Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Aptekdə Uyuşdurucu Həblər Satılır.


Kenul2012

Recommended Posts

Bakıda açıq satışda uyuşdurucu satılır
31850.jpg
“Bizim Yol” əməkdaşı şok faktın şahidi olub

 

Bu günlərdə sosial şəbəkələrdə ssdstudio.com səhifəsində Saleh adlı istifadəçi ona yazan başqa bir istifadəçinin narahatlığını paylaşıb, media və aidiyyatı dövlət qurumlarının diqqətini bu problemə çəkmək istəyib. İstifadəçi yazır: "Əhmədli qəsəbəsi, Həzi Aslanov metrosunun yanında artıq uzun müddətdir metronun yeni qolunun tikinti işləri aparılır və bu səbəbdən söhbəti gedən Xudu Məmmədov küçəsinin bir hissəsi bağlıdır. Orada bir adamın güclə keçdiyi kiçik yol həmin ərazidə yeni tikilən binalarda yaşayan insanları metroya aparan yeganə vasitədir. Binanın altında kiçik ərzaq, məişət əşyaları mağazalarından başqa xalq arasında "yaşıl aptek" adlanan "Murad" aptek də var. Bu aptekdə açıq-aşkar şübhəli həbləri bilmirəm satırlar, ya da paylayırlar. Adamlar həmin həbləri elə aptekdəcə qəbul edir, sonra səndələyir, düz aptekin çıxışında uzanır, ya da sadəcə çömbəlib otururlar. Çünki onlar daha sonra hərəkət etmək iqtidarında olmurlar. Bir sözlə, adıçəkilən aptekdə narkotik aludəçilərini hansısa həblərlə təchiz edirlər. Bu, səhər, günorta və axşam baş verir. Açıq-aşkar, hər kəsin gözünün qabağında. Mənim bacılarım səhərlər oradan keçməyə qorxurlar. Baxmayaraq ki, aptek saat 9-da açılır, artıq bir saat əvvəldən kütlə qapısında növbə gözləyir. Macəraya qarışmamaq üçün oradan keçən adamların çoxu özlərini elə göstərirlər ki, guya bunu görmürlər. Həblərin "müştəriləri" gələndə aptekin işçiləri onları "Əli, sənin çaşkan qırmızıydı, hə" kimi sözlərlə az qala öz dostlarını qarşılayırlar. Ən başlıcası isə qarşı küçədə, yolun o tərəfində 36-cı polis bölməsi və Mənzil İstismar İdarəsi yerləşir. Və heç kim də heç nə eləmir. Mən bilmirəm kimə müraciət edim ki, bu işi araşdırsın və orada baş verənləri ictimaiyyətin mühakiməsinə çıxartsın". 
31851.jpg
Aptekdə həb qəbul etmək üçün hər müştərinin öz fincanı var 
 
İstifadəçi yazdıqlarını sübut edən videonu da səhifədə təqdim edir. (<https://www.facebook.com/SSD.AZ/photos/a.283994024984961.82813.213512348699796/902924663091891/?type=1>) Telefonla çəkilmiş görüntülərdə xanımın aptekə hazırlıqlı yaxınlaşdığı görünür. Telefonunun videoqeydi işləyir. Və o, təsadüfi bir dərman istəyir, eyni zamanda kənarda satıcıdan həbləri alan üç cavan oğlanı da çəkir. Oğlanlardan biri elə aptekdəcə həbi fincandakı su ilə qəbul edir. Onlar özlərini şübhəli aparır, ətrafa boylanırlar. Çəkilişdə bir qadın da yaxınlaşıb satışı qadağan olunmuş "lirika" və yalnız reseptlə satışına icazə verilən "tramadol" istəyir. 
İstifadəçi Məryəmdə sual yaranır ki, "məgər hər aptekdə konfetlə isti çay təklif edirlər?" Məryəm polisin laqeydliyindən gileylənir. Nikitos Vilyayev adlı istifadəçi isə dəqiqləşdirmə aparır ki, "paylayırlar sözü doğru deyilməyib, həbləri satırlar. Onlara sərfəlidir ki, reseptsiz daha çox satılır və gəlir əldə edilir. Bunlar narkotik deyil, psixi xəstələr üçündür". Problemi qaldıran Saleh həblərin adını soruşur, Nikitos da ritorik cavab verir: "Burada adlarını yazaq ki, adamlar da gedib axtarsınlar?" İstifadəçilərdən bəziləri ehtimal edirlər ki, "həmin apteki bağlasalar da, onun əvəzinə başqası açılacaq, çünki bu, kimlərəsə sərfəlidir". 
31852.jpg
"Burada başqa yerlərdə olmayan dərmanlar satırlar"
 
