Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nightwatchman Ilə Müsahibə.

Kenul2012

Recommended Posts

Barabançı da demək olar, amma o da qulağa çox "yapışmır" )). Bill Bruford da sözünü demiş udarniklərdəndi. Yes və King Crimson-da gözəl işlər çıxarıb.

Bəs Hollandiya liqası? Məncə, bu da kifayət qədər güclü liqalardandır.

Elə hamısından yaxşı udarnikdir))) Yes qrupunu xoşlamıram, dinləmirəm də heç. Köhnə udarniklərdən bəyəndiklərim dediyim kimi, ilk "Bonzo"-dur. Sonra isə Portnoyun, Deyv Grolun, Lars Ulrixin adını çəkə bilərəm. Müasirlərdən yalnız Robert Burdonu bəyənirəm.

Hollandiya, Belçika, Portuqaliya liqaları farm-liqalardır indiki zamanda. Orda futbol oynamırlar, orda biznesdir. İstedadlı gənc tapıb yetişdirmək və baha qiymətə satmaq prinsipi ilə. Ona görə də orda güclü məktəblər var. Məsələn, Ayaksın, PSV-nin, Feyenordun məktəbləri dünyada məşhurdur. Amma istedadlı futbolçuları tez satdıqlarına görə, komandada yalnız ortabablar qalır. Futbol zəifdir orda.

Link to comment
Share on other sites

Deyirler, Lars Ulrix konsertlerde cox ritm qacirir )). Metallicaya cox qulaq asmadigim uchun hec hiss elememisem bunu. Amma St. Anger albomunun ilk saniyelerinde hiss edirsen ki, baraban yerine qazana vurur ))

Doğrudur, konsertlərinə fikir versən hiss edərsən. Onu çox tənqid ediblər, məncə səhvlərin bu qədər olmağı onun tez tez stilini dəyişmək, yenilik etmək istəyidir. Ritmi tez tez dəyişmək olmur, çünki, orqanizm stabil ritmə öyrəşə bilmir. Udarnikin işi fiziki olaraq çox çətindir, ona görə də, bunu tez tez dəyişmək olmaz. Amma yenə də, o, tənqidlərdən nəticə çıxarmış və konkret bir stil seçmişdir özünə.

Belə bir faktlığı sübut olunmayan bir rəvayət var ki, bir dəfə, Deyv Lombardo ona udarnik dərsi keçməklə bağlı təklif etmişdi...)))

Dave Lombardoyla bagli cox efsaneler var.

Evvel kagiz pulu divarda iki bagetle vuraraq saxlayir ve bunu her udarnik ede biler. Sonra biri ile vuraraq saxlayir ve deyir, yaxsi udarnikler ede biler. Sonra qepik pulu ikisi ile vuraraq saxlayir ve deyiri, bunu en yaxsi udarnikler ede biler. En axirda qepiyi bir bagetle vuraraq saxlayir ve deyie, bunu ancaq men ede bilerem ))

Link to comment
Share on other sites

Çox sağ ol.

Mən bir dəfə elə bu forumda hansısa mövzuda yazmışam ki, musiqi bəşəriyyətin kəşf etdiyi ən mühüm bir ünsürdür məncə. Görəsən musiqi olmasa idi, həyat mümkün olardımı? Dində musiqinin bəyənilməməsini qəbul etmirəm, insanın imanı güclü olsa, heç bir şey onu zəiflədə bilməz, həmçinin də musiqi. Musiqi, düzgün dinləniləndə, yerində dinlənilənd əksinə insana kömək olur, ruhlandırır, ilhamlandırır. Mənə musiqi çox gözəl təsir edir, çünki, əhvaldan asılı olaraq müxtəlif janrlara qulaq asıram. Klassik musiqi insanın yorğunluğunu alır, caz insanı keçmişə qaytarır, problemləri unutdurur, rok insanı ruhlandırıb qələbələrə kökləyir. Musiqinin insana ziyanı yoxdur, qəti yoxdur.

Dəyməz.

Bax sən indi dini öz istədiyin kimi fırlatdın )) (zarafat edirəm )

Sən özün imanının zəif olduğundan şikayətləndin, deməli öz təcrübəndən də görürsən ki musiqi imanı zəiflədir. İstənilən haramın insana müsbət təsiri  də var, mənfi təsiri də var. Bəzən hansısa xəstəliyin müalicəsi üçün araq, şərab, donuz piyi qəbul etməyi məsləhət görürülər həkimlər. Haramda olan xeyir onu halala çevirmir. Prolemini unutmaq üçün, cəsarətli olmaq üçün araq içmək, narkotik qəbul etmək də kömək edir. Bunları qəbul edənlər də deyirlər ki mənə çox gözəl təsir edir )) Musiqi də eynilə təsir edir şüura. Qəlbin rahatlanmasının halal yolu quran, zikrlərdir, haram yolu isə şərab musiqi və başqa sərxoşedicilər. 

Yuxarıda yazmısan orta əsrlərdəki insanlardan fərqli olaraq müasir insanlarin hissləri yoxdur, insanlar robotlaşıblar. Səncə niyə? Nədən insanlar belə ruhsuz, soyuqqanlı oldular? 

Link to comment
Share on other sites

Dave Lombardoyla bagli cox efsaneler var.

Evvel kagiz pulu divarda iki bagetle vuraraq saxlayir ve bunu her udarnik ede biler. Sonra biri ile vuraraq saxlayir ve deyir, yaxsi udarnikler ede biler. Sonra qepik pulu ikisi ile vuraraq saxlayir ve deyiri, bunu en yaxsi udarnikler ede biler. En axirda qepiyi bir bagetle vuraraq saxlayir ve deyie, bunu ancaq men ede bilerem ))

Bunu Deyv Lombardonun elədiyinə inanıram.....)))))))

Link to comment
Share on other sites

Dəyməz.

