Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanlılar Kitab Oxuyurlarmı?

Recommended Posts

3 milionluq Bakıda 5-6 kitab magazası var. Rayonlarda bəlkə 1-2 olar ya olmaz. Beləliklə 9 mln əhaliyə 6-7 kitab magazası, ordada kitabların 90 faizi rus dilində.

İndi özünüz deyin - bu millət kitab oxuyur yoxsa yox?))

Oxumayan, oxumaq istəməyən yüz cürə bəhanə gətirəcək. Oxumaq istəyənə isə heç nə mane ola bilməz, tapıb oxuyacaq.

Link to comment
Share on other sites

Oxumayan, oxumaq istəməyən yüz cürə bəhanə gətirəcək. Oxumaq istəyənə isə heç nə mane ola bilməz, tapıb oxuyacaq.

Söhbət millətdən gedir, ümümiyyətlə oxumurlar, yəni belə bir vərdiş bu millətə yaddir. Faktları yuxarıda yazdım.

Link to comment
Share on other sites

Sadəcə maraqsız kitablar oxuyursuz, ona görə səbriniz çatmır. Türk kitab yaza bilir? Dünya ədəbiyyatının incilərini oxuyun, birdən elə kitaba rast gələrsiz ki, gözünüzü çəkə bilmərsiz, ta ki, bitirməyincə...)))

Mövzuya gəlincə, elə azərbaycanlıların bədbəxtçiliyi odur ki, kitabdan uzaqlaşıblar, sovet höküməti kitabı tərənnüm edirdi, indiki siyasət isə gic-gic serialları və şou xarakterli verilişləri.....halbuki, bu düşünülmüş bir siyasətdir, kitab oxuyan cəmiyyəti idarə etmək çətindir...

Like. Sovetin düşünülmüş siyasəti idi. Kitablara dotasiya var idi, ona görə kitab ucuz idi - 3 rubl (qara bazarın məzəznnəsi ilə 1 dollar), bu gün isə kitab 7-8, bəziləri 10 dollardan (10 manatdan da) baha.

Link to comment
Share on other sites

O kitab mağazalarında istənilən qədər kitab var. Oxumurlar - bu artıq başqa məsələdir, maraqları başqa tərəfədir, bu insanlar üçün kitabdan da vacib, maraqlı şeylər var. Başlarını daha maraqlı şeylərlə qatırlar. 

Link to comment
Share on other sites

Like. Sovetin düşünülmüş siyasəti idi. Kitablara dotasiya var idi, ona görə kitab ucuz idi - 3 rubl (qara bazarın məzəznnəsi ilə 1 dollar), bu gün isə kitab 7-8, bəziləri 10 dollardan (10 manatdan da) baha.

Kitabların qiymətləri böyük rol oynayır. İndi heç bizim dediyimiz "münasib"  qiymətə kitab da yoxdur. 

Link to comment
Share on other sites

Oxumayan məmləkətdə başga cür ola da bilməz. Kitab almırlar, amma 1000 manatlıg  İphona pulları var.

İphone hər şeyi əvəz edir - kitabı da, əyləncəni də, ata-ananı da, sevgilini də, bir sözlə hər şeyi (

