Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nightwatchman Ilə Müsahibə.

Kenul2012

Recommended Posts

Yağış yağır,sual yağışı ))

Müsahibede uğurlar Rüfet.İntellektual bir genc olduğun aşikardır.Bunun üçün sene +.Xeyriyyeçilik işinde xüsusi iştirakın üçün ise sene min +.

1- Menevi rahatlığı tapdığın yer,şexs ve ya nese varmı?

2- Genclerin kitab oxumadığından şikayetçisen.Savadsızlıq baş alıb gedir.Men de savadsızam.Nece düşünürsen,men müsahibemden imtina edim?)

3- Deyirler sevgi ruh kimidir,onu varlığını hamı bilir,amma çox az adam görüb.Sen nece,görenlerdensen ya?

Helelik bu qeder.

Yağışı sevirəm, yağsın, problem yox...)))

Çox sağ ol İynəcik, hər bir xoş sözə görə təşəkkür.

1. Bu dünya rahatlıq üçün deyil məncə, bu dünya bir keçiddir, bacardığın qədər yığıb özünü sonraya hazırlamaq üçün. Mənəvi rahatlığı o dünyada taparıq inşAllah...

2. Şikayətçiyəm. İş ondadır ki, savad, oxumaq tək-tük şeylərdəndir ki, zamana tabe deyil, yəni oxumaq heç vaxt gec deyil. Sənə oxumağa nə mane olur ki, şükür Allaha evdar xanımsan, oğlun artıq o yaşdadır ki, dalınca qaçmaq lazım deyil. Həftəyə bir kitab oxusan, geridə qalanları haqlayarsan. Müsahibənin savada dəxli yoxdur, sual verən userlər də sənin kimi sadə insanlardır, burda sənə elmi sual verən olmayacaq. Tak çto müsahbəni gözləyirik.

3. Maraqlı müqayisədir, ruh var, amma tək-tük adam onu görüb. Mən isə fərqli düşünürəm. Məncə ruh var, amma biz insanlara onu görmək nəsib deyil, gördüm deyənlər isə yanılırlar, məncə heç ruhun anlayışını bilmirlər, ona görə də ona oxşar bir şey görüb, onu gördüyünə inanırlar. Eyni ilə, sevgi haqda da belə fikirləşirəm. Sevgi varsa da, bizlik deyil.

Link to comment
Share on other sites

Pink Floyd-un 80-ci illərdə çıxan iki albomu: The Final CutA Momentary Lapse of Reason. Nə yalan deyim, ikisi də ürəyimcə deyil, sonuna çatana qədər darıxıram :). Led Zeppelin 80-ci illərdə fəaliyyəti dayandırıb. 1980-də çıxan albom da yığma albom olub, yəni o dövrün məhsulu deyil əslində. 

Bu günlük son sualım :). Ən çox yaşayaraq və hiss edərək izlədiyin film hansı olub?

The Final Cut - u mən xoşlayıram, məsələn The Gunner`s dream gözəl mahnıdır...

https://www.youtube.com/watch?v=g9mhU1mm5P0

Razıyam ki, "The Dark Side of the Moon" və "The Wall" kimi şedevrlərdən sonra, bu albomlar çox zəifdir, amma yenə də onlar öz dəst xəttini saxlayıblar, buna görə bu qrupu çox xoşlayıram.

Led Zeppelin-ə gəldikdə isə, çox təəssüf ki, Con Bonem 80-ci ildə özünü məhv etdi (hələ də onu, musiqi tarixinin ən güclü udarniki sayıram, beləsi olmayacaq daha) və bununla da Led Zeppelin demək olar ki, iflasa uğradı. Amma yenə də, 80-ci illərdən sonra da bir neçə proektlər və konsertlər oldu, yəni qrupun üzvləri boş qalmadı, başqa yerlərdə özlərini sınadılar və yenə də öz dəst xətlərinə sadiq qaldılar, pop-dalğa onları ram edə bilmədi. Plantın bir neçə solo albomuna və Peycin The Firm qrupuna fikir ver, məncə gözəl proektlərdir.

Çətin sual verdin, ən azı mənim üçün. Film mənim üçün xəstəlikdir, maraqlı, xoşladığım filmləri yığmaq hobbim var, kolleksiyamda 500-ə yaxın film var. Ona görə də bircə film adı çəkmək mənə çətin olar. Mövzudan asılı olaraq bir çox xoşladığım filmlər var. Misal üçün, bir neçəsini sayım sənin üçün.

Nə qədər pis insan olsa belə, hər bir insanın bağışlanılmağa layiq olduğunu göstərən "A Prayer for the dying", insan iradəsinin möhkəmliyini göstərən "The Shawshank Redemption", insanın səhvlərinin onun həyatını necə məhv etdiyini ifadə edən "The Bullet", dünyaya baxışımı, ətrafda baş verənləri dərk etmə qabiliyyətimi büsbütün dəyişən "The Matrix", insan övladının başqa insana nə qədər əzazil və zülmkar ola biləcəyini biruzə verən "Schindler`s list", bir futbol klubunun cəmiyyət üçün necə böyük əhəmiyyət kəsb etdiyini və mənim də onlara qarşı hisslərimin dərinliyini sınayan "United" filmləri, sonsuz siyahımdan bəzi seçmələrdir.

Link to comment
Share on other sites

Night belə bir deyim var, "çox oxuyan çox bilməz, çox gəzən çox bilər." Fikrincə doğru deyimdir? Səyatlərin çox olub həyatinda? 

Mən bu deyimi dəyişərdim, çox gəzən yox, çox çətinliyə düşən, çox həyat təcrübəsi yaşayan çox bilər. Nəzəriyyə nə qədər güclü olsa da, praktikanın yerini verə bilməz, ona görə də çox oxumaq şərt deyil, çox yaşamaq, çox görmək, həyat təcrübəsi qazanmaq əsasdır. Mən ölkəmizdən qırağa çıxmamışam təəssüf ki, şəxsi problemlərim buna imkan verməyib, evdən uzun müddətə ayrıla bilməmişəm. Amma bu mütləq olacaq, bir neçə şəhər var ki, o şəhərləri gəzmək mənim üçün mütləqdir. İnşAllah nəsib olar.

Link to comment
Share on other sites

The Final Cut - u mən xoşlayıram, məsələn The Gunner`s dream gözəl mahnıdır...

https://www.youtube.com/watch?v=g9mhU1mm5P0

Razıyam ki, "The Dark Side of the Moon" və "The Wall" kimi şedevrlərdən sonra, bu albomlar çox zəifdir, amma yenə də onlar öz dəst xəttini saxlayıblar, buna görə bu qrupu çox xoşlayıram.

Led Zeppelin-ə gəldikdə isə, çox təəssüf ki, Con Bonem 80-ci ildə özünü məhv etdi (hələ də onu, musiqi tarixinin ən güclü udarniki sayıram, beləsi olmayacaq daha) və bununla da Led Zeppelin demək olar ki, iflasa uğradı. Amma yenə də, 80-ci illərdən sonra da bir neçə proektlər və konsertlər oldu, yəni qrupun üzvləri boş qalmadı, başqa yerlərdə özlərini sınadılar və yenə də öz dəst xətlərinə sadiq qaldılar, pop-dalğa onları ram edə bilmədi. Plantın bir neçə solo albomuna və Peycin The Firm qrupuna fikir ver, məncə gözəl proektlərdir.

