Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Cəbhə bölgəsində


Recommended Posts

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.

Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Xəbər.az

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

170 işğalçı, 12 zirehli texnika məhv edilib.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Bu barədə Oxu.Az Azərbaycan MN-dən bildiriblər.

Qeyd olunur ki, son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

  • Upvote 4
Link to comment
Share on other sites

Rusiyadakı səfirimiz Polad Bülbüloğlu : "... Mənim 71 yaşım var. Ailəm Qarabağdandır, mən əslən Qarabağlıyam. Mən nə üçün öz vətənimə gəlmək imkanından məhrum olmalıyam ? Siz mənə bunu izah edə bilərsinizmi ? Bunu mənə bir kimsə izah edə bilərmi ? "

 

 

Ürək yanğısıyla deyilmiş bir müraciətdir. Bu "çəkisizlik" vəziyyəti, görünür artıq hamını bezikdirib. Ədaləti tələb etdik görmədiksə, deməli döyüşlə ədaləti bərpa etməyin zamanı çatıb.

 

  • Upvote 3
Link to comment
Share on other sites

Beləliklə, ötən gecədən bütün ölkə ictimaiyyətinin diqqəti cəbhəyə yönəlib, hər kəs düşmənlə üz-üzə qalan silahsız vətəndaşlarımız, əlində silah vətən torpaqlarının müdafiəsində dayanan əsgərlərimiz üçün dua edir. Hamı cəbhədən gələcək xəbərləri həyacanla gözləyir. 
 
Amma deyəsən heç də hər kəs - daha doğrusu bəzi məmurlar bu fikirdə deyil. Cəbhədə baş verənlər, günahsız insanların axan qanı onları narahat etmir. Bir az da dəqiqləşdirsək, cəbhədə baş verənlər Şuşa şəhər icra başçısının müavini Vüsalə Fətəliyevanın vecinə də deyil. Belə olmasaydı, məmur adı daşıyan bu xanım bu gün özü üçün kef məclisi qurmazdı.
 
reklamazapreshena.tut-nun əldə etdiyi məlumata görə, icra başçısı Bayram Səfərovun müavini, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri bu gün özünün yubileyini qeyd edir. Xanım məmurun doğum günü məclisi Bakının ən bahalı restoranlarından biri olan "Mona Liza"da təşkil olunub. Mənbənin bildirdiyinə görə, məclis bu saatlara qədər davam edir. Və Vüsalə Fətəliyevanın təşkil etdiyi kef məclisində bir sıra rəsmi şəxslər iştirak edir, yeyib-içir, deyib-gülür, əylənirlər... Cəbhədə baş verənlər isə heç kimin vecinə deyil.
 
Mənbə Azmedia.info
 
(bu məlumat isə "arxa cəbhədəndir")
 
Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

Только что, NOIR сказал:

 

 cəbhədə baş verənlər Şuşa şəhər icra başçısının müavini Vüsalə Fətəliyevanın vecinə də deyil. Belə olmasaydı, məmur adı daşıyan bu xanım bu gün özü üçün kef məclisi qurmazdı.
 

 

Hal hazirda iki səbəbə görə sevinərəm , ermənlərin rədd olub qaçmalarina və bu xanim adi yaraşmayan ölkəmizin "üz qarasi" adini daşiyan ( daha doğrusu sayəmdə qazandiği adidir ) ermənisifəti işindən azad edilməsinə görə . Doğurdan da hələ də vəzifədə qalacaqsa mənim daha belə idarəçilərə sözüm qalmaz .

Edited by azda
Link to comment
Share on other sites

11 час назад, azda сказал:

 

Niyə yalan olurki ? Rayonda xəstəxanada işləyən tanişlar , qohumlar var onlarin dediyini deyirəm . Onun yoldaşini da müharibə zonasina apariblar , təsəvvür edinki telefonda danişmağa imkan belə olmur . 

 

Dünən Ağdaş rayonunda yaşayan tanişlar deyirki top - tüfəngin səsi bizə kimi eşidilir . Binalarin silkələndiyini də deyirlər . 

