Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xalqları Və Şəhərləri Çökdürən Seksual Inqilab (Araşdirma)


Blok

Recommended Posts

Azərbaycan cəmiyyətində seksual inqilab təbliğatı aparanların tarixdən xəbərləri varmı?

Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də "ayağı sürüşkən" qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.

Birinci erkəyin təsiri

Hər şey 150 il əvvəl yeni cins atlar yetişdirmək istəyən atçılıq zavodunda baş vermişdi. Atların dözümlüyünü artırmaq məqsədilə zavod sahibi Lord Morton atları zebralarla cütləşdirmək fikrinə düşmüşdü. Amma nəticədə nə dişi atlar, nə də dişi zebralar nəsil vermədi. Təcrübələri saxladılar və hətta bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı heyrətləndi, çünki bu dəfə zebraları atlara yaxın buraxan olmamışdı. Təmiz cins atların nədənsə zolaqlı nəsli doğulmağa başladı. Hadisədən heyrətləşmiş elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli alimləri Ç. Darvin, professor Flint, Feliks Ladentek və başqaları bu hadisəylə maraqlanaraq təcrübələr apardılar. Onların apardığı təcrübələr faktları təsldiqlədi. F. Ladentik «İndivid, təkamül, irsiyyət və neodarvinizm» adlı kitab yazdı. Bu kitabda «Teleqoniya və birinci erkəyin təsiri» adlı fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif düşünür ki, insanlar arasında da teleqoniya hadisəsi baş verir. Qenetika barədə hələ ki, heç nə bilməyən alim hesab edirdi ki, qadının cinsi orqanları kişinin cinsinə uyğunlaşır və onun keyfiyyətlərinin daşıyıcısına çevrilir. O dövrdə hesab edilirdi ki, surraqat ana da gəzdirdiyi gen tərkibinə görə tamam fərqli olan uşağa öz gen yaddaşından bir çələng xüsusiyyətlər bəxş edir. Bəlkə də teleqoniya hadisəsi illər uzunu yanaşı yaşamış görkəmcə çox fərqli olan adamların tədricən bir-birinə oxşaması hadisəsini də izah edir. Zaman keçdikcə ər və arvad bir-birinə lap bacı-qardaş kimi oxşamağa başlayır.

Alimlərin indi ortaya atdığı faktları isə it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins dişi itə birincə dəfə küçə iti yan alıbsa bu it ömrünün sonuna kimi qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah rəngi, gah da xasiyyəti lazımi tələblərə cavab verməyəcək. Göyərçin saxlayanlar isə çöl göyərçininin cins göyərçini altına basdığını görəndə artıq onu öldürürlər. Çünki ikinci əldə bu dişi göyərçini lap elit cinslə cütləşdirsən belə onun verdiyi cücələrin ya pipiyi, ya quyruğu, ya da tükünün rəngi analarının ayağının sürüşdüyü məqamdan xəbər verəcək.

