Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Zaman Qezetinin Ramazan Elavesi


Rashad_Rasul

Recommended Posts

[size=2][font="Arial"]Assalamu aleykum, hörmətli userlər və müsəlmanlar. Türkiyənin və ümumilikdə bölgənin aparıcı qəzetlərindən biri olan "Zaman" qəzeti Ramazan ayı boyunca xüsusi əlavə nəşr edir. Həmin əlavədə çox maraqlı və faydalı məlumatlar olduğundan onlardan bəzilərini burada yerləşdirəcəm. Ümid edirəm ki, bunları oxuyarkən həzz alacaqsınız.[/size][/font]

Link to comment
Share on other sites

[size=4][font="Arial"]Mələklərlə çiyin-çiyinə

Bu mübarək günlərdə məscidlərimiz dolub-daşır, bəlkə də nə zamansa namaz qılacağını ağlına gətirməyənlər indi səhər-axşam bu ünvana tələsirlər. 80 yaşında qocalarımız da gəlir, 7 yaşlı körpələrimiz də.

Hamının yolu bu ünvandan düşsə nə vardı ki. Burda ruhlar təzələnir, burda könüllər təmizlənir, burda nisgillər rahatlıqla əvəzlənir...

Mələklər sevinər, dua edər möminlər üçün. Bu ayda könüllər güllü-gülüstan olar. Bu ayda xeyir-bərəkət yağar dünyamıza. Könlünü Haqqa bağlamışlar ibadətin feyzini, bərkətini bütün hüceyrələrində duyarlar. Sevgilər çağlayar bu ayda. Bağlı qapılar açılar, qəmli könüllərə şəfqət nuru çilənər bu mübarək günlərdə. Qollarınızı da, ürəyinizi də açın. Sevgi ilə çağlayın. Bu ayın Allahın ayıdır. Bu ayda nə versəniz, yüz qatı ilə, min qatı ilə qarşınıza çıxacaq. Bu ayda bir könülü sevindirsəniz, min dərddən-bəladan uzaq qalarsınız. Bu ayda Allah rizası üçün görəcəyiniz hər bir işin xeyiri, faydası mütləq sizi tapacaq, ya burda, ya da orda.

Mələklər möminlərlə çiyin-çiyinə dayanar bu ayda. Məscidlərimiz möminlərlə yanaşı, mələklərlə də dolub-daşar. Mələklər dua edər möminlərə. Bu ay mələkləşmə məqamıdır.
[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"][b]Hamımız sınaqdayıq [/b]

Hamımız sınaqdayıq. Hamımız bir-birimizlə sınağa çəkilirik. Qonşumuzla, dostumuzla, yanımızdakı o tənha qarı ilə, yolumuzun üstündəki o şikəstlə, yetimlərlə, qaçqınlarla, məcburi köçkünlərlə, hamımız sınaqdayıq, hamımız...

Sərvətimizlə sınağa çəkilirik, vəzifəmizlə sınağa çəkilirik, övladımızla sınağa çəkilirik, imkanlarımızla sınağa çəkilirik...

Qonşuluğunda tənha bir qarı yaşayır: min adda ehtiyacı var. O, sənin imtahanındır. Sən o qonşunla sınağa çəkilirsən. O qarı səndən razı olunca, Allah da səndən razı olar.

İş yerinin yanında bir şikəst var. Avtomobil qəzasında iki ayağını, bir qolunu itirib. Bircə əli işə yarayır ki, onu da sıxıla-sıxıla adamlara uzadır. O da sənin sınağındır. Məsələ onu doyurmaqda, onun bütün ehtiyaclarını həll etməkdə deyil, məsələ sənin səmimiyyətində, hansı duyğu ilə ona əl tutmağındadır. Kasıb az bir sədəqə ilə dünyaların sərvətini qazana bilər. Hər kəs öz imkanları ilə sınağa çəkilir. Sənin verdiyin bir çörək pulu sənə cənnət nemətlərini qazandıra bilər. Hamımız sınaqdayıq. Hamımız bir-birimizlə sınağa çəkilirik. Qonşumuzla, dostumuzla, yanımızdakı o tənha qarı ilə, yolumuzun üstündəki o şikəstlə, yetimlərlə, qaçqınlarla, məcburi köçkünlərlə, hamımız sınaqdayıq, hamımız... Sərvətimizlə sınağa çəkilirik, vəzifəmizlə sınağa çəkilirik, övladımızla sınağa çəkilirik, imkanlarımızla sınağa çəkilirik...