Bax sən indi dini öz istədiyin kimi fırlatdın )) (zarafat edirəm )

Sən özün imanının zəif olduğundan şikayətləndin, deməli öz təcrübəndən də görürsən ki musiqi imanı zəiflədir. İstənilən haramın insana müsbət təsiri  də var, mənfi təsiri də var. Bəzən hansısa xəstəliyin müalicəsi üçün araq, şərab, donuz piyi qəbul etməyi məsləhət görürülər həkimlər. Haramda olan xeyir onu halala çevirmir. Prolemini unutmaq üçün, cəsarətli olmaq üçün araq içmək, narkotik qəbul etmək də kömək edir. Bunları qəbul edənlər də deyirlər ki mənə çox gözəl təsir edir )) Musiqi də eynilə təsir edir şüura. Qəlbin rahatlanmasının halal yolu quran, zikrlərdir, haram yolu isə şərab musiqi və başqa sərxoşedicilər. 

Yuxarıda yazmısan orta əsrlərdəki insanlardan fərqli olaraq müasir insanlarin hissləri yoxdur, insanlar robotlaşıblar. Səncə niyə? Nədən insanlar belə ruhsuz, soyuqqanlı oldular? 

Mən harda yazdım ki, musiqi imanı zəiflədir? Zəiflədən nəfsdir, musiqinin heç bir ziyanı yoxdur, ən azından öz adımdan bunu deyirəm. Musiqini şərabla bir tutmaq məntiqəuyğun deyil. Şərab, narkotik insanı sərxoş edir, insan hərəkətlərini idarə edə bilmir, artıq-əskik hərəkət edir, sonra isə bunu unudur, ayıq vaxtı yadına düşmür heç. Demək ki, insan müəyyən dövr ərzində şüurunu itirmiş olur. Məgər, musiqi belə hala salır insanı? Musiqi dinləyəndə özünü itirirsən, sərxoş olub qeyri-adi hərəkətlər edirsən, huşunu itirirsən? Mən musiqi dinləyəndə elə adi həyatda necəyəmsə, elə də qalıram. Bunun mənə nə ziyanı ola bilər ki?

Səbəbi də yuxarıda yazmışam, səbəb sürətli inkişafdadır. Misal üçün, keçmişdə insan paltar yuyurdu, indi maşın yuyur, canlı musiqi ifa edirdilər, indi bunu maqnitofon əvəz edir, canlı teatrı televiziya əvəz edir, orta əsrlərdə görülən bir çox şeyləri indi maşınlar görür, uzun uzadı sadalamaq istəmirəm. Fikrimin məğzi odur ki, insanı artıq maşınlar, robotlar əvəz edib. Ona görə də insan artıq soyuqlaşır, robotlaşır. Bütün bu yeniliklərdən istifadə etmək üçün insan gecə gündüz işləyir, çalışır, stabil işləyən maşına çevrilir. Keçmişdə insanların üç cür ehtiyyacı var idi - qida, geyim və başının üstündə dam. İndi isə bu ehtiyyaclar yüzlərlədir. Bu isə hamısı maddiyatdır, onu qazanmaq üçün isə daim çalışmaq lazımdır. Belə olan halda, hisslərə yer qalmır.

Musiqi ifa edən və ya dinləyən insanları qeyri-ixtiyari hərəkətlərini görməmisən? )) uşaq vaxti televizorda əsasən pionistlərin əcaib hərəkətlkərinə o qədər gülürdük ki. Özün dediyin kimi musiqi insanı cəsarətləndirir, problemini unutdurursa deməli şüuruna da təsir edir, təkcə nəfsə yox. Yəqin bilirsən nəfs insan ruhunun mənfi xüsusiyyətləri toplusudr. Düzdür, musiqinin şüura təsiri şərabın və ya narkotiklərin təsiri ilə eyni deyil. Hərəsi bir cür təsir edir. 

Düzdür, heç orta əsrlərə getmək lazim deyil, 30 il əvvəlki insanların tələbləri və müasir insanların tələblərini müqayisə etsək görərik ki insanların tələbləri nə qədər artib. Amma heç də hami bu tələbləri həyata keirmək üçün gecə-gündüz çalışmır axı. Məsələn inkişaf etmiş ölkələrdə maaşlar yaxşıdır. İş saatları qısadır. Elə deyil? Sənin məntiqinlə iqtisadi inkişafı yüksək olan ölkələrdə insanlar daha hissiyyatlıdırlar. Maddi tələblərini həyata keçirmək üçün əziyyət çəkən, iqtisadi zəif ölkələrdə yaşayanlar isə robot olublar? 

Edited by R-va
Link to comment
Share on other sites

Yuventusla tarixlərimiz kəsişib, çox gözəl oyunlarımız olub. Həmişə də Yuve uduzub...))))) Bekhem Del Pyerodan da gözəl olub cərimə zərbələrində...)))))

Mən həmişə hazır, nə vaxt istəsəz, yığışıb oynaya bilərik, amma ən azından 10-12 nəfər lazımdır, yığılar?

Xeyr qardashim sehvin var, Yuventusla Mançesterin görüşləri tam bərabər şəraitdə keçib..İndiyə kimi 12 dəfə görüşüblər, 5 dəfə biz 5 dəfə siz qalib olmusuz..2 dəfə də heç-heçə..Biz sizə 15 top vurmuşuq siz də bizə 15 top..Ən böyük hesabla biz sizi 3-0 udmuşuq 1976-ci ilde..Siz de eyni hesabla bizi 2003de udmusuz Cempionlar liqasinin qrupunda..Tak cto bütün statistikalarda tam bərabərlikdir..)

10-12 nəfəri bilmirəm, amma 5-6 adam yigib basqa bir komandayla oynamaq olar..Mən, sən, Museyib, Adad mence oynayar, Qaraya da kecen defe teklif elemisem, belke oynayar..mence yigmaq olar..

