Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Forumçuların Yaradıcılığına Aid Şərhlər.


Dark Lady

Recommended Posts

  • Replies 165
  • Created
  • Last Reply

Top Posters In This Topic

Görürəm heç kim addım atmaq istəmir ,qoy ilk mən olum.

Əslində bu yazımı başqa mövzuda qoymuşdum bəlkə də aranızda oxuyan olub amma bu mövzuda yerləşdirmək daha uyğundur..Nəzərə alın ki, professional işi deyil..sadəcə yaşadığım hissləri kağız üzərinə köçürmüşəm..

QƏFİL ZƏNG...

Adi günlərimdən birini yaşayırdım. Yenə həmişəki kimi səhər durub işə gəlmişdim, qızğın iş gedirdi, işin sonuna yaxın işlərimi yekunlaşdırırdım...Nədənsə birdən oturub telefonumda xarici bir melodiyaya qulaq asmaq istədim.. məhz həmin melodiya ki, mənə əziz adamın zəngində bu melodiya səslənirdi..axıra qədər həmin melodiyaya qulaq asdım...ozumdə bilmirdim ki, bu melodiya bir də heç vaxt mənim telefonumda səslənməyəcək...O adam birdə mənə zəng etməyəcək..İşin sonuna yaxın hamı kimi məndə tez saatın 6 olmasını gözləyirdim.. nəbiləydimki keçən hər saniyə mənə əziz bir adamımı həmişəlik mənim əlimdən almağa doğru iti addımlarla addımlayır..Əgər bilsəydim vaxtın dayanmasını və birdə getməməsini Allahdan diləyərdim...Bəli, iş vaxti bitdi, hamı kimi məndə evə yollandım...Qış ayı olduğundan hava artıq qaralmışdı...maşının pəncərəsindən bayıra baxıb xəyala dalmışdım. Mənə elə gəlirdiki, yenə evə gedəcəm, adi hərgünki axşamlardan birini yaşayacağam ailəmlə birgə.Lakin qəfil gələn zəng...həyatımı alt-üst etdi..Kaş ki, qulaqlarım kar olaydı o zəngi eşitməyəydim, kaş ki, dilim lal olaydı o zəngə cavab verə bilməyəydim..

Bu zəngə qədər mən dünyanın ən xoşbəxt bir insanı idim, heç bir qəm-kədərim, heç bir problemim yox idi və mənə elə gəlirdiki bu həmişə belə olacaq. Lakin həyatın sərt üzü də var imiş..

Mənə elə gəlirdiki, həmişə o mənim yanımda olacaq, həmişə səslənsəm mənə cavab berəcək, həmişə bir çətinlikyə düşsəm mənə köməyə gələcək. Həmişə onun şən, zarafatcıl, qayğıkeş üzünü görəcəm. Amma belə deyilmiş.. O insanı itirəndən sonra ancaq “kaşki”, “gərək”, “bilsəydim” kəlmələri beynimdə elə hey dolanır. İndiyə kimi elə bilirəmki, hələ də yuxudayam, nəvaxtsa oyanacam və bu qorxunc yuxu sona yetəcək. Hələdə gözləyirəmki, nəvaxtsa yenə işdən evə gələndə o insanın stol arxasında oturub televizor izləyəcəyini və məni gülərüzlə qarşılayacağını görəcəm..bilmirəm bəlkə də doğurdan da mən yuxudayam, bəlkə elə yaşadığımız bu həyat özü bir yuxudur...o isə gerçəklərə qovuşub..

Bircə onu bilirəmki, hər zaman Allahın verdiyi yaşadığım ömür boyunca istər yaxşı günümdə, istər pis günümdə gözüm ancaq onu axtaracaq...

Ağ gəlinlik donunda vağzalı sədası altında ATA evini tərk edərkən..ilk analıq hissini yaşayarkən..ilk ana kəlməsini eşidərkən..övladımı ilk məktəbə yola salarkən..övladıma toy edərkən..nəvəmi qucağıma alarkən...gözlərimi əbədi yumarkən belə yenə də gözlərim onu axtaracaq..

