Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İncil və Üçlük Ehkamı

Recommended Posts

Bu ehkam haqqında yeni mövzuda davam edək.

Hormetli King James,siz yeginki,esl mesihilerin neslindensiniz. II Konstantin vaxtı esl mesihileri kokune kimi qırmishdilar,ve Incilde deyishiklikler etmishdiler.Indiki incili men Konstantinin Incili adlandiriram.Amma,siz yegin ki,hegigeti daha dizgun anliyorsunuz.Cunki,hegiget ne geder gucludurse bir o kadar insanlar size garshi cixacagdir. gizildish

Allah həmişə bir Şəxs olub. Bu, İsa Məsihdən əvvəl də belə idi, indi də belədir, həmişə də belə olacaqdır. Trinitarlar İncil ayələrini öz mövqelərinə uyğun şəkildə yozduqlarına görə oradan Üç Şəxs= Bir Allah ideyasını çıxarırlar.

Mən Üçlük tərəfdarlarının bu ehkamı İncildə tapmaq üçün İncilin mətninə sonradan əlavə etdikləri iki ayəni də göstərə bilərəm. Bu, Matta, 28: 19 və 1 Yəhya, 5: 7-ci ayələrdir. İncilin erkən əlyazmalarında bu ayələr olmamışdır. Allaha şükürlər olsun ki, bu gün biz bundan xəbərdarıq. Amma onu da nəzərə alın ki, İncilin böyük miqyasda Konstantin tərəfindən təhrifindən söhbət gedə bilməz. İncilə etibar etməmək üçün əsas yoxdur.

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

King James, görürsən??? Halaldır... Bagban kimi müsəlmana və Bushido kimi ateistə mən qardaş deyə bilərəm, amma səni kimi sektantlara yox.

"Beləliklə onları bəhrələrindən tanıyacaksınız" (Mat. 7:20)

devotion-ın sözləri sənin bəhrələrdir!

Görürəm Krot. vaxtında Allah və İsa Məsih arasındakı fərqi Afanasi kimi yepiskoplar görə bilsəydilər, indi dünyada bəzi dinlər mövcud olmazdı. Əlbəttə, onlar sizin qardaşlarınızdır. Biz yox. Biri deyir sizin kitabınız səhvdir və təhrif olunub, o birisi isə deyir məni heç kim yaratmayıb, öz-özümdən yaranmışam, təsadüf nəticəsində və Yaradan yoxdur. Onlara qardaş deyirsiz. Məgər, qardaş qardaşı təhqir edər? və ya qardaş qardaşa sən boş yerə ibadət edirsən, onsuz da etdiyin dualar tavana dəyib geri qayıdır, çünki yaradan yoxdur deyər? Siz belələrinə qardaş deyirsiniz.

Mattadan yazdığınız ayələr sizə aiddir. Onlara qardaş dediyinizə görə.

Mən sizin hisslərinizə toxunmaq istəmirəm Krot. Yəni, mənə sektant dediyinizə görə. Əgər mən sektantamsa, deməli siz İsa Məsihə də sektant deyirsiniz, eyni zamanda yəhudi milləti də belə çıxır ki, YHVH Tanrıya inandıqlarına görə sektant olublar. Nə İsa və nə də onun xalqı Üç Allaha ibadət etməyiblər. Əgər İsa Allahdırsa, O kimə dua edib? Təbii ki, deyəcəksiniz Ataya. Mən də İsa kimi Ataya dua edirəm. İsa Məsih də sektant olub? Suallardan yayınmayın. Görək sektant kimdir?

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

Görürəm Krot. vaxtında Allah və İsa Məsih arasındakı fərqi Afanasi kimi yepiskoplar görə bilsəydilər, indi dünyada bəzi dinlər mövcud olmazdı. Əlbəttə, onlar sizin qardaşlarınızdır. Biz yox. Biri deyir sizin kitabınız səhvdir və təhrif olunub, o birisi isə deyir məni heç kim yaratmayıb, öz-özümdən yaranmışam, təsadüf nəticəsində və Yaradan yoxdur. Onlara qardaş deyirsiz. Məgər, qardaş qardaşı təhqir edər? və ya qardaş qardaşa sən boş yerə ibadət edirsən, onsuz da etdiyin dualar tavana dəyib geri qayıdır, çünki yaradan yoxdur deyər? Siz belələrinə qardaş deyirsiniz.

