Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Zəlimxan Yaqubun Yaradıcılığı.


Recommended Posts

Nə yaman soyuqmuş torpağın üzü,

Canında bir zərrə isti yoxuymuş.

Qoynuna çəkdisə qurtardı, getdi,

Od-ocaq kəsildi, tüstü yoxuymuş.

 

Göz yaşı, dərd-nalə, ah-zar aparır,

Bizi ölüm çəkir, məzar aparır.

Hərəni bir cürə azar aparır,

Allahın heç kəslə qəsdi yoxuymuş.

 

İnsanın zülmünə, bəxtinə baxın,

Dərd dalğa-dalğadı, qəm axın-axın.

Yenə də insanın torpaqdan yaxın,

Torpaqdan istəkli dostu yoxuymuş.

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Xalq şairi Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilib.


Publika.az-ın əldə etdiyi məlumata görə, xalq şairinin səhhətində problem yarandığından o, bu gün səhər xəstəxanaya aparılıb.


Ailəsi xəbəri təsdiqləsə də, şairin hansı xəstəxanaya aparıldığını açıqlamayıb.


Qeyd edək ki, Almaniyadan qayıdandan sonra səhhəti pisləşdiyi üçün şair həkimlərin qərarı ilə ev şəraitində dializ olunur.

Link to comment
Share on other sites

SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA

 

Çöldə çiçək oldum, çəməndə naxış,

Şimşəkdə od oldum, buludda yağış.

Sirli bir göz gördüm, nurlu bir baxış,

Çevrildim çeşməyə, qarışdım çaya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Mən min il əvvəl də gələ bilərdim,

Min ildən sonra da ölə bilərdim.

Zamanı başqa cür hesablayardım,

Vaxtı başqa cürə bölə bilərdim.

Düşüb sən doğulan həftəyə, aya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Səsini eşitdim, səsdən səs aldım,

Şaqraq gülüşündən güc, həvəs aldım.

Sən nəfəsim oldun, mən nəfəs aldım,

Muştuluq verdilər Günəşə, Aya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Neçə dinsizləri dinə gətirdim,

Qorudum, sünbülü dənə gətirdim.

Könlümdə nə varsa, sənə gətirdim,

Mənim yollarımı kəsə bilmədi

Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Məcnun da, Kərəm də, Fərhad da mənəm,

Məcnuna, Fərhada qanad da mənəm.

Ölüm də, sevgi də, həyat da mənəm,

Şükür Yaradanın verdiyi paya,

Səni sevmək üçün gəldim dünyaya.

Link to comment
Share on other sites

BU YAŞIL AĞACIN ALTI BİZİMDİ

Kök üstə budağı neçədi bildim,

Budaqda yarpağı neçədi bildim.

Salxımı, saçağı neçədi, bildim,

Bu yaşıl ağacın altı bizimdi.

 

Saçağı tərpənir tellərin kimi,

Yarpağı oynaşır əllərin kimi,

Düyməsi açılıb dillərin kimi,

Bu yaşıl ağacın altı bizimdi.

 

Bu sevgi, bu layla, bu beşik bizim,

Çəkər növbəmizi bu keşik bizim.

Nəyimizə lazım ev-eşik bizim,

Bu yaşıl ağacın altı bizimdi.

 

Su içər sevginin kökü ömürdən,

Sevgi əl üzməsin təki ömürdən.

Xoş bir xatirədi iki ömürdən,

Bu yaşıl ağacın altı bizimdi.

 

Könlümüz havalı, gözümüz də ac,

Gəncliyin havası başımızda tac.

Bir sənsən, bir mənəm, bir yaşıl ağac,

Bu yaşıl ağacın altı bizimdi.

 

Atəş Allahındı, isti Allahın,

Ocaq Allahındı, tüstü Allahın.

Bu yaşıl ağacın üstü Allahın,

Bu yaşıl ağacın altı bizimdi.

 

Dən kimi səpələ, toxum kimi ək,

Zəlimxan, bu anın ləzzətini çək.

Hələ bizdən sonra çoxu deyəcək,

Bu yaşıl ağacın altı bizimdi.

 

P.S. Bir neçə il öncə Masallıda toydaydım, oxuyan iki nəfər idi, bir qız, bir oğlan. Tez -tez bir müsiqi çalınır, müğənnilər oxuyur, ancaq heç nə anlaya bilmirdim, bir sonda eşidirdim ki, deyirlər "bizimdir". Bakıya qayıdandan bir həftə sonra bu müsiqini TV-də eşitdim. Bu yaxınlarda isə Zəlimxanın şerlərini vərəqləyəndə rast gəldim bu şeirə )

Link to comment
Share on other sites

  • 3 weeks later...

Sözlər mənim çiçəyimdi

Balımı sözdən çəkmişəm.

İşığımı, alovumu

Sözdəki közdən çəkmişəm.

 

Min dağı, min dərəsi var

Uçurumu, bərəsi var,

Sözün nə ki şirəsi var

Baxışdan, gözdən çəkmişəm.

 

Yarım bilməz, Lələm bilməz

İçim bilər, aləm bilməz.