Necə indi hər yerdə onu görürəm, onu axtarıram..küçədə gedərkən çal saçlı birini gördükdə özümü itirirəm, dünya başıma fırlanır..addımlarımı tezləşdirirəmki, tez həmin adama çatıb boynuna sarılım...amma hər dəfə xəyallarım puça çıxır..məyus şəkildə yolumu davam edirəm.Hər dəfə evə eyni yolla qayıdıram.Həmin yolda maşın dayanacağında maşınlara baxan çalsaçlı kişini görəcəyim dəqiqəni səbirsizliklə gözləyirəm..aman Allah insan necə də bir-birinə oxşayarmış! Yox, amma bu o deyil..bu çalsaçlı adam o ola bilməz. Çünki ondan bir dənə idi, və heç vaxtda olmayacaq..

Ona görə yox ki, o mənim ATAMDIR..həqiqətəndə yaşadığı qısa ömründə bir dəfədə olsun valideyninin üzünə ağ olmadı bu adam..bir dəfə olsun kiminsə qəlbinə dəymədi bu adam..kefinin yaxşı vaxtında da əhvalının yaxşı olmayan vaxtında da heç kimi diqqətindən kənarda qoymazdı..heç bir qohumunun ad gününü yadından çıxarmazdı.. adicə bir zənglə insanlara göstərdiyi qayğı ilə onların ani də olsa sevincinə səbəb olurdu..bəlkə də ona görə Tanrı ona məhz bu cür övladlar bəxş etmişdi..daim onun başını ucalara qaldıran oğul və heç vaxt, yoxluğundan sonra belə onun adına ləkə gətirməyən iki qız.

Arzuları yarımçıq qaldı..ən böyük arzusu oğul toyu görmək idi.amma qismət olmadı..bir azca möhlət verilmədi,yəqin qismət deyilmiş..

Oğlun sənin arzuladığın kimi toy etdi özünə..hər şey öz yerli-yerində idi..bütün sənin dostların, iş yoldaşların, bütün qohumlar səbirsizliklə gözlənilən toyda necə lazımdı iştirak etdilər..bircə sən yox idin..amma sən cismən yox idin.. ruhən sən ordaydın çünki bu əziz gündə öz ailəni tək buraxa bilməzdin..sən bizimlə idin..mən buna əminəm.

Bəlkə də həyatından çox istədiyin ilk nəvən sənin yoxluğundan sora ilk dəfə evə gələndə bu danışmağı belə sərbəst bacarmayan balaca qızcığaz bütün otaqları gəzib baba-baba deyə səslənirdi..babanın o şən səsi isə evdə lal bir sükutla əvəz olunmuşdu..Həmin səs-küylü ev deyildi artıq o ev..və heç vaxtda əvvəlki kimi olmayacaqdı..Dostları başına yığıb deyib gülən, nərd oynayan, yeyib-içən səs-küylü insan cismən yoxdu o evdə..səssizlik..........əvəz edib bütün o günləri...lal sükut...............var indi o evdə..

Bundan sonrakı həyatımız öz axarı ilə davam edir.. edəcəkdə..biz istəsəkdə istəməsəkdə..bircə onu bilirəmki,daha ürəkdən gülə bilməyəcəm, daha ürəkdən sevinə bilməyəcəyəm..daha tam xoşbəx olmayacağam..amma onunla təsəlli tapıramki, sənin adını fəxrlə, sənin özünə layiq daşıyıram və daşıyacağam..bircə buna sevinirəm.

Üç ilə yaxın içimdə yığılıb qalanları nəhayət ki, kağız üzərinə köçürməyə qüvvə tapdım özümdə..Bu ürəyimdəkiləri bölüşdüyüm insanlara demək istəyirəmki, ey naşükür insan bəndələri valideynlərinizin qədrini sağlığında bilin..çünki onları itirəndən sonra artıq əliniz heç nəyə çatmayacaq..ancaq yuxularda onları qucaqlayıb oxşaya biləcəksiniz.Sağlığında onların qəlbini incitməyinki, onları itirəndən sonra sizin qəlbiniz inciməsin...

Ardı olacaq...

