Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

th.php?item_id=20130923125806935&w=220Bu günlərdə  Fransız mütəfəkkiri  Volterin    fəlsəfi  hekayə ,povest və  romanlarına qulaq asırdım.    Aralarında  bəlkə də ən kiçik  olan bir hekayəsi  çox diqqətimi cəlb etdi , xoşuma gəldi . Sonra  iki dəfə də qulaq asdım.  Nəhayət qərara gəldim ki , bu kiçik hekayəni  mütləq azərbaycan dilinə  tərcümə edib buraya yerləşdirəcəyəm .   

 

Hekayə son dərəcə yığcam , amma daha çox da dərin bir fəlsəfəni  özündə ehtiva etməsi ilə  seçilir.  Qaldırdığı problemlər də əbədi  fəlsəfi suallarla bağlıdır.  

 

Hekayəni  rus dilində oxumaq istəyənlər  , buradan oxuya bilər -    История  доброго брамина

 

Mənim tərcüməmdə  oxumaq istəyənlər üçün növbəti postumda tam yerləşdirəcəyəm.  

 

Düşünürəm ki. sizin də  deməyə sözünüz olacaq.   Hekayədən   əvvəl  bir neçə sözün izahını verirəm . 

Edited by Sunyata
Link to comment
Share on other sites

Bramin -  Hinduizmdə  4 kastadan ( varnadan ) biri və  ən vacibi .  Ruhani  rəhbər ,   müəllim   kimi  onların statusu cəmiyyətdə həmişə daha yüksıək olub.

 

Vişnu  və Brahma -  Hind panteonunda əsas tanrılardan.  trimurti adlanan üçlükdən  ikisi.

 

Qanq   -  Hinduizmdə müqəddəs sayıaln çay.   Bu çayın suyu ilə  yuyunma mərasimi yerinə yetirilir , ona görə də  mətndə "dəstəmaz"  sözünü şərti olaraq yazmışam.

Link to comment
Share on other sites

                                       Xeyirxah bramin haqqında.

 

Mənə  dünyanı  səyahətlərim zamanı  bir yaşlı braminlə  görüşmək  müyəssər olub.   Bu bramin müstəsna müdrik ,    çox hazırcavab və dedikcə elmli və həm də  varlı  adam idi.  Varlılığı da ona xüsusi  olaraq müdrik olmağa imkan verirdi , çünki heç nəyə ehtiyacı yox idi və  heç kimi də aldatmağa ehtiyacı yox idi.  Təsərrüfatında üç gözəl qadın komıkçisi var idi .  Bu gadınlar braminin hər  işinə  yaramağa çalışırdılar.  Bramin onlarla əylənmədiyi vaxtlarında  dərin düşüncələrə qərq olurdu .

 

Füsunkar bağları ilə əhatə olunmuş  evinin yaxınlığında  yaşlı , mömin və  səfeh bir hindu qadın yaşayırdı.

 

Bir dəfə  bramin mənə dedi :  “ Mən dünyaya heç gəlməməyə üstünlük verərdim”. 

Mən ondan  niyəsini soruşanda  , o  belə cavab verdi  :” Mən elmlə artıq 40 ildir ki, məşğulam. Bütün bu illər hədər yerə  sərf olunub. Mən başqalarını öyrədirəm , amma özüm tam xəbərsizəm. Bu hal mənim üçün  elə  alçaldıcı və ürəkbulandırıcıdır ki, yaşamağa daha tabım yoxdur. Mən zaman daxilində anadan olmuşam və yaşayıram , amma zamanın nə olduğunu bilmirəm. Müdriklər demiş , mən iki əbədiyyətin arasındakı  nöqtədə yerləşirəm , amma   əbədiyyətin nə olduğu  haqqında heç təsəvvürüm yoxdur.  Mən  hansısa bir  maddədən  ibarətəm.  Mən düşünürəm , amma fikirlərrim harada doğulur , onu bilmirəm.  Mənə məlum deyil ki,   anlamaq ,  mənə xas olan -  yerimək və qidanı həzm etmək kimi sadə  xüsusiyyətdir  ?  Mənə məlum deyil ki,   əllərimlə nə isə götürdüyüm kimi ,  başımla da bu tərzdə  fikirləşirəm  ya yox . Mənə məlum olmayan  təkcə  fikirlərimin mexanizmi deyil , hərəkətlərimin  mexanizmi  də  mənə gizlidir.  Mənə mövcudluğumun səbəbi bəlli deyil .  Bununla yanaşı  hər gün mənə bu barədə  suallar verirlər. Sualları  cavablandırmağa məcbur olub ,  çox danışıram.  Amma ağıllı – başlı  heç bir izah verə bilmirəm.  Təşvişə düşürəm , öz  - özümdən utanıram.