Onlar ən azı öz dini və fikiri öz nəfsinə görə yozmurlar. Mən onların fikiri ilə razı deiləm amma onların sözləri ən azı ardıcıldılar... İnsan ya məsihi kimi məsihi olmalıdır ya müsəlman kimi müsəlman...

Kobudluğa görə üzr istəyirəm :loveyouu: ,amma xahiş edirəm xristian din adından cavab vermə!

Link to comment
Share on other sites

uuuu əyla! Axır ki üzünü göstərdiz ;)

Hər iki ayə etibarsızdır və buna aid tutarlı dəlillər mövcuddur. uuuy deməklə, iş bitmir. Mövzuya görə və mənim yazılarıma görə cavab verin.

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

Onlar ən azı öz dini və fikiri öz nəfsinə görə yozmurlar. Mən onların fikiri ilə razı deiləm amma onların sözləri ən azı ardıcıldılar... İnsan ya məsihi kimi məsihi olmalıdır ya müsəlman kimi müsəlman...

Kobudluğa görə üzr istəyirəm :loveyouu: ,amma xahiş edirəm xristian din adından cavab vermə!

Sizə görə mən ayələri öz nəfsimə görə yozuram. Mənə görə də siz ayələri düz izah etmirsiniz. Mən İncildə İsa Məsihin dediyi şahidliyə malikəm. Yəni Ataya yeganə Allah deyir. Siz isə, İsaya Allah deyirsiniz. Yəni yaradan Allah. İsa Məsihi və Atanı Allah hesab etməklə və Müqəddəs Ruha da Allah deməklə, Üç Allah ortaya çıxarırsınız.

Müsəlmanlar nə sizi və nə də məni doğru yolun ardıcılları kimi qəbul etmirlər. Onları bu işə qatmasaq daha yaxşı olar. Mən məsihi kimi məsihiyəm. Əgər, Üçlük ehkamını qəbul etmədiyimə görə deyirsinizsə, o zaman Məsihin, Atanı yeganə həqiqi Allah adlandırmasını və yəhudilərin də nə üçün Ataya Allah demələrini izah edin.

Məgər hiss etmirsiniz ki, bu doktrina Məsihi inancını çox zəiflədir və insanları İsadan uzaqlaşdırıb, onları başqa dinləri qəbul etməyə sövq edir? İnsanlar sual verirlər: Allah birdir, amma eyni zamanda Üç şəxsdir. Bunu dərk etmək onlar üçün və sizin üçün də çətindir. Məgər İsanı Allah hesab etmək xilas olmaq üçün vacibdir? Məgər İsanı Məsih və Xilaskar kimi qəbul etmək kifayət deyil?

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

Buyurun, yazın, mən da cavab verə bilim...

Düzü, Məsihi inancından və İncildən orta səviyyədə biliyi olan hər kəs bilməlidir ki, Məsihin Mattadakı (28: 19) sözləri heç də düzgün verilməmişdir. Bu haqda biz erkən kilsə tarixi haqqında məlumat verən Qeysəriyyəli Yevsebinin "Kilsə tarixi" (IV əsr) kitabından öyrənirik. İsa Məsih heç vaxt öz həvarilərinə "Gedin və Ata, Oğul və Müqəddəs Ruh adı naminə vəftiz edin" kimi tapşırıq verməmişdir. İndi deyim niyə? Açın Həvarilərin İşləri kitabını və imana gələnlərin vəftiz olunduqları haqqındakı bütün ayələri oxuyun. Bütün hallarda həvarilər yeni imana gələnləri "İsa Məsihin adı naminə" vəftiz ediblər. Nə üçün Mattada yazıldığı kimi deyil? Məgər, həvarilər Mattada yazılan kimi vəftiz etməli deyildilər? Başlanğıc üçün bu qədər.