:rroza: :rroza: :rroza:

Link to comment
Share on other sites

Bu yazım isə birincidən fərqli olaraq yaşanmayan hisslərdir. Tam təxəyyülümdür. Nəzərə alın ki, cızma-qaradır)))qüsurlar varsa da üzürlü hesab edin))))

Mən səni sevirəm...

Lenet sheytana... Eger texeyyul beledirse, gor bu hissleri yashasaydiniz nece yazardiz........:rroza:

Link to comment
Share on other sites

  • 5 weeks later...

Xalqim qalibdi dovrana heyran aglayir

Tapilmir derde care edir efgan agliyir

Ummet toredir fitneyi fesad deyerek

Fexri-kainat nebiyyi sultan agliyir

Defteri dunyavu emel gelibdi soldan

Qalibdi cashbash biiman insan agliyir

Bisheref usanmayib etdiklerinden

Gelerek zare bicare noqsan aglayir

Nesimin ezdiler ozunu kesdiler sozunu

Ol sebebden icin-icin punhan aglayir

Nöqtə, vergülün yeri görünür ;)

Link to comment
Share on other sites

Yazilar eruz vezni dileyiyle yazilmisdir! Amma insanlarin her dileyi gercek olmur axi.......

"Almalarinla", "Ay qiz, saqqiz" olan qalan etimizi de tokmushdu etimtekuldu Siz yazin, sher oxumaq isteyenlerin arzularini yerine yetirin, yeter ki, xalq beyenir :aappll:

Link to comment
Share on other sites

Abbasov J. , Az.ca olan sherleri ( 1-ci postdan sohbet gedir) ozunuz yazmisiz? Insan bezen dushunur ki, meshhur olmayan insanlar bele seviyyeli sherler yaza bilmezler. Amma unutmamaliyiq ki, meshur shairler de evvelce yaziblar, sonra meshur olublar! Beyenilsin! :aappll:

Link to comment
Share on other sites

Görürəm heç kim addım atmaq istəmir ,qoy ilk mən olum.

Əslində bu yazımı başqa mövzuda qoymuşdum bəlkə də aranızda oxuyan olub amma bu mövzuda yerləşdirmək daha uyğundur..Nəzərə alın ki, professional işi deyil..sadəcə yaşadığım hissləri kağız üzərinə köçürmüşəm..

QƏFİL ZƏNG...

Adi günlərimdən birini yaşayırdım.

Bu real həyatından yazdığın hekayəni çoxdan oxumuşdum Pəri...Ondan sonra bir dəfə də oxudum..

Yenə ilk 2 dəfədə oxudum kimi tüklərim biz-biz oldu..

Allah rəhmət etsin!

Link to comment
Share on other sites

Bu real həyatından yazdığın hekayəni çoxdan oxumuşdum Pəri...Ondan sonra bir dəfə də oxudum..

Yenə ilk 2 dəfədə oxudum kimi tüklərim biz-biz oldu..

Allah rəhmət etsin!

Vaxtınızı ayırıb oxuduğunuz üçün və qiymətləndirdiyiniz üçün təşəkkür edirəm.

Link to comment
Share on other sites

Görürəm heç kim addım atmaq istəmir ,qoy ilk mən olum.

Əslində bu yazımı başqa mövzuda qoymuşdum bəlkə də aranızda oxuyan olub amma bu mövzuda yerləşdirmək daha uyğundur..Nəzərə alın ki, professional işi deyil..sadəcə yaşadığım hissləri kağız üzərinə köçürmüşəm..

QƏFİL ZƏNG...

Ardı olacaq...

:aappll: Halal olsun!İcindeki o ata hesretini yaradiciliq ruhu ile evezle eziz dostum!

Sen axi soz vermisen..Hemishe yaxshi olacaq,dostlarini,ezizlerini sevindireceksen..Mene ise yeni bir hekaye soz vermisen..Ne vaxt olacaq? :devil:

Link to comment
Share on other sites

:aappll: Halal olsun!İcindeki o ata hesretini yaradiciliq ruhu ile evezle eziz dostum!

