Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nightwatchman Ilə Müsahibə.

Kenul2012

Recommended Posts

Sene gosterish verdim? Suallarimi gosterish kimi basha dushmekle meni diskriminasiya etmish oldun ))

Mən görəsən hansı dildə danışıram? )))

Dedim ki, mənim işimə qarışmaq mənə göstəriş verməkdir, sual vermək yox. Sən sual verirsən, tak çto problem yoxdur.

Diskriminasiya sözünün mənası insanın haqqlarının məhdudlaşdırılmasıdır. Hansı məhdudlaşdırma hiss etdin mən tərəfdən? İstənilən qədər sual verə bilərsən.

Link to comment
Share on other sites

Bu şəkildə sənin üçün xüsusi olan nədir? :)

Bu bizim böyük qələbəmizdir. Şəkildə Yeqorov və Kantariya qələbə bayrağını Reyxstaqın damına sancırlar, 45-ci ilin mayın 1-i. Babam bu müharibədə iştirak edib, müharibənin gedişatında yaralanıb, hospitalda yatıb, sonra yenidən qayıdıb və Berlinə qədər gedib çıxıb. Bunu unutmamalı, bununla fəxr etməliyik. Bu qələbədə sırf Bakının və Bakı neftçilərinin danılmaz əməyi olub, yəni bu qələbədə pay sahibiyik.

Link to comment
Share on other sites

Sualim: Tek qadinlari demeyek, sence butun insanlari alib-satmaq olarmi? Her kesin oz "qiymetimi" var?

Məncə, haqlıdır. Belə bir əlavə edərdim ki, hər bir insanın özünü sata biləcəyi "qiymət" var. Bu pul da ola bilər, hər hansı bir əşya da ola bilər, yaxın insanının həyatı da ola bilər. İnsanı şirnikləndirmək, aldatmaq, maraqlandırmaq və ən nəhayət şantaj etməklə onun "qiymətini" öyrənmək olar. Allah hər birimizi bu cür sınaqlardan qorusun təki.

Link to comment
Share on other sites

teessuf ki, futbol, it-pisik ve s. temalara qatila bilmirem)))))

ona gore bele sual vermek isterdim - eseblesende, qani qara olanda ozunuzu nece emosional tarazlasdiriirsiz? yani menevi-ruhi rahatligi nelerden elde edirsiz?

Əsəbilik çox böyük bir xəstəlikdir, təmkinli, vecsiz insanlara həsəd aparıram. Amma yaşlandıqca daha da sakitləşdiyimi hiss edirəm, düzdü, bu sakitləşmənin tempi çox aşağıdır, amma yenə də yavaş yavaş düzəlir...)))

Əsəbiliyi bundan əvvəlki postlarımda qeyd etdiyim kimi, musiqi ilə, bəzən fiziki işlə, bəzən maşın sürməklə çıxarıram, qızımla oynayıb onun şıltaqlıqlarına gülürəm. Çox istərdim ki, əsəblərim sakit olsun, istənilən baş verən hadisəyə barmaqarası yanaşım

Link to comment
Share on other sites

Simulyasiyanın sayını sarı kartla ölçürsən? Simulyasiyanın elə məqsədi hakimi aldatmaqdır, bəs simulyasiyaya aldanıb cərimə təyin edən hakimlər? Bu çirkin işi edən futbolçuların sayı, statistikasıdır? Ok, gəl A seriyasının başlıca hakiminə inanmayaq, sənə inanaq. İtaliyada simulyasiya yoxdur.

Bütün dünya baxımlı futbolu eyni qəbul edir. Yəni ki, uzun ötürmələr, daimi sürət, hərəkət, sürətli keçidlər və s. Elə baxımlılığı da məhv edən taktiki düzülüşlər, sxemlər, pozision oyundur, düz deyirsən, İtaliya bunda güclüdür, ona görə də, futbolu baxımsızdır. İngiltərə futbolunda, hücumçunun qapıya zərbə endirdiyini görürsən, 20 saniyə sonra, əks hücum zamanı həmin hücumçu topu öz qapı xəttindən çıxarır. A seriyasında bu yoxdur, orda hər kəs öz nöqtəsində, sırf taktika üslubunda oynayır. Belə taktiki düzülüşlər maraqsızdır, futbol hərəkətli idman növüdür. Hansı qırğından söhbət gedir axı? Kimdir bir birini qıran? Çempionluğa bir, uzağı iki namizəd var, onlar üçün də cədvəlin aşağı klubları ilə oynamaq, yüngül məşqdən ibarətdir. Bir birinə intriqa yaradan klublar, cədvəldə qonşu olan klublardır da, bu da təbiidir, eyni səviyyəli klublar eyni mübarizə aparmalıdırlar. İtaliyada 20-ci yerdə gedən klubun lideri səfərdə udmasını heç görmüsənmi ömründə? İnteri indi Qarabağ da udur, İnter o İnter deyil axı. Sampdoriya ortabab klubdur, onun 4-cü yerdə olmağı onun gücünü yox, A seriyasının zəifliyini göstərir.

))))))))))))Müqayisəndən olmaz......Anri Yuventusda olanda 21 yaşı var idi, onu sadəcə orda heç tanımağa uspet eləmədilər, tanısaydılar buraxmazdılar. Baxımlı oyundan danışırıq, sən isə qapıçı göstərirsən mənə...))) Baxımlı oyuna dəhşət təsir edir qapıçı. Oyunu idarə edən, mərkəzdə ağalıq edən bir oyunçu göstər mənə. Veron A seriyasının ən yaxşı legioneri ola ola gəldi Mançesterdə batdı. Hamı dedi yəqin qocalıb, yenidən qayıtdı A seriyasına, yenidən orda Allah oldu. Budur fərq.

Bir dəfə qələt edib, çempionlar liqasının finalında baxmışam Yuve ilə Milana, ömrümdə belə darıxdırıcı futbol görməmişəm. Çox sağ ol, istəmirəm...)))

bu barədə daha səninlə mübahisə etmək istəmirəm, inşallah nə vaxtsa vaxtimiz olar relada görüşərik futbol bəhanəsi ilə onda sənə izah etməyə çalışaram italiya futbolunun izyuminkasini..Amma şəxsən NTV plyus kanalinin şərhçilərindən eşitmişəm İtaliya çempioanti taktiki texniki meseleleler gore diger cempionatlardan maraqli olub hemise..