Link to comment
Share on other sites

Facebookda "Kitabsevərlər" adında qrup var. Orada gündəlik 10-dan çox paylaşım edilir. Qrupun yüzlərlə fəal istifadəçisi azərbaycanlıdır, və onlar hələ də bütöv xalqın, ələlxüsus da gənclərin maariflənəcəyinə zəmn yaradır, ona görə mən bu dərəcədə kəskin formada millətin üstündən xətt çəkilməsinin tərəfdarı deyiləm. Hər həftə yeni online-kitab mağazaları açılır, oxucu üçün sərfəli qiymətə kitab ala biləcəyi platformalar yaradılır, məsələn, siz bilirsinizmi ki Svetlana Turan azərbaycan dilinə "Elcernon üçün güllər" əsərini tərcümə edib, və ya gənc yayım evləri Nik Vuyçiçin əsərlərini nəşr edir? Əgər bu işlər görülürsə, əgər yazıçılarla rəsmi müqavilələr bağlanırsa, nəşriyyatlar artıq müəllif hüquqları mübarizəsinə başlayırsa, demək ki mütaliəyə meylin yüksəldiyinə dair real faktlar var. Mənim tanışlarımın əksəriyyəti ya gənc yazıçıdır, ya da naşir, ona görə bu haqda məlumatım var. Milli şüurun tənəzzül etdiyini qəbul edirəm, fəqət bizim elə fərdlərimiz var ki, həmən o milli şüuru çirklənmiş idrakları yaxşıca silkələyib, əvvəlki, sağlam vəziyyətinə qaytara bilər. Bəlkə də müxalif düşüncəli olduğumdandır, bilmirəm, amma mən manqurtlaşmanın əsas təqsirkarının - hakimiyyət olduğu qənaətindəyəm. Çünki hökümət zəngin resurslara sahibdir. Bağçadan başlayaraq, qocalar evinə qədər sistemli maarifləndirmə tədbirlərini təşkil edə bilər, amma təəssüf ki bu işdə maraqlı deyil, çünki idmanı elm və zəkadan üstün tutur. Ağılsız toplumu idarə etmək daha asandır. Sovetin dövründə kitablar ucuz idi, mütaliə eləyən isə çox, amma o dövrün ən böyük nöqsanlarından biri də, - senzura idi. Nabokov, Brodski, Dovlatov kimi dissident yazıçılar sıravi Sovet İttifaqı vətəndaşı tərəfindən sevilmirdi, onlara qarşı ölkədə antitəbliğat aparılırdı, ona görə o dövlətin özü də bir köpüklük deyil! Amma görün hal-hazırkı dövr və şərait nə dərəcədə acınacaqlıdırsa, biz sovetlərə şükr edirik, təəssüf!

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Like. Sovetin düşünülmüş siyasəti idi. Kitablara dotasiya var idi, ona görə kitab ucuz idi - 3 rubl (qara bazarın məzəznnəsi ilə 1 dollar), bu gün isə kitab 7-8, bəziləri 10 dollardan (10 manatdan da) baha.

Məncə bu səbəb olmamalıdır.....kitabı almaq istəyən istənilən qiymətə razı olar, mən kitaba 25, 40, 60 manat verdiyim olub.

Hə, mənə başdanxarab deyə bilərsiz...)))

Link to comment
Share on other sites

kitabın qiyməti səbəb deyil. cəmiyyətdə kitab oxumaq dəbi, adəti yaradılmalı, təbliğ olunmalıdır.

ziyalılığa, bilikliliyə, kitab oxumaya hörmət qoyulmayan yerdə kitab oxumaqdan söz gedə bilməz. kitabın qiyməti filan hamısı bəhanədir.

Mən kitabın qiymətini bəhanə edərək, elektron kitab oxuyuram.

Evdə kitab əlindən yer yoxdur yoxsa

Haqlisiniz..

Mən kitabın qiymətini bəhanə edərək, elektron kitab oxuyuram.

Evdə kitab əlindən yer yoxdur yoxsa

Əminəmki (kitab oxumaq ) bir çoxlari kimi orta məktəbə gedən uşaqların, yeniyetmələrin etdiyi, məcburi, kef alınmayan bir iş olaraq gördüyünüz bir işdir. Ha ha . Yazilariniz ,  evində bu qədər kitabi olan insana oxşatmir. Səmimiyyətimə görə üzr istəyirəm..)

Link to comment
Share on other sites

Haqlisiniz..

Əminəmki (kitab oxumaq ) bir çoxlari kimi orta məktəbə gedən uşaqların, yeniyetmələrin etdiyi, məcburi, kef alınmayan bir iş olaraq gördüyünüz bir işdir. Ha ha . Yazilariniz , evində bu qədər kitabi olan insana oxşatmir. Səmimiyyətimə görə üzr istəyirəm..)

O xanimin ateizme meylli olduguna gore bele dusunursunuz? Yoxsa sadece yazi terzine gore?
Link to comment
Share on other sites

Bu qeder kitab vasa niye azerbaycanlilar qoyundu?

