Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Ölmək Istəmirəm, Məni Xilas Edin”


Recommended Posts

“Ölmək istəmirəm, məni xilas edin”

Musiqili Teatrın aktrisası Xanım Qafarovanın səhhəti kəskin pisləşib-

Səhhətinizlə bağlı sual verməyim düzgün olmazdı...

- Düzgün vurğuladın Yalçın. Hər dəfə deyirəm ki, yaxşıyam. Amma bu dəfə deyə bilməyəcəm. Səsimi, harayımı duysunlar, çox pisəm. Demək olar ki, hər gün ölümlə üz-üzə qalıram. Yemək yeyə bilmirəm. Ayaqlarım da şişib.

Müalicələrinizin nəticə vermir?- Yox, hər gün daha da pisləşirəm. Bu gün də çox pisəm. Özünüz də görürsünüz ki, necə danışıram. Gərək Allah bu halımı sevənlərimə göstərməzdi. Axı mən həyatı sevirəm? Daim həyatla mübarizə aparmışam. Görünür indi gücüm də tükənib. Allah heç kəsə mənim günümü göstərməsin.- Bəs ev şəraitində müalicə almağınız çətin deyil ki?- Çətindir. Daha bundan o tərəfi yoxdur. Həkimlər gəlib-gedirlər. Mənə qan köçürülür ki, qanım qalxsın, amma qalxmır. Yemək də yeyə bilmirəm. Yalnız su içirəm. Artıq nə edəcəyimi də unutmuşam. On beş, iyirmi gün olar ki, hamıyla telefon əlaqəni də kəsmişəm. Televiziyalar gəlib çəkirdilər, sağ olsunlar. Amma mənə kömək edən tapılmır. Azərbaycanda olunan müalicələrim yetərsizdir. Dərdimə əlac İsraildədir. Amma bunun üçün maddi dəstəyim yoxdur. Sizin vasitənizlə imkanı olan insanlara səslənirəm, mənə yardım etmək istəyirsinizsə (050) 3581112 və 3270858 nömrələrlə əlaqə saxlayın. İnanırsınız, bu sözləri demək mənə nə qədər ağırdır. Xəcalət çəkirəm. Amma övladıma görə, bu müraciəti elədim. O, bu dünyada tək qalmasın. Hələ balacadır. Artıq hər an ölümü gözləyirəm. Yerimdən tərpənə bilmirəm. Qızımı da bağçaya qoymuşam ki, birdən öldüm, ölümü görüb, psixoloji travma almasın.- Sizi çox yormaq istəmirəm. Danışmağa çətinlik çəkirsiniz. Əlavə deyəcəyiniz varmı?- Yox, əlavə sözüm yoxdur. Amma bir arzum var. Allah elə etsin ki, həyatda son anlarımı övladım görməsin. Ölmək də istəmirəm. Bunu dilim deyir, amma...Nə isə artıq danışmayım. Əlacsız olan yerdə göz yaşlarım hər şeyi deyir.

Edited by Blok
Link to comment
Share on other sites

Təəssüf edirəm.Amma olanla ,ölənə çarə yoxdur.Xanım Qafaraovanın xəstəliyi çarəsizdir.Bu xəstəlik çox insanların canını alıb.

Yenə də ümid edək ki,son günləri əzab çəkməyəcək.

Nə demək olar? Allah şəfa və səbir versin.

Link to comment
Share on other sites

Xanım Qafarovanın bacısı Rübabə Publika.az-a bildirdi ki, artıq hər şey bitib, həyatla vidalaşır: "Onu həyata qaytarmaq mümkün olmadı. Həkimlər son qərarını verdi. İsrailə getmək də qismət olmadı.  Başına yığışmışıq, son dəqiqələrini yaşayır".  

 Uzun zamandır ki, xəstə yatan əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri yayılıb. Publika.az-a  daxil olan xəbərə görə, onun səhər tezdən rəhmətə getdiyi bildirilir. Amma bütün cəhdlərimizə rəğmən, xəbəri təsdiq etmək üçün əlaqə saxladığımız nömərələrin heç biri cavab vermir.