Link to comment
Share on other sites

Gəl bircə Ferqyusonun futbolçunu tanıma bacarığına şübhə et. Əlbəttə, sən demə Ferqyuson bilmirmiş Poqba kimdir, nəçidir, sən isə onun talant olduğunu hiss etmişdin. Kim peşman olub? Ferqyuson? Ferqyuson elə futbolçuları iti qovan kimi qovub ki, klubdan, Poqba nə tuladır ki, ona görə peşman da olsun? Poqba yekəbaşlıq edən vaxt klubda Skoulz var idi, Karrik oynayırdı, Fletçer sağlam idi. Onlar ehtiyyatda oturub, Poqba oynayacaqdı? Hər kəs öz yerini, vaxtını bilməlidir, Poqba ikinci Balotellidir, özünü dünyanın mərkəzi hesab edən "ulduz". Belələrinə bizdə yer yoxdur. Ondan üstün cavan oyunçularımız var ki, başını aşağı salıb vaxtını gözləyir.

Niyə? Müqaviləsi uzadılmayan və azad agent statusu verilən futbolçu lazımsız futbolçudur da. Əks halda ondan pul qazanardı klub, elə belə buraxmazdı. Bütün dünya klubları? Bütün dünya klubları bir ay əvvəl Edeqor uğrunda qırğın edirdilər, nə olsun? Kimdir ki, o? İndiki dövr, transferlər agentlərin əlində oyuncağa çevrilib, klubların marağı ilə, futbolçuya verilən pul ilə futbolçunu qiymətləndirmək məntiqəuyğun deyil. Hal hazırda dünyanın ən bahalı futbolçusu Beyldir, bu nəyisə dəyişir?

Poqbanin shexsiyyetine toxunub nahaq onu tehqir edirsen..Demək ki onun getməsi bütün amnçester azrkeşləri kimi sənə də çox pis təsir edib..))

Poqba heç vaxt Balotelli kimi olmayib..Ağlı başında olan oyunçudur..Bir neçə ildən sonra qızıl topu alanda özün de sözlərimi təsdiq edəcəksən..Onun yaşda (21 yaşı var) olan bu dəq dünyada onun kimi potensiali olan ikinci futbolçu göstərə bilərsən?

Ferqyuson ve Poqba haqqinda aşağıdan oxu..

«Я постоянно созванивался с мамой и братьями, – рассказывал Погба. – Поэтому даже вдали не страдал от одиночества». Если от родных он всегда слышал слова поддержки, то Алекс Фергюсон чаще использовал фразу «твое время еще не пришло». 31 декабря 2011 года «МЮ» предстояло сыграть с «Блэкберном». Фергюсон не мог рассчитывать на Флетчера и Гибсона, были травмированы три центральных защитника. Погба надеялся, что наконец получит шанс дебютировать в первой команде, но Фергюсон выбрал другой вариант: Каррик был переведен в защиту, а в центре возникло сочетание Пак Чжи Сун – Рафаэл. В тот вечер «МЮ» проиграл 2:3, а Погба принял для себя решение покинуть клуб. «Это было отвратительно, – позже объяснит он. – Я сильно разочаровался, меня подтолкнули к такому решению».

Фергюсон стал понимать, что теряет Погба, и попросил Патриса Эвра уговорить полузащитника остаться в Манчестере. «Сэр Алекс был раздосадован, – рассказывал Эвра. – Он не мог спокойно спать, потому что знал, что Погба способен превзойти Патрика Виейра. Но Поль уже сделал свой выбор».

Один из последних аргументов, который использовал Фергюсон – расизм на итальянских стадионах. На фоне конфликта Терри и Фердинанда не сработало.

Link to comment
Share on other sites

Sualim: Tek qadinlari demeyek, sence butun insanlari alib-satmaq olarmi? Her kesin oz "qiymetimi" var?

Müdaxilə kimi cixmasin Rüfətin mövzusunda, amma Abdullayev həmişə deyir hər bir insanin müləq bir quyməti var, sadəcə elə insanlar var onlara hələ lazım olduüları qiyməti təklif etməyiblər..

Nightüatcman da dediyi kimi bu pul olmaya da bilər, nəyinsə xətrinə nəyəsə razılaşmaq olar..

Allah doğurdan da bizi o cür sinaqlardan qorusun.

Link to comment
Share on other sites

1.Heyatinizda boyuk ciddiyyetle,diqqetle dushunulmeli qerarlar qarshisinda sechim etmeli oldugunuz anlarda duygulariniza qapilirsiniz,yoxsa mentiqle davranirsiniz?

2.Eger arzusunda oldugunuz kimi rejissor olsaydiniz ve bash rol sechimleri de ixtiyariniza buraxilsaydi,sizin uchun maraq doguran hansi eseri ekranlashdirmaq isterdiniz ve dunya ulduzlarindan kimleri oz filminizde gormek isterdiniz? :) 

Link to comment
Share on other sites

bu barədə daha səninlə mübahisə etmək istəmirəm, inşallah nə vaxtsa vaxtimiz olar relada görüşərik futbol bəhanəsi ilə onda sənə izah etməyə çalışaram italiya futbolunun izyuminkasini..Amma şəxsən NTV plyus kanalinin şərhçilərindən eşitmişəm İtaliya çempioanti taktiki texniki meseleleler gore diger cempionatlardan maraqli olub hemise..

Etməyək, hər halda bu müsahibə mövzusudur, mübahisə yox. Realda edərik.

Düz eşitmisən, mən bunu danmadım ki, mən də qeyd etdim ki, bəli, taktiki-texniki cəhətdən çox dəqiq çempionatdır, orda məşqçilərin gördüyü iş kalandır, təsadüfi deyil ki, italyan məşqçilər bütün çempionatlara yayılmışlar və çox uğurludurlar. Amma təəssüf ki, kəskin taktikaya bağlılıq baxımlılığı azaldır, futbolçu özünü azad hiss etmir və müəyyən çərçivə daxilində oynayır, buna görə də onun bütün imkanları açılışmış olmur. A seriyasında çox nadir futbolçulara azad skripka rolunda çıxış etməyə icazə verilir. Mən belə taktikanın əleyhinəyəm, mənim futbola baxışım budur.

Link to comment
Share on other sites

Poqbanin shexsiyyetine toxunub nahaq onu tehqir edirsen..Demək ki onun getməsi bütün amnçester azrkeşləri kimi sənə də çox pis təsir edib..))

Poqba heç vaxt Balotelli kimi olmayib..Ağlı başında olan oyunçudur..Bir neçə ildən sonra qızıl topu alanda özün de sözlərimi təsdiq edəcəksən..Onun yaşda (21 yaşı var) olan bu dəq dünyada onun kimi potensiali olan ikinci futbolçu göstərə bilərsən?