"Bizim Yol" qəzetinin əməkdaşı sözügedən ünvanda "Murad" aptekini tapıb, orada baş verənlərin şahidi olub. Qeyd edim ki, Xudu Məmmədov küçəsində nə az - nə çox, düz 6 aptek var. Adətən apteklərdə çox adam olmur və olanda da ən müxtəlif yaş qruplarına rast gəlinir. Müşahidəmiz zamanı da axşam saatlarında apteklərdə adam çox gözə dəymirdi. 
"Murad" aptekinə yaxınlaşdığım zaman qapının önündə 2-3 nəfər dayanmışdı. Narkotik vasitə istifadəçilərini üzdən tanımasam da, bu insanların görkəmlərindən xoşbəxtlik yağmırdı. İçəridə isə 2 satış bölməsinin önündə uzun bir növbə vardı. Məni təəccübləndirən növbədə duranların demək olar ki, hamısının cavan olması idi. Bu qədər gəncin birdən-birə xəstələnməsi və sadəcə bir aptekə üz tutması digər tibb ocaqlarında onlara lazımlı dərmanın olmadığının "siqnalı" idi. 
Aralarında məktəblilər də vardı. Əsasən də oğlanlardı. Oğlan kimi geyinmiş, elə hərəkətləri də oğlanı xatırladan cəmi bir qız gördüm. Növbəyə duranlardan birindən izdihamın səbəbini soruşdum, "dərman alırlar", dedi. Dedim yaxınlıqda başqa apteklər də var, hamısı bura niyə gəlib? Dedi "burada başqa yerlərdə olmayan dərmanlar satırlar" və yuxarıda forum iştirakçılarının müzakirə etdikləri həblərin adını çəkdi. 
 
"Həbi yeməyə  qatıb yeyirəm"
 
Növbə mənə çatdı. Sonradan başa düşmüşəm ki, "onlardan" olmadığımı dərhal anlamışdılar. Mən təcrübəsizlik edib bir-ikisindən burada nəyin satıldığı ilə maraqlandım. Təəccüblə üzümə baxırdılar, yəni "nə satıldığını bilmirsənsə, niyə növbənin yuxarı başına keçmisən"? Bir aptekə sığmış 20-30 adamın qınayıcı baxışları altında satıcıdan ucadan "lirika"nı soruşdum, cavab verdi ki, təzə qurtarıb, nə vaxt olacağını da bilmir, amma gözləyirlər. Onda "tramadol" istədim. Sayını soruşdu. Qiymətinin 20 qəpik olduğunu öyrənib, görməmiş kimi 10 ədəd verməyini xahiş etdim. Dedim görüm nə qədər istəsəm verəcəkmi? Gedib haradansa bir xeyli eşələdi, əlində 10 yaşıla çalan qutu gətirdi. Deməli, istənilən qədər varmış. "Mən hələlik ikisini götürüm", dedim. Reaksiyası sərt oldu, deyinə-deyinə mənə ikisi üçün kağız yazıb kassaya yolladı. 
Ona baş qoşmadım, fikirləşdim yəqin özü satdıqlarının bir-ikisini qəbul etmiş durumdadır. Amma ətrafda hər kəs mənə qəribə baxırdı, sanki onlara almaq olar, mənə yox. Bəlkə də özlərinin bu alışqanlığını mənə rəva görmürdülər. Bütün hallarda qəribə davranışımla "onlar"dan olmadığımı aşkar bəlli edirdim. 
Birinə yanaşdım, soruşdum "onu necə istifadə edirsən", dedi "su ilə qəbul edirəm". Bir başqası "yeməyə qatıram", dedi. Bilmirəm mənimlə zarafat edirdi, yoxsa həqiqətən beləydi. Soruşdum "yaxşı, bunu atanda nə baş verir?", cavab verdi ki, "heç nə, uçursan". Qiymətinin 2 manat 50 qəpik olduğunu söylədi. Yaşı 18-in altında idi, amma əvvəlcə 22 yaşı olduğunu bildirdi. Sonra isə 1997-ci il doğumlu olduğunu etiraf etdi. 
Gözümə yaşı az görünənin bir neçəsini söhbətə çəkmək istədim, nədənsə özlərini "böyütmək"də maraqlı idilər. Biri yenə satıcıya yaxınlaşıb, "qulağımda uğultu əmələ gəlib, nədəndir görəsən?", deyə soruşdu. "Bəlkə "lirikadan"dır", deyə sataşdım. "Yox, atan deyiləm, qohumuma alıram", dedi. Əlbəttə, doğru demirdi. 
 