Keçmişin bağışlanmaz səhvləri

Qəribəsi odur ki, teleqoniya hadisəsi 19-cu əsrdə aşkar olan kimi insanlardan gizlədilməyə başladı. Çünki teleqoniya gözlənilən seksual inqilabların qarşısında çox böyük maneələr yaradırdı. İnsan nəslinə qənim çıxmışlar imkan verə bilməzdi ki, bu məlumat hamıya çatdırılsın. Elmi ensiklopediyalar teleqoniya hadisəsini təsvir etdikdən sonra onun elmi cəhətdən təsdiq olunmadığını yazır. Sovet İttifaqının ərazisində beynəlxalq festivallar keçirildikdən hətta bir neçə illər sonra da rus qadınları sapsarı vanyalardan qaradərili uşaqlar doğmağa başlayanda elm yenə də susurdu. Çünki ayağısürüşkən qızların boynuna günah qoymaq çətin iş deyildi. Bu qızların əksəriyyəti isə etiraf edirdi ki, bir neçə il əvvəl başqa irqin nümayəndəsiylə cinsi əlaqəsi olub, amma indi yox. Yəni ki, uşaq 100 faiz öz ağdərili atasının övladı idi. Qadınına etibar etməyənlərin DNT testi verib uşağın 100 faizlik atası olduğunu müəyyən edəndən sonra teleqoniya hadisəsinə inanmaqdan başqa çarəsi qalmadı. Həyat göstərir ki, qaranlıq keçmişi olan qadın sonradan ailə sahibi olub hətta keçmişini unutmaq istəsə də qanuni ərinə sağlam uşaqlar doğa bilmir. Keçmiş fahişələrin uşaqları arasında narkomanlar, homoseksualistlər, toksikomanlar və psixi cəhətdən yarıtmaz adamlar daha çox olur. Çünki həyatı boyu fəhişələr cəmiyyətin ən aşağı təbəqəsinin tör-töküntüsünü canına çəkir.

Özünü ipdən qırılmış heyvanlar kimi aparan gənc nəsil bəzən bütün taleyini zərbə altına qoyduğunu alına da gətirmir. İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana, mənfi, ya da müsbət yüklü informasiyaya da yoluxdurur. Çünki rezindən düzəlmiş qoruyucular bu tip informasiyanın qarşısını ala bilmir.

Bakirəlik qanunu

Teleqoniya qanunu deyir ki, qadının ilk kişisi onda ömürlük iz qoyur və hətta sonra doğulacaq uşaqların ona mütləq aidiyyəti olur. Yəni ki, hər qadının ilk cinsi partnyoru sonradan bu qadının kimdən və harda doğacağından asılı olmayaraq uşaqlarının genefondunun təməlini qoyur. Bakirəliyi pozmuş kişi sanki qadının bütün nəslinin atasına çevrilir. Bəzən ikl kişinin nəinki gen yaddaşı, hətta görkəmi də sonrakı ona dəxli olmayan uşaqlarda özünü göstərməyə başlayır.

Teleqonia heyvanlar arasında çox tez-tez olur. Ev donuzu təsadüfən çöl qabanı il «toy marşı» oynayıbsa onun doğduğu çoşkalar qara tüklü olacaq. Zooloqlar daha bir səbəb gətirirlər. Onlar deyir ki, cinsi yollarda spermanın uzun müddət ölmədən yaşaması hadisəsi də olur. Məsələn, quşlarda 70-80 gün, həşəratlarda bir neçə gündən bir neçə aya qədər saxlanma halları məlumdur. Bu yolla qadının cinsiyyət yollarında «ayaq saxlamış» sperma növbəti dəfəki aktda işə düşə bilərdi.

Kənddə seleksiya ilə məşğul olan baytar həkimləri bu barədə daha yaxşı danışa bilər. Vaxtilə çox geniş tətbiq edilən süni mayalandırma üsulu vaxt keçdikcə iflasa uğradı. Bir öküz 50, uzağı 100 inəyi mayalandırar. Süni yolla bir öküzü 1500 inəyə «evləndirirdilər». Amma nəticədə 30 faiz eybəcərlik doğulurdu. Sonradan bəzi inəklər təbii yolla «ərə getmək» istəmirdi. Sovet zamanının təcrübələri barədə adətən danışmağı sevmirlər. Deyirlər ki, Fransada aparılan təcrübələrin nəticələri maraqlı olub. Süni yolla 3 qadın mayalandırılıb. Doğulan uşaqlar əsil bioloji valideynlərinə oxşamaq əvəzinə hüquqi valideynlərinə bənzəyib.