Ferqyuson ve Poqba haqqinda aşağıdan oxu..

«Я постоянно созванивался с мамой и братьями, – рассказывал Погба. – Поэтому даже вдали не страдал от одиночества». Если от родных он всегда слышал слова поддержки, то Алекс Фергюсон чаще использовал фразу «твое время еще не пришло». 31 декабря 2011 года «МЮ» предстояло сыграть с «Блэкберном». Фергюсон не мог рассчитывать на Флетчера и Гибсона, были травмированы три центральных защитника. Погба надеялся, что наконец получит шанс дебютировать в первой команде, но Фергюсон выбрал другой вариант: Каррик был переведен в защиту, а в центре возникло сочетание Пак Чжи Сун – Рафаэл. В тот вечер «МЮ» проиграл 2:3, а Погба принял для себя решение покинуть клуб. «Это было отвратительно, – позже объяснит он. – Я сильно разочаровался, меня подтолкнули к такому решению».

Фергюсон стал понимать, что теряет Погба, и попросил Патриса Эвра уговорить полузащитника остаться в Манчестере. «Сэр Алекс был раздосадован, – рассказывал Эвра. – Он не мог спокойно спать, потому что знал, что Погба способен превзойти Патрика Виейра. Но Поль уже сделал свой выбор».

Один из последних аргументов, который использовал Фергюсон – расизм на итальянских стадионах. На фоне конфликта Терри и Фердинанда не сработало.

Həqiqətən belə fikirləşirsən, yoxsa bir zarafat idi? Klubu hər il, 5-10 gənc ulduz tərk edir, hər biri mənə pis təsir etsə, qocalaram ki......))))))) İndiyədək mənə 2 futbolçunun gedişi kədərləndirib, bu Yap Stam və Andrey Kançelskis olub.

Gələcəyi görmə qabiliyyətin varsa afərin sənə, o, qızıl topu alanda səni şəxsən təbrik edərəm. Bu dəqiqə bizim klubda ondan cavan və potensiallı iki oyunçu var mənim üçün, Adnan Yanuzay və Ceyms Uilson. Mənim üçün gələcək onlardır.

Ferqyusonun zəkasına şübhə etmək özü bir yekəbaşlıqdır, Poqba bunu edibsə, o artıq həddini aşıb. Mançesterin ehtiyyat oyunçular skamyasında Bekhem də oturub, indi dünyanı fəth edən Ronaldo da. Poqba onlardan artıq deyil ki, bu skamya ona dar olsun. Məşqçinin seçimini anlamaq istəmirsənsə, özünü ondan ağıllı hesab edirsən, demək ya sən getməlisən, ya o. Ferqyusonun çox məşhur bir sözü var. Oyunçu o vaxt ki, özünü Mançester Yunayted-dən artıq hesab etdi, onun axırı çatır. Beləcə, Bekhemə də qapını göstəriblər, kapitan Kinə də, Nistelroya da. Poqba onlardan artıq deyil ki, nazı ilə oynanılsın. Əlbəttə ki, istedadının olduğuna görə və cavan olduğuna görə Aleks onu bağışlaya bilərdi, ona görə də Evraya bunu tapşırıb(Evra onda kapitan idi), amma fikrinin qətiliyini bildikdə, onunla kontrakt uzadılmayıb.

Link to comment
Share on other sites

1.Heyatinizda boyuk ciddiyyetle,diqqetle dushunulmeli qerarlar qarshisinda sechim etmeli oldugunuz anlarda duygulariniza qapilirsiniz,yoxsa mentiqle davranirsiniz?

2.Eger arzusunda oldugunuz kimi rejissor olsaydiniz ve bash rol sechimleri de ixtiyariniza buraxilsaydi,sizin uchun maraq doguran hansi eseri ekranlashdirmaq isterdiniz ve dunya ulduzlarindan kimleri oz filminizde gormek isterdiniz? :) 

1. Tale elə gətirib ki, çox erkən yaşlarımdan mühüm qərarlar verməli olmuşam və bu məni həyata hazırlayıb. Əvvəl səhvlərim çox olub və bunun əzabını çəkmişəm, sonra təcrübəm artıb və səhvlərim azalıb. Amma tam qəti əminliklə deyə bilərəm ki, qərar qəbul edəndə ağıl ilk planda olmalıdır. Çünki beyin soyuqqanlıdır, ürək istiqanlı. Soyuq başla verilən qərarlar daha dəqiq, səhvsiz və əzabsız olur. Birdə qeyd edərdim ki, ağılla verilən qərarda ilk əvvəl müvəqqəti olaraq əzab çəkirsən, qərarı verərkən, sonra isə hər şey yaxşı olur. Ürəklə verilən qərar isə müvəqqəti olaraq insanı rahatlandırır, sonra isə bir neçə gözlənilməz zərbə alırsan.

2. Hm, rejissor olmaq, böyük filmlər çəkmək inanılmaz arzudur. Belə bir röyada olsaydım ən çox xoşladığım yazıçılardan biri olan Cek Londonun, öz həyatıma çox oxşar olan, "Bəyaz diş" romanını ekranlaşdırardım ( halbuki, Rendal Klayzer artıq bu roman əsasında film çəkib 1990-cı ildə). Baş rollara isə xoşladığım aktyorları dəvət edərdim - Mikki Rurk, Keanu Rivz və Şarliz Teronu.

Link to comment
Share on other sites

Salam,Rufet. Musahib munasibetile tebrik edirem seni)

Ilk sual tebii ki,Manchester United barede olmalidir:

Premyer liga yaranandan beri Manchesterin 11-liyi senin uchun?(4-4-2 ve ya 4-3-3 sxemi uzre. hansini secsen)

Link to comment
Share on other sites

Turklerle aran olmadigi uchun onlarin rok-metal qruplarini da yeqin ki tanimirsan. Yoxsa tesadufen bildiklerin var? :). Bir turk metal qrupundan bir mahni qoyuram. Dinleyib dinlememek sene qalib artiq. Amma dinlesen, hec ne itirmezsen mence ))

https://youtube.com/watch?v=q_mQlkPMAzE&itct=CDwQpDAYACITCLu03fWKycMCFVKIGAodTzAAzlINODAga2FsaWJyZSAzOA%3D%3D&hl=en-GB&gl=US&client=mv-google

Link to comment
Share on other sites

Salam,Rufet. Musahib munasibetile tebrik edirem seni)

Ilk sual tebii ki,Manchester United barede olmalidir:

Premyer liga yaranandan beri Manchesterin 11-liyi senin uchun?(4-4-2 ve ya 4-3-3 sxemi uzre. hansini secsen)

Salam Vüqar, çox sağ ol)

Çox çətin sualdır, özün də bilirsən ki, bu 23 il ərzində o qədər fantastik futbolçuların arasından 11-ni seçmək çox çətindir. Amma çalışaram, 4-4-2-ni seçirəm.