Link to comment
Share on other sites

Çox pis oldum..Allah rəhmət etsin. Allah övladını qorusun, onun da ruhu şad olsun.

ANS-dən müsahibəsini verdilər, ümidlə İsrailə gedəcəyini gözləyirdi, təəssüf ((( Yaşadığı ev barədə isə danışmaq istəmirəm. Əgər ona ev demək olardısa...diktor dedi ki, qarajdır, aktrisa bu qarajı özü üçün ev edib yaşayırmış övladı və qoca anası ilə birgə (((

Link to comment
Share on other sites

Can atımı, gözü, dodaqları səssizcə “qızım!” deyirdi”

5f31aa20fb74124d47e58a9f0c4af5f9.jpg

Qənirə Paşayeva Xanım Qafarovadan yazdı 
 

(Bir bilsən bu gün səndən yazmaq nə qədər çətindi...)

 

...İtirəcəkləri insanın ürəyinə damır elə bil... – Sənə doğma olan kimisə, nəyisə itirəcəksənsə hiss edirsən, duyursan... Bu gün günortaya yaxın dəyərli sənətçimiz Aybəniz Haşımovaya zəng etdim və “ürəyimdə qəribə bir sancı var, gəl gedək, elə indi Xanıma baş çəkək..!” dedim. – Əlavə etdim ki, “...Nəsə içimdə qəribə bir hiss var. Bilirəm özünü yaxşı hiss etmirsən... amma bir bax əgər imkanın varsa, sən də gəl, birlikdə gedək, mən bir azdan çıxacam”. Beş dəqiqə keçmədi Aybəniz xanım zəng edib, “bacı, gözlə, mən də gəlirəm, gedək” dedi.

 

Onun dar və kiçik otağına daxil olanda zorla nəfəs alırdı. Çağırdım... hiss edirdi, eşidirdi... amma cavab verə bilmirdi. Hər nəfəs alıb verəndə “ya Allah” deyirdi. Onun can verdiyini görmək dəhşətli idi!.. amma sanki nədənsə narahat idi və can verə bilmirdi – Allah günaha yazmasın, tapşıra bilmirdi canını... – Nəsə demək istəyirdi amma deyə bilmirdi ki, bilmirdi... Mən onun nə demək istədiyini hiss edirdim, nədən bu qədər rahatsız olub da, can verə bilmədiyini bilirdim... – Duyurdum, daha doğrusu... Son nəfəsdə olan bir ana nə demək istərdi!?.

 

...Ailə üzvləri, qohumlar və dostların sakit ağlaşma səslərini Aybəniz xanımın sözləri pozdu: “Xanım, bax, Qənirə xanım da gəldi.” Başını mənə doğru çevirib, sanki bütün gücünü toplayıb, nəsə deməyə can atdı. Ona daha da yaxınlaşıb nə demək istədiyini anlamaq istədim... amma deyə bilmədi... Onun deyə bilmədiklərini mən tamamladım. Türkiyədəki söhbətimizi xatırladım. Türkiyədə xəstəxanada Xanım bacını müayinə edib müalicələrə başlanan gün müayinələrdən sonra fikri dağılsın deyə onu gözəl bir yerdə yemək yeməyə dəvət etdim. Söhbət etdik və qəfildən... “Qənirə bacı, mən ölümdən qorxmuram amma qızım çox balacadır. Onu tək qoymaqdan qorxuram. Kim baxacaq ona?!. Anam yaşlı, xəstə qadın, bacımın isə gözləri görmür, mənim himayəmdədir. Mənə bir şey olsa qızıma kim baxacaq?!” dedi. O qədər yanıqlı dedi ki, bu sözləri... bir neçə saniyə özümü zorla topladım, boğazıma düyünlənən gözyaşlarını udub, gülümsəməyə çalışdım və “...belə bədbin danışma, sağalacaqsan, qızını böyüdəcəksən, toyunda bilikdə oynayacağıq” dedim... Sonra evdə onu ziyarət edəndə də ağıllı və gözəl balaca qızı ilə xeyli söhbət etdik. Yenə fikirli idi Xanım... “Mənə bir şey olsa, bu qızın...” – sözlərini tamamlamağa qoymadım..! “Sən Allah, belə bədbin danışma, hər şey yaxşı olacaq” dedim... amma onun daha yaxşı ola bilməyəcəyini ən yaxşı bilənlərdən biri mən idim.