Xanim,siz dunen yazdiniz ki,qeyd etdiyiniz rayonlarda tibb ischileri qalmayib. Xestexanalar bom-bosdur. Men de yazdim ki,yanlish melumatdir. Hekimler yerlerindedir,xestexanalar da ishleyir. Inanmirsiniz zeng edin xestexanalarin ozune maraqlanin. Her rayondan 1 cerrah,1 reanimatoloq novbe ile Terter xestexanasina gedir her gun. Bu xestexanin boshalmasidir? Bizim millet her sheyi shishirtmeyi xoshlayir. Men ozum hazirda hemen bolgedeyem. Burani cox adam oxuyur deye cebhe barede her sheyi aciq yazmaq olmur... Yaralilara lazim olan her bir yardim gosterilir.

 

  • Upvote 2
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:
Amma deyəsən heç də hər kəs - daha doğrusu bəzi məmurlar bu fikirdə deyil. Cəbhədə baş verənlər, günahsız insanların axan qanı onları narahat etmir. Bir az da dəqiqləşdirsək, cəbhədə baş verənlər Şuşa şəhər icra başçısının müavini Vüsalə Fətəliyevanın vecinə də deyil. Belə olmasaydı, məmur adı daşıyan bu xanım bu gün özü üçün kef məclisi qurmazdı.
 

Düşmən əlində olan rayona  rəhbər təyin olunan insanlardan bundan yaxşı nə gözləmək olar?  Kamfortlu kreslolarda oturub sənəd üzərində özləriçün bala-bala işlərini görürlər(

Link to comment
Share on other sites

Müdafiə Nazrliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunub ki,dəqiq olmayan heç bir məlumat paylaşılmasın.Bundan ermənilər öz xeyirlərinə istifadə edir.Bu gün cəhbəyə qan lazım olduğu xəbəri sosial şəbəkələrdə dolaşırdı.Az öncə xəbərlərdə bu xəbərin yalan olduğu açıqlandı.Çalışın Müdafiə Nazirliyinin yaydığı xəbərlərə əsaslanın.Hamının cəbhəyanı,sərhəd rayonlarda qohum-qardaşı,dostu -tanışı var.Hər bildiyimizi sosial şəbəkələrə verməyək.Hər halda bizi oxuyurlar.Ruhdan düşməyək..Qoy düşmən baxıb sevinməsin.

 

Bu müharibədir,ölən və yaralananların olması qaçılmazdır.Uğrunda qan tökməsək torpaqları geri ala bilmərik.Atəşkəs adı ilə hər gün snayper gülləsinə ,ya minaya düşərək ölməkdənsə bu cür şərəflə döyüşdə ölmək yaxşıdır. 15 əsgərimiz şəhid olub.Başın sağ olsun vətən..Analara səbr diləyirəm..

 

Neçə illərdir milləti min cür sınaq görən xalqı qorxaqlaşdırıb  cılızlaşdırıblar.Bu əsarəti bu zəncirləri qırmaq gərək..

Qarabağ bizimdir,bizim də olmalıdır.Bununla dayanmamalıyıq..Sonuna kimi getməliyik.

Edited by Kenul2012
  • Upvote 3
Link to comment
Share on other sites

Müdafiə naziri Silahlı Qüvvələrimizə göstəriş verdi

4 aprel 2016 il

Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir.
Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.
Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi.

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

24 минуты назад, Kenul2012 сказал:

Müdafiə Nazrliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunub ki,dəqiq olmayan heç bir məlumat paylaşılmasın.Bundan ermənilər öz xeyirlərinə istifadə edir.Bu gün cəhbəyə qan lazım olduğu xəbəri sosial şəbəkələrdə dolaşırdı.Az öncə xəbərlərdə bu xəbərin yalan olduğu açıqlandı.Çalışın Müdafiə Nazirliyinin yaydığı xəbərlərə əsaslanın.Hamının cəbhəyanı,sərhəd rayonlarda qohum-qardaşı,dostu -tanışı var.Hər bildiyimizi sosial şəbəkələrə verməyək.Hər halda bizi oxuyurlar.Ruhdan düşməyək..Qoy düşmən baxıb sevinməsin.

onlar kiçik sevinclərlə xoşbəxt olmağa imkan taparlar yəni ? küncə sıxılmış siçovulun sevinci də nifrəti qədər acı olur. 