Çətin sual verdin, ən azı mənim üçün. Film mənim üçün xəstəlikdir, maraqlı, xoşladığım filmləri yığmaq hobbim var, kolleksiyamda 500-ə yaxın film var. Ona görə də bircə film adı çəkmək mənə çətin olar. Mövzudan asılı olaraq bir çox xoşladığım filmlər var. Misal üçün, bir neçəsini sayım sənin üçün.

-hava

Nə qədər pis insan olsa belə, hər bir insanın bağışlanılmağa layiq olduğunu göstərən "A Prayer for the dying", insan iradəsinin möhkəmliyini göstərən "The Shawshank Redemption", insanın səhvlərinin onun həyatını necə məhv etdiyini ifadə edən "The Bullet", dünyaya baxışımı, ətrafda baş verənləri dərk etmə qabiliyyətimi büsbütün dəyişən "The Matrix", insan övladının başqa insana nə qədər əzazil və zülmkar ola biləcəyini biruzə verən "Schindler`s list", bir futbol klubunun cəmiyyət üçün necə böyük əhəmiyyət kəsb etdiyini və mənim də onlara qarşı hisslərimin dərinliyini sınayan "United" filmləri, sonsuz siyahımdan bəzi seçmələrdir.

Geniş yayılmış belə bir görüş var ki, The Final Cut Roger Waters'ın, A Momentary Lapse of Resaon isə David Gilmour-un solo albomu sayıla biləcək tərzdədir. Həmin dövrdə qrupdakı ab-havanı nəzərə alanda heç də haqsız bir fikir deyil, məncə. Qrupun əsl dəsti-xətti bu iki şəxsin balanslaşmasında üzə çıxırdı. Biri olmasa, balans pozulmuş olur :)

Led Zeppelin üzvlərinin solo karyerasını incələməmişəm heç. Qrupun "sehrinin" qaçacağından ehtiyat eləmişəm :)

Hanısa musiqini dinlərkən onu ifa etmək kimi bir həvəs yaranırmı heç? Ümumiyyətlə, musiqi ilə məşğul olmusanmı, və ya olursanmı? Çünki rok musiqisi insanı buna yönəldir əksər hallarda ))

Link to comment
Share on other sites

Meselen hansi sheherleri gezmek senin uchun mutleqdir?

Belə deyim də, bir neçə şəhərə baş çəkməyi özümə məqsəd, bir neçəsini isə arzu hesab edirəm.

Mütləq sayılacaq şəhərlər Qüds və Məkkə (dinin tarixinə marağım olduğuna görə), Mançester ("The theatre of dreams"-da olmaq istədiyimə görə), Çernobl və Pripyat ( 30 il cəmiyyətdən kənar qalmış ruh şəhərləri görmək üçün) kimi şəhərlərdir.

Arzulanacaq şəhərlər isə gözəl təbiətinə görə Reykyavik və Vellinqtonu görmək istərdim, həmçinin də, keçmişin tarixi abidələrini qoruyub saxlayan bir çox avropa şəhərlərini, məsələn, Paris, London, Vyana, Roma, Afina.

Düzdür, həmin dövrdə bu iki dahinin arası çox pis idi, hətta o dərəcədə ki, onlar albomun yazılışı zamanı heç vaxt studiyada bir yerdə olmayıblar, yəni yazılışda növbə ilə iştirak ediblər. Ona görə də albomlar bir birindən fərqli, hərəsində birinin dəst xətti qeyd olunur. Hər bir qrupun uğurlu bir dövrü olur, pik dövrü, sonra isə artıq söz-söhbət, məşhurluq, KİV, qadınlar araya qarışır və qrupun sonu olur. İstənilən məşhur kollektivlərin dağılmasına səbəb həmişə ya qadın, ya bölə bilmədikləri şöhrət, ya da ki, KİV-in şayiələri olub.

Led Zeppelin - i çox bəyənirəm. Jimmi Peyc mənim üçün tarixin ən güclü gitaristidir. Bəlkə də ağlım çaşıb, amma onu hətta Hendriksdən də üstün sayıram. Yəqin ki, onun "Stairway to heaven" solosunu görməmiş olmazsan.

https://www.youtube.com/watch?v=9Q7Vr3yQYWQ

Digər tərəfdən də "Bonzo", 30-40 il keçməsinə baxmayaraq hələ də musiqi tarixinin ən güclü udarniklərinin siyahısında ilk pillədədir. Heyf ki, içkiyə qurşandı və özünü məhv etdi. Son konsertini görənlərin danışdıqlarına görə, öldüyü gecə ən azından 5-6 litr təmiz viski içmişdi, konsertin gedişatında. Bu artıq ağılsızlıqdır. Bununla da həm özünü, həm bu cür fantastik bir qrupu məhv etdi. Ondan sonra Led Zeppelin nə qədər çalışsa da düzəlmədi.

Çox olub belə anlar, gitarada bir çox mahnıların solo hissələrini ifa etmək istəmişəm, gitaram da var, sadəcə vaxt olmur ki, oturum, ciddi surətdə məşğul olum. İndiki dövrdə ən xoşladığım solo gitarist Tommy Morellodur. Nightwatchman da onun ləqəbidir, belə bir açıqlama da edim, nikim haqda, yəqin ki, çoxları bilmir...))))))

Bir qrupun yaradıcılığını zirvədə saxlayıb dağılması düzgün bir hərəkətmi olardı? Yəni əgər hiss etsələr ki, növbəti addım artıq enişə doğru gedir, bu addımı atıb gözdən düşməkdənsə, o addımı heç atmamaları daha yaxşı olardı məncə. Məsələn, The Beatles. Cəmi 10 il müddətində fəaliyyət göstəriblər və dayandırıblar :)

Etiraf edim ki, Tom MorelloRage Against the Machine dinləməmişəm. Cəmi bir mahnı: Wake up. O da The Matrix filmində eşidib bəyənmişdim deyə )). Nightwatchman'in tarixçəsini də öyrənmiş olduq beləcə :)

P.S. Cimi Peyc Hendriksdən daha melodikdir, məncə. Bu baxımdan mən də Peycə üstünlük verərdim :)

Edited by Museyib Elekber

Hm, maraqlı fikirdir, bununla bir neçə dəfə futbolda rastlaşmışam, adətən məşhur futbolçulara belə deyirlər ki, gördün ki, zəifləyirsən, karyeranı bitir ki, həmişə yaddaşlarda güclü qalasan. Bu həqiqətən də belədir, misal üçün iki qapıçını müqayisə edim. Bir vaxtlar İngiltərənin çox güclü bir qapıçısı var idi, Devid Simen. Onu Piter Şiltondan sonra ən güclü ingilis qapıçı sayırdılar, həqiqətən də çox cüssəli, eyni zamanda da pişik kimi qıvraq idi. Amma o 40 yaşınadək oynadı və karyerasının sonlarında elə axmaq səhvlər buraxdı ki, bütün tarixini məhv etdi, gülüş mənbəyinə çevrildi. Bir vaxtlar isə mənim sevimli qapıçım Van der Sar var idi. O, oynadığı vaxtlarda Simen kimi məşhur deyildi, amma futboldan elə vaxtda getdi ki, indiyədək onu xatırlayırlar. Bax belə. Amma yenə də, biz bu qrupların içində deyilik, orda baş verənləri bilmirik, qıraqdan baxıb mülahizə yeritmək çox asandır. Bildiyimizdən qat-qat çox bilmədiyimiz var.