Peyğəmbərimiz həzrəti -Məhəmməd (s.ə.s.): “bütün müsəlmanlar tək vücud kimidirlər”, - buyurmuşdur. Yəni müsəlman dünyanın harasında olursa-olsun müsəlman qardaşının dərdinə şərik olmalı, onun ağrısını öz canında hiss etməlidir. Ramazanın bu mübarək günlərində Pakistanın Kəşmir və eləcə də Hindistanın eyni adlı vilayətində müsəlman qardaşlarımız ağır sınağa çəkiliblər. Övladı uçqunlar altında qalan ana günlərdən bəridir ki, fəryad edir, boğazından bir qurtum su keçirmir. Bu, bir sınaqdır. O ana hansı halda olursa-olsun bu ilahi təqdir qarşısında səbr edərsə, Allah-Təala onun mükafatını artıq edəcək. Biz də oradakı evi uçmuş, övladı həlak olmuş, ailə üzvlərini itirmiş, ürəyi parça-parça olmuş hər adda məişət əşyasına, yavan çörəyə, bir qurtum suya ehtiyacı olan o qardaşlarımızla, bacılarımızla sınağa çəkilirik. Kim bilir ki, sabah yaşadığımız bina başımıza uçulmayacaq, kim bilir ki, onların sinəsinə çəkilən bala dağı bizim köksümüzə çəkilməyək. Bu mübarək Ramazan günlərində Allah rizası üçün o müsəlman bacı-qardaşlarımıza əl tutmaq bizi çox bəlalardan qoruyar, çox ağrı-acıdan uzaqlaşdırar. Bizə çox şeylər qazandırar. Bir yerin ağrıyanda həkimə ətək-ətək pul tökürsən ki, şəfa tapasan. Bəlkə sənin o müsəlman qardaşlarına göndərdiyin bir miqdar pul neçə ağrının, neçə dərdin qarşısını alacaq, Allah-Təala neçə günahımızı o sədəqəyə bağışlayacaq. Neçə bəla hələ sənə çatmamış geri dönəcək. Yəni bir qədər fərqli düşünək. Hər şeyə maddiyyətin gözü ilə baxmayaq. Verməyin ləzzəti almağın ləzzətindən çox-çox üstündür. Peyğəmbərimiz buyurur ki, verən əl alan əldən daha xeyirlidir. Buyurun, qarşınızda bir sınağımız var.
[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"][b]Ramazanın ruhani iqlimindən necə istifadə edə bilərik?[/b]

İmam Rəbbani Həzrətləri: “Mübarək Ramazan ayı bütün xeyirlərin və bərəkətlərin cəmidir. Kim Ramazan ayından yaxşı istifadə edib, xeyir və bərəkətlərindən nəsibdar olarsa, bütün ilini o xeyir və bərəkət içərisində keçirər”, - buyurmuşdu.

Bilindiyi kimi, bəzi mübarək ay, gün və gecələrə aid bir qism fəzilətlərdən bəhs edilmişdir. Məsələn, Qurani-Kərimin ifadəsi ilə Qədir gecəsini ehya edən bir insan min ayı ehya etmiş kimi savab alar. Yenə Əfəndimizin (s.ə.s.) ifadəsi ilə, bir saat vətəninin keşiyində duran insan bir il ibadət etmiş kimi savab qazanar. Bir saat təfəkkür edən insan bir il ibadət etmiş kimi olar. Deməli, qısa zaman kəsimində insanın edəcəyi bəzi xüsusi və cüzi əməllər cüziyyətdən çıxıb külli-əməl yerinə keçmiş olur. Əsas məsələ işin görülməsinin bərəkətindədir.

Bir insan Ramazani-Şərifin gecələrini ibadətlə, gündüzlərini isə Orucla keçirərsə, onun üçün Qədir gecəsində vəd edilən ilahi lütfdən bəhs etmək olar. Beləliklə, belə bir şəxs bütün bir ili bərəkətlə keçirər və belə bir möminin bəd əməlləri olmaz. Bu da o insan üçün saleh dairənin təşəkkül etməsi deməkdir ki, belə bir vəziyyətdə hər xeyir başqa bir xeyirə səbəb olar və beləliklə, o insan üçün xeyirlər dairəsi təşəkkül edər.

