Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Platon Mənim Dostumdur , Amma Həqiqət Daha Dəyərlidir

Recommended Posts

s138_1.jpg              Amicus Plato, sed magis arnica Veritas ... 

Bu məşhur ifadəni müxtəlif formalarda hamımız eşitmişik . 

Bu məşhur ifadəni  Platonun özünə Sokrat haqqında , Aristotelə  Platon haqqında və s . və s.  variantlarda fərqli  müəlliflərə  aid edirlər. 

Fərqli səslənsə də , bütün variantlarda zənnimcə iki vacib iddia edilir . 

1.  Həqiqət dostluqdan daha vacibdir , daha dəyərlidir . 

2.  Həqiqət  axtaran   heç  bir  avtoritet qəbul etməməlidir . 

Zənnimcə  , kifayət qədər  mübahisəli iddiadır . Bu ifadədən çıxardığım hər iki  punkt   mənə   mübahisəli  görünür.  Bəs sizə  ? 

Edited by Sunyata
Link to comment
Share on other sites

Həqiqət beləmi vacibdir ? Dostluqdan da vacibdirmi ? Fikirlərinə hörmət etdiyimiz mütəfəkkirin gəldiyi əqli nəticələrini qəbul etməklə həqiqət axtarışı sona çatırmı ? Belə suallar zənciri  yaranır ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Adi heyatda dostumuza xosh olmayan, onun qururuna toxuna bilen heqiqeti nece demek olar? Axi bununla biz hormet etdiuimiz, sevdiuimiz insanin qelbini yaralamish olmuruqmu?

düzdü,bizim üçün həqiqət olan başqası üçün olmaya bilər.əsas məsələ dostunu olduğu kimi qəbul etməkdir və həqiqət hesab etdiyini onun qüruruna toxunmadan çatdıra bilməyin yolunu tapmaqdır yəqin...

Link to comment
Share on other sites

hər iki ifadə ilə razılaşıram.dərin düşünülmüş, analiz olunmuş, qabağa gedən fikirdir.

İcazənizlə  ,   opponentlik edim sizə )) 

Həyatımızın  bir hissəsi  olan dostluq münasibətlərini   həqiqət həmişə tənzimləmir.  Dost   hərdən nəcib yalan danışa bilər ,  yəni   ziyan gətirə biləcək  həqiqətin  əvəzinə yalan danışır ya da susur.    Bəs bu halda ?  Həmin prinsip  elmdə və "yüksək materiya"  müzakirəsində , düz buyurdunuz ,  çox vacibdir və  mən də  onun tərəfdarıyam.  Amma,   adi həyatda və məişətdə  isə  işləmir. 

İkinci   məsələ barədə  .   Baxın ,  siz bütün fizika və kimya  və s.  kimi  elmləri  yoxlayıb qəbul edirsiniz ?  Yoxsa elmdə olan  avtoritet , nüfüz sahibi  olanların fikrini  şərtsiz qəbul edirsiniz ? Mən şərtsiz qəbul edirəm . Çünki , düşünürəm ki,  elm adamları  razıdırsa  ,  mən niyə  nisbilik nəzəriyyəsini  , kvant mexanikasını ,  nüvə  fizikasını inkar etməliyəm  ?  Başqa sözlə  kiminsə  avtoritet  fikrinə  inanıram.  Bəs  niyə  fəlsəfədə ,   dünyagörüşündə ,  dində   hansısa nüfuz sahibinə  inanmayaq ?  Bunun əvəzinə  özümüz araşdıraq ?  Axı eyni şeyi elmdə də edirik  , yəni kiminsə  fikrini yalnız bu sahədəki nüfuzuna görə qəbul edirik .

Edited by Sunyata
Link to comment
Share on other sites

Adi heyatda dostumuza xosh olmayan, onun qururuna toxuna bilen heqiqeti nece demek olar? Axi bununla biz hormet etdiuimiz, sevdiuimiz insanin qelbini yaralamish olmuruqmu?

Qəlbinə toxunsada həqiqəti deməlisən.Əgər gözünə baxib həqiqəti deyə bilmirsən ki ,küsüb gedər.Onda dostluğunuz həqiqi deyil.

Həqiqəti gizlədib,yalan desən bu dostluq olmadi riyakarliq oldu.

Link to comment
Share on other sites

Əsl dostuma həqiqəti mütləq deməliyəm..

Amma birden bire yox..Onun qelbini parçalayacaq kimi yox..Tədricən onu buna hazırlayaraq..