Link to comment
Share on other sites

Dream Theater qrupunu çox bəyənirəm, proqressiv rokun yaranışı və inkişafında çox mühüm rol oynayıblar. Portnoyu da bəyənirəm, ilk əvvəl, onun da, mənim kimi "Bonzo"-ya pərəstiş etməsinə görə, həmçinin də çox bacarıqlı udarnik olduğuna görə. Dream Theatre -dən sevdiyim musiqini sənə peşkəş edim...

http://www.youtube.com/watch?v=mipc-JxrhRk

Çox təəssüf ki, bizdə rok musiqi inkişaf etmədiyi kimi, rok terminlər də yoxdur. Drummer - in hərfi tərcüməsi nağaraçalandır, amma, bizdə nağara deyəndə bizim toylarda çalınan nağara yada düşür. Ona görə də, mən elə udarnik deyirəm. Keyboardist-də yəqin ki, pianoçu olar, o da, tamam başqa şey, mən klavişnik deyirəm...)))))

Var, bir iki komanda var. Öz liqamızda Neftçinin azarkeşiyəm, çünki Neftçi İSM-də oynamışam. Rusiya liqasında "Spartak"- ı xoşlayıram. Türkləri bəyənmirəm, demək ki, liqalarını da izləmirəm. Avropaya gəldikdə, Fransa liqasına marağım yoxdur, çünki, ölü liqadır. İtaliya və İspaniya futbolunu bəyənmirəm, çünki məncə futbol döyüşdür, balet yox. İngiltərə liqası çox kobud liqadır, 20 il bu liqanın oyunlarını izləyən adam kimi, Ronaldo və Messilərin, xırda bir toxunuşdan yerə sərilərək artistlik etməsini başa düşmürəm. Onlar balet oynayır, futbol yox. Təsadüfi deyil ki, çox vaxt İtaliya və İspaniya liqalarından İngiltərə liqasına keşmiş legionerlər, o futbola öyrəşə bilmirlər, yıxılırlar, simulyasiyaya əl atırlar, artistlik edirlər, amma sonradan yavaş-yavaş əhilləşib kişi oyunu oynayırlar...))))) Qaldı bircə Bundesiqa, bax oranı xoşlayıram, ingilis futboluna çox oxşardır. Amma orda xoşladığım komanda hazırda çətin vaxtlarını yaşayır və aşağı liqaya düşüb. Bundesliqada "Kayzerslautern" klubunu xoşlayıram.

sən bax İtaliyani İspaniya ile bir elemekde boyuk sehv elemisen..İtaliyada esl kisi futbolu oynayirlar..19 ildir canli sahidiyem..İtaliyada ne vaxt gormusen kimse simulyasiya etsin? İtaliyadaki kimi taktiki ve doyusken ruhlu futbol hec yanda yoxdur..Raziyam İngilterede maraqlidir futbol, amma son 5-6 ilde İtaliya liqasin hec de katenaçço deyilen müdafietipli oyun oynamir..mence sen bu hefte sonu Yuventus-Milan oyununu mütleq izle..

Link to comment
Share on other sites

Musiqi ifa edən və ya dinləyən insanları qeyri-ixtiyari hərəkətlərini görməmisən? )) uşaq vaxti televizorda əsasən pionistlərin əcaib hərəkətlkərinə o qədər gülürdük ki. Özün dediyin kimi musiqi insanı cəsarətləndirir, problemini unutdurursa deməli şüuruna da təsir edir, təkcə nəfsə yox. Yəqin bilirsən nəfs insan ruhunun mənfi xüsusiyyətləri toplusudr. Düzdür, musiqinin şüura təsiri şərabın və ya narkotiklərin təsiri ilə eyni deyil. Hərəsi bir cür təsir edir. 

Düzdür, heç orta əsrlərə getmək lazim deyil, 30 il əvvəlki insanların tələbləri və müasir insanların tələblərini müqayisə etsək görərik ki insanların tələbləri nə qədər artib. Amma heç də hami bu tələbləri həyata keirmək üçün gecə-gündüz çalışmır axı. Məsələn inkişaf etmiş ölkələrdə maaşlar yaxşıdır. İş saatları qısadır. Elə deyil? Sənin məntiqinlə iqtisadi inkişafı yüksək olan ölkələrdə insanlar daha hissiyyatlıdırlar. Maddi tələblərini həyata keçirmək üçün əziyyət çəkən, iqtisadi zəif ölkələrdə yaşayanlar isə robot olublar? 

Ümumiləşdirmək olmaz, insandan insana fərq var, dediyim kimi, mən musiqi dinləyəndə adi halımda oluram, heç bir dəyişiklik olmur. Amma içsəm və ya narkotik istifadə etsəm özümü itirərəm, demək ki, bunların mənə təsiri müxtəlifdir. Musiqi insanın problemini unutdurursa, bunda mənfi nə ola bilər? Dediyin kimi, haram şeylər belə insana xeyir verirsə, istifadəsinə icazə var. Musiqi insana xeyir verirsə, heç bir şər əmələ təkan deyilsə, niyə onu inkar etməliyəm?

Doğrudur, ona görə də inkişaf etmiş ölkələrdə sevgiyə oxşar nəsə var, çünki insanların buna vaxtı, halı, imkanı var. Sevginin məhv olduğu yerlər maddi ehtiyyacın çox olduğu ərazilərdir. Çünki maddi ehtiyyac, mənəvi ehtiyyaca qalib gəlir, insanlar maddiyatın arxasınca daha tez qaçırlar.

Link to comment
Share on other sites

Xeyr qardashim sehvin var, Yuventusla Mançesterin görüşləri tam bərabər şəraitdə keçib..İndiyə kimi 12 dəfə görüşüblər, 5 dəfə biz 5 dəfə siz qalib olmusuz..2 dəfə də heç-heçə..Biz sizə 15 top vurmuşuq siz də bizə 15 top..Ən böyük hesabla biz sizi 3-0 udmuşuq 1976-ci ilde..Siz de eyni hesabla bizi 2003de udmusuz Cempionlar liqasinin qrupunda..Tak cto bütün statistikalarda tam bərabərlikdir..)

