Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"o Olmasın, Bu Olsun" Filminin Operatorunun Acı Taleyi


Recommended Posts

Bir az uzun olsa da oxumağa dəyər fikrimcə..

 

Moskvadakı qocalar evinin çiyinləri bükük, dağınıq ağ saçlarını külək oynadan qərib sakini. Dilində dua kimi pıçıldadığı o beşcə sözlük cümlə: “Kinostudiya üçün burnumun ucu göynəyir”! Cavan qızlar, oğlanlar başına yığılıb onun çəkdiyi filmlərdən ağızdolusu danışanda o bükük çiyinlər titrəyir, sonra qəddini düzəldir, heç elə bil yumağa dönən adam deyil. Üstəlik, tinindən-dalanından ötrü darıxdığı o uzaq doğma şəhərdən – Bakıdan onu deyib gələn var. Hələ saçlarını külək oynadan o vətən həsrətli qocaya Bakıdan alma da gətiriblər, qırmızıyanaq alma! Kövrəlməzmi, kövrələr! Qızlar boynunu qucaqlayıb onu öpür, ustufca uzaqlaşırlar. Vətəndən gələn o adamla – kino işçisi, redaktor Asif Əliyevlə baş-başa qalırlar:

 
- Gedək, yolda söhbət edərik. Qocalar evində gecikməyi xoşlamırlar, nahara az qalıb.
 
- Əlisəttar müəllim, nəyə ehtiyacınız var? Evdən hazırlıqlı gəlmişəm.
 
- Heç nəyə ehtiyacım yoxdur, - deyir, - Yoldaşlarım yaxşı adamlardır. Hər gün şam yeməyində birinin ailəsi göyərti, o birinki qatıq, tort gətirir. Mənim isə nə yanıma gələnim var, nə də...
 
Səsi şüşə kimi çiliklənir...
 
***
 
Əlisəttar Atakişiyev haqqında yazılan bütün xatirələrdən qırmızı xətlə keçən bir cümlə var: qəribə və acı taleli xoşbəxt sənətkar! Qəribəliyini deyə bilmərəm, acı hər nədirsə, onun boyuna, taleyinə biçilmişdi. “Xasiyyəti sərt idi, böyük-kiçik bilməz, sözünü birbaşa deyərdi” - qohum-qonşusu, həmkarları danışardılar. Və başına nə gəldisə, bu “dilbilməzlik”dən gəlmədimi? Yaradıcılığının kamil dövründə başına nə oyunlar açdılar: kinodan uzaqlaşdırıldı, vətəndən baş götürüb getdi, “Azərbaycanfilm” üçün burnumun ucu göynəyir deyib, durdu!
 
Sözünün ağasıydı Əlisəttar Atakişiyev: kinodan uzaqlaşdırılandan sonra “İbrahimin sərgüzəştləri” kinossenarisini yazır və Bakı bu ssenariyə film çəkməyi rədd edəndə, “Tacikfilm”dən təklif gəlir ki, Əlisəttar Ələsgəroviç, buyurun gəlin, filmi özünüz çəkin, sizə hər şərait yaradılacaq. Nə desə, yaxşıdır: “Azərbaycan adlarını dəyişdirməyə əlim gəlmir. Bir də nəyə görə Azərbaycan folkloru başqa kinostudiyada çəkilməlidir? Mən gözləyəcəyəm. İllərlə də olsa, gözləyəcəm!”
 
Qaldı xoşbəxt sənətkar ifadəsinə, niyə də olmasın?! Bir adam ki, Azərbaycan kinosunda “Sehirli xalat”, “Qərib cinlər diyarında”, “Bir qalanın sirri”, “İstintaq davam edir” kimi filmlərin rejissoru, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Uzaq sahillərdə” filmlərinin operatoru ola, ona xoşbəxt deməmək olarmı? “İstintaq davam edir” prokata çıxdığı birinci ildə filmi 30 milyona yaxın tamaşaçı izlədi. Bu, 1963-cü ildən üzü bəri Azərbaycan kino tarixinin rekordudur.
 
Taleyin müjdəsi: “Mosfilm”ə təyinat
 
“1906-cı ilin dekabrın 25-də Bakıda kustar-xarrat ailəsində anadan olmuşam” – Atakişiyev özü haqqında danışırdı: “8 yaşım olanda valideynlərimi itirdim, qardaşımın öhdəsinə düşdüm. O, mənə həm ata, həm də ana oldu”.
 
1936-cı il. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən Əlisəttara xəbər gəlir: Universitetin rəhbərliyi səni yanına çağırır.
 
Və 30 yaşlı cavan kinooperatora nə desələr, yaxşıdır: “Təcrübə keçdiyin filmlərin rejissorları, operatorları səndən razılıq edirlər. Səni Moskvada saxlamaq istəyirik. Etiraz etmirsənsə, təyinatını “Mosfilm”ə verək. İstedadlı adamsan, özünü tanıdacaqsan”.
 