Məndən Vişnu`nun Brahma`dan yarandığının həqiqət  olduğunu yaxud onların hər iksinin  əzəli olduğunu soruşanda , halım daha da pisləşir. Tanrı  şahiddir ki,  bu barədə heç nə bilmirəm və  cavablarımdan da bu  hiss olunur.   “Ah, möhtərəm ata , - deyə  mənə müraciət edirlər – niyə  şər yer üzünü bürüyüb ? ” Mən özüm də bu sualın qarşısında  , sualı verənlər kimi  çıətinlikdə qalıram. Hərdən  mən onlara deyirəm ki, dünya gözəldir , lakin müflisləşmiş və  müharibə dövründə  şikəst olmuşalar mənə  inanmırlar.  Elə  özüm də özümə inanmıram.  Buna görə də bilik  yanğısı  və  özümün məlumatsızlığımdan  məyusluq duyub ,  evdə qapanıram.  Qədim müqəddəs yazıları oxuyuram.  Onlar isə  zülməti daha da tündləşdirir.  Dostlarıma müraciət edirəm.  Onlar isə  deyir ki,  gərək  dünyadan həzz alasan , insanlara məhəl qoyma.  Bəzilərinə  isə elə gəlir gəlir ki,  guya nə isə bilirlər ,  əslində isə  sərsəmləməklə cəfəng nəticələrə gəlirlər.  Bütün bunlar mənə hakim kəsilmiş hissləri daha da şiddətləndirir.  Bəzən ,  illərlə etdiyim axtarışlardan sonra haradan gəlib hara getdiyimi , nə olduğumu və nə olacağımı bilməməyim  məni  ümidsizliyə  sürükləyir. “

 

Bu insanın halı məni əsl hüznə qərq etdi. Başqa belə zəkalı və ləyaqətli insan tapmaq olmazdı.  Mən anladım ki, onun zəkası  nurlandıqca və ürəyi daha çox həssas olduqca , o özünü  daha çox bədbəxt  hiss edir.

 

Həmin gün mən qonşuluqda yaşayan qadınla da danışdım.   Mən ondan soruşdum ki,   ruhunun necə təşkil olunduğunu  bilməməsi heç onu  məyus edibmi?   Qadın hətta sualın özünü  başa düşmədi.  Qadın ömrü boyu bir dəfə də olsa , Braminə  rahatlıq verməyən  müəmmalı  sualları özünə verməmişdi .  Qadın sidq ürəklə Vişnu`nun fərqli təzahürlərinə inanırdı və Qanq çayından “dəstımaz” üçün   su tapanda , özünü dünyanın ən xoşbnəxt qadını sayırdı.  Mən bu miskin varlığın özünü xoşbəxt  hesab etməsinə   heyrət etdim və  filosofun yanına qayıdıb ,  ona dedim : “Sizin qonşuluğunuzda yaşayan, heç nə haqqında düşünməyən  və hər şeydən razı  olan mexaniki  məxluq varkən ,   özünüzü  bədbəxt hesab etməyə vicdanınız  necə  yol verir ? ”

 

-Siz haqlısınız ,  -   deyə  cavab verdi, - yüz dəfələrlə öz - özümə demişəm ki,   qonşu qadın kimi  səfeh olsaydım , xoşbəxt olardım.  Amma hər halda mənə belə xoşbəxtlik lazım deyil.  

 

Braminin bu sözləri  məndə daha dərin təəssürat  oyatdı.  Özüm haqqında düşündüm və  anladım ki,  əgər xoşbəxt olmaq üçün ağılsız olacağamsa ,  heç mən də belə  xoşbəxtliyi  arzulamazdım.

 

Öz fikirlərimi filosoflara  izah etdim və onlar mənimlə razılaşdılar.  “Lakin bu düşüncə tərzində  müdhiş bir  ziddiyət var, -  mən dedim , - axı  söhbətin mahiyyəti nədir ?  Mahiyyət  xoşbəxt olmaqdır.  Axmaq və ya ağıllı  olmağın nə fərqi var ?  Bundan əlavə , taleyindən razı olanlar hamısı əmindilər ki, məhz razıdırlar.  Bu barədə  düşünənlər isə , mühakimələrinin sağlam düşüncəyə əsaslandığına əmin deyillər. Beləliklə ,  aydın olur ki , sağlam düşüncəyə  malik olmamağa üstünlük verməliyik, çünki sağlam düşüncə  bizim bədbəxtliyimizə  yol verir.”

 

Hamı mənimlə razılaşdı  , amma , buna baxmayaraq heç kim xoşbəxt olmaq üçün axmaq olmaq istəmirdi.  Buradan da belə nəticyə gəldim  ki, əgər xoşbəxtliyimizi dəyərləndirirksə,  ağlımızı dah çox dəyərləndiririk.  Lakin diqqətlə düşündükdə  görürük ki,  ağılı  xoşbəxtlikdən üstün tutmağın özü də  ağılsızlıqdır.  Bəs bu ziddiyyəti necə izah edək ?  Bütün digər ziddiyyətlər kimi .  Bu barədə  danışmağa dəyər.

 

 

Volter.

Edited by Sunyata
Link to comment
Share on other sites

hekayenin asagisindaki serhlerden Neofitka-nin fikri ile raziyam ))

 

Mən heç  o şərhləri görməmişdim ))   

 

Neofitka   bir az məsələni başqa müstəviyə keçirir.   Axmaqlığı  başqa ağıl  adlandırır ,  bir az ziddiyyətli  iddiadır ))

Link to comment
Share on other sites

Tərcümə üçün təşəkkürlər. Olduqca maraqlı hekayədir. Əminəm ki, bu cür fikirlər bir çoxlarının ağlına gəlir, eləcə də mənim. Ətrafımıza baxsaq, özünü və dünyanı dərk etməyə səy göstərməyib xoşbəxt yaşamağa üstünlük verənlərin olduğunu görərik. Onları bu cür şeylər əsla narahat etmir. Fikirləşirlər ki, nəyimə lazımdır? Onsuz da axırda öləcəyik, heç olmasa dünyadan zövq alaq. Amma elələri də var ki, onları hər zaman narahat edən düşüncələr və suallar var və bunlar heç vaxt onu rahat yatmağa qoymur. Ömür boyu bu suallarla əlləşir, vuruşur, xoşbəxt və rahat yaşamaq haqqında düşünmür. Bəlkə də kənardan bizə elə görünə bilər ki, o xoşbəxt deyil. Amma ola bilsin ki, onun da xoşbəxtliyi həmin sualların cavabını axtarıb taparkən yaşadığı zövqdür. Bu zövq maddi zövqlə əvəz edilə bilməz yəqin ki.