))))))))Adad cunki goyun bizim millet ucun mugeddes bir heyvandir,etini yemeyi xoshlasag da.))))))Moshu demishken bizde goyun coxdur..amma...ammasi odur ki,goyun dediyimiz heyvandan bashga goyuna benzer insanlar da getdikce coxalir.Shexsen menim birincilere hec bir pretenziyam yoxdur,cunki tebietin onlar garshisinda goydugu funksiyani gozel yerine yetirirler..Duzu hec ikincilere de irad tutmag istemezdim,cunki onlar artig sifetce insana oxshasalar da insanlig statusunu itirerek esl goyuna daha cox benzeyirler ve bunu ozleri de artig derk edirler..Bu cur insan-goyundan toreyenler de onun ozune oxshamaga calishirlar..Derd ondadir ki,bu goyun-insanlarin sayi artig goyun-heyvanlarin sayini haglayib.Ozu de yene de deyirem bunlar xarici gorkemce insan kimi oz gorkemini saxlayiblar.Bununla bele onlari adi,savadli,medeni insanlardan ayirmag hetta cox asandir.Meselen,onlar kucede gedende etrafina fikir vermeden asfalta tupururler,cibinden cixardigi bosh sigaret gutusunu rahatca yere atirlar,ictimai yerlerde etrafinda gadina,kishiye,gocaya ve ya ushaga fikir vermeyerek gishgira-gishgira agzina gelen soyushleri dillerine getirmekden utanmirlar.Kitab oxumayan beleleridir,hamini goyun kimi gebul etmek duzgun deyil..Bu statusu gazanmagi siz ele de asan bilmeyin.))))Belerine goyun deyende ehtiyatli olun,esl goyunun ozu inciye biler...)))))))
Link to comment
Share on other sites

Haqlisiniz..

Əminəmki (kitab oxumaq ) bir çoxlari kimi orta məktəbə gedən uşaqların, yeniyetmələrin etdiyi, məcburi, kef alınmayan bir iş olaraq gördüyünüz bir işdir. Ha ha . Yazilariniz ,  evində bu qədər kitabi olan insana oxşatmir. Səmimiyyətimə görə üzr istəyirəm..)

Meni izlediyiniz ucun size sonsuz teshekkurker.

Sukani bele saxlayin

Link to comment
Share on other sites

Sovetin vaxtında kitab oxumaq  o qədər dəb idi ki hətta oxumayanlar da göstəriş üçün evlərinə cild-cild kitablar alıb yığırdılar )))
 
Kitaba marağın itməsinin əsas səbəbi həyatın dəyişməsidir. Əvvəl işsizlər, səfillər roman personajları idisə, indi real insanlardırlar. Əvvəl kriminalı, faciəni romanlarda oxuyurdularsa, indi hər gün saysız hesabsız qətl, intihar oğurluq və sairə hadisləri real həyatda görürlər.  Əvvəl həyat hekayələrini kitablardan oxuyurdular, indi televiziya, internet  real həyat hekayələri ilə doludur. 

Link to comment
Share on other sites

Azərbaycanlılar kitab oxuyurlarmı? Mövzunu bir daha gözdən keçirtdim.

Kitab oxumaq uşaqlıqdan gələn bir vərdişdir..Ömrü boyu evində ,ailəsində kitab oxuyan,kitab olmayan bir insan 30 yaşında kitaba maraq göstərməsi mümkün deyil.Bu insanın özündən asılı deyil.Buna uşaqlıqdan ona aşılamaq -kobud dillə desək beyninə yeritmək lazımdır.

Mən və iki yaş kiçik  qardaşım 4-5 yaşımız  olarkən anam bizə rəngli jurnallar alırdı.Oxuya bilmirdik.Anam bizə oxuyub tərcümə edirdi.Yığıb hamısını saxlayırdıq ki,məktəbə gedəndə ,dil öyrənib özümüz oxuyarıq.Bir az da böyüdük,sinifdə qiraətim zəif idi.İkinci sinifi bitərəndə ,müəlliməm dedi evdə kitabınız var?.Dedim anamın çoxlu kitabı var. Dedi get oxu.Oxun düzəlsin.Çox utanmışdım.Bütün üç ayı durmadan oxudum.Əvvəlcə bir kitabı açdım,digərini qoydum.Bitirməyə hövsələm çatmırdı.Sonradan necəsə məni bu kitab bataqlığı çəkdi.) İndiyə kimi kitab görürəm özümü saxlaya bilmirəm.Mütləq maraqlı nə isə olsa ,alıb oxumağa çalışıram.Satış da olmayanları elektron versiyasını tapıb  oxuyuram.