Link to comment
Share on other sites

1 минуту назад, NOIR сказал:

onlar kiçik sevinclərlə xoşbəxt olmağa imkan taparlar yəni ? küncə sıxılmış siçovulun sevinci də nifrəti qədər acı olur. 

 

Bir çox xəbər portallarında haqqımızda yalan-yanlış xəbərlər yayırlar.Bizim qorxduğumuzu ,sülh üçün yalvardığımızı qeyd edirlər.Əslində isə tam əksinədir..Az öncə xəbərlərdə tankistlərimizin müsahibəsinə baxdım.Qürur duydum.İstərsək bu əsarətdən çıxa bilərik.Çıxmalıyıq.Geriyə çəkilməyin artıq yeri yoxdur..

Link to comment
Share on other sites

Ermənistan hərbi əməliyyatların dayandırılmasını istəyir.
 
 bunu Ermənistan prezidenti Serj Sarksiyan deyib.
Serj Sarkisyan bunu ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə bəyan edib. Amma o deyib ki, bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır. 
Ermənistan prezidenti onu da bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazırdır.
 
Link to comment
Share on other sites

Rəsmi Bakı atəşkəs üçün şərtlərini açıqladı

XİN rəsmisi bəyanat verdi.

Azərbaycan Respublikası atəşkəsə hazırdır.

bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq deyib.

Onun sözlərinə görə, ilk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-cı il tarixində qərar qəbul edilib:

“Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur”.

www.oxu.az

  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, azda сказал:

 

Hal hazirda iki səbəbə görə sevinərəm , ermənlərin rədd olub qaçmalarina və bu xanim adi yaraşmayan ölkəmizin "üz qarasi" adini daşiyan ( daha doğrusu sayəmdə qazandiği adidir ) ermənisifəti işindən azad edilməsinə görə . Doğurdan da hələ də vəzifədə qalacaqsa mənim daha belə idarəçilərə sözüm qalmaz .

işdən azad etmək son variantdır və çox zaman insanı bu islah etmir. həm də ki, nə yaxşı çıxış yolu oldu .. )) vəzifədən sui-istifadə etdi, sonra da yubileyi keçirib istefaya getdi... ön cəbhəyə basmaq lazımdır onu ! yaxşı təşkilatçılıq bacarığı var , görünür...

Link to comment
Share on other sites

3 minutes ago, Kenul2012 said:
Ermənistan hərbi əməliyyatların dayandırılmasını istəyir.
 
 bunu Ermənistan prezidenti Serj Sarksiyan deyib.
Serj Sarkisyan bunu ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə bəyan edib. Amma o deyib ki, bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır. 
Ermənistan prezidenti onu da bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazırdır.
 

Sarkisyan getsin oynamağının dalıyca, artıq gecdi. 

Link to comment
Share on other sites

1 minute ago, NOIR said:

işdən azad etmək son variantdır və çox zaman insanı bu islah etmir. həm də ki, nə yaxşı çıxış yolu oldu .. )) vəzifədən sui-istifadə etdi, sonra da yubileyi keçirib istefaya getdi... ön cəbhəyə basmaq lazımdır onu ! yaxşı təşkilatçılıq bacarığı var , görünür...

Beləsini elə-belə işdən çıxartmaq olmaz, çıxardılırsa türməyə getməlidir.

Link to comment
Share on other sites

1 минуту назад, gapgara сказал:

Sarkisyan getsin oynamağının dalıyca, artıq gecdi. 

 

Ən çox məni nə şok etdi) Deyir ,sərhədlər 1 apreldən əvvəlki yerinə qaytarılsın.Azərbaycanda buna qol çəkən tapılsa,indidən deyirəm,birinci etiraz edən mən olacağam.Necə yəni əvvəlki yerinə qaytarılsın!!! olan-olmaz ağlını itirib ,deyəsən? Əsgərlər qanı ilə alınmış torpağı,indi götür ver ki ,sən Allah Serj  sənin könlün şad olsun.

