “Təbiət Dostları” adlandırıldı. Eyni zamanda digər ekoloji fəaliyyətlər müxtəlif Klublar adı altında fəaliyyətlərini davam etdilər.. 

 

Təbiət Dostları - Missiya

 

Azərbaycanda ekoloji maarifləndirici işləri gücləndirməklə ekosistemin qorunub saxlanmasında, fiziki sağlam və öz ölkəsini sevən cəmiyyətin qurulmasında töhvə vermək.

 

Təbiət Dostları - Qarşıya qoyulan vəzifələr

 

•Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən özəlliklə dövlət, qeyri-dövlət, media və biznes strukturlarının nümayəndələri, həmçinin tələbələrin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa çağırmaq.

•Azərbaycanda ekoloji nəqliyyat vasitələri (velosiped, tramvay və s.) üçün yolların salınması, zavodların inşasına və inkişafına nail olmaq.

•Azərbaycanda alternativ enerji mənbələrinin (günəş, külək və s.) inkişaf etdirilməsinə, hətta lazım olan avadanlıqların ölkədə hazırlanmasına və geniş tədbiqinə nail olmaq.

 

Təbiət Dostları - Fəaliyyət istiqamətləri

 

•maarifləndirici seminarlar, dəyirmi masalar, konfranslar və s. təşkili

•ekoloji tədiqat layihələlərin təşkili

•ekoloji aksiyaların təşkili

•ekoloji məlumatların araşdırılması və yayılmasının təşkili

•ekoloji qiymətləndirmə və monitorinqlərin aparılması

•ekoturistik tədbirlərin təşkili

•ekofototurların təşkilİ

 



 


 

10001517_838826079465255_291257394948438
Link to comment
Share on other sites

Expedition Azerbaijan (Экспедиция) - Товары для активного отдыха
Səyahətçilər qrupu. Группа путешественников.Добавить фотографииОтметитьРедактировать
Expedition Azerbaijan (Экспедиция) - Товары для активного отдыха и туризма.
 
В нашем интернет-магазине широкий ассортимент оригинальных и необычных подарков, полезных и практичных вещей, товары для отдыха и путешествий, эксклюзивные сувениры. Каждый товар из нашего магазина с уверенностью можно назвать необычным. Мы надеемся, что среди представленных товаров Вы с легкостью подберете оригинальный подарок близкому человеку. Но в первую очередь мы рекомендуем купить подарок себе! Добро пожаловать в интернет-магазин подарков "Экспедиция"!

 

https://www.facebook.com/expedition.az

 

1901277_838991892782007_7726526863652655

Link to comment
Share on other sites

Səyahətçilər qrupu. Группа путешественников.Добавить фотографииОтметитьРедактировать
Qısa olaraq Ekoturizm haqqında:
 
EKOTURİZM: Ekoturizm, yerli insanların həyat səviyyəsinin və ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş məhsuliyyətli turizm növüdür. 
 
Ekoturizmin başlıca konsepsiyalarına cavab verən davamlı inkişafın başlıca müzakirə obyekti ətraf mühitin qorunması və yerli əhalinin bu turizm növündən fayda götürməsidir.
 
Hal-hazırda dünyanın bir çox ölkələri davamlı turizmin inkişafı proqramının həyata keçirilməsini bu və ya digər dərəcədə təmin edir və bu işdə ekoloji, elmi və mədəni turizmə daha artıq dərəcədə önəm verilir. Məlum olduğu kimi, ekoloji turizm çox böyük investtisiya qoyuluşları tələb etmir və əvəzində iqtisadi infrastrukturun inkişafına və bir çox sosial problemlərin həllinə əhəmiyyətli təsir göstərə bilir. Ancaq bu nailiyyətlərin əldə olunması üçün yerli əhalinin başlanğıc mərhələdən etibarən proseslərə cəlb edilməsi, ictimai məlumatlılığın və ekoloji maarifləndirmənin artırılması və yerlilərin əlavə iş yerləri ilə təmin edilməsi olduqca zəruridir. Belə ki, əgər tullantıların düzgün yönləndirilməsi və effektiv kanalizasiya sistemlərinin fəaliyyəti mövcud olmasa bu hal yerli sistemlərin səmərəliliyi üçün böyük təhlükə olar. 
 