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

Sizə görə mən ayələri öz nəfsimə görə yozuram. Mənə görə də siz ayələri düz izah etmirsiniz. Mən İncildə İsa Məsihin dediyi şahidliyə malikəm. Yəni Ataya yeganə Allah deyir. Siz isə, İsaya Allah deyirsiniz. Yəni yaradan Allah. İsa Məsihi və Atanı Allah hesab etməklə və Müqəddəs Ruha da Allah deməklə, Üç Allah ortaya çıxarırsınız.

Razıyam, bu subektivdir...

Müsəlmanlar nə sizi və nə də məni doğru yolun ardıcılları kimi qəbul etmirlər. Onları bu işə qatmasaq daha yaxşı olar. Mən məsihi kimi məsihiyəm. Əgər, Üçlük ehkamını qəbul etmədiyimə görə deyirsinizsə, o zaman Məsihin, Atanı yeganə həqiqi Allah adlandırmasını və yəhudilərin də nə üçün Ataya Allah demələrini izah edin.

Bibliyadan bir kəlməyə yapışmaq, sektantlıqdır...

Məgər hiss etmirsiniz ki, bu doktrina Məsihi inancını çox zəiflədir və insanları İsadan uzaqlaşdırıb, onları başqa dinləri qəbul etməyə sövq edir? İnsanlar sual verirlər: Allah birdir, amma eyni zamanda Üç şəxsdir. Bunu dərk etmək onlar üçün və sizin üçün də çətindir. Məgər İsanı Allah hesab etmək xilas olmaq üçün vacibdir? Məgər İsanı Məsih və Xilaskar kimi qəbul etmək kifayət deyil?

Üçlük ehkamı çətindir, və kilsəyə sərf eləmiyən bir ehkamdır, inası Kilsə məcburiyyət qarşısında onu gəbul edir. Çünkü bu həgigət bibliyadan gəlib cıxır.

Əhdi-ətiqda Mamre palıdlıqda da Allah öz Üçlüyü göstərib! ;)

Link to comment
Share on other sites

Bu ehkam haqqında yeni mövzuda davam edək.

Allah həmişə bir Şəxs olub. Bu, İsa Məsihdən əvvəl də belə idi, indi də belədir, həmişə də belə olacaqdır. Trinitarlar İncil ayələrini öz mövqelərinə uyğun şəkildə yozduqlarına görə oradan Üç Şəxs= Bir Allah ideyasını çıxarırlar.

Mən Üçlük tərəfdarlarının bu ehkamı İncildə tapmaq üçün İncilin mətninə sonradan əlavə etdikləri iki ayəni də göstərə bilərəm. Bu, Matta, 28: 19 və 1 Yəhya, 5: 7-ci ayələrdir. İncilin erkən əlyazmalarında bu ayələr olmamışdır. Allaha şükürlər olsun ki, bu gün biz bundan xəbərdarıq. Amma onu da nəzərə alın ki, İncilin böyük miqyasda Konstantin tərəfindən təhrifindən söhbət gedə bilməz. İncilə etibar etməmək üçün əsas yoxdur.

Allah xeyir dua versin!

Men de Allahi bir Ali shexsiyyet kimi gebul edirem.Isa Mesihi ise Allahin en eziz oglu kimi gebul edirem.Isa Mesih hemishe oz Atasina muraciet edib.Hetta carmixa cekilende demishdir ki,"Ata meni niye terk etdin?".Isa Mesih Allah yox,Allahin en pak fedaisi olubdur.

Elbette,Konstantin Incili boyuk migyasda tehrif etmeyib.Amma,bir sheyi de bilmek lazimdir ki,eger siz hesablamada evvelden bir balaca sehv buraxmisinizsa dusturun cavabi hec vaxt duzgun alina bilmez.