Link to comment
Share on other sites

8 минут назад, Kenul2012 сказал:

 

Bir çox xəbər portallarında haqqımızda yalan-yanlış xəbərlər yayırlar.Bizim qorxduğumuzu ,sülh üçün yalvardığımızı qeyd edirlər.Əslində isə tam əksinədir..Az öncə xəbərlərdə tankistlərimizin müsahibəsinə baxdım.Qürur duydum.İstərsək bu əsarətdən çıxa bilərik.Çıxmalıyıq.Geriyə çəkilməyin artıq yeri yoxdur..

Həyatda hər cür emosiyanı "həzm " etməyim mümkündür, amma ŞANTAJı heç bir formada qəbul etmirəm.. bunlar sadəcə emosional şantajdır, fikir verməyin. 

Link to comment
Share on other sites

3 минуты назад, gapgara сказал:

Beləsini elə-belə işdən çıxartmaq olmaz, çıxardılırsa türməyə getməlidir.

Yazıqdır.Bu qədər qəddar olmayın.Yollayın onu tarlada filan günorta növbəsində işləsin.Bizə işçi qüvvəsi də lazımdır .

  • Upvote 1
Link to comment
Share on other sites

2 minutes ago, Kenul2012 said:

Yazıqdır.Bu qədər qəddar olmayın.Yollayın onu tarlada filan günorta növbəsində işləsin.Bizə işçi qüvvəsi də lazımdır .

Belələrindən işləyən çıxmaz, bunlar əmr etməyə öyrəşiblər. Amma qamçı ilə işlətmək olar.

Link to comment
Share on other sites

16 минут назад, HPTRUEVISION сказал:

Bizimkilər niyə atəşkəsə qaçırlar axı. Əməliyyatları şiddətləndirmək lazımdır. Belə fürsət hər zaman ələ düşmür. Ən azından Qarabağın dağətəyi rayonlarını dığalardan təmizləmək olar. 

Atəşkəs daha əvvəlki mənanı kəsb etmir yəqin, ona görə...bizim tərəf informasiya ilə manipulyasiya etməyi öyrəniblər , görünür ) necə deyərlər, başına gələn, başmaqçı olar. 

Edited by NOIR
Link to comment
Share on other sites

11 минуту назад, HPTRUEVISION сказал:

Bizimkilər niyə atəşkəsə qaçırlar axı. Əməliyyatları şiddətləndirmək lazımdır. Belə fürsət hər zaman ələ düşmür. Ən azından Qarabağın dağətəyi rayonlarını dığalardan təmizləmək olar. 

 

Razıyam..Bir azda irəli,daha irəli.Bununla dayanmaq olmaz.8 məntəqə azdır.Fürsət varkən irəliləmək lazımdır.Ordumuzun gücü-qüvvəsi var.

Link to comment
Share on other sites

23 минуты назад, gapgara сказал:

Beləsini elə-belə işdən çıxartmaq olmaz, çıxardılırsa türməyə getməlidir.

elə isə, bu əməlinə görə onu hansı maddə ilə mühakimə edib həbs etmək olar ? ))  

 

onu sadəcə işlə yükləmək lazımdır ki, ən azından məsuliyyət yada düşsün. həbsxanada müftə yemək yemək ona çoxdur ) 

Edited by NOIR
Link to comment
Share on other sites

22 hours ago, NOIR said:

Atəşkəs daha əvvəlki mənanı kəsb etmir yəqin, ona görə...bizim təfər informasiya ilə manipulyasiya etməyi öyrəniblər , görünür ) necə deyərlər, başına gələn, başmaqçı olar. 

Manipulyasiya üçün çox tezdi. Atəşi kəsmək əvəzinə bütün cəbhəboyu hücuma keçmək lazımdır. Məncə ehtiyatda hələ azı 10-15 günümüz var. 

 

23 hours ago, Kenul2012 said:

 

Razıyam..Bir azda irəli,daha irəli.Bununla dayanmaq olmaz.8 məntəqə azdır.Fürsət varkən irəliləmək lazımdır.Ordumuzun gücü-qüvvəsi var.

Mütəxəssislər daha dəqiq bilər amma düşünürəm atəşkəs əldə olunandan bəri  hücum üçün bucur əlverişli vəziyyət yaranmamışdı. 