Ekoturizm fəaliyyətləri potensial ətraf mühit təsirlərinin elmi nəzəriyyələrinə əsaslandırılmışdır və yerli, regional ətraf mühitlə bağlı fəaliyyətlərin planlaşdırılması, ekoloji təhlükələrin azaldılması strategiyaları, dəyişikliklərin monitorinqi və ekosistemdə ciddi dəyişmələrin öncədən müəyyən edilə bilməsi ilə xarakterizə olunur. 
Mühafizə olunan və ətrafındaki ərazilərdə yaşayan yerli icma müəyyən qərarların qəbulunda iştirak etməli və təbiət resurslarının düşünülmüş istifadəsindən müəyyən faydaları götürməlidirlər. Bununla yanaşı yerli QHT-lərin də ətraf mühitin mühafizəsinə aid tədbirlərinə cəlb olunması xüsusi əhəmiyyətə malik olub davamlı turizmin inkişafı və idarə olunması məsələlərində böyük töhvələr verə bilər.
 
- təbiətdən götürdüyümüz sərvəti ata-babalarımızdan miras almadıq gələcək nəsillərimizdən borc götürdük və ehtiyacımızı ödəyəcək qədər istifadə edib sonra qaytarmalıyıq.

 

https://www.facebook.com/ekoturizm

 

10259872_838819016132628_329291485376264

Link to comment
Share on other sites


Səyahətçilər qrupu. Группа путешественников.Добавить фотографииОтметитьРедактировать

SharkHead | velopeople - Heveskar Velosipedçilər Klubu 2012-ci il, May ayın 10-da fəaliyyətdədir. Bizim missiyamız - velospideçiləri bir araya gətirərək onların daimi ünsiyyətdə olmaqlarını təşkil etmekdir. Bizim məqsədimiz - Azərbaycanda velosipedçilərin çoxluğunu və həvəskar velosipedçilərin sürmə qabiliyyətlərini artırmaqdır. Biz hər bir yeni velosipedçinin klubumuzun üzvü olmaq arzusunu salamlayırıq.

 

Yay mövsumunda biz həftənin hər Bazar ertəsi, Çərşənbə və Cümə (1ci, 3cü və 5ci) günlərində, saat 20:00-da Sahil bağında görüşüb, müəyyən edilmiş marşrut ilə sürürük. 

 




 

Əlavə məlumatları səhifəmizin löhvəsindən və ya ayrıca yaradılmış "SharkHead | velopeople" http://www.facebook.com/sharkhead.az səhifəmizdən və "http://sharkhead.az/velopeople" forumumuzdan əldə edə bilərsiniz. 

 




Instagram: @sharkhead_velopeople


 


 

10157371_838821239465739_234483726307814
Link to comment
Share on other sites

Популярный сайт о путешествиях TripAdvisor составил рейтинг самых лучших мест отдыха 2014 года. В двадцатку попал и российский город — Санкт-Петербург расположился на 16-ой строчке. Самые любимые места туристов смотрите в альбоме РИА Новости.

 

https://www.facebook.com/photo.php?fbid=10152365347439271&set=a.10152365347084271.1073742827.325794294270&type=1&theater

 

10250280_10152365347439271_6626543241444

Link to comment
Share on other sites

Арабы реализуют проект «Города Аладдина» – ФОТО
 
Город, который будет построен в честь героя...
 
Правительство Дубая начинает реализацию крупного проекта по строительству в исторической части эмирата крытого Города Аладдина, который будет полностью возведен на воде над старым торговым портом. Город, который будет построен в честь героя произведения «Тысяча и одна ночь», будет таким как в сказке.
 
Как сообщает Oxu.Az со ссылкой на ANS PRESS, проект «Города Аладдина» будет выполнен в восточных традициях с обилием «золотых» конструкций и имитацией ажурной ковки.
 
Три основных башни, самая высокая из которых поднимется на 450 метров, будут напоминать старинную восточную масляную лампу, изящный кувшин, флакон для благовоний.
 
Фотография города, который планируется построить, размещены на сайте «albayan.ae» ОАЭ. В «Городе Аладдина» расположатся жилой комплекс, гостиница, бизнес-центр, развлекательный парк и обилие магазинов, ресторанов и кафе.
 
Проект «Города Аладдина» рассчитан на увеличение потока туристов в стану.
 
Для просмотра всех фотографий: http://ru.oxu.az/fun/20669

 

https://www.facebook.com/photo.php?fbid=647928398594085&set=a.422552034465057.103172.422547091132218&type=1&theater

 

1959225_647928398594085_7133798662125403

Edited by инженерц
Link to comment
Share on other sites

Группа единомышленников, которым не безразлично будушее offroad-а и видят его,как открытый для всех желающих автомобильный вид спорта в Азербайждане.
 