Sen axi soz vermisen..Hemishe yaxshi olacaq,dostlarini,ezizlerini sevindireceksen..Mene ise yeni bir hekaye soz vermisen..Ne vaxt olacaq? :devil:

Çox sağ ol Qulliver, inanmıram o həsrəti nə iləsə əvəzləmək olar.Dəsəyin üçün sağ ol.

Yadımdadır hekayə məsələsi)) sözümün üstündə həmişə dururam. Hələ ilham pərim gəlməyib))Söz vermişəmsə mütləq olacaq. Özü də əgər o sözü SƏNƏ vermişəmsə)))

Link to comment
Share on other sites

Bilirsen Peri..Seninle oxwar cehetimiz coxdur-bunu 2-miz de bilirik ... bu meselede-yeni icinden gelenleri etraf ile boluwmek cesareti hele de mende yoxdur....

gorunur bu ele lenet olasi qara bloknotla birlikde sulara qerq olacaq..gec-tez xatireler ve duwuncelerin aqibeti bu olacaq...

amma sen yaz! yaz , yarat Baciwkam!! :rroza:

Link to comment
Share on other sites

Bilirsen Peri..Seninle oxwar cehetimiz coxdur-bunu 2-miz de bilirik ... bu meselede-yeni icinden gelenleri etraf ile boluwmek cesareti hele de mende yoxdur....

gorunur bu ele lenet olasi qara bloknotla birlikde sulara qerq olacaq..gec-tez xatireler ve duwuncelerin aqibeti bu olacaq...

amma sen yaz! yaz , yarat Baciwkam!! :rroza:

Düzünü desəm elə də yazan deyiləm hərdən olur))amma onu bilirəm ki, azca da olsa insan yüngülləşir. Lap az...

:rroza::rroza::rroza:

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...

Ata

Ata həsrətiylə yanır ürəyim,

Atadır hər arzum, istək, diləyim,

Vəfasız həyatda bircə köməyim,

Onsuz elə bil ki, zaman dayanır,

Ata nəsihəti könlüm axtarır.

Evin yetim qalıb, ocağın başsız,

Qoydun getdin bizi, vaxtsız zamansız,

Qalmışıq tək-tənha, gücsüz, əlacsız,

Həyatda yoxluğun ürək dağlayır,

Ata nəsihəti könlüm axtarır.

Doymayıb bizlərdən nigaran getdin,

Qohumlar yolunda canını verdin,

Hamıya əl tutub, yaxşılıq etdin,

Etdiyin yaxşılıq bizə qayıdır,

Ata nəsihəti könlüm axtarır.

Sən mənə həm Ata, həm dost olmusan,

Arxamda çəpər tək daim durmusan,

Bizi ömür boyu sən qorumusan,

Məs dayaq olmağın məni saxlayır,

Ata nəsihəti könlüm axtarır.

“Bir vaxt deyəcəksiz...” - bizə söylərdin -

“Belə atam vardır...” tez-tez deyərdin,

Bu zaman kövrəlib, üzdə gülərdin,

Qəlbim o gülüşçün necə darıxır!

Ata nəsihəti könlüm axtarır.

Ey Atam, rahat get, qalma nigaran,

Fəxr et övladlarınla, sevin, qürurlan,

Yaddaşlarda qalan, ey müdrik insan!

Sənintək insanlar daim yaşayır,

Ata nəsihəti könlüm axtarır.

Bu şerindən heç xəbərim yox idi...

Link to comment
Share on other sites

Breeze, мне очень понравилось твоё творчество, особенно Qəmli gözlər :aappll:

прочтите правила раздела!

Edited by ^^Paradise_Bird^^
Link to comment
Share on other sites

QƏFİL ZƏNG...

Bəlkə də həyatından çox istədiyin ilk nəvən sənin yoxluğundan sora ilk dəfə evə gələndə bu danışmağı belə sərbəst bacarmayan balaca qızcığaz bütün otaqları gəzib baba-baba deyə səslənirdi..babanın o şən səsi isə evdə lal bir sükutla əvəz olunmuşdu..

gezlerim yashardi...