 

P.S. Bəs cavab tapmadığı halda necə olur? Onu hələ ki deyə bilmirəm :)

Link to comment
Share on other sites

Tərcümə üçün təşəkkürlər. Olduqca maraqlı hekayədir. Əminəm ki, bu cür fikirlər bir çoxlarının ağlına gəlir, eləcə də mənim. Ətrafımıza baxsaq, özünü və dünyanı dərk etməyə səy göstərməyib xoşbəxt yaşamağa üstünlük verənlərin olduğunu görərik. Onları bu cür şeylər əsla narahat etmir. Fikirləşirlər ki, nəyimə lazımdır? Onsuz da axırda öləcəyik, heç olmasa dünyadan zövq alaq. Amma elələri də var ki, onları hər zaman narahat edən düşüncələr və suallar var və bunlar heç vaxt onu rahat yatmağa qoymur. Ömür boyu bu suallarla əlləşir, vuruşur, xoşbəxt və rahat yaşamaq haqqında düşünmür. Bəlkə də kənardan bizə elə görünə bilər ki, o xoşbəxt deyil. Amma ola bilsin ki, onun da xoşbəxtliyi həmin sualların cavabını axtarıb taparkən yaşadığı zövqdür. Bu zövq maddi zövqlə əvəz edilə bilməz yəqin ki.

 

P.S. Bəs cavab tapmadığı halda necə olur? Onu hələ ki deyə bilmirəm :)

 

Dəyməz )) 

 

Sual  baş qaldıranda onu  inkar etmək  axmaqlıqdır.   Amma,  həmin suala cavab tapmayanda biz bundan məmnun olmuruq ,  məmnun olmuruqsa deməli , xoşbəxtliyimizin hər halda bir hissəsi  bu sualın cavabsızlığına nahaq sərf olunur.  Nə isə sərf olunanda isə  , o  azalır.  Azalan yer boş qalmır , oranı  əkslik tutur  .  Beləliklə ,  xoşbəxtlik -  bədbəxtlik  balansı dəyişikliyə məruz qalır ((  

 

Beləliklə , bilməmək ayıb deyil ,  amma xoşbəxtliyimizə də filan qədər ziyan vurur ))  

 

Başqa sözlə isə  - bilmək  xoşbəxtlikdir.

Link to comment
Share on other sites

Suallar burulğanında ilişib qalmaq ,arzu olunmazdır.Bu sualar sonsuzdur.Çox hissəsi də cavabsızdır.Cavab tapa bilmədiyimizdən xoşbəxtlik adlı hördüyümüz hasarda  kərpiclərimiz əskikdir.Ta ki ,o sualların cavabını tapıb,hasarın çatmayan kərpiclərini yerinə düzməsək,xoşbəxtliyimiz  hördüyümüz hasarımız kimi əskik olacaq.

Bilmirəm, insan özü-özü üçün həyatı çətinləşdirir?Ya həyat əvvəldən bu cür çətin imiş.Bura maddiyyət daxil deyil.Bunu nəzərdə tutmuram.

Suallar.Cavabsız suallar.Daxilində danışıb durursan.İnsan axtarışdadır.Nə axtarır.Heç özü də bu sualın cavabını bilmir.Sualdan sual çıxarır.Özünü yorur.Cavab tapa bilməyəndə xoşbəxtliyindən bir parça-bir kərpic əskik olur.Beləcə içində qıvrılır durur.Bir də görür ömrünü yarı edib.Cavablar isə hələ də yoxdur.Bəlkə,yanılır.Bu suallar heç yox imiş..

Bəs,əskik olan nədir?Bu suallar insan beynində hardan yaranır?

Link to comment
Share on other sites

Maraqli hekayedir.

Axmaqlara ve ya hec dunya vecine olmayanlara men de bezen hesed apariram..

Lakin menim de beynimi qurd kimi yeyen suallar kifayet qederdir.

Onlari yogururam yogururam hele ki,xemir hazir hala gelmir.

Xoshbextlik ise onsuz da daimi bir shey deyil.Insan her daim bir sheyle meshgul olmalidir.Dushune bilmeyen insan,dushunmek istemeyen insan yari oludur menim ucun.

Link to comment
Share on other sites

Sunyata maraqli hekayedir,teshekkurler. :rroza: 

Mence insan daha chox oxuyub,daha chox oyrendikce eslinde o qeder de az bildiyinin ferqine varir.Bunu chox gozel shekilde eks etdirib muellif.Hem de az bilen insanlarin chox bilen insanlardan daha chox bildiyini dushunduyu elmi cehetden subuta yetirirlib.Belke chox bildiklerini dushundukleri uchun ozlerini daha xoshbext hesab edirler..)))

 

Xosbext olmaq ve ya olmamaq yalniz ve yalniz dushunce bichimimize baglidir,bedbextliyi xoshbextliye cheviren de ele zehnimizdir,ferq etmir xeste,saglam,kasib,zengin.O ki qaldi agil ve xoshbextlin bir yerde mumkunluyu  meselesine dogurdan da ziddiyyetlidir.Son zamanlar bele bir fikirle tez-tez qarshilashiram:”Xoshbextliyin en boyuk dushmeni “dushunmekdir”.Chox dushunen insanlar daha az xoshbext olurlar.” Bele gorunur ki,saglam agil ve xoshbextliyin birlikde var olushunun mumkunsuzluyui deyilse de,xoshbextliyi var eden de ele agildir.. 

