Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

" Azərbaycanlılardan Başqa Millətin Içində Yaşaya Bilmərəm"


Recommended Posts

Bakılı erməni qadın: “Azərbaycanlılardan başqa heç bir millətin içində yaşaya bilmərəm” – GÜNAHSIZ GÜNAHKARLAR

06.01.2015 | 15:21

10918863_804094823015403_231664267_o.jpg“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının “Günahsız günahkarlar” layihəsinin növbəti həmsöhbəti Bakıda yaşayan erməni əsilli qadın Marita Əsgərovadır.

 

 

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməyib. O zaman Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməyib.

“KarabakhİNFO.com” e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda qeyd edilib ki, 2009-cu il əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər təşkil edib. Yəni ölkə əhalisinin isə 1,3 faizi ermənilərdən ibarətdir.

 

Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, tribunalardan dəfələrlə aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30 min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar.

 

 

Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq bu yerlərdəki bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi, Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlərlə maraqlandıq.

 

Ötən dəfə erməniəsilli Janetta Məmmədova ilə müsahibəni təqdim etmişdik, bu dəfə isə Qaradağ rayonunda yaşayan erməni qadın Əsgərova Marita Yaşar qızı həyatından danışacaq.

 

 

“Erməni olduğumu artıq unutmuşam”

 

 

Dəmir darvazalı həyət evinə daxil oluruq. Bu ev Janettanın evindən fərqli olaraq dəbdəbəsi, səliqə-səhmanı ilə seçilir. Həyətdə orta yaşlı bir xanımın narazı halda yüksəkdən danışdığını görüncə növbəti müsahibimizin məhz həmin qadın olacağına şübhəmiz qalmır…

 

“Bu hardan çıxdı bilmirəm, yüz ildi burada yaşayıram, bir dəfə gəlib deyən olmayıb ki, kimsən, nəçisən?! İndi gəliblər ki, ermənisən, danışmalısan, nə bilim nə. Mən erməni-zad deyiləm! Neçə ildir burada yaşayıram, indiyə erməni qalar?! Nə danışacam ki, mən heç onları (erməniləri nəzərdə tutur – N.Q.) görməmişəm də!”.

– Siz erməni deyilsiz bəs? Qəfil sualdan diksinən xanım:

 

 

– Kim deyir onu, mən gözümü açıb buranı görmüşəm.

 

 

– Hər bir halda mümkünsə özünüzü təqdim edin, kim olduğunuzu bilək…

 

 

– Əsgərova Marita Yaşar qızı. Valideynlərim Qarabağ erməniləri olub. Stepanakert rayonunun (Marita Xankəndinə Stepanakert deyir – N.Q.) Xındırıstan kəndindəndirlər. Mən hələ anadan olmamışdan əvvəl onlar Bakıya Qızıldaş qəsəbəsinə köçüblər. 1963-cü ildə mən anadan olmuşam. Elə burada da orta məktəbə getmişəm. 16 yaşımda ailə həyatı qurmuşam.

 

 

– Həyat yoldaşınızla necə tanış olmusunuz? Nəzərə alsaq ki, o sizin üçün qeyri-millətdən idi, yəqin ki, ailə qurmağınız o qədər də asan olmayıb?

 

– Həyat yoldaşımla qonşu olmuşuq. O vaxt ailə quranda indiki kimi millət məsələsinə ciddi yanaşmırdılar. Erməni olub-olmamasına fikir vermirdilər. Ona görə ciddi bir maneə ilə rastlaşmamışıq. Bir-birimiz sevib evlənmişik. 1980-ci ildə həyat yoldaşım məni götürüb qaçdı. Bi il sonra isə oğlum oldu. Sonra da iki qızım dünyaya gəldi.

 

 

“Namaz qılıram, oruc tuturam, ibadətlə məşğulam”

 

 

– Qonşular arasında erməni olduğunuzu bilən varmı və özünüzə qarşı hansı münasibət hiss edirsiniz?

