Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Adamyeyənlikdən Keçən Insanlıq


Kenul2012

Recommended Posts

Adamyeyənlikdən keçən insanlıq

Sivil cəmiyyət dedikdə biz ən əvvəl Avropa mədəniyyətini və onun rifah gətirdiyi əraziləri nəzərdə tuturuq. "Adam balası kimi yaşamaq" arzusuyla köçüb oralarda ömür-gün görmək istəyənlər də az deyil. Bilmək lazımdır ki, həsəd apardığımız  Avropa sivilizasiyasının etik normalarının yaşı 200 ildən artıq deyil. İndi normal adamı diksindirən adət-ənənələr, məsələn, adamyeyənlik 18-ci əsr üçün adi həyat tərzi sayılırdı. Keşişlər uşaq qanı içir, edam olunmuşların piyi ilə epilepsiyanı müalicə edirdilər. Mumiya adıyla qəbul edilən vasitənin isə kütləvi istehsalı vardı.
 
Sivilizasiya tarixinin qara ləkələrini bilmək və arabir xatırlamaq da lazımdır. Atalar məsəli var, yalnız axmaqlar həyatı öz səhvlərindən öyrənir. Avropanın yazılı və mənəvi abidələrini izləmək imkanı olduğundan müşahidələri 2500 il əvvələ qədər apara bilərik. Bəşəri miqyasında çox qısa zaman kəsiyi sayıla biləcək dövrdə həsəd apardığımız yaşam tərzi qadın kahinliyi, pedofiliya, quldarlıqdan tutmuş anarxiya , kommunist icması kimi spesifik quruluşdan keçərək ağır narkotiklərin tətbiqinə qədər ağır insan günahlarının məcmusunu özündə cəmləmiş dövrlərdən keçib. Bir qədər keçmişə nəzər salaq və qiymət verməkdə obyektiv olmağa çalışaq.
 
İnsan əti ən təsirli dərmandı
 
Qərbin təcrübəsinə əsaslanıb deyə bilərik ki, etik normalar anlayışının özü çox sürüşgən və formasını tez-tez dəyişəndir. Dünən patologiya sayılan bu gün normaya çevrilə bilər. Dəyərlər beləcə nüfuzdan düşüb yerini tamam fərqli adətlərə verə bilər. Məsələn, sivilizasiyanın ən böyük günahlarından biri sayılan adamyeyənliyi, hanniballığı götürək. Adam əti yemək bütün dinlərdə, cəmiyyətin bütün quruluşlarında, qanuna görə, cəmiyyət tərəfindən, siyasi baxımdan - hər cəhətdən haram sayılır. Hətta 20-ci əsrdə də hanniballıq bir neçə dəfə kritik şəraitlərdə baş qaldırmışdı. Leninqrad blokadasını, yaxud Povoljyedəki aclıq zamanını yada salaq. Amma belə hallarda da adamyeyənlik təqdir edilmirdi, bir çox adamın həyatını qurtarsa da. Cəmiyyət insanın insan əti yeməsi fikrini heç bir formada həzm edə bilməz. Amma onu da bilməliyik ki, cəmi bir neçə yüz illik əvvəl universitetlərin artıq mövcud olduğu zamanlarda, dahi humanistlərin fikir söylədiyi dövrlərdə paralel olaraq adamyeyənlik də vardı. Arxivlərdə indicə yeyilmiş insandan qalan parçalarla şəkil çəkdirmiş ailələrin fotoları saxlanır.
İnsan əti ən təsirli dərman sayılırdı. Özü də təpədən dırnağa qədər hər bir insan əzası işə yarayırdı. İngilis kralı 2-ci Karl insan kəllələrindən hazırlanan məhlul içirdi. Əslən İrlandiyadan olanların kəllələri daha müalicəvi sayıldığından onları kral üçün məxsusi olaraq gətizdirirdilər. Edam zamanı eşafot qarşısında çoxlu adam itələşirdi. Onların əksəriyyəti epilepsiyası olan xəstələr olurdu. Çünki inam vardı, edam zamanı kəsilən başdan sıçrayan qan epilepsiyanı sağaldır. 
İnsan qanı ilə çoxlu xəstəliklər sağaldırdılar. Papa 7-ci İnnokentiy mütəmadi olaraq 3 oğlan uşağından alınmış qan içirdi. 18-ci əsrin sonuna qədər ölmüş adamların piyini götürmək qadağan deyildi. Dəri xəstəlikləri zamanı insan piyinin kömək etdiyinə böyük inam vardı. 
 