Link to comment
Share on other sites

Ata

Ata həsrətiylə yanır ürəyim,

Atadır hər arzum, istək, diləyim,

Vəfasız həyatda bircə köməyim,

Onsuz elə bil ki, zaman dayanır,

Ata nəsihəti könlüm axtarır.

Evin yetim qalıb, ocağın başsız,

Qoydun getdin bizi, vaxtsız zamansız,

Qalmışıq tək-tənha, gücsüz, əlacsız,

Həyatda yoxluğun ürək dağlayır,

Ata nəsihəti könlüm axtarır.

Doymayıb bizlərdən nigaran getdin,

Qohumlar yolunda canını verdin,

Hamıya əl tutub, yaxşılıq etdin,

Etdiyin yaxşılıq bizə qayıdır,

Ata nəsihəti könlüm axtarır.

Sən mənə həm Ata, həm dost olmusan,

Arxamda çəpər tək daim durmusan,

Bizi ömür boyu sən qorumusan,

Məs dayaq olmağın məni saxlayır,

Ata nəsihəti könlüm axtarır.

“Bir vaxt deyəcəksiz...” - bizə söylərdin -

“Belə atam vardır...” tez-tez deyərdin,

Bu zaman kövrəlib, üzdə gülərdin,

Qəlbim o gülüşçün necə darıxır!

Ata nəsihəti könlüm axtarır.

Ey Atam, rahat get, qalma nigaran,

Fəxr et övladlarınla, sevin, qürurlan,

Yaddaşlarda qalan, ey müdrik insan!

Sənintək insanlar daim yaşayır,

Ata nəsihəti könlüm axtarır.

Menim kimi "jelezobeton" adami bu sherinle kovreltdin, Kamran... Allah butun olen atalara rehmet elesin, qebirleri nurla dolsun, ruhlari shad olsun, yerleri beisht olsun.... Qalanlara da can saqliqi versin, ananin yeri bir bashqadir, amma kishi uchun ata nesihetinin hemishe yeri olacaq... Menim atamin bu il artiq 70 yashi olacaq, amma indi de deyir ki, atam yanimda olaydi, lap gunde 10 defe de mene shille vuraydi... Amma yanimda olaydi... Ehsen bir daha, ay Kamran, ehsen!!!! Cox gozel yazmisan bunu, sevgi mehebbet sherleri de yaxshidir (amma deyesen cavanliqda xatakar olmusan aaa :) ), amma bu "ATA" sherin bambashqadir.... Qardash, gel sherlerinin capi ile meshqul olaq, ne deyirsen?

Edited by Consigliere_
Link to comment
Share on other sites

Menim kimi "jelezobeton" adami bu sherinle kovreltdin, Kamran... Allah butun olen atalara rehmet elesin, qebirleri nurla dolsun, ruhlari shad olsun, yerleri beisht olsun.... Qalanlara da can saqliqi versin, ananin yeri bir bashqadir, amma kishi uchun ata nesihetinin hemishe yeri olacaq... Menim atamin bu il artiq 70 yashi olacaq, amma indi de deyir ki, atam yanimda olaydi, lap gunde 10 defe de mene shille vuraydi... Amma yanimda olaydi... Ehsen bir daha, ay Kamran, ehsen!!!! Cox gozel yazmisan bunu, sevgi mehebbet sherleri de yaxshidir (amma deyesen cavanliqda xatakar olmusan aaa :) ), amma bu "ATA" sherin bambashqadir.... Qardash, gel sherlerinin capi ile meshqul olaq, ne deyirsen?

Saq ol, qardaş, minnətdaram.:) Sən həmişə ağa ağ, qaraya isə qara demisən. Sən çox şeyə kritika ilə yanaşırsan, ona görə sənin mənim şerimə verdiyin yüksək qiymət mənimçün çox önəmlidir. Mənim də atam demək olar ki, həmin sözləri deyərdi... Allah valideyinlərinə can sağlığı, uzun ömür qismət etsin. Onlar onsuzda xoşbəxt insanlardırlar ki, sənin kimi oğul böyüdüblər.

Şerlərin çapı barəsində fikirləşirəm. Şerlər çoxdur, amma hərəsi bir dərədə.:) Onları toplayım bir yerə, sonra çapa da vermək olar.