Keçən il ikinci sinifi bitirən oğlumun qiraəti  zəif idi.Öz başıma gələni ona da yaşatdım.Dedim oxu..Kitab oxumağa meyllidir)..Onun üçün yaşına uyğun kitablar alıram.Vaxt olduqca ona rus dili və kirill əlifbası öyrədirəm.Çünki ,evdə mini kitabxanam var.Onlardan istifadə edə bilsin..

Əgər mən evdə kitab,valideynlərimin mütaliə etdiyini,kitaba hörmətini görməsəydim,bunu bir adət kimi övladlarıma öyrədə bilməzdim.Bu da bir adətdir,bir tərbiyyənin bir zərrəsidir.İndiki nəsil oxumursa ,bunu onun özündə yox ,günahı valideynində ,yaşadığı,düşdüyü mühitdə görün.  Uşağın üç yaşı olan kimi əlinə planşet ya telefon alıb verir ,get otur Maşaya bax,ya oyun oyna.O uşağın 8-10 yaşında kitaba oxumağa həvəsi olmayacaq (Bu haqda ətraflı uyğun mövzuda söz açacağam) 

Bu vaxta kimi nə itirmişiksə,artıq keçib.Yetişdirdiyimiz nəslə mütaliəni ,kitab oxumağı təbliğ edək,qanına yeridək.İnanın oxumaq ,təkcə ağıllı danışmaqda deyil,həm də daxili dünyanı zənginləşdirir.Bir əsəri oxuduqca ,orda təsvir olunan hadisəni,yeri  insan öz beynində canlandırıb,təxəyyülünü inkişaf etdirir.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Azərbaycanlılar kitab oxuyurlarmı? Mövzunu bair daha gözdən keçirtdim.

Kitab oxumaq uşaqlıqdan gələn bir vərdişdir..Ömrü boyu evində ,ailəsində kitab oxuyan,kitab olmayan bir insan 30 yaşında kitaba maraq göstərməsi mümkün deyil.Bu insanın özündən asılı deyil.Buna uşaqlqdan ona aşılamaq -kobud dillə desək beyninə yeritmək lazımdır.

Mən və iki yaş kiçik  qardaşım 4-5 yaşımız  olarkən anam bizə rəngli jurnallar alırdı.Oxuya bilmirdik.Anam bizə oxuyub tərcümə edirdi.Yığıb hamısını saxlayırdıq ki,məktəbə gedəndə ,dil öyrənib özümüz oxuyarıq.Bir az da böyüdük,sinifdə qiraətim zəif idi.İkinci sinifi bitərəndə ,müəlliməm dedi evdə kitabınız var.Dedim anamın çoxlu kitabı var. Dedi get oxu.Oxun düzəlsin.Çox utanmışdım.Bütün üç ayı durmadan oxudum.Əvvəlcə bir kitabı açdım,digərini qoydum.Bitirməyə hövsələm çatmırdı.Sonradan necəsə məni bu kitab bataqlığı çəkdi.) İndiyə kimi kitab görürəm özümü saxlaya bilmirəm.Mütləq maraqlı nə isə olsa ,alıb oxumağa çalışıram.Satış da olmayanları elektron versiyasını oxuyuram.

Keçən il ikinci sinifi bitirən oğlumun qiraəti  zəif idi.Öz başıma gələni ona da yaşatdım.Dedim oxu..Kitab oxumağa meyllidir)..Onun üçün yaşına uyğun kitablar alıram.Vaxt olduqca ona rus dili və kirill əlifbası öyrədirəm.Çünki ,evdə mini kitabxanam var.Onlardan istifadə edə bilsin..