Porno indrustiyasına bir zərbə

Hazırda teleqoniya hadisəsinin əleyhdarları tərəfdarlarından dəfələrlə çoxdur. Bəziləri deyir ki, teleqoniya hadisəsini həqiqi saymaq özünə və arzularına qarşı çıxmaq kimidir. Belə deyənlərin əksəriyyəti porno industriyasının çiçəklənməsində marağı olan adamlardır. Əgər teleqoniya hadisəsi məktəblərdə tədris edilsə hər bir gənc taleyinə ciddi zərbə vurmamış ayaq saxlayıb bir az düşünər. Bu zaman porno industriyanın daha bir tamaşaçısı azala bilər. Bu kiminsə pul dağarcığına möhkəm zərbə vurmuş olar.

Vicdanı yanmış qızlara bakirə demək olarmı?

Bakirəliyi itirmək asandı, qaytarmaq mümkün deyil. Gəncliyində bir dəfə səhvi olmuş qadınların sağlam ailə qurmaq şansı bəyəm ömürlük itirildi? Bu sualın cavabını yalnız din verə bilər. Sidq ürəkdən tövbə etmiş adamın duasını eşidən Allah onun ruhundakı dəyişikliyi görüb fiziki qüsurunu aradan götürə bilər. Ruhani cəhətdən teleqoniya hadisəsi nisbətən rahat izah edilir: ruh bədənə təsir edir. Genlər isə ananın uşağa olan duyğularının əks edən emosilardır. Ana nəyisə düşünsə bu uşağa birbaşa təsir edir. Bizdə hamilə qadını kifir adama baxmağa belə qoymurlar. İnam var ki, ananın ürəyinə düşsə, ya da uşaq ilk təkanını verən zaman anasının gördüyü adama oxşaya bilər.

Genetik siyasət

Tarixdə bakirə qızların daxmalarda, monastrlarda gizlədilməsinə dair çoxdu faktlar var. Bu sadəcə kişi qısqanclığı deyildi. Qədimdən bəri hansısa yaşayış yerini zəbt eləmiş həmlə edən tayfa məğlub qəbilənin varidatından da əvvəl qızlarını ələ keçirirdi. Çox vaxt isə həmin qızda öz gen yaddaşını həkk edəndən sonra onu qoyub gedirdi. Bu heyvani rəftar insanın öz genetik kodunu düşmən tərəfə yeritmək siyasəti idi. Sonra düşmən çıxıb gedəndən sonra bu qızı ya monastra verir, ya da keşişin yanında köməkçiliyə göndərirdilər. Onunla evlənmək istəyən olmurdu ki, yağının nəslini davam etdirməsinlər. Monastra getmiş bu qızın günahı o biri monaxlardan fərqli olaraq bağışlanılan sayılmırdı.