Link to comment
Share on other sites

Sunyata maraqli hekayedir,teshekkurler. :rroza: 

Mence insan daha chox oxuyub,daha chox oyrendikce eslinde o qeder de az bildiyinin ferqine varir.Bunu chox gozel shekilde eks etdirib muellif.Hem de az bilen insanlarin chox bilen insanlardan daha chox bildiyini dushunduyu elmi cehetden subuta yetirirlib.Belke chox bildiklerini dushundukleri uchun ozlerini daha xoshbext hesab edirler..)))

 

Xosbext olmaq ve ya olmamaq yalniz ve yalniz dushunce bichimimize baglidir,bedbextliyi xoshbextliye cheviren de ele zehnimizdir,ferq etmir xeste,saglam,kasib,zengin.O ki qaldi agil ve xoshbextlin bir yerde mumkunluyu  meselesine dogurdan da ziddiyyetlidir.Son zamanlar bele bir fikirle tez-tez qarshilashiram:”Xoshbextliyin en boyuk dushmeni “dushunmekdir”.Chox dushunen insanlar daha az xoshbext olurlar.” Bele gorunur ki,saglam agil ve xoshbextliyin birlikde var olushunun mumkunsuzluyui deyilse de,xoshbextliyi var eden de ele agildir.. 

men bunu ozumde musahide etmisem.ne zaman dusunmeyib intuisiyamla hereket ediremse her shey yaxsi olur.amma dusunmeye baslayan kimi alem deyir bir-birine))halbuki intuisiya hemise duz deyir,dusunmeye, analiz etmeye ehtiyac qalmir.onun dediyi duz olur hemise))bunu defelerle yasamisam.amma teessuf cox hallarda dusuncelerimi dayandirib intiuisiyama qulaq asa bilmirem...

Link to comment
Share on other sites

kor ya gözü görən insan - hansı daha əlverişli mövqedədi ? əlbəttə ki, gözü görən. sağlam düşüncə də elədir...sağlam düşüncəyə malik olmaqla cahil insana nisbətən daha əlverişli mövqedə dayanmış oluruq. bu mövqedə özümüzü daha arxayın, rahat və xoşbəxt sanmalıyıq, bəs niyə hamıda belə olmur ?

Əsərin qəhramanı zəkalı və ləyaqətli insandır... o primitiv düşünən insanla özünü müqayisə edib, müəyyən qənaətə gəlir. xoşbəxt ola bilməməyinin səbəbini - düşüncə tərzi olduğunu düşünür. onun fikrincə, primitiv düşüncə bəsit də olsa xoşbəxtlik gətirir. sağlam düşüncə, ağıl, həssaslıq isə narahatlıq və bədbəxtlik gətirir ? bəs niyə belə olur ?

Link to comment
Share on other sites

Düşüncələrimiz həm daxili həm xarici dünyaya gönəlir, yəni yönəlməlidir. ətraf aləmdən toplanan, qavrananları düşüncəyə çevririk və əksini, təəssüratını öz emosiyalarımıza köçürürük. bununla belə, özümüzlə bağlı düşüncələrin əksini ətraf aləmə uyğunlaşdıra bilmirik bəzən. çünki narahatlığın, çaşqınlığın səbəbi duyğularımızdı. məsələn dünyanın bir tərəfində açlıq çəkən insanlar yaşadığı halda, bu haqda düşüncələrin doğurduğu emosiyaların təsiri ilə insan rahatlıq tapa bilmir və düşünür, mən sağlam və qayğısız yaşayıb zövq ala bilmərəm. əgər bununla özünü bədbəxt hesab edən insan dünyadakı mövcüd vəziyyətə müsbət təsir edəcəksə ? ....( təəssüf, amma duyğularımızın yaradıcı potensialı, əqli və əməli potensialımızdan zəifdir)

Və ya başqa bir misal (qadınlar bunu daha yaxşı bilər). belə bir ifadə var : "ощущение собственной красоты" . qadın kifayət qədər yetkin, sağlam düşüncəli, zahirən gözəl ola bilər, amma öz gözəlliyini daxilən duymaya da bilər. Xoşbəxtlik də elədir...

Əsərdəki bramin əmindir ki, ona narahatlıq gətirən cavabsız suallardır , səfeh insanlar bu  kimi halı yaşamadığından rahat və xoşbəxdirlər...

Xoşbəxtlik də Ağıl və Hakimiyyət kimi qeyri- maddidir, lakin bununla belə xoşbəxtlik  - ruhun özünütəyinidir, başqa sözlə "состояние души".

 

biz duyğularımızın imkan verdiyi qədər xoşbəxtik, sağlam düşüncəmizin günahı yoxdur ))

Link to comment
Share on other sites

 

biz duyğularımızın imkan verdiyi qədər xoşbəxtik, sağlam düşüncəmizin günahı yoxdur ))

Gozel sozlerdir ..insan sevgini duydugu qeder xoshbextdir

Men bu fikirleri daha cox qadinlara shamil ederdim. Chunki onlarin hissleri yalniz sevgi duygusuna köklenib..

sevmek en gozel duygu.

Link to comment
Share on other sites

 

Bəs,əskik olan nədir?Bu suallar insan beynində hardan yaranır?