The Matrix-ə baxmısansa demək Wake up-dan başqa bir mahnılarını da eşitmisən, Calm like a bomb da onların mahnısıdır. Onların musiqiləri çox dəlisovdir, pank-rokdur, hər adamın hövsələsi çatmaz qulaq asmağa. Məndə onlara rəğbət, musiqidən çox, onların sosial fəaliyyətinə görə yaranıb. 4 cavan oğlan dünyanı bir-birinə qarışdıran ABŞ-a qarşı çıxıblarsa, bu ən azından hörmətə layiqdir. Rage Against The Machine adının mənası, "maşına" yəni ABŞ-a qarşı mübarizə deməkdir. Onlar daim siyasi məhbusları, qaçqınları, ABŞ hakimiyyətindən əziyyət çəkən xalqları dəstəkləyiblər musiqiləri, konsertləri və yığdıqları pullarla. Bəlkə də dünyada yeganə qrup olublar ki, konsertdən və disk satışından, yəni musiqidən gələn gəliri özlərinə götürməmiş, tam olaraq özlərinin yaratdıqları "Shelter" (mənası sığınacaq deməkdir) fonduna köçürmüş və qaçqınlara, siyasi məhbuslara kömək etmişlər.

Bu da siyasi kliplərindən biri.

https://www.youtube.com/watch?v=5nQUlbKdc74

P.S. Demək sən də mənimlə razısan? Əla!

Doğrudur, kənardan hər şey sadə görünür :)

Punk rok olaraq dinlədiyim ancaq Green Day olub, o da ikicə albomu. Bu janrda o qədər də hiss edə bilmədim özümü, ona görə də çox baş qoşmadım. İki albom isə qrupun şahəsərləri sayılır: American Idiot21st Century Breakdown. Qeyd edim ki, Green Day-in də Know your enemy adlı mahnısı var :). 

İnternet zəifdir deyə mahnıları dinləmək olmur. Dinləyib fikir bildirəcəm :)

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Belə deyim də, bir neçə şəhərə baş çəkməyi özümə məqsəd, bir neçəsini isə arzu hesab edirəm.

Mütləq sayılacaq şəhərlər Qüds və Məkkə (dinin tarixinə marağım olduğuna görə), Mançester ("The theatre of dreams"-da olmaq istədiyimə görə), Çernobl və Pripyat ( 30 il cəmiyyətdən kənar qalmış ruh şəhərləri görmək üçün) kimi şəhərlərdir.

Arzulanacaq şəhərlər isə gözəl təbiətinə görə Reykyavik və Vellinqtonu görmək istərdim, həmçinin də, keçmişin tarixi abidələrini qoruyub saxlayan bir çox avropa şəhərlərini, məsələn, Paris, London, Vyana, Roma, Afina.

Maraqlı şəhər adları çəkdin. Allah arzularına çatdırsın. Məkkəyə niyə ibadət üçün yox, dinin tarixinə olan maraq üçün getmək istəyisən? )) 

İmanın həmişə olub yoxsa hansısa hadisədən, hansısa kitabdan sonra dinə iman və maraq yaranıb səndə? 

Link to comment
Share on other sites

Maraqlı şəhər adları çəkdin. Allah arzularına çatdırsın. Məkkəyə niyə ibadət üçün yox, dinin tarixinə olan maraq üçün getmək istəyisən? )) 

İmanın həmişə olub yoxsa hansısa hadisədən, hansısa kitabdan sonra dinə iman və maraq yaranıb səndə? 

Çox sağ ol.

Çünki, Məkkəyə həcc ziyarətinə gedən şəxs tam təmiz, pak insan olmalıdır ki, bu ziyarəti etsin. Özümü belə şəxs saymıram hələ ki, nə vaxtsa bütün səhvlərimi düzəldə bilsəm, onda həcc ziyarətinə gedərəm. Daha indiki "həcilər" kimi titul dalınca yox.

Baxır iman deyəndə nəyi nəzərdə tutursan. Allahın, yaradanın varlığına həmişə inanmışam, bu dünyanı mütləq kimsə idarə edir. Lakin çox təəssüf ki, din anlayışı, kütləni idarə etmək üçün böyük adamların əlində oyuncağa çevrilib, kim necə istəyirsə, o cür də fırladır. Həqiqətin, ədalətin hansı tərəfdə olduğunu anlamırsan. Ona görə də dinin tarixi mənə çox maraqlıdır. Moskvadan bir kitab sifariş etmişdim, hardasa 2-3 il əvvəl, Karen Armstronqun "Qüds. Bir şəhər, üç din" əsəri. Maraqlı əsərdir, tarix boyu eyni bir şəhərdə yaranmış və inkişaf etmiş üç dünyavi din. Həqiqətən də qeyri-adi şəhərdir Qüds.

Bir dəfə Sunyataya demişdim, ona paxıllıq edirdim orda olduğuna görə...)))

Tam təmiz və pak insan olmur, insan günahkar məxluqdur. Əgər heç kimin haqqına girməmisənsə Həcc və başqa ibadətlər günahları yuyur, gələcək səhvlərdən çəkindirir. 

İman dedikdə dinə iman nəzərdə tuturdum. Dinə iman da həmişə olub?

Balaca adamlar dini özlərinə sərf edən kimi fırladır, o ki qaldı böyük adamlar olsun ))) Niyyəti təmiz olan, nəfsinə qul olmayan, islami elm kimi öyrənən insan haqqı batildən ayird edə bilir inşaAllah. 

İslam dininin 2 ziyarətgahinin adını çəkdin Məkkə və Qüds, Bəs 3-cü ziyarətgah olan Mədinə şəhəri, peyğəmbərimizn qəbri və məscidi? 

Əlbəttə, tam günahsız insan yoxdur, bunu demədim, sadəcə hər bir insan özü özlüyündə nə qədər pak olduğunu bilir, çünki kimi aldatsan da, vicdanı aldatmaq mümkün deyil, ona görə də özümü nə vaxt hazır sayaramsa, onda o da qismət olar.

Bəli, həmişə olub, uşaqlıqdan bunu görüb-götürmüşəm, yəni SSRİ dövründə çox yayılmış olan ateizm ab-havasında böyüməmişəm, ailədə, qohum-əqrəbada həmişə imanlı insanlar olub.

