Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Военная Тема


Recommended Posts

В 24.10.2021 в 17:12, Shtoltc сказал:

"С подъемом пассажиропотока до 100 тысяч человек в год он будет приносить прибыль, поэтому аэропорт – это государственные инвестиции на перспективу», – резюмировал А.Караваев."

А что такое 100 000 в год? ) Это всего лишь 2-3 рейса в день примерно.

Предположительно на строительство ушло 100 млн. 

Link to comment
Share on other sites

В 24.10.2021 в 17:54, Shtoltc сказал:

Турецкая модель развития единственная

До Эрдогана в Турции была светская парламентская модель правления,

При Эрдогане умеренно исламистская президентская модель правления.

Что будет после Эрдогана сейчас не знает никто. 

Link to comment
Share on other sites

Азербайджанские моряки прошли стажировку в Турции

az_moryaki_v_tursii-1097x600.jpg

Офицеры, окончившие военно-морской факультет Азербайджанской военной академии, с 27 сентября по 22 октября 2021 года прошли курс военно-морской подготовки на фрегатах ВМС в Турции.

Как передает АПА, об этом сообщило Министерство национальной обороны Турции.

 

Отметим, что 20 октября состоялась церемония выпуска азербайджанских моряков, участвовавших в курсах в Турции.

Курсы, проводившиеся в Командовании группы десантных войск, длились с 20 сентября по 15 октября. Выпускникам курсов были вручены сертификаты командования ВМС Турции.

  • Like 1
  • Milli 4
Link to comment
Share on other sites

199630_fhrvmg4mrb.jpg

Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993-2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birgə Şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin ilk şəhidləri oldular.
Ailəli olan Şəhidimizdən Vətənə əmanət 2 övladı qaldı.

Abbas Qasımov şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

  • Milli 8
Link to comment
Share on other sites

199639_9nd7jmy9hc.jpeg

İmran İlqar oğlu Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərində, Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açıb. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olub. 2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirib. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlayıb. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirib. Hərbi xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsinin də iştirakçısı olub. 29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən Şəhid olub. II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

İmran Qurbanov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

199640_2btzlcs364.jpg

Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2005-2006-cı illərdə isə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb.

İngilis, rus, erməni dillərini mükəmməl bilirdi. 

Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.

2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda, Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.

O, xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edib, Azərbaycan bayrağını şərəflə daşıyıb.

Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı Şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizin 3 övladı yadigar qaldı.

Rəhim Hüseynov şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 9
Link to comment
Share on other sites

199641_bgzfubn3b0.png

Rüfət Mürvət oğlu Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 

"Leytenant" hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi ala Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi.

Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin, Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin, üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. II Fəxri xiyabanda dəfn olunub.

Ailəli olan şəhidimizdən Vətənə əmanət 2 övladı qaldı.

Rüfət Əsgərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

  • Milli 9
Link to comment
Share on other sites

199642_xvzzxlmonw.png

Ramiz Vaqif oğlu Qasımov 1975-ci il fevralın 17-də Beyləqanda doğulub. 1981-1992-ci illərdə Beyləqanda 4 nömrəli tam orta məktəbində, 1992-1997-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində ali təhsil alıb.

1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala aviabazasında xidmət edirdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip vertolyotlarda uçuşlar etmişdi. 

2020-ci il iyul ayındakı Tovuz döyüşlərində igidliklə döyüşüb. Ermənistan Ordusunun dayaq məntəqələrinə və canlı qüvvələrinə zərbələr, məhz R.Qasımovun idarə elədiyi "Mi-17" döyüş vertolyotu tərəfindən endirilib. 

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov Vətən müharibəsi zamanı "SPAYK" uzunmənzilli raketlərilə silahlanan "Mi-17" vertolyotunun heyətində Madagiz və Talış istiqamətlərində Ermənistan Ordusunun hərbi hədəflərini məhv edib. 
Ramiz Qasımovun rəhbərliyi altında "Mi-17" hücum vertolyotu ilə "Dağlıq Qarabağ" separatçı rejiminin Müdafiə Ordusunun arsenalında olan üç ədəd "9K33 OSA" ZRK məhv edilib və qarşı tərəfə ümumi olaraq 31 milyon dollar məbləğində ziyan dəyib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin "Rəşadət" ordenli zabiti Coşqun Rüstəmovun sözlərinə görə, R.Qasımov idarə etdiyi "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv eləmişdi. Onun idarə etdiyi "Mi-17" hücum vertolyotu təyin olunan vaxtdan 20 dəqiqə tez havaya qalxıb. Hava hücumu zamanı "SPAYK" uzun mənzilli raketlərilə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) üç ədəd "OSA" ZRK və bir ədəd Repellent "P-19" Radiolocation stansiyası dəqiq atəş zərbələri ilə məhv edilib.