Mumiyanın sehrinə inanan milyonlarla adam heç bilmir ki, əslində meyit yeyir
 
Hanniballıq tarixində mumiyanın özünəməxsus yeri var. İndiyədək mumiyanın sehrli təsirindən danışırlar. Orta əsrlərdə isə bu məhsulu almaq üçün böyük şirkətlər çalışırdı. Orta əsrlərdən bizə gəlib çıxmış bu vasitənin qiyməti qızılla ölçülürdü. Mumiyanın bir qramı 10-12 dollar arası, yəni kiloqramı 10 min - 12 min civarında dəyərləndirilir. Dünyada mumiyanın sehrli qüvvəsinə inanan milyonlarla adam heç bilmir ki, əslində meyit yeyirlər. 
Dərman kimi mumiyanı 10-cu əsrdən işlədirlər. Mumiya qara, qətran kimi bir məhluldur ki, misirlilər eramızdan əvvəl 3-cü əsrdən başlayaraq ölmüş adamları bu məhlulla emal edib bədənin uzun müddət salamat qalmasını təmin edirlər. Mumiyanın əsl resepti, minilliklər əvvəl hazırlandığı üsulu misirlilər artıq itirib. Amma məhsula maraq böyük olduğundan onu insan kəllələrindən, salamat qalmış sümüklərdən, bədən boşluğundan  qaşıyıb çıxarır, təkrar emal edərək satırdılar. Mumiyaya maraq Misir sərdabələrini xarabaya çevirən bir bəhanə oldu. Hər tapılan məqbərədən zinət əşyaları, mərhumla birgə basdırılmış qiymətli artefaktlar çıxarılandan sonra da meyiti rahat yatmağa qoymurdular. Kitablar yazır ki, istehsal iyrənc olsa da, zəhmətinə dəyərdi. Təbib Əbd-El-Lətifin yazdığına görə, 3 insan kəlləsindən yığılmış mumiya 50 dirhəmə (dirhəm 1,5 qrama bərabər gümüş puldur) satılırdı. 
Mumiyaya maraq ticarəti canlandırırdı. Qəhirə və Aleksandriyadan olan tacirlər "sehrli vasitə"nin Avropaya çatması məsələsinin qeydinə xüsusi qalırdı. Onlar qazıntılar aparmaq üçün yüzlərlə misirli kəndliləri günəmuzd tuturdu. Həmin ticarət konsernlərinin daha bir məhsulu da vardı. Dünyanın hər tərəfinə insan sümüklərindən ovulmuş un göndərirdi. 14-16-cı əsrlərdə mumiya apteklərdə dərman otları ilə yanaşı satılan ən adi bir dərman sayılırdı. Misirin mumiya ehtiyatı tükənəndə isə mumiya biznesi tənəzzül yaşamadı. Məhsul çatmayanda edam olunmuş cinayətkarların, yiyəsiz qalmış vəfat etmiş kəndlilərin meyitləri kara gəlirdi. Onları gün altında qurudaraq "əsl mumiya" almağa başladılar. İstehsalat tələbatı ödəmədiyindən qəbir soyğunçuları gözdən iraq düşmüş meyitləri qazıyıb çıxarıb oğurlayırdı. Meyit iri qazanda ət sümükdən aralanana qədər bişirilirdi. Qazanın içində qalan yağlı maye şüşə qablara doldurulub italyan tacirlərinə ağlasığmaz baha qiymətə satılırdı. 1564-cü ildə fransız həkimi navarralı Gi de la Fontan Aleksandriyada olarkən mumiya hazırlamaq üçün öldürülmüş və üst-üstə qalanmış yüzlərlə qulun meyitlərini bir tacirin anbarında görüb dəhşətə gələrək bunu xatirələrində yazmışdı. 
 