Mən çəkəni qələm bilməz,

Nə çəkdimsə, mən bilmişəm.

 

Allah rəhmət eləsin. çox ağrılı xəstəlikdir, çox çəkib yazıq, rahatlıq tapdı nəhayət .

 

 

 

Link to comment
Share on other sites

     

 

ÜRƏYİMDƏN KEÇƏNLƏR

 

              

 

Yolçunu isindirən

 

yanar oddu-ocaqdı,

 

Dağ döşündə qaynayan,

 

göz-göz olan bulaqdı.

 

Bar altında əyilən

 

çarpazlanmış budaqdı,

 

Ürəyimdən keçənlər!

 

              

 

Göz yaşı qədər duru

 

dağlardan axan sudu,

 

Göy meşədə, çəməndə

 

ötən qumrudu, qudu.

 

Anasının dalınca

 

qaçan körpə quzudu,

 

Ürəyimdən keçənlər!

 

              

 

Gəncliyim, gerçəkliyim,

 

düzlüyüm, şaxlığımdı,

 

Həm sərtliyim, bərkliyim,

 

həmi yumşaqlığımdı.

 

Kövrək körpəliyimdi,

 

dəcəl uşaqlığımdı,

 

Ürəyimdən keçənlər!

 

              

 

Yer üzündə insandı,

 

göy üzündə mələkdi,

 

Şah-vəzirdi, nökərdi,

 

hökmdardı, fələkdi.

 

Bir ürəyə sığmayan

 

min-min azan-diləkdi,

 

Ürəyimdən keçənlər!

 

              

 

Solub gedən çiçəkdi,

 

sönən közdü-kömürdü,

 

Alnımıza yazılan

 

göstərişdi, əmrdi.

 

Torpaqdan boy göstərib

 

torpaq olan ömürdü,

 

Ürəyimdən keçənlər!

Link to comment
Share on other sites

ŞİRİN DÜNYA

 

              

 

Bulağı sərin dünya –

 

Min il ömrüm olaydı,

 

Sularından içəydim.

 

Dərələrə hay salıb,

 

Çaylarından keçəydim.

 

              

 

Neməti şirin dünya –

 

Şirin nemətlərini

 

Hey daddıqca dadaydım.

 

Ömrün-günün vaxtını,

 

Çəkəydim, uzadaydım.

 

              

 

Söhbəti dərin dünya –

 

Dərin söhbətlərinə

 

Tez-tez qulaq asaydım.

 

Nə yaratdın, nə qurdun,

 

Hamısını balam tək,

 

Öz bağrıma basaydım.

 

              

 

Heyf o sərinliyə,

 

Heyf o şirinliyə,

 

Heyf o dərinliyə.

 

Ömür azdı, vaxt qısa,

 

Toydan çox həyat bizi,

 

Yasa çağırır, yasa!

 

 

Link to comment
Share on other sites

MƏNƏM

 

Çiçək ölüsüyəm, gül dəlisiyəm,

Əllərdə güllərin dəstəsi mənəm.

Ağacda yarpağam, yarpaqda nəğmə,

Budaqda quşların bəsdəsi mənəm.

              

Hər biri nəğməli, neyli bir dodaq,

Qurumur dağ çayı, qurumur bulaq.

Sağlamdı təbiət, sağlamdı torpaq,

Ana təbiətin xəstəsi mənəm.

Link to comment
Share on other sites

  • 1 month later...

 

Bağım yoxdu bağdan ötrü darıxam,

Dağım yoxdu dağdan ötrü darıxam.

Qohum yoxdu yollarına göz dikəm,

Gəlib-gedən sağdan ötrü darıxam.

Son əlacım bircə ona qalır ki,

Boyum qədər qəbir yeri axtaram,

Kəfən üçün ağdan ötrü darıxam.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 5 months later...

*** ZƏLİMXAN YAQUB ***
        "UZAQ GƏZMƏ"

O dәnizdәn mәnә bircә damla ver,
Mәn damlanı bir dәnizә çevirim.
Sovqat bilib göndәrdiyin sevgini,
Ürәyimdә saza, sözә çevirim.

Quşa dönüm, sünbülündәn dәn alım,
Dәnizim ol, sahilinә yan alım.
O gözlәrin qadasını mәn alım,
Baxışları oda-közә çevirim.

Ərit mәni, damla-damla әri, gәl,
Gәl ömrümün sәrvәti, gәl, zәri, gәl.
Uzaq gәzmә, o dağlardan bәri gәl,
Sәni görüm, dağı düzә çevirim. 

  • Upvote 3
Link to comment
Share on other sites

Arzularım, diləklərim sənə yüzdü, mənə min,

Yanaqların nəm görməsin sənin kimi sənəmin.

Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin,

Uzaqlığın məndən ötrü hicran deyil, bəs nədir?!
Gözəlliyin gözlərimin qarasıdır, ağıdır, Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır.

Dalğalar var, sahilləri döyür, didir, dağıdır

Varlığımda baş qaldıran tufan deyil, bəs nədir?!
Baxışınla baxışımı oxşa incə, sev incə,
Göz dəyməsin gözlərində güllər açan sevincə.