 

Maraqlı  sualdır .  Özümdən də əlavə edərdim ki , niyə  bu suallar hamıda yaranmır ?   ( Süjetdən də  göründüyü kimi ) 

Link to comment
Share on other sites

Maraqli hekayedir.

Axmaqlara ve ya hec dunya vecine olmayanlara men de bezen hesed apariram..

Lakin menim de beynimi qurd kimi yeyen suallar kifayet qederdir.

Onlari yogururam yogururam hele ki,xemir hazir hala gelmir.

Xoshbextlik ise onsuz da daimi bir shey deyil.Insan her daim bir sheyle meshgul olmalidir.Dushune bilmeyen insan,dushunmek istemeyen insan yari oludur menim ucun.

 

 

Düşünə  bilənlərin də bəlkə də hamısı  "diri"  deyil ))  Məsələn ,  kimsə  düşünür ki , bu gün mütləq işdən evə gələndə   mağazadan makaron və    sabun almalıyam ))  Bu da tam , normal  düşüncədir.  Amma,  cavabslz əbədi suallar , "niyələr" də  həmin adamı   hərdən də olsa məşğul edirmi ?   Etmirsə ,  onda , bəli , mən də onları   yarım ölü  hesab edə bilərəm. 

 

Sunyata maraqli hekayedir,teshekkurler. :rroza: 

Mence insan daha chox oxuyub,daha chox oyrendikce eslinde o qeder de az bildiyinin ferqine varir.Bunu chox gozel shekilde eks etdirib muellif.Hem de az bilen insanlarin chox bilen insanlardan daha chox bildiyini dushunduyu elmi cehetden subuta yetirirlib.Belke chox bildiklerini dushundukleri uchun ozlerini daha xoshbext hesab edirler..)))

 

Xosbext olmaq ve ya olmamaq yalniz ve yalniz dushunce bichimimize baglidir,bedbextliyi xoshbextliye cheviren de ele zehnimizdir,ferq etmir xeste,saglam,kasib,zengin.O ki qaldi agil ve xoshbextlin bir yerde mumkunluyu  meselesine dogurdan da ziddiyyetlidir.Son zamanlar bele bir fikirle tez-tez qarshilashiram:”Xoshbextliyin en boyuk dushmeni “dushunmekdir”.Chox dushunen insanlar daha az xoshbext olurlar.” Bele gorunur ki,saglam agil ve xoshbextliyin birlikde var olushunun mumkunsuzluyui deyilse de,xoshbextliyi var eden de ele agildir.. 

 

Dəyməz ,  :rroza:

 

Xoşbəxtliyi var edən ağıldır , amma elə həmin ağıl da cavabsız suallar qoymaqla  bu xoşbəxtliyimizi   tam əlimizdən almasa da böyük  diskomfort da yaradır .

Edited by Sunyata
Link to comment
Share on other sites

 

biz duyğularımızın imkan verdiyi qədər xoşbəxtik, sağlam düşüncəmizin günahı yoxdur ))

 

Duyğularımız da razılıq və məmnuniyyətimizdən formalaşır .   Burada duyğularımız deyəndə  daha çox "hisslərimiz"   nəzərdə tuturam.  Duyğularımızın  bizə  verdiyi  narazılıq və  məmnun olmama  hissi , öz növbəsində  düşüncəmizə də təsir edib , orada  müəyyən düzəlişlər edir.    başqa sözlə  təfəkkürdə  müəyyən mənada təftiş  prosesi gedir.  Bu təftişin nəticəsi kimi  təfəkkürdə yeni  hökmlər ( умозаключения ) yaranır.  Bu hökmlər isə  yenidən hisslərimizə  çevrilir .  Məsələn , suallara cavab tapmadıqda   yaranan narazılıq , məmnun olmama  -  öz növbəsində  düşüncəmizdə  dəyişikliklə nəticələnir.  Bu nəticə isə  yenidən hissə  -  diskomforta (  başqa sözlə  , xöşbəxtliyin azalmasına )  səbəb olur )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

men bunu ozumde musahide etmisem.ne zaman dusunmeyib intuisiyamla hereket ediremse her shey yaxsi olur.amma dusunmeye baslayan kimi alem deyir bir-birine))halbuki intuisiya hemise duz deyir,dusunmeye, analiz etmeye ehtiyac qalmir.onun dediyi duz olur hemise))bunu defelerle yasamisam.amma teessuf cox hallarda dusuncelerimi dayandirib intiuisiyama qulaq asa bilmirem...

 

İntuisiya həmişə düz deyir .  Amma ,  təəssüf ki,   intuisiyanın   təfəkkürlə  yerini  səhv sala da bilərik ))

 

 İntuisiyamızı  yaxına buraxmaqla  suallara cavab tapa biliriksə  , yenə də  Bramin deyən nəticəyə gəlirik ))  İntuisiya məlumdur ki,  təfəkkürdən yuan keçməklə  öz işini görür.  başqa sözlə  düşünmədən . Əgər düşünmədən suiala cavab tapa biliriksə , deməli  düşüncə ( ağıl )  xoşbəxt olmağımıza mane olurmuş ...   

Link to comment
Share on other sites

Mövzudakı  qaldırılıan   problemlərə  münasibəti   bildirməyə davam etməklə yanaşı ,   ümumiyyətlə Volter haqqında ,  onun fəlsəfi  povest və hekayələri , digər əsərləri  barədə də fikir bildirmə kistəyən olsa , buyursun  .  