10-12 nəfəri bilmirəm, amma 5-6 adam yigib basqa bir komandayla oynamaq olar..Mən, sən, Museyib, Adad mence oynayar, Qaraya da kecen defe teklif elemisem, belke oynayar..mence yigmaq olar..

Yox e, Yuve bizimlə bacarmaz.....)))

Başqa komanda bəs necə? Bəlkə qızlarla? :thinking:

Link to comment
Share on other sites

Yox e, Yuve bizimlə bacarmaz.....)))

Başqa komanda bəs necə? Bəlkə qızlarla? :thinking:

Hemise nece bacarib indi de ele bacarar )) Bir dene Poqbaya gore indiye kimi yanib tokulursuz..

Qizlarla eslinde maraqli olar amma mende alinmaz, cunki men adeten kobud oynamagi sevirem, yeni toqqusmalardan qorxmadan butun toplara girirem..

Link to comment
Share on other sites

sən bax İtaliyani İspaniya ile bir elemekde boyuk sehv elemisen..İtaliyada esl kisi futbolu oynayirlar..19 ildir canli sahidiyem..İtaliyada ne vaxt gormusen kimse simulyasiya etsin? İtaliyadaki kimi taktiki ve doyusken ruhlu futbol hec yanda yoxdur..Raziyam İngilterede maraqlidir futbol, amma son 5-6 ilde İtaliya liqasin hec de katenaçço deyilen müdafietipli oyun oynamir..mence sen bu hefte sonu Yuventus-Milan oyununu mütleq izle..

Zarafat edirsən? Artıq neçənci dəfədir ki, internet resurslarda Kalçodakı simulyasiyalardan yazırlar, hətta İtaliyanın ən güclü hakimi Ritsoli bundan təngə gəldiyini bildirib və qeyd edib ki, İngiltərədə simulyasiya edən futbolçu, öz azarkeşləri tərəfindən fitə basılır və bu A seriyasında da olsa əla olar. İtaliya futbolu baxımlılığına görə nəinki İngiltərədən, hətta İspaniyadan da geri qalır. Çünki, sürətli futbol yoxdur, qapanma, xırda ötürmələr, qorxaq futbol daha çox yayılıb. İngiltərədə klublar arasında uçurum yoxdur, güclü-zəif anlayışı yoxdur, sonuncu pillənin sahibi gəlib ilk pillədəki komandanı evində udub gedir. İtaliyada, İspaniyada belə şey yoxdur, artıq formalaşmış qruplar var, çempionluq üçün oynayanlar, ortabablar və zəiflər, heç kim bir birinin intriqasına qarışa bilmir.

Digər maraqlı bir fakt. İtaliya A seriyasında çox güclü olmuş heç bir futbolçu, gəlib İngiltərədə itib batır, bütün keçidlərə fikir versən hiss edərsən. Bircə fərq Zolada hiss etmişəm, o da, elə də parlamadı İngiltərədə. A seriyasının Allahı Şevçenko burda itdi-batdı, Zidan özü etiraf etmişdi ki, premyer-liqada oynaya bilməz. İngiltərə futbolu çox çətindir. Mən o oyuna tarix boyu baxmaram...)))

Link to comment
Share on other sites

Hemise nece bacarib indi de ele bacarar )) Bir dene Poqbaya gore indiye kimi yanib tokulursuz..

Qizlarla eslinde maraqli olar amma mende alinmaz, cunki men adeten kobud oynamagi sevirem, yeni toqqusmalardan qorxmadan butun toplara girirem..

Niyə yanıb tökülək ki, bizdə yekəxana "ulduz"-lara yer yoxdur...))) Poqbadan da güclü yetirmələrimiz var. Yunayted çox vaxt futbolçu yetişdirib buraxıb, hansılar ki, sonra gedib başqa klubların əsas oyunçularına çevrilib, bu özü bir göstəricidir. Bizə lazım olmayan oyunçu indi Yuveni çiyinlərində daşıyır...)))

Mən də kobudam, amma, qarışıq oynaya bilərik, komandalar həm oğlanlar, həm qızlardan ibarət olsun, qızlarla bir az zərif davranılsın.

Link to comment
Share on other sites

Ozunuze reqib tapmadiniz qizlarla oynamaq isteyirsiz?))

Rufat yadimdadir ki,bir nece pishiyivin sheklini qoymushdun bura.Niye yalniz pishik? Hardandir pishik sevgisi sende?

Adam sayı azdır da, nə edək? Bir iki klass göstərərsən bizə, olmaz?

Hə, müxtəlif vaxtlarda 6 pişiyim olub. Nə bilim, pişik çox mehriban heyvandır, təmizdir, onunla oynamaq adama ləzzət edir. Çox xoşlayıram pişikləri. Amma saxladıqlarım sadə pişiklər olub. İki cins pişik xoşlayıram, onlarda çox baha, bəlkə nə vaxtsa qismət olar.

Gostererem.))

Aydindi.Men ise pishikleri hemishe uzaqdan sevmishem.Istememishem pishiyim olsun.It ise cox boyuk isteyim olub..

Bunu da elave edim ki,hele bir xanimlari bir sakit sheraitde cay icmeye cagirardiz sonra futbola.) Ozde futbol e..tesevvur bele ede bilmirem.)

Edited by Igolka
Link to comment
Share on other sites

Ümumiləşdirmək olmaz, insandan insana fərq var, dediyim kimi, mən musiqi dinləyəndə adi halımda oluram, heç bir dəyişiklik olmur. Amma içsəm və ya narkotik istifadə etsəm özümü itirərəm, demək ki, bunların mənə təsiri müxtəlifdir. Musiqi insanın problemini unutdurursa, bunda mənfi nə ola bilər? Dediyin kimi, haram şeylər belə insana xeyir verirsə, istifadəsinə icazə var. Musiqi insana xeyir verirsə, heç bir şər əmələ təkan deyilsə, niyə onu inkar etməliyəm?