Van der Sar - Hari Nevill, Hari Palister, Rio Ferdinand, Denis İrvin - Devid Bekhem, Pol Skoulz, Ueyn Runi, Rayan Giggz - Erik Kantona, Ruud Van Nistelroy

Link to comment
Share on other sites

Turklerle aran olmadigi uchun onlarin rok-metal qruplarini da yeqin ki tanimirsan. Yoxsa tesadufen bildiklerin var? :). Bir turk metal qrupundan bir mahni qoyuram. Dinleyib dinlememek sene qalib artiq. Amma dinlesen, hec ne itirmezsen mence ))

Yox Müseyib, musiqidə sərhəd qoymuram özümə, musiqi bir incəsənətdir. Vaxt olub, erməni əsilli ABŞ rok qrupu "System of a Down" - a da qulaq asmışam.

Türklərdən 90-cı illərdə "Ayna" qrupunu bəyənirdim. Musiqiləri ciddi, sözləri mənalı idi. Müasirlərdən konkret heç kimi bəyənmirəm, cəmi bir iki mahnı xoşuma gəlib, o da elə belə, burda qoyum bax.

http://www.youtube.com/watch?v=GGizVQJ_spc

http://www.youtube.com/watch?v=tiABMvXHp1E

Link to comment
Share on other sites

Yox Müseyib, musiqidə sərhəd qoymuram özümə, musiqi bir incəsənətdir. Vaxt olub, erməni əsilli ABŞ rok qrupu "System of a Down" - a da qulaq asmışam.

Türklərdən 90-cı illərdə "Ayna" qrupunu bəyənirdim. Musiqiləri ciddi, sözləri mənalı idi. Müasirlərdən konkret heç kimi bəyənmirəm, cəmi bir iki mahnı xoşuma gəlib, o da elə belə, burda qoyum bax.

Başa düşdüm. Manqanın bu mahnısı artıq roka qulaq asdığımı şüurlu olaraq hiss etdiyim vaxtlarda çıxmışdı :). Amma bir çox qruplar kimi onlar da arabeskləşdilər. Athenanın da bu mahnısı çox xoşuma gəlir və deyərdim ki, qrupun ən yaxşı mahnısıdır, həm söz olaraq, həm də musiqi. Bəs Mor ve Ötesi barədə nə deyə bilərsən? Bu mahnı ən çox təsirləndiyim mahnılardandlr.

https://www.youtube.com/watch?v=IRqlMtIF4ho

Link to comment
Share on other sites

Həqiqətən belə fikirləşirsən, yoxsa bir zarafat idi? Klubu hər il, 5-10 gənc ulduz tərk edir, hər biri mənə pis təsir etsə, qocalaram ki......))))))) İndiyədək mənə 2 futbolçunun gedişi kədərləndirib, bu Yap Stam və Andrey Kançelskis olub.

Gələcəyi görmə qabiliyyətin varsa afərin sənə, o, qızıl topu alanda səni şəxsən təbrik edərəm. Bu dəqiqə bizim klubda ondan cavan və potensiallı iki oyunçu var mənim üçün, Adnan Yanuzay və Ceyms Uilson. Mənim üçün gələcək onlardır.

Ferqyusonun zəkasına şübhə etmək özü bir yekəbaşlıqdır, Poqba bunu edibsə, o artıq həddini aşıb. Mançesterin ehtiyyat oyunçular skamyasında Bekhem də oturub, indi dünyanı fəth edən Ronaldo da. Poqba onlardan artıq deyil ki, bu skamya ona dar olsun. Məşqçinin seçimini anlamaq istəmirsənsə, özünü ondan ağıllı hesab edirsən, demək ya sən getməlisən, ya o. Ferqyusonun çox məşhur bir sözü var. Oyunçu o vaxt ki, özünü Mançester Yunayted-dən artıq hesab etdi, onun axırı çatır. Beləcə, Bekhemə də qapını göstəriblər, kapitan Kinə də, Nistelroya da. Poqba onlardan artıq deyil ki, nazı ilə oynanılsın. Əlbəttə ki, istedadının olduğuna görə və cavan olduğuna görə Aleks onu bağışlaya bilərdi, ona görə də Evraya bunu tapşırıb(Evra onda kapitan idi), amma fikrinin qətiliyini bildikdə, onunla kontrakt uzadılmayıb.

Sözlerinde heqiqet çoxdur, Ferqyusonun məşqçiliyinə və şəxsiyyətinə bütün dünya hörmət edir, sadəcə o vaxt Poqba düz dedin gənc olduğuna görə özünü sübut etmək istəyirmiş, ona şans verilmədiyinə görə acığa düşüb..

Amma müsahibələrinin birində Mançesteri sevdiyini, klubla heç bir mübahisəsi olmadığını deyib..Bəlkə də ürəyi ordadı )))

Yanuzayı 2 ildir izləyirəm..Çox bəyəndiyim gənc oyunçulardandır..Amma onu da deyesen küsdürmüşdülər bir ara, yene de yer verilmir ona əsas sostavda..Arebdaya göndərmək istəyirdilər..Amma etiraf ele ki Poqba qədər deyil də )))

Link to comment
Share on other sites

Başa düşdüm. Manqanın bu mahnısı artıq roka qulaq asdığımı şüurlu olaraq hiss etdiyim vaxtlarda çıxmışdı :). Amma bir çox qruplar kimi onlar da arabeskləşdilər. Athenanın da bu mahnısı çox xoşuma gəlir və deyərdim ki, qrupun ən yaxşı mahnısıdır, həm söz olaraq, həm də musiqi. Bəs Mor ve Ötesi barədə nə deyə bilərsən? Bu mahnı ən çox təsirləndiyim mahnılardandlr.

Müasir rok qrupların əsas problemi puldur. Keçmişdə rok qruplar universtitetlərdə, qarajlarda, idman zallarında yaranırdı, orda da fəaliyyət göstərirdi, hər birinin öz dəst xətti olurdu və bu dəst xətt üzrə də davam edirdilər, özünə tamaşaçı qazanırdılar. Onlar üçün əsas tamaşaçının sayı idi, pulun sayı yox. İndi isə qruplar əsasən pulu fikirləşirlər, yəni rok qrup əsasən biznes proektdir, harda çox pul varsa, ora meyl edirlər, pula görə öz stillərini belə dəyişməyə hazırdılar. Ona görə də müasir roku bəyənmirəm. Ən yeni bəyəndiyim rok qrup Linkin Park olub, onları Hybrid Theory vaxtlarından bəyənmişəm, o vaxtdan bu yana hələ fərli rok qrup görməmişəm.