Bəli, bir insan əgər gecəsi, gündüzü ilə Ramazani-Şərifi ehya edərsə, ilboyu xeyirlərin ona yönəlməsinə və xeyirli yollarda gəzməsinə səbəb ola bilər. Təbii ki, belə bir ehsani-ilahi hər kəs üçün ola bilər. Ramazani-Şərifi büs-bütün ehya edən bir insan üçün Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur: “Kim inanaraq və savabını da Allahdan gözləyərək Oruc tutarsa, günahları bağışlanar”, - buyurur. Demək, bu cür mübarək ibadətlərdə insanın niyyəti, təmizliyi, axirəti mülahizəsi çox mühümdür ki, bunların dərinliyinə görə Allah-Təala bəzən birə on, birə yüz, bəzən də milyon savab verir. Bunu kiçik misalla anladaq: deyək ki, Ramazani-Şərifdə Qədir Gecəsini əda edə bildiniz. Bu, min ay hesabına görə 80 il edər. Buna görə o insan 80 il yaşamış kimi savab qazanar. Bu isə bir insanın ömrünü aşıb-keçən rəqəmdir. Zira, Hz. Məhəmmədin (s.ə.s.) yaş ortalaması 80-dən aşağıdır.
Və bu elə 80 ildir ki, içində az da olsun, riya yoxdur. Məsələn: siz namaz qılarsınız və bu arada rükuya və səcdəyə gedərsiniz. Amma içinizdə fikirləşərsiniz ki, nə gözəl əda etdim namazımı, camaat da gördü. Və belə bir fikir sizin namazda qazandığınız bütün savabları silər, sizə yalnız namazda əyilib-qalxmaq və yorğunluq qalar. Əsas məsələ odur ki, etdiyimiz ibadətdə niyyətimiz saf olsun, riyasız olsun. Bəli, ramazan bərəkət ayıdır. O biri dünyamızı qazanmaq üçün bu aydan bacardığımız qədər çox istifadə etmək lazımdır.
[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"][b]O (s.ə.s.), insanların ən ədalətlisi idi [/b]

Rəsulullah (s.ə.s.) din fərqi qoymadan bütün insanlara eyni qayda-qanunları tətbiq edirdi.

Əbu Hadrad adlı səhabə bir yəhudidən borc almışdı. Borcun qaytarılması üçün verdiyi vədin vaxtı bitmişdi. Ancaq borcu qaytarmaq üçün imkanı yox idi. Yəhudi isə haqqını tələb edir, borcun qaytarılması üçün israr edirdi.

Həmin vaxt Peyğəmbər Əfəndimiz Heybər müharibəsinə - yəhudilərlə müharibəyə hazırlaşırdı. Belə bir zamanda hadisə Rəsulullaha (s.ə.s.) çatdırıldı. Hər ikisi Kainatın Əfəndisinin qarşısında dayanmışdı. Əbu Hadrad borcu ödəmək iqtidarında olmadığını, müharibədən sonra qənimət olaraq əlinə bir şey keçəcəyi təqdirdə borcu qaytaracağını söylədi. Yəhudi isə razılaşmadı, israrında davam etdi. Nəticədə Rəsulullah (s.ə.s.) kasıb səhabəyə:

- Ona haqqını ver, dedi.

Allah Rəsulu bir şeyin icrasını əmr etsəydi, heç kim Onun sözünün qarşısında söz deməzdi. Əbu Hadrad da birbaşa bazara gəldi. Davamını öz dilindən dinləyək: Başımda bir sarıq, əynimdə isə bir xirqə vardı. Sarığı bədənimə doladım, xirqəni isə satışa çıxardım. Onu 4 dirhəmə satdım və borcumu ödədim. Yaşlı bir qadın məni bu vəziyyətdə görüncə soruşdu: “Bu nə vəziyyətdir, ey Allah Rəsulunun səhabəsi?” Mən də başıma gələnləri danışdım.

- Bu xirqəni al, geyin, - deyə mənə bir xirqə verdi.