Doğrudur, ona görə də inkişaf etmiş ölkələrdə sevgiyə oxşar nəsə var, çünki insanların buna vaxtı, halı, imkanı var. Sevginin məhv olduğu yerlər maddi ehtiyyacın çox olduğu ərazilərdir. Çünki maddi ehtiyyac, mənəvi ehtiyyaca qalib gəlir, insanlar maddiyatın arxasınca daha tez qaçırlar.

Şəxsən elə adam tanıyıram ki araq içir ona təsir etmir, içkili vəziyyətdə cərrahiyyə əməliyyatı aparmağa da qadirdir. Bu o demək deyilki spirtli içki ziyansızdır, halaldır.  Yox mən demədim ki haram xeyirdisə istifadəsinə icazə var ))) Əksinə dedim haram lap xeyir versə də olmaz. Çünki həmin haramın alternativi də var. Məsələn donuz piyinin və ya şərabın müalicəvi təsiri var. lakin o müalicəvi təsirin eynisini halal mülaicəvi aternativlərdən ala bilərik. Musiqinin də xeyri problemi unutdurmaqdırsa, bunun da halal alternativi quran və zikrlərdir. Musiqi təmamilə haram deyil həm də. Məsələn toyda musiqi olar, hərbdə marş olar. Lakin problemi unutmaq, qəlb rahatlığı üçün musiqiyə üz tutanda bu insanı Allahdan uzaqlaşdırır, günahlara sövq edir. Yenə də insandan insana fərq var. Sənə mənfi təsir etməyən lakin, çoxlarına mənfi təsir edən haramı reklam etməyin səncə düzgündür? (irad tutmuram sənə, elə-belə sual verirəm) Ola bilər sən yaxşı insansan, rok səndə yaxşı işləri həyata keçirməyə cəsarət yaradır. Bəs pis insanlar roka qulaq asdıqca pis əməllərini həyata keçirməyə daha da cəsaərətli olmazlar? 

Edited by R-va
Link to comment
Share on other sites

Gostererem.))

Aydindi.Men ise pishikleri hemishe uzaqdan sevmishem.Istememishem pishiyim olsun.It ise cox boyuk isteyim olub..

Bunu da elave edim ki,hele bir xanimlari bir sakit sheraitde cay icmeye cagirardiz sonra futbola.) Ozde futbol e..tesevvur bele ede bilmirem.)

Ayə, qoymayın, üstümə iRasim gəlir...))))) Qorxdum...

İt saxlamaq çətindir, pişik çox təmizkardır, özü özünü paklayır daim, it isə pintidir, islamda da iti donuzla bir tutublar pintiliyinə görə, əgər it saxlamaq istəsən gərək ki, həyətdə saxlayasan, çox zamanını ona ayırasan, daim çimdirəsən. Mənim əsgərlikdə çox itim olub, sərhəd zonalarında it çox kömək olur əsgərlərə, gecə qaranlıq vaxtı erməni kəşfiyyatçılarından qorunmaq üçün. Ona görə də, tez tez itləri vururlar, mən çox it basdırmışam orda. İtlə bağlı xatirələrim ağırdır.

Əvvəl futbol, sonra da çay.....problem yoxdur...)))

Edited by Nightwatchman

Sen zarafat ele )) Qorxuram ki,futboldan sonra yerimiz cay sufresi yox palata olsun ))
Link to comment
Share on other sites

Zarafat edirsən? Artıq neçənci dəfədir ki, internet resurslarda Kalçodakı simulyasiyalardan yazırlar, hətta İtaliyanın ən güclü hakimi Ritsoli bundan təngə gəldiyini bildirib və qeyd edib ki, İngiltərədə simulyasiya edən futbolçu, öz azarkeşləri tərəfindən fitə basılır və bu A seriyasında da olsa əla olar. İtaliya futbolu baxımlılığına görə nəinki İngiltərədən, hətta İspaniyadan da geri qalır. Çünki, sürətli futbol yoxdur, qapanma, xırda ötürmələr, qorxaq futbol daha çox yayılıb. İngiltərədə klublar arasında uçurum yoxdur, güclü-zəif anlayışı yoxdur, sonuncu pillənin sahibi gəlib ilk pillədəki komandanı evində udub gedir. İtaliyada, İspaniyada belə şey yoxdur, artıq formalaşmış qruplar var, çempionluq üçün oynayanlar, ortabablar və zəiflər, heç kim bir birinin intriqasına qarışa bilmir.

Digər maraqlı bir fakt. İtaliya A seriyasında çox güclü olmuş heç bir futbolçu, gəlib İngiltərədə itib batır, bütün keçidlərə fikir versən hiss edərsən. Bircə fərq Zolada hiss etmişəm, o da, elə də parlamadı İngiltərədə. A seriyasının Allahı Şevçenko burda itdi-batdı, Zidan özü etiraf etmişdi ki, premyer-liqada oynaya bilməz. İngiltərə futbolu çox çətindir. Mən o oyuna tarix boyu baxmaram...)))

Bilmirem Ritsoli ne deyib amma men adeden statistika ile danismagi sevirem..bu sezon simulyasiyalara gore sari kartlarin sayi İtaliyada ve fransada 8, bundesliqada 7, la liqada 6, ingilterede 5 dir..ferq ele de boyuk deyil eslinde..Bir de sen bayaq futboldaki baletden danisdin, men ispaniyadaki kimi, italiyada yalandan sifetin tutan, ay nebilim yixiliab aglayan gormemisem..