Haqqı nahaqdan ayırmaq üçün, insan gərək özü də ədalətli olsun, nəfsinə qalib gələ bilsin, səhvlərdən çəkinsin, bu asan məsələ deyil, mən hələ ki, bunu bacarmıram, düzünü deyim.

Mən mütləq olanları dedim, Qüds ilk, Məkkə son qiblədir, hər iki şəhər dinin mərkəzidir. Mədinə isə dediyin kimi peyğəmbərimizin şəhəridir. Fikirləşirəm ki, Məkkəyə gedən insan üçün Mədinə elə də uzaq olmaz, ora da baş çəkmək olar.

Edited by Nightwatchman

Hə, indi fikrin aydin oldu. Yəni Həcc ziyarətini ixlasla yerinə yetirməyin üçün imanının daha yüksək olması lazimdir. Haqlısan. İman artib azalandır. İmanı artirmaq üçün Allahı daha çox zikr etmək lazimdir. Yuxarıda yazdiğin kimi sənə bu dünya yox, bundan sonra olan maraqlıdırsa arzu edirəm ki Allah imanını artirsin.

Görürəm musiqiyə xüsusi marağın var, hətta müsahibəndə də musiqi fasiləsi edirsən )) Bəs səncə musiqi insanı zikrdən yayındırmir? Qəmli musiqi insanı səbr etməkdən, şən musiqi şükr etməkdən uzaqlaşdırır. Rok musiqisi də sanki insana deyir Allaha üsyan et )) Bəs sənə necə təsir edir musiqi? Hansı hisslər yaradır səndə? Musiqi insanın davranışına təsir edir səncə? İnsan adi vaxtda etməyəcəyini musiqinin təsirindən sonra edə bilər? 

Link to comment
Share on other sites

Deyesen ilk defe kiminse müsahibəsini başdan sona kimi oxudum..

Maraqlı insansan, səninlə deyəsən mövzularda heç rastlaşmamışıq..

Mançester Yunaytedə azarkeşlik etdiyin açıq aydın hiss olunur..İnşallah arzuna çatarsan, gedib Old Traffordda Runinin canlı oyununa baxarsan..

İngiltərədə ən çox hörmət etdiyim, tarixinə və köklü olmasına görə sevdiyim yeganə birinci klubdur..

Sənə suallarım sonra olacaq..İlk sadə sualim ise beledir?

Futbolçu olsaydin meyanda hansı ampluada oyanayardin?

Link to comment
Share on other sites

Çox sağ olun Ceylin, mən də Sizə hər şeyin ən yaxşısını arzu edirəm.

Disputa gəlişim bir sosial fəaliyyətimlə əlaqədardır, hansı ki, indi də davam edir. Bu xeyriyyəçiliklə əlaqədardır, bəzi userlər bilir, bəziləri yox, amma bu haqda çox danışmaq istəmirəm, reklam olmasın. Sadəcə bizə virtual bir platforma lazım idi, disput isə ölkədə sayılıb seçilən, izləyici toplayan forumdur. İlk əvvəl sırf öz fəaliyyətim və buna aid mövzularda yazmışam. Sonra isə yavaş-yavaş disput məni özünə çəkib, başqa mövzulara da qarışmışam, fikir bildirmişəm. Beləcə, forumun aktiv useri olmuşam. AzForuma gəlişimi də yuxarıda qeyd etmişəm.

Disput mənim üçün nədir - sözsüz ki, elə başlıca səbəb elə registrasiya olunmağıma səbəb olan sosial fəaliyyətdir, bunsuz özümü təsəvvür etmirəm. Bundan başqa isə, bu 5 il ərzində burda maraqlı dostlar tapmışam özümə, hansılarla ki, real həyatda dostluq edirik. Maraqlı forumdur, fikirlərimi, dünyaya baxışımı bölüşürəm, həmçinin də, çoxlu yeni şeylər öyrənirəm. Buna görə forumun administrasiyasına minnətdaram.

P.S. Həyatda məni tanısaydız, belə fikirləşməzdiz...)))

Ne gozel!Chox xeyirxah bir ish uchun vasite olub demek ki forum sizin uchun.

Sehv etmiremse qiz ovladiniz oldugunu qeyd etmishdiniz daha evveller,Allah salamat boyutmenizi nesib etsin! Ataliq duygulariniz haqqindaki fikirlerinizi bolushmenizi isterdim,eger mumkunse.

Size gore nedir ovlad? Onun varligi size ne verdi?

Link to comment
Share on other sites

Yağışı sevirəm, yağsın, problem yox...)))

Çox sağ ol İynəcik, hər bir xoş sözə görə təşəkkür.

1. Bu dünya rahatlıq üçün deyil məncə, bu dünya bir keçiddir, bacardığın qədər yığıb özünü sonraya hazırlamaq üçün. Mənəvi rahatlığı o dünyada taparıq inşAllah...

2. Şikayətçiyəm. İş ondadır ki, savad, oxumaq tək-tük şeylərdəndir ki, zamana tabe deyil, yəni oxumaq heç vaxt gec deyil. Sənə oxumağa nə mane olur ki, şükür Allaha evdar xanımsan, oğlun artıq o yaşdadır ki, dalınca qaçmaq lazım deyil. Həftəyə bir kitab oxusan, geridə qalanları haqlayarsan. Müsahibənin savada dəxli yoxdur, sual verən userlər də sənin kimi sadə insanlardır, burda sənə elmi sual verən olmayacaq. Tak çto müsahbəni gözləyirik.

3. Maraqlı müqayisədir, ruh var, amma tək-tük adam onu görüb. Mən isə fərqli düşünürəm. Məncə ruh var, amma biz insanlara onu görmək nəsib deyil, gördüm deyənlər isə yanılırlar, məncə heç ruhun anlayışını bilmirlər, ona görə də ona oxşar bir şey görüb, onu gördüyünə inanırlar. Eyni ilə, sevgi haqda da belə fikirləşirəm. Sevgi varsa da, bizlik deyil.

bu fikirlə razı deyiləm

təbii ki, hər insan sevə bilmir, sevsə də, sevgini qoruyub saxlaya bilmir. Nədənsə insanlarda sevgi = əbədiyyət kimi anlaşılır. Amma bele deyil - biz bilməliyik ki, sevgi də müddətlidir. Amma onun qısa və ya uzun müddətli olması insan ürəyinin genişliyindən, səmimiliyindən asılıdır.

yalnız ürəyi olan insan sevə bilər. Deyə bilərsiz - ürək hamıda var.......... düzdür, bir orqan, qanı damarlara qovan orqan kimi ürək hamıda var, amma sevgi ocağı, sevgi xəzinəsi kimi ürəklər çox azdır.