Gizlədilmiş elm

Əvvəl ilk partnyorun təsirindən danışılırdısa, sonralar bütün partnyorların qoyduğu silinməz izlərdən danışıldı. Özü də təkcə kişilərin qadına deyil, qadınların da kişidə buraxdığı izlər aşkar edildi. Münasibətlər illər uzunu əvvəl olmuşsa məlumat harda və hansı şəkildə qorunub ötürülə bilər? Bunu 1985-ci ildə SSRİ Elmlər Akademiyasının fizika texniki problemlər institutunun doktoru Pyotr Qaryayevin apardığı təcrübələr izah etməyə qadirdir. O, DNT malekulu və onun irsiyyət məsələlərini öyrənən təcrübələr qoyurdu. Lazer spektroskopiya üsuluyla lazer fatonları DNT yaddaşından informasiyanı köçürürdülər. Bir neçə spektrin şəklini çəkəndən sonra alim DNT yerləşdirilmiş qabı götürüb təsadüfən yerinə boş qab qoyur. Amma bu qabdakı informasiya da yazılmağa başladı. Yazılanlar bundan əvvəl qaba yerləşdirilmiş DNT-nin yazılarına çox bənzəyirdi, amma bir qədər zəif idi. Alim düşündü ki, qabda ola bilər ki, DNT-nin qalıqları qalıb. Onu tamamilə təmizinə əvəzlədi. Amma həmin effekt yenə də davam etdi. Bu qabda təcrübə keçirilmiş DNT-nin bir qədər zəif şüalanması qeydə alındı. Alim heyrətini gizlədə bilmirdi: "Qabın boş olmasına baxmayaraq lazer elə bil ki, hansısa görünməz strukturlarla üzləşirdi. Onlar irsiyyət barədə informasiya ötürməkdə davam edirdi. Əmin olmaq üçün qabı dəfələrlə yuyurduq, sonra təmiz azotla üfürürdük. Əvvəl yoxa çıxan DNT spektri 3-4 dəqiqə sonra yenidən bərpa edilirdi. Elə bil ki, onları məhv etmək mümkün deyil”. Qaryayev bu təcrübəni bir il davam etdirdi. Sonda şübhələr qalmamışdı: DNT silinən kimi hansısa bir fantom qalır ki, o da DNT malekulunun daşıdığı informasiya yüklüdür. Maraqlısı o idi ki, artıq yuyulmuş qabdan informasiya yavaş-yavaş azalaraq tam şəkildə 40 gündən sonra silindi. İndi qab həqiqətən də təmiz idi. Bu təcrübə bizə əsas verir ki, kişinin ünsiyyətdə olduğu qadına "avtoqraf” qoyduğunu düşünək. Bu yazını heç nə poza bilməz. O, bədənə və ruha da təsir etmək iqtidarındadı.

Yarıqadağan mövzularda söhbət

"Nikahdan əvvəl cinsi həyata başlamalı, ya yox?” sualı indi müasir cavanları çox narahat edir. Kimsə Azərbaycanda gözlənilən cinsi inqilabdan dəm vurur, kimsə xalqın artıq inqilablardan keçmiş başqa millətlərlə müqayisədə geridəqalmış olduğunu deyir. Ona görə də inqilabı inqilaba calayan millətlərin tarixinə baxmaq maraqlı olardı. Azadlıqdan danışan cəmiyyət ən əvvəl seksual azadlığı təcrübədən keçirir. Amma bütün seksual inqilablar primitiv, heyvani səviyyəyə qədər alçalmaya gətirir. Tarixdən məlumdu ki, nizamsız cinsi əlaqələr insanların tənəzzülünə gətirir. Bütün dinlər insandan cinsi həyatında səliqə-səhman tələb edir. Bu fikri alimlər də təsdiqləməyə məcburdur: hazırda yavaş işləyən 50-yə qədər virus növü məlumdur ki, eybəcərliklər və qazanılmış xəstəliklər törədərək insan cəmiyyətini tənəzzülə sürükləyir. Şəkər xəstəyi, leykoz, şizofreniya, xərçəkg kimi zəmanə bəlalarının da QİÇS kimi virus xarakterli olduğunu deyənlər də var. Gen səviyyəsində tənəzzül qətllərin, cinayətlərin, intiharların, depressiyanın, avaraçılığın artmasına gətirir. Alimlər deməyə utanır ki, mənəvi tənəzzülün ardıca gen səviyyəsində tənəzzül gəlir.

Qonşumuz Rusiya seks məsələsində artıq Allahın qəzəbinə gəlmiş Sodom və Qomorra şəhərlərini xatırladır. Burda hər 4 uşaqdan biri nikahdan kənar doğulur. Analar utanmadan uşağın atasını tanımadıqlarını deyir. Hər 10 uşaqdan biri eybəcərliklə doğulur. Uğurlu ailə qurmuş qadınların 98 faizi nikahdan əvvəl cinsi həyata başlayıb. Hər min uşaqdan 174-ü gen səviyyəsində xəstədi. Moskva və Sankt-Peterburq şəhərlərinin məktəblərində cəmi 3,5- 4 faiz uşaqlarda fiziki və psixi xəstəlik yoxdu.