Şükürlər olsun ki, indiki zamanda heç nəyi gizlətmək mümkün deyil. Ən gizli məsələlər belə indi ortaya çıxır. Trinitarların da saxta ehkamı olan və insanları Məsihdən uzaqlaşdıran bu doktrina indi ifşa edilməkdədir. İncilin təmiz monoteist bir kitab olduğu danılmazdır. Allahdan başqa ikinci bir yaradan yoxdur və İsa Məsih onun elçisidir. Amin.

Link to comment
Share on other sites

1. Razıyam, bu subektivdir...

2.Bibliyadan bir kəlməyə yapışmaq, sektantlıqdır...

3. Üçlük ehkamı çətindir, və kilsəyə sərf eləmiyən bir ehkamdır, inası Kilsə məcburiyyət qarşısında onu gəbul edir. Çünkü bu həgigət bibliyadan gəlib cıxır.

4. Əhdi-ətiqda Mamre palıdlıqda da Allah öz Üçlüyü göstərib! ;)

1. Əgər razısınızsa, daha bu ehkama niyə bağlanmısınız? Düşünün, əgər Allah üçlükdürsə, Allahdakı şəxslərdən biri olan Oğul Allahın insan mahiyyətinə malik olduğuna necə inana bilərsiniz? Axı, sizə görə İsanın iki təbiəti vardır. İnsani və ilahi təbiətlər. Allahın şəxslərinin birində yaradılan bir təbiət necə ola bilər? Axı bu təbiəti Allah Özü yaradıb. Allahda yaradılan bir təbiət və mahiyyət necə ola bilər? Bu mümkün olan bir şey deyil.

2. Əgər bu kəlməni İsa Məsih desə belə???. Siz İsa Məsihlə razı deyilsiniz??? Yəni, Yeganə vahid Allahın Ata olduğu haqqında dediyi sözləri nəzərdə tuturam.

3. Mən hələ ki, bu ehkamı məcburiyyət qarşısında qəbul edən bir kilsəyə rast gəlməmişəm. Əksər kilsələr hətta bu ehkamın həqiqət olduğunu sübut etməyə çalışırlar. Bibliya isə Allahı Ata kimi göstərir.

4. Siz yəqin ki, Yaradılış kitabı 18-ci fəsli nəzərdə tutursunuz. Bəlkə də yox. Amma, əgər bu fəsli nəzərdə tutursunuzsa, diqqətlə oxumamısınız. Burada İbrahimin yanına gələn iki mələkdən və YHVH Allahın xüsusi elçisindən bəhs edilir. Bu elçi Tövratda Rəbbin Mələyi adlanır. Həmin elçi Musaya yanan kolda görünmüşdü və Allahın xüsusi elçisi olduğuna görə Allahın adından danışmış və Tövratda onun dedikləri Allahın dedikləri kimi təsvir edilir. 19-cu fəsildə isə Üç nəfərdən ikisi mələk adlanır və Lutun yanına Sodoma gəlirlər. Çıxış kitabı III fəsildə oxuyuruq:

Birdən Rəbbin mələyi Musaya bir kol arasından od-alov içərisində göründü... Rəbb Musanın baxmağa gəldiyini görəndə, Allah kolun ortasından onu çağırıb dedi..." Çıxış, 3: 1-6.

Fikir verin ki, əvvəlcə Musaya görünənin Rəbbin mələyi olduğu deyilir. Sonra isə Allahın kolun ortasından Musanı çağırması haqqında məlumat verilir. Deməli, Rəbbin mələyinin Musaya dedikləri elə Allahın ona dedikləridir. Eyni zamanda İbrahimin yanına gələnlərdən ikisi mələk, biri isə Rəbbin xüsusi elçisi YHVH Allahın mələyi idi və İbrahim bu səbəbdən ona ağam deyir. Burada Üçlükdən söhbət getmir. Ən azı ona görə ki, bu üç elçidən ikisinin mələk olduğu açıq-aşkar qeyd edilir.