Kürən kişini mirra tozu və aloyla səpmək lazımdı ki, acı olmasın…
 
Meyit biznesinə avropalılar da qoşulurdu. Con Sanderson adlı agent 1585-ci ildə mumiya ticarətinə qoşulmaq əmri aldı. Fəaliyyəti nəticəsində o, 600 funt mumiyalanmış və qurudulmuş insan ətini dəniz yolu ilə İngiltərəyə göndərdi. Bir qədər sonra mumiyanı Avropanın özündə hazırlamaq daha ucuz başa gəldiyindən biznes buralarda da çiçəkləndi. 14-cü əsrdən bəri Avropada təzəlikdə edan olunmuş cinayətkarların meyitindən mumiya hazırlamağa başlandı. Bəzən eşafot qarşısındaca cəllad təzə qan və piy satışı təşkil edirdi. Bu barədə 1609-cu ildə Almaniyada çap edilmiş O. Krollun kitabında oxuya bilərik: "24 yaşından çox olmayan kürən kişinin meyitini götürün. O, gərək bir gündən gec olmasın. Yaxşı olardı ki, asılmış, çarxda parçalanmış, ya da nizəyə otuzdurulmuş olsun. Onu bir gün və bir gecə günəş və ay altında saxlamaq, sonra xırda tikələrə doğramaq, mirra tozu və aloy ilə səpmək lazımdır ki, çox da acı olmasın…"
 
Başqa resept də vardı: "Meyiti bir neçə gün spirtdə saxlayıb sonra kölgəlikdə asıb yüngül küləkdə qurutmaq lazımdı. Sonra ətin qırmızı rəngini qaytarmaq üçün şərab spirti lazım olacaq. Bu meyitin görkəmi daima qusma refleksi yaratdığından bu mumiyanı zeytun yağında batırmaq yaxşı olardı. Bu yağ da meyitin mikroelementlərini canına çəkdiyindən dərman kimi tətbiq edilə bilər. Zəhərli ilanlara qarşı çox təsirli vasitədir". Məşhur farmosept Nikolay Lefavr 1664-cü ildə Londonda nəşr edilmiş "Kimya haqqında tam kitab"ında belə resept göstərir. O, əvvəlcə sağlam və cavan kişinin əzələsini kəsməyin yollarını təsvir edir. Sonra yazır ki, əzələni şərab spirtində saxlamaq, sonra sərin və quru yerdə qurutmaq lazımdı. Əgər hava soyuqsa, yaxud yağış yağırsa, bu əzələləri baca üzərində ardıc kolunun budaqlarından qalanmış vam odda qurutmaq lazımdı. Əzələ hazır olduqda dənizçilərin səfərə apardığı qaxac ətə oxşamalıdır. 
 
Bal içindəki şip-şirin qocalar
 
İnsan bədənindən dərman hazırlamaq fırıldaqçılığı o qədər çiçəkləndi ki,  təbiblər bura insanın mənəvi keyfiyyətlərini də əlavə eləməyə başladı. Yəni ki, özünü qurban vermiş adamın meyiti daha təsirli dərman düzəltməyə imkan verir. Belə yanaşma Ərəbistan yarımadasında çoxdan vardı. Orda 70-80 yaşlı kişilər öz bədənini başqalarının sağlamlığına qurban verirdi. Onlar heç bir yemək qəbul etmir, yalnız bal yeyib bal vannaları qəbul edirdi. Bir aydan sonra onların bədəni bal ifraz etməyə başlayırdı. "Şirin qocalar" öldükdən sonra onların bədənini balla dolu sarkofakta yerləşdirirmişlər. 100 il sonra onları çıxarır və dərman kimi tətbiq edirmişlər. İnam varmış ki, bu məhlul bütün xəstəliklərin dərmanıdır. İranda isə bu cür dərman hazırlamağa 30 yaşlı kişi lazım olurdu. Öləcəyinə görə ona bir müddət şah kimi qulluq edir və bütün istəklərini yerinə yetirirmişlər. Sonra şah kimi yaşayan kişinin bədənini bal, həşiş və dərman bitkiləri içində batırır və tabutun ağzını bir də 150 ildən sonra açırdılar. 
 
Qumanol və  kadaverol nədir?
 