Onun rəhbərliyi altında məhv edilən dörd qurğudan üçü motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qoruyan "9K33 OSA" özüyeriyən Zenit Raket Kompleksidir. Bu qurğuların məhv edilməsi, Tərtər-Madagiz-Talış istiqamətlərində Azərbaycan Ordusunun artilleriya üstünlüyünə sahib olmasına şərait yaratmışdı.

R.Qasımovun rəhbərliyi altında məhv edilən 4-cü qurğu isə Rusiya istehsalı olan Repellent "P-19" radiolokasiya stansiyasıdır. Həmin qurğu uzaq məsafədən Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetməsini ələ alır, onun iş rejimini pozur və məhvinə səbəb olur. Müharibə zamanı Azərbaycan Ordusunun arsenalında olan PUA-dan geniş istifadə olunduğunu nəzərə almaqla həmin qurğuların məhv edilməsi önəmli hədəflərdən biri idi.
Sentyabrın 27-də səhər saatlarında Hərbi hədəflərin məhv edilməsindən sonra R.Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu aviabazaya geri dönür. Vertolyot Tərtərin Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan HHM bölmələri tərəfindən vurulur. Nəticədə vertolyot sürətlə hündürlüyünü itirməyə başlayır. R.Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verir. Özü isə "Mi-17" hücum vertolyotunun 1500 nəfərin yaşadığı Azad Qaraqoyunluda yaşayış evlərinə düşməməsi üçün sürətlə hündürlüyünü itirən vertolyotu xüsusi ustalıqla boş sahəyə tərəf istiqamətləndirməyə başlayır və bunu bacarır. O, son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alaraq əvvəlcə Bərdə Rayon Xəstəxanasına, sonra isə Silahlı Qüvvələrin Baş Hospitalına aparılır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də şəhid olur. Qəhrəman pilot II Şəhidlər xiyabanında dəfn edilib.

Günel Qasımova adlı xanımla ailəli olan şəhidimizin Gülanə və Gülay adında qızları, Vaqif adında isə oğlu yadigar qalıb.
Ramiz Qasımova şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin, o, "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 9
Link to comment
Share on other sites

199643_6t97anzyf4.jpg
Xaliddin Zəkər oğlu Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub.1987-1998-ci illərdə S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 

Xaliddin Veyisli 1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Veyisli oktyabrın 26-da Füzuli döyüşləri zamanı Şəhid olub. Qazax şəhərində dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə və bu xalqa əmanət bir qızı və bir oğlu qaldı.

Xaliddin Veyisli şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 9
Link to comment
Share on other sites

202181_qxz5ay3a82.jpg

Qismət Qərib oğlu Qardaşxanov 30 avqust 1993-cü ildə Füzulinin Mahmudlu-1 kəndində doğulub. 2000-ci ildə Mahmudlu-1 kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olub. 2011-ci ildə tam orta məktəbin 11-ci sinfini başa vurub. 

Qismət Qardaşxanov 2012-ci ildə hərbi xidmətə yola düşüb. Xudat və Xaçmazda sərhəd qoşunlarında xidmət edib. 2013-cü il oktyabrın 20-də hərbi xidmətini başa vurub tərxis olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra satıcı kimi fəaliyyətə başlayıb. 2015-ci il sentyabrın 20-də ailə həyatı qurub. 

2020-ci ilin avqustun 17-də hərbiyə geri dönərək MAXE kimi xidmətə başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olub. Cəbrayıl, Xocavənd, Füzuli rayonları uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub və oktyabrın 5-də gərgin döyüşlər zamanı Qismət şəhidlik zirvəsinə ucalıb.

Ailəli olan şəhidimizin vətənə əmanət iki övladı qalıb.

Qismət Qardaşxanov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 

 

  • Milli 9
Link to comment
Share on other sites

202182_t1yfmhtgl2.jpg

 
Gəray Xəlil oğlu Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 

Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Beyləqan rayonunda dəfn olunub.

Ailəli olan şəhidimizin bir qızı yadigar qalıb.

