Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[quote name='Dark Lady' post='5428006' date='Sep 22 2009, 22:08 ']Qrup üzvleri incimesin, amma daha çox Elxan xoşuma gelir. Onun yazılarını da oxumuşam, beyenirem.
H.O.S.T. qrupuna ilk defe tesadüfen qulaq asmışam ve ele o ilk defeden de beyenmişem. İlk dinlediyim "Bir" olub. İndi fanat sayılmasam da, mümkün qeder replerini ötürmemeye çalışıram. Sözlerinde mena var. "Bir" en sevdiyimdir.

"Güneş batsa da, yene de ay çıxır geceler..." - optimist seslenir.

Так держать![/quote]
Bir meqam sevindirir.....Genclerin curuy dushunme beynini deyishmek iqtidarinda olan.....[b] Ideoloqiya[/b] yaradan bu qup....[b]H.O.S.T[/b]

Link to comment
Share on other sites

  • Replies 572
  • Created
  • Last Reply

[img]http://www.qaradaqirmizi.com/depo/foto/sayt/045.jpg[/img]

[b]Qaraqan - Tualetə getməyənlər şəhəri... // yeni yazı ! [/b]

[b]oxumaga deyer...[/b]

[b]Tualetə getməyənlər şəhəri...
[/b]
Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən. Amma mən “sizdə tualet var?” sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi:
- Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir!

Sonra o mənə şəhərləri haqda danışdı.

Tualetə getməyənlər şəhəri.
Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər. Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi. Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər - bazarda işləməyən və gecələr yatmayan saqqalı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi.
“Tualetə getmək olmaz!”
O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı.
Günlər keçir onun tualetə olan nifrəti artırdı. O hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur. Bu o deməkdir ki, Betxovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da Camaata dedilər, ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq. Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz “üstün irqdən” , “namuslu millətdən” , “müasir insanlardanıq”. Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız. Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o xalqın qəhrəmanına çevrildi. Hamı onun qəbrinin üstündə şam yandırır öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu. Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yoları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə , bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar.
“Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur. Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa ona deyir, yenə məcbur elədirlər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər. Allah Saqqallı kişiyə rəhmət eləsin. əgər o qalsaydı indi heç kəs işəyib oranı- buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. “Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir amma şah qoymur. Şah olmasa bir heç vaxt heç yanı bulamayacağıq.”
Düşmən şahlıqlar bunu görüb düşmənçiliyi daha da qabartmaq üçün, xalqın sevgisini qazanmaq üçün cavab verir. “ Aaa siz nə danışırsınız? Heç elə şey olar? Getməyin. Hamı bir nəfər kimi imtina edin. Bizdə heç kəs tualetə getmir. Bizə tualetlər lazım deyil. Əgər bütün aftafaları sındıra bilsəz, bir iki dəfə əliniz - dalınız çirkli qalsa siz iyrənib bir də heç vaxt heç nə ifraz etməyəcəksiniz.” Bunu eşidən xalqın ümidləri oyandı. Onlar saraya hücum edib şahı öldürdülər. Sonra qəbrinə aftafa qoyub onunla bir basdırdılar. Daha sonra isə bütün aftafaları sndırıb bütün ayaq yollarını dağıtdılar. Böyük bir şənlik başladı. Onlar bayraqlarının üstünd təmiz dal şəkli qoydular. Bu onların dallarının heç vaxt çirkli olmadığının rəmzi oldu. Sonra televiziyalarda məşhur müğənnilər göz yaşları və utanc ilə sonuncu dəfə nə vaxt ayaq yolluna getdiklərini danışdılar.
“ Xanım siz gənc yaşlarınızda ayaq yoluna gedirdiniz?
- Bəli, çox utanıram indi bunu etiraf etməkdən amma mən doğrudan da ayaq yoluna gedirdim. Hər dəfə söz verirdim amma hər dəfə qarnım dolanda özümü saxlaya bilməyib ayaq yoluna gedirdim. Lakin bir gün ayaq yoluna böyük bir güzgü qoyub öz halıma baxdım. Ayaq yoluna gedərkən olan halıma baxdım. Onda özümə nifrət elədim. Və başa düşdüm ki, bizim millətə belə namussuzluq yaraşmaz, biz təmiz və günahsız, namuslu və qeyrətli olmalıyıq. O gün bu gün ayaq yolu mənim üçün bitib.
- Neçə il olar təxminən?
- 5 ildir ki, mən ayaq yoluna getmirəm
- Alqışalar, bizim dahi sənətkarımız 5 ildir ki, ayaq yoluna getmir.”

Bundan sonra dərsliklərdə ayaq yolunun pis cəhətləri haqda mətnlər uşaqların beyninə dolduruldu. Daha sonra ayaq yoluna gedən qızlara namussuz deyilməyə başladı. Daha sonra bütün xarici filmlərdəki ayaq yolu səhnələri kəsilib uşaqların tərbiyyəsini pozar deyə qadağan olundu. Bütün kitablardan ayaq yolu sözləri çıxarıldı.