Elə bir vəziyyət olsa ki ani qərar verməliyəm, ya dostum ya həqiqət..Onda dostumu seçərəm..Çünki mənim dostluğum çooox uzun müddətlərə bağlıdır..2 dostum var 26 ildir dostuq..cox kicik yaslarimizdan..onlari qelbini qiracaq hec bir heqiqeti soylemeye hazir deyilem..dediyim kimi tedricen basa salaraq deyerem..birden yox..

Çox gözəl dedin, razıyam.

Link to comment
Share on other sites

Deməli sən də mənim kimi dostlarını çox sevirsen..

Ola bilər, amma daha çox kiminsə qəlbinə dəyməkdən xoşum gəlmədiyi üçün bu fikirdəyəm. Yəni heç vaxt kiminləsə aramın pis olmasını istəmərəm. Əgər bəyənmədiyim bir cəhəti də varsa, dediyin kimi, çalışıram tədricən deyim. Nə şiş yansın, nə kabab ))

Link to comment
Share on other sites

Qəlbinə toxunsada həqiqəti deməlisən.Əgər gözünə baxib həqiqəti deyə bilmirsən ki ,küsüb gedər.Onda dostluğunuz həqiqi deyil.

Həqiqəti gizlədib,yalan desən bu dostluq olmadi riyakarliq oldu.

Məsələn ,  tutaq ki, yaxın dostumun  18  yaşlı qızını  barda   spirtli içki  içəın və  siqaret çəkən görmüşəm . Dostum da qızını  o qədər  sevir ki, həmişə  onu tərfiləyir  .  Deyir ki, əsl  mələkdir ,  özünü çox yaxşı aparır  ,  sözümüzə də  baxır və s .))    İndi mən ona deməliyəm ki,  belə deyil ?  Qızın barda viski içib , üstündən də  siqaret çəkir ?   

Mən belə  şey  deyə bilmərəm dostuma .  (  yumşaq misal çəkdim , daha ciddilərini   nəzərdə tutaraq )   Belə  həqiqəti  deməkdənsə , susmağa üstünlük verərəm .

Edited by Sunyata
Link to comment
Share on other sites

Əgər alim həqiqət axtarışındadırsa, deməli istedadlı və cəsarətlidir, ona heç nə maneə deyil.Platonun dostu həqiqəti dostluğa qarşı qoymur, əksinə dostunu həqiqətə, həqiqətini isə dostuna layiq bildiyi səbəbindən bu anlayışları əlaqələndirir.

Dostluq və həqiqət –  (bir ifadədə) müqayisə edilirsə , deməli hər birinin dəyəri ölçülüb və məlumdur. Dostluğun dəyərini bilmədən, həqiqətlə necə müqayisə etmək olardı ki? Nüfuzlu fikrinə arxayın olmadığı dostla, hələ axtardığı həqiqəti dost niyə və necə araşdırsın ki? Məncə, müəllifin üstün dəyər bildiyi həqiqət-  ideyalara sədaqətdən başqa bir şey deyil. Platonun dostunun öz ideyalarına bağlılığı, əminliyi daha çoxdur. Bəlkə də, elmi ideyaların əbədi olduğunu bilərəkdən buna daha böyük əhəmiyyət verirdi.

Mən açığı bu müzakirə olunan ifadədə bir ziddiyyət görmürəm. Elmi fikir və ideyaları (buna həqiqət deyək) zaman, tarix onsuz da yaşadacaq, çünki həqiqət əbədidir və bəşəriyyətə məxsusdur. Dostluğun isə ömrü qısa olur, çünki onu insan yaşadır (?)

Link to comment
Share on other sites

Əsl dostuma həqiqəti mütləq deməliyəm..

Amma birden bire yox..Onun qelbini parçalayacaq kimi yox..Tədricən onu buna hazırlayaraq..

Elə bir vəziyyət olsa ki ani qərar verməliyəm, ya dostum ya həqiqət..Onda dostumu seçərəm..Çünki mənim dostluğum çooox uzun müddətlərə bağlıdır..2 dostum var 26 ildir dostuq..cox kicik yaslarimizdan..onlari qelbini qiracaq hec bir heqiqeti soylemeye hazir deyilem..dediyim kimi tedricen basa salaraq deyerem..birden yox..