Şübhəsiz ki, bu, borcu ödədiyim üçün Haqq Təalanın mükafatı idi”. Əbu Səid əl-Hudri isə başqa bir hadisəni belə nəql edib: ”Rəsulullah bir müharibədən ələ keçirilən qənimətləri paylayırdı. Müdhiş bir qələbəlik vardı. Səhabələrdən biri hər kəsdən önə keçməyə cəhd göstərirdi. Peyğəmbərimiz əlindəki xurma çubuğu ilə həmin səhabəni işarət edərək onun geri çəkilməsini istədi. Çubuğun ucu onun sifətinə dəyərək, bir az çızmışdı. Rəsulullah çubuğu səhabəyə uzadıb: “Bu da mənim sifətim, gəl, məndən haqqını al, dedi. Həmin səhabə isə haqqını Ona halal etdi və Rəsulullahın (s.ə.s.) üzünə zərər verməkdən uzaq durdu”. Kainatın Əfəndisi haqq mövzusunda buyurub:
”Borc aldığı insanı razı salmayan borcluya yer üzündəki və dənizdəki heyvanlar belə bəddua edər. İmkanı olduğu halda borcunu ödəməyənə isə gecikdirdiyi hər gün üçün Allah iki günah yazar”.
[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"][b]Dini ayinlərin icrasında valideynlərin rolu [/b]

İslam dinində ibadətlərə başlama yaşı kimi oğlanlar üçün 12, qızlar üçün isə 9 olaraq müəyyənləşdirilib. Bu, 15 yaşa kimi uzana bilər. Bu yaşdan sonra hər bir insan ibadət etmək məcburiyyətindədir. Valideynlər övladları həddi-büluğa çatana qədər onları ibadətə öyrəşdirməlidirlər.

Onlar uşaqlara dini tərbiyə verməklə ibadətlərin təməlini atmış olurlar. Əgər valideynlər bu öhdəliklərini yerinə yetirməsələr, övladlarının ibadətsiz həyatlarına görə onlar da məsuliyyət daşıyırlar. Ancaq dini tərbiyə verdikləri halda, övladları yetkinlik çağına çatdıqdan sonra da ibadət etmirsə, məsuliyyət yalnız övladın üzərinə düşür.

***

[b]Cadu ilə ailədaxili problemləri həll etmək olmaz [/b]

Belə bir atalar sözü var: Dəryaya düşən samana sarılar. Bəzi insanlar da ailələrində problem çıxanda, həlli yolunu tapa bilməyən kimi onun cadu olduğuna qərar verirlər. “Əgər cadu varsa, deməli cadunu ancaq sehrbazlar, cadugərlər və ya falçılar aça bilərlər”, - deyərək, gedib onların qapılarını çalırlar, dərdlərinə dəvanı dindən-imandan xəbəri olmayan cadugərlərdə axtarırlar. Ancaq problemin həlli yolunun öz əllərində olduğunu unudurlar. Bir-birlərinə qarşı mehriban davranmaqla məsələni ortadan qaldıra bilərlər. Nümunə verək: Üzünə xoş baxmadığına görə ər evə gec-gec gəlirsə, arvad ailəsinə cadu edildiyini düşünməkdənsə, davranışlarını dəyişdirsə, ərinə qarşı daha mehriban davransa, problemin ən qısa zamanda həll ediləcəyinin şahidi olacaq.

Bəs həqiqətdə cadu varmı? Tarixən belə hadisələr baş verib. Ancaq indiki zəmanədə bir çox fırıldaqçılar insanların cahilliyindən istifadə edərək, özlərini sehrbaz və ya falçı kimi qələmə verirlər. Dünyada cadudan, onun necə edildiyindən bəhs edən samballı kitab yoxdur. Bu, onu göstərir ki, kimlərsə bu boşluqdan istifadə edir və pul üçün insanları aldadır.

***

[b]Evlilikdə sıra ardıcıllığı varmı? [/b]

Məsələn, bir ailədə üç övladın olduğunu düşünün. İlk iki övlad evlənmədən üçüncüyə elçi gəlib. Belə olan halda sıraya riayət edilərək, ilk iki övladın evlənməsini gözləmək lazımdır? Əsla. İslam dininə görə, belə məcburiyyət yoxdur. Yəni yaşca böyük qardaş və bacıdan əvvəl evlənmək günah deyil. Bu, əsasən adət və ənənələrdən qaynaqlanan bir davranışdır. Evlilik qismət məsələsidir.