Necə yəni, etiraz etmirsənsə?! “Mosfilm”də kim qalmaq istəməzdi? İnstitutu təzə bitirib əlinə diplom alan tələbəyə bundan artıq nə lazım idi?!
 
Moskva Əlisəttara üç şeyi verdi: Təhsil, sevgi, şöhrət...
 
Qardaşının qızı Solmaz Atakişiyevanın xatirələrindən: “Son illər əmim tamam dəyişmişdi, qocalmışdı. Tez-tez deyirdi: yoldaşlarım, sağım-solum gedib. Mənim üçün yaşamaq daha maraqlı deyil”. Atamı “Mirzə qədeş” çağırardı. Həmişə deyərdi ki, mənə tərbiyəni atan verib, məni oxutdurub, ərəb dilini öyrədib. Anam danışırdı ki, bir gün oturmuşduq, poçtalyon məktub gətirdi, məktub Əlisəttardan idi. Yazırdı ki, Mirzə qədeş, Moskva soyuqdur. Atam məktubun ardını oxumadı, fikrə getdi, üzünü mənə tutub dedi: “Bilirsən nə var, əynimə geyindiyim palto çox qalındır, isti olur mənə, yol gedə bilmirəm, tez-tez tərləyirəm. Bunu göndərəcəm Əlisəttara, Moskvada şaxta adamın iliklərinə işləyir. Belə də oldu. Əmim həmin paltoda şəklini çəkdirib bizə göndərmişdi”
 
“Mənim yerim Parisdir”
 
Əlisəttar Atakişiyevin həyatında boşluq yaradan bircə səbəb vardı: ailə həyatının gətirməməsi. Xanımı Konstantin Stanislavskinin nəvəsi, aktrisa Yelizaveta Vladimirovna Alekseyeva idi. Bu həmin Stanislavskilər idi ki, çar dövründə Moskvanın məşhur “Krasnıye vorota” deyilən yerində 72 otaqlı böyük mülkləri, içində də nə az, nə çox – düz yeddi royal vardı. Yelizaveta kübar mühitində böyüyən, tərbiyə alan, qayğının-ehtiyacın nə demək olduğunu bilməyən xanım idi. Üstəgəl, işlədiyi teatrda mövqe tutmuşdu, babasına görə hər yerdə hörmət, diqqət görürdü. Və günlərin birində Əlisəttarın dilindən nə eşitsə yaxşıdır: “Bakıya qayıtmalıyıq”.
 
Yelizaveta Bakıya ilk dəfə 1937-ci ildə gəlmişdi. Hər gələndə Azərbaycan dilində bir neçə söz öyrənər, öz-özünə təkrar edərdi ki, yaddan çıxarmasın. Bakıda nəinki birdəfəlik yaşamaq, heç tətilləri başa vurmağa hövsələsi çatamaz, darıxar, “boğuluram” deyib, durardı. Əlisəttar Atakişiyevin qohumları xatirələrində belə yazırlar: o, heç Moskvada da qalmaq istəmirdi, deyirdi, mənim yerim Parisdir.
 
II Dünya müharibəsindən sonra Estoniyada ardıcıl filmlər istehsal olunmağa başlanıldı. 1955-ci ildə çəkilən “Axşam düşəndə...” filminin operatoru Əlisəttar Atakişiyev idi. Və bu film eston kino tarixinə ilk rəngli film kimi düşdü. “Axşam düşəndə...” böyük uğur qazanandan sonra Atakişiyeva təklif olundu ki, yenidən “Mosfilm”ə qayıtsın: “Əlisəttar Ələsgəroviç, nəzərə alın ki, sizin Moskvada həyat yoldaşınız, oğlunuz var”.
 
Və belə bir vaxtda Bakıdan rejissor Hüseyn Seyidzadə ona zəng edir: “Əlisəttar, mən Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını ekranlaşdırmağa hazırlaşıram. Çox istərdim ki, bir yerdə işləyək, sən baş operator olasan. Film rəngli olacaq. Sən bizə lazımsan. Tezliklə səni Bakı kinostudiyasında gözləyirəm...”.
 