Bu şəhər məni çox təəccübləndirdi. Mən yolçudan yolu öyrənib ora getdim. Şəhərə girən kimi əski ilə burnumu tutdum. Bütün şəhər iy verirdi. Hər yerdən iy gəlirdi. Amma bütün insanlar buna baxmayaraq çox rahat idi. Əvvəlcə mən elə bildim ki, yalnız mənə bu iy gəlir. Amma sonra başa düşdüm ki, onlar sadəcə bu iyə öyrəşdiyindən onu hiss etmirlər. Sonra restoranların birində əyləşib qarşı masadakı adamlara baxdım. Onlar qaqqıldıyır, pivə içir və domino oynayırdılar. Elə bu an restoranın qapısı açıldı və içəri gözəl bir xanım girdi. O içəri girən kimi qarşı masadakı kefi kök kişilərin qaşqabağı yerə-göyə sığmadı. Onlardan biri qışqırdı:
- Aftafalı əllərinlə bizim restoranın qapısını açma! Mundar, namussuz, qeyrətsiz, geridə qalmış!!!
Xanım qəmli gözləri ilə onları süzüb başını aşağı saldı. Elə bu an kişilərdən biri pivə şüşəsini onun başına atmaq üçün ayağa qalxdı. Mən tez onun qarşısını alıb enli qollarını nazik əllərimlə saxlamağa çalışdım:
- Eləmə! Sakitləş!
O mənə baxıb yekə qarnının bir hissəsini yağlı masaya söykəyib dedi:
- Sən buna bir bax. Tualetə gedən namussuzu qoruyur. Bilirsən o yemək yeyəndən sonra nə oyunlardan çıxır?
- Nə?
- O tualetə gedir. Eşidirsən? Deyilənə görə xaricdən özünə aftafa alıb, evində də unitaz qoydurtdurub. Mundarın biri , mundar! Bizim təmiz qızlar kimi deyil o çirklidi!
Mən gülümsəyib ona dedim:
- Güya sən heç tualetə getmirsən?
Bundan sonra heç nə yadımda qalmayıb. Bircə onu bildim ki, başıma iri bir şüşə dəyib çilik –çilik oldu. Özümə gələndə məni artıq məhkəməyə hazırlayırdılar. Mən çığırırdım - Niyə? niyə?!
Bütün zaldakı adamlar və hakimlər mənə tər-tərs baxdılar. Onlar mənim əllərimi bağlamışdılar. Sonra bir nəfər ayağa durub mənə yaxınlaşdı.
- Dünən saat 17 radələrində siz restoranda namussuz, cinayətkar bir qadınla əlbir millətin namusu və müqəddəs dəyərlərini alçaltmısınız. Siz cinayətkarın qarşısını almağa çalışan bu qeyrətli vətəndaşın əlini sındırmaq istəmisiniz. Sizi vətən xaini elan edirik.
Mən əsəbiləşib ayağa qalxdım.
- Ey siz, axmaqlar, cahillər, yalançılar! Güya siz özünüz ayaq yoluna getmirsiniz? Bəs yediyiniz haradan çıxır? Sizin bütün şəhəriniz iy verir. Hara gedirdim ağacların dibində nəcis var idi. Güya siz özünüz bulamırsınız? Hə? Nə namusdan danışırsınız? Nə qeyrətdən, müasirlikdən danışırsınız. Biz hamımız insanıq hamımız da ayaq yoluna gedirik. Açıq ya gizlin. Bunu gizlin edəndə siz namuslu olursunuz? Hə? Ayaq yoluna getməyən insan yoxdur. Əgər bu günahdırsa, əgər bu cinayətdirsə onda niyə bütün insanlar belə yaranıb, hə? Siz öz hisslərinizi, öz arzularınızı öz ehtiyaclarınızı özünüzdən gizlədirsiniz. Siz ölü şairlərin, məktəb kitablarının, valideynlərin və cəmiyyətin qulusunuz. Onlar sizi idarə edir. Siz həmişə günahı başqalarında görürsünüz. Siz də aftafa almaq istəyirsiniz amma utandığınız üçün gizli də olsa, çirkli gəzməyi ondan üstün tutursunuz. Və sizin arzuladıqlarınıza sahib olanları məhv edirsiniz. Yazıq millət, başıboş xalq. Siz hamınız ayaq yoluna getməsəz də...
Elə bu an hakim çəkicini vurdu. Məhkəmə işi sona çatdı. İnsanlar oturacaqlardan durub yavaş- yavaş dağılışmağa başladılar. Oturacaqlarda qalmış sidik-nəcisin iyi bütün zalı götürdü. Kimlərsə gizlicə bunu masanın altında edirdi, kimlərsə elə şalvarlarını çıxarmamış. Kimlərsə arxalarına torba bağlayırdılar. Kimlərsə ovuclarına götürüb oturacağın arxasına sürtürdülər. Kimlərsə eləyib qurtaran kimi, qaçıb polis çağırırdılar. “Bura baxın, bura baxın kimsə bulayıb”.
Mən isə bir gün sonra zindana salındım. Deyilənə görə bir neçə gün sonra o qızı kəndirdən asıb, ocaqda yandırdılar.
Deyilənə görə bir neçə gün xalq mənim ölümümü istəyib zindanın darvazalarını döydülər.
“ Ayaq yoluna gedənlərə ölüm, namussuzlara, alçaqlara, çirklilərə, kafirlərə, geridə qalmışlara ölüm!!! ”

Zindanda mənimlə bir başqa adamlar da qalırdı. Hərdən təzə adamlar gəlir və mənə digər şəhərlər haqda danışırdılar. “Fahişəlik etməyənlər şəhəri”, “İçki içməyənlər şəhəri”, “Rüşvət almayanlar şəhəri”, “Millətçilər şəhəri”, “Dindarlar şəhəri”, “Demokratik insanlar şəhəri”, “Xoşbəxt ailələr şəhəri”, “Milli musiqini sevənlər şəhəri”, “Bir-birinə xəyanət etməyən sevgililər şəhəri”, “Porno filmlərə baxmayanlar şəhəri”, “İtirlimiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhəri” və daha hansı tanımadığm gözəl şəhərlər.

[b]Qaraqan[/b]

Link to comment
Share on other sites

[img]http://xs433.xs.to/xs433/08482/aaaaaaa417.jpg[/img]

[b]Qaraqan - "A" || seçmə hekayələr..[/b]

[b]
BALIĞIN NAĞILI
[/b]

Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi:
- Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi
- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək.
Kişi qışqırdı:
- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.
Sonra balaca balığı dənizə atdı.

BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DÜNYADIR.

*****

[b]BALU və SUTA
[/b]

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
- Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
- Üç.
Balu gülüb deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, üç edir.
Balu deyir:
- Beş.
- Yox, üç.
- Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
- Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız?

*****

[b]GÖYDƏN ÜÇ ALMA DÜŞMƏDİ[/b]

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.

*****

[b]
CÜCƏNİN NAĞILI
[/b]

Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ?
İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”.
Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı...

*****

[b]FİLİN NAĞILI[/b]

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.

Link to comment
Share on other sites

[b]PRoMete - Kran... || yazı..
[/b]

İki gündü əməlli başlı yemək yeyə bilmirdi.

Həftə ortasında özünə göstərdiyi qayğı ona baha başa oturdu.

Ürəyiaçığlıq eliyib bir kilo ət almışdı. Axır vaxtlar işləri elə də pis getmədiyindən arada bir özünü bu formada buraxırdı - Ət...

Tək idi və heç kimi görmək istəyi də yox idi. Rəfdən kulinariya kitabını götürüb sousun inqridientlərinə baxdı.

Marağlı adlar var idi burda sarıkök, quru nanə.

- Quru nanə ha buna bax bir J. Mənim yadıma düşmür ki, mən axırıncı dəfə nə vaxt sarıköklü yemək yemişəm oki qalmışdı quru nanə. Quru nanə ha.

Qərara gəldi ki burda belə məntiq işə salsın...

Və sous hazırdı.

Və damağa batan sümük.

- Vibilə qalafan. Vibiiiiiiil(bu dişlərin sıxarağ dediyi "zibilə qalasan zibiiiil" sözləri idi)

Qapı döyüldü. O mətbəx stoluna ilişərək qapıya tərəf getdi. Bu tərəfdən də ayağı mətbəx stoluna dəydiyindən

ağrımağa başladı. Axsıya axsıya qapıya yaxınlaşdı və gözlükdən baxdı.
Qapida bir qadın əlində də blaknot dayanmışdı. Ürəyində fikirləşdi:

Işıq puluna görə ola bilməz - onu vermişəm. Jek də ola bilməz onunla da haqq hesab bitib.
Ya qaz puludu ya da yenə nəsə statistikadan zaddan. Bəlkə açmayım? Bəs stolun səsi? Nəisə.

