Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Военная Тема


Recommended Posts

Ceyhun Aydın oğlu Həsənov: 29 oktyabr 1985-ci ildə Tovuzun Çeşməli kəndində doğulub. Sonra ailəsi ilə Bakı şəhəri Xətai rayonuna köçüb.
2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olan Ceyhun oxuduğu müddətdə tağım komandiri vəzifəsini icra edib. Müdavimkən güləş yarışlarında yer tutub. 2002-ci ildə hərbi litseydə 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan əsgəri” bədii qiraət müsabiqəsində uğurlu çıxışına görə “Diplom”la təltif olunub.

Ceyhun 2004-cü ildə  Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Orada təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra edib. 2008-ci ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib, ona leytenant rütbəsi verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində “Fəxri fərman”la təltif olunub.
2009-cu ildə müdafiə nazirinin əmri ilə Naxçıvan Muxtar Respublikasına göndərilib. 02 iyun 2010-cu ildə N saylı hərbi hissəyə tağım komandiri təyin olunub.
27 iyun 2011-ci ildə baş leytenant hərbi rütbəsi alıb. Əlahiddə Ümumqoşun Ordu komandanının əmrinə əsasən 04 noyabr 2011-ci ildə N saylı hərbi hissədə bölük komandiri təyin olunub.
15 sentyabr 2015-ci ildə kapitan hərbi rütbəsi verilib.
Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirib.

21 oktyabr 2019-cu ildə Beyləqandakı N saylı hərbi hissəyə göndərilib.
Cəsur zabitimiz 01.07.2018-ci il, yeddinci ayın ilk günündə ailə həyatı qurub. 2019-cu il avqustun 6-da əkiz oğlan övladları dünyaya gəlib.
Azərbaycan Böyük Vətən Müharibəsi başladığı ilk gün kapitan Ceyhun Həsənov da ön cəbhədə, döyüşlərdəydi. Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlədə, torpaqlarımızın azad olunması müqəddəs vəzifəsində bir cəsur bölük komandiri olaraq iştirak edib, əsgərlərinə örnək olub.
Füzulidə şəhid olub Ceyhun. Şəhid kapitanımız 2020-ci il sentyabrın 29-da II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Leytenant İslamov Bəxtiyar Saleh oğlu 11.06.1997-ci ildə Şirvan şəhərində anadan olub. Bəxtiyar Vətən müharibəsində Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində qəhrəmancasına Şəhid olub. 
Şirvan şəhərində dəfn olunub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, военная форма и на открытом воздухе)

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

Baş leytenant İsmayılov Abbasəli İmamqulu oğlu 20.09.1995-ci Naxçıvan MR, Babək rayonu, Qahab kəndində anadan olub. Abbasəli Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. 
Babək rayonunda dəfn olunub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı ordeni” ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и военная форма)

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

Ağır yaralanan daha 10 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Bu barədə fond məlumat yayıb.
Müalicəyə göndərilən qazilərin siyahısını təqdim edirik:
1. Mustafayev Elşən Dilavər oğlu
2. Babayev Elnur Əlihüseyn oğlu
3. Əmirəliyev Nicat Kərəməli oğlu
4. Cavadzadə Fuad Sənani oğlu
5. Əmrahov Ruslan Rəşid oğlu
6. Qəhrəmanlı Yaqub Abdulla oğlu
7. Sadıqov Cəlal Elfaq oğlu
8. Şükürov Tural Vüqar oğlu
9. Mehtiyev Namiq Murəddin oğlu
10. İsubov Rəfail Bayram oğlu
Allah qazilərimizə şəfa versin!

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.
Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

210114643_994577684622240_6573201214624716804_n.jpg?_nc_cat=105&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=EN5AMzxEmf4AX9aBmo7&_nc_ht=scontent.fgyd12-1.fna&oh=ef09ec72ee4718d5d9b145006673ed2c&oe=60ED8A9FВозможно, это изображение (4 человека и люди стоят)Возможно, это изображение (2 человека, люди стоят и в помещении)Возможно, это изображение (2 человека, люди стоят и в помещении)

Возможно, это изображение (1 человек, стоит и текст «QARABAĞ AZORBAYCANDIR! SAMSUNG»)

  • Milli 6
Link to comment
Share on other sites

 Leytenant Zamanlı Məmməd Rəhman oğlu 3 avqust 1998-ci ildə Şərur rayonunun Püsyan kəndində anadan olub.

2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə artilleriya üzrə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb.1 il 2 ay verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəldiyinə görə o, "Baş Zabit" rütbəsi ilə təltif edilib. 
Vətənini canından çox sevdiyini deyir yaxınları. Ən böyük arzusu isə Vətən torpaqlarını yağı düşməndən xilas etmək olub. Məmməd, İnsanlara qarşı hörmətlə yanaşıb, böyüklə böyük, kiçiklə kiçik olmağı xoşlayırmış. Ailəsinin yaxşı, rahat, firavan yaşaması arzusu olub. Evlənməsə də, könlünü verdiyi biri olub...