Seksual inqilab əsrin deyil, minilliyin problemidir. Qədim xəritələrə baxsaq onlarla dövlət adı çəkə bilərik ki, əxlaqsızlığı davranış normasına çevirmişdi. Amma indiki dünyanın xəritəsində əxlaqsızlıqda ad çıxarmış samnitlərin, etrusların, kütləvi orqiyaları normaya sevirmiş Roma imperiyasının izləri artıq yoxdu. Xettlərin, asteklərin əxlaqı isə yalnız daş lovhələrdə ədəbsiz səhnələrdə qalıb. Xalqların yoxa çıxması eyni ssenari ilə baş verir: kütləvi fahişəlik- seksual pozğunluq- psixi sapmalar- sağlam uşaq doğa bilməmək. Sizə belə seksual inqilab lazımdır?/ "Bizim Yol" qəzeti

Link to comment
Share on other sites

Bu araşdırmalarda heç bir elmi dəlilə əsaslanmır. Rusiyada insanların genetik xəstə olması isə müəllifin fantaziyaları və arzularıdır.

Amma reallıqda genetik xəstə olan rusların hər baxımdan azərbaycan və müsəlman uşaqlarından cox sağlam və güclü olması şübhəsiz faktdır.

 

İnsanların gözəliyi və sağlamlığına birinci növbədə yüz illərlə baş verən ətraf mühitin təsiri, genetikada periodik yeniliklər və əhalinin rifah halı səbəb olur.  Azərbaycanda ətrafa nəzər salsanız insanların cılızlaşmasını və eybəcərləşməsini müşahidə edə bilərsiniz. Bu tendensiya 90-cı illərdən sonra daha cox özünü biruzə verdi.  Digər tərəfdən, qohumla evlənmək adət halı almış kəndlərdə və inkoqnito şəklində yaşayan primitiv icmalarda insanlar digərlərinə nisbətdə daha da görkəmsiz qısaboylu və qeyri sağlam olur. 

Edited by plotophyte
Link to comment
Share on other sites

Bu araşdırmalarda heç bir elmi dəlilə əsaslanmır. Rusiyada insanların genetik xəstə olması isə müəllifin fantaziyaları və arzularıdır.

Amma reallıqda genetik xəstə olan rusların hər baxımdan azərbaycan və müsəlman uşaqlarından cox sağlam və güclü olması şübhəsiz faktdır.

 

İnsanların gözəliyi və sağlamlığına birinci növbədə yüz illərlə baş verən ətraf mühitin təsiri, genetikada periodik yeniliklər və əhalinin rifah halı səbəb olur.  Azərbaycanda ətrafa nəzər salsanız insanların cılızlaşmasını və eybəcərləşməsini müşahidə edə bilərsiniz. Bu tendensiya 90-cı illərdən sonra daha cox özünü biruzə verdi.  Digər tərəfdən, qohumla evlənmək adət halı almış kəndlərdə və inkoqnito şəklində yaşayan primitiv icmalarda insanlar digərlərinə nisbətdə daha da görkəmsiz qısaboylu və qeyri sağlam olur.

 Sizinle tam raziyam!  Muellifin fikrinin dogru olmadigini subut etmek ucun hec bir statistikaya ehtiyac yoxdur. Rusiyanin her hansi bir seherinde kucede gezen ruslarla Bakida gezen azerbaycanlilari muqayise etmek kifayetdir. Kimin daha cox "genetik terrora" meruz qaldigi gun kimi aydindir. Ne qeder qebul etmesek de rus usaqlari ve yeniyetmeleri bizimkilerden hem saglamlig hem de istedad cehetden qat-qat ustundurler. Azerbaycanda qohum evliliyi adlanan biyabirciligin koku kesilmeyince millet cirlasmaga davam edecek.  

  • Upvote 1
  • Downvote 2
Link to comment
Share on other sites

Bu araşdırmalarda heç bir elmi dəlilə əsaslanmır.