 

Türkiyədə həkimlər “artıq çox gecdir, biz sadəcə ağrılarını bir az azalda, ömrünün qalan bölümünü mümkün olduğu qədər daha az ağrı ilə keçirməsinə çalışa billik” sözlərini deyəndə özümü zorla toparlamışdım. Çünki ruhdan düşməməli, mübarizə aparmalı idi... Üç gün öncə telefon söhbətimiz də çox ağrılı olmuşdu. Bir gün özümə gələ bilməmişdim... Yenə qızı və onun gələcəyi qayğısı... Bu gün isə yanımda can verirdi və... illa da ürəyini boşaltmağa – oradakı son sözləri çatdırmağa can atırdı... Deyə bilməsə də, “deyirdi” – can atımı, gözü, dodaqları səssizcə “QIZIM!” deyirdi, “QIZIM AMANATI!” deyirdi... Xanımın baxışları, üzüntülü üzü tam anlamı ilə bu sözləri “pıçıldayırdı”... “hayqırırdı”: “...Qızımı əmanət qoya bilərəmmi?! Nə olacaq balaca qızımın gələcəyi?”

Bütün gücümü toplayıb onunla son söhbətimi etdim. “Balaca qızınla bağlı hər şey yaxşı olacaq. Gör nə qədər dostun, qohumun var, bu otaqda... Qızın bizə əmanətdi.

 

Üstəlik Mehriban xanım, Heydər Əliyev Fondu onu himayəyə götürdüyünü deyib. O böyüyəcək, oxuyacaq, xoşbəxt olacaq..! Qızın tək qalmayacaq, rahat ol!” dedim və əlini yavaşca sıxdım. Yenə nəsə demək istədi... amma deyə bilmədi və inilti ilə “ya Allah!” deyib gözlərini yumdu – əbədi olaraq..! – Sanki qızı ilə bağlı, onun tək qalmayacağı, dəstək göstəriləcəyi ilə bağlı vəd, söz verilməsini gözləyirdi.

 

Onun Türkiyədə xəstəxanada qaldığı zamanı söhbətləri... zorla apardığım qonaqlıqlarda belə hey qızından danışması... gözümün önündən çəkilmir... O yaxşı sənətçi, yaxşı bir insan idi... Xanımın belə cavan dünyasını dəyişməsi hamımızı üzdü –bütün sənətsevərlərimizi, doğmalarını, tanıyanlarını, sevənlərini... Sənətimiz üçün də, insanlarımız üçün də bir itkidir bu!.. amma o hər şeydən öncə ana idi, ANA..! Son nəfəsində də özünü yox, balaca qızını düşünən ana!

Bu gün balaca qızı anasını bu durumda görməsin deyə onu qohumlardan birigilə aparmışdılar. Onun gözlərinə baxıb, “anam haradadır?!” suallarına cavab tapmaq çox çətin olacaq, bilirəm... çox çətin!.. “O cənnətdədir” deyəcəyik. Başqa nə deyək, dostlar?..

 

Türkiyədə ilk dəfə xəstəxanadan çıxanda axşam düşürdü, səssizlik idi. Elə gözəl qar yağırdı ki... Söhbət edə-edə azca yeridik... Havada hüzn qoxusu vardı... birdən dayandı və “...Qənirə xanım, bilirsən, nə qədər xəyallarım, arzularım var, yaşamaq istəyirəm..!” dedi... Sonra bir az xəyallarından danışdı... Xanım, bu gün səni bu dünyadakı darısqal “ev”indən əbədi evinə yola saldıq... Nur içində yat..! Sənə layiq yazmaq istədim... yaza bilmədim, bağışla... Rollarından, söhbətlərindən, insanlığından çox yaza bilərdim... amma daxilən bir bilsən, nə qədər yorğunuq bu gün... O son anların gözlərimin önündən getmir... O çətin günlərdə sənə dayaq duran Mehriban xanıma nə qədər təşəkkür etsəm azdı... İnanıram ki, qızına da hər zaman diqqət və qayğısını əsirgəməyəcək!