Link to comment
Share on other sites

Xarizma elə bir şeydir ki, əgər insan müəyyən kütlənin başında olmaq istəyirsə ona lazımdır, yox əgər o kütlənin içində qarışmaq istəyirsə ona lazım deyil. Xarizmatik insan, öz sözü ilə, hərəkəti ilə insanları özünə inandıran, öz arxası ilə aparan insandır. Onun ideyası var, o ideyasına inanır, sözünə hörmət edir və başqalarını da hörmət etməyə məcbur edir. Belə insanlar lider olur, onlar idarə edir, daim yuxarıya doğru qalxır həyat pilləkanında. Belə insanlar həmişə hörmətə layiqdir, baxmayaraq ki, ideyaları ilə razılaşmaq olmur.

Zahirən təyin etmək mümkün deyil, məncə bunu insanlar danışdıqdan sonra müəyyən etmək olar. Ümumiyyətlə insanın xarici görünüşü lazımsız bir şeydir mənim üçün. Ola bilər insan zahirən çox gözəl və ya çox zəhmli olsun, amma onunla bir-iki kəlmə kəsəndən sonra onun bu gözəlliyi və zəhmi itmiş olsun. Danışığını bilməyən, intellektual cəhətdən zəif olan, ideyası olmayan insan mənim üçün xarizmatik insan deyil. Mən şəxsən onun arxasınca getmərəm.

intellekt gözəl duyğusal ürəklə həmdəm olanda - xarizma tam özünü büruzə verir məncə. İdeyalara gəlincə, hər ideya qəbul edilən deyil......... elə ideya ola bilər ki, zahirən insanlıqdan çıxış edir sanki, fəqət kökündə əzazil, insanın ruhunu dağıdan, məhv edən nələrsə dayana bilər......

Həm də düşünürəm ki, xarizmatik insanın içi qeyri-ixtiyari zaahirində də görünməkdədir.... Zahiri yaraşıqda yox - qamətində, hansısa jestində, baxışında, sözündə.......

cox danisiram deyəsən)))))))))))

amma yenə sualım olacaq

qoy əvəəlki postları oxuyum, sonra.....

Link to comment
Share on other sites

Çox xoşbəxt adam olmusan. Mən kitabxanalara girəndə, orda işləyən işçilərə paxıllıq etmişəm həmişə, neçə dəfə olub ki, gecə orda qalmaq istəmişəm, kitabaları vərəqləmək istəmişəm. İndi mənim özümün kitabxanam var...))) Balaca olsa da, var...

Oğurlamışam, özü də çox..... :blush: İndiyədək, kitabxanamda, kitabxana nömrəsi ilə olan kitablarım var...)))

Sen de xoshbext adam olmusan, Monika Beluccini yaxindan gormusen. Menim nezerimde o, esl gozel, cazibedar, fusnkar, ecazkar qadin simvoludur. :)

Красивая женщина для глаз — рай, для души — ад, а для кармана — чистилище. Sence nece, gozel qadin qelb uchun cehennemdir?

Link to comment
Share on other sites

Monica Belluci dediniz, bir qrup yoldasim yadima dusdu. O da perestiskarlarindan idi. Bir defe dersde Monicani gormek uchun neler elediyini bezeye bezeye ele danismisdi ki, gulmekden gozumden yash gelmisdi. Emelli bashli macera yashamisdi hemin gun ))).

Yuxarida qruplardan xeyli sohbet getdi, onlarin dagilagindan filan. Eger yukselisde olan bir qrupun uzvu olsaydin, diger uzvlere zirvede saxlayib dagilmaq uchun tekid ederdinmi? :)

Link to comment
Share on other sites

Hə, indi fikrin aydin oldu. Yəni Həcc ziyarətini ixlasla yerinə yetirməyin üçün imanının daha yüksək olması lazimdir. Haqlısan. İman artib azalandır. İmanı artirmaq üçün Allahı daha çox zikr etmək lazimdir. Yuxarıda yazdiğin kimi sənə bu dünya yox, bundan sonra olan maraqlıdırsa arzu edirəm ki Allah imanını artirsin.

Görürəm musiqiyə xüsusi marağın var, hətta müsahibəndə də musiqi fasiləsi edirsən )) Bəs səncə musiqi insanı zikrdən yayındırmir? Qəmli musiqi insanı səbr etməkdən, şən musiqi şükr etməkdən uzaqlaşdırır. Rok musiqisi də sanki insana deyir Allaha üsyan et )) Bəs sənə necə təsir edir musiqi? Hansı hisslər yaradır səndə? Musiqi insanın davranışına təsir edir səncə? İnsan adi vaxtda etməyəcəyini musiqinin təsirindən sonra edə bilər? 

Çox sağ ol.

Mən bir dəfə elə bu forumda hansısa mövzuda yazmışam ki, musiqi bəşəriyyətin kəşf etdiyi ən mühüm bir ünsürdür məncə. Görəsən musiqi olmasa idi, həyat mümkün olardımı? Dində musiqinin bəyənilməməsini qəbul etmirəm, insanın imanı güclü olsa, heç bir şey onu zəiflədə bilməz, həmçinin də musiqi. Musiqi, düzgün dinləniləndə, yerində dinlənilənd əksinə insana kömək olur, ruhlandırır, ilhamlandırır. Mənə musiqi çox gözəl təsir edir, çünki, əhvaldan asılı olaraq müxtəlif janrlara qulaq asıram. Klassik musiqi insanın yorğunluğunu alır, caz insanı keçmişə qaytarır, problemləri unutdurur, rok insanı ruhlandırıb qələbələrə kökləyir. Musiqinin insana ziyanı yoxdur, qəti yoxdur.

Link to comment
Share on other sites

Deyesen ilk defe kiminse müsahibəsini başdan sona kimi oxudum..

Maraqlı insansan, səninlə deyəsən mövzularda heç rastlaşmamışıq..

Mançester Yunaytedə azarkeşlik etdiyin açıq aydın hiss olunur..İnşallah arzuna çatarsan, gedib Old Traffordda Runinin canlı oyununa baxarsan..

İngiltərədə ən çox hörmət etdiyim, tarixinə və köklü olmasına görə sevdiyim yeganə birinci klubdur..

Sənə suallarım sonra olacaq..İlk sadə sualim ise beledir?

Futbolçu olsaydin meyanda hansı ampluada oyanayardin?

Çox sağ ol...

Mankunianam, bəli. Bir dəfə belə bir ifadə eşitmişdim, mankunian olmaq azarkeşlik deyil, mankunian olmaq imtiyazdır. Həqiqətən də belədir, bu azarkeşlikdən də üstündür. Old Trafforda getməkdə məqsəd Runini görmək deyil, Old Traffordun özünü, klubu, muzeyi görmək, o ab-havanı hiss etməkdir. Çox təəssüf ki, indi futbol çox ucuzlaşıb və indiki ulduzlar insanda əvvəlki tək heyrət hissi oyatmır. Mən təxminən 18-19 ildir ki, bu klubu izləyirəm, mən gördüyüm ulduzların arasında Runi heç kimdir.

Yunaytedin tarixi həmişə insanlarda rəğbət oyadıb, onların keçdikləri yol, çətinliklər, adət-ənənə, Münhen faciəsi, Yunayted azarkeşi olmayan insanların da onlara hörmət etməsinə gətirib çıxarıb.