- Buyurun. – dişlərini sıxa sıxa

- Qaz idarəsi iki aylıq borcunuz var.

- Iıııı - əli ilə yaz ver borcumu sözlərini işarə etdi. Hiss eliyirdi ki damağı qanayıb və ağrıdan danışa da bilmirdi.

Və hadisələrin bu cur ardıcıllığı qaz pulu yığanı da tələsməyə vadar elədi.

O tez borc qəbzini yazıb verdi və

- Iki gün ərzində ödəniş eləməsəniz xəttinizi bağlayacağıq.

- Hmm. – və qapını bağladı...

...

Zəng – displeydə yazı Məlahət.

- Hə Məlahət?

- Zahid, Gülşənin ayaqqabısı cırılıb.

- Yaxşı səhər alarıq.

Telefonu cibinə qoyub. Sayğaca baxdı 26cı otağınki budur. Və xətti bağladı

...

Qapını açıb evə girdi. Ac idi. İki gündü əməlli başlı yemək yeyə bilmirdi. çimmək istəyirdi. Hamama keçdi. Su qızdırıcını yandırmaq üçün kibriti götürdü. qazı açdı. Geri dönüb hamamdan çıxıb, ayaqqabılarını geyinə-geyinə deyindi:

- Zibilə qalasan. Bunu da kəsiblər. Uffff

Tez əynini geyindi. Və evdən çıxdı.

Banka girib borcu ödədi və çıxdı. Hava yaman soyumuşdu yoxsa gəzərdi.

- Yaxşısı budur evə gedim və yatım.

Evə çatan kimi telefonu götürüb 109-a zəng eliyib qaz idarəsinin nömrəsini öyrəndi. Və zəng elədi:

- Bakı şəhər qaz idarəsi buyurun.

- Salam xanım.

- Salam. Buyurun

- Xanım, - hər dəfə yeni söz tələffüz edəndə dili damağına dəyir və ağrıdırdı- mən bu gün qaza görə olan borcumu etmişəm amma hələ açılmıyıb. nə vaxta açılar?

- Xahiş edirəm ünvanı deyin

- Mətbuat prospekti 501-ci məhəllə bina 6 mənzil 26.

- Qeydə Aldıq. Sabah səhərdən açılacaq.

- çox sağolun

- Buyurun.

...

Məlahət qaz idarəsində telefon operatoru işləyirdi. Zahidlə elə iş yerində tanış olmuşdular. 9 il idi ki evli idilər və bir qızları var idi.

Zəng – displeydə yazı Məlahət.

- Hə Məlahət?

- Zahid, Sabaha Mətbuat prospekti 501-ci məhəllə bina 6 mənzil 26-nın xəttini açarsan.

- Yaxşı.

Telefonu cibinə qoyub fikirləşdiki indi 501-ci məhəllədədir. Indi gedib xətti açsa səhər biraz çox yatar. Yox! səhər qızına ayaqqabı almalıdı axı. Hə onda xüsusilə indi gedib açmaq məqsədə uyğundu.

Sayğaca baxdı 26cı otağınki budur. Və xətti açdı

...

Bayırdakı soyuğun təsirindən başı ağrıyırdı. Və uzandı. uzanan kimi yuxuya getdi. Bayaq evdən çıxanda su qızdırıcısındakı qaz kranını bağlamamışdı.

İki gündən sonra onu evdə qazdan boğulmuş tapdılar.

Açılmış cinayət işində isə "intihar" yazıldı.

Link to comment
Share on other sites

Bax bunu oxumaniz meslehetdi......
[b]сам прочитав долго не смог что-либо говорить.....[/b]

[b]ИТАК[/b]
[b]Qaraqan - Gözəlçə...[/b]
[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/081.jpg[/img]

[b]Gözəlçə...[/b]

Mən heç vaxt heç kəsə xor baxan deyiləm. Vallah, düz sözümdü. Düzdür, hərdən hiss edirəm ki, çoxundan üstünəm, amma üzə vurmuram – kimisə pərt etmək nəyə lazım? Məni həmişə çox istiyiblər. Uşaqlıqdan anam mənə gözəlçə, atam mələk deyirdi. Bütün günü güzgüyə baxardım. Gözəl göz-qaşım, bapbalaca burnum, qəşəng saçlarım, gülüşüm, boy-buxunum həmişə məni valeh edirdi. Hiss edirdim ki, hamıdan qəşəngəm. Həm də ağıllı və mehriban idim. Bunu ilk dəfə bağçada – qızlar mənim saçımı yolanda anlamışdım. Onlar mənə sarsaq deyirdilər. İnciyib eləmirdim – bilirdim ki, paxıllıq edirlər. Qızların heç biri mənimlə oynamırdı. Mənimlə yarışmaq ağıllarına da gəlmirdi. Bilirdilər ki, onsuz da mən hamını udacam. Onlar məndən çəkinirdilər, həm də özlərini mənə oxşadır, mənim kimi olmaq istəyirdilər. Düzdür, onda hirslənirdim, ağlayırdım, indi-indi başa düşürəm ki, bütün bunlar elə-belə olmayıb – axı mən hamıdan gözəl, hamıdan ağıllı idim. Məktəbə gedəndə də öz ədalətimə heyran olmuşdum. Sinifdəki ən eybəcər, ən gicbəsər qızlar mənimlə rəfiqəlik edirdilər. Çünki mən onlara yuxarıdan aşağı baxmırdım. Hamıdan gözəl olsam da heç vaxt qəşəng qızlarla dostluq etmirdim. Həm də mən çox tərbiyəli idim. Bunu da mən məktəbdə hiss etdim. Heç bir oğlan mənim yanımda oturmağa cəsarət etmirdi. Hətta küçədə görəndə də mənə salam vermirdilər. Təbii ki, hörmətimi saxlayırdılar. Məni görən kimi özlərini itirdilər. 8 Mart bayramında bütün qızlara hədiyyə verirdilər, mənə yox. Bilirdilər axı, mən tərbiyəliyəm və heç vaxt evə oğlan hədiyyəsi aparmaram. Son zəngdən sonra da heç bir oğlan mənə zəng eləmədi. Hərdən onlara ürəyim yanır. Bəlkə bu dəqiqə dəli kimi darıxırlar mənim üçün, amma zəng etməyə cəsarətləri çatmır, nə bilim. Keçən il gözəllik müsabiqəsinə getdim. Amma məni seçmədilər. İlk günlər fikirləşdim ki, yəqin rüşvət istəyirlər. Atam mənə deyəndə ki, “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, o dəqiqə hər şeyi başa düşdüm. Mənim canım atam özü münsiflər heyyətini “görübmüş” ki, məni müsabiqəyə qoymasınlar. Atadı da, yəqin qısqanır.Nə isə...
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı: “Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..” Görün bu cümlədə nə qədər sevgi var.”Ay qız”, “ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi: “O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...