 

Volter  öz dövrünün azad fikirli insanlarından olub . Təsadüfi deyil ki,   bu fikirlərinə görə  iki dəfə həbsxanada olub.   Volter  özünəməxsus satirik və ironik dillə dövründə olan çatışmazlıqlara  -dini  fanatizmə , məmur və feodal özbaşınalığına  və s. yə münasibətini   fərqli formada  bildirmişdir.   onun fəlsəfi  povest və hekayələri də bu formalardan biriidir.  Puşkin, onun haqqında belə yazırdı ki,   Volter Parisi öz əsərləri ilə selə tutub , onun dilində "fəlsəfə  hamının anlayacağı və  zaraftla dolu  dildə  danışmağa başladı" . 

Link to comment
Share on other sites

Volterin daha bir kiçik   fəlsəfi hekayəsini  öz tərcüməmdə sizə təqdim edirəm .  

 

 

Volter

Yaddaşla bağlı  əhvalat

 

Bəşəriyyətin  düşünən hissəsinin ,  başqa sözlə  ,  insan növünün  ən çoxu  100 mində birinin gümanına görə , -hər halda daim bunu  təkrar etməsinə görə  -  bütün təsəvvürlərimiz  bizim duyğularımızdan doğur və  yaddaş yeganə  mənbədir ki, onun vasitəsilə iki fikri və ya iki sözü bir araya  gətirirk.

Bax buna görə də təbiətin təmsilçisi Yupiter , ilk baxışdan. Mnemozinaya -  yaddaş ilahəsinə  vurulmuşdu.  Bu  izdivacınından incəsənətin bütün növlərini icad və himayə edən  9  muza  dünyaya gəlmişdi.

Bütün  biliklərimizin  əsaslandığı bu  müddəa , qəti olaraq hamı tərəfindən qəbul olunmuşdu , hətta Nonsobra 1 tərəfindən də  qəbul edilmişdi.

Az sonra bir nəfər  bu müddəanı  təkzib edən2  yarım həndəsəçi ,  yarım dəli  peyda oldu .  O , bizim 5 duyğumuzu və  yaddaşımızı inkar etməyə  başladı və insan növünün   çox cüzi olan düşünən hissəsinə  müraciət etdi :  “ İndiyə qədər siz yanılırdınız , sizin hissləriniz faydasızdır.   Ona görə ki, sizin  hisslərinz təzahür etməmişdən də əvvəl   ideyalar artıq sizdə  mövcud idi.  Siz dünyaya göz açanda artıq bütün zərruri  anlayışlarla təmin olunmuşdunuz.  Siz hələ heç nə  hiss etmədən  artıq hər şeyi bilirdiniz.  Sizinlə birgə doğulan  fikirləriniz  , artıq sizin təfəkkürünüzün sərəncamında idi.  Ruh adlanan bu təfəkkürdə yaddaşa ehtiyac yoxdur.  Yaddaşın faydası yoxdur “  

Nonsobra bu iddanı  pislədi və  ona görə yox ki,  bu bir cəfəngiyyat idi , yalnız ona görə ki,  bu  iddia yeni idi . Sonralar bir ingilis daha  geniş  olaraq  bu müddəanı təksiz etməyə başladı. Yəni  beş duyğumuzun zərruri olmasını ,  anadangəlmə ideyaların olmamasını  və  yaddaşın  duyğularımızın vasitəsilə qavradıqlarımızı  bir yerdə  toplaması  və  saxlanmasına imkan yaratması funksiyasını yerinə yetirdiyini sübut etməyə başlamışdı.  Nonsobra özünün də qəbul etdiyi bu  iddiaları  pisləyib təkzib etdi.  Çünki , bu fikir artıq ingilis tərəfindən  ifadə olunmuşdu.  Beləliklə , Nonsobra insanlarda anadangəlmə ideyaların  olmasını  və  5  duyğu və yaddaşa inanmamağı  israr etdi.  İnsan növü  bununla razılaşmaq əvəzinə  Nonsobranı ələ salmağa başladı.  Bundan qəzəblənən  Nonsobra  hətta bir filosofu yandırmaq qərarına da gəldi.  Bu filosof iddia edirdi ki,  pendir haqqında düzgün təsəvvürə yalnız onu görüb və dadına baxnadan sonra gəlmək olar.

Liolistlər 4 mövcud olduqları dövrdə  ilk dəfə olaraq Nonsobraya  qoşuldular , seyanistlər5isə -  liolistlərin qatı düşmənləri  - müvəqqəti olaraq  onlarla birləşdi.  Onlar köməyə öz dərin filosofları ilə tanınmış  keçmiş  dikasterikləri 6   də çağırıb ,  birlikdə  5  düyğu və yaddaşı , eləcə də  bunu iddia edən  filosоfu  pisləyib , qınadılar.

Bu cənablar  mühakimə yürütməyə davam edirkən ,  onların arasında bir at tapıldı ki, - hərçənd ki, bu at  başqa növdən idi  və  dikasteriklərdən quruluş , səs , yun və qulaqlarına görə seçilirdi -   amma  ağıl , 5 duyğu və  yaddaşla  təmin olunmuşdu . Həmin at   baş vermiş hadisəni mənim at tövləmdə Peqasa  danışmışdı ,  o da öz növbəsində  ona məxsus cəldliklə Muzalara .