Yene de elm. )) Yazinin coxusunda heqiqet var inek sohbeti duzgundur. Meselen ozumuz gozumuzle gorduyumuz subutdur elm olmasa da bilmek olur. Coxusaqli analarin usaqlarina nezer yetirin. bir qadinin 7-8 ve ya daha cox usagi olarsa o usaqlarin 1-2-si vidfasonlu olacaq. Duzdur yarasiqli ya hundurboy olmaq nesilden de asilidir. ancaq bir ana 10 usaq normal dunyaya getire bilmez.biri balacaboy olacaq.biri cox uzun.biri ariq.biri kok.sozumun cani odurki usagin yarasiqli olmasi ucun az usaq dunyaya getirmek lazimdi.cunki cox usaq olanda ananin bedeni her usaga ayriliqda lazim olani vere bilmir.belece eybecerlewme gedir.duzdurki ele de olurki ananin iki ovladi olur , ikisi de eybecer dogulur.amma ekser hallarda yuxarida yazdigim duz cixir.

Edited by azda
Link to comment
Share on other sites

Bay bay bay.Burda nə qədər rus sevərlər var imiş.Mən neçə il rusların və tatarların içində yaşamışam.Nağıllara yox,reallığa inanıram.Onların cavanları 30-a çatmamış "çezir".Cavan qızları 20 yaşı adlayan kimi,vaxtından əvvəl qocalmağa başlayır(bu da hələ,özlərinə qulluq etməyin qabağında).Bizim qadınların çoxusu isə,çətin şərtlər altında yaşaya-yaşaya,40 yaşında belə,o baxımsız halları ilə,daha yaxşı qalırlar.Azərbaycanlıyam və fiziki gücdə məni üstələyən rusa rast gəlməmişəm.Onların içində, o qədər "əldəqayırma" insanlar var.Ancaq özünüzü pisləməyi,rusu və ya türkü(dəbdə olanlar,hələ ki bunlardır) gözünüzdə yüksəltməyə və özünüzü cılızlaşdırmağa can atırsınız.."Qınınızı" bəyənmirsiniz?Bu gülüncdür.Özünüzü alçaltmayın!

Link to comment
Share on other sites

Bay bay bay.Burda nə qədər rus sevərlər var imiş.Mən neçə il rusların və tatarların içində yaşamışam.Nağıllara yox,reallığa inanıram.Onların cavanları 30-a çatmamış "çezir".Cavan qızları 20 yaşı adlayan kimi,vaxtından əvvəl qocalmağa başlayır(bu da hələ,özlərinə qulluq etməyin qabağında).Bizim qadınların çoxusu isə,çətin şərtlər altında yaşaya-yaşaya,40 yaşında belə,o baxımsız halları ilə,daha yaxşı qalırlar.Azərbaycanlıyam və fiziki gücdə məni üstələyən rusa rast gəlməmişəm.Onların içində, o qədər "əldəqayırma" insanlar var.Ancaq özünüzü pisləməyi,rusu və ya türkü(dəbdə olanlar,hələ ki bunlardır) gözünüzdə yüksəltməyə və özünüzü cılızlaşdırmağa can atırsınız.."Qınınızı" bəyənmirsiniz?Bu gülüncdür.Özünüzü alçaltmayın!

 

 

Kederlendirici olsa da heqiqeti demek lazimdi.) Onlarin yarashiqli , hundur olmasina sebeb  soyuq bölgələrdə günəş işığı  az olan bolgelerde yasamlaridir.Rusiynin soyuqlugu xalqini diri tutur , yetkinlik dovrunu uzadir , belece yaxshi inkishaf etme fursetleri olur.

Men gormemisemki hansisa rus 20 yashdan sonra qocalsin. Eslinde onlar da bizim qadinlari beyenmirler , cunki xanimlrimizin 90%-i baximsizdir.Onrarda  bir qadın digər bir qadını özünə rəqib olaraq gördüyü üçün özünə çox daha çox diqqət göstərir, bizimkilerin bashi metbexe qarishiq olur. Bunlara baxmayaraq Azerbaycanli qadinlari menim gozumde yuksekde dayanir , amma sohbet bundan getmir xarici gozellikden..