[b]
Qaraqan
[qeyd: hekayə 2006`cı ildə yazılıb...][/b]

Link to comment
Share on other sites

[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/082.jpg[/img]

[b]H.O.S.T - EP ALBOM [tracklist] [/b]

001)H.O.S.T [PRoMete,AiD] - Qurtul
002)H.O.S.T [AiD] - Dinlə-1
003)H.O.S.T [PRoMete] - Pıçıltı
004)H.O.S.T [AiD,PRoMete] - Made in Baku(soundtrack)
005)H.O.S.T [PRoMete] - Adını Günəş Qoyacaq
006)H.O.S.T [AiD] - M (vokal: Ayka)
007)H.O.S.T [PRoMete,AiD] - Dövri-İntihar
008)H.O.S.T [PRoMete,AiD] - Addım-Addım
009)H.O.S.T [PRoMete] - Dinlə və Yoz-2

+bonus tracks
010)H.O.S.T [PRoMete,AiD] - Bəstəkar
011)H.O.S.T [PRoMete,AiD,Qaraqan] - Enigma

---

[b]albom haqqında:[/b]

Hal-hazırda HOST növbəti albom proyekti üzərində çalışır. Sizləri də çox intizarda qoymamaq üçün bu sinql toplumu təqdim edirik.
Bu treklərin bir hissəsi növbətə albomların proyekti, digərləri isə albomlar arası müddətdə yazılan və sadəcə sinql xarakteri daşıyan treklərdir.

[b]P.S. как выйдут трэки постараюсь по ходу сливать их сюда......[/b]

[b]одним словом coming soon[/b] :)

Link to comment
Share on other sites

[quote name='CHEster' post='5471274' date='Sep 30 2009, 10:47 ']Bax bunu oxumaniz meslehetdi......
[b]сам прочитав долго не смог что-либо говорить.....[/b]

[b]ИТАК[/b]
[b]Qaraqan - Gözəlçə...[/b]
[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/081.jpg[/img]

[b]Gözəlçə...[/b]

Mən heç vaxt heç kəsə xor baxan deyiləm. Vallah, düz sözümdü. Düzdür, hərdən hiss edirəm ki, çoxundan üstünəm, amma üzə vurmuram – kimisə pərt etmək nəyə lazım? Məni həmişə çox istiyiblər. Uşaqlıqdan anam mənə gözəlçə, atam mələk deyirdi. Bütün günü güzgüyə baxardım. Gözəl göz-qaşım, bapbalaca burnum, qəşəng saçlarım, gülüşüm, boy-buxunum həmişə məni valeh edirdi. Hiss edirdim ki, hamıdan qəşəngəm. Həm də ağıllı və mehriban idim. Bunu ilk dəfə bağçada – qızlar mənim saçımı yolanda anlamışdım. Onlar mənə sarsaq deyirdilər. İnciyib eləmirdim – bilirdim ki, paxıllıq edirlər. Qızların heç biri mənimlə oynamırdı. Mənimlə yarışmaq ağıllarına da gəlmirdi. Bilirdilər ki, onsuz da mən hamını udacam. Onlar məndən çəkinirdilər, həm də özlərini mənə oxşadır, mənim kimi olmaq istəyirdilər. Düzdür, onda hirslənirdim, ağlayırdım, indi-indi başa düşürəm ki, bütün bunlar elə-belə olmayıb – axı mən hamıdan gözəl, hamıdan ağıllı idim. Məktəbə gedəndə də öz ədalətimə heyran olmuşdum. Sinifdəki ən eybəcər, ən gicbəsər qızlar mənimlə rəfiqəlik edirdilər. Çünki mən onlara yuxarıdan aşağı baxmırdım. Hamıdan gözəl olsam da heç vaxt qəşəng qızlarla dostluq etmirdim. Həm də mən çox tərbiyəli idim. Bunu da mən məktəbdə hiss etdim. Heç bir oğlan mənim yanımda oturmağa cəsarət etmirdi. Hətta küçədə görəndə də mənə salam vermirdilər. Təbii ki, hörmətimi saxlayırdılar. Məni görən kimi özlərini itirdilər. 8 Mart bayramında bütün qızlara hədiyyə verirdilər, mənə yox. Bilirdilər axı, mən tərbiyəliyəm və heç vaxt evə oğlan hədiyyəsi aparmaram. Son zəngdən sonra da heç bir oğlan mənə zəng eləmədi. Hərdən onlara ürəyim yanır. Bəlkə bu dəqiqə dəli kimi darıxırlar mənim üçün, amma zəng etməyə cəsarətləri çatmır, nə bilim. Keçən il gözəllik müsabiqəsinə getdim. Amma məni seçmədilər. İlk günlər fikirləşdim ki, yəqin rüşvət istəyirlər. Atam mənə deyəndə ki, “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, o dəqiqə hər şeyi başa düşdüm. Mənim canım atam özü münsiflər heyyətini “görübmüş” ki, məni müsabiqəyə qoymasınlar. Atadı da, yəqin qısqanır.Nə isə...
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı: “Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..” Görün bu cümlədə nə qədər sevgi var.”Ay qız”, “ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi: “O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...

[b]
Qaraqan
[qeyd: hekayə 2006`cı ildə yazılıb...][/b][/quote]

молодец парень,отлично написано!!!!!
огромный респект!!!!!

Link to comment
Share on other sites

[quote name='Варвара' post='5482648' date='Oct 1 2009, 23:36 ']молодец парень,отлично написано!!!!!
огромный респект!!!!![/quote]
мир где каждый такой какой он есть......