Gəray Soltanov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 9
Link to comment
Share on other sites

202183_thciiy7ckt.jpg

Fariz Fərhad oğlu Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə (rus bölməsində) davam etdirib. Orta təhsilli olub. 
2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) üçün yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Tankı 2 dəfə vurulsa da, yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. İki dəfə yaralansa da, döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə 19 oktyabrda Lənkəran şəhərində dəfn olunub. 

Ailəli olan şəhidimizin iki övladı Vətənə əmanət qalıb.

Fariz Zülfüqarzadə şəhadətindən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

  • Milli 9
Link to comment
Share on other sites

202184_t47k7soa4s.png

Fərid Tahir oğlu Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Onun Rüfət adlı əkiz qardaşı var. Əslən Nardarandan olsalar da, "Sovetski" deyilən ərazidə böyüyüblər.

Uşaqlıq illərinə təsadüf edən 20 Yanvar və Xocalı soyqırımı faciələri onun düşmənə qisas hissiylə böyüməsinə səbəb olub və o, hərb sənətini seçib. Buna görə də 1996-cı ildə Türkiyənin İstanbul şəhərindəki Kuleli Hərbi Liseyini, 2000-2004-cü illərdə Ankaradakı Kara Harp okulunu, daha sonra Eğindik şəhərindəki Dağ Komando okulunu, 2004-2005-ci illərdə Ankaranın Polatlı qəsəbəsindəki Topçu məktəbində hərbi təhsilini uğurla başa vurub.

Zabit kimi vətənə qayıdan Fərid Ələkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbdə artilleriya ixtisası üzrə məktəbin gənc kursantlarına dərs deməyə başlayıb.

O, müxtəlif illərdə nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun mayoru olan Fərid Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ələkbərov noyabrın 9-da Şuşa döyüşləri zamanı Şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

2013-cü ildə ailə həyatı quran şəhidimizin 2016-cı ildə dünyaya gəlmiş Tahir adlı oğlu artıq bu Vətənə və xalqa əmanətdir. 

Fərid Ələkbərov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

  • Milli 8
Link to comment
Share on other sites

202185_xv3jgl6h4f.jpg

Xəyal Rahil oğlu Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1999-2008-ci illərdə K.Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. 2008-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək, fərdi əmək fəaliyyətinə başlayıb.

Xəyal Rəhimli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Bakı şəhərində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Rəhimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı Şəhid olub. Beyləqan şəhərində dəfn olunub.
Xəyal Rəhimli şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

202186_0v0myx8u98.png

Həsən Rəhim oğlu Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim və Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 

Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan Həsən Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Qəriyyə Həsənova ilə ailəli olan şəhidimizin Ömər və Camal adında iki oğlu yadigar qaldı.

Həsən Həsənov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

  • Milli 7
Link to comment
Share on other sites

202187_gptbog6nwl.jpeg

Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub.

1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi "leytenant" hərbi rütbəsi ilə bitirib. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.

Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi.

O, müxtəlif zamanlarda nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, eyni zamanda, diplom, təşəkkürnamələrlə təltif edilib. 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində savaşıb.

Oktyabrın 1-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhrəmancasına şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində Şəhid olduğu müəyyənləşib. İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə şəhadətindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

  • Milli 7
Link to comment
Share on other sites

202188_h5oyut65w0.jpg

İbrahim Malik oğlu Vəlizadə 1997-ci il aprelin 2-də Babək rayonunun Yarımca kəndində anadan olub. 2003-2011-ci illərdə Yarımca kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. AAHM-in Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun 2018-ci il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilib.

O, 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər şəhərində yerləşən N saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrupunun komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də "Murovdağ-3340" yüksəkliyinin azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərən İbrahim orada 4 gün yoldaşları ilə birlikdə ac-susuz qalaraq Azərbaycan bayrağını qoruyub və düşmənin əks-hücumlarını mərdliklə dəf edib. Oktyabrın 1-də səhhətindəki nasazlıqlar və yaralanma səbəbindən hərbi hospitala yerləşdirilən İbrahim həkimlərin israrına baxmayaraq, "Gizirim şəhid olub, əsgərlərim başsız qalıb" deyərək oktyabrın 3-də yenidən döyüş meydanına qayıdıb. Növbəti tapşırığı Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsi olan qrup komandiri Vəlizadə İbrahim oktyabrın 6-da mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşını atəş altından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Ərazidə ağır döyüşlər getdiyindən onunla birlikdə bir neçə şəhidin nəşi uzun müddət götürülə bilməyib. Müharibə başa çatdıqdan sonra - nəhayət, o, noyabr ayının sonlarında götürülüb və ayın 30-da Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn olunub. 