 

İnanıram ki, dövlətimiz dəstək göstərəcək və qızın o balaca... qarajda deyil, qəşəng bir evdə böyüyəcək. Savadlı, ağıllı və xoşbəxt bir qız olacaq və sənin ruhunu hər zaman şad edəcək. Ruhun hər zaman şad olsun! Nə yaxşı ki, vardın. Nə yaxşı ki səni yaxından tanıdıq. Sən hər zaman sevənlərinin könüllərində yaşayacaqsan. Demək ki, hər zaman aramızda olacaqsan..!

 

 
Link to comment
Share on other sites

Ölüm haqdır, çıxmaq olmaz əmirdən..Amma ölən bir dəfə ölür, qalan min dəfə.Gözəl evdən öncə gözəl Ana da verə biləcəkmi dövlətimiz o qızcığaza?? Atasız övlad böyüdən Analar!! Mütləqdimi Ailə bütövlüyünü belə hadisələr bizlərə sübut etsin? Hanı bu körpənin Atası? incəsənətmizdə nə çox tək övladlı tənha qadınlar.Sizlər nə düşünürsünüz? Heç kim bu dünyadan yapışıb qalmayacaq, hərə bir bəhanə ilə gedəcək onsuzda.Ailəni qorumaq lazımdır, sənət insana qiymət vermir heç vaxt.Nədənsə mən bu hadisə üçün yalnız bunları düşünürəm.

Link to comment
Share on other sites

“Ölümündən sonra” dəyərli olduğunu anladığımız çoxmu insan var həyatda? Mütləq ölmək lazımdırki dəyərli olduğunu başa düşsünlər.Yada düşmək üçün faciəli ölüm səhnəsi bizim xalq üçün kifayətdir. O dəqiqə dəlinin yadına düşən kimi özümüzü ora-bura yıxırıq, yaddaşımızın tozunu təmizləyirik və beləcə yenidən küləklər əsir və hər şey toz basıb unudulur.

Link to comment
Share on other sites

Növbəti aktrisamız ölüm ayağındadır.

“Həkimlər damarını tapa bilmirlər deyə, məcburən qolunu kəsirlər”
20411.jpg20412.jpgDövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb.
 
Bu barədə gənc teatrşünas Əjdər Dadaşov məlumat verib.
 
Onun sözlərinə görə, G.Salmanova eyni zamanda bir neçə xəstəlikdən əziyyət çəkir:
 
“Onun vəziyyəti getdikcə pisləşir. Həm şəkər xəstəsidir, həm böyrək çatışmazlığından əziyyət çəkir.
 
Vəziyyəti çox pisdir, hətta deyərdim ki, ölümcüldür. Çox güman ki, yaxın günlərdə bir neçə aktyorun imzasıyla Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcəyik.
 
Təsəvvür edin ki, həkimlər bu adama sistem köçürmək istəyirlər, amma damarını tapa bilmirlər deyə məcburən qolunu kəsirlər. Hər ay ən azı min manat xərci çıxır. Neçə vaxtdır “Prezident təqaüdü”nün verilməsini də dayandırıblar, vəziyyət lap pisləşib. Heç olmasa dərmanlarının pulunu ödəyirdi”.
 
Qeyd edək ki, dünən aktrisanın sənət yoldaşları Naibə Allahverdiyeva, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Elmira İdayətova və Əjdər Dadaşov ona baş çəkiblər.(
Link to comment
Share on other sites

Aktrisa yalvardı: “Xanımdan sonra növbə mənimdir, qoymayın öləm” – ÖZƏL

 
18 İyul 2014 - 14:26      
 

publika.az1405675073Gulnar-Salmanova-akt

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb. Bir neçə xəstəlikdən əziyyət çəkən aktrisaya təcili olaraq böyrək köçürülməsə, sevimli sənətkarımızı itirə bilərik.