Mumiya ehtirası o yerə gətirdi ki, artıq 1600-cü ilə qədər Misirin sərdabələrinin 95 faizi qarət olundu. Avropada 17-ci əsrdə isə qəbirsanlıqları silahlı dəstə qorumalı olurdu. Yalnız 18-ci əsrdə meyit yeməyi, ondan nəsə hazırlamağı qadağan edən qanunlar əmələ gəldi. Kütləvi hanniballıq 19-cu əsrin ortalarına aradan götürüldü. Buna baxmayaraq Avropanın gözdən iraq bölgələrində adətlər uzun müddət yaşamaqdaydı. Məsələn,  İrlandiya və Sitsiliyada hələ xaç suyuna salınmamış ölmüş uşağı yemək qəbahət deyildi. İnsan bədənindən dərman hazırlamaq cəhdləri 20-ci əsrin əvvəllərinə qədər vardı. İnsan piyini cərrahi əməliyyat zamanı işlətməyə 1909-cu ildə Qodlender adlı həkim tətbiq edib. SSRİ-də L. D. Kortavov 1938-ci ildə abırlı səslənmək üçün "qumanol" adlanan məhlulu işlədirdi. Praktikadan məlum olur ki, meyitin su buxarlanması vasitəsilə yağını çıxardıqdan sonra onu yaralara sürtdükdə  yanıqların sağalma müddətini 2 dəfə azaldır. 1951-ci ildə A. M. Xudaza adlı müəllif "Meyitdən alınmış kadaverol (kada - meyit deməkdir) məhlulunun yanıqlar zamanı istifadəsi" mövzusunda dissertasiya müdafiə edib. Alimlər mumiya sözünü MOS, yəni mineral orqanik sibstrat adlandıraraq xaricə sürtməklə alınan effektdən savayı daxilə qəbulu ilə radiasiyadan alınmış zərəri aradan götürməyə və kişi qüvvəsini artırmağa da yararlı olduğunu təsdiqləyir.
 
Biz də adamyeyənlərik?!
 
İkinci Dünya Savaşı zamanı alman faşistlərinin düşərgələrdə insan bədənindən sabun, dəri, peyin alması bizi hiddətləndirirdi. Amma Avropa xalqları üçün bu, 200 il əvvələ qədər qaranlıq keçmişinə qaytaran geriyə addım idi. İndinin özündə də dəbdəbəli Qərb həyatında insan bədəninin məhsul kimi istifadəsi dayanmayıb. Plasentanın istifadəsinə olan maraq artmaqdadır. Müxtəlif cavanlaşdırıcı kremlərin tərkibinə qatılması bir yana, plasentanın yeyilməsi də il-ildən artan müasir dəbə çevrilib. Qərbda bir çox doğum evlərində qadının doğuşdan sonra plasentasını nə etmək barədə qanun-qayda var. Qadın istəsə öz plasentasını apara bilər. Yaxud imtina edərsə onu laboratoriyaya verib müxtəlif harmonal preparatlar hazırlayırlar. İnsan plasentasını yemək Qərb sivilizasiyasını geriyə aparan bir addımı saymaq olar. Maraqlananlar  plasentanın yeməkçün hazırlanma qaydasını internetdən çox rahat tapıb öyrənə bilər.

http://bizimyol.info/news/45886.html

 

Link to comment
Share on other sites

Avropa hemishe vehshi mundar olub. Sonradan muselmanlardan temizlik adamliq oyrene bilibler. Amma yene de tam chixmagib canlarindan mundarchiliq. Muselmanlardan oyrendiler ki alimleri yandirmaq lazim deyil.

Afrika olkelinin servetlerini ogurlayib varlaniblar deye onlari sivil, seviyyeli sayirlar.

Link to comment
Share on other sites

Qedim Roma ve Qedim Yunanistan Avropa olkesidi. Roma da eradan 1000 il evvel Respublika olub, muselmanlarda indiye kimi monarxiya sistemidi. Romada Kanlazasiya sitemi (https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BB%D1%8C%D1%88%D0%B0%D1%8F_%D0%9A%D0%BB%D0%BE%D0%B0%D0%BA%D0%B0)

 eradan 600 qabaq olub, muselman olkelerinde indiye kimi metbex ile ayaq yolunu seche bilmirler)

 

Ne olub olub, tarix spiraldi. Butun olkelerin medeniyyetini inkishaf dovru olub, vandalizm Islamdan bashqa) 

Yazdigin sivil sozu Yunan sozudu, ereb sozu yox, umumiyyetle butun dunyanin edebiyyatina guclu tesir gosterib Yunanlar)

Men Evklid, Demokrit, Pifaqor, Aristotel ve s. kimi alimleri taniyiram, ibn jundulaxlari yox) Elmi inkishaf eden olkenin medeniyyeti zeif ola bilmez.

Paxilliq da pis elametdi, shenqen olkesine vetendashliq verseler burdan qachqa qacha gedeceksen)

Link to comment
Share on other sites

Qedim romada qullari it yerine qoyurdular. Insan heyati hech ne olub avropalilar uchun qedimden indiye qeder. Guclu elm sherqde de kifayet qeder olub. Sherqde amma alimleri yandirmayiblar hech vaxt avropada ferqli olaraq. Qedim yunanlarin qoydugu elm hech avropalilari maraqlandirmirdi. Ilk muselman alimler yararlaniblar qedim yunan menbelerinden. Avropalilar da muselmandan gordu ki elm fayfali imish. Bashladilar muselmanlari qirib tokmeye, talan etmeye, elmi nailiyyetlerini menimsemeye.