Əgər mən evdə kitab,valideynlərimin mütaliə etdiyini,kitaba hörmətini görməsəydim,bunu bir adət kimi övladlarıma öyrədə bilməzdim.Bu da bir adətdir,bir tərbiyyənin bir zərrəsidir.İndiki nəsil oxumursa ,bunu onun özündə yox ,günahı valideynində ,yaşadığı,düşdüyü mühitdə görün.  Uşağın üç yaşı olan kimi əlinə planşet ya telefon alıb verir ,get otur Maşaya bax,ya oyun oyna.O uşağın 8-10 yaşında kitaba oxumağa həvəsi olmayacaq (Bu haqda ətraflı uyğun mövzuda söz açacağam) 

Bu vaxta kimi nə itirmişiksə,artıq keçib.Yetişdirdiyimiz nəslə mütaliəni ,kitab oxumağı təbliğ edək,qanına yeridək.İnanın oxumaq ,təkcə ağıllı danışmaqda deyil,həm də daxili dünyanı zənginləşdirir.Bir əsəri oxuduqca ,orda təsvir olunan hadisəni,yeri  insan öz beynində canlandırıb,təxəyyülünü inkişaf etdirir.

Forumda yazdiginiz en duzgun, faydali, mentiqli  yaziniza gore size minnetdaram

Link to comment
Share on other sites

men prezident olsaydım. mekteblerde herhefte 3-4 akademik saat bedi eserlerin oxunması üçün tehsil nazirliyine serencam vererdim.

kitab oxumuyan millet, kitab oxumuyan kütle, sefilliye mehkumdur.

düzdü baxır ne oxuyursan. bu saat sorğu keçirsen hamı tvaylaytı, aşk meşqleri oxuyub)))

Link to comment
Share on other sites

Könülün postundan sonra uşaqlığımdakı bir epizod yadıma düşdü...

Evimizdə dünyalar qədər sevdiyim rəhmətlik babamın kitabxanası var idi... Babam neft idarəsində işləyirdi..Maaşının ən azı 30 faizini hər maaş alanda xərcləyirdi..O qədər kitabı var idiki yenisini alınca köhnələri hələ oxuyub bitirməmiş olurdu..Bir gün babam yene elinde bir bağlama kitab evə girəndə, nənəm əsəbləşdi..Dedi a kişi bəsdi də, uşaqlar bir qarnı ac bir qarnı tox dolanır sən yenə kitab almısan..Bular acıyanda olara kitab verəcəm yesinlər? Ailəmiz 12 nəfərdən ibarət idi..Nənəmin atası bəy olduğundan sürgün olunmuşdu, çox əziyyətlə böyümüşdü..Hər tikənin qədrini bilirdi..

O an babam nənəmə cavab verdi ki, bu kitabları mən elə onlar üçün almışam..biz iki bacı iki qardaşıq..babam dediki bir gün bu uşaqların sənin kimi heç nəyi olmaya bilər, hər şeylərini itirə bilərlər, onlara qalan oxuduqları kitablar və qazandıqları biliklər olacaq..Bir də babam həmişə nəyəsə and içəndə, oxuduğum haqqı deyirdi ))

O vaxtdan kitabları çox sevirdim..54 tom idi sehv etmirəmsə dünya uşaq ədəbiyyatını sona kimi oxudum..Yaşıma görə o vaxt bir neçə əsəsri heç anlamırdım amma oxuyurdum..Jül verni, Konan doylu çox sevirdim..

Əmimin gəlni gələn kimi tez kitabları evdən atmağa çalışdı..Babam hamısını mənə bağışladı..Allah rəhmət eləsin ona!

Link to comment
Share on other sites

Əminəmki (kitab oxumaq ) bir çoxlari kimi orta məktəbə gedən uşaqların, yeniyetmələrin etdiyi, məcburi, kef alınmayan bir iş olaraq gördüyünüz bir işdir. Ha ha . Yazilariniz ,  evində bu qədər kitabi olan insana oxşatmir. Səmimiyyətimə görə üzr istəyirəm..)

Xanim, sizin bir neçə postunuzu oxudum, heyran qaldım. Mənim haqqımda nə deyə bilərsiniz? Kitab oxumuş birinə oxşayıram ya yox? Ümumiyyətlə, intuisiyasına və daxili səsinə inanıb, insanlara qiymət verə biləcək insan çox azdır bizim zamanda. Kitab oxuyanlardanda az. 