P.S. fergliler dunyasi...-H.O.S.T

Link to comment
Share on other sites

[b]H.O.S.Tçular! [GÖRÜŞ!] [/b]

[b][ 4 oktyabr ]
[ 13:00 ]
[ TV Club (H.Aslanov-119, Mango mağazası(keçmiş Portofino) ilə üzbəüz yolun sağ tərəfində) ][/b]

[b]görüşün məqsədi sizin HOST Product`ları daha rahat qiymətlərlə əldə edə bilmənizdi.[/b]
[b]T-shirt`lər [/b]- 12 AZN
[b]Qısa Qapanma(CD)[/b] - 5 AZN
[b]Reinkarnasiya(DVD) [/b]- 5 AZN
[b]A(kitab) [/b]- 5 AZN
həmçinin Qısa Qapanma afişası hədiyyə veriləcək...
[b]
*qeyd: görüşdə HOST üzvləri yox, yalnız TEAM üzvləri iştirak edəcək...[/b]

Link to comment
Share on other sites

[b]ВСЕМ ТЕМ КТО ЕЩЕ НЕ ПОНЯЛ КТО ТАКИЕ H.O.ST.[/b]

[img]http://photos-g.ak.fbcdn.net/hphotos-ak-snc1/hs152.snc1/5680_102235509788506_100000061717643_64534_7975641_n.jpg[/img]

" İstəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki, vicdanınız sizi incitsin. Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq. İnsanlar çox azğın…laşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə. Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük. Biz elə bilirdik ki, filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları. Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi... "[b] Sənə öyrədilən hər şeyi unut. Sən qum dənəciyi qədər kiçiksən. Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”. 100 il sonra isə sənə görə heç kəs ağlamayacaq. Sənə danışılan heç nəyə inanma. Sənin beynini uşaq nağılları ilə doldurdular. Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək. Sən heç vaxt xoşbəxt olmayacaqsan. Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. Biz Tarixin sınma nöqtəsiyik. Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. Bizim üçün dəyərli heç nə yoxdur. [/b]Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. Sənə inanan hər kəsi aldat. Səni tərifləyən hər kəsi söy. Bizi öldürməyən bizi gücləndirir. Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. [b]Bizim döyüşümüz özümüzə qarşıdır! [/b]

Link to comment
Share on other sites

[quote name='dodge.viper' post='5502814' date='Oct 5 2009, 20:39 ']HOST Эмо?О_о[/quote]
H.O.S.T- это суб культура......

а что с[b] Эмо[/b] такое?????
каждой вправе выбирать то что ему нравиться.... и[b] жить так как [/b] ему нравиться......

P.S. насмотревшись[b] местных[/b] Эмо или Готов не торопитесь с мнениями....

Link to comment
Share on other sites

[quote name='CHEster' post='5502840' date='Oct 5 2009, 21:44 ']H.O.S.T- это суб культура......

а что с[b] Эмо[/b] такое?????
каждой вправе выбирать то что ему нравиться.... и[b] жить так как [/b] ему нравиться......

P.S. насмотревшись[b] местных[/b] Эмо или Готов не торопитесь с мнениями....[/quote]

хост мне нравяца...не все песни, где то 60%...

но заметил что раньше в городе было полно эмо (и бывали и знакомые)
теперь все сняли розовое и надели ХОСТ...

тем более ребята 10-15 лет...они ваще понимаю про что хост поёт?!

Link to comment
Share on other sites

[quote name='dodge.viper' post='5502994' date='Oct 5 2009, 22:18 ']хост мне нравяца...не все песни, где то 60%...

но заметил что раньше в городе было полно эмо (и бывали и знакомые)
теперь все сняли розовое и надели ХОСТ...

тем более ребята 10-15 лет...они ваще понимаю про что хост поёт?![/quote]

ну это присуще определенной части нашей молодежи,тип все куда,они тож туда..

Link to comment
Share on other sites

[quote name='dodge.viper' post='5502994' date='Oct 5 2009, 21:18 ']хост мне нравяца...не все песни, где то 60%...

но заметил что раньше в городе было полно эмо (и бывали и знакомые)
теперь все сняли розовое и надели ХОСТ...

тем более ребята 10-15 лет...они ваще понимаю про что хост поёт?![/quote]
эта толпа.... пусть шманает себе сколь угодно.... рано или поздно им надоест.....

H.O.S.T :[b] Fanatla[/b], [b]HOST-cularin[/b] arasinda xett cekdik...

[quote name='Варвара' post='5503045' date='Oct 5 2009, 21:30 ']ну это присуще определенной части нашей молодежи,тип все куда,они тож туда..[/quote]
+1
это естественно такое должно было быть..... общество ни всегда идеальнА....

Link to comment
Share on other sites

bashqa bir shedevr..
H.O.S.T-[b]Rap[/b]lica..........

[url="http://www.boxca.com/faqihx3i90zp/H.O.S.T_-_Raplica.mp3.html"]http://www.boxca.com/faqihx3i90zp/H.O.S.T_-_Raplica.mp3.html[/url]

[b]
P.S. [/b]
[b]Olar elə bilirlər rap gətirir dəb[/b]
[b]Olar elə bilirlər dəb gətirir qız[/b]
[b]Olar elə bilirlər olar artığ gangster![/b]
Bəsdi, bütün günü küçələri gəzdiz!
Tutaq ki, “I got the magic stick”
Bu qədər mənasız sözlərə hərisliy?

Link to comment
Share on other sites

[quote name='CHEster' post='5471274' date='Sep 30 2009, 10:47 ']Bax bunu oxumaniz meslehetdi......
[b]сам прочитав долго не смог что-либо говорить.....[/b]

[b]ИТАК[/b]
[b]Qaraqan - Gözəlçə...[/b]
[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/081.jpg[/img]

[b]Gözəlçə...[/b]

Mən heç vaxt heç kəsə xor baxan deyiləm. Vallah, düz sözümdü. Düzdür, hərdən hiss edirəm ki, çoxundan üstünəm, amma üzə vurmuram – kimisə pərt etmək nəyə lazım? Məni həmişə çox istiyiblər. Uşaqlıqdan anam mənə gözəlçə, atam mələk deyirdi. Bütün günü güzgüyə baxardım. Gözəl göz-qaşım, bapbalaca burnum, qəşəng saçlarım, gülüşüm, boy-buxunum həmişə məni valeh edirdi. Hiss edirdim ki, hamıdan qəşəngəm. Həm də ağıllı və mehriban idim. Bunu ilk dəfə bağçada – qızlar mənim saçımı yolanda anlamışdım. Onlar mənə sarsaq deyirdilər. İnciyib eləmirdim – bilirdim ki, paxıllıq edirlər. Qızların heç biri mənimlə oynamırdı. Mənimlə yarışmaq ağıllarına da gəlmirdi. Bilirdilər ki, onsuz da mən hamını udacam. Onlar məndən çəkinirdilər, həm də özlərini mənə oxşadır, mənim kimi olmaq istəyirdilər. Düzdür, onda hirslənirdim, ağlayırdım, indi-indi başa düşürəm ki, bütün bunlar elə-belə olmayıb – axı mən hamıdan gözəl, hamıdan ağıllı idim. Məktəbə gedəndə də öz ədalətimə heyran olmuşdum. Sinifdəki ən eybəcər, ən gicbəsər qızlar mənimlə rəfiqəlik edirdilər. Çünki mən onlara yuxarıdan aşağı baxmırdım. Hamıdan gözəl olsam da heç vaxt qəşəng qızlarla dostluq etmirdim. Həm də mən çox tərbiyəli idim. Bunu da mən məktəbdə hiss etdim. Heç bir oğlan mənim yanımda oturmağa cəsarət etmirdi. Hətta küçədə görəndə də mənə salam vermirdilər. Təbii ki, hörmətimi saxlayırdılar. Məni görən kimi özlərini itirdilər. 8 Mart bayramında bütün qızlara hədiyyə verirdilər, mənə yox. Bilirdilər axı, mən tərbiyəliyəm və heç vaxt evə oğlan hədiyyəsi aparmaram. Son zəngdən sonra da heç bir oğlan mənə zəng eləmədi. Hərdən onlara ürəyim yanır. Bəlkə bu dəqiqə dəli kimi darıxırlar mənim üçün, amma zəng etməyə cəsarətləri çatmır, nə bilim. Keçən il gözəllik müsabiqəsinə getdim. Amma məni seçmədilər. İlk günlər fikirləşdim ki, yəqin rüşvət istəyirlər. Atam mənə deyəndə ki, “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, o dəqiqə hər şeyi başa düşdüm. Mənim canım atam özü münsiflər heyyətini “görübmüş” ki, məni müsabiqəyə qoymasınlar. Atadı da, yəqin qısqanır.Nə isə...
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı: “Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..” Görün bu cümlədə nə qədər sevgi var.”Ay qız”, “ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi: “O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...