 

 

– Mən burada doğulmuşam və neçə illərdir ki, burada yaşayıram. Ona görə də hamı məni tanıyır, çox normal münasibət götərirlər. Digər qonşularla necə, mənimlə də elə. Mən gözümü açıb buradakı insanları görmüşəm, öz yaxınım bilmişəm. Buna görə də mənim erməni olaraq müsahibə verməyim qəribə gəldi. Öz-özümə bir anlıq düşündüm ki, axı, mənim buradakı digər insanlardan fərqim nədir ki, məndən nəsə soruşmaq istəyirlər. Mən erməni olduğumu artıq unutmuşam.

 

 

– Adınızı nə əcəb dəyişməmisinz? Çünki burada yaşayan bəzi ermənilər adlarını dəyişiblər…

 

 

– Hə, dəyişməmişəm. Çox adam Rita deyir, bəziləri Məryəm deyir. Dəyişənlər barədə də bir söz deyə bilmərəm. Namaz qılıram, oruc tuturam, ibadətlə məşğulam. Kiminsə haqqında bilmədiyim nəsə deməyim günah olar. Gözümü açandan ətrafımda müsəlmançılığı görmüşəm və bu dinə də sitayiş edirəm.

 

 

Bu arada qeyd edək ki, söhbətləşdiyimiz ermənilərin hamısı söhbətə başlayar-başlamaz müsəlmanlığı qəbul etdiklərini, ibadətlə məşğul olduqlarını dedilər.

 

10893021_804094813015404_616431471_o.jpg

“…heç bir millətin içində yaşaya bilmərəm”

 

 

– Xaricdə yaşayan qohumlarınızla əlaqəniz varmı?

 

 

– Qohumum, zadım heç nəyim yoxdur. Məndən başqa iki bacım var, onlar da Rusiyada yaşayırlar.

 

 

– Onlarla necə əlaqə saxlayırsınız?

 

 

– Heç necə. Hərdən bir Rusiyadakı bacım zəng edir. Daha gəl-get yoxdur.

 

 

– Getmək istəmirsiniz?

 

 

– Nəyə gedim ki, artıq nəvələrim var, həyatda Allahın insana verə biləcəyi nə varsa, hamısı varımdır. Başqa heç kəsə ehtiyacım yoxdur. Çağırsalar belə, məcburiyyət qarşısında qalsam belə getmərəm. Bura mənim Vətənimdir. Öz azərbaycanlılarımdan başqa heç bir millətin içində yaşaya bilmərəm. Mənim ömrüm də elə burada bitəcək.

 

 

– Azərbaycan vətəndaşı olaraq münaqişənin hansı yolla həll olunmasının tərəfdarısınız?

 

 

– Mən istəyirəm torpaqlar qaytarılsın, müharibə də qurtarsın, əvvəlki qaydada hamı mehriban yaşasın.

 

 

– Yəni, azərbaycanlılarla ermənilər bir yerdə?

 

 

– Hə də. Müharibə də qurtarsın, söz-söhbət də.

 

 

– Ermənistandakı mövcud vəziyyəti televiziyadan… (Marita xanım sözümüzü yarımçıq kəsir, sualımız yarımçıq qalır. Amma nə demək istədiyimizi anlayır).

 

 

– Heç nəyə baxmıram. Gəlinim də Allah şahididir ki, heç nə ilə maraqlanmıram. Mən ancaq muğama qulaq asıram, muğam oxuyanlara baxıram.

 

 

– Evinizdə valideynlərinizdən qalan bir adət-ənənə varmı? Hansı ki, bayramlarda, mərasimlərdə xatırlayırsınız?

 

 

– Mən gözümü açıb ancaq Novruz bayramını görmüşəm, bir-birimizə pay alıb, pay vermişik. Başqa heç nə.