Muzalar  ,  uzun müddət varvarlıqda bulunmuş   və 100 il onların xüsusi himayəsində olmuş , ölkədə  bu hadisələrin baş verdiyini eşidib  çox hiddətləndilər.  Onlar öz analarını  -  Yaddaş və ya Memozinanı çox sevirdilər və   bütün əldə etdikləri biliklərə  görə ona borclu idilər. İnsanların bu nankorluğunu  qəzəblə qarşıladılar.  Onlar dikasteriklər , liolistlər ,seyanistlər və Nonsobra haqqında satiralar yaratmadılar , çünki satira heç kimi islah etmir , əksinə axmaqları  qeyzləndirir və onları daha acıqlı və sərt edir.  Onalr insanları  cəzalandırmaqla həm də onları maarifləndirmək üçün  üsul düşünüb tapdılar.   İnsanlar  Yaddaşı təhqir etmişdilər. Muzalar insanlardan bu Tanrıların  verdiyi qabiliyyəti  aldılar ki,   onlar yaddaşın köməyi olmadan yaşamağı anlasınlar.

Gecələrin birində  insanların beyni  “əridi” və  səhəri günü hamı yuxudan oyandı və onlar  nə baş verdiyini  qəti  olaraq unutmuşdular.  Bir neçə  dikasteriklər öz xanımları ilə çarpayıda uzandıqlarını görüb , instinktiv olaraq – yaddaşdan asılı olmayaraq - onlarla yaxınlıq etmək istədilər.  Qadınlar nadir hallarda instinktiv olaraq öz ərlərini yaxına buraxmaqlarından narazılıqla onların  nəvazişlərini  rədd etdilər.  

 

Kişilər öz gecə papaqlarını götürüb, yaddaş və  sağlam düşüncənin  olmadığından ,  öz ehtiyaclarını  təmin etmək üçün istifadə  etdilər.  Qadınlar eyni məqsədlə tualet stollarındakı vazalardan istifadə etdilər.  Quuluiqçular öz vəzifələlərinı yaddan çıxararaq sahiblərinin  otaqlarındada gəzirdilər və  orada necə  peyda olduqlarını  anlamırdılar.  İnsan öz təbiətinə görə  çox maraqlanan olduğu  üçün ,  qulluqçular bütün yeşiklərdə  eşələnib , qızıl və gümüşün parıltısını xoşladıqları üçün , əllərinə keçəni götürüdülər.  Bunu görən sahiblər “oğruları tutun” – deyə çığırmaq istəsələr də ,  “oğru”  sözü yaddan çıxdığı üçün   və bu sözü heç cür yada sala bilmədikləri üçün , bunu da edə bilmirdilər.  Hamı sözləri unutduğundan  qarışıq səslər çıxarırdılar.  Bu məşhur Babil həngaməsindən də  pis idi , ona görə ki , Babil həngaməsi zamanı  hərə o dəqiqə  öz dilini yaratmışdı.  Anandangəlmə  hisslər o qədər güclənmişdi ki,  lakeylər ağına qarasına baxmayaraq , abır həyanı unudub , qadınların  -  öz sahib xanımlarının , qulluqçuların  üzərinə atılırdılar.  Əks tərəf də həmçinin abır həyanı unudub buna müqavinmət göstərmirdilər , buna  maneəsiz imkan yaradırdılar.   

Nahar vaxtı  yetişmişdi və heç kim bilmirdi ki , naharı neçə təşkil etsin.  Heç kim  bazara nə almağa , nə də satmağa getmişdi . Qulluqçular öz sahiblərinin  paltarlarını , sahiblər isə  lakeylərin paltarlarını  geyinmişdilər.  Hamı sərsəm –sərsəm bir birinə  baxırdı.  Bir az daha fərasətlilər ( sadə xalqdan olanlar )  bir təhər vəziyyətdən çıxırdılarsa,  digərlərinin isə   heç bir şeyi  yox idi.  Birinci sədr , arxiyepiskop tamamilə  lüt gəzirdilər, amma onların mehtərləri  qırmızı mantiya geyinərək özlərini göstərirdilər.  Böyük qarışıqlıq var idi .  Hamı  dilənçilik və acılıqdan məhv ola bilərdi . Heç kim bir birini başa düşmürdü.

Bir qədər gözləyib , muzalar rəhmə gəlib bu bədbəxtlərə kömək etmək istədilər , hərçənd ki, onalr lazım olduqda öz qəzəblərini də göstərməyi  bacarırlar. Muzalar öz analarına  Memozinaya yalvarıb  . insanlara yaddaşı geri qaytarmağı  xahiş etdilər.  Memozina   razılaşıb insanlara  belə dedi - 

“Ey axmaqlar , sizi əfv edirəm. Lakin yadınızda saxlayın ki, 5 duyğusuz yaddaş yoxdur , yaddaşsız da ağıl yoxdur.”

Dikasteriklər çox quru olaraq   ona təşəkkür etdilər və  qərara gəldilər ki.   Ona töhmət verəcəklər.  Seyanistlər bu hadisəni öz jurnallarında dərc etdilər,  məlum oldu ki, onlar hələ də şəfa tapmayıblar.  Liolistlər bu hadisəni bəhanə edərək saray  intriqaları  ilə məşğul oldular.  Metr Koje , son dərəcə  heyrətləndirici  bu hadisədən heç nə anlmayaraq , öz tələbələrinə  belə bir  mükəmməl  aksiom təklif etdi :   «Non magis musis quam hominibus infesta est ista quae vocatur memoria». 9

 

                       Qeydlər.

1.    Nonsobra  -  Sorbonnanın anaqramması

2.    Volter  fransızs filosof- rasionalisti Rene Dekartı  nəzərdə tutur.

3.    Jon Lokk  nəzərdə tutulur.

4.    Liolistlər -  Loyotanın ( İezuit ordeninin banisi ) adı ilə bağlı hərəkatının  - loyolistlərin anaqramması.

5.    Seyanistlər -  yansenistlərin anaqramması.

6.    Dikasteriklər -  Feodal Fransadakı  parlamentin , hüquq orqanlarının, şəhər özünüidarəısinin  üzvlərini Volter belə adlandırırdı.