“Arşın mal alan”dan sonra yenidən Üzeyir bəyin yaradıcılığına müraciət edilməsi kinostudiyanın tarixində böyük hadisə idi. Və əlbəttə, bu təklif Əlisəttar Atakişiyevin həyatında daha böyük uğurlara yol aça bilərdi. Başqa tərəfdən, “O olmasın, bu olsun”a kino çəkmək onun çoxdankı arzusuydu. Rejissor əvvəlcə Moskvaya qayıdır, Yelizavetaya hər şeyi olduğu kimi danışır. Çətinliklə də olsa, qadın razılaşır və ailə Bakıya köçür. Amma Yelizavetanın Bakıya qanı qaynamır ki, qaynamır. Yeni adamlara, yeni həyat şəraitinə, yeni ab-havaya, gündəlik məişət qayğılarına heç cür alışa bilmir. Və... və çətin də olsa, onlar ayrılırlar, Əlisəttar Atakişiyev Bakıda tək qalır. Rejissorun bu izdivacdan indi Kanadada yaşayan Xəlil adlı oğlu olur.
 
Atakişiyevin ailə həyatı gətirməsə də, min bir zəhmətinə qatlaşdığı filmi – “O olmasın, bu olsun” böyük uğur qazandı. Film Azərbaycan kino tarixinə ilk rəngli tammetrajlı film kimi daxil oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdovun Azərbaycan Kinematoqrafçılar İttifaqının I Katibi Həsən Seyidbəyliyə məktubundan: “Film 40 ölkəyə, o cümlədən İran, İraq, Yaponiya, ABŞ, İsveçrə və Macarıstana satılıb”. Sonralar isə təxminən daha 100 ölkəyə satılması barədə məlumat verildi. “O olmasın, bu olsun”un Təbrizdə nümayişi misli görünməmiş hadisəyə çevrildi, küçələrdə camaat filmdən mahnılar oxuyurdular.
 
Həbsxanadan keçən yol...
 
“Bir qalanın sirri” Əlisəttar Atakişiyevin ilk rejissor işi idi. Və elə bu filmin ucbatından başı bəla çəkdi, məhkəmədə cavab verməli oldu. “Bir qalanın sirri” istehsal planı üzrə nəzərdə tutulduğundan gec başa çatır. Bu C.Cabbarlı adına “Azərbaycanfilm”in kollektivinin mükafatdan məhrum olması demək idi. Əlisəttar Atakişiyev və filmin direktoru Əli Məmmədov çıxış yolunu bircə şeydə görürlər: Leninqrada gedib “Lenfilm” kinostudiyasında kinoplyonkaların emalı işini sürətləndirmək. Laboratoriya rəisi bəhanə edir ki, işlər çoxdur, qabağa düşmək üçün gərək əliniz cibinizdə olsun. Rəisin çaldığı ilə oynamaqdan savayı yol yoxuydu, bir nəfərə görə bütün kollektiv mükafatsız qala bilməzdi. Atakişiyev Əli Məmmədovdan 80 manat pul göndərir ki, rəisə çatdırsın. İki gün işlər qaydasına düşsə də, laboratoriya rəisi yenə işdən boyun qaçırır, bəhanə həmin bəhanəydi: vaxtım yoxdur. Əlacsız qalan rejissor bu dəfə 100 manatından keçməli olur: yenə pul Əli Məmmədov vasitəsilə göndərilir. Və işlər qaydasına düşür: film vaxtında təhvil verilir, böyük uğur qazanır, kollektiv də mükafatsız qalmır.
 
Vəssalam, burda nöqtə qoymaq olardı. Di gəl,... Bir müddət keçəndən sonra heç kimin gözləmədiyi hadisə baş verir: rüşvət məsələsinin üstü açılır. Məlum olur ki, laboratoriya rəisi ittifaq üzrə kino işçilərindən plyonka emalı üçün vaxtaşırı rüşvət alırmış. Onu həbs edirlər, istintaq zamanı Bakıdan gələn kino işçilərindən rüşvət aldığını gizlətmir. Əli Məmmədov dərhal həbs edilir. Əlisəttar Atakişiyev məhkəməyə şahid qismində çağırılır. İclas vaxtı Atakişiyev həmkarının müdafiəsinə qalxır. Hakimlə qısa mübahisə bəs edir ki, onun özünü şahid skamyasından müqəssir kürsüsündə əyləşdirsinlər. Məhkəmə hökm oxuyur: Əlisəttar Atakişiyev cəzasını gücləndirilmiş rejimli islah-əmək kaloniyasında keçirməklə iki il, Əli Məmmədov isə iki il altı ay müddətində azadlıqdan məhrum edilirlər.
 
Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və Moskva incəsənət xadimləri RSFSSR Ali Məhkəməsinə müraciət edirlər. İşə yenidən baxılır və qeyd olunur ki, cəza sərtdir, hökm oxunarkən məhkumların şəxsiyyəti nəzərə alınmayıb. Petroqrad rayon məhkəməsinin hökmü dəyişdirilərək hər iki məhkum azadlığa buraxılır. Əlisəttar Atakişiyev bir il on gün, Əli Məmmədov isə bir il 22 gün həbsxanada yatırlar.
 