Pis mahnı deyil, amma mənlik də deyil...)))

Link to comment
Share on other sites

Sözlerinde heqiqet çoxdur, Ferqyusonun məşqçiliyinə və şəxsiyyətinə bütün dünya hörmət edir, sadəcə o vaxt Poqba düz dedin gənc olduğuna görə özünü sübut etmək istəyirmiş, ona şans verilmədiyinə görə acığa düşüb..

Amma müsahibələrinin birində Mançesteri sevdiyini, klubla heç bir mübahisəsi olmadığını deyib..Bəlkə də ürəyi ordadı )))

Yanuzayı 2 ildir izləyirəm..Çox bəyəndiyim gənc oyunçulardandır..Amma onu da deyesen küsdürmüşdülər bir ara, yene de yer verilmir ona əsas sostavda..Arebdaya göndərmək istəyirdilər..Amma etiraf ele ki Poqba qədər deyil də )))

Ser Aleks gənclərlə işləməyi çox gözəl bacarır, onun dünya futboluna bəxş etdiyi ulduzların sayı hesabı yoxdur. Amma, o öz şəxsiyyətinə də hörmət edir, o, gəncin öz taleyini ona etibar etməsini istəyir, hər şeyin məqamını özü çox gözəl bilir. Poqba tələsdi sadəcə, məncə heç onun da günahı yoxdur, indi dünya futbolunu agentlər idarə edir, öz cibini güdən agentlər, futbolçunun qulağını doldururlar, yoldan çıxarırlar. Poqba Yunaytedi azad agent kimi tərk etdi, düzdümü? Yuve ona müqavilə verəndə MY-də heç bir pul ödəmədi, azad agent statusu almış futbolçu həm klub üçün, həm də agent üçün qaymaqdır. Çünki klub ödənişi şəxsən futbolçuya və onun agentinə edir, başqa kluba yox. İndi təsəvvür et ki, onun agenti bu keçiddən neçə milyon qatlayıb. Poqbanın MY-dən getməsi ən çox ona sərf edib. Sevməlidir də, orda böyüyüb axı, hər halda gənc adam həmişə böyüdüyü yer üçün darixir, bəlkə nə vaxtsa qayıtmaq istədi.

Yanuzay hələ çox gəncdir, bilmirəm oyunlarını izləmisən ya yox, topu özündə çox saxlayır, çox driblinq edir və çox vaxt da itirir. Səbəb gəncliyindədir, özünü göstərmək, gözəl keçidlər etmək istəyir, unudur ki, futbol komanda oyunudur, burda ötürmələr vacibdir. Hələ çox işləməlidir üzərində. Van Qal da bunu başa düşür, arada ona vaxt verir, amma çox da riskə gedə bilmir, çünki indi elə dövrdür ki, MY-ya nəticə lazımdır, gözəl oyun yox, bu il ÇL-ə düşməsə çox böyük itkilər olacaq. İndi Yanuzayın nazıyla oynamaq məqamı deyil. Əlbəttə hal hazırda Poqbadan geri qalır, mən dedim axı, gələcəkdə. Poqbaya rahat oynamağa şans verilir, özünü aça bilib. Yanizay hələ ki, çərçivədədir, ona hələ o sərbəstlik verilməyib ki, püxtləşsin.

Link to comment
Share on other sites

Müasir rok qrupların əsas problemi puldur. Keçmişdə rok qruplar universtitetlərdə, qarajlarda, idman zallarında yaranırdı, orda da fəaliyyət göstərirdi, hər birinin öz dəst xətti olurdu və bu dəst xətt üzrə də davam edirdilər, özünə tamaşaçı qazanırdılar. Onlar üçün əsas tamaşaçının sayı idi, pulun sayı yox. İndi isə qruplar əsasən pulu fikirləşirlər, yəni rok qrup əsasən biznes proektdir, harda çox pul varsa, ora meyl edirlər, pula görə öz stillərini belə dəyişməyə hazırdılar. Ona görə də müasir roku bəyənmirəm. Ən yeni bəyəndiyim rok qrup Linkin Park olub, onları Hybrid Theory vaxtlarından bəyənmişəm, o vaxtdan bu yana hələ fərli rok qrup görməmişəm.

Pis mahnı deyil, amma mənlik də deyil...)))

Bu fikirlərinlə razı olmaya bilmərəm )). Amma 90-cı illərdən sonra partlayış verən və bu günə qədər gəlib çıxan alternative rock, rapcore, new metal janrları o qədər də ürəyimcə deyil.  Düzdür ilk vaxtlar bu cür qrupları dinləyərdim, amma sonradan hiss elədim ki, bu qruplarda nəsə bir boşluq var. Ondan sonra keçmişəm 60-70-ci illərə və oradan da proqressiv rockun müasir nümayəndələrinə. Və hələlik axtardığımın bu olduğunu düşünərək ancaq bu istiqamətdə qrupları dinləyirəm indi.

Türk qruplarından son bir nümunə göstərmək istərdim sənin üçün-Redd. Mor ve Ötesi ilə birlikdə müasir türk rokunun ən güclü nümayəndələrindəndir məncə.

https://www.youtube.com/watch?v=UYURps66zRI

Dinlədiyin ən sərt qrup və musiqi hansı olub indiyə qədər? :)

Hə, təəssüf ki, müasir dövrdə fərli musiqi tapmaq çox çətindir, amma arada bir xırda parıltılar olur, onları tutmaq lazımdır. Tək bir istiqamətdən yapışma, arada bir başqa şeyləri də dinlə, zövqünü sına, bəzən heç gözləmədən hansısa bir janra vurulmaq olar. Misal üçün mən ayrı ayrılıqda həm roku, həm klassik musiqini bəyənirəm. Amma bunların qarışığını ağlıma gətirə bilmirdim, fikirləşirdim ki, biri dəlisov, digəri həzin janr necə birləşə bilərlər. Amma bir dəfə sınadım və inanılmaz zövq aldım. Bundan sonra simfo-rok stilini bəyəndim, özüm üçün Nightwish qrupunu və Tarya Turuneni kəşf etdim.