 

  • Upvote 1
Link to comment
Share on other sites

1 минуту назад, HPTRUEVISION сказал:

manipulyasiya üçün çox tezdi. Atəşi kəsmək əvəzinə bütün cəbhəboyu hücuma keçmək lazımdır. Məncə ehtiyatda hələ azı 10-15 günümüz var. 

 

razıyam. nə üçünsə, məndə də belə bir fikir yaranıb ki, bu dəfə vaxt koridoru mövcuddur. 1 aydan da az ... 

Link to comment
Share on other sites

4 minutes ago, NOIR said:

elə isə, bu əməlinə görə onu hansı maddə ilə mühakimə edib həbs etmək olar ? ))  

 

onu sadəcə işlə yükləmək lazımdır ki, ən azından məsuliyyət yada düşsün. həbsxanada müftə yemək yemək ona çoxdur ) 

Könülə həvalə etmək olar, son vaxtlar işləri çoxalıb, çatdıra bilmir, işçi qüvvəyə ehtiyacı var ) Amma o da ürəyi yumşaqdır..

  • Upvote 1
Link to comment
Share on other sites

Mitinqdə camaata toy tutan boynuyoğunların,paradda bedro atan kəlpeysərlərin yerinə avanqarda(hücumda ön xəttdə gedən qüvvə) 3-4 ay təlim keçmiş,qovrulmuş vermişel yedizdirilən,əynində inişilki əsgər forması olan 18-20 yaşlı kasıb balalarını basıblar....hamam times paylashib dushmen postundan adi esgerin etdiyi videochekilishi...adamin ureyi agriyir...Mirshahinin musahibe aldigi esgerler uje kaskada ve bronejiletdedir:angry:

  • Upvote 1
Link to comment
Share on other sites

Mitinqdə camaata toy tutan boynuyoğunların,paradda bedro atan kəlpeysərlərin yerinə avanqarda(hücumda ön xəttdə gedən qüvvə) 3-4 ay təlim keçmiş,qovrulmuş vermişel yedizdirilən,əynində inişilki əsgər forması olan 18-20 yaşlı kasıb balalarını basıblar....hamam times paylashib dushmen postundan adi esgerin etdiyi videochekilishi...adamin ureyi agriyir...Mirshahinin musahibe aldigi esgerler uje kaskada ve bronejiletdedir:angry:

Həmin kadrlara baxanda mən də bunu düşündüm. Millətin üzərinə kələ kələ gədələri göndərir erməniylə də 18-20 yaşlı uşaqlar döyüşür.

  • Upvote 1
Link to comment
Share on other sites

Cəbhədəki vəziyyətə dair son məlumat

5 aprel 2016 il

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.
Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.
Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub. 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

http://www.mod.gov.az/index2.php?content=news/2016/20160405_melumat_cebhe

  • Upvote 1
Link to comment
Share on other sites

3-5 günə bu qədər iləriləmişiksə inşallah 1 ay keçməz bütün torpaqlari alacayiq !   Deməkki düşmənin gözünü qorxudan Rusiyanin bizə satdiği hərbi sursatlar və prezidentimizin sayəsində Rusiyanin onlarin arxasindan geri çəkilməsidir .

Ermənilərin 70 əsgər itirdiyi sevindirici haldir , hər gün dua edirəmki bizim əsgərlərdən yaralanan olsun , ama şəhid olan olmasin :sad: 

 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

10 minutes ago, azda said:

3-5 günə bu qədər iləriləmişiksə inşallah 1 ay keçməz bütün torpaqlari alacayiq !   Deməkki düşmənin gözünü qorxudan Rusiyanin bizə satdiği hərbi sursatlar və prezidentimizin sayəsində Rusiyanin onlarin arxasindan geri çəkilməsidir .

Ermənilərin 70 əsgər itirdiyi sevindirici haldir , hər gün dua edirəmki bizim əsgərlərdən yaralanan olsun , ama şəhid olan olmasin :sad: 

 

Axıra kimi getmək istəsələr  bir ay nədir, lap tez tam qələbə qazanmaq olar..

  • Upvote 3
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Red Heart
        • Like
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Red Heart
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...