Цель - это ознакомить, объединить, создать здоровую атмосферу общения и обмена опытом для всех желающих и болеющих за оффроад в Азербайджане.
 
Проект club4x4 не несет никакой коммерческой,либо политической цели,ибо только так можно достичь высшесказанного.
 
 
 
 
Phone: +994 50 223 29 89
+994 50 225 94 05
+994 50 220 40 55

 

https://www.facebook.com/media/set/?set=oa.750216945009033&type=1

 

1896957_839596869388176_3324630834106481

Link to comment
Share on other sites

Azərbaycanda ilk və tək olan offroad klub 3 mart 2010 tarixində yaradılmışdır. Klub, Gənclər və İdman Nazirliyinin 6 aprel 2010(№522/R-01/16) icazəsi ilə, 30 aprel 2010 tarixində (qeydiyyat № 1110-Q31-2831) Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
 
Klubun adı: "OFFROAD İDMAN KLUBU"
 
Qeydiyyat tarixi: 30.04.2010
 
Qeydiyyat nömrəsi: 1110-Q31-2831
 
Hüquqi statusu: İctimai cəmiyyət
 
Ünvan: Bakı şəhəri, Ak. Ş. Mehtiyev küç. 77
 
Fəaliyyət sahəsi və məqsədi: Offroad idman növünün inkişafı
 
Həftə sonu səfərlərinin təşkili, üzaq səyahətlər, yolsuzluq şəraitində sürücülük təcrübəsinin artırılması üçün master-klas və sadəcə həmfikirlərlə birlikdə maraqlı vaxt keçirmək - offroad klubunun qabağına qoyduğu hələ tamamlanmamış vəzifələr siyahısıdır.
 
Klubumuz, təcrübəli offroad səyahətçiləri və bu sahədə hələ ilk addımlarını atan üzvlərdən ibarətdir. Bu insanları nə birləşdirir? Macəra, yeni təəsüratlar axtarışı və əlbətdə ki, tam ötürücülü maşınlara olan sevgi. Kluba üzv olmaq üçün, sadəcə keçirdiyimiz offroad tədbirlərindən birinə iştirak etmək yetərlidir. Bizə qoşulun. Darıxdırıcı olmayacaq.
 

 

https://www.facebook.com/media/set/?set=oa.750215038342557&type=1

 

10252154_839591646055365_353580118947129

Link to comment
Share on other sites

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası

 

Sizcə, sizin xoşunuza gələn və hər yaşda, ilin hər fəslində və istədiyiniz qədər məşğul ola biləcəyiniz bir idman növü varmı? Bəli, var. Bu, dünyada ən məhşur idman növlərindən biri olan, səmti müəyyən etmə idman növüdür. Onun əsas məqsədi bundan ibarətdir ki, qiblənüma və xəritə köməkliyi ilə təyin olunmuş ərazilərdə nəzarət məntəqələrini tapmaq və finiş nöqtəsinə daha tez çatmaqdır. NM xəritədə ləpir xətlər ilə birləşən dairələrlə əks etdirilib. Hər dairənin mərkəzində yoxlama məntəqəsi yerləçir. Məntəqələrin verilmiş ardıcıllığını dəyişmək olmaz. Hər nəzarət məntəqəsində ştamp və ya elektron işarəetmə ilə qeyd olunmaq lazımdır. Lakin sonrakı məntəqənin axtarışını hər kəs özünə rahat olan bir yol ilə təyin edir. Və məhz məntəqəni özün seçmə və məntəqəyə özün çatma səmti müəyyən etmə idman növünün əsas şərtidir!
 
Peşəkar-idmançılar üçün yarışdan əlavə olaraq, səmti müəyyən etmə idman növü həm də aktiv istirahət üçün gözəl imkan yaradır. Səmti müəyyən etmə idman növü ilə yaşından, fiziki hazırlığından və idman ixtisasından asılı olmayaraq hər kəs məşğul ola bilər. O, nəinki əzələləri, həm də beyini hərəkətə gətirir və bu da, həyatsevərlik və gündəlik qayğılardan uzaq olmağımıza səbəb olur. Səmti müəyyən etmə idman növü topoqrafiya biliklərinə sahib olmaq, idman xəritəsini oxumaq və ərazini tapmaq, onları tutuşdurmaq və lazımi istiqaməti seçməyi öyrədir. O, idmaçılardan yaranmış vəziyyəti tez və dəqiq qiymətləndirilməsini və fiziki yorğunluğa baxmayaraq, düşünmə qabiliyyətini tələb edir. Səmti müəyyən edənlərdə diqqətçilik, dözümlülük, iradəlilik, çətin vəziyyətdə istiqamətlənmək və bir sıra xüsusiyyətlər əmələ gəlir.
 