Futbolçu olmuşam, professional dərəcədə o qədər də irəli gedə bilməsəm də, həvəskar kimi həmişə oynamışam, indi də, ən azından həftədə bir dəfə oynayıram. Ampluaya qaldıqda isə, Skoulzun pozisiyasında oynayıram həmişə, yəni mərkəzi yarımmüdafiəçi, hansı ki, müdafiə zamanı müdafiəyə, hücum zamanı isə hücuma kömək edir. Bu pozisiya bütün oyunu idarə etməyə və baş verənlərin hamısını görməyə imkan verir.

Link to comment
Share on other sites

Ne gozel!Chox xeyirxah bir ish uchun vasite olub demek ki forum sizin uchun.

Sehv etmiremse qiz ovladiniz oldugunu qeyd etmishdiniz daha evveller,Allah salamat boyutmenizi nesib etsin! Ataliq duygulariniz haqqindaki fikirlerinizi bolushmenizi isterdim,eger mumkunse.

Size gore nedir ovlad? Onun varligi size ne verdi?

Bəli, çox gözəl bir qızım var. Allah hamıya qismət etsin, hamının övladını qorusun. Mən o qədər xəstə, əlacsız, ölüm ayağında olan uşaq görmüşəm ki, həmişə arzu edirəm ki, heç bir valideyn övlad əzabı çəkməsin. Övladın əldən getdiyini görmək, bunun qarşısında əlacsız olmaq ən böyük dərddir bəlkə də. Övladına görə elə şeylərə gedən insanlar var ki, bunun mümkün olduğunu belə dərk etmək çətindir.

Övlad məncə bir hədiyyədir, hər bir adama qismət olmur. Digər tərəfdən isə övlad bir sınaqdır, hər bir insan sınanır bununla. Övlad bir imtiyazdır cəmiyyət qarşısında, insan övladı özü üçün yox, cəmiyyət üçün böyüdür, sabah cəmiyyətə ziyan verən övlad olsa, demək ki, valideyn öz borcunu yerinə yetirə bilməyib. Allahdan övlad istəmək düzgün deyil, mən də həmişə fərqində olmamışam, sadəcə sağlam olmasını istəmişəm. Amma yenə də qəlbimin ən ucqar nöqtəsində qız istəmişəm, özü də elə gözəl olmasını istəmişəm ki, görən valeh olsun. Şükürlər olsun ki, Allah arzumu eşidib...))) Qızım olandan sonra məsuliyyətim artıb, ağılsız hərəkətlərim azalıb, məndən asılı bir köməksiz insanın olduğunu bilərək, bir çox şeylərdən çəkinmişəm. Həmçinin də, cəmiyyət qarşısında imtiyazlarım artıb, cəmiyyətimizə xeyir verə biləcək bir insan tərbiyə etməliyəm. Xoş anlar, güldüyüm anlar da artıb, nə də olmasa, balaca uşaq meymundur, min oyundan çıxır, insanın kefi olmayanda belə, insanı güldürür, kefini düzəldir. Xülasə, yalnız müsbət məqamları qeyd edə bilərəm, Allah hamıya qismət etsin.

Link to comment
Share on other sites

bu mənim ən çox sevdiyim mahnılardandı.... vaxt vardı - bütün günü qulaq asırdım...

2.30-dan baslanan hisse

))) We don`t need your education!

Pink Floyd dahi bir qrupdur. Onların hər bir musiqisi, musiqinin sözləri fəlsəfədir, elə belə sözlər deyil. Bu mahnı, qeyri-adi "The Wall" rok-operasının bir hissəsidir. Həmçinin, hesablamalara görə, Pink Floyd, musiqi tarixi ərzində, mahnılarında ən çox söz istifadə etmiş qrupdur.

Məndən Sizə ərməğan, daha bir şedevr.....zaman haqqında

http://www.youtube.com/watch?v=9rNr2pBexMU

Link to comment
Share on other sites

bu fikirlə razı deyiləm

təbii ki, hər insan sevə bilmir, sevsə də, sevgini qoruyub saxlaya bilmir. Nədənsə insanlarda sevgi = əbədiyyət kimi anlaşılır. Amma bele deyil - biz bilməliyik ki, sevgi də müddətlidir. Amma onun qısa və ya uzun müddətli olması insan ürəyinin genişliyindən, səmimiliyindən asılıdır.

yalnız ürəyi olan insan sevə bilər. Deyə bilərsiz - ürək hamıda var.......... düzdür, bir orqan, qanı damarlara qovan orqan kimi ürək hamıda var, amma sevgi ocağı, sevgi xəzinəsi kimi ürəklər çox azdır.

Fikirlərimiz müxtəlif ola bilər, hər bir insan sevgini bir cür qəbul edir, mənim baxışım belədir.

Əsl sevgi məncə orta əsrlərdə olub, o vaxt ki, insanlar onu dərk etmək qabiliyyətinə malik olublar, ona görə də o vaxtlar Şekspirin əsərləri dəbdə olub. Sevgi məncə ətraf cəmiyyətin vəziyyətindən də asılıdır, sevgi bir hissdir, biz isə müasirləşmişik, robotlaşmışıq. "Matrisa"-da belə bir sitat var, istiqanlı insanı soyuq maşından fərqləndirən, insanın hisslərə malik olmasıdır. Biz isə artıq soyuq maşınlara çevrilirik getdikcə. İş-ev prinsipi ilə yaşayırıq, bir çox imtiyazlarımız var, hisslərə vaxt qalmır. Beləcə sevgi də yox olub gedir.

Link to comment
Share on other sites

intellekt gözəl duyğusal ürəklə həmdəm olanda - xarizma tam özünü büruzə verir məncə. İdeyalara gəlincə, hər ideya qəbul edilən deyil......... elə ideya ola bilər ki, zahirən insanlıqdan çıxış edir sanki, fəqət kökündə əzazil, insanın ruhunu dağıdan, məhv edən nələrsə dayana bilər......

Həm də düşünürəm ki, xarizmatik insanın içi qeyri-ixtiyari zaahirində də görünməkdədir.... Zahiri yaraşıqda yox - qamətində, hansısa jestində, baxışında, sözündə.......

cox danisiram deyəsən)))))))))))

amma yenə sualım olacaq

qoy əvəəlki postları oxuyum, sonra.....

İntellektin mənbəyi beyin, duyğuların mənbəyi ürəkdir. Çox nadir insanlar ürəklə beyini bir-birinə uzlaşdıra bilib, ona görə də belə insanları görmək çox çətindir. Amma güclü xarizmaya malik olmaq üçün, ürəkdən imtina edib, beyini seçmək mütləqdir, çünki xarizmatik insan daim seçim etməli olur, seçim isə çox çətindir, duyğular insanı çaşdıra bilər. XX əsrin əvvəllərində, ABŞ-da mafiyanın geniş yayılması vaxtında, mafioz insanları belə yoxlayırdılar, onlar ən yaxın dostlarını öldürməyə məcbur edirdilər, əgər sən duyğularına hakim ola bilmirsənsə, sən xarizmatik insan ola bilmərsən prinsipi ilə.