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

Fikir verin ki, əvvəlcə Musaya görünənin Rəbbin mələyi olduğu deyilir. Sonra isə Allahın kolun ortasından Musanı çağırması haqqında məlumat verilir. Deməli, Rəbbin mələyinin Musaya dedikləri elə Allahın ona dedikləridir.

Bu yazilarida Allah yazdırır şüpəniz olmasın.

Link to comment
Share on other sites

1. Əgər razısınızsa, daha bu ehkama niyə bağlanmısınız? Düşünün, əgər Allah üçlükdürsə, Allahdakı şəxslərdən biri olan Oğul Allahın insan mahiyyətinə malik olduğuna necə inana bilərsiniz? Axı, sizə görə İsanın iki təbiəti vardır. İnsani və ilahi təbiətlər. Allahın şəxslərinin birində yaradılan bir təbiət necə ola bilər? Axı bu təbiəti Allah Özü yaradıb. Allahda yaradılan bir təbiət və mahiyyət necə ola bilər? Bu mümkün olan bir şey deyil.

2. Əgər bu kəlməni İsa Məsih desə belə???. Siz İsa Məsihlə razı deyilsiniz??? Yəni, Yeganə vahid Allahın Ata olduğu haqqında dediyi sözləri nəzərdə tuturam.

3. Mən hələ ki, bu ehkamı məcburiyyət qarşısında qəbul edən bir kilsəyə rast gəlməmişəm. Əksər kilsələr hətta bu ehkamın həqiqət olduğunu sübut etməyə çalışırlar. Bibliya isə Allahı Ata kimi göstərir.

4. Siz yəqin ki, Yaradılış kitabı 18-ci fəsli nəzərdə tutursunuz. Bəlkə də yox. Amma, əgər bu fəsli nəzərdə tutursunuzsa, diqqətlə oxumamısınız. Burada İbrahimin yanına gələn iki mələkdən və YHVH Allahın xüsusi elçisindən bəhs edilir. Bu elçi Tövratda Rəbbin Mələyi adlanır. Həmin elçi Musaya yanan kolda görünmüşdü və Allahın xüsusi elçisi olduğuna görə Allahın adından danışmış və Tövratda onun dedikləri Allahın dedikləri kimi təsvir edilir. 19-cu fəsildə isə Üç nəfərdən ikisi mələk adlanır və Lutun yanına Sodoma gəlirlər. Çıxış kitabı III fəsildə oxuyuruq:

Birdən Rəbbin mələyi Musaya bir kol arasından od-alov içərisində göründü... Rəbb Musanın baxmağa gəldiyini görəndə, Allah kolun ortasından onu çağırıb dedi..." Çıxış, 3: 1-6.

Fikir verin ki, əvvəlcə Musaya görünənin Rəbbin mələyi olduğu deyilir. Sonra isə Allahın kolun ortasından Musanı çağırması haqqında məlumat verilir. Deməli, Rəbbin mələyinin Musaya dedikləri elə Allahın ona dedikləridir. Eyni zamanda İbrahimin yanına gələnlərdən ikisi mələk, biri isə Rəbbin xüsusi elçisi YHVH Allahın mələyi idi və İbrahim bu səbəbdən ona ağam deyir. Burada Üçlükdən söhbət getmir. Ən azı ona görə ki, bu üç elçidən ikisinin mələk olduğu açıq-aşkar qeyd edilir.

Allah xeyir dua versin!