Maraqlı mahnıdır, bəyəndim, çox sağ ol. Bu qrupu eşitməmişdim, musiqi stillərini Muse qrupuna oxşadıblar. Maraqlanaram.

Ən sərt qrup? Hm, mən ümumiyyətlə çox ağır metala, deth, trash kimi ağır musiqilərə qulaq asmıram. Ona görə də deyə bilərəm ki, ən ağır qulaq asdığım qrup elə RATM-dır. Ən ağır musiqisi isə, məsələn, Bulls on parade...

http://www.youtube.com/watch?v=INMQBT-k77U

Dİnlədiyim janr elədir ki, hər şey tapmaq olur içində-simfoniya, jazz fusion, blues, country, gospel və s. )). Jazz fusion çox maraqlı janrdır ayrılıqda. Saksafonlar, violonçellər, orqanların sintezi maraqlı olur. Ayrılıqda klassika da dinləyənəm

Bu mahnı qrupun "21" adlı albomundandır. Pink Floydun The Dark Side of The Moon albomunun təsirini hiss etmək olur. Bir gün dinləyərsən :)

Edited by Museyib Elekber

Oldu, dinləyərəm. Çox sağ ol.

Link to comment
Share on other sites

Rufet, reinkranasiyaya inanirsan?

Indice Ya - nachalo filmine baxdim, ordan aglima geldi bu sual.

Hm, nadir insanların eyni göz quruluşuna malik olması teoriyası haqda olan film?

Hər birimizin bu həyatın yaranışı, idarə olunması, ölüm və ölümdən sonrakı həyat haqda öz teoriyamız var. Bütün inanclarımız da bu teoriya əsasında müəyyənləşdirilir. Mən fikirləşirəm ki, ölüm son deyil, çünki bu, mürəkkəb bir həyatın çox sadə sonu ola bilməz. Mənim inancım ölümdən sonra daha da mürəkkəb bir həyatın olmasınadır. Harda ki, bu həyatda qazandıqların və etdiklərin sənə kömək, ya maneə olacaq. Yəni, müəyyən qrup insan tərəfindən qəbul olunmuş mülahizə ki, bu həyatda etdiklərinə görə, digər həyatda cavab vermiş olacaqsan. Bunu qəbul etdiyim halda reinkarnasiyaya inana bilmərəm, çünki, reinkarnasiya insanın ruhunun bir neçə dəfə başqa insana keçməsi və fəaliyyətini davam etməsidir. Lakin bu halda, insanın ruhu stabil olmur, bir halda yaxşı işlər görə bilər, digər halda pis, gah müsbət rolda ola bilər, gah mənfi. Ona görə də insanın yığdığı "baqaj" stabil olmayacaq. Bu halda onun o biri dünyası məntiqsiz olar və ümumiyyətlə mövcud olmaz. Ona görə də, deyərdim ki, inanmıram.

Link to comment
Share on other sites

Salam Vüqar, çox sağ ol)

Çox çətin sualdır, özün də bilirsən ki, bu 23 il ərzində o qədər fantastik futbolçuların arasından 11-ni seçmək çox çətindir. Amma çalışaram, 4-4-2-ni seçirəm.

Van der Sar - Hari Nevill, Hari Palister, Rio Ferdinand, Denis İrvin - Devid Bekhem, Pol Skoulz, Ueyn Runi, Rayan Giggz - Erik Kantona, Ruud Van Nistelroy

Ueyn Runi yarimmudafiede? Yazigi ele hami ora durtur. Evvel Ferqyuson,sonra Van Qal,indi de sen) Ora Runlik deyil.

Bes bu 23 ilde en sevdiyin 3 futbolcu kim olub? mumkunse sira ile.

Diger sual: Yayda hansi movqelere mutleq oyuncu alinmalidir ve namizedlerin kimdir?

Link to comment
Share on other sites

1-Deyirler heyatda ne etsen bumeranq effekti ile ozune doner insanin? Sence de bu beledirmi?

2-Niye gore gece sheher insansiz olmasina baxmayaraq daha gozel olur.Gunduz ise sanki o cazibe itir.?

3-Heyatini insan axini icerisinde kecirmek yoxsa kenarda durub o axini mushahide etmekle kecirmek maraqli olar?

Sən Ferginin, Van Qalın və ən əsası mənim taktiki biliyimə şübhə ilə yanaşırsan? )))))))))))))

İndi başa salım fikrimi. Runi fantastik oyunçudur, amma Runinin ən böyük mənfi bir cəhəti var ki, o hər yerdə olmaq istəyir, oyunun hər anında iştirak etmək istəyir, hər mövqedə yox, meydançanın hər nöqtəsində tapılır. Bu onun dəhşətli dərəcədə güclü motivasiyasından, oyuna marağından irəli gəlir. Amma bu onun KPD-ni çox aşağı salır, enerjisini aparır. Mən bəzən heyrətə gəlirəm, Ueyn qapıya zərbə vurur, qapıçı oyuna başlayır, əks-hücum olur və növbəti anda Runi müdafiədə qapıya gedən zərbəni dəf edir. Özüm futbol oynadığımdan bunun çox çətin olduğunu bilirəm, meydanın uzunluğu ən balaca meydanlarda 90 m-dir. Bütün oyun boyu 90 m o başa, bu başa qaçmaq dəlilikdir. Çox danışdım, əlqərəz, onun üçün ən yaxşı mövqe, 4-4-2 - nin rombvari variantında yarımmüdafiənin sivri ucundadır ki, hücum zamanı mərkəzdən topu irəli aparsın, əgər, önü boş olsa qapıya zərbə endirsin - bunun üçün yetərincə qüvvətli zərbəsi var, yox əgər müdafiəçiləri üzərinə çəkə bilsə, boşluğa açılan hücumçulara son ötürməni versin. Müdafiə zamanı isə, mərkəzdə hücumu qəbul etsin və dağıdıcılıqla məşğul olsun - bunun üçün bəs qədər cüssəsi və topa yapışması, topalması var. Bax beləcə. Sırf hücum onun üçün deyil, o qabaqda qala bilmir, geriyə çox çəkilir.

Vay dədə, 11 futbolçunu güclə seçdim, indi 3-ə endirdin? Nə çətin tapşırıqlar verirsən....