Razıyam ! Məişətdə , həyatdakı həqiqəti   bəzən dosta demək  olmur.  Amma, elm və  "yüksək materiya"  haqqında Aristotellə razıyam )) 

Link to comment
Share on other sites

Ən yaxşisi həqiqi dostluqdu. Bütün həqiqətini dostluga qurban verə də bilərsən, əksinə də etmək lazım gələ bilər. bunu bilmək lazimdı.  

salam, Roberto. bir qədər açıqlayardız, zəhmət olmasa.

Link to comment
Share on other sites

s138_1.jpg              Amicus Plato, sed magis arnica Veritas ... 

Bu məşhur ifadəni müxtəlif formalarda hamımız eşitmişik . 

Bu məşhur ifadəni  Platonun özünə Sokrat haqqında , Aristotelə  Platon haqqında və s . və s.  variantlarda fərqli  müəlliflərə  aid edirlər. 

Fərqli səslənsə də , bütün variantlarda zənnimcə iki vacib iddia edilir . 

1.  Həqiqət dostluqdan daha vacibdir , daha dəyərlidir . 

2.  Həqiqət  axtaran   heç  bir  avtoritet qəbul etməməlidir . 

Zənnimcə  , kifayət qədər  mübahisəli iddiadır . Bu ifadədən çıxardığım hər iki  punkt   mənə   mübahisəli  görünür.  Bəs sizə  ? 

Hörmətli Sunyata,həqiqi dostluq həqiqətdən qorxmur. Həqiqət axtaranın həqiqi dostu varsa,bu dost avtoritetdir.Belə dostu qazanmaq müşkül məsələdir.

Link to comment
Share on other sites

Məsələn ,  tutaq ki, yaxın dostumun  18  yaşlı qızını  barda   spirtli içki  içəın və  siqaret çəkən görmüşəm . Dostum da qızını  o qədər  sevir ki, həmişə  onu tərfiləyir  .  Deyir ki, əsl  mələkdir ,  özünü çox yaxşı aparır  ,  sözümüzə də  baxır və s .))    İndi mən ona deməliyəm ki,  belə deyil ?  Qızın barda viski içib , üstündən də  siqaret çəkir ?   

Mən belə  şey  deyə bilmərəm dostuma .  (  yumşaq misal çəkdim , daha ciddilərini   nəzərdə tutaraq )   Belə  həqiqəti  deməkdənsə , susmağa üstünlük verərəm .

Sunyata deyim ki bu qiz mənimdir.Dostum mənim qizimin uçuruma yuvarlandiğini görür mənə demir.Məndə bundan xəbərsizəm.İki ildən sonra bu qizin daha pis hərəkəti olur və mən hər şeyi öyrənirəm.Qizi artiq düz yola qaytarmaqa ümid yoxdur.Uçurumdan atlanib artiq.Amma iki il əvvəl dostum mənə gəlib desəydi Könül qizin spirtli içki içir,siqaret çəkir,oğlanlarla gəzir.İlkin mərhələdə olduğundan,qizimi tərbiyələndirməyə cəhd edərdim.Onu bataqliqdan xilas etməyə gücüm çatardi.Ancaq iki ildən sonra onu islah etmək daha çətin olardi.

Əgər dostum məni həqiqətən sevirsə bunu mənə deyərdi.Qizimi pis yola o sürüməyib axi.Mənim verdiyim pis tərbiyənin nəticəsidir ki qizim doğru yoldan yanliş yolu seçib.Bunu gizlətməklə dostum məni itirməsədə mənə pislik etmiş olur...Çünkü mənim qanimdan-canimdan birinin məhvinə göz yumur.Adətən bunu düşmən edər.Pis gününə baxar və susar.Dostum burda susmamalidir.Mənimlə birgə qizimi pis yoldan çəkindirməlidir.Bu yolda daim məsləhəti ilə mənimlə olmalidi.

Mən belə edərdim.Bilirəm dost dediyim insanda bu cür edərdi.Əks təqdirdə o mənim həqiqi dostum ola bilməz.Sadəcə tanişim,yoldaşim ,qohumumdur.

Mənim üçün dost dürüstlük və mərdlik,bir-birinin yolunda fədakarliq etməkdən ibarətdir.

Fikriniz aydınıdr. Sizə ümumi bir sualım olacaq, nə səbəbə adətən dostdan umuruq ? dost fərqli baxırmı, fərqli görürmü, bəlkə ? dostun görüb haqqında susduğunu valideyin bilmir, qonşu ya qohum görmür ? nə səbəbə mütləq dost ilk zərbəni öz üzərinə görütməlidir ? bu dostluq münasibətinə əzəmət və şərəf gətirir bəlkə... dostluq münasibəti digərlərdən fərqli olaraq daima ekstrim və sınaq tələb edir yoxsa ?  