1. O mənada razılığı demədim ;)

2. O təkcə bir sözü deməyib, bir İncillik söz danışıb ;) (əgər başa düşürsüz mın nə demək istəyirəm)

3. Bu da artıq demaqoqiya dır... Siz məni yaxşı başadüştüz...

4. Bu yalnız sizin Təsfirdir...

Link to comment
Share on other sites

İncildə İsa Allahdır:

Toma cavab verdi ona: "Rəbbim və Allahım" - dedi.(Yahya 20:28)

Mən və Ata birik (Yahya 10:30)

İncildə Müqəddəs Ruh Allahdır:

Buna görə sizə deyirəm: insanların hər günah və küfrü bağışlanacaqdir; amma Ruha qarşı küfr bağışlanmayacaqdır. (Matta 12:31)

İbrahilərə məktubda üçüncü fəsildə Müqəddəs Ruh Allah adlanır (3:7 - 3:19)

Beləliklə Əhdi-Cədidtə Ata, Oğul və Müqəddəs Ruh Allah kimi göstərilir, və birdilər.

İndi niyə biz inanırıq ki onlar ayrı şəxsdilər:

vMatta 26:39, 26:42, 27:46

Luka 3:22

Sən Əhdi-Cədidi tanımıya bilərsən amma onun haqqında yalan sözləri yazma!

1. Nervous-də bu ayəni mənə göstərmişdi. Ona yazdığımı sizə də yazıram.

Tomasın İsa dirilib ona görünəndən sonra, keçirdiyi həyəcan və eyforiya hissləri nəticəsində “Rəbbim Mənim və Allahım mənim” ifadəsini anında ehkam kimi mənə göstərirsiniz. Heç olmasa özünüzə bir sual verin ki, İsa diriləndən sonra, həvarilərə də göründü. Amma onlar nədənsə, heç İsanı görəndən sonra belə sözlər demədilər. Əvvəl-axır insanlar hər gün dirilmirlər. Tomas da İsanın dirildiyinə şübhə edirdi. Amma İsanı diri görəndən sonra çox təəcübləndi və bu sözləri güclü bir sarsıntı içərisində olduğuna görə demişdi. Təsəvvür edin ki, mən 10 ildir bir dostumu görmürəm. Amma günlərin birində birdən yolda onunla rastlaşıram və çox təəcübləndiyimə görə ona baxıb deyirəm: “Allahım, doğrudanda mı bu sənsən”? Sizin məntiqlə belə çıxır ki, dostum dönüb oldu Allahım??? Tomasın həyəcanla dediyi sözlərdən kilsə ehkamı düzəltmək çox çox qəribə bir haldır. Özünüz bir anlığa fikirləşin, Tomasın sarsıntı içində keçirdiyi həyəcan nəticəsində ağzından çıxan sözlərindən böyük bir din özünə ehkam düzəldirsə, həmin dinə ancaq acımaq olar.

2. Yəhyanın Müjdəsi 10: 30-34-cü ayələrdə də İsa Özünü Allaha bərabər saymır. Bunu yəhudilər belə başa düşdülər. Siz də onlar kimi başa düşürsünüz. İsa Özünü yalnız Zəburda haqqında danışılan hakimlərlə-allahlarla bərabər tutur. İsa deyir ki, Allahın Kəlamını deyən şəxs də allahdır. Necə ki, yazılmışdır: “Mən dedim ki, siz allahlarsınız”. Burada çətin anlaşılan heç nə yoxdur. Heç olmasa, bir kontekstə nəzər yetirin.

Yaddan çıxarmayın ki, İsa, “Ata məndən üstündür” demişdir. İsa Məsihin Ata ilə birliyi ruhani birlikdir. Yəhya 17-ci fəsildə imanlılarla İsa Məsih və Atanın birliyindən danışılır. Həmin ayələrdə də İsa deyir ki, “Ey Ata, Biz necə biriksə, onlar da bizdə bir olsunlar”. Bu isə, Üçlü birlik deyil. Əməldə və məqsəddə birlikdir.

3. Əgər, bu ayə Müqəddəs Ruhun Atadan ayrı bir şəxs olaraq Allah olduğuna dəlalət edirsə, o zaman belə çıxır ki, İsa Allah deyildir.

“Və kim İnsan Oğluna qarşı söz söylərsə, bağışlanacaqdır”. Luka, 12: 10.