Ok, ilk yer sözsüz bəllidir, bu məni mankunian edən Kantonadır. Başdanxarab king. İkinci pillə də aydındır mənim üçün, bu balacaboy kürəndir, Skoulzi. Ona çox böyük hörmətim var, çünki, bu cür futbol bacarığına, futbol zəkasına, dəqiq ötürmələrə sahib olasan və belə sadə, utancaq və təvazökar olasan. Bu faktiki olaraq mümkün deyil, insan övladı şöhrətpərəstdir, demək ki, Skoulzi bu dünyanın adamı deyil. Hədər yerə, əfsanəvi Zidan onu dünyanın ən güclü futbolçusu adlandırmamış, Xavi isə bütün öyrəndiklərini ondan götürdüyünü demişdi. Üçüncü yerə isə Giggzi qoymalıyam məntiqlə, hər halda ömrünü bizə həsr edib və Arsenalın qapısına o vacib qolu vurub, amma mən, Beksi ondan çox bəyənirəm, heyf ki, bossla araları dəydi, lənətə gəlmiş o buts olmasaydı, məncə o da, karyerasını bizdə bitirəcəkdi və əfsanələrdən biri olacaqdı. Onun cərimə zərbələri, asmaları, künc zərbələri fantastik idi. Belə.

Yayda, əgər heç kim satılmayacaqsa, mütləq və mütləq iki mərkəz müdafiəçisi lazımdır. Müdafiə çox bərbaddır, bir yerdə ki, ən təcrübəli müdafiəçi şikəst Evansdır, o müdafiədən nə danışasan? Hummelsi mütləq almaq lazımdır, dortmundluların indiki bərbad vəziyyəti bizə kömək ola bilər. Digər konkret namizədim yoxdur, əsas odur təcrübəli və hündürboylu müdafiəçi olsun, Varan ola bilər. Yarımmüdafiəyə bir hücumqura bilən oyunçu lazımdır, Roys olsa yaxşı olar, çox heyfslənirəm ki, Kroos kimi oyunçunu əldən buraxdıq, indi Realın bütün mərkəzini çiynində daşıyır, çox faydalı oyunçudur, belə bir yaradıcı oyunçu lazımdır bizə. Bir də yaxşı bir hücumçu, Van Persi özünü itirib, Falkao da 50/50-dir. Məsələn Kavani, Depay 

İynəcki susur susur, birdən sual atəşinə tutur adamı....)))))) Bir bir cavab verim.....

1. Hə, çox adam deyir belə. Bilmirəm. Həqiqətən. Həyatda pis əməllərim də olub, yaxşı da olub. Təxminən elə bərabər. Bunun əksinə olaraq, həm yaxşı əməllərlə qarşılaşmışam, həm pis, amma sırf hansısa əməlim qabağıma çıxmayıb eyni ilə, ona görə də konkret bumeranqdan söhbət gedə bilməz. Buna görə də fizikanın bir qanununu yada sala bilərəm həyata uyğun olaraq. Enerjinin itməməsi və bir haldan başqa hala keçməsi qanununu. Bu həqiqətən də belədir. Həyatda heç bir şey itmir, yox olmur, boş-boşuna olmur. Hər bir çətinlik, hər bir itki, hər bir qələbə və məğlubiyyət bizə müəyyən bir təcrübə qazandırır, nəyisə öyrədir. Həyatda konkret olaraq pis heç nə yoxdur, hər bir hadisə bizə qazancdır, bilik, təcrübə, yenilik.

2. Sənə deyim ki, bizim şəhər heç gecə də boş olmur, saat 3-də, 5-də mərkəzdə adamlar olur. Amma ümumilikdə götürsək, məncə bu insanın özündən, daxili aləmindən asılıdır, sənə gecə xoşdur, kiməsə gündüz. Mənə də gecə xoşdur, çünki, gecə sakitçilik olur, işıqlı olur, qeyri-adi olur, cazibədar, sehrli olur. Bu, daxilən sakitliyi, tənhalığı sevən insanlar üçün belədir. Amma digər insanlar isə şəhərin gündüz vaxtını sevir, maşınların çoxluğu, səs-küy, insanların qaynaşması. Gecə vaxtı ən gözəl şəhər Tokiodur məncə, çox maraqlıdır Tokionun gecə həyatı.

3. Yenə də insanın özündən, daxili aləmindən asılıdır. Mən introvert insanam, çoxluğu sevmirəm, mənə hadisələrdən kənarda olmaq, insanları qıraqdan müşahidə etmək, gözəgörünməz və ya ruh olmaq yaxşı olardı. Amma elə insanlar var ki, hadisələrin içində, diqqət mərkəzində olmaq istəyirlər, qaynayıb-qarışmaq, çoxlu dost tanışı olmaq, deyib gülmək xoşlayırlar.

Link to comment
Share on other sites

Sən Ferginin, Van Qalın və ən əsası mənim taktiki biliyimə şübhə ilə yanaşırsan? )))))))))))))

İndi başa salım fikrimi. Runi fantastik oyunçudur, amma Runinin ən böyük mənfi bir cəhəti var ki, o hər yerdə olmaq istəyir, oyunun hər anında iştirak etmək istəyir, hər mövqedə yox, meydançanın hər nöqtəsində tapılır. Bu onun dəhşətli dərəcədə güclü motivasiyasından, oyuna marağından irəli gəlir. Amma bu onun KPD-ni çox aşağı salır, enerjisini aparır. Mən bəzən heyrətə gəlirəm, Ueyn qapıya zərbə vurur, qapıçı oyuna başlayır, əks-hücum olur və növbəti anda Runi müdafiədə qapıya gedən zərbəni dəf edir. Özüm futbol oynadığımdan bunun çox çətin olduğunu bilirəm, meydanın uzunluğu ən balaca meydanlarda 90 m-dir. Bütün oyun boyu 90 m o başa, bu başa qaçmaq dəlilikdir. Çox danışdım, əlqərəz, onun üçün ən yaxşı mövqe, 4-4-2 - nin rombvari variantında yarımmüdafiənin sivri ucundadır ki, hücum zamanı mərkəzdən topu irəli aparsın, əgər, önü boş olsa qapıya zərbə endirsin - bunun üçün yetərincə qüvvətli zərbəsi var, yox əgər müdafiəçiləri üzərinə çəkə bilsə, boşluğa açılan hücumçulara son ötürməni versin. Müdafiə zamanı isə, mərkəzdə hücumu qəbul etsin və dağıdıcılıqla məşğul olsun - bunun üçün bəs qədər cüssəsi və topa yapışması, topalması var. Bax beləcə. Sırf hücum onun üçün deyil, o qabaqda qala bilmir, geriyə çox çəkilir.

Vay dədə, 11 futbolçunu güclə seçdim, indi 3-ə endirdin? Nə çətin tapşırıqlar verirsən....