Link to comment
Share on other sites

Əgər alim həqiqət axtarışındadırsa, deməli istedadlı və cəsarətlidir, ona heç nə maneə deyil.Platonun dostu həqiqəti dostluğa qarşı qoymur, əksinə dostunu həqiqətə, həqiqətini isə dostuna layiq bildiyi səbəbindən bu anlayışları əlaqələndirir.

Dostluq və həqiqət –  (bir ifadədə) müqayisə edilirsə , deməli hər birinin dəyəri ölçülüb və məlumdur. Dostluğun dəyərini bilmədən, həqiqətlə necə müqayisə etmək olardı ki? Nüfuzlu fikrinə arxayın olmadığı dostla, hələ axtardığı həqiqəti dost niyə və necə araşdırsın ki? Məncə, müəllifin üstün dəyər bildiyi həqiqət-  ideyalara sədaqətdən başqa bir şey deyil. Platonun dostunun öz ideyalarına bağlılığı, əminliyi daha çoxdur. Bəlkə də, elmi ideyaların əbədi olduğunu bilərəkdən buna daha böyük əhəmiyyət verirdi.

Mən açığı bu müzakirə olunan ifadədə bir ziddiyyət görmürəm. Elmi fikir və ideyaları (buna həqiqət deyək) zaman, tarix onsuz da yaşadacaq, çünki həqiqət əbədidir və bəşəriyyətə məxsusdur. Dostluğun isə ömrü qısa olur, çünki onu insan yaşadır (?)

Əgər alim həqiqət axtarışındadırsa, deməli istedadlı və cəsarətlidir, ona heç nə maneə deyil.Platonun dostu həqiqəti dostluğa qarşı qoymur, əksinə dostunu həqiqətə, həqiqətini isə dostuna layiq bildiyi səbəbindən bu anlayışları əlaqələndirir.

Dostluq və həqiqət –  (bir ifadədə) müqayisə edilirsə , deməli hər birinin dəyəri ölçülüb və məlumdur. Dostluğun dəyərini bilmədən, həqiqətlə necə müqayisə etmək olardı ki? Nüfuzlu fikrinə arxayın olmadığı dostla, hələ axtardığı həqiqəti dost niyə və necə araşdırsın ki? Məncə, müəllifin üstün dəyər bildiyi həqiqət-  ideyalara sədaqətdən başqa bir şey deyil. Platonun dostunun öz ideyalarına bağlılığı, əminliyi daha çoxdur. Bəlkə də, elmi ideyaların əbədi olduğunu bilərəkdən buna daha böyük əhəmiyyət verirdi.

Mən açığı bu müzakirə olunan ifadədə bir ziddiyyət görmürəm. Elmi fikir və ideyaları (buna həqiqət deyək) zaman, tarix onsuz da yaşadacaq, çünki həqiqət əbədidir və bəşəriyyətə məxsusdur. Dostluğun isə ömrü qısa olur, çünki onu insan yaşadır (?)

dostlugun özü bir mərifətdir, bu günümüzə kimi gəlib çatan həqiqətdir. 

Edited by roberto5
Link to comment
Share on other sites

Fikriniz aydınıdr. Sizə ümumi bir sualım olacaq, nə səbəbə adətən dostdan umuruq ? dost fərqli baxırmı, fərqli görürmü, bəlkə ? dostun görüb haqqında susduğunu valideyin bilmir, qonşu ya qohum görmür ? nə səbəbə mütləq dost ilk zərbəni öz üzərinə görütməlidir ? bu dostluq münasibətinə əzəmət və şərəf gətirir bəlkə... dostluq münasibəti digərlərdən fərqli olaraq daima ekstrim və sınaq tələb edir yoxsa ?  

Sualiniza görə təşəkkür.

Əgər dost deyirəmsə demək bunun kökü 3 ilə  ,5 ilə bağlanmayib.Hardasa 10-15 il bir yerdə olduğum,hər pis və yaxşi günündə birgə olduğum insandan gedir.Əgər mən dostumun övladini yolda görsəm maşinima mindirirəm,Paltarsizdisa geyindirirəm.Xəstədirsə valideyni yorulub ,gecə növbəsində onu əvəz edərəm.Hər dar günündə əlimi ona uzadaram.Həmdə bu qarşiliqdidir.Sevincli gündə hami dostdur.Pulun çox olanda bu dostlar daha çoxdur.Əsl dost pis gündə sinanir.Bütün qohumlar,tanişlar üz döndərəndə yaninda qalan əsl dostdur..İndi belə dostluqlar çox azdir..