4. İbranilərə məktubda müəllif 95-ci Məzmurdan sitat gətirir. Bu sözləri Davud Müqəddəs Ruhdan, yəni Allahın Ruhundan , Allahdan ilham alaraq demişdir. Həmin ayələrdə Ruh, Ata Allahın sinonimi kimi çıxış edir. Çünki , İsrail xalqı səhrada məhz Ata Allahı imtahana çəkmişdilər. Buna görə də Ruh və Ata bu ayələrdə ayrı şəxslər kimi deyil, adları müxtəlif ifadə edilən eyni bir şəxs kimi göstərilmişdir. Müqəddəs Ruh Allahın ilahi təbiətidir. Çünki, Allah Ruhdur və eyni zamanda Müqəddəsdir.

5. Ata və Oğul ayrı şəxsdirlər. Müqəddəs Ruh haqqında bunu demək olmaz. Çünki, Müqəddəs Ruh Atanın və Oğulun təbiətidir. Müqəddəs Ruh dəfələrlə Atanızın Ruhu və Məsihin Ruhu adlanır. Digər tərəfdən də Vəhy kitabında göydə iki taxtın olduğu deyilir. Atanın və Oğulun taxtı olduğu halda, Müqəddəs Ruhun taxtı haqqında heç nə deyilməmişdir.

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

1. O mənada razılığı demədim ;)

2. O təkcə bir sözü deməyib, bir İncillik söz danışıb ;) (əgər başa düşürsüz mın nə demək istəyirəm)

3. Bu da artıq demaqoqiya dır... Siz məni yaxşı başadüştüz...

4. Bu yalnız sizin Təsfirdir...

1. Hansı mənada razılaşdınız?

2.Bu bir İncillik sözlərin içərisində Allahın Üç şəxs olduğu haqqında heç nə deməyib. Siz özünüz iman gətirdiyiniz Şəxsə sektant adı verdiniz. İsa Məsih Ataya ibadət edib, çünki Onun üçün Allah Ata idi. Mənim üçün də belədir. Sizin üçün belə deyil. Deməli, ya siz düz danışırsınız, ya da Məsih? Mən Məsihin düz danışdığına inanıram. Trinitarların məğlubiyyəti göz qarşısındadır. İsa Məsihi sektant adlandırırsınız. Belə olan halda, siz necə Onun adı ilə adlana bilərsiniz?

3.Siz məhz məni başa düşmədiniz.

4. Bu mənim yox, Trinitarların da qəbul etdiyi təfsirdir. Yaradılış 19-cu fəsli açın oxuyun. Orada iki mələk yazılıb. İsanın mələk olduğuna Yehova Şahidləri inanır. Katoliklərin və Pravoslavların da belə inandıqlarını ilk dəfə eşidirəm. Əslində, siz qəbul etmək istəmədiyinizə görə belə yazırsıniz.

Allah xeyir dua versin!

Link to comment
Share on other sites

Sizin mensub oldugunuz teriget nece,Bakida varmi?Varsa haradadir?

Hörmətli devotion, Bakıda Unitar məbədin mövcud olub-olmaması mənə dəqiq məlum deyil. Hər halda düşünürəm ki, mövcud deyil. Belə bir dini icmanın Bakıda açılması çox yaxşı olardı. Əlbəttə ki, Azərbaycan Respublikasının qanunlarına riayət etmək şərti ilə fəaliyyət göstərməsi məqsədəuyğun olardı.

Link to comment
Share on other sites

Hörmətli devotion, Bakıda Unitar məbədin mövcud olub-olmaması mənə dəqiq məlum deyil. Hər halda düşünürəm ki, mövcud deyil. Belə bir dini icmanın Bakıda açılması çox yaxşı olardı. Əlbəttə ki, Azərbaycan Respublikasının qanunlarına riayət etmək şərti ilə fəaliyyət göstərməsi məqsədəuyğun olardı.

Həm nəzarət da olardı...

Link to comment
Share on other sites

  • 1 year later...