Ucadan "tramadol" istəyən təcrübəsiz "müştəri"yə pomada verdi
 
Hər iki satıcı və kassada oturan da qadındı. Müştərilərlə aralarında isti münasibət vardı, sanki hər kəs bir-birini tanıyırdı, baş satıcıya "Kəmalə xala", deyə müraciət edirdilər. Orada "yad" olan tək mən idim və bu da kəskin nəzərə çarpırdı. Satıcılardan biri vəzifəcə özündən böyüyünə "bu qız camaatı sorğuya çəkib, onu burdan çıxardın" dedi. "İfşa" olunduğumu anlayıb özünü Kəmalə İsgəndərova kimi təqdim edən qadına yaxınlaşdım, aptekin müdiri olduğunu söylədi. Mənim sakitcə həbləri reseptsiz satmağının səbəbi ilə bağlı verdiyim suala yenə aqressiv şəkildə "həkimsiz?", deyə acıqlı soruşdu. Dedi ki, qadağan olunmuş heç nə satmırlar, kimə istəsəm, şikayət edə bilərəm. Dedim "onlardan mənə də satmısız, sübutum var". Dedi "sübutun yoxdur, bax gör sənə nə satmışam? Adi pomadadır". 
Həqiqətən də baxıb gördüm ki, torbada mənə büküb verdiyi başqalarındakı həblərdən deyil, soyuqda istifadə olunan adi "lipstick"lərdir. Satıcı içəri girəndən məni çözmüş, gəlişimin "xoşməramlı" olmadığını hiss etmiş, odur ki, tamamilə başqa bir məhsul satmışdı. Təcrübəli qadın anlamışdı ki, həmin preparatları mən tanımıram. Paketdə də qoyub vermişdi ki, yəqin heç açmayacam da. Ona görə də özündən əmin danışırdı: "Bunlar "tramal", "contramal" almağa gəliblər, dediyim dərmanlar isə antibiotiklərdir".
 
"Sakitcə burdan çıx get, iş-gücünlə məşğul ol"
 