Ailəli olan şəhidimizin bir oğlu yadigar qalıb.

İbrahim Vəlizadə şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 7
Link to comment
Share on other sites

202189_vb1cu9ljhb.jpeg

Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra öz doğma yurd-yuvalarından didərgin düşən Həsənovlar ailəsi məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonunda yaşamağa başlayıblar. 1997-2008-ci illərdə Binəqədi rayonunda Şuşa şəhərinin 3 nömrəli tam orta məktəbində təhsil alıb. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetində (ATU) "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb. 

Nurlan Həsənov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. 2014-cü ildə öz istəyi ilə Azərbaycan Ordusu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun leytenantı olan Nurlan Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Nurlan: "Ana, məndən narahat olmayın, burda hər şey yaxşıdı, Şuşanı almağa gəlmişəm" - deyirdi. O, oktyabrın 1-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Biləcəri qəsəbəsində dəfn olunub.
Ailəli olan Şəhidimizin Nurgül adlı qızı və Məhəmməd adlı oğlu  vətənə yadigar qaldı.

Nurlan Həsənov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

  • Milli 7
Link to comment
Share on other sites

202190_kl42wbzrl8.jpg

Pərviz Fərmayıl oğlu Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub. 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. 

2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Həsənov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

Ailəli olan Şəhidimizin bir övladı yadigar qaldı.

Pərviz Həsənov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

202191_vqw5srfng6.jpg

Nicat Qəşəm oğlu Nəsibov 1998-ci il yanvarın 1-də Qazax rayonunun Cəfərli kəndində anadan olub. 2004-2012-ci illərdə M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Nicat Nəsibov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 1-də Qazax rayonunda dəfn olunub.

Nicat Nəsibov şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

  • Milli 8
Link to comment
Share on other sites

202192_rjp0eizqjj.jpg

Ramiq Teymur oğlu Tağıyev 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F.Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. 

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 10-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Lerik rayonunun Kəlvəz kəndində dəfn olunub.

Ramiq Tağıyev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

202193_x0z5097b59.jpg

Ülvi Şirin oğlu Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub. 2001-2012-ci illərdə Suraxanı rayonunda R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. 

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 19-da Füzuli döyüşləri zamanı Şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 5 dekabr 2020-ci il tarixində II Şəhidlər xiyabanında dəfn olunub.

Ülvi Hacıyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

2021-ci il yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinin inzibati binasında Ülvi Hacıyevin büstünün açılış mərasimi baş tutub.

  • Milli 8
Link to comment
Share on other sites

202194_9cdxkzcwd9.jpeg

Yusif Yaşar oğlu Ələsgərov 1996-cı il oktyabrın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. 

2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb. O, noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Yusif Ələsgərov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

  • Milli 8
Link to comment
Share on other sites

202801_ntdbmpjtzg.jpg

Barat Nizami oğlu Quliyev 22 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə ailə vəziyyətilə əlaqədər Beyləqan rayonuna köçüblər. 1999-cu ildə Beyləqan rayonu 3 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 
2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurub. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olub. Beyləqan rayonu N saylı hərbi hissədə Müddətdən Artıq Hərbi Qulluqçu manqa komandiri kimi xidmətə başlayıb. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında Zirehli PM 3 maşının sürücüsü vəzifəsində xidmət edib.

2016-cı il Aprel döyüşlərində fəal iştirak edib və göstərdiyi şücaətə görə fəxri fərmanla təltif olunub, həmçinin, ona qiymətli qol saatı hədiyyə olunub. 

2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsində Füzulinin Alxanlı kəndindən başlamaqla döyüşlərdə şücaətlə iştirak edib. 28 sentyabrda ekipaj üzvləriylə birgə mühasirəyə düşüblər. Zirehli döyüş maşını düşmənin açdığı atəş nəticəsində vurularaq sıradan çıxır. Döyüş yoldaşlarının köməkliylə mühasirədən çıxırlar.  29 sentyabrda artıq piyada döyüşlərə davam ediblər. 