Yerində səmti müəyyən etmə - idmançıları optimal istiqamət seçəndə, nəzarət məntəqələrinin axtarışında və tapmasında əqli fəaliyyətə yönəldən intellektual idman növüdür. Onu həm də " qaçışda şahmat” kimi də adlandırırlar.
 
Güman edirik ki, yuxarıda yazılanlar artıq sizin maraq dairənizə səbəb oldu və sizə də özünüzdə bunu kəşf etmək maraqlı olar. Bu idman növünə qoşulmaq üçün Səmti Müəyyən Etmə Federasiyasina müraciət etməniz yetərlidir.

 

https://www.facebook.com/AzrbaycanRespublikasiSmtiMuyynEtmIdmanFederasiyasi

Link to comment
Share on other sites

  • 4 weeks later...
Altıağac Milli Parkı

Yaradıcılığı il: 2004

Sahə (hektar): 11035

Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.

Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu orpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmiş qonur ayı, çol qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

 


 

10313460_857267827621080_747562416115090
Link to comment
Share on other sites

Adı: Abşeron Milli Parkı

Yaradıcılığı il: 2005

Sahə (hektar): 783

Olduğu yer: Bakı şəhərinin Əzizbəyov rayonunun ərazisində,

Abşeron yarımadası.

Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park nın cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir.

 


 

10259757_857267090954487_145821585462943
Link to comment
Share on other sites

Adı: Akademik H. Əliyev adına Ordubad Milli Parkı

Yaradıcılığı il: 2003

Sahə (hektar): 12131

Olduğu yer: Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun ərazisində.

Qısa məlumat: Ordubad Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Ordubad Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Ordubad Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-100J-dək, iyulda 10-250J-dəkdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, Kiçik Asiya gürzəsi, Kiçik Asiya kərtənkələsi, Zaqafqaziya təlxəyi, ox ilanı qorunduğu üçün «Qırmızı Kitab»a salınmışdır. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və Yasaqlığın ərazisində mövcuddur.

 


 

10299959_857266247621238_539630213072160
Link to comment
Share on other sites

Adı: Ağ göl Milli Parkı

Yaradıcılığı il: 2003

Sahə (hektar): 17,924

Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində. 

Qısa məlumat: Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Ramsar Konvensiyasının «Ramsar Siyahısı»na daxil edilmişdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.

 


 

10264972_857265780954618_846447843133672
Link to comment
Share on other sites

Adı: Şirvan Milli Parkı 

Yaradıcılığı il: 2003

Sahə (hektar): 54373,5

Olduğu yer: Salyan rayonunun ərazisində, həmçinin Bakı şəhərinin Qaradağ və Neftçala rayonlarının ərazilərinin. 

Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının «Qırmızı kitabı»na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir, qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»a daxil edilmişdir, qanunla qorunur. Jənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın «Qırmızı Kitabı»na, 10-u ancaq «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na, 10-u isə həm Azərbaycanın «Qırmızı Kitabı»na (1989), həm də «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın «Qırmızı Kitabı»na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

 


 

10338257_857264204288109_879537346054274
Link to comment
Share on other sites

Adı: Hirkan Milli Parkı

Yaradıcılığı il: 2004

Sahə (hektar): 21435

Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.

Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270S olur. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar.

 


 

10294469_857263774288152_728863805666396
Link to comment
Share on other sites

Rusiya Federasiyasi, Saratov vilayəti, Saratov

 