[b]Allahın üç sifətdə olması Müqəddəs Kitabın ( Tövrat,Zəbur,İncil) Yazılarına uyğundurmu?[/b]
Bir çox xristian məzhəbləri Tanrının üç sifətdə olduğunu öyrədir. Amma görün «Britaniya Ensiklopediyası»nda bu haqda nə deyilir: «Əhdi Cədidin heç bir yerində( İncildə) “Üç üqnum” sözü işlənmir, eləcə də bu haqda aydın şəkildə ifadə olunmuş heç bir ehkam yoxdur... Bu təlim bir neçə əsr ərzində inkişaf etdirilmiş və çoxlu mübahisələrə səbəb olmuşdur» («Encyclopædia Britannica»).
Əslində Müqəddəs Yazıların heç bir hissəsində Allahın üç sifətdə və ya Üç üqnum olduğu deyilmir. Aşağıdakı ayələr bu haqda həqiqəti açıqlayır:
«[color=#0000ff][b]Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» (Tövrat, Qanunun təkrarı 6:4[/b]).[/color]
[b][color=#0000ff]«Bilsinlər ki, Sənin ismin Rəbdir, bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» (Zəbur, Məzmur 83:18).
«Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır» (İncil, Yəhya 17:3).[/color]

«[color=#0000ff]Allah isə təkdir» (İncil, Qalatiyalılara 3:20).[/color][/b]

Bəs nəyə görə xristian məzhəbləri Allahın üç sifətdə olduğunu deyirlər?

Link to comment
Share on other sites

[b]İsa Məsih özünü Allaha bərabər tuturdumu?[/b]

İsa Məsih heç vaxt özünü Allaha bərabər tutmazdı. Əksinə, İsa Məsih Uca Yaradana «öz Allahım», — deyə müraciət edərdi ([b]İncil, Yəhya 20:17[/b]).

Bundan əlavə, İsa Məsih dualarını Allaha edərdi (İncil, Matta 26:39). Davamçılarına da göydəki Allaha dua etməyi və Onun adını ucaltmağı öyrədərdi (İncil, Matta 6:9).

Bir dəfə də israillilərə müraciətdə İsa Məsih Tövratdan bir ayə gətirərək belə dedi: [color=#008080]«[/color][color=#0000ff]Eşit, ey İsrail! Allahımız Yehovadır; Yehova yeganə Allahdır» (İncil, Mark 12:29; Tövrat, Qanunun təkrarı 6:4[/color])[color=#008080].[/color]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote name='devotion' timestamp='1306622052' post='9223497']
Men de Allahi bir Ali shexsiyyet kimi gebul edirem.Isa Mesihi ise Allahin en eziz oglu kimi gebul edirem.Isa Mesih hemishe oz Atasina muraciet edib.Hetta carmixa cekilende demishdir ki,"Ata meni niye terk etdin?".Isa Mesih Allah yox,Allahin en pak fedaisi olubdur.
Elbette,Konstantin Incili boyuk migyasda tehrif etmeyib.Amma,bir sheyi de bilmek lazimdir ki,eger siz hesablamada evvelden bir balaca sehv buraxmisinizsa dusturun cavabi hec vaxt duzgun alina bilmez.
[/quote]Üstəlik İsa Məsih öldü. Bəs onu kim diriltdi?
Amma Konstantinin İncilə əl gəzdirməsi fikri ilə razı deyiləm. O vaxt Nikeyada Konstantin məclisi çağırıb və bir növ spikerlik edib. Qərarı isə ruhanilər veriblər. Bu günləri də apokrif ləri oxuyanda dərhal görünür ki, MK-ın ümumi mövzusu ilə uyğun gəlmir. Elə Markın yazdığı Müjdənin sonuna da sonralar əlavə edilib, amma həmin əlavə ümumi mövzuya yapışmır, bir növ yamaq kimi qalır.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
      • 1 reply
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Red Heart
      • 18 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Like
      • 14 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Like
      • 33 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Haha
      • 21 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Haha
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
        • Milli
        • Upvote
        • Like
      • 26 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...