Dostun ilk zərbəni üzərinə götürməsi mütləq deyil.Bu o an yaşanan hadisədən asilidir.Dostum yolla gəlir görür ki oğlumu kimsə döyür.Bunu mənə zəng edib deməkdənsə,tez oğlumu çəkib o davadan çixarmalidir.Çünkü mən gələnə qədər gec ola bilər.Mən də dostum üçün bu hərəkəti edərəm.

Dost bilmədiyi yerdə kim ona məcburi deyə bilər ki mən bilmirəm qizim nə edir.Amma sən gərək mənim qizimin nə  etdiyini biləsən.Bu absurddur)

Heç bir məcburi və süni ekstrim və sinaqa ehtiyac yoxdur.Dostluq illərlə formalaşir.

Link to comment
Share on other sites

Stationery;

Əleykəs salam.

Bu söhbətlərdə mən çox həssas oluram. Heç bimirəm fikrimi necə izah edə bilirəm.

tutaq ki, hər hansı bir həqiqəti rəhbər tutub kiminləsə munasibət qururam. Daha sonra münasibətlər inkişaf edir(istək,qulluq, məhəbbət,eşq) , yaxin dost olursan. Onun həqiqətinin səninkindən daha gözəl oldugunu görəndə, öz həqiqətindən keçirsən. 

Və yaxud da əksinə, onun həqiqətinin yanlış oldugunu görəndə (onu da əgər düz görürsənsə) ona təzyiq edirsən. Aşiqlər(dostlar) bu üsulları yaxşı bilər.

ətraflı cavabınıza görə mən sizə təşəkkür edirəm. suallarımla nə qədər vaxtınızı aldım.

necə düşünürsüz, postunuzdakı "dost" sözünü qohum_qardaş, qonşu, rəfiqə ilə əvəz etsək mahiyyət dəyişəcəkmi ? məncə, yox. sizdə olan təəsübkeşliklə ümumilikdə həyata olan münasibətiniz dəyişməyəcək. Sualınıza dəqiq cavabı Sunyatadan gözləyin əlbəttə ki.

umumi sualıma cavab almaq ümidilə, hörmətli xanım, daha bir cəhd edirəm  : nə üçün tələblər ilk növbədə dosta olur ? dostdan tələb etdiyimizi qohum_qardaşdan tələb edə bilərikmi ?  

aydındır, düzgün izah etdiz, anladım.

artıq ənənəvi sualımı sizə də ünvanlayıram) nə üçün ilk olaraq dostdan umuruq, dostluğa olan tələblər belə sərtdir ?

Link to comment
Share on other sites

Məsələn , tutaq ki, yaxın dostumun 18 yaşlı qızını barda spirtli içki içəın və siqaret çəkən görmüşəm . Dostum da qızını o qədər sevir ki, həmişə onu tərfiləyir . Deyir ki, əsl mələkdir , özünü çox yaxşı aparır , sözümüzə də baxır və s .)) İndi mən ona deməliyəm ki, belə deyil ? Qızın barda viski içib , üstündən də siqaret çəkir ?

Mən belə şey deyə bilmərəm dostuma . ( yumşaq misal çəkdim , daha ciddilərini nəzərdə tutaraq ) Belə həqiqəti deməkdənsə , susmağa üstünlük verərəm .

Həqiqət nə qədər acı olsada, şirin yalandan yaxşıdır.

Qoy o dostum mənimlə heç danışmasın, amma yalanın ömrü qısa olur, dönüb fırlanar , mütləq anlayar hər şeyi!

Edited by Elisabeth
Link to comment
Share on other sites

ətraflı cavabınıza görə mən sizə təşəkkür edirəm. suallarımla nə qədər vaxtınızı aldım.

necə düşünürsüz, postunuzdakı "dost" sözünü qohum_qardaş, qonşu, rəfiqə ilə əvəz etsək mahiyyət dəyişəcəkmi ? məncə, yox. sizdə olan təəsübkeşliklə ümumilikdə həyata olan münasibətiniz dəyişməyəcək. Sualınıza dəqiq cavabı Sunyatadan gözləyin əlbəttə ki.

umumi sualıma cavab almaq ümidilə, hörmətli xanım, daha bir cəhd edirəm  : nə üçün tələblər ilk növbədə dosta olur ? dostdan tələb etdiyimizi qohum_qardaşdan tələb edə bilərikmi ?  