Edited by azda
Link to comment
Share on other sites

Kederlendirici olsa da heqiqeti demek lazimdi.) Onlarin yarashiqli , hundur olmasina sebeb  soyuq bölgələrdə günəş işığı  az olan bolgelerde yasamlaridir.Rusiynin soyuqlugu xalqini diri tutur , yetkinlik dovrunu uzadir , belece yaxshi inkishaf etme fursetleri olur.

Men gormemisemki hansisa rus 20 yashdan sonra qocalsin. Eslinde onlar da bizim qadinlari beyenmirler , cunki xanimlrimizin 90%-i baximsizdir.Onrarda  bir qadın digər bir qadını özünə rəqib olaraq gördüyü üçün özünə çox daha çox diqqət göstərir, bizimkilerin bashi metbexe qarishiq olur. Bunlara baxmayaraq Azerbaycanli qadinlari menim gozumde yuksekde dayanir , amma sohbet bundan getmir xarici gozellikden..

Insanin xarici gorunushune onun yashadigi muhit heddinden cox tesir eden en esas amildir.Sozunuze guvvet, bizim gadinlari gundelik xirda meishet gaygilari o geder meshgul edir ki,onlarin ozlerine baxmaga ne vaxti olur,ne de hevesi.Duzdur son iller men her defe Bakida olanda artig xanimlarimizin ozlerine daha cox vaxt ayirdiglarindan onlarda mueyyen derecede ozunebaximliligin daha gabarig nezere carpdiginin shahidi oluram.Bashga xalglarda xarici gorunushu gozel olanlar cox olsalar da,amma men de sizin kimi oz xanimlarimizi daha gozel sayiram.Insanin yashadigi tebii muhit,gundelik yashayish gaygilari,heyatda rastlashdigi problemler,onun yashadigi cemiyyetin heyat seviyyesi, gundelik heyatinda bilavasite ehate eden insanlar onun xarici gorunushune de tesirsiz otushmur..Elbette ki,men insanin tebii gozelliyini nezerde tuturam..
Link to comment
Share on other sites

Insanin xarici gorunushune onun yashadigi muhit heddinden cox tesir eden en esas amildir.Sozunuze guvvet, bizim gadinlari gundelik xirda meishet gaygilari o geder meshgul edir ki,onlarin ozlerine baxmaga ne vaxti olur,ne de hevesi.Duzdur son iller men her defe Bakida olanda artig xanimlarimizin ozlerine daha cox vaxt ayirdiglarindan onlarda mueyyen derecede ozunebaximliligin daha gabarig nezere carpdiginin shahidi oluram.Bashga xalglarda xarici gorunushu gozel olanlar cox olsalar da,amma men de sizin kimi oz xanimlarimizi daha gozel sayiram.Insanin yashadigi tebii muhit,gundelik yashayish gaygilari,heyatda rastlashdigi problemler,onun yashadigi cemiyyetin heyat seviyyesi, gundelik heyatinda bilavasite ehate eden insanlar onun xarici gorunushune de tesirsiz otushmur..Elbette ki,men insanin tebii gozelliyini nezerde tuturam..

 

Hemisheki kimi men de sizin fikirlerinizle raziyam ,azeri qadinlarinin yeri tam basqa tebiiki hamiza ezizdir , lakin Slavyan irqinin , xususile de rus qadinlarinin gozelliyi dillere destan..sozsuz ki muhum olan ruh gozelliyidir..Ve eyri oturub duz danishsaq , kishilerin qəbulu, "ruh gozelliyi" nden evvel  "beden gozelliyi" ne proqramlidir , bunu birce basha dushe bilseler.