Link to comment
Share on other sites

Ana

Ana müqəddəsdir, əzizdir ana,

Övladçun hər zaman ürəyi yana,

Beşiyi tərpədən o yan bu yana,

Anam, həyatımsan, canımsan mənim.

Doqquz ay bətnində məni gəzdirdin,

Gecələr yatmayıb, nazımı çəkdin,

Hər mən ağlayarkən, birinci gəldin,

Anam, həyatımsan, canımsan mənim.

İlk addımlarımla qürurlanmısan,

Özünü ən xoşbəxt Ana sanmısan,

O qədər gecələr oyaq qalmısan...

Anam, həyatımsan, canımsan mənim.

Ananın laylası ilk nəğməmizdir,

O nəğmə doğmadır, həm də əzizdir,

Bizi yatızdıran yeganə səsdir,

Anam, həyatımsan, canımsan mənim.

Ağarmış saçına olaram qurban,

İllər keçsə belə, ötüşsə zaman

Qayğına qalaram hər yerdə, hər an,

Anam, həyatımsan, canımsan mənim.

Canım canındandır, qanım qanından,

Heç kim çıxa bilməz Ana borcundan,

Bizə hayat verən, bizi yaşadan

Anam, həyatımsan, canımsan mənim.

:algish: :algish: :algish:

Allah bütün analara can sağlığı, uzun ömür versin, onlarsız bir günümüz belə olmasın. Amin!

Link to comment
Share on other sites

Ana

Ana müqəddəsdir, əzizdir ana,

Övladçun hər zaman ürəyi yana,

Beşiyi tərpədən o yan bu yana,

Anam, həyatımsan, canımsan mənim.

Doqquz ay bətnində məni gəzdirdin,

Gecələr yatmayıb, nazımı çəkdin,

Hər mən ağlayarkən, birinci gəldin,

Anam, həyatımsan, canımsan mənim.

İlk addımlarımla qürurlanmısan,

Özünü ən xoşbəxt Ana sanmısan,

O qədər gecələr oyaq qalmısan...

Anam, həyatımsan, canımsan mənim.

Ananın laylası ilk nəğməmizdir,

O nəğmə doğmadır, həm də əzizdir,

Bizi yatızdıran yeganə səsdir,

Anam, həyatımsan, canımsan mənim.

Ağarmış saçına olaram qurban,

İllər keçsə belə, ötüşsə zaman

Qayğına qalaram hər yerdə, hər an,

Anam, həyatımsan, canımsan mənim.

Canım canındandır, qanım qanından,

Heç kim çıxa bilməz Ana borcundan,

Bizə hayat verən, bizi yaşadan

Anam, həyatımsan, canımsan mənim.

+1 Sabah mütləq :) əla.

Link to comment
Share on other sites

Breeze_, şerlərin çox xoşuma gəlir ... bir sualım var sənə .. sən ancaq lirika şerləri yazırsan? Ağlıma bir fikir gəlib, düzdür bunun üçün zakazla yazmaq deyil, gərək ilham pərin olsun, amma hər halda ... 28 May günü qəbrini ziyarət etdiyimiz İlqar Mehdiyev barədə bir şey yaza bilərsən? bu onun valideynləri üçün böyük mənəvi bir hədiyyə olardı ...

Edited by Consigliere_
Link to comment
Share on other sites

Breeze_, şerlərin çox xoşuma gəlir ... bir sualım var sənə .. sən ancaq lirika şerləri yazırsan? Ağlıma bir fikir gəlib, düzdür bunun üçün zakazla yazmaq deyil, gərək ilham pərin olsun, amma hər halda ... 28 May günü qəbrini ziyarət etdiyimiz İlqar Mehdiyev barədə bir şey yaza bilərsən? bu onun valideynləri üçün böyük mənəvi bir hədiyyə olardı ...

İlham pərisi olmayanda mənə çətindir şer yazmaq. Vaxt ayırıb cəhd edərəm, bəlkə alındı.:)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 4 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 9 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 27 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Haha
      • 31 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
        • Like
      • 16 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 38 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
       
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...