Qohumla toydan-toya görüşürsən.Rəfiqə ilə ayda -ildə bir dəfə danişirsan.Hər sözü ona deyə bilmirsən.Dost isə hər gün səninlədir.Hər ayağin büdrədiyində,hər bir pillə yüksəldiyində yanindadir.. Anamin xalasi oğlu ilə bölüşməkdənsə dostla problemi bölüşmək daha asandir.Bəzən elə hadisələr olur ki bunu qohum-qardaşin bilməyini istəmirsən.Qohum- qardaşin tənəsi və  problemini yaymaq ehtimali daha çoxdur.Это уже другая история(с)

Nə qədər dosta güvənsəkdə unutmamaliyiq ki məsuliyyət və qəti qərar bizə məxsusdur.Dost nə qədər yaxşi olsada ,özümüzün iradə və öz güvənimiz olmalidir.Dost sehrli çubuğa sahib deyil ki bütün çətinliklərə kömək olsun.

Statiyoner xanim sizin fikirlerinizi anlamadim...Konul xanim duzgun qeyd etdi ki,eger dostumun qizi pis yola dusubse men onu xeberdar ederem.Bu heqiqetin evveli acida olsa umumi niyyet ondan ibaretdir ki,dostum rezil olduqundan vaxtinda xeber tutur ve ailesini vaxtinda Islah edir.Dostum rezil olmaqindan xeberi yoxdur men ise bunu gizledirem ki, ekstrim mene qalib? Ne ise anlamadim....)

Vüqar, xoş gördük.  dostumun yeganə ümidi bir mənəmsə, dostumun və ailəsinin nüfuzu-adı mənim müdaxiləmdən asılıdırsa, mən də əlbəttə ki, köməyimi əsirgəmərəm. mən də bilirəm ki, həyatda olur ki, ən pis xəbəri ən sonunda bilən elə ailə üzüləri olur. təkrar edim, xanım cavabını Sunyatadan almalıdır. mən ümumi olaraq, dosta olan tələblər, iradlar barədə sual verirəm. 

Link to comment
Share on other sites

Qohumla toydan-toya görüşürsən.Rəfiqə ilə ayda -ildə bir dəfə danişirsan.Hər sözü ona deyə bilmirsən.Dost isə hər gün səninlədir.Hər ayağin büdrədiyində,hər bir pillə yüksəldiyində yanindadir.. Anamin xalasi oğlu ilə bölüşməkdənsə dostla problemi bölüşmək daha asandir.Bəzən elə hadisələr olur ki bunu qohum-qardaşin bilməyini istəmirsən.Qohum- qardaşin tənəsi və  problemini yaymaq ehtimali daha çoxdur.Это уже другая история(с)

Nə qədər dosta güvənsəkdə unutmamaliyiq ki məsuliyyət və qəti qərar bizə məxsusdur.Dost nə qədər yaxşi olsada ,özümüzün iradə və öz güvənimiz olmalidir.Dost sehrli çubuğa sahib deyil ki bütün çətinliklərə kömək olsun.

deməli dost sirdaşdır, güvəndir, etibardır. deməli, dost həsr etdiyi vaxtın, diqqətin, anlayışın, məhəbbətin qarşılığı gözləyir və umur, demək olar.

Link to comment
Share on other sites

Sunyata deyim ki bu qiz mənimdir.Dostum mənim qizimin uçuruma yuvarlandiğini görür mənə demir.Məndə bundan xəbərsizəm.İki ildən sonra bu qizin daha pis hərəkəti olur və mən hər şeyi öyrənirəm.Qizi artiq düz yola qaytarmaqa ümid yoxdur.Uçurumdan atlanib artiq.Amma iki il əvvəl dostum mənə gəlib desəydi Könül qizin spirtli içki içir,siqaret çəkir,oğlanlarla gəzir.İlkin mərhələdə olduğundan,qizimi tərbiyələndirməyə cəhd edərdim.Onu bataqliqdan xilas etməyə gücüm çatardi.Ancaq iki ildən sonra onu islah etmək daha çətin olardi.