 

Publika.az-a müsahibə verən aktrisa göz yaşları içərisində yardım istədi.

 

- Gülnar xanım, bizi yaman qorxutdunuz,  nə olub, necəsiniz?

 

- Çox pisəm, ay qızım. Böyrəklərim sıradan çıxıb, həftədə iki dəfə dializə qoşuluram. Xəstəxanaya güclə aparırlar məni. Dializə qoşanda da, inanın ki, halım pisləşir, ürəyim gedir. İynə vurub, güclə özümə gətirirlər. Ölmək istəmirəm, teatrda fəaliyyətimi davam etdirmək istəyirəm, o qədər tamaşalarım qalıb ki. Hamısı məni gözləyir. Mən iki böyrək istəmirəm, birini tapıb dəyişsinlər. Yoxsa ki, ömrümə çox az qalıb. Xanımdan sonra növbə mənimdir, qoymayın öləm.

 

- Bəs nə əcəb sizi xəstəxanaya yerləşdirmirlər?

 

- Daha hər şeydən keçib,  xəstəxanada yatdım-yatmadım, böyrək dəyişilməlidir. Başqa çarə yoxdur. Bayaq halım dəyişdi, təcili yardım gəldi. İynə vurdular, özümə gəldim. Mən dövlətimdən kömək istəyirəm, deyəsən, aktyor yoldaşlarım müraciət ediblər. İnanıram ki, Mehriban xanım mənə yardım edəcək. Yerimdən dura bilmirəm.

 

- Bəs sizə kim baxır?

 

- Qohumlarım.

 

- Oğlunuz, gəlininiz haradadır, onlar niyə sizi belə vəziyyətdə tək qoyublar?

 

- Oğlum kasıb uşaqdır, Zaqatalada yaşayır. Uşağını qoyub, necə gəlsin.

 

- Bəs kimlər yanınıza gəlib-gedir?

 

- Sağ olsunlar teatrımızın aktyorları, aktrisalar məni tək qoymur. Elə bayaq da gəlmişdilər yanıma.

 

- Gülnar xanım öz maddi imkanınız, yəqin ki, böyrək almağa imkan vermir?

 

- Yox, maaşa baxan adamam. Oğlumun da qazancı ailəsinə güclə çatır. Mən 270 manatla necə özümə böyrək ala bilərəm. Çox çətin durumdayam. Mən qürurlu qadınam, amma görün nə vəziyyət yaranıb ki, ağız açıram.

 

- Mədəniyyət və Turizm Nazirliyindən maraqlanan, kömək edən varmı?

 

- Bir dəfə də olsun, maraqlanmayıblar. Allahın bir telefon zəngini də etməyiblər. Əvəzində, prezident təqaüdümü də kəsiblər. Yaxşı ki, siz jurnalistlər varsınız, yoxsa elə bir onda eşidərlər ki, ölmüşük.

 

- Bəs digər xəstəliyinizlə bağlı narahatlıq yaşamırsınız ki?

 

- Onkoloji xəstəliyimlə bağlı problemim yoxdur. Həkim mənə bir dərman verdi, hələ ki, yaxşıyam. Dərdim böyrəklə bağlıdır. Böyrəklərim ikisi də sıradan çıxıb.

 

Cəvahir Səlimqızı

Link to comment
Share on other sites

Aktrisa yalvardı: “Xanımdan sonra növbə mənimdir, qoymayın öləm” – ÖZƏL

 
18 İyul 2014 - 14:26      
 
 

publika.az1405675073Gulnar-Salmanova-akt

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb. Bir neçə xəstəlikdən əziyyət çəkən aktrisaya təcili olaraq böyrək köçürülməsə, sevimli sənətkarımızı itirə bilərik.

 

Publika.az-a müsahibə verən aktrisa göz yaşları içərisində yardım istədi.

 

- Gülnar xanım, bizi yaman qorxutdunuz,  nə olub, necəsiniz?