Ok, ilk yer sözsüz bəllidir, bu məni mankunian edən Kantonadır. Başdanxarab king. İkinci pillə də aydındır mənim üçün, bu balacaboy kürəndir, Skoulzi. Ona çox böyük hörmətim var, çünki, bu cür futbol bacarığına, futbol zəkasına, dəqiq ötürmələrə sahib olasan və belə sadə, utancaq və təvazökar olasan. Bu faktiki olaraq mümkün deyil, insan övladı şöhrətpərəstdir, demək ki, Skoulzi bu dünyanın adamı deyil. Hədər yerə, əfsanəvi Zidan onu dünyanın ən güclü futbolçusu adlandırmamış, Xavi isə bütün öyrəndiklərini ondan götürdüyünü demişdi. Üçüncü yerə isə Giggzi qoymalıyam məntiqlə, hər halda ömrünü bizə həsr edib və Arsenalın qapısına o vacib qolu vurub, amma mən, Beksi ondan çox bəyənirəm, heyf ki, bossla araları dəydi, lənətə gəlmiş o buts olmasaydı, məncə o da, karyerasını bizdə bitirəcəkdi və əfsanələrdən biri olacaqdı. Onun cərimə zərbələri, asmaları, künc zərbələri fantastik idi. Belə.

Yayda, əgər heç kim satılmayacaqsa, mütləq və mütləq iki mərkəz müdafiəçisi lazımdır. Müdafiə çox bərbaddır, bir yerdə ki, ən təcrübəli müdafiəçi şikəst Evansdır, o müdafiədən nə danışasan? Hummelsi mütləq almaq lazımdır, dortmundluların indiki bərbad vəziyyəti bizə kömək ola bilər. Digər konkret namizədim yoxdur, əsas odur təcrübəli və hündürboylu müdafiəçi olsun, Varan ola bilər. Yarımmüdafiəyə bir hücumqura bilən oyunçu lazımdır, Roys olsa yaxşı olar, çox heyfslənirəm ki, Kroos kimi oyunçunu əldən buraxdıq, indi Realın bütün mərkəzini çiynində daşıyır, çox faydalı oyunçudur, belə bir yaradıcı oyunçu lazımdır bizə. Bir də yaxşı bir hücumçu, Van Persi özünü itirib, Falkao da 50/50-dir. Məsələn Kavani, Depay 

Mesele de ondadir ki,Runinin universalligindan istifade edib Van Qal onu her movqede oynadir,dayaq yarimmudafieciden tutmush son oyunda sag kenar yarimmudafiecisine kimi. Runi ucun ise en yaxshi movqe nisbeten geriden oynayan hucumcudur. rombun sivri ucunda oynasa,ondan qabaqda 2 hucumcu oynayir. Bu ise yarimmudafienin balansini pozur. Cunki hazirda diger vingerlerimiz hucuma daha meyllidir(Di Mariya,Yanuzay,Mata) diamondun arxada olan oyuncusu Karrik ve ya Blind merkezi tek saxlaya bilmez guclu komandalarla oyunda. Fikrimce Runi yarimmudafieci yox,ikinci hucumcu oynamalidir. 4-4-1-1 taktikasi ile. 

Mence 1 merkez mudafiecsii de bes eder eger 4 mudafieci ile oynasaq. Amma bu mudaficei mutleq tecrubeli mudafieci olmalidir,cavan,perspektivli yox. Merkezde yeni tecrubeli mudafieci yaninda Cons. Ehtiyatda ise Smollinq ve Makneyr. Evansin dalindan deymek lazimdir coxdan. Hummels guclu mudafiecidir,amma cox travma alir. Bizde ise onsuz da hami shushedendir,birini de alsaq lap berbad olacaq. Ona gore de mence Qodini almaq lazimdir. Basqa guclu yarimmudafiecileri almaq cetin olacaq. Qodin alinmasa Xevedes ve ya Shoukross da pis olmaz.

Roys  yaxis oyuncudur. Amma kimi yerine? Di Mariya,Yanuzay,Mata,Runi var onun movqeyinde.

Depay sirf hucumcu deyil. Ele o da Roysun movqeine oynayir. Kavani qiymetine gore almaga deymez. 

Mence hele hucumcu laimz deyil. 1 hucumu ile oynamaq lazimdir(Van Persi,Falkao ve Uilson)

Merkez mudafiecisinden basqa sag kenar mudafiecsii lazimdir. Rafael cox travmatikdir. Evertondan Koulmen gozel olar

Neayet dayaq yarimmudafiecisi ve ya box to box lazimdir Blindin yanina. Karrik ise hec vaxt xosuma gelmeyib. Strotman ve Vidal zedelidirler. Gundogan travmadan ozune gele bilse yaxsi variantdir. 

Mən seçdiyim 11-likdə ona o yeri verdim, indiki halda yox, çünki o sostavda Runinin arxasında Skoulz var və iki güclü müdafiəçi, indi bu mümkün deyil. 

Hummels son aylarda zədələndi, əvvəl belə deyildi. Göz dəydi. Qodini ala bilmərik, Qodin həm kapitan, həm çox vacib oyunçudu Madrid üçün. Şoukross elə bizim yetirməmizdir də, Fergi onu buraxıbsa demək faydalı deyilmiş, Hövedesə isə razıyam, maraqlı oyunçudur.

Roysu mərkəzdə sınamaq olar, Di Mariya solda, Runi hücumçunun arxasında, Roys isə yaradıcı rolunda, məncə yaxşı alınar. Mata yaxşı oyunçudur, amma, sanki, nə isə çatışmır onda, çox xırda bir şeydir, amma bilinmir ki, nədir çatışmamazlığı. 

Depay indi PSV-də hücumçu rolunu oynayır, 20-ə yaxın qol da vurub, sınamaq olar, onsuz da cavandır hələ, cilalana bilər. Hə, Kavani bahadır, amma indi bizə təcili olaraq qol maşını lazımdır, Nistelroy kimi birisi. Falkao hələ ki, oxşamır əvvəlki Falkaoya, bəlkə də vaxt az verir ona Van Qal.

Sağda Smollinqi, Makneyri oynatmaq olar, plyus Roxo və Valensiya orda oyanaya bilirlər, məncə elə də təcili deyil.

Bununla razı deyiləm, Karrik çox faydalı oyunçudur, sadəcə gözə görünmür bu faydası, qara işləri görür. Sadəcə bir statistikaya bax, Karriklə və Karriksiz oyunları müqayisə elə. Onu heç kim bəyənmir, amma onun faydalı iş əmsalı yüksəkdir. Bu mövqeyə məncə heç kim lazım deyil.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Upvote
        • Sad
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...