Link to comment
Share on other sites

Romalilarin qullari erebler, semitler ve shimali afrikalilar olub, onlar dunyaya ona gore gelibler ki, qul olsunlar. Indide ABS-in qullaridi, ferqi nedi ki) Romanin vetendashlari da olub))

Yunanistan eradan 3000 il qabaq olub, muselmanlarin umumi 1300 yashi var. Choxdan basha dushmushem ki, senin uchun 4000 il tarixde cuzi bir sheydi) Dunya tarixlerinde ve ensiklopediyalarinda bele qebul olunur ki, medeiyyet, elm hamiya Chinden ve Yunanlardan gelib. Bu olkelerden biri de Avropadadi. Muselmanlarda hech vaxt elm olmaytib, olmayacaqda. 

 

En guclu elmleri kalash tutmaq olub tarixde, onu shempanze de bacarir)

 

https://www.youtube.com/watch?v=GUOWb8JAbes

Edited by adad333
Link to comment
Share on other sites

En pisi de odur ki bizde de bu vehshi mundar avropaya perestish edenler var. Avropaya vekillik etmek uchun her cur qatiq yalanlar danishirlar. Chini Avropaya qatmaq, ereb ve muselmani ayird ede bilmemek, Islamin en qedim din oldugunu qanmamamaq kafir avropaperestlerin esas elametlerindendir. Hem de tekamul nezeriyyesi terfdarlari kimi meymundan torediklerine inanirlar. Ona gore meymunluq etmeyi ozlerine borc bilirler. Ecdadlarina hormet olaraq.

Link to comment
Share on other sites

Qerbin sevimli meshguliyyeti dini gozden salmaqdir. Din adam eti yemeyin eleyhinedir axi.

Xristianligi choxdan mehv edibler . Islam uzerinde de bir chalishirlar. her cur yollara el atirlar. Islami gozden salmaq namine oz adamlarini da qurban veribler. Insan heyati hech nedir axi onlarchun.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Ölülərin arasında yaşayıb insan əti yeyənlər - FOTOLAR

Hindistanın Varanasi şəhərindən sürgün olunmuş aqori rahibləri, demək olar, bütün ölkənin ən böyük kabusuna çevrilib.
 
Bu rahiblər ruhi maariflənmə üçün yandırılan meyitlərin yaxınlığında yaşayır, insan əti ilə qidalanırlar.
 
İtalyan fotoqrafı Kristiano Ostinelli qəbilə üzvlərini daha yaxından tanımaq üçün üzü boyalı qorxunc rahiblərdən fotoreportaj hazırlayıb.
 
Sirli qəbilənin üzvləri qəbiristanlıqda yaşayır və dini ayin kimi insan ətindən yemək hazırlayırlar. Bundan əlavə, özlərinin dediyi kimi, ruhi maariflənmə üçün bu tayfa üzvləri içki qədəhi kimi insan kəlləsindən istifadə edir və meyitlərin yanında dua edirlər.
 
Ostinelli deyib: “Bu tayfa ilə bağlı çoxlu sirli hekayələr gəzişir. Hindistan xalqı onlardan qorxur. Onların dediklərinə görə, aqori tayfasının din adamları gələcəyi söyləyə, suyun üzərində gəzə və cadu eləyə bilirlər”.
 
Din adamları meditasiya etməzdən öncə marixuana və spirtli içki qəbul edirlər. Adətən Hindistanda ölülər Qanq çayına atılır. Lakin bəzi meyitlər isə yandırılmadan bir yerə toplanılır. Aqori qəbiləsinin üzvləri meyitlərin geyimlərini əyninə keçirərək, onların yanında məskunlaşır.  
 
Dindarların fikrincə, insan əti və qan digər dünya ilə əlaqələndiricidir. Aqori qəbiləsi öz tarixini XVII əsrdə yaşamış Baba Kinaramdan götürür. İnanclara görə, o, 170 yaşında vəfat edib.(publika.az)

http://bizimyol.info/news/48147.html

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане введены ограничения на услуги такси - ПОВЫШЕНЫ ЦЕНЫ. Таксисты в отчаянии: они не могут оплатить долги и почему выросло число заявлений жителей в связи с занятостью.
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 13 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
      • 21 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 72 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 39 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 43 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 46 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
        • Facepalm
        • Haha
      • 235 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...