 

- Çox pisəm, ay qızım. Böyrəklərim sıradan çıxıb, həftədə iki dəfə dializə qoşuluram. Xəstəxanaya güclə aparırlar məni. Dializə qoşanda da, inanın ki, halım pisləşir, ürəyim gedir. İynə vurub, güclə özümə gətirirlər. Ölmək istəmirəm, teatrda fəaliyyətimi davam etdirmək istəyirəm, o qədər tamaşalarım qalıb ki. Hamısı məni gözləyir. Mən iki böyrək istəmirəm, birini tapıb dəyişsinlər. Yoxsa ki, ömrümə çox az qalıb. Xanımdan sonra növbə mənimdir, qoymayın öləm.

 

- Bəs nə əcəb sizi xəstəxanaya yerləşdirmirlər?

 

- Daha hər şeydən keçib,  xəstəxanada yatdım-yatmadım, böyrək dəyişilməlidir. Başqa çarə yoxdur. Bayaq halım dəyişdi, təcili yardım gəldi. İynə vurdular, özümə gəldim. Mən dövlətimdən kömək istəyirəm, deyəsən, aktyor yoldaşlarım müraciət ediblər. İnanıram ki, Mehriban xanım mənə yardım edəcək. Yerimdən dura bilmirəm.

 

- Bəs sizə kim baxır?

 

- Qohumlarım.

 

- Oğlunuz, gəlininiz haradadır, onlar niyə sizi belə vəziyyətdə tək qoyublar?

 

- Oğlum kasıb uşaqdır, Zaqatalada yaşayır. Uşağını qoyub, necə gəlsin.

 

- Bəs kimlər yanınıza gəlib-gedir?

 

- Sağ olsunlar teatrımızın aktyorları, aktrisalar məni tək qoymur. Elə bayaq da gəlmişdilər yanıma.

 

- Gülnar xanım öz maddi imkanınız, yəqin ki, böyrək almağa imkan vermir?

 

- Yox, maaşa baxan adamam. Oğlumun da qazancı ailəsinə güclə çatır. Mən 270 manatla necə özümə böyrək ala bilərəm. Çox çətin durumdayam. Mən qürurlu qadınam, amma görün nə vəziyyət yaranıb ki, ağız açıram.

 

- Mədəniyyət və Turizm Nazirliyindən maraqlanan, kömək edən varmı?

 

- Bir dəfə də olsun, maraqlanmayıblar. Allahın bir telefon zəngini də etməyiblər. Əvəzində, prezident təqaüdümü də kəsiblər. Yaxşı ki, siz jurnalistlər varsınız, yoxsa elə bir onda eşidərlər ki, ölmüşük.

 

- Bəs digər xəstəliyinizlə bağlı narahatlıq yaşamırsınız ki?

 

- Onkoloji xəstəliyimlə bağlı problemim yoxdur. Həkim mənə bir dərman verdi, hələ ki, yaxşıyam. Dərdim böyrəklə bağlıdır. Böyrəklərim ikisi də sıradan çıxıb.

 

Cəvahir Səlimqızı

 

 

Allah köməyi olsun,  sonu Xanım kimi olmasın!

Link to comment
Share on other sites

Niyə ki, böyrək köçürsələr, düzəlməz?

Bildiyimə görə böyrək köçürülərsə düzələr.Böyrəyi tapmaq çox çətindir.Böyrək köçürülsə belə onun orqanizmə uyğunlaşıb,uyğunlaşmaması var.Bu da həyatı riski iki dəfə artırır.Vaxt keçir,böyrək isə hələ də yoxdur.

Allah şəfa versin.Böyrək tapılmasa şəfa tapması çətindir.Qohumlarımdan biri ömürlük dializə məhkumdur.Xəbərim var.

 

Təəssüf!

Link to comment
Share on other sites

Bildiyimə görə böyrək köçürülərsə düzələr.Böyrəyi tapmaq çox çətindir.Böyrək köçürülsə belə onun orqanizmə uyğunlaşıb,uyğunlaşmaması var.Bu da həyatı riski iki dəfə artırır.Vaxt keçir,böyrək isə hələ də yoxdur.

Allah şəfa versin.Böyrək tapılmasa şəfa tapması çətindir.Qohumlarımdan biri ömürlük dializə məhkumdur.Xəbərim var.

 

Təəssüf!