[b]
Qaraqan
[qeyd: hekayə 2006`cı ildə yazılıb...][/b][/quote]
:aappll::aappll: ela. Qaraqanın yazılarına heyran qalmamaq mümkün deyil.

:aappll: Qaraqanın yazılarına heyran qalmamaq mümkün deyil

Link to comment
Share on other sites

[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/concert_mini.jpg[/img]

[b]ИТАК!!![/b]
[b]HOST ` MİNİ KONSERT! [/b]
[b]tarix: 1 noyabr 2009[/b]
[b]saat: 15:00[/b]
[b]ünvan: Platinium Club(Salatın Əsgərova küç. 161)[/b]
[b]biletlərin qiyməti və satış ünvanı: 13 AZN! [Torqovı, Xəqani t/m, 3`cü mərtəbə - "Fantaziya" dükanı][/b]
ətraflı: konsertə gələnlərə HOST`un yeni çıxacaq EP albomu(internet albom) imzalı CD şəklində coverlə birlikdə hədiyyə olunacaq və bu albom şəhərdə yalnız bu konsertdə olanlara disk şəklində veriləcək.konsertdə HOST`un çıxışı ilə yanaşı qrup üzvlərinin seçdiyi 2 saatlıq mahnı playlist`də səslənəcək.HOST 16:00`da səhnəyə çıxacaq.qeyd edək ki, konsertdə HOST tərəfindən bütün EP albomdakı yeni treklər və digər sinqllar səslənəcək

[b]P.S. будет супер! :) [/b]

Link to comment
Share on other sites

[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/086.jpg[/img]

[b]H.O.S.T Azərbaycanı İsveçrədə təmsil edəcək...[/b]

H.O.S.T Azərbaycanı İsveçrədə təmsil edəcək.

2009cu il 19 Oktyabr - 6 Dekabr aralığında İsveçrədə Azərbaycanın Culturescapes Aserbaidschan 2009 adlı möhtəşəm festivalı keçiriləcək. Bu festivalın əsas məqsədi Azərbaycanın müxtəlif mədəniyyət sahələrinin geniş olaraq İsveçrədə təqdim olunmasıdır. Bu Festival İsveçrənin Culturescapes təşkilatının təşəbbüsü ilə keçirilir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Festivalın açılışı 19 Oktyabr Qara Qarayev adına Orkestrın, bədii rəhbər və dirijor Teymur Göyçayevin müşahidəsi ilə paytaxt Bern şəhərində keçiriləcək. Berndən əlavə bu festival İsveçrənin Zürix, Bazel, Cenevrə, Uster və s. şəhərlərində də təqdim olunacaq. Azərbaycan Mədəniyyətini həmçinin müxtəlif sahələr üzrə dahi sənətkarlar təmsil edəcək. Belə ki, Azərbaycan Jazzını Əzizə Mustafazadə, Muğam Alim Qasımov və Fərqanə Qasımova "Qarabağ bülbülləri" ansamblı ilə, Pianistlər Murad Adıgözəlzadə və Gülşən Annağıyeva, Salman Qəmbərov və Fəridə Məmmədova "Lieder & Lieders" proyekti ilə və Minguet Quartett, Dövlət Pantamimo teatrı və A.Şaiq adına Kukla teatrı, Pop janrını Sevda Ələkbərzadə və digər sahələr üzrə də müxtəlif incəsənət xadimləri öz iştirakları və əsərləri ilə təmsil edəcəklər.[b] Hip-Hop sahəsi üzrə isə Azərbaycanı təmsil etmək üçün H.O.S.T qrupu dəvət olunub. Artıq 2009-cu ilin Mart ayından H.O.S.T-a bu dəvət göndərilib və hazırda H.O.S.T bu festivala hazırlıq proseslərini həyata keçirir.[/b] Qeyd edək ki, bu artıq sıraca 7ci festivaldır və Azərbaycandan əvvəl Gürcüstan (2003), Ukrayna (2004), Ermənistan (2005), Estoniya (2006), Rumıniya (2007), Türkiyə (2008) ölkələrinin mədəniyyət günləri keçirilib. Nəzərinizə çatdıraq ki, keçən il Türkiyəni HİP-HOP sahəsi üzrə CƏZA təmsil etmişdir.

Link to comment
Share on other sites

[quote name='Dark Lady' post='5532350' date='Oct 10 2009, 21:24 ']:aappll: Qaraqanın yazılarına heyran qalmamaq mümkün deyil[/quote]

рассказ который не подлежит каким-либо комментариям

[b]QaraQan-Damdan aşağı... [/b]

O , uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”.

Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi.

Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü.

Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi. Qız Ayseli görüb bir addım da kənara yaxınlaşdı. Aysel də özünü atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, “özünü atma” Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi, fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel özünü öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç görmürdü. Başı özünü atmağa qarışmışdı. Aysel gücünü toplayıb tullanmağa hazırlaşdı. Amma yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız ..O qız..!!

Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı:

- Axı niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada da insanlar mənə mane olur ?!!!

Aysel diksinib geri çəkildi. Görəsən o qız niyə özünü öldürmək istəyir? Niyə ? Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona görə soruşdu:

- Sən niyə özünü öldürmək istəyirsən ?

Qız Ayselə tərs-tərs baxıb dedi :

- Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. Özü də mənə mane olursan. Sən burada olanda özümü ata bilmirəm. Mənim sevgilim dünən avtomobil qəzasında ölüb. Mən də onun yanına gedirəm.

Aysel çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola bilməzdi! Belə təsadüf ola bilməz. Aysel dedi :

- Mənim də sevgilim dünən avtomobil qəzasında ölüb.