Əgər dostum məni həqiqətən sevirsə bunu mənə deyərdi.Qizimi pis yola o sürüməyib axi.Mənim verdiyim pis tərbiyənin nəticəsidir ki qizim doğru yoldan yanliş yolu seçib.Bunu gizlətməklə dostum məni itirməsədə mənə pislik etmiş olur...Çünkü mənim qanimdan-canimdan birinin məhvinə göz yumur.Adətən bunu düşmən edər.Pis gününə baxar və susar.Dostum burda susmamalidir.Mənimlə birgə qizimi pis yoldan çəkindirməlidir.Bu yolda daim məsləhəti ilə mənimlə olmalidi.

Mən belə edərdim.Bilirəm dost dediyim insanda bu cür edərdi.Əks təqdirdə o mənim həqiqi dostum ola bilməz.Sadəcə tanişim,yoldaşim ,qohumumdur.

Mənim üçün dost dürüstlük və mərdlik,bir-birinin yolunda fədakarliq etməkdən ibarətdir.

Həqiqət nə qədər acı olsada, şirin yalandan yaxşıdır.

Qoy o dostum mənimlə heç danışmasın, amma yalanın ömrü qısa olur, dönüb fırlanar , mütləq anlayar hər şeyi!

Mən o  misalın yüngülünü çəkdim .  Dediklərinizdə  müəyyən məntiq var.  Amma ,  "əmması"  da var ))  

İki  variantı diqqətinizə  çatırım  . 

1.  Tutaq ki , söhbət Bakıda , Azərbaycanda deyil , tamamilə  digər mentailiteli  bir ölkədə  baş verir.    Dostum məndən daha konservativ düşüncəyə malikdir.  Mən isə  daha liberal  düşüncə sahibiyəm  .Tutaq ki, mən qızın hərəkətində  heş bir günah görmürəm ,  buna kiçik şalost` kimi  baxıram.  Amma , dostuma isə bu çox vacibdir.  Burada gördüyünüz kimi , mənim "həqiqətimlə"   dostumun "həqiqəti"  üst üstə düşmür.  Onda görə də mən susmaqda hətta mənəvi haqq da duyuram.

2.  Tutaq ki,   mən də dostum kimi  buna yaxşı baxmıram.   Amma , dostum məndən  fərqli olaraq  çox əsəbidir. ( yaxud dindardır və s. )  Mən dostuma qızının sərgüzəştlərini  danışıram.  O da əsəbiləşib qızına əl qaldırır.  Qız da tam formalaşmamış  psixikasına uyğun   olaraq - hər şey bitdi ,  bundan sonra həyat  niyə lazım -  deyə  intihar etməyi qərar  verdi.   Sizcə  bundan sonra mən qalan həyatımı rahat nəfəs ala bilərmmi ?

Mənə elə gəlir, bu vəziyyətdən də aslıdır,bunu belə demək mümkün deyil, gərək yaşayasan və o zaman çıxış yolunu tapasan.

Link to comment
Share on other sites

Hörmətli Sunyata,həqiqi dostluq həqiqətdən qorxmur. Həqiqət axtaranın həqiqi dostu varsa,bu dost avtoritetdir.Belə dostu qazanmaq müşkül məsələdir.

Salam , Nüsrət .  Bilirsiniz ,  mən öz təcrübəmdən deyə bilərəm ki,  bilmək  istəmədiyim həqiqətlərdən qorxulusu da olub və  biləndən sonra da  heç bir faydası  olmayıb.   Hərçənd ki,   fəlsəfi  mənada Həqiqəti  , araşdırma üçün  ən dəyərli  obyekt hesab edirəm.   

Əlbəttə ki, siz dedyiniz dost  - avtoritet ideal  insandır ki,   bunu da , qeyd etdiyiniz kimi , tapmaq müşkül  bir şeydir ))

Edited by Sunyata
Link to comment
Share on other sites

deməli dost sirdaşdır, güvəndir, etibardır. deməli, dost həsr etdiyi vaxtın, diqqətin, anlayışın, məhəbbətin qarşılığı gözləyir və umur, demək olar.

Dostla elə bir bağla bağli olursan ki bunu istəməyə ehtiyac olmur.Bunu səndən xahiş etmədən yardimina qaçirsan.Ummaq bir az başqadir.Tutaq ki dostum damdan yixilib ,iş görə bilmir.Mən  ona köməyə getməzdən əvvəl onunla şərt kəsməli deyiləm ki mən yixilsam.sən gələcəksən ya yox.O məndən istəmədən gedib evini yiğişdiriram,xörəyini bişirirəm,paltarini yuyuram.