Belə vəziyyətlərdə ailədə və qohum-qardaş arasında əsassız söz-söhbətlər də ortaya çıxır: guya böyüklərin qisməti bağlanıb. Bunun da dini əsası yoxdur. Allah bir insanın qismətini bağlamaq səlahiyyətini başqa bir insana verməyib. Qismət bağlanmaz, sadəcə olaraq, daha uyğununu gözləyər. Evlənməyə namizəd olan isə bu gözləmədən öz xeyrinə istifadə etməlidir. Yəni öz məziyyətlərini artıraraq, daha layiqli namizəd olmağa çalışmalıdır.

***

[b]Arvad ərinin cibindən icazəsiz pul ala bilərmi? [/b]

Evin ehtiyaclarını qarşılamaq kişinin vəzifəsidir. Yəni o, bunu etməyə məcburdur. Qadın isə ərinin qazandıqlarını israf etmədən xərcləməlidir. Əgər ailənin başçısı vəzifəsini unudub, ailənin ehtiyaclarını vaxtında ödəmirsə, cibində kifayət qədər pulu olduğu halda onu ailəsi üçün xərcləmirsə, ailənin xanımı ərinin cibindən icazəsiz pul ala bilər. Onun bu yolla evin ehtiyaclarını qarşılamasında qəbahət yoxdur, çünki o, buna məcburdur. Ancaq evin xanımı icazəsiz götürdüyü pulu israf etməməlidir. Digər tərəfdən, qadın qonşularına baxaraq, onların aldıqları əşyalara tamah salaraq, həyat yoldaşının cibindən icazəsiz pul götürə bilməz.

Təbii ki, ideal olan odur ki, nə arvad bu yola əl atmaq məcburiyyətində qalsın, nə də ər öz vəzifəsini unutsun.

***

[b]Sağlam ailənin sirri: səbir [/b]

Rəsulullah (s.ə.s.) buyurub:
”Səbir hər yerdə gözəldir, ancaq ailə həyatında daha gözəldir. Çünki ailə həyatındakı səbir sahibini cənnətə aparmaqla yanaşı, səbrinin səviyyəsinə görə cənnətdəki mərtəbəsini də yüksəldir. Hətta cənnət xanımlarının böyüyü ünvanını belə qazandırır”.

Səbrin mükafatı yalnız axirətdə verilmir, səbirli insan bu dünyada ailəsini dağılmaq təhlükəsindən qoruyur. Ona görə də tərəflər hər hansı məsələdə ortaq məxrəcə gələ bilməsələr, bir-birlərinin xətrinə dəyəcək sözlər söyləməsinlər, səbir etsinlər.
[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"]
[b]- Gözmuncuğunun faydası varmı?[/b]

- İslama qədərki dövrdə insanlar gözmuncuqlarının qeyri-adi qüvvəyə malik olduğuna inanırdılar. Bu səbəbdən övladlarının paltarlarına belə muncuqlar asırdılar ki, həmin daş-qaşlar övladlarını bəd nəzərdən qorusun. Halbuki, gözmuncuqları rəngli daşlardan ibarət maddələrdir. Maddənin isə insanları hər hansı təhlükədən qoruma keyfiyyəti yoxdur. Yəni övladlarımızın paltarlarından asdığımız muncuqlar hər hansı bəlanın qarşısını ala bilmir. İslam alimləri oğlan övladlarımızın paltarlarından üzərində “Maşallah” (Allah (c.c.) istəsə bundan daha yaxşısını yaradar) yazılmış gümüşdən, qız övladlarımızın üzərində isə qızıldan asqılar asmağımızı məsləhət görüblər.

***

[b]- Bir Yasinin savabı milyonlarla ölüyə necə çatır? [/b]

- Bu suala nümunələrlə cavab vermək daha yaxşı olar. Bir otaqda yanan lampanı düşünün. Orada bir nəfər də olsa, on nəfər də olsa həmin işıqdan eyni dərəcədə faydalanacaqlar. Yəni işıqdan faydalanmaq üçün otaqdakı insanların sayının əhəmiyyəti yoxdur.

- Başqa bir nümunə. Uzaqdan səs gəldiyini düşünün. 50 nəfər də həmin səsə qulaq asır və hamısı eyni dərəcədə həmin səsi eşidir. Biri az, digəri çox deyil, məhz hamısı eyni cür eşidir.