7.    Volter Fransanı nəzərdə tutur.

8.    “Kilsə xəbərləri” jurnalı nəzərdə tutulur.

9.     “Yaddaş adlandırılan şey , nə insanlara , nə də Muzalara düşmən deyil”  (latın )

Edited by Sunyata
Link to comment
Share on other sites

Maraqlı  sualdır .  Özümdən də əlavə edərdim ki , niyə  bu suallar hamıda yaranmır ?   ( Süjetdən də  göründüyü kimi ) 

Mənim özümə də çox maraqlıdır.Niyə bu suallar hamıda yaranmır?Ümumiyyətlə bu suallar hardan yaranır?

Hələ ki,cavab axtarışındayam.))

Link to comment
Share on other sites

Mənim özümə də çox maraqlıdır.Niyə bu suallar hamıda yaranmır?Ümumiyyətlə bu suallar hardan yaranır?

Hələ ki,cavab axtarışındayam.))

 

Könül  ,  mənim suallara cavab axtarışım  çox vaxt  cavabların arasında seçmə   yolu  ilə   ,  yəni  düzgün hesab etmədiyim   cavabları  islah etmək  yolu ilə   davam edir.  Ona görə də , əksər fəlsəfi suallara cavab tapa bilməmişəm.  Amma,  yaxşı  xəbərlər də var ))   Sual ətrafında düşündükcə , cavabları  islah etdikcə  , düzgün cavabla məsafəni azaltmış oluruq .   Bu  lirik  kənaraçıxmadan sonra  ...

 

İnsanın "tabula rasa"    ( təmiz lövhə ) kimi doğulması   iddiasını özlüyümdə  islah etmişəm ))     Görünür ki,  insan deyilən varlığa -  "lövhəyə"  istədiyini yazmaq olmur.   Bu "lövhə "  bu dünyaya müəyyən materialla gəlir  və  hər yeni yazılana müqavimət  və  ya rəğbət də , həmçinin ,  bununla bağlıdır.  Bu mənada "suallar haradan yaranır?"    və "niyə hamıda yaranmır?"   suallarına cavabı  ,  bu dünyaya birlikdə   gətirdiyimiz  "materiallar"da axtarmaq lazımdır .  İMHO

Edited by Sunyata
Link to comment
Share on other sites

Könül  ,  mənim suallara cavab axtarışım  çox vaxt  cavabların arasında seçmə   yolu  ilə   ,  yəni  düzgün hesab etmədiyim   cavabları  islah etmək  yolu ilə   davam edir.  Ona görə də , əksər fəlsəfi suallara cavab tapa bilməmişəm.  Amma,  yaxşı  xəbərlər də var ))   Sual ətrafında düşündükcə , cavabları  islah etdikcə  , düzgün cavabla məsafəni azaltmış oluruq .   Bu  lirik  kənaraçıxmadan sonra  ...

 

İnsanın "tabula rasa"    ( təmiz lövhə ) kimi doğulması   iddiasını özlüyümdə  islah etmişəm ))     Görünür ki,  insan deyilən varlığa -  "lövhəyə"  istədiyini yazmaq olmur.   Bu "lövhə "  bu dünyaya müəyyən materialla gəlir  və  hər yeni yazılana müqavimət  və  ya rəğbət də , həmçinin ,  bununla bağlıdır.  Bu mənada "suallar haradan yaranır?"    və "niyə hamıda yaranmır?"   suallarına cavabı  ,  bu dünyaya birlikdə   gətirdiyimiz  "materiallar"da axtarmaq lazımdır .  İMHO

Sunyata ,bizə ötürülür fikri ilə mən də razıyam . Düşünürəm ki , bizə ötürülən hər nədirsə üç yolla mümkündür .

1. Genetik qan yaddaşı vasitəsi ilə.

2 .Ruh vasitəsi ilə.(Ruhun öldükdən sonra başqa bir varlığa keçdiyini güman edirəm.Ruh birindən-digərinə keçdiyində müəyyən informasiyala ötürə bilər.)

3. Allahın insanları yaradarkən şüaraltı yeritdiyi materialla ötürülür.

 

İndi , genetik ötrülməyə baxaq, ailəmdə mənim kimi suallar verən yoxdur.

Ruh , qeyri-müəyyəndir.

Yenə , üçüncü variantı doğru hesab etmək olar.Bizi yaradarkən,hansısa material,informasiya şüuraltı bizə yeridilir.

 

 

Suallarıma cavab hələ ki ,tapa bilməmişəm.Olur ki,sualdan sual çıxardərkən,ilk yaranan sualı -sual işarəsiz verdikdə sualın cavabı olur.Düzdür cavab olsada ,daha da məsələ qəlizləşir.Beyində olan inkar etmə qüvvəsi işə düşür.Sonrası da yəqin ,sənə də məlumdur.Sualların içində itirsən ))

 

P.S.Sunyata sənin qədər fəlsəfə haqqında biliyə malik olmasamda,müəyyən bir mövzu ətrafında öz fikrimi bildirdim.Ona görə yanlışım  olsa , qüsuruma baxma)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Haha
        • Like
      • 46 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Upvote
        • Thanks
        • Like
      • 329 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Downvote
        • Haha
      • 205 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 29 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 92 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
      • 46 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...