 Umumiyyetle cirkin qadin yoxdur baximsiz qadin var , xanimlarimizin coxusunun baximsiz olmasina sebeb kishilerdir..) Cunki hedsiz  telebkar olurlar. Azerbaycanli kishisi rus kishisi kimi evde oturub qab yuyub yemek bishirmez , duzdur bununla men qeti razi deyilem ,  kishinin kishi qadinin ise qadin ishi olmlidir , yeni ki onlarin ozlerine ayirdigi vaxtlari bol olur.Ona gore de  milletin agılı fikrinde olan , "bu Rus qadınları necə də gözəldir " qisimində sozlerle tez-tez rastlashiriq. 

Amma  bu sebebi simalla baglasaq onda Almaniya Finlandiya kimi olkelerin de qadinlari mehz rus xanimlari kimi ince gozel olmali. :thinking: belke de onlar orta Asiya ile qarishdigi ucun beledirler , bir mesel var deyirler  "rusu qazisan altindan tatar cixar" . belke de turk-tatarlarla qayniyib-qarishib melez gozelliyinin zirvesine cixiblar.

Edited by azda
Link to comment
Share on other sites

Kederlendirici olsa da heqiqeti demek lazimdi.) Onlarin yarashiqli , hundur olmasina sebeb  soyuq bölgələrdə günəş işığı  az olan bolgelerde yasamlaridir.Rusiynin soyuqlugu xalqini diri tutur , yetkinlik dovrunu uzadir , belece yaxshi inkishaf etme fursetleri olur.

Men gormemisemki hansisa rus 20 yashdan sonra qocalsin. Eslinde onlar da bizim qadinlari beyenmirler , cunki xanimlrimizin 90%-i baximsizdir.Onrarda  bir qadın digər bir qadını özünə rəqib olaraq gördüyü üçün özünə çox daha çox diqqət göstərir, bizimkilerin bashi metbexe qarishiq olur. Bunlara baxmayaraq Azerbaycanli qadinlari menim gozumde yuksekde dayanir , amma sohbet bundan getmir xarici gozellikden..

Azda xanım,özünüz də təsdiqləyirsiniz ki,hər şey baxımsızlıqdandır.Ruslarda gözəl qızlar çoxdur.Özüm də,gözümün şahidiyəm.Buna baxmayaraq,özlərinə o boyda qulluq etsələr də,vaxtından əvvəl qocalırlar,düşürlər.Onların ən zəhmətkeş qadını belə,elementar olaraq,boşqabları yuya bilmir.Mən kişi ola-ola,özümə ondan yaxşı qulluq edərəm.Bizim qadınlar isə,toydan toya gözəllik salonuna gedir ya getmir.Trenajorlardan söhbət belə gedə bilməz.Kişilər isə ya fəhlə babalıqla məşğul olur,ya alverlə..Özlərini o qədər "şeytan fəhləliyinə" "həsr" edirlər ki,düşdükləri durum təbiidir(nə etsinlər ee,ailəni kim dolandırsın?)Gətirim Vanyanı o qədər işlədim,görüm onun fizikasından nə qalır.Avropanın istənilən ölkəsində,adicə maaş bir balaca aşağı düşən kimi,bütün camaat axışır küçələrə..Mitinq,nə bilim nə.Demək, onda belə çıxır ki,bizim millət gərək alsın əlinə silah-sürsat,qabağa da bir "Leonidi" salıb,"Sparta uğrunda" qışqırsın.Çünki bizim xalqın halı,Avropalının kaprizi fonunda,cəhənnəm əzabıdır.

 

 

P.S. Qaldı ki balaca boyluluq və tüklülüyə,bu artıq sortdandır.Bir də ki,təbiətimizin də təsiri danılmazdır.Əgər son zamanlar uşaqların "cırlaşmasını" götürsək,bu həqiqətən də həyəcan siqnalıdır.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 29 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 114 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 53 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...