Bəlkə mən yixilanda o ölkədə olmadi.Onu etdiyimin əvəzinə məcburi çağirmaq artiq dostluğa sixmr.Burda eqoizm yaranir.

gəldik lap əvvələ ) bəs bağlılığın əsasında nə durur ? ümumi maraqlar, sirrlər, səmimiyyət, vərdiş ... ? deyəsən sonunda, elə Roberto dediyinə gəlib çıxırıq))

cavabınızı qəbul edirəm, təşəkkür edirəm.

Link to comment
Share on other sites

Umumiyyetle dostluqda 1-ci ve ya 2 ci ummaq deye bir bolgunu anlamiram. Dostluq 2 terefin birge maraqlarinin ust-uste dusmesi zamani formalasir. sen ona qulluq edirsen, o sene qulluq edir, sen onu razi salmaga calisirsan, o da seni. Burda umumiyyetle "sen, men" sohbeti olmamalidi. nese ummaq niyyetile dostluq edirsense , yani ummaq niyyeti , dostluq niyyetini usteledise bu dostluq olmadi ki?

Link to comment
Share on other sites

gəldik lap əvvələ ) bəs bağlılığın əsasında nə durur ? ümumi maraqlar, sirrlər, səmimiyyət, vərdiş ... ? deyəsən sonunda, elə Roberto dediyinə gəlib çıxırıq))

cavabınızı qəbul edirəm, təşəkkür edirəm.

Robertonun fikrinə görə dostu itirməmək üçün həqiqəti gizlədirsən.Mən bununla razi deyiləm.Dostumla hər necə ünsiyyət qurmuşam,bunun həqiqətə adiyyati yoxdur.Həqiqət   daim həqiqət olmalidir.Sunyatanin gətirdiyi ikinci misalda istisnalar mümkündür.

Sizdə maraqli suallariniza görə sağ olun)

Link to comment
Share on other sites

Mən o  misalın yüngülünü çəkdim .  Dediklərinizdə  müəyyən məntiq var.  Amma ,  "əmması"  da var ))  

İki  variantı diqqətinizə  çatırım  . 

1.  Tutaq ki , söhbət Bakıda , Azərbaycanda deyil , tamamilə  digər mentailiteli  bir ölkədə  baş verir.    Dostum məndən daha konservativ düşüncəyə malikdir.  Mən isə  daha liberal  düşüncə sahibiyəm  .Tutaq ki, mən qızın hərəkətində  heş bir günah görmürəm ,  buna kiçik şalost` kimi  baxıram.  Amma , dostuma isə bu çox vacibdir.  Burada gördüyünüz kimi , mənim "həqiqətimlə"   dostumun "həqiqəti"  üst üstə düşmür.  Onda görə də mən susmaqda hətta mənəvi haqq da duyuram.

2.  Tutaq ki,   mən də dostum kimi  buna yaxşı baxmıram.   Amma , dostum məndən  fərqli olaraq  çox əsəbidir. ( yaxud dindardır və s. )  Mən dostuma qızının sərgüzəştlərini  danışıram.  O da əsəbiləşib qızına əl qaldırır.  Qız da tam formalaşmamış  psixikasına uyğun   olaraq - hər şey bitdi ,  bundan sonra həyat  niyə lazım -  deyə  intihar etməyi qərar  verdi.   Sizcə  bundan sonra mən qalan həyatımı rahat nəfəs ala bilərmmi ?

Sunyata istisnalar mümkündür.Bu cür qərari heç kim qiraqdan mühakimə yürüdərək verə bilməz.Gərək olayin içində olasan və yaşayasan o an qərar verəsən.Ola bilər ki verdiyimiz qərar yanliş ola bilər.Dostumuzu itirə bilərik qizini xilas edərik.Yaxud əksinə dostumuz bizimlə qalar,qizin gəncliyi məhv ola bilər.Yenə də deyirəm bu an bizim emosional durumumuzdan asili olacaq.Bizim üçün doğru olan dostuma yanliş ola bilər.

Link to comment
Share on other sites

Roberto, mən yüz söz yazdım, ondan bircə "umuram" sözü ilə razılaşmırsızsa, geri götürürəm. son nəticəyə qayıdın, zəhmət olmasa ) deməli, dostluq təmannasız münasibətlərdir, hətta həqiqət axtarışı dostluğa qarşı qoyulan şərt hesab oluna bilməz ?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
      • 31 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
      • 14 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       
      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

        • Facepalm
      • 55 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
        • Haha
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Downvote
        • Upvote
        • Like
      • 347 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
        • Downvote
        • Like
      • 265 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 29 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...