27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərə əsgərləri ilə birgə qatılan komandir, düşmən tərəfindən atılan mərmi nəticəsində Şəhidlik zivrəsinə yüksəlib, elə döyüşlərin ilk günü, ilk verdiyimiz Şəhidlərimizdən olub... İgid leytenantımız, Şərurun Püsyan kənd qəbiristanlığında torpağa tapşırılıb. 
Zamanlı Məmməd, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Like 1
  • Milli 5
Link to comment
Share on other sites

06 iyul Vətən müharibəsi Şəhidi xüsusi təyinatlı baş-çavuş İsmayıl Nəbi oğlu Qəsəbovun doğum günüdür. Yaşasaydı, onun 30 yaşı olacaqdı..
DİN-nin Daxili Qoşunlarının baş-çavuşu İsmayıl Qəsəbov Vətən müharibəsi zamanı 07 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
CƏNNƏTDƏKİ İLK YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

211880630_994860061260669_8288920433018465887_n.jpg?_nc_cat=106&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=M-nmGb1Xy_MAX9jZCq8&_nc_ht=scontent.fgyd12-1.fna&tp=6&oh=32d59393b948dfe404daa957651369ff&oe=60ECDB83

211113527_994860084594000_7436149925195786246_n.jpg?_nc_cat=103&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=rlxbkmi1XisAX_i91Dn&_nc_ht=scontent.fgyd12-1.fna&oh=2c92490d342ea7494e10700d16cf0c7d&oe=60ED42B8

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Həmidov İzzət Rövşən oğlu 28.02.2000-ci ildə Sumqayıt şəhərində anadan olub. İzzət Vətən müharibəsində igidlik və mərdlik göstərərək 09.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и стоит)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

MAXE Məmmədov Novruz İnqilab oğlu 20.03.1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Novruz Vətən müharibəsində igidlik və mərdlik göstərərək 24.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Əliyev Qubat Hüsür oğlu 04.02.1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da könüllü olaraq müharibəyə qatılıb. 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Elcan və Qubad adlı övladları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Vəliyev Əli Kamran oğlu 15.06.2002-ci ildə Sumqayıt şəhərində anadan olub. Vəli Vətən müharibəsində igidlik və mərdlik göstərərək 15.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма, на открытом воздухе и текст)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Verdiyev İsax Ədalət oğlu 21.09.1997-ci ildə Tərtər şəhərində anadan olub. Ailənin tək övladı olan İsax 5 dil biliridi. İqtisad Universitetində oxuyarkən yaxşı oxuduğu üçün 1 illik Türkiyədə təhsil almağa göndərilib. 
 İsax Vətən müharibəsində igidlik və mərdlik göstərərək 05.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Ayaz adlı oğlu Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

208659717_995024497910892_1185593985038085562_n.jpg?_nc_cat=107&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=pamaMkR9JlQAX9ygirV&_nc_ht=scontent.fgyd12-1.fna&oh=97ea9563a4fa08c2faa0b149d699f304&oe=60ED5085213041148_995024501244225_2451912082702464452_n.jpg?_nc_cat=106&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=dmd14IAq5DkAX9JyIVh&_nc_ht=scontent.fgyd12-1.fna&oh=5edc853f31ed673c606004cb33033831&oe=60EE8D3F

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

XTQ baş gizir Yusifov Mehman Musa oğlu 18.07.1979-cu ildə Tovuz rayonu, Bayramlı kəndində anadan olub. Mehman Yusifov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə artıq Xüsusi Təyinatlı Qüvvələrdə gizir idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Mehman Vətən müharibəsində igidlik və mərdlik göstərərək 05.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Like 2
  • Milli 5
Link to comment
Share on other sites

Qəzənfər Ədalət oğlu Mütəllimov 27 yanvar 1992-ci ildə Sumqayıt şəhərində anadan olub.
Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Şəhidimiz 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olub.
Aprel döyüşlərində itkin düşüb və ailəsinə şəhid olduğu xəbəri bildirilsə də, 3 gün sonra mühasirədən çıxıb.

27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda Qəzənfər dərhal ailəsi ilə halallaşıb və cəbhəyə yollanıb.
Qəzənfər Mütəllimov Füzuli-Cəbrayıl istiqamətində döyüşüb.
Döyüşlərdə Xüsusi Təyinatlımız göstərdiyi igidliyə görə dəfələrlə düşmənin əsas hədəfinə çevrilib. Hətta bir dəfə onun hərəkət etdiyi maşın partladılıb. Hər kəs onun orada şəhid olduğunu zənn etsə də o, çeviklik göstərərək partlayışdan öncə maşından atlamağı bacarıb.
Bu şücaətinə görə döyüş yoldaşları ona "Pələng" ləqəbi veriblər.