Baximli futbola gelende baxir futbolda kim neyi sevir..Suretli, aciq futbol sevirsense sozsuz ingiltere ve ispaniya italyadan daha ondedir.Cox qollu demirem..cunki indi Seriya A da yeterince qollar vurulur..Ancaq taktiki baximdan İtaliyaya catan yoxdur..İtaliya futbolu ile deyesen coxdan maraqlanmirsan..Lider Yuventusdan ferqli olaraq cedvelin asagisinda qirgin gedir..Kecen il liqada qalmaq ustunde qirgin eden Sampdoriya ve Cenoq bu il cempionlar liqasina dusmek ugrunda mubarize aparirlar..ve ya Torino kimi sonda geden komanda Cuzeppe Meassada İnteri udur, Sampdoriya kimi 4-cu yerde geden komandaya 5 top vurur..Yeni daha o kohne stereotipler indi yoxdur..

Qaldi ki İtaliyadan İngiltereye kecen oyunculara..Uzaga niye gedirsen ele Arsenalin Allahina cevrilen Anri Yuventusda bir sezon gucle qaldi, ve ya sizin Van der Saar hardan gelmisdi?Sevcenko İtaliyadan Celsiye gedende 30 yasi var idi..En yaxsi 7 ilini Milanda kecirmisdi.Premyerliqa sexsen menicun bilirsen niye maraqlidir?Sadece aciq futbol oynayirlar..qol veziyyetleri daha cox olur..

Sen o oyuna mutleq bax, gor Yuventus nece xariqeler yaradir )

Link to comment
Share on other sites

Niyə yanıb tökülək ki, bizdə yekəxana "ulduz"-lara yer yoxdur...))) Poqbadan da güclü yetirmələrimiz var. Yunayted çox vaxt futbolçu yetişdirib buraxıb, hansılar ki, sonra gedib başqa klubların əsas oyunçularına çevrilib, bu özü bir göstəricidir. Bizə lazım olmayan oyunçu indi Yuveni çiyinlərində daşıyır...)))

Yekexana niye?Kisi oz potensilaina gore oynamaga tam hazir idi..Ferqi terslik edib buraxmirdi onu..İndi pesman olub onu yeniden geri qaytarmaq isteyirler..Kimdir hal-hazirda Poqbadan guclu yetirmeniz? )

Bize lazim olmayan deme de..Lap sen o cigal usaqlar kimi danisdin..Poqbani indi az qala butun dunya klublari isteyir..yayda bax onun ustunde ne qirgin olacaq..Auksiyon 100 milyondan baslayir..Sizlik deyil..)))

Link to comment
Share on other sites

Doğrudur, ona görə də inkişaf etmiş ölkələrdə sevgiyə oxşar nəsə var, çünki insanların buna vaxtı, halı, imkanı var. Sevginin məhv olduğu yerlər maddi ehtiyyacın çox olduğu ərazilərdir. Çünki maddi ehtiyyac, mənəvi ehtiyyaca qalib gəlir, insanlar maddiyatın arxasınca daha tez qaçırlar.

Elə ailələr taniyiram çox kasibdılar. Lakin ailədə sevgi, xoşbəxtlik var. Çox ailələr də var ki maddi təmin olunublar, lakin sevgiləri yoxdur. Sənin "maddiyyat sevgini məhv edir" fikrin həqiqətə uyğun deyil deməli? 

Link to comment
Share on other sites

Şəxsən elə adam tanıyıram ki araq içir ona təsir etmir, içkili vəziyyətdə cərrahiyyə əməliyyatı aparmağa da qadirdir. Bu o demək deyilki spirtli içki ziyansızdır, halaldır.  Yox mən demədim ki haram xeyirdisə istifadəsinə icazə var ))) Əksinə dedim haram lap xeyir versə də olmaz. Çünki həmin haramın alternativi də var. Məsələn donuz piyinin və ya şərabın müalicəvi təsiri var. lakin o müalicəvi təsirin eynisini halal mülaicəvi aternativlərdən ala bilərik. Musiqinin də xeyri problemi unutdurmaqdırsa, bunun da halal alternativi quran və zikrlərdir. Musiqi təmamilə haram deyil həm də. Məsələn toyda musiqi olar, hərbdə marş olar. Lakin problemi unutmaq, qəlb rahatlığı üçün musiqiyə üz tutanda bu insanı Allahdan uzaqlaşdırır, günahlara sövq edir. Yenə də insandan insana fərq var. Sənə mənfi təsir etməyən lakin, çoxlarına mənfi təsir edən haramı reklam etməyin səncə düzgündür? (irad tutmuram sənə, elə-belə sual verirəm) Ola bilər sən yaxşı insansan, rok səndə yaxşı işləri həyata keçirməyə cəsarət yaradır. Bəs pis insanlar roka qulaq asdıqca pis əməllərini həyata keçirməyə daha da cəsaərətli olmazlar? 

Müsahibəni dini mövzuda mübahisəyə çevirmək istəmirəm. Şəxsi fikrimi bildirdim, onu da dəstəkləyəcəm. Spirtli içki ilə, musiqini müqayisə etmək məntiqsizlikdir, spirtli içki kimyəvi maddədir, fiziki olaraq insan hüceyrəsinə təsir edir, musiqi insanı sərxoş etmir.

İnsan üzərində cərrahiyyə əməlliyyatı aparan zaman insanın bədəninə həmin spirt daxil olur, bu haram deyil, bunun alternativi də yoxdur. Dini radikallaşdırmaq elə ən böyük bəladır, hər kəs kiməsə, nəyisə qadağan etməyə çalışır, sən özün təmiz ol, pak ol, özün üçün də cavab verəcəksən, başqalarına radikal göstərişlər verməklə, onları dindən küsdürəcəksən. Musiqi məni heç bir şeydən uzaqlaşdırmır, fikirlərimi dəyişmir, mən qulaq asıram rahatlıqla. Musiqi haramdır? Harda yazılıb bu kəlmə? Mən harda reklam etdim musiqini? Mən musiqiyə qulaq asan insanla musiqi haqda fikirlərimi bölüşürəm, mən dedim, demədim bu insan musiqiyə qulaq asacaq. Mən heç kimi məcbur etmirəm, qulaq asan da özü bilər, asmayan da. Necə ki, mən özüm bilərəm nəyə və nə qədər qulaq asaram. Pis insan olub, var, olacaq da. İstənilən əməli də həyata keçirəcək, musiqi ilə və ya musiqisiz. Musiqini belə şeylərə qatma, musiqi tamam başqa bir aləmdir. Musiqi silah deyil.