Qız ona diqqətlə baxıb ağzı açılı qaldı:

- Ola bilməz. Dünən avtomobil qəzasında bir nəfər ölüb o da mənim Əlim.

Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə başladı.

- Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə məhz bu dama?

Qız əlini üzünə tutub ağlamağa başladı.

- Biz Əli ilə həmişə bu dama çıxardıq. O mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu sözləri deyib qız bir addım da kənara yaxınlaşdı.

Onda Aysel qızın əlindən tutub onu geri çəkdi:

- Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan?

Qız dizləri üstə yıxıldı, saçları üzünə töküldü. Sakitcə dedi:

- Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu var idi- Fırtına. Mənə də mahnı yazmışdı, “Leyla”…mənim adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı.

Ayselin gözləri doldu:

- Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma Leyla mahnısını heç kimə yazmayıb.

Leyla dedi:

- Bağışla, bilirəm sən kimsən, amma görürəm ki, sənin özünü öldürməyə səbəbin daha çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu üzüyü də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq.

Aysel dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi.

- Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm onu yola salışdım.

Leyla kinayə ilə gülümsədi :

- Biz İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da boş durmayıb. Mənim sevglimi əlimdən almaq istəyirdin? Bilə- bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ?

Aysel dedi :

- Əli, mənim sevgilim idi. Amma hər şey çox qarışdı. Nə isə bir səhv baş verib. Neçə il onu tanıyırsan ?

Leyla:

- Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək günləri işə gedəri.

Aysel :

- Mən də onunla bir ildir tanışam. Onunla tək günlər görüşürdüm. Cüt günlər güya işi var idi. Amma əslində səninlə görüşürdü! O bizim ikimizi də aldadırdı.

Leyla :

- Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı “Aysel” . Sənin adın nədi ?

Aysel başı ilə təsdiqlədi. Leyla dedi :

- Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona görə özümü atmaq istəyirdim. Alçaq!! Yalançı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .Özü də sənin kimi qızlarla fırlanırdı.

Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı:

- Hhh..hhh … Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu sənə..Məni oyuncaq kimi oynadırdın.

Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel göz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi:

- Axmaqlıq eləmə ! Özünü atma ! O buna layiq deyil !

Sonra çantasını götürüb yavaş –yavaş pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə uzaqlaşıb blokun sükuta qarışdı. Bir az da gözləyəndən sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an telefonuna zəng gəldi.

- Alo

- Alo Nərgiz , haradasan, qızım ?

- Damdayam, ata . Binamızın damında.

- Nə edirsən orada ? Düş gəl evə .

- Heç , quşlara baxırdım. İndi gəlirəm.

Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dünən televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu dama qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli güclə də damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də özünü öldürmək istəməz. O daha Əliyə görə ağlamayacaq. Onun yanına getmək istəməyəcək. Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha yaxşıdır ?

Bilmirəm. Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur.
[b]Qaraqan [/b]

Link to comment
Share on other sites

последние 3 дня слушаю только одну песню
она меня сводит с ума
maragsiz mahni

это нечто...

если реально ребята сами написали это, нет слов, одно восхищение...и грусть...и незнаю ваще что...такие чувства...

Link to comment
Share on other sites

[quote name='dodge.viper' post='5595799' date='Oct 21 2009, 19:02 ']последние 3 дня слушаю только одну песню
она меня сводит с ума
[b]maragsiz mahni[/b]

это нечто...

[b]если реально ребята сами написали это, нет слов, одно восхищение...и грусть...и незнаю ваще что...такие чувства.[/b]..[/quote]
[b]Все слова принадлежат ИМ.......[/b]

[b]Albom: Qarada Qırmızı
Trek: Maraqsız Mahnı
İfaçı: Qaraqan[/b]

Həyatım maraqsız nağıldı sanki,
Yuxuya gedirəm istəmədən
Yaşam donub sanki, saatlarda zamanın ölümünə
Hörmətlə süküt dəqiqəsində əbədi qaldı,
Həyat verdi əzabı, kədəri qəfəsə saldı, həvəsi aldı..
Ağlamaq maraqsız, sevinmək maraqsız..
Həyata olan bütün marağım öldü, boş deyinmək maraqsız..
Həvəs öldü hər şeyə, baxmıram da təqvimə..
Yaşamağımın mənası, ölməməkdi sadəcə..
Qəzetlər maraqsız, dərgilər maraqsız..
Getdiyim və getmədiyim bütün sərgilər maraqsız..
Verlişlər maraqsız, çıxışlar maraqsız..
Gəlmişəm basqa dünyadan, yeni ulduzlar maraqsız, qəfəslər maraqsız..
Maraqsızdı mənə hansı ölkə bu gün öndə,
Maraqsızdı hansı mahnı hitdi, hansı repçi dəbdə..
Maraqsızdı hansı tanışlarım KQB-dəndi..
Maraqsızdı kimlər hansı ildəndi, hansı bürcdəndi..
Maraqsızdı Pentaqonda kimin qismətində bomba..
Maraqsızdı kimdi bu gün kəndçi, kimdi bu gün bomba..
Maraqsızdı hansı sayt H.O.S.Tun adına yalan yaxır..
Maraqsızdı qonşularım daha çox hansı seriala baxır..
Maraqsızdı döyüşlər,bütün sülh danışıqları da..
Maraqsızdı sevgilimin sevgililəri, pulları da..
Maraqsızdı “Sarı Gəlin” bizim yoxsa ermənilərin..
Dəcəl uşaqların cığal oyunu, həyata itdi güvənim..
Mən yenə sənsiz payız əsir həvəslə
Yənə küləyi səslə, geri gəl nazlı yağış
Sarılım sənə, qucaqla məni dönək gölməçəyə..
Bir gecə, boş küçə, bir qələm bir də mən..
Bir gecə, boş küçe, bir qələm bir də mən..
Ağaclar islanıb, körpə budaqlar, yağış getmə məni buraxma,
Qucaqla, qucaqla.. Ağaclar islanıb, körpə budaqlar,
Yağış getmə məni buraxma,
Qucaqla, qucaqla..
Kitablar maraqsız, hamsı eyni sanki..
Milli məclisdə yatan deputatlar yetərsayı maraqsız..
Şadlıq evlərində 100 şou proqram, 100 müğənni, çalçağır maraqsız..
Gələn qış maraqsız.. Keçən yay maraqsız..
Dostların da içində niyəsə darıxıram..
Sevgi bitdi yenisinə başlamaqdan çəkinirəm, darıxıram..
Ad günümdə üfürdüyüm şamla tək qalmışam..
Yenə də boş otaqda Qaraqanla tək..
Nə aile qurmaq istəyirəm nə də ki olsun usaqlarım..
Amma tək də bacarmaram, tab gətirməz qanadlarım..
Bəlkə səbəb qırılmış sevginin depressiyası,
Mən sanki ümidsizliyin canlı versiyası,
Qaraqanın aqressiyası, əsəblərin sessiyası,
Dünyanı dəyışmək indi təkcə H.O.S.Tun missiyasi..
Istisnası olmur, həvəs yoxdu, inam yoxdu, inam yoxdu, güvən yoxdu,
Güvən yoxdu deməli, yollar ayrı.. Səni tanımamış deyirdim ki, ilan yoxdu..
Amma indi deyirəm ilan da var, zəhər də var, ölüm də var, kədər də var..
Hər zülmət qaranlıqdan sonra çıxan səhər də var..
Səhər var ama günəş yoxdu, sevinc var ama gülüş yoxdu,
Qələbə var ama döyüş yoxdu.. Deməli yoxdu qəhrəman..
Səhvlərim öz ucbatımdan, kimdən alacam intiqam,
Kim qalacaq mənlə əgər birdən itsə bədahətim..
Kim sevərdi məni əgər olmasaydı cəsarətim..
Kimlər nifrət eliyir amma qorxub üzümə söyə bilmir..
Kimlər gizli-gizli sevir amma susur, deyə bilmir..
Kim görəsən dözər mənim çətin, qəribə xasiyətimə..
Hərdən baxıb nifrət eliyirəm özüm öz xasiyətimə..
Sakitləş bir az, bəsdi çıxma özündən,
Yağış yağdı şəhər doldu gölməçəylə dizimdən..
Səma pəncərə, buludlar pərdə kimi..
Hər bir mahnı başqa dünya, görünə bilər adi səhife kimi..
Sakitləş bir az,bəsdi çıxma özünden,
Yagış yagdi səhər doldu gölməceydən dizimdən..
Səma pəncərə, buludlar pərdə kimi..
Hər bir mahnı başqa dünya, görünə bilər adi səhifə kimi..
Mən yenə sənsiz, payız əsir həvəslə
Yenə küləyi səslə, geri gəl nazli yağış
Sarılım sənə, qucaqla məni dönək gölməçəyə..
İslanıb budaqlar.. Yağış getmə məni buraxma qucaqla, qucaqla..
Ağaclar, islanıb, budaqlar.. Yağış getmə məni buraxma qucaqla, qucaqla..
Bir gecə, boş küçə, bir qələm bir də mən..