 

 

“O özünü heç erməni hesab etmir”

 

 

Bu arada evin küncündə bəzənmiş “yolka” gözümüzdən yayınmadı. Marita xanım “yolka”nı balaca nəvələrinin xahişi ilə bəzədiyini dedi. Söhbət əsnasında Marita xanım millətinin adını dilinə belə gətirmək istəmədiyi açıq-aşkar hiss olunurdu. Dəfələrlə ondan bacılarının həyat yoldaşının hansı millətə mənsub olduğunu soruşsaq da, o, “bakılıdırlar” deyib üstündən keçmək istədi. Bizim “Bakıda yaşayan ermənilərdəndirlər” sualına isə həm “hə”, həm də “yox” cavabı gəldi. Çox çətinliklə də olsa öyrəndik ki, onun özündən başqa iki bacısı var və onlar bakılı ermənilərlə ailə qurublar, münaqişə başlayan kimi isə Rusiyaya gediblər və hazırda da orada yaşayırlar. Marita xanım “Onlarla əlaqə saxlayırsınızmı” sualına da özünəməxsus şəkildə “hə” “yox” deyə cavab verdi.

 

 

– Münaqişə başlayan vaxtı – 1988-ci ili necə xatırlayırsınız və çox güman ki, o zaman sizin də içinizdə qorxu var idi?

 

 

– Əlbəttə, övladlarımın taleyindən narahat idim. Allaha şükürlər olsun ki, övladlarımı yerbəyər etdim və tam təhlükəsiz şəraitdə yaşayıram.

 

Söhbəti yekunlaşdırıb Marita xanımdan ayrılırıq. Bayırda bizi gözləyən Maritanın azərbaycanlı gəlini söhbətə başlamazdan öncə qaynanasının gileylənməsinə görə üzrxahlıq edir: “Bilirsiniz, qınamayın onu. Ona indiyədək erməni olması ilə bağlı bir kəlmə belə deyilməyb, nə də kimsə bu barədə maraqlanmayıb. Ona görə də bizə qəribə gəldi. Çünki o özünü heç erməni hesab etmir”.

 

 

Daha bir faktla üz-üzə qalırıq. Bir daha əmin oluruq ki, erməni qayınanalar azərbaycanlı kürəkənlərə, gəlinlərə hələ çox “sürprizlər” vəd edir.

 

 

(Davamı olacaq…)

 

 

 

Naibə Qurbanova

 

“KarabakhİNFO.com”

 

http://karabakhinfo.com/bakili-erm%C9%99ni-qadin-az%C9%99rbaycanlilardan-basqa-hec-bir-mill%C9%99tin-icind%C9%99-yasaya-bilm%C9%99r%C9%99m-gunahsiz-gunahkarlar/

 

Link to comment
Share on other sites

Bu xanim ermeni oldugu uchun bir coxlarimiza bele qeribe gorune biler..

Sexsen men Rusiyadan bashqa vilayetde yashaya bilmerem , eslinde bu mumkundur .. ancaq mecburiyyet qarshisinda.

 

Bizim Bakidaki rus qonshumuz 56-ci ilden beridirki Bakida yashayir , amma  Azerbaycanli kimi, o esla Bakidan cixa bilmez..

Bakida yashayan ermenilerin boyuk hissesi azerbaycanlilarin heyat yoldashlari , aile uzvleridi , qohumlaridi..

Onsuz da adlarini soyadlarini deyisherek ruslar ya da yehudiler kimi yashayirlar..hetta din ve etnik mensubiyyetlerine gore bir cox problemlerle uzleshmeyen dovlet orqanlarinda vezifelerde ishleyen ermeniler de var ve bu sirr deyil..Prosta ehalinin siyahilanmasi zamani biclik ve hiyle numayish etdiren ermeniler oz milliyyetlerini gizlederek vetenimizde meskunlashiblar.Biz telorant  milletik..)

 

 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 23 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 34 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 113 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...