Belə vurğun baxmağını günah sayma bu gəncə,

Günəbaxan al Günəşə heyran deyil, bəs nədir?!
Əvəzimdə hər kim olsa, yaşamaqdan bezərdi,

Gözləməkdən duyğulanm köz-köz olub közərdi.

Daş olsaydı ömrü boyu həsrətinə dozərdi,

Əriməzmi bu Zəlimxan, insan deyil, bəs nədir?!

 

Z.Yaqub.

  • Upvote 2
Link to comment
Share on other sites

SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA..

 

Çöldə çiçək oldum, çəməndə naxış, Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış, Çevrildim çeşməyə, qarışdım çaya, Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim, Min ildən sonra da öləbilərdim. Zamanı başqa cür hesablayardım, Vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, Səni sevmək üçün geldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım, Şaqraq gülüşündən güc, həvəs aldım. 
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya, 
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim, Qorudum sünbülü dənə gətirdim, Könlümdə nə varsa, sənə gətirdim. Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya, 
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm, 
Məcnuna, Fərhada qanad da mənəm, 
Ölüm də, sevgi də, həyat da mənəm Şükür Yaradanın verdiyi paya, 
Səni sevmək üçün gəldim dünyaya.

 

Z.Yaqub

 

İgolka, Zəlimxanın şeirlərini bura köçürdüm. 

Edited by gapgara
  • Upvote 2
Link to comment
Share on other sites

NARAZI
Neyləsin boz səhrada, dəvəsi ölmüş ərəb?

Kimi ölmüş dəvədən, kimi atdan narazı. Biri gözündə nisgil, biri gözündə giley, Tərs gələn, bəd gətirən bir saatdan narazı.

Fələklərə ol açan yetişmir muradına, Olur göy üzündəki yeddi qatdan narazı. Fikri üst-üstə düşmür oğul ilə atanın,

Zat əsildən narazı, əsil zatdan narazı. Dözə bilmir zamanın zərbəsinə, zülmünə,

Çat ürəkdən narazı, ürək çatdan narazı. Barmaq ilə sayılır Allahından razılar, Hamı bir nəfər kimi bu həyatdan narazı!

 

Z.Yaqub..

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 years later...
В 31.07.2016 в 09:10, Igolka сказал:

SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA..

 

Çöldə çiçək oldum, çəməndə naxış,

Şimşəkdə od oldum, buludda yağış.

Sirli bir göz gördüm, nurlu bir baxış,

Çevrildim çeşməyə, qarışdım çaya,

Səni sevmək üçün gəldim dünyaya.


Mən min il əvvəl də gələ bilərdim,

Min ildən sonra da öləbilərdim.

Zamanı başqa cür hesablayardım,

Vaxtı başqa cürə bölə bilərdim.

Düşüb sən doğulan həftəyə, aya,

Səni sevmək üçün geldim dünyaya.


Səsini eşitdim, səsdən səs aldım,

Şaqraq gülüşündən güc, həvəs aldım. 
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya, 
Səni sevmək üçün gəldim dünyaya.


Neçə dinsizləri dinə gətirdim,

Qorudum sünbülü dənə gətirdim,

Könlümdə nə varsa, sənə gətirdim.

Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya, 
Səni sevmək üçün gəldim dünyaya.


Məcnun da, Kərəm də, Fərhad da mənəm, 
Məcnuna, Fərhada qanad da mənəm, 
Ölüm də, sevgi də, həyat da mənəm

Şükür Yaradanın verdiyi paya, 
Səni sevmək üçün gəldim dünyaya.

 

Z.Yaqub

 

İgolka, Zəlimxanın şeirlərini bura köçürdüm. 

Yolun Dushse Bu Dunyaya birde gel
 
Söz: Vəsilə Əfqanqızı
Mus: Tacir. Ş.
Bənd 1:
 
Ağrılarım acılarım dinməyib
Sən gedəndən bir gün üzüm gülməyib
Bu dünyanı görən gözüm görməyir
Yolun güşsə bu dünyaya birdə gəl...
 
Bilirəm ki getdiyin yol uzaqdı
Hər bayramım bir tələdi tuzaqdı
Sən gedəndən ev eşik də sazaqdı
Yolun düşsə bu dünyaya birdə gəl...
Nəq:
Gündüzlərim döndü gecə oldu gəl
Cavanlığım yavaş yavaş soldu gəl
Səndən sonra dünya bomboş qaldı gəl
Yolun düşsə bu dünyaya birdə gəl...

Bənd  2:
Duman çöküb yollarımı görmürəm
Nə müddətdir danışmıram gülmürəm
Getdiyin yer hər necədi bilmirəm
Yolun düşsə bu dünyaya birdə gəl....
 
Bilirəm ki getdiyin yol uzaqdı
Hər bayramım bir tələdi tuzaqdı
Sən gedəndən ev eşik də sazaqdı
Yolun düşsə bu dünyaya birdə gəl...
 
Edited by umniy Nxcivanli
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 20 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 33 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 80 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 113 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...