 

Dəhşət,  Allahdan yenə ümüd kəsilməz!

Link to comment
Share on other sites

Mərhuma Allah rəhmət eləsin , onsuz da sağliğinda qədrini , dəyərini bilmədilər , bəs qizi necə olacaq , hökümətimizin heçmi gücü çatmir o qarajda yaşayan qizcigaza 1 otaqli da olsa normal ev alib verməyə. Məncə körpəni evlə təmin etsələr rəhmətlinin gözü arxada qalmaz.

Link to comment
Share on other sites

Aktyor Azər Mirzəyev vəfat etdi 
13:41, 19 июля 2014 АПА

 


 

azer_mirzoev_akter_44.jpg

 

Day.Az представляет новость на азербайджанском языке.

---------
13:41


Akademik Milli Dram Teatrında tanınmış aktyor, əməkdar artist Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək.
 
Teatrın direktoru İsrafil İsrafilov AzNews.az-a açıqlamasında bildirib ki, əməkdar artist ailəsinin istəyi ilə Sabirabadda, valideynlərinin yanında dəfn ediləcək:
 
“Artıq kollektivin üzvləri Sabirabaddadırlar. Mən isə Bakıda təşkilati məsələləri həll etməklə məşğulam. Onun üç mərasimini biz təşkil edəcəyik”.
 
Qeyd edək ki, tanınmış aktyor bu gecə saat 03:00 radələrində dünyasını dəyişib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Allah rəhmət eləsin!

---------
10:34

Azərbaycanın əməkdar artisti, aktyor Azər Mirzəyev vəfat edib.

Bu barədə APA-ya Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov məlumat verib.
 
Aktyor gecə saat 03.00-da rəhmətə gedib və bu gün Sabirabad rayonunda dəfn ediləcək.
 
E. Kərimov qeyd edib ki, əməkdar artist ürək çatışmazlığından dünyasını dəyişib. Uzun müddətdir, insult və ürək çatışmazlığından əziyyət çəkirdi. Dünən vəziyyəti pisləşən A. Mirzəyev gecə dünyasını dəyişib.
 
Qeyd edək ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
 
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənib.
 
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

Читать полностью: http://news.day.az/society/507240.html
 
Edited by Kenul2012
Link to comment
Share on other sites

Bunlar neftler selteneti olan Azerbaycanin artistleridir ya Mozambikin?mence Mozambikin,cunki neftler seltenetinin sakinleri bele yaziq,aciz durumda ola bilmezler.Allah olen artistlere rehmet,xestelere wefa,yuxuya getmiw cemiyyete ayiqliq versin

Link to comment
Share on other sites

Bunlar neftler selteneti olan Azerbaycanin artistleridir ya Mozambikin?mence Mozambikin,cunki neftler seltenetinin sakinleri bele yaziq,aciz durumda ola bilmezler.Allah olen artistlere rehmet,xestelere wefa,yuxuya getmiw cemiyyete ayiqliq versin

 

Amn Amin , siz də müsəlmanlaşdiniz.?

Edited by azda
Link to comment
Share on other sites

Amn Amin , siz də müsəlmanlaşdiniz.?

Men muselmanam,amma cox muselmanlarin abartili wiwirdilmiw reklamlarini sevmirem,bezi muselmanlarin Allahin adindan daniwib her weyi dar cerciveye salmagini beyenmirem.

Link to comment
Share on other sites

Son zamanlarda itire itire gedirik..

Allahdan rehmet dileyirem.

eledir, iqolka

bele getse musiqili komediya teatiri bosh qalcaq, "Deli yigincag"ni oynayan aktyorlar tapilmayacaq

Adeten biz aktyorlarin yalniz sehnelerde ölmesine almishmishdiq.. her aktyor heyatda oldugu kimi ölum sehnesini yarada bilmir.

Edited by Blok
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Milli
        • Haha
      • 5 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Sad
        • Confused
        • Haha
        • Like
      • 59 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
        • Like
      • 24 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Like
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Upvote
        • Confused
        • Haha
        • Like
      • 354 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Milli
        • Sad
        • Confused
      • 287 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...