- Quran da belədir. Onun nurundan hər kəs eyni dərəcədə faydalanır. Bir ölünün arxasınca oxunan Yasin bütün müsəlmanlara hədiyyə edilsə, yenə də onun savabında əksilmə olmaz. Əksinə, nə qədər çox insanı əhatə etsə, onu oxuyana o qədər çox savab gətirər.

***

[b]- Pul qazanmaq günahdır? [/b]

- Əsla. İslama görə, pul qazanmaq əsla günah deyil. Pul qazanmaq dünyapərəstlik kimi də yozulmamalıdır. Dünyapərəstlik pulu necə və harda xərcləməkdən asılı olan xəstəlikdir. Pulun yeri cib və ya bankdır, əsla qəlb deyil. Pulunu cibinə deyil, qəlbinə qoyanlar əsl dünyapərəstlərdir. İnsanın iç aləminə daxil olan pul onun mənəviyyatını da idarə edir. Qazanılan pulu daha bərəkətli etmək üçün onu xeyirli işlərdə - məktəb tikintisində, yoxsullara yardım etməkdə, insanlığa faydalı işlərin görülməsində xərcləmək lazımdır. Digər tərəfdən pulu qazanma yolları da halallıq çərçivəsində olmalıdır. Qumarla, faizlə, oğurluqla qazanılan pula, əlbətdə ki, İslamda yer yoxdur.
[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"][b]Mərhəmət edin ki, Allah-Təala da sizə mərhəmət etsin [/b]

Onlar bizim qardaşlarımız, bizim bacılarımızdır. Bu mübarək Ramazan günlərində evləri başlarına uçub, yaxınları, doğmaları uçqunun altında can verib, yaralılara dava-dərman axtarırlar. Allah-Təala onları zəlzələ ilə, bizi də onların bu vəziyyəti ilə sınağa çəkir. Kim deyə bilər ki, sabah eyni hadisə bizim başımıza gəlməyəcək... Bəladan uzaq olmaq üçün verin; övladlarınızın sabahı üçün verin; ən başlıcası isə Allah rizası üçün verin.

Bu mübarək Ramazan günlərində Allah rizası üçün görülən hər bir işin, verilən hər sədəqənin qarşılığını Allah-Təala qat-qat artığı ilə ödəyər. Mərhəmət göstərin, əsirgəməyin, Allah-Təala səxavətliləri sevər.

***

[b]“Sizə xidmətçi verə bilmərəm, qızım” [/b]

Hz. Fatma Anamızın (r.a.) beş övladı vardı. Gün ərzində iş görməkdən yorulurdu, əl dəyirmanı ilə un üyütməkdən əlləri qabar bağlamışdı. Müharibələrin birində müsəlmanlar qalib gəlmişdilər və xeyli əsir qənimət kimi ələ keçirilmişdi. Bunu eşidən Hz. Fatma (r.a.) əsirlərdən birinin xidmətçi kimi ona verilməsinə ümid edərək Rəsulullahın yanına gəldi. Ancaq istədiyini dilə gətirməyə utandı. Peyğəmbərimiz isə qızının Ona nəsə demək istədiyini sezmişdi. Hz. Əlinin (r.a.) də köməkliyi ilə Hz. Fatma arzusunu Kainatın Əfəndisinə çatdırdı. Rəsulullah (s.ə.s.) qızının halına acıdı, ancaq cavabı belə oldu: “Vallah sizə xidmətçi verə bilmərəm, qızım. Hələ kasıbların haqqını ödəməmişəm. Sizə xidmətçidən daha xeyirlisini müjdə verim? Gecə yatmazdan əvvəl 33 dəfə “sübhanallah”, 33 dəfə “əlhamdülillah” və 33 dəfə də “Allahu Əkbər” deyin. Bu, sənin üçün istədiyin xidmətçidən daha xeyirlidir”.

[/size][/font]

Link to comment
Share on other sites

[size=2][font="Arial"]
[b]- Müsəlmanların geri qalması İslam dinindən qaynaqlanır? [/b]

Bu sualın cavabı çoxlarını maraqlandırır. Xüsusilə də əhalisi xristianlardan ibarət Qərb dünyası inkişaf etdikcə, Şərq dünyasının geri qalması onların müsəlman olması ilə əlaqələndirilir. Halbuki bu mülahizənin heç bir əsası yoxdur. Həm Qurani-Kərimlə, həm də Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədisləri ilə azacıq da olsa tanış olanlar İslamın elmə nə qədər əhəmiyyət verdiyinin şahidi olarlar.