Xarici görünüşlə də razı deyiləm. Dediyim kimi, xarizmatik insanın ağlı, sözü, ideyası olmalıdır, bu olan yerdə, xarici görünüşündən asılı olmayaraq, insanlar onun arxası ilə gedəcək. Hitler və Napoleon buna nümunədir.

Buyurun, danışın, problem yoxdur...)))

Link to comment
Share on other sites

Sen de xoshbext adam olmusan, Monika Beluccini yaxindan gormusen. Menim nezerimde o, esl gozel, cazibedar, fusnkar, ecazkar qadin simvoludur. :)

Красивая женщина для глаз — рай, для души — ад, а для кармана — чистилище. Sence nece, gozel qadin qelb uchun cehennemdir?

Maraqlı ifadədir. Yəqin nəzərdə tutulub ki, gözdə gözəllikdən nə qədər həzz alsan da, qəlbdə, bu gözəlliyin başqalarının da gördüyünü və qiymətləndirdiyini bilərək əzab çəkirsən. Bu fakt olmağına faktdır, yanında gözəl qadın olanda istər istəməz bilirsən ki, digər insanların da diqqəti onun gözəlliyindədir, çünki gözəlliyi hər kəs görür, tək sən yox. Amma məncə, əgər özün özündə əminsənsə, yanındakı qadında əminsənsə, etibar edirsənsə, demək ki, arxayın olmalısan, əzab çəkməməlisən, cəhənnəmdə yox, cənnətdə olmalısan tam rahatlıqla. Hər şey inamdan, etibardan asılıdır.

Link to comment
Share on other sites

Çox sağ ol...

Mankunianam, bəli. Bir dəfə belə bir ifadə eşitmişdim, mankunian olmaq azarkeşlik deyil, mankunian olmaq imtiyazdır. Həqiqətən də belədir, bu azarkeşlikdən də üstündür. Old Trafforda getməkdə məqsəd Runini görmək deyil, Old Traffordun özünü, klubu, muzeyi görmək, o ab-havanı hiss etməkdir. Çox təəssüf ki, indi futbol çox ucuzlaşıb və indiki ulduzlar insanda əvvəlki tək heyrət hissi oyatmır. Mən təxminən 18-19 ildir ki, bu klubu izləyirəm, mən gördüyüm ulduzların arasında Runi heç kimdir.

Yunaytedin tarixi həmişə insanlarda rəğbət oyadıb, onların keçdikləri yol, çətinliklər, adət-ənənə, Münhen faciəsi, Yunayted azarkeşi olmayan insanların da onlara hörmət etməsinə gətirib çıxarıb.

Futbolçu olmuşam, professional dərəcədə o qədər də irəli gedə bilməsəm də, həvəskar kimi həmişə oynamışam, indi də, ən azından həftədə bir dəfə oynayıram. Ampluaya qaldıqda isə, Skoulzun pozisiyasında oynayıram həmişə, yəni mərkəzi yarımmüdafiəçi, hansı ki, müdafiə zamanı müdafiəyə, hücum zamanı isə hücuma kömək edir. Bu pozisiya bütün oyunu idarə etməyə və baş verənlərin hamısını görməyə imkan verir.

Men ozum de 1996-dan bu yana Yuventus azarkesiyem..Del Pieronun cerime zerbeleri ile boyuyub gencliyimi kecirmisem..))))Yuventusla coz usulmusem..Cox finallar gormusem..İngilterede Mancester koklu klub oldugu oldugu kimi İtaliyada Yuventusdur..))

Men ozum de senin kimi futbolcu olmusam..Yarimmudafiede oynamisam indi de senin kimi her hefte oynayiram..)suretli, qacçagi seven ve mubarizeden hec vaxt cekinmediyimden dagidici yarimmudafieci kimi oyanayiram..oma gore sene bu suali verdim..oxsar  cehetlerimiz coxdur..cox isteyerdim  bir gun forumun oglanlari yigisib futbol oynasin, qizlari da yigisib bize azarkelik etsinler ))onda esl mehribanciliq olardi..

Link to comment
Share on other sites

Monica Belluci dediniz, bir qrup yoldasim yadima dusdu. O da perestiskarlarindan idi. Bir defe dersde Monicani gormek uchun neler elediyini bezeye bezeye ele danismisdi ki, gulmekden gozumden yash gelmisdi. Emelli bashli macera yashamisdi hemin gun ))).

Yuxarida qruplardan xeyli sohbet getdi, onlarin dagilagindan filan. Eger yukselisde olan bir qrupun uzvu olsaydin, diger uzvlere zirvede saxlayib dagilmaq uchun tekid ederdinmi? :)

Danış biz də gülək də, yoxsa bu sirrdir? :)

Hm, rok qrupun üzvü olmaq? Vau, bu bir fantastik röyadır...))))) Belə bir şəraitdə olsaydım əgər, yaradıcılığını çox bəyəndiyim Deymon Albarnın metodundan istifadə edərdim. İstənilən halda, hər bir qrupun sonu olur, bu zaman mənim fikrimcə qrupa müəyyən bir dəyişiklik, perezaqruzka lazımdır. Məsələn, Deymon ilk əvvəl Blur-da başladı, bir neçə albom buraxdılar, sonra hiss etdilər ki, qrupun sonu yaxınlaşır, yeni ideya lazımdır, bununla da The Gorillaz proekti yarandı, indiyədək Ginnesin rekordlar kitabında qalmış bir qrup, yəni ki, rəsmi üzvləri olmayan, animation çəkilmiş üzvlərdən ibarət qrup həm disk buraxır, həm konsert verir, həm də ki, pərəstişkar yığır. Bu ideyanın da köhnəldiyini görən Albarn, yenə də zəkasını işə saldı və The Good, the Bad and the Queen proekti yarandı. Məncə bu ən maraqlı üsuldur, yeni ideya, yeni üsul, yeni proekt. Mən belə edərdim.

Link to comment
Share on other sites

qadına nəyi (hansı hərəkəti) bağışlamaq olar, hansını olmaz?

kişiyə nəyi bağışlamaq olar, nəyi olmaz?

Hm, çətin sualdır, bütün xüsusiyyətləri indi yada sala bilmərəm, amma bildiyimi qeyd edim.

Məncə, qadına, ona xas olan küsəyənliyi, kaprizləri, şıltaqlığı bağışlamaq olar. Bağışlamaq olmaz isə, məncə, kişiyə qarşı hörmətsizliyi, ifrat açıq-saçıqlığı(hərəkətlərində, danışığında, geyimində) və özünü alçaltmağa imkan verməsini. Qadın həmişə ali varlıq olduğunu dərk etməli, özünə hörmət etməli və hörmət gözləməlidir. Birdə, danışığına fikir verməyən, söyüş söyən qadınları qəbul etmirəm, bu onlara yaraşmır heç.