Əmrə əsasən neytral ərazidə qalan şəhid olmuş döyüş yoldaşlarının nəşini gətirmək üçün yaradılmış əməliyyat qrupuna öndə öz komandirinin yanında döyüşə giriblər. Yarım saat ərzində ermənilərin üç postunu yarıb keçib, düşmənin saysız döyüşçüsünü məhv ediblər. Şəhid yoldaşlarının nəşlərinə çatmağa az qalmış Barat Quliyev düşmənin açdığı snayper atəşilə 29 sentyabrda Füzulinin Qaraxanbəyli kəndində şəhidlik zirvəsinə ucalıb.

Barat Quliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

202803_sskbgid2bp.jpg

İsmayıl Kamal oğlu Süleymanov 19 aprel 1997-ci ildə Neftçala rayonunun İkinci Qaralı kəndinə anadan olub. İlk təhsilini 2003-cü ildə Neftçala rayon İkinci Qaralı kənd məktəbində alıb. Daha sonra təhsilini Neftçala rayon peşə məktəbində davam etdirib. 

Məktəbi bitirdikdən sonra Goranboy rayon N saylı hərbi hissədə xidmətə başlayıb. 2016-cı ildə başlanan Aprel döyüşlərinin iştirakçısı olub. Goranboy rayonu istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyinə görə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. 
Hərbi xidmətini başa vurduqdan sonra Bakıda mühərrik ustası olaraq işləyirdi. Subay idi və ailəsi ilə birlikdə yaşayırdı.

2020-ci il sentyabr ayının 29-u könüllü olaraq Vətən müharibəsinə yollanıb. Sonuncu dəfə qardaşı ilə oktyabr ayının 7-si danışaraq hər şeyin yaxşı olduğunu deyib və anasından muğayat olmağını tapşırıb. 

Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərib. Döyüş zamanı qəlpə yarası alaraq şəhadətə yüksəlib.
Şəhidimiz oktyabr ayının 10-da doğulduğu Neftçala rayon İkinci Qaralı kəndinə son mənzilə yola salınıb. 

İsmayıl Süleymanov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

  • Milli 8
Link to comment
Share on other sites

202802_ek90x844j1.jpg

İsmayıl Rəhman oğlu Salmanov 17 may 1997-ci ildə Füzuli rayon Alıxanlı kəndində anadan olub. 2003-2014-cü illərdə orta təhsil alıb. 
5 iyul 2016-cı ildə hərbi xidmətə yollanıb və hərbi xidmətdə olduğu müddətdə özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərib, məşqlərdə həmişə yaxından işdirak edib, kollektiv arasında hörmət qazanıb. 6 yanvar 2018-ci ildə hərbi xidməti başa vuraraq qayıdıb. 

13 avqust 2020-ci ildə könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. 

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Cəbrayıl, Hadrut, Ərgünəş yüksəkliyi, Xocavənd və Füzuli rayonlarının azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. O, 24 oktyabr 2020-ci ildə İlanlı dağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 
İsmayıl Salmanov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

202805_nfk0rmtix0.jpeg

Sahil Vüqar oğlu Salmanov 2002-ci il martın 11-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2008-2019-cu illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. 

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 20-də Füzuli döyüşləri zamanı Dördçinar kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub.

Sahil Salmanov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 7
Link to comment
Share on other sites

202808_bwa4zsnx55.jpg

Davud Taryel oğlu Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub.

2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib.

Subay idi. Müxtəlif telekanallarda montajçı vəzifəsində çalışmışdı.

Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı Şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

Davud Qurbanov şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

203518_qeqo7ztnxr.jpg

Rəşad Babək oğlu Eyvazov 20 iyul 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Eyvazov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. O, 19 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib.

Rəşad Eyvazov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Sad 1
  • Milli 8
Link to comment
Share on other sites

203520_nz2k09xfi4.jpg

Güləddin Zəfər oğlu Şahbabayev 2001-ci il mayın 21-də Şabran rayonunun Düz Bilici kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Güləddin Şahbabayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 17-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şabran rayonunda dəfn olunub.

Güləddin Şahbabayev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

203521_jp1qdq1w1b.jpeg

Heybullah Məzahir oğlu Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub.

2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb.

2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı Şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

Heybullah Əsdiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

203522_epxdgtdodq.jpeg

Harun Məhəmməd oğlu Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində İ.Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi. 2015-2016-cı illərdə Taqım Komandirinin müavini, 2016-cı ildən isə Taqım Komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Harun Alqayev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Milli 8
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Thanks
        • Like
      • 202 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
      • 33 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 19 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 41 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 45 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...