Link to comment
Share on other sites

[img]http://qaradaqirmizi.com/depo/foto/sayt/090.jpg[/img]

[b]H.O.S.T ANS`də! [/b]

23 oktyabr(cümə) ANS Tv`də Günəbaxan verlişində qonaqlar sırasında H.O.S.T da olacaq.
verliş səhər 09:00`da başlayır.[b]HOST isə 10:00`da çıxacaq.
baxmağı unutmayın.[/b]

P.S. не пропустите :)

Link to comment
Share on other sites

[quote name='dodge.viper' post='5604456' date='Oct 23 2009, 01:30 ']интересует песня Elvida , опять на неё подсел...ломка басыб лап)
[b]кто из ребят именно писал музыку, кто слова?[/b][/quote]
ProMete и QaraQan

Link to comment
Share on other sites

[quote name='CHEster' post='5598339' date='Oct 22 2009, 08:11 '][b]H.O.S.T ANS`də! [/b]

23 oktyabr(cümə) ANS Tv`də Günəbaxan verlişində qonaqlar sırasında H.O.S.T da olacaq.
verliş səhər 09:00`da başlayır.[b]HOST isə 10:00`da çıxacaq.
baxmağı unutmayın.[/b]

P.S. не пропустите :)[/quote]
verlish taxire salindi....
23 oktyabr tarixli efir[b] təxirə salındı....[/b]
yaxın günlərdə yeni vaxtı bildiriləcək...

Link to comment
Share on other sites

[img]http://photos-e.ak.fbcdn.net/hphotos-ak-snc1/hs254.snc1/10121_104297136249010_100000061717643_122130_1276291_n.jpg[/img]

[b]ИТАК!!![/b]
[b]наконец-то вышел по счету 4-ый альбом H.O.S.T-a........[/b] :)
3 il ərzində sayca dördüncü albomumuz H.O.S.T EP v.01 artıq sizindir! Albomun məqsədi Qaraqan`ın Solo albomu “Qısa Qapanma”dan sonra növbəti solo albom layihəsi olan AiD`in albomuna qədər H.O.S.T`un tam heyyətinin işini sizə çatdırmaq idi. Qaraqan`ın əsgərlikdə Feck`in isə təhsillə bağlı Türkiyədə olması ilə əlaqədar bu albomda iştirakları mümkün olmadı. Albom həmişəki kimi mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. Həm də ən əsas məqamlardan biri bu albomun satış üçün nəzərdə tutulmamasıdır ki, bu da bir növ H.O.S.T`un dinləyicilərə hədiyyəsi və satış piratlarına qarşı mübarizəsinin bir hissəsidir. Bu albomu heç bir vəchlə PULLA ALMAYIN! Və satıldığını gördükdə bizə xəbər edin!

Bütün hüquqlar qorunur: H.O.S.T Production MMC

P.S. желающие качать альбомом вот ссылка : [url="http://qaradaqirmizi.com/"]http://qaradaqirmizi.com/[/url]

[b]P.P.S. страдающие скоростью буду сливать по трэку на темку...
если кто хочет альбом напишите в личку запишу с радостью.....[/b] :morqqqq:

Link to comment
Share on other sites

[b]tracklist[/b]

01.Sus və Dinlə [ AiD ] ||
02.Adını Günəş Qoyacaq [ PRoMete ] ||
03.Dövri-İntihar [ PRoMete, AiD ] ||
04.Addım-Addım [ PRoMete, AiD ] ||
05.Pıçıltı [ PRoMete ] ||
06.M [ AiD / vokal: Ayka ] ||
07.Dinlə və Yoz [ PRoMete ] ||
08.Qurtul [ PRoMete, AiD ] ||

+bonus tracks
09.Bəstəkar [ PRoMete, AiD ] ||
10.Enigma [ PRoMete, AiD, Qaraqan ] ||
11.Made in Baku /soundtrack [ AiD, PRoMete ] |

Link to comment
Share on other sites

[quote name='CHEster' post='5604798' date='Oct 23 2009, 09:09 ']ProMete и QaraQan[/quote]

помню как я их терпеть не мог раньше, майки на малолетках раздражали,,,случайно услышал песню elvida

всё отношение изменилось полностью
Qaraqan реальный талант...
когда он вернеца с армии?

и есть какие то планы у него?

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
      • 9 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
      • 3 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Thanks
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Haha
        • Like
      • 42 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Like
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 115 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 137 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...