Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Hakimiyyət Daxilində Çevriliş Etməyə Çalışıblar”


Kenul2012

Recommended Posts

45508.jpg

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında daha bir maraqlı məqam diqqət çəkir. Hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar düz 10 il əvvəli xatırladır. 2005-ci ildə də parlament seçkilərinə bir neçə həftə qalmış-məhz 17 oktyabrda iki qüdrətli nazirin həbsi həyata keçirilmişdi.
 
O zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduğu və ölkədə “narıncı inqilab” etmək istədikləri iddiası irəli sürüldü. Həmin dövrdə Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addımla iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.
 
Maraqlıdır ki, hazırda da E.Mahmudovun vəzifəsindən kənarlaşdırılması prezident İlham Əliyevin MDB dövlət başçılarının zirvə toplantısından qayıtmasından dərhal sonra baş verdi. Həmin sammitdə Putinlə görüşən İlham Əliyevə çox ciddi informasiyaların da verilməsi istisna edilmir.
 
Bəs 2005-ci ildə baş verənlərlə indi baş verənlərin arasında oxşar və fərqli tərəflər hansılardır?
 
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, 2005-ci ildə baş verən hadisələrlə 2015-ci ildə indi baş verən hadisələrin oxşar tərəfi odur ki, 10 il əvvəl də Azərbaycan iqtidarının daxilində dövlət çevrilişinə hazırlaşan qüvvələr aşkarlanmışdı, indi də dövlət çevrilişinə hazırlıq görən qüvvələr aşkarlanıb: “Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması, MTN zabitlərinə cinayət işinin açılması, həyata keçirilən həbslər, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, xüsusən də nazirliyin qoçu dəstələrinin ləğvi dövlət çevrilişinə hazırlıq içində olanların ifşası və zərərsizləşdirilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin daxilində çevrilişə hazırlaşan qüvvələr ifşa olunub. 2005-ci ildəkindən fərqli cəhət isə odur ki, o dövrdə Azərbaycan müxalifətinin güclü olması və fəallığı nəticəsində iqtidar daxilində bəzi qüvvələr içəridən çevriliş eləməyə çalışırdılar. İndi isə Azərbaycanda ciddi iqtisadi, sosial böhran yaranmağa başladığı üçün hakimiyyətin zəiflədiyini düşünən iqtidardaxili qruplar gözlənilən hadisələrdən bəhrələnmək istəyinə düşüb çevrilişə hazırlıq görürmüşlər. Bir aksiomdur ki, ağır sosial-iqtisadi böhran olan ölkələrdə birinci siyasi böhran başlayır, siyasi böhranın əlaməti dövlət çevrilişləridir, əgər bunlar baş tutmursa, arxasınca sosial böhran gəlir. Bu da vətəndaş qarşıdurması, xarici müdaxilələr kimi arzuolunmaz hadisələrin inkişaf eləməsidir. Azərbaycanda iqtisadi böhranın başlandığını göstərən çoxlu sayda əlamətləri saymaq olar. Bu iqtisadi böhranın qarşısı alınmasa mütləq siyasi böhrana gətirəcək. Siyasi böhran odur ki, yaranmış iqtisadi durumdan ya müxalifət bəhrələnib hakimiyyəti dəyişmək istəyəcək, ya da hakimiyyətin öz içində olan qüvvələr müxalifətsiz hakimiyyəti dəyişdirmək istəyəcək. 2005-ci ildə Əli İnsanovla Fərhad Əliyev Rəsul Quliyevlə bizim apardığımız mübarizənin üstündə təşəbbüsü ələ almaq istəyirdilər. İndi müxalifətdə ovaxtkı güc və hərəkat yoxdur. Deməli, indiki halda iqtidarın içindəki qüvvələr müxalifətdən yox, yaranmış iqtisadi böhrandan və beynəlxalq situasiyadan istifadə edib hakimiyyəti ələ almaq istəyiblər. Bunun isə üstü açılıb və İlham Əliyev bu şəbəkəyə qarşı tədbirlərə başlayıb”.
 
S.Cəlaloğlu bəyan etdi ki, çevrilişə hazırlıq görən qüvvələr təkcə MTN naziri və bu strukturda işləyənlər deyil, bu şəbəkənin digər strukturlarda da güclü üzvləri var: “Çox güman ki, digər bəzi nazirlər və bəzi komitə sədrləri də bu işin içindədirlər. Onların sıradan çıxarılması növbəsi çatacaq. Yeni həbs olunan MNT-çilər çox güman ki, əlavə ip ucları verəcəklər və həmin iplərin bir ucu gedib başqa nazirlərin, komitə sədrlərinin, məmurların, deputatların boğazına ilişəcək. Böyük ehtimalla proses Eldar Mahmudovun və digər iri fiqurların da həbsinə gətirib çıxaracaq. Hansı dövlətlərin dövlət çevrilişi hazırlığına xeyir-dua verdiyi də məlum olacaq”.
 
S.Cəlaloğlu vurğuladı ki, dövlət başçısı İlham Əliyevin Qazaxıstandan gələndən dərhal sonra Eldar Mahmudovla bağlı atdığı addım göstərir ki, bəzi məlumatlar Rusiyanın kəşfiyyat orqanları, bəlkə də şəxsən Putin tərəfindən ona çatdırılıb: “Vaxtilə Tansu Çillərin Azərbaycanda dövlət çevrilişi hazırladığı barədə Heydər Əliyevə Süleyman Dəmirəl tərəfindən məlumat verilmişdi. Yəni bir çox hallarda hakimiyyət özünün içində dövlət çevrilişinə hazırlıq getdiyi barədə informasiyaları məhz xaricdəki mötəbər mənbədən alır”.
 
ADP sədri onu da dedi ki, müxalifətdən hakimiyyətə neçə aylardan bəri mesajlar verilib ki, baş verənlər Azərbaycanda çox arzuolunmaz hadisələrə gətirib çıxaracaq: “Bizim verdiyimiz bəyanatlarda deyilirdi ki, ayrı-ayrı nazirliklərin qoçu dəstələrinin saxlanması, iş adamlarına divan tutulması, korrupsiya kimi hallar o həddə çatacaq ki, bunu edənlər dövlət çevrilişinə əl atmaqdan çəkinməyəcəklər. Biz həyəcan siqnalı verirdik ki, çox təhlükəli proseslərə hazırlıq gedir”.

http://www.bizimyol.info/news/63900.html

 

Link to comment
Share on other sites

Pul,var-dovlet ele bir sheydir ki,onlar coxaldigca sahibinin ambitsiyasi da artir...nece deyerler ishtah dish altinda olur..Bu hemishe bele olub..Iri kapital oz serhedlerini ashdigca sel kimi gabagina kecen sedde-zada fikir vermir.....,,

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...