Oktyabrın 5-i isə Qəzənfər son döyüşünə çıxıb. 8 nəfərlik dəstəsi ilə erməni tərəfinə kəşfiyyata yollanıb. Ancaq kəşfiyyatçılarımız irəlidə onları gözləyən pusqudan xəbərsiz olub. Qeyri-bərabər qüvvələr arasında üz-üzə atışma başlayıb. Kəşfiyyatçılarımız düşmənin bir neçə canlı qüvvəsini məhv etsə də say çoxluğu düşmənin xeyrinə olduğu üçün Qəzənfər və daha 8 hərbi qulluqçumuz elə oradaca Şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz ailəli idi. İki qızı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, военная форма и на открытом воздухе)

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

Rəhimli Murad İlqar oğlu 31.10.1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi başlanan zaman könüllü olarq müharibəyə qatılan Murad igidlik və mərdlik göstərərək 30.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Məhəmməd və Hüseyn adlı övladları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb.

 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post almış və o posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir.

19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra  "Füzuli uğrunda", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и военная форма)

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

Kapitan Hüseynov Şirbala Hüseynbala oğlu 06.05.1990-ci ildə Sumqayıt şəhərində anadan olub. Şirbala Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Ruslan İmanquliyevdir.
İmanquliyev Ruslan Natiq oğlu 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. 

Xatırladaq ki, Ruslan gilin ailəsi əslən Qərbi Azərbaycanın Zəngəzur mahalındadır. 
Ruslan İmanquliyev 2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılır və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edir. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edir. Ruslan İmanquliyev Priküşkül qəsəbəsində N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlamışdır .O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak etmişdir.

2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk gündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirmişdir.
2020-ci il 2 oktyabr... Son döyüşü Fizuli istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur. Döyüşün qızğın anında Ruslanın silahı itir ağır artilleriya ilə düşmənə layiqli cavab verir. Onların qüvvələrini azaltdıqdan sonra, hərbi anda sadiq qalaraq silahının arxasınca gedir. Döyüşün şiddətinə baxmayaraq İmanquliyev silahını götürür, amma mənfur düşmənin gülləsi də ondan yayınmır. Ruslan silahı əlində döyüşərək boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ruslan İmanaquliyev 3 oktyabrda son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и на открытом воздухе)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Allaha qurban kəsən qəhrəmanımız XTQ giziri Elimdar Səfərov Aprel döyüşlərində öz şirin canını Vətən uğrunda qəhrəmancasına qurban verdi.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и на открытом воздухе)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Kapitan Heydərov Anar Bəhruz oğlu 01.06.1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Anar Vətən müharibəsində igidlik və mərdlik göstərərək 03.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Kübra və Emil adlı övladları Vətə əmanətdi
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, военная форма, на открытом воздухе и текст)

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Əslən Qubadlı rayonundan olan leytenant Məhərrəmov Ülvi Tahir oğlu 05.07.1997-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-2018-ci illərdə  Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Ülvi Vətən müharibəsində igidlik və mərdlik göstərərək 14.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Like 1
  • Milli 5
Link to comment
Share on other sites

Mayor Ağayev Ramil Mərdan oğlu 20.12.1984-cü ildə Lerik şəhərində anadan olub.
Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə"medalları ilə təltif edildi.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Milli 9
Link to comment
Share on other sites

“Arabo” terrorçusu: Sevinin ki, tək Zəngəzur gedir…

Ermənilər Nikol Paşinyana ona görə səs veriblər ki, onlar heç bir halda müharibə istəmirlər. Ermənistanda çoxları öz şəxsiyyətini və mədəsini istənilən maraqlardan üstün tutur.

zengezur.jpg

Axar.az xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində “Arabo” erməni terrorçu dəstəsinin yaradıcısı Manvel Yegiazaryan bildirib.

“Əgər erməni xalqı yaranmış vəziyyətdən yalnız Qarabağ və Zəngəzur üzərində nəzarəti itirməklə çıxa bilsə, mən bundan məmnun olacağam. Çünki İlham Əliyev bir neçə dəfə deyib ki, İrəvan qədim Azərbaycan şəhəridir. Sevinin ki, tək Zəngəzur gedir”, – deyə o bildirib.

 

Xatırladaq ki, terrorçulardan ibarət “Arabo” (adı əvvəlcə “Qaregin Njde” olub - red.) dəstəsi 1990-cı ilin əvvəllərində formalaşıb. “Arabo” batalyonu müharibə vaxtı Xocalı şəhərinə hücum və soyqırımda iştirakla ad çıxarıb. “Arabo” terrorçularının dinc əhaliyə qarşı qətllər, talanlar və zorakılıq aktlarında iştirakına dair çoxsaylı sübutlar mövcuddur.

Dəstə 1992-ci ildə Azərbaycan döyüşçüləri tərəfindən tamamilə məhv edilib.

  • Like 3
  • Upvote 1
  • Milli 1
Link to comment
Share on other sites

İkinci vətən müharibəsi zamanı, xüsusi təyinatlılarımızın Ağoğlanda (Hadrut) gedən döyüşlər zamanı düşmənlə vuruşarkən qeyd etdikləri videolardan biri. Qeyd edim ki, ordumuz Ağoğlanda düşməni darmadağın etmişdi.

 

  • Upvote 2
  • Milli 7
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
        • Like
      • 41 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
      • 10 replies
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Upvote
        • Like
      • 82 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 11 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Milli
      • 31 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...