Kinostudiya: dəfndə iştirak etməyə pul yoxdur
 
Rejissorun bacısı qızı Lalə Babayevanın xatirəsi: “Kino Veteranları evində yaşayanda dayımın yanına getmişdim. Bakıdan onun üçün ərik alıb aparmışdım. Əriyin tumları şirin idi, ona görə onları yaşadığı binanın qarşısındakı bağda əkdi. Bir neçə ildən sonra bu tumlardan biri cücərib böyük ağac oldu. Sonra yolum yenə Moskvaya düşəndə gözlərimə inanmadım: axı ərik ağacı Moskvanın sərt iqliminə necə dözdü, necə uyğunlaşdı? Bu, təkcə mənim üçün yox, Veteranlar Evində yaşayanların hamısı üçün sirr olaraq qaldı”.
 
1990-cı ilin 7 noyabrında Moskvadan Lalə Babayevaya zəng gəlir: “Dayınız vəfat edib”. Xəbər kinostudiyanın rəhbərliyinə çatdırılsa da, irəli çıxan olmur. “Bəhanələri bu oldu ki, dəfndə iştirak etmək üçün pulumuz yoxdur. Bu, kinoya rəhbərlik edənlərin Əlisəttar Atakişiyevə sonuncu “hörmət”ləri idi. Dayımı noyabrın 10-da torpağa tapşırdıq. Oğlu Xəlilin evində ehsan verdik, halva çaldıq, plov bişirdik”.
 
Əlisəttar Atakişiyevlə maraqlanmaq sonralar da heç kimin yadına düşmədi. Ta bu iləcən... Bu yazını yazanda “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovla danışdım. Onun dediklərindən: “Əlisəttar müəllimin qəbrini tapmaq çətin oldu. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin göstərişi ilə mən Moskvaya getdim. Qocalar evinin qəbiristanlığında Əlisəttar müəllimin adını da qeydiyyatdan çıxarmışdılar. Bir həmyerlimizin köməkliyi ilə arxiv kitablarından qəbrin nömrəsini tapdıq. Başdaşının üzərində, sadəcə, belə yazılmışdı: “Əlisəttar Atakişiyev”. Kim olduğunu belə qeyd etməmişdilər. Qocalar evinin rəhbərliyi məzarın üstünü götürməyə icazə vermədi. Bizə dedilər, Əlisəttar müəllimin oğlu sağdır, yalnız onun razılığı ilə məzarın üstü götürülə bilər. Oğlu yaşlı adamdır, Kanadada yaşayır. Onu tapmaq üçün təxminən üç ay vaxt sərf etməli olduq. Hamıdan, hər şeydən uzaq gəzir. Məzarın şəklini ona göndərəndə, zəng vurub ağladı”.

 

 

Kövrəldim ((( insan bilmir, həyat bəzən etdiyi hansısa səhvə görə ömrü boyu ona dərs verir. Bəlkə də, şəxsi həyatında bəxti gətirsəydi, sonu bu cür olmazdı...

Edited by Pari***
Link to comment
Share on other sites

Sona kimi diqqətlə oxudum, Əlisəttar Atakişiyev haqqında televiziyada da çox eşitmişəm, amma bu cür acı taleyinin olduğunu bilmirdim..

Doğrudan da insan heyati qəribəliklərlə doludur..Bilmirsen sabah atacağın adıım sənin gələcək həyatına necə təsir edəcək..

Əlbəttə, ailə, həyat yoldaşının düzgün seçilməsi böyük şərtdir..

Allah rəhmət eləsin..

Link to comment
Share on other sites

He, atam danisirdi ondan. O vaxt "sehirli xalat"i cekende onlari mektebden kinostudiyaya ekskursiyaya aparmishdilar, orda Elisettar Atakisiyevi gormushdu, her defe o filme baxanda onun nece yaxshi insan tesiri bagisladigini deyirdi.

Onun cekdiyi usaq filmleri ile boyumushuk, daha dogrusu gor nece nesil boyuyub?

Onun olumu sovetlerin dagilma vaxtina dusub, petestroyka vaxti olmasaydi, belke de aqibeti bele olmazdi, olkemiz de cox pis vaxtlarini yasayirdi, Ermenikerin tecavuzu,,xalq cebhesinin yaranmasi...

Link to comment
Share on other sites

Pari sağ ol mövzuya görə, məmim heç məlumatım yox idi bu şəxsiyyət barədə. Həyat çox qəribədir, heç kəs bilmir sabah başına nə gələcək. Bu keşmə-keşli dünyada çalışasan büdrəməyəsən. Büdrədinsə hər şeyini itirirsən...

Link to comment
Share on other sites

  • 6 months later...
  • 4 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Facepalm
        • Haha
        • Like
      • 11 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Upvote
        • Haha
        • Like
      • 68 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Milli
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Confused
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Haha
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 359 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
        • Sad
      • 287 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...