Link to comment
Share on other sites

Bilmirem Ritsoli ne deyib amma men adeden statistika ile danismagi sevirem..bu sezon simulyasiyalara gore sari kartlarin sayi İtaliyada ve fransada 8, bundesliqada 7, la liqada 6, ingilterede 5 dir..ferq ele de boyuk deyil eslinde..Bir de sen bayaq futboldaki baletden danisdin, men ispaniyadaki kimi, italiyada yalandan sifetin tutan, ay nebilim yixiliab aglayan gormemisem..

Baximli futbola gelende baxir futbolda kim neyi sevir..Suretli, aciq futbol sevirsense sozsuz ingiltere ve ispaniya italyadan daha ondedir.Cox qollu demirem..cunki indi Seriya A da yeterince qollar vurulur..Ancaq taktiki baximdan İtaliyaya catan yoxdur..İtaliya futbolu ile deyesen coxdan maraqlanmirsan..Lider Yuventusdan ferqli olaraq cedvelin asagisinda qirgin gedir..Kecen il liqada qalmaq ustunde qirgin eden Sampdoriya ve Cenoq bu il cempionlar liqasina dusmek ugrunda mubarize aparirlar..ve ya Torino kimi sonda geden komanda Cuzeppe Meassada İnteri udur, Sampdoriya kimi 4-cu yerde geden komandaya 5 top vurur..Yeni daha o kohne stereotipler indi yoxdur..

Qaldi ki İtaliyadan İngiltereye kecen oyunculara..Uzaga niye gedirsen ele Arsenalin Allahina cevrilen Anri Yuventusda bir sezon gucle qaldi, ve ya sizin Van der Saar hardan gelmisdi?Sevcenko İtaliyadan Celsiye gedende 30 yasi var idi..En yaxsi 7 ilini Milanda kecirmisdi.Premyerliqa sexsen menicun bilirsen niye maraqlidir?Sadece aciq futbol oynayirlar..qol veziyyetleri daha cox olur..

Sen o oyuna mutleq bax, gor Yuventus nece xariqeler yaradir )

Simulyasiyanın sayını sarı kartla ölçürsən? Simulyasiyanın elə məqsədi hakimi aldatmaqdır, bəs simulyasiyaya aldanıb cərimə təyin edən hakimlər? Bu çirkin işi edən futbolçuların sayı, statistikasıdır? Ok, gəl A seriyasının başlıca hakiminə inanmayaq, sənə inanaq. İtaliyada simulyasiya yoxdur.

Bütün dünya baxımlı futbolu eyni qəbul edir. Yəni ki, uzun ötürmələr, daimi sürət, hərəkət, sürətli keçidlər və s. Elə baxımlılığı da məhv edən taktiki düzülüşlər, sxemlər, pozision oyundur, düz deyirsən, İtaliya bunda güclüdür, ona görə də, futbolu baxımsızdır. İngiltərə futbolunda, hücumçunun qapıya zərbə endirdiyini görürsən, 20 saniyə sonra, əks hücum zamanı həmin hücumçu topu öz qapı xəttindən çıxarır. A seriyasında bu yoxdur, orda hər kəs öz nöqtəsində, sırf taktika üslubunda oynayır. Belə taktiki düzülüşlər maraqsızdır, futbol hərəkətli idman növüdür. Hansı qırğından söhbət gedir axı? Kimdir bir birini qıran? Çempionluğa bir, uzağı iki namizəd var, onlar üçün də cədvəlin aşağı klubları ilə oynamaq, yüngül məşqdən ibarətdir. Bir birinə intriqa yaradan klublar, cədvəldə qonşu olan klublardır da, bu da təbiidir, eyni səviyyəli klublar eyni mübarizə aparmalıdırlar. İtaliyada 20-ci yerdə gedən klubun lideri səfərdə udmasını heç görmüsənmi ömründə? İnteri indi Qarabağ da udur, İnter o İnter deyil axı. Sampdoriya ortabab klubdur, onun 4-cü yerdə olmağı onun gücünü yox, A seriyasının zəifliyini göstərir.

))))))))))))Müqayisəndən olmaz......Anri Yuventusda olanda 21 yaşı var idi, onu sadəcə orda heç tanımağa uspet eləmədilər, tanısaydılar buraxmazdılar. Baxımlı oyundan danışırıq, sən isə qapıçı göstərirsən mənə...))) Baxımlı oyuna dəhşət təsir edir qapıçı. Oyunu idarə edən, mərkəzdə ağalıq edən bir oyunçu göstər mənə. Veron A seriyasının ən yaxşı legioneri ola ola gəldi Mançesterdə batdı. Hamı dedi yəqin qocalıb, yenidən qayıtdı A seriyasına, yenidən orda Allah oldu. Budur fərq.

Bir dəfə qələt edib, çempionlar liqasının finalında baxmışam Yuve ilə Milana, ömrümdə belə darıxdırıcı futbol görməmişəm. Çox sağ ol, istəmirəm...)))

Link to comment
Share on other sites

Yekexana niye?Kisi oz potensilaina gore oynamaga tam hazir idi..Ferqi terslik edib buraxmirdi onu..İndi pesman olub onu yeniden geri qaytarmaq isteyirler..Kimdir hal-hazirda Poqbadan guclu yetirmeniz? )

Bize lazim olmayan deme de..Lap sen o cigal usaqlar kimi danisdin..Poqbani indi az qala butun dunya klublari isteyir..yayda bax onun ustunde ne qirgin olacaq..Auksiyon 100 milyondan baslayir..Sizlik deyil..)))