Saratovun gözəl parkları mənim xatirələrimdə gözəl xatırlanır. Burada parka gələn vətəndaşlar pulsuz sürətli WiFi lardan istifadə edə bilərlər. Şəhərdə tikinti-quruculuq işləti intensiv deyil. Şəhərdən 20 dəqiqəlik yol gedərək aralandıqda meşə zolaqları başlayır. Meşədən alma, göbələk, çiyələk yığıb gətirə bilərsiz. Cəmi 1000 manata burada bütün sənədləri ilə birlikdə bağ evi ala bilərsiz. Şəhər Volqa çayı boyu yerləşir. Engels və Saratov şəhərlərini birləşdirən avtomobil körpüsünün altında çimərlik yerləşir. Yay aylarında sakinlər şəhərdə sərbəst geyimdə gəzirlər. Şəhərdə köynəksiz gəzməyə pis baxılmır. Ümumiyyətlə Rusiyada insanları başqalarının necə gəzməyi və s. primitiv şeylər maraqlandırmır. Pik saatlarda şəhərdə əksəriyyət küçələrdə tıxaclar olur. Ona görə insanların çoxu tramvaylardan istifadə edirlər. Çünki tramvaylar asta da olsa geirlər və tıxaca düşmürlər. Tramvayın yolunu avtomobillər kəsə bilməz. Azərbaycanlılar bu şəhərdə kifayət qədər çoxdur. Yüksək maaşlı iş axtarışında olanlar başqa vilayətlərə üz tuturlar. BAzarlarda satıcıların əksəriyyəti azərbaycanlılardır. Çayda teploxodla gəzintilər təklif olunur. Şəhərin meşə zolaqları olan hissələrində velosiped icarələri yerləşir. Saratovun meşəliklərinə velosiped sürməyin xüsusi ləzzəti var.

 


 

10277568_860931547254708_330526167900774

 

10277466_860950423919487_494363475317016
Link to comment
Share on other sites

  • 2 months later...
Səyahətçilərin ən çox istifadə etdiyi saytlardan biri də www.panoramio.com web saytıdır.

 

10525878_909767725704423_797356225017643

 

Panoramioda gps koordinatları olan fotoları sayta yüklədikdə foto avtomatik olaraq “Google Map” – də öz koordinatını tapır. Əgər fotonun gps koordinatları yoxdursa o zaman fotonu manual olaraq lazımi koordinatına yerləşdirə bilərsiziniz. 

 

Sayt dünya üzrə çox populyardır. 

 

Yüklənən fotolara istədiyiniz “teg” – ləri verə bilərsiz. Və sizə lazım olan fotonu axtardıqda saytın “teglər” bölməsində istədiyiniz axtarış sözünü yazıb lazım olan fotoları axtara bilərsiz. 

 

Getdiyiniz şəhərin, yaşadığınız küçənin fotlarını google map-də koordinatlarda yerləşdirməklə həmən şəhərə, küçəyə foto səyahəti etmək mümkündür. Saytın köməkliyi ilə gedəcəyiniz yer haqqında fotolardan (təbii ki, əgər həmən yerin fotoları başqa user-lər tərəfindən saytda yerləşdirilibsə) faydalı məlumatlar ala bilərsiz. 

Saytın digər üstünlüyü də ondan ibarətdir ki, sayta fotoları yükləyən zaman fotonun keyfiyyəti aşağı salınmır. Və gələcəkdə bu fotoları öz kyfiyyəti ilə saytdan yükləmək mümkündür. 

 

Saytın “dünya xəritəsi” bölməsində google map-də olan fotolara baxa bilərsiz,

 

10447838_909767745704421_270976509262638

 

“məşhur yerlər” bölməsində google map-də tez-tez baxılan, axtarılan yerlərə, fotolara baxa bilərsiz,

 

10339573_909767835704412_571863071590084

 

 

“teglər” bölməsində fotolar üzrə axtarış edə bilərsiz,

 

10511369_909767875704408_797864924921261

 

“qruplar” bölməsində saytda olan qruplara üzv ola bilərsiz, özünüz qrup yarada bilərsiz, fotolarınızı qrupalda paylaşaraq onnların daha geniş izləyici kütləsinə təqdim edə bilərsiz, 

 

10557156_909767905704405_151276566678203

 

 

“müsabiqə” bölməsində fotolarınızı müsabiqəyə təqdim edə bilərsiz və qalib olsaz müxtəlif dəyərli hədiyyələr əldə edə bilərsiz, 

 

10304641_909767922371070_418183617799113

 

“forum” bölməsində saytla, foto ilə və b. Mövzularla tanış ola və iştirak edə bilərsiz. Forum müxtəlif dillərdədir. 

 

10375127_909767965704399_754498518052671
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
        • Like
      • 57 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 31 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Like
      • 26 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Milli
        • Haha
        • Like
      • 50 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Haha
      • 36 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Upvote
        • Red Heart
        • Like
      • 444 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Haha
        • Like
      • 52 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...