Nümunə üçün deyək ki, Quranın nazil olan ilk ayəsi “ikra”, yəni “oxu” deyə başlayır. Beşikdən qəbirə qədər oxumağı tövsiyə edən isə Kainatın Əfəndisidir (s.ə.s.). O ki qaldı xristianların daha çox inkişaf etməsinə, bu, heç də onların dinlərindən qaynaqlanmır. Bunun əsas səbəbi bir xristianların dünyəvi məqsədlərinə nail olmaq üçün ən doğru vasitəni seçmələridir. Bu gün Avropa orada rüşvətin minimum həddə olması ilə xarakterizə olunur. Təəssüflər olsun ki, bir çox müsəlman dövləti rüşvətin həddinə görə dünyada rekord göstəricilərə sahibdir. Halbuki İslam dini belə neqativ halları qətiyyətlə qadağan edir. Allah (c.c.) qul haqqından başqa bütün günahları bağışlaya biləcəyinə vəd verir, lakin qul haqqının bağışlanmasını yalnız onun sahibinə həvalə edir. Rüşvət, qeyri-sağlam rəqabət qul haqqıdır. Tarixə qısa ekskurs edək: orta əsrlərdə xristian din xadimlərinin idarə etdiyi Avropada dünyanın düz olduğu zənn edilirdi, dünyanın öz oxu ətrafında fırlandığını iddia edənlər yandırılırdı. Həmin dövrdə müsəlman Şərqi isə bəşəriyyətə bir çox alimlər, mütəfəkkirlər bəxş etmişdi. Belə bir sual ortaya çıxır: bəs niyə sonradan çərxi-fələk onların lehinə dəyişdi? Çünki xristianlar yanlış, müsəlmanlar isə doğru dindən ayrıldılar. Xristianlar İslam dininin əmr etdiyi müsbət keyfiyyətləri, İslama uyğun metodları mənimsədilər, düzlüyü, doğruluğu məqsədlərinə çatmaq üçün vasitə etdilər. Müsəlmanlar isə öz doğma müsbət dəyərlərindən ayrıldılar. Müsəlmanın inancı haqq olsa da, o, dünyəvi məqsədləri üçün İslama yaraşmayan yollara əl atır. Ona görə də müsəlmanın hədəfi kimi seçdiyi vasitə də haqq olmalıdır.

***

[b]- Son nəfəsdə olan insanın yanında Quran oxumağın ona faydası varmı? [/b]

Var, həm də çox. Oxunan Quran, xüsusilə də Yasin surəsi sayəsində ölən insanın imanı yad ünsürlərin təsirindən qorunur. Məsələn, Quran oxunan yerə şeytan girə bilmədiyi üçün başı üzərində Yasin oxunan canüstə olan insanın imanını da ala bilməz, yəni son anda onu aldada bilməz. Ona görə də xəstənin son anında daha diqqətli olmaq lazımdır, ruhunu tapşırdığı ərəfədə onun yanında mütləq Quran oxunmalıdır.

Artıq ölmüş, yəni ruhunu tapşırmış insanın yanında isə Quran oxunmaz. Çünki ruhsuz cəsədin yuyulması (qüsl edilməsi) vacibdir. Əks təqdirdə, bu, Qurana hörmətsizlikdir. Quran oxumağı davam etmək istəyən isə başqa otağa keçməlidir.
[/size][/font]

Link to comment
Share on other sites

Cox sag ol Reshad.
Maragli idi.
Zaman Turkiyede en cox oxunan gezetlerden biridir.Men ozum de abuneyem 'Ailem'jurnali ile beraber.En cox xoshuma gelen ceheti ise skandallara bosh bosh sheylere sayfalarinda yer ayirmamasi ve en onemlisi obyektivlik -hec bir partiyaya ve ya biznesmene gullug etmemesidir.
Dine ise elmi ve heyati baximindan yanashmalarina soz ola bilmez.Bravo bele jurnalistlere.

Davamini ise gozleyecem :)

Xeyirli Ramazanlar!

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
        • Upvote
        • Like
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
      • 7 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
      • 8 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Like
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Like
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Like
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...