Kişiyə kobudluğu, sərtliyi, əsəbiliyi bağışlamaq olar məncə. Çətin dövrdə yaşayırıq, hər bir kişi ailəsinin rifahı üçün əlindən gələni edir(söhbət kişilərdən gedir, "kişilər"-dən yox) və indiki dövrdə bu çox əsəb tələb edir, ona görə də bəzən əsəblər dözmür, insan emosiyalarına sahib ola bilmir, acılayır. Bağışlamaq olmaz isə, məncə, çox danışmağı, tərbiyəsizliyi, yersiz hırıldamağı, yerini və danışığını bilməməyi, satqınlığı və qeybəti.

Link to comment
Share on other sites

Men ozum de 1996-dan bu yana Yuventus azarkesiyem..Del Pieronun cerime zerbeleri ile boyuyub gencliyimi kecirmisem..))))Yuventusla coz usulmusem..Cox finallar gormusem..İngilterede Mancester koklu klub oldugu oldugu kimi İtaliyada Yuventusdur..))

Men ozum de senin kimi futbolcu olmusam..Yarimmudafiede oynamisam indi de senin kimi her hefte oynayiram..)suretli, qacçagi seven ve mubarizeden hec vaxt cekinmediyimden dagidici yarimmudafieci kimi oyanayiram..oma gore sene bu suali verdim..oxsar  cehetlerimiz coxdur..cox isteyerdim  bir gun forumun oglanlari yigisib futbol oynasin, qizlari da yigisib bize azarkelik etsinler ))onda esl mehribanciliq olardi..

Yuventusla tarixlərimiz kəsişib, çox gözəl oyunlarımız olub. Həmişə də Yuve uduzub...))))) Bekhem Del Pyerodan da gözəl olub cərimə zərbələrində...)))))

Mən həmişə hazır, nə vaxt istəsəz, yığışıb oynaya bilərik, amma ən azından 10-12 nəfər lazımdır, yığılar?

Link to comment
Share on other sites

Danış biz də gülək də, yoxsa bu sirrdir? :)

Hm, rok qrupun üzvü olmaq? Vau, bu bir fantastik röyadır...))))) Belə bir şəraitdə olsaydım əgər, yaradıcılığını çox bəyəndiyim Deymon Albarnın metodundan istifadə edərdim. İstənilən halda, hər bir qrupun sonu olur, bu zaman mənim fikrimcə qrupa müəyyən bir dəyişiklik, perezaqruzka lazımdır. Məsələn, Deymon ilk əvvəl Blur-da başladı, bir neçə albom buraxdılar, sonra hiss etdilər ki, qrupun sonu yaxınlaşır, yeni ideya lazımdır, bununla da The Gorillaz proekti yarandı, indiyədək Ginnesin rekordlar kitabında qalmış bir qrup, yəni ki, rəsmi üzvləri olmayan, animation çəkilmiş üzvlərdən ibarət qrup həm disk buraxır, həm konsert verir, həm də ki, pərəstişkar yığır. Bu ideyanın da köhnəldiyini görən Albarn, yenə də zəkasını işə saldı və The Good, the Bad and the Queen proekti yarandı. Məncə bu ən maraqlı üsuldur, yeni ideya, yeni üsul, yeni proekt. Mən belə edərdim.

Danışardım, amma yadımda deyil tam olaraq. Həm yadımda olsaydı da, onun kimi danışa bilməzdim. Xüsusi danışıq qabiliyyəti var idi onun )). 

Maraqlı ideyadır. Həmin ideyadan Dream Theater qrupundan tanınan drummer Mike Portnoy da istifadə edir: Transatlantic, The Flying Colors və başqa bir çox proyektləri var. Yeri gəlmişkən, "drummer" sözünü bizim dildə necə demək olar? Udarnik ruscadır )). Bir də, "keyboardist"

Futbol həvəskarlarının, adətən, hər liqadan bir favorit komandası olur. Sənin Manchester United komandası azarkeşi olduğun məlumdur. Bəs digər liqalarda belə favorit komandan varmı? Yoxsa bu komanda qlobaldır? :)

Dream Theater qrupunu çox bəyənirəm, proqressiv rokun yaranışı və inkişafında çox mühüm rol oynayıblar. Portnoyu da bəyənirəm, ilk əvvəl, onun da, mənim kimi "Bonzo"-ya pərəstiş etməsinə görə, həmçinin də çox bacarıqlı udarnik olduğuna görə. Dream Theatre -dən sevdiyim musiqini sənə peşkəş edim...

http://www.youtube.com/watch?v=mipc-JxrhRk

Çox təəssüf ki, bizdə rok musiqi inkişaf etmədiyi kimi, rok terminlər də yoxdur. Drummer - in hərfi tərcüməsi nağaraçalandır, amma, bizdə nağara deyəndə bizim toylarda çalınan nağara yada düşür. Ona görə də, mən elə udarnik deyirəm. Keyboardist-də yəqin ki, pianoçu olar, o da, tamam başqa şey, mən klavişnik deyirəm...)))))

Var, bir iki komanda var. Öz liqamızda Neftçinin azarkeşiyəm, çünki Neftçi İSM-də oynamışam. Rusiya liqasında "Spartak"- ı xoşlayıram. Türkləri bəyənmirəm, demək ki, liqalarını da izləmirəm. Avropaya gəldikdə, Fransa liqasına marağım yoxdur, çünki, ölü liqadır. İtaliya və İspaniya futbolunu bəyənmirəm, çünki məncə futbol döyüşdür, balet yox. İngiltərə liqası çox kobud liqadır, 20 il bu liqanın oyunlarını izləyən adam kimi, Ronaldo və Messilərin, xırda bir toxunuşdan yerə sərilərək artistlik etməsini başa düşmürəm. Onlar balet oynayır, futbol yox. Təsadüfi deyil ki, çox vaxt İtaliya və İspaniya liqalarından İngiltərə liqasına keşmiş legionerlər, o futbola öyrəşə bilmirlər, yıxılırlar, simulyasiyaya əl atırlar, artistlik edirlər, amma sonradan yavaş-yavaş əhilləşib kişi oyunu oynayırlar...))))) Qaldı bircə Bundesiqa, bax oranı xoşlayıram, ingilis futboluna çox oxşardır. Amma orda xoşladığım komanda hazırda çətin vaxtlarını yaşayır və aşağı liqaya düşüb. Bundesliqada "Kayzerslautern" klubunu xoşlayıram.

Peşkəş üçün təşəkkür :)

Dream Theater qrupu proqressiv roka başlamağımın ilk addımı olub. Mike Portnoyun ayrılması qrupa öz təsirini göstərdi, amma hələ də yaxşı gedirlər məncə. Octavarium ilk dinlədiyim və bəyəndiyim musiqiləridir, sadəcə biraz hövsələ lazımdır :)

https://www.youtube.com/watch?v=ZVMIk3xYaYo

Barabançı da demək olar, amma o da qulağa çox "yapışmır" )). Bill Bruford da sözünü demiş udarniklərdəndi. Yes və King Crimson-da gözəl işlər çıxarıb.

Bəs Hollandiya liqası? Məncə, bu da kifayət qədər güclü liqalardandır.

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...