Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Terrorçu Dəstə Zərərsizləşdirildi.


Recommended Posts

MTN əməliyyat keçirdi: Terrorçu dəstə zərərsizləşdirildi - VİDEO

Nazirlik məlumat yaydı.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıblar.

Bu barədə Oxu.Az-a MTN-nin İctimai Əlaqələr İdarəsindən məlumat verilib.

Keçirilmiş baxış nəticəsində onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd “Makarov” tipli tapança, 1 ədəd “TT” tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd “RQD-5” tipli əl qumbarası aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərə­findən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1-ci, 28,214.2.3-cü (mütəşəkkil dəstə tərəfindən silah və silah qismində istifadə olunan predmetlərdən isitifadə etməklə terrorçuluğa hazırlıq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq məqsədilə ölkə ərazisində ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək və “cihad etmək” üçün 2014-cü ilin noyabr ayında adları çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradaraq, özlərinə “əmir” də təyin etmişlər.

Dəstə üzvləri “cihad” üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə Azərbaycan Respublikasında yaşayan, “kafir” hesab etdikləri, “qanını və malını” özlərinə “halal” bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırmışlar. Onlar odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə edərək terrorçuluq aksiyalarının törədilməsi üçün hazırda istintaqla araşdırılan mənbədən xeyli sayda silah-sursat əldə etmiş və mütəşkkil dəstənin tərkibində vəzifə bölgüsü aparmışlar.

Məlum olmuşdur ki, dəstə üzvləri tez bir zamanda külli miqdarda pul vəsaiti əldə etmək üçün Mərdəkan qəsəbəsindəki bağ evlərindən birini qarət etdikdən sonra, 2014-cü ilin noyabr ayında quldurluq məqsədilə Qəbələ rayonundakı “Soyuq bulaq” restoranının sahibinin evinə daxil olaraq sonuncunu qətlə yetirmişlər.

Bundan sonra daha bir neçə hüquqazidd əməllər törədən dəstə üzvləri noyabr ayının sonunda gecə saatlarında Bakı şəhərinin Əhmədli qəsəbəsində və Binəqədi rayonu ərazisində yerləşən ticarət obyektlərinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda müxtəlif ləvazimat, ərzaq məhsulları, eləcə də çoxlu sayda sim-kart oğurlamışlar.

2015-ci ilin fevral ayında isə dəstə üzvləri Sumqayıt şəhərində “VAZ 2106” markalı avtomobili oğurlayaraq, həmin avtomaşınla əvvəlcədən planlaşdırdıqları quldurluq əməlini törətmək məqsədilə Göyçay rayonuna gəlmişlər.

Lakin iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları həmin cinayəti həyata keçirə bilməmiş, qaçırdıqları avtomaşını isə ehtiyat hissələrinə ayıraraq sonradan satıb pulunun onlara çatdırılması üçün Ağdaş rayonundakı tanışlarından birinin həyətində saxlamış və taksi ilə Bakı şəhərinə qayıtmışlar. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

www.oxu.az

Edited by Kenul2012
Link to comment
Share on other sites

Dövlətin o boyda nizamlı şəkildə hazırlanmış ordusu baş kamandan ilə birgə 5 kvadrat torpağı məlum düşmənlərdən azad edə bilmirlər, 6 qotur kişi dövlət çevrilişi edəsiymiş... Bax haa, kişilərdəki fərasətə bax...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 62 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 108 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...