Xeyli vaxtdır işini görür, bir tərəfdən də məni müşahidə edirmiş. Bayaqdan ətrafdakılarla söhbətimin məzmununu başdan-ayağa mənə danışdı. Onun ucadan bağırmağı təhrikediciydi, psixoloji vəziyyəti, adi insanlardan fərqli reaksiyası olan gəncləri daha da qızışdırmaq məqsədi daşıyırdı. Satıcının başını qatdığıma və işlərinə "burnumu soxduğuma"görə bir-ikisi az qaldı həqiqətən məni oradaca döysün. "Sakitcə burdan çıx get, iş-gücünlə məşğul ol, alan razı-satan razı, səni narahat edən nədir", dedilər. Hər kəsin üzündə "sənə lazım olanı aldın, cəhənnəm ol" ifadəsi vardı. Bəziləri baxışları, bəziləri də sözdə hədə ilə mənə "çıxışı" göstərdilər. Biri isə "satmasınlar, almayaq", dedi. Qapıda dayananlar onlara alqış edirdilər: "Yaxşı ki, bu aptek var, bizi dağa-daşa salmırlar". 
Məni ən çox təəccübləndirən çiynində çanta olan papaqlı, özünü oğlan kimi aparan yeniyetmə qız oldu. Bir sualıma 10 cavab verirdi, həm də elə kobud davranırdı ki, fikirləşirdim, indi üstümə atılar. Biz də baş sındırırıq ki, özünüqəsdə, cinayətə meylli yeniyetmələr haradandır? Tək gəlmişdi, qapıdan çıxanda öz-özünə gülürdü. Uzun növbəni görən biri isə satıcılara yox, kassada əyləşənə tərəf əyilib "ağrayıram, məni tez yola salın", deyə yalvarırdı. Həbi alanlar onu mənim kimi ucadan yox, sakitcə istəyirdilər. Çox vaxt heç nəsə demirdilər də, satıcı onların nə istədiyini zatən bilirdi və ona yaxınlaşan kimi həbləri uzadırdı. Onlar da kimdənsə gizlədirmiş kimi dərhal ciblərinə qoyub uzaqlaşırdılar.  
"Əgər bu aptek bağlansa, həb qəbul edənlər oranı dağıdarlar"
Həmin gün satıcı hamıya "lirika"nın qurtardığını deyirdi, onun əvəzinə başqa həb verirdi. "Tramadol"un da adını eşidirdim. Danışıqlardan belə anladım ki, "lirika"ya tələbat daha çoxdur. Biri satıcıya zarafatla "görün bəlkə yerdə biri düşüb qalıb", deyə sual elədi. Aptekdən çıxanda qulağım eşidə-eşidə satıcı da onlara "həbinizi alın, dərhal gedin, tünlük yaratmayın", əmrini verdi. Çəkinməsə də, məndən "gözü su içməmişdi".    
Bayıra çıxıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədim, dedim, mənim gördüklərimi polislər də gəlib görsünlər, bəlkə xəbərləri yoxdur. Polisi gözlədiyim zaman boş dayanmadım, qonşuluqdakı mağazaların satıcıları ilə söhbət etdim. Dedilər ki, polisin də, başqalarının da burada olanlardan xəbərləri var, amma hamı görməməzliyə vurur. Məlum oldu ki, bu küçədə "tamaşa" əsasən axşam saat 6-dan sonra başlayır və saat 9-a qədər aptek dolub-boşalır. İnsafən səs-küy salmır, dava yaratmırlar. Sadəcə vəziyyətin özü orada yaşayan sakinlərdə narahatlıq doğurur. 
Amma belə bir fikir də səsləndi ki, əgər bu aptek bağlansa, həb qəbul edənlər oranı "dağıdarlar". Çünki Bakıda ancaq tək burada həmin həblər satılır. Başqa biri isə yenə ehtimal irəli sürdü ki, bu uyuşdurucu rayonda baş verə biləcək oğurluq-quldurluq hallarının da qarşısını nisbətən alır. Çünki uyuşdurucunu qəbul edənlər yerlərindən tərpənə bilmirlər və elə bəlkə də bu durum bilərəkdən yaradılıb. Satıcı kişi dedi ki, iki ildir burada işləyir, apteki də həmişə belə görüb. Yəni o hesabla burada şübhəli həblərin satışı iki ildən əvvəlki tarixə gedib çıxır. 
Polis: "Biz aptekə girə bilmərik, bizi tanıyırlar"
Bu arada polis də gəlib çıxdı. İki nəfərdilər - biri xidməti, digəri mülki geyimdəydi. Əlində də qovluğu. Özümü təqdim etdim, amma onlar dəfələrlə soruşmağıma baxmayaraq, ad-soyad demədilər, vəsiqələrini də göstərmədilər. Aptekin kənarında dayanıb, içəri girmədilər. İçəridə izdiham nisbətən azalsa da, xeyli cavan öz işində idi. Aptekin yerləşdiyi əraziyə nəzarət edən 36-cı bölmədən olduqlarını söyləyən biri polis, digəri mülki geyimdə olanlar dedilər ki, "bəs siz bizimlə polis bölməsinə gedib, şikayət ərizəsi yazmalısız, ərizəniz olmadan biz aptekin kandarından içəri girə bilmərik". 