Link to comment
Share on other sites

Twilight yazın google`da baxın)) bilirsiniz. inan heç marağlı gəlməz)) sadəcə adını Azərbaycan hərfləri ilə yazdım)))

Azərbaycan dilində təzəlikcə nəşr olunub bu üz qarası, adı da "Toranlıqdır" =)

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

“Hevesim yoxdur,”vaxtim yoxdur”,’’maragim yoxdur.” :wow1: Niye oxusunlar ki?! Biliyin,savadin seviyyesini deyil,yaddashin seviyyesini olchen “mukemmel” bir tehsil sistemimiz,oxuma isteyi ashilamayan,kitabla beslemeyi menasiz,bosh verdish hesab eden aile ve mektebimiz var.Daha dunyaya baxishi formalashmadan kor qalan ushaqlarimiz-geleceyimiz var,nece oxusunlar ki?

Oxumaqdan konullu mehrum buraxilmaga sovq edilmish savadsiz ve zeherlenmish xeste cemiyyet- dushunulmush siyasetin bariz tezahuru.

Minillikler evvel Chin hokmdari terefinden yazilmish “Hokmdarlara nesihetler”de behs edildiyi kimi:”Ey ulu hokmdarlar,xalqinizi yaxshi idare etmek isteyirsenizse,onu cahil,savadsiz saxlayin.Savadsizliq feziletdir.Bilikli insani idare etmek chetindir.Meselen,cahil insan bosh,melumatli insan dolu bir kuzeye benzeyir.Bosh kuze ishinize yararli olar,ichini turshu,behmez,su ile doldurarsiniz.Halbuki dolu kuze onsuz da doludur,hech bir ishinize yaramaz.Insanlar da eynile beledir.’’

Link to comment
Share on other sites

Xanim, sizin bir neçə postunuzu oxudum, heyran qaldım. Mənim haqqımda nə deyə bilərsiniz? Kitab oxumuş birinə oxşayıram ya yox? Ümumiyyətlə, intuisiyasına və daxili səsinə inanıb, insanlara qiymət verə biləcək insan çox azdır bizim zamanda. Kitab oxuyanlardanda az. 

O biri postlardan birində  kimisə izlədiyim üçün təşəkkür elədilər , ))  qisacasi , sizi izləməmişəm.  :glare: )

Link to comment
Share on other sites

Müsəlman kitab oxumur - nə istəyirsən elə. Sovetin vaxtida bir az oxuyurdular, kitab ucuz idi + döyə-döyə Sovet oxudurdu. İndi isə qayidmışıq kəndimizə))

Məsələ sovetdə, müsəlmanda deyil. Məsələ dövlətin hansı ideologiyanı təbliğ etməsində, hansı davranış tərzini, düşüncə tərzini, hansı tonu cəmiyyətə yeritməsindədir.

Adi bir misal, əgər məmurlar, cəmiyyətin "elita"sına aid insanlar kitab oxumağı, kitabxanaya getməyi təbliğ etməklə dəbə salsalar, sıravi vətəndaşlar da başlayacaqlar özlərini onlara bənzətməyə. Bugün eyni sxem işləyir, amma başqa prioritetlər üzəridnə. Qudurğanlıq, harınlıq, təkəbbürlülük, özünü dartmaq, "mən səndən varlıyam deyə səni basıb yeyə bilərəm" kimi dəyərlər üzərində təbliğat gedir. Bu cəmiyyətdə sizcə kim kitab oxuyub ziyalı olmaq istəyər?

Məncə məhz müsəlmandadır. Baxin Orta Asiya respublikalarına, onlar hamısı müsəlmandır.

Link to comment
Share on other sites

Məncə məhz müsəlmandadır. Baxin Orta Asiya respublikalarına, onlar hamısı müsəlmandır.

Kitaylar, cenubi ve shimali amerikalilar da müselmandilar? Onlar asiyalilardan artiq kitab oxumurlar ki.

Islam dini cox oxumagi emr edir. Quranda tekce sherie deyil diger elmlerin de öyrenilmesi haqqinda ayeler var.

Link to comment
Share on other sites

Kitaylar, cenubi ve shimali amerikalilar da müselmandilar? Onlar asiyalilardan artiq kitab oxumurlar ki.

Islam dini cox oxumagi emr edir. Quranda tekce sherie deyil diger elmlerin de öyrenilmesi haqqinda ayeler var.

Hemin ayeleri yerlesdire bilersinizmi burda?
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
        • Upvote
      • 32 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
      • 2 replies
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
        • Milli
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Sad
        • Like
      • 81 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 30 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...