Gəl bircə Ferqyusonun futbolçunu tanıma bacarığına şübhə et. Əlbəttə, sən demə Ferqyuson bilmirmiş Poqba kimdir, nəçidir, sən isə onun talant olduğunu hiss etmişdin. Kim peşman olub? Ferqyuson? Ferqyuson elə futbolçuları iti qovan kimi qovub ki, klubdan, Poqba nə tuladır ki, ona görə peşman da olsun? Poqba yekəbaşlıq edən vaxt klubda Skoulz var idi, Karrik oynayırdı, Fletçer sağlam idi. Onlar ehtiyyatda oturub, Poqba oynayacaqdı? Hər kəs öz yerini, vaxtını bilməlidir, Poqba ikinci Balotellidir, özünü dünyanın mərkəzi hesab edən "ulduz". Belələrinə bizdə yer yoxdur. Ondan üstün cavan oyunçularımız var ki, başını aşağı salıb vaxtını gözləyir.

Niyə? Müqaviləsi uzadılmayan və azad agent statusu verilən futbolçu lazımsız futbolçudur da. Əks halda ondan pul qazanardı klub, elə belə buraxmazdı. Bütün dünya klubları? Bütün dünya klubları bir ay əvvəl Edeqor uğrunda qırğın edirdilər, nə olsun? Kimdir ki, o? İndiki dövr, transferlər agentlərin əlində oyuncağa çevrilib, klubların marağı ilə, futbolçuya verilən pul ilə futbolçunu qiymətləndirmək məntiqəuyğun deyil. Hal hazırda dünyanın ən bahalı futbolçusu Beyldir, bu nəyisə dəyişir?

Link to comment
Share on other sites

Elə ailələr taniyiram çox kasibdılar. Lakin ailədə sevgi, xoşbəxtlik var. Çox ailələr də var ki maddi təmin olunublar, lakin sevgiləri yoxdur. Sənin "maddiyyat sevgini məhv edir" fikrin həqiqətə uyğun deyil deməli? 

Mən də tanıyıram. Mənim fikirlərimi ümumiləşdirmək olmaz. Hər bir qaydadan kənara çıxmalar olur. Mən çoxluqdan danışıram, amma bu o demək deyil ki, nadir azlıqlar mövcud deyil.

Link to comment
Share on other sites

Alternativ olmayanda haramdan istifade etmek elbetde olar.Donuzdan bashqa yemeye hech ne tapmayan acindan olmemek uchun donuz yeye biler meselen. Sene ne gosterish verdim ki? Radikal-madikalin sohbete ne dexli var? Sehv anlamamagin uchun hetta moterizede de yazmishdim ki irad tutmuram, sual verirem. Men senden esasen musiqinin insanin davranishina tesiri haqda fikirlerini sorushdum.sonuncu postindan da bele basha dushdum ki musiqinin davranisha musbet tesirini qebul edirsen, menfi tesirini ise inkar edirsen.

Mən sən deyəndə, səni nəzərdə tutmadım, ümumilikdə dedim. Dini radikallaşdırmaq düzgün deyil, o olmaz, bu olmaz, burda səhvsən, orda səhvsən, dindar insanların iradları dinlə maraqlanan insanları bezdirir, küsdürür, din haqda pis fikir formalaşdırır. Olmaz ki, hər kəs öz işi ilə məşğul olsun, özünü düşünsün, öz səhvlərini düzəltsin və başqalarına qarışmasın? Hər kəs öz səhvlərinə görə məhkum olunacaq, ona görə də mən yalnız öz düşündüyümə, öz anladığımı və öz intuisiyamı qəbul edirəm.

Bəli, mən özümdən danışıram, musiqi mənə müsbət təsir göstərir, mənfi təsirini görməmişəm hələ. Demək ki, musiqi dinləməyimdə heç bir problem yoxdur.

Link to comment
Share on other sites

He gorurem burda sual veren hami ozune soz verib ki senin fikrinle razilashmasin. Sene sual verende senin ishine qarishmish, seni bezdirmish oluramsa daha sual vermerem.

Problem yoxdur, mənim fikrim mənim üçün ən düz və ən vacibdir, kim necə düşünür özü bilər. Mənə sual verməklə yox, göstəriş verməklə işimə qarışmaq olar, tak çto sual vermək baxımından problem yoxdur.

Link to comment
Share on other sites

Problem yoxdur, mənim fikrim mənim üçün ən düz və ən vacibdir, kim necə düşünür özü bilər. Mənə sual verməklə yox, göstəriş verməklə işimə qarışmaq olar, tak çto sual vermək baxımından problem yoxdur.

Sene gosterish verdim? Suallarimi gosterish kimi basha dushmekle meni diskriminasiya etmish oldun ))
Link to comment
Share on other sites

Night, teessuf bunu tercume ede bilmeyecem. Amma maraqli ve mezeli hadisedir :)

Однажды Бернард Шоу обронил фразу, что все женщины продажны. Английская королева, узнав об этом, при встрече с Бернардом спросила:

— Верно ли, сэр, что вы утверждаете, будто все женщины продажны?
— Да, ваше величество.
— И я тоже! — возмутилась королева.
— И вы тоже, ваше величество, — спокойно ответил Шоу.
— И сколько же я стою?! — вырвалось у королевы.
— Десять тысяч фунтов стерлингов, — тут же определил Шоу.
— Что, так дешево! — удивилась королева.
— Вот видите, вы уже и торгуетесь, — улыбнулся драматург.

Sualim: Tek qadinlari demeyek, sence butun insanlari alib-satmaq olarmi? Her kesin oz "qiymetimi" var?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Like
      • 54 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
        • Like
      • 168 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 136 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Haha
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...