102 xidmətinə zəng edəndə izah etmişdim, onlara da yenə izah elədim ki, mən şikayətçi deyiləm, sizin kimi öz vəzifəmi - redaksiyanın tapşırığını icra edirəm, niyyətimiz vətəndaşları narahat edən məsələyə polisin diqqətini çəkməkdir, araşdırıb görsünlər burada qanunsuz bir iş varmı? Bəlkə hər şey elə qanunidir? Mən də əsassız bir məqalə yazmayım. Onlar da israrlıydılar, dedilər kim olursunuzsa olun, ərizə yazmadan biz də aptekə girə bilmərik. Dedim onda zəhmət olmasa mülki vətəndaş kimi girin, o həblərdən istəyin. Dedilər, "bunu da edə bilmərik, bizi tanıyırlar". 
Polis geyimində olanın söylədiyinə görə, sakinlər artıq bu məsələ ilə bağlı bir neçə dəfə bölməyə müraciət ediblər. Amma kimsə şikayət ərizəsi yazmaq istəməyib. Odur ki, onlar da heç bir tədbir görə bilmirlər. Biz söhbət edərkən qonşu mağazalarda işləyənlər maraqla seyr edirdilər, lakin kimsə yaxın durub mənə söylədiklərini polisə də demədi. Qısası, polis əlini ağdan-qaraya vurmadan çıxıb getdi. Mənim də orada heç bir işim qalmadı...  
Səhiyyə Nazirliyi xəbərsizmiş...
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli "Bizim Yol" qəzetinin əməkdaşı ilə söhbətində hər iki həbin aptekdə reseptsiz satıldığını eşidəndə qulaqlarına inanmadı, əvvəlcə "ola bilməz" dedi, sonra preparatlarla bağlı durumu belə şərh elədi: "Lirika" ümumiyyətlə qadağandır, keçən il Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Farmakoloji Şura Azərbaycanda onun satışını qadağan elədi. Ona görə də bu preparat apteklərdə satılmamalıdır. "Tramadol" və digərləri də reseptli preparatlardır. Hər ikisi trankvilizatordur (tranquillo - latıncadan sakitləşdirmək deməkdir, psixotrop dərman preparatıdır-H.H.), uyuşdurucudur. Güclü sakitləşdirici hesab olunur. Bu şəkildə satış qeyri-qanunidir. Belə həblər narkotik tərkibli ola bilir. "Lirika"nı əsas narkotiklərə qarşı istifadə edirlər. Həm də çox güclü ağrıkəsicidir". 
Soruşdum ki, bu həblərin mütəmadi istifadəsi tədricən daha ağır həblərə ehtiyac yarada bilər? "Ola bilər, belə ehtimal var", cavabını verdi. Cənab Qədirlinin sözlərinə görə, bundan əvvəl də bir neçə dəfə belə fakt olub, nazirlik hüquq-mühafizə orqanlarının köməyi ilə qanunsuz satışın qarşısını alıb: "Belə hadisələr tək-tük olur, hüquq-mühafizə, güc strukturları ilə reydlər keçirilib, qarşısı alınıb. Amma haradasa satıldığı barədə bizə indiki kimi siqnal gəlməmişdi". 
Bu dəfə mən qulaqlarıma inanmadım. Yuxarıda yazmışdıq ki, aptekin qanunsuz həb satmaq tarixi uzundur. Hər halda SN-in rəsmisi bu məsələnin nəzarətə götürüləcəyini dedi. 
 
H.HƏMİDOVA
 

 

 
 

 

Link to comment
Share on other sites

 "Murad" aptekin qani getdi , yaman qaralayiblar. Bunlara hech ushaq da inanmaz , beyem o aptekden bashqa lirika satan aptek yoxdu.? Tramal almaq isteyen genc onsuz da bir esebi xesteni tutacaq ya dost olacaq ya da rushvet verib o hebleri aldiracaq , eslinde heqiqet de budur. Butun aptekler genclere ishleyir. Az-nin belke de 80% genci o heblerden istifade edir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Haha
        • Red Heart
        • Like
      • 272 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
      • 77 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 19 